Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1486/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh9, cavabdeh5, cavabdeh2, cavabdeh1, cavabdeh7, cavabdeh6 və cavabdeh4 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Ünvan-də yerləşən ümumi sahəsi 282,5 kv.m olan * nömrəli fərdi yaşayış evi Iddiaçı mülkiyyətindədir.
2. Həmin ünvanda Iddiaçı övladları cavabdeh3 (ailə üzvləri cavabdeh2, cavabdeh1, cavabdeh6) və cavabdeh4 (ailə üzvləri cavabdeh9, cavabdeh7, cavabdeh5) yaşayırlar.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh9, cavabdeh5, cavabdeh2, cavabdeh1, cavabdeh7, cavabdeh6 və cavabdeh4 qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3 və cavabdeh4 hər birinə 18000 manat kompensasiya verilməklə, cavabdehlər cavabdeh3 və onun ailə üzvlərinin (qızları cavabdeh1, cavabdeh6 və arvadı cavabdeh2), eləcə də, cavabdeh4 və onun ailə üzvlərinin (arvadı cavabdeh9, oğlu cavabdeh5 və qızı cavabdeh7) iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, Ünvan ünvanında yerləşən * nömrəli ev ## ###### 2010-cu il tarixli çıxarışla iddiaçının mülkiyyətindədir. Oğlu cavabdeh4 və onun ailəsi, həmçinin digər oğlu cavabdeh3 ailəsi bu evdə yaşayırlar. cavabdeh3 isə bir ildən çoxdur ki, Polşa Respublikasına getmiş və orada yaşamışdır. Iddiaçının cavabdehlərlə münasibətləri pozulmuşdur. Buna görə də, iddiaçı cavabdehlərə kompensasiya ödəməklə onların sözügedən evdən istifadə hüquqlarına xitam verilməsini istəmişdir.
5. Birinci instansiya məhkəməsinin qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə “xxxx” MMC-nin ## ### 2025 il tarixli rəyi ilə Ünvan ünvanında yerləşən * nömrəli ev ilə eyni şəraitli eyni ərazidə yaşaması üçün oxşar evin aylıq kirayə haqqı ## ### 2025-ci il tarixi üçün 500-550 manat məbləğində müəyyən olunmuşdur.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddia təmin edilərək, Iddiaçı tərəfindən cavabdeh3 və onun ailə üzvlərinə 18000 manat və cavabdeh4 və onun ailə üzvlərinə 18000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Ünvan ünvanında yerləşən * nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər cavabdeh3, cavabdeh9, cavabdeh5, cavabdeh2, cavabdeh1, cavabdeh7, cavabdeh6 və cavabdeh4 Iddiaçı məxsus Ünvan ünvanında yerləşən * nömrəli evdə qeydiyyatda olmuşlar və cavabdeh3 istisna olmaqla hər biri orada yaşamışlar.
8. Lakin, mülkiyyətçi ilə aralarında problemlər yaşandığı üçün bir evdə yaşamaq və təsərrüfat aparmaq çətin olmuşdur. Iddiaçının cavabdehlərə təklif etdiyi kompensasiya məbləği bazar qiymətlərinə uyğun olmuşdur.
9. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, Iddiaçı tərəfindən cavabdeh3 və ailə üzvlərinə 18000 manat və cavabdeh4 və ailə üzvlərinə 18000 manat məbləğində kompensasiya verməklə onların iddiaçıya məxsus Ünvan ünvanında yerləşən * nömrəli evdən istifadə hüquqlarına xitam verilməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Eyni zamanda, cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli hesabatı ilə müəyyən edilmişdir ki, ## ###### 2025-ci il tarixinə Ünvan ünvanında yerləşən * nömrəli evin vahid əmlak şəklində bazar dəyəri 322000 manat, Ünvan ünvanında yerləşən * nömrəli evin yerləşdiyi torpaq sahəsinin bazar dəyəri 174000 manat, Ünvan ünvanında yerləşən * nömrəli evin yerləşdiyi torpaq sahəsinin dəyərini çıxmaqla bazar dəyəri 148000 manat təşkil edir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və R.Səmədov) cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin kompensasiya məbləğinə aid hissədə dəyişdirilməsi, Ünvan ünvanında yerləşən * nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçı Iddiaçı tərəfindən cavabdeh3 və ailə üzvlərinə, cavabdeh4 və ailə üzvlərinə ödənilməli olan kompensasiyanın məbləğinin cavabdehlərin, yəni cavabdeh3 və ailə üzvlərinə, cavabdeh4 və ailə üzvlərinə hər biri üçün 40000 manat, ümumilikdə 80000 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, torpağın bir hissəsi iddiaçı tərəfindən satılmış, iddiaçı özü həyat yoldaşı ilə birlikdə Şəki şəhərinə köçmüşdür. Cavabdehlərdən cavabdeh4 ailəsi ilə birlikdə evi tərk etmişdir. Hazırda mübahisəli evdə cavabdeh3 ailə üzvləri yaşayırlar.
16. Cavabdehlər apellyasiya şikayətlərində mübahisəli evin bazar dəyərinin müəyyən edilməməsini mübahisələndirmişdirlər.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.
18. Apellyasiya kollegiyası qeyd etmişdir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
19. Iş materiallarından görünmüşdür ki, iddia üzrə cavabdehlər yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi onlara təklif olunan pul məbləğidir.
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Ünvan ünvanında yerləşən * nömrəli ev ilə eyni şəraitli eyni ərazidə yaşaması üçün oxşar evin aylıq kirayə haqqının müəyyən edilməsi üçün rəy alınsa da, həmin evin və evin yerləşdiyi torpaq sahəsinin dəyəri müəyyən edilməmişdir. Halbuki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsi məhz evin və torpağın dəyərinin müəyyən edilməsindən də asılıdır.
21. Belə ki, istifadə hüququna xitam verilərkən elə bir məbləğ müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun.
22. Başqa sözlə, təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
23. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı Ünvan ünvanında yerləşən * nömrəli evin və evin yerləşdiyi torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi iş üçün əhəmiyyətli olduğundan qiymətləndirmə təyin edilmiş və “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli rəyi alınmışdır.
24. Bununla belə, apellyasiya baxışı zamanı ## ###### 2025-ci il tarixdə iddiaçı apellyasiya şikayəti ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Ünvan ünvanında yerləşən * nömrəli evə oğulları cavabdeh3 və cavabdeh4 istifadə hüququna xitam verilməsi ilə əlaqədar barışma və razılıq əldə edilməsini, yəni onlara ümumilikdə hər birinə 65000 manat məbləğində pul verilməsinə heç bir etirazının olmamasını göstərmişdir. Həmçinin qeyd etmişdir ki, onlar həmin ünvanda yaşamırlar.
25. Məhkəmə kollegiyasının iclasında isə iddia üzrə cavabdehlər (apellyatorlar) iddiaçı tərəfindən verilmiş ərizə ilə razılaşsalar da, iddiaçı təqdim etdiyi ## ###### 2025-ci il tarixli ərizəsini müdafiə etməyərək, apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.
26. Bundan sonra, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf cavabdeh3 və ailə üzvlərinə 40000 manat, həmçinin cavabdeh4 və ailə üzvlərinə 40000 manat məbləğində mübahisəli evə dair istifadə hüquqlarının itirilməsi qarşılığında kompensasiya təklif etmiş, bu dəfə isə apellyatorlar-cavabdehlər sonuncu təklif edilmiş məbləğlə razı olduqlarını bildirmişlər.
27. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarına münasibətdə qeyd etmişdir ki, Ünvan ünvanında yerləşən * nömrəli ev iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdehlərin mənzildən istifadə hüququ olduğu üçün bu hüquqlara Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, kompensasiyanın məbləği cavabdeh3 və ailə üzvlərinə 40000 manat, həmçinin cavabdeh4 və ailə üzvlərinə 40000 manat məbləğində ümumilikdə 80000 manat müəyyən edilməlidir. Belə ki, iddiaçı həmin məbləğdə kompensasiya ödəməyə razılaşmış, cavabdehlər isə həmin məbləğdə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsinə etiraz etməmişlər.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 228.1, 228.2-ci maddələrinə və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
30. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh cavabdeh2 münasibətdə kompensasiya məbləğinin dəyişdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 228.1-228.5-ci və Mülki Prosessual Məcəlləsinin 4, 77.1, 217.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur.
32. Belə ki, “xxxx” MMC-nin rəyi ilə evin hazırkı bazar qiyməti 148000 manat, torpaq sahəsinin bazar qiyməti isə 178000 manat təşkil edir. Lakin, məhkəmə kollegiyasının iddiaçının mülkiyyətində olan 0,0962 ha torpaq sahəsindən yalnız bir hissəsinin - 0,0462 ha hissəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılması, qalan hissəsinin, yəni 0,0500 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 282,5 kv.metr olan evin alqı-satqı müqaviləsinin predmeti olmadığını nəzərə almamışdır. Halbuki, Iddiaçı mülkiyyətində olan təkcə 0,0962 ha torpaq sahəsinin bazar qiyməti 470000 manat civarındadır. Mübahisəli evin hazırkı bazar qiyməti də əlavə olunarsa, əmlakın ümumi məbləği 618000 (470000+148000) manat təşkil edir. Iddiaçının mülkiyyətində ümumi dəyəri 618000 manat olan əmlakdan cavabdeh cavabdeh2 ailə üzvləri ilə birlikdə onların mübahisəli evə istifadə hüquqlarına xitam verilməsi üçün ödənilən 40000 manat kompensasiya ədalətli hesab edilə bilməz. Kassator iddiaçı tərəfindən təklif olunan 40000 manat məbləğində kompensasiya ilə razılaşmamışdır və mülkiyyətçinin ilkin olaraq rəsmi qaydada təklif etdiyi 65000 manat məbləğində kompensasiya verilməsinə razılıq vermişdir. Digər cavabdeh cavabdeh4 40000 manat məbləğində kompensasiya ilə razılaşması, cavabdeh-kassatorun da razılaşması kimi qəbul edilə bilməz. Iddiaçının mülkiyyətində olan əmlakın satışından əldə etdiyi 618000 manat qarşılığında təklif olunan 40000 manat kompensasiya ağlabatan deyil. Məhkəmə kollegiyası gəldiyi nəticəni “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Bu Qərar qəbul edilən zaman və bundan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin şərhi ilə bağlı mənzildən istifadə hüququnun yaranması və xitam olunması sahəsində yaranmış hüquq münasibətlərinin tənzimlənməsində iqtisadi və sosial rifah hallarında olan dəyişikliklər bazar münasibətlərinə uyğun deyildir. Iddiaçının 80 yaşı var, mülkiyyətində olan əmlakın satışından əldə etdiyi 618000 manat pul vəsaitindən əvvəlcə 15000 manat, sonra 18000 manat, daha sonra 40000 manat kompensasiya verilməsini cavabdeh ədalətsiz hesab etmişdir. Cavabdeh və onun əri cavabdeh3 heç bir yerdə işləmirlər, sosial təminatlı deyillər, iki qız uşağı ilə “mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı”na məhkum edilməməlidirlər. Ən azından iddiaçının 65000 manat kompensasiya verilməsi barədə ərizəsi nəzərə alınmalı idi. Məhkəmə kollegiyası işin bu həqiqi hallarını nəzərə almamışdır.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Iddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
35. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarının yenidən qiymətləndirilməsinə yönəldilmişdir. Halbuki, kassasiya məhkəməsi sübutları qiymətləndirmir və işin faktiki hallarını müəyyən etmir. Apellyasiya məhkəməsi iş materiallarında olan sübutları qiymətləndirərək, ağlabatan kompensasiya məbləğini müəyyən etmişdir.
Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq qanuniliyinin yalnız cavabdeh cavabdeh2 istifadə hüququna 40000 manat kompensasiya verilməklə xitam verilməsi hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
40. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verməklə, habelə düzgün olaraq mübahisəyə Mülki Məcəllənin 228.2ci maddəsini tətbiq etməklə və həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyini nəzərə almaqla hesab etmişdir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya cavabdehin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
44. Cavabdeh tərəfin hazırda mübahisələndirdiyi məsələ təklif olunan kompensasiyanın məbləği ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin və həmin evin yerləşdiyi torpaq sahəsinin yüksək olduğunu bildirməklə, cavabdehə təklif olunan məbləğin isə bu məbləğə mütənasib olmadığını hesab edir.
45. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, kompensasiya institutu mülkiyyətçinin mülkiyyətindən hər hansı payın istifadəçiyə verilməsi kimi qiymətləndirilməməlidir. Həmin məbləğ istifadəçiyə mülkiyyətçinin hesabına yalnız müəyyən davamlı müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu səbəbdən daşınmaz əmlakın hazırkı dəyərinin kompensasiya məbləğinin müəyyən edilməsi üçün həlledici əhəmiyyət kəsb etmir.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddiaçı Iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdeh cavabdeh2 istifadə hüququna 40000 manat kompensasiya verilməklə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.