Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1490/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, * saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə və “xxxx” Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, * saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə və “xxxx” Publik Hüquqi Şəxsə qarşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının atası X6 ##.##.2002-ci il tarixdə, anası isə X2 ##.##.2004-cü il tarixdə vəfat etmişlər. Atadan qalan miras əmlak Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, **/* nömrəli 107,30 kv.m fərdi yaşayış evi (Yeni qaydalarla: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Bağ küçəsi, 136) və evin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İddiaçı və digər bacı-qardaşlar miras əmlakı faktiki qəbul etmişlər və onlar 2024-cü il tarixdə notariusa müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Cavabdeh cavabdeh2 isə ## ###### 1995-ci il tarixdə X5 ilə ailə həyatı quraraq İran İslam Respublikasına köçmüşdür.
2. Dövlət Sərhəd Xidmətindən verilən cavabdan görünür ki, cavabdeh2 2012-2019-cu illər ərzində ölkəyə gəlib getmişdir. 2019-cu ildə sonuncu dəfə ölkəyə giriş etmiş və Bakı şəhərində yaşamışdır. ## ###### 2022-ci il tarixdə isə notariusa müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında çıxarış almışdır.
3. Hazırda iddiaçı * saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən **/* nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V-***/**** saylı, ##.##.2022-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın cavabdeh2 münasibətdə ləğv edilməsini xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, * saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə və “xxxx” Publik Hüquqi Şəxsə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Notariat Ofisinin xüsusi notariusu tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən **/* nömrəli fərdi yaşayış evinə dair cavabdeh cavabdeh2 adına ##.##.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” (qeydiyyat № V-215/2022) etibarsız hesab edilməsi, həmin “Şəhadətnamə” əsasında cavabdeh “xxxx” PHŞ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli “Çıxarışın” cavabdeh2 münasibətdə ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh2 ataları Qəhrəmani X4 ilə anaları X2 rəsmi nikahından 6 övladları olmuşdur: (hazırkı iş üzrə cavabdeh) cavabdeh2, (iddiaçı) İddiaçı, (hazırkı iş üzrə tərəf olmayan) Əli Qəhrəmani, Məmmət Qəhrəmani, Həsən Qəhrəmani və Sürəyya Qəhrəmani. Onların ataları ##.##.2002-ci il tarixində, anaları isə ##.##.2004-cü il tarixində vəfat etmişlər. Mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,1242 ha ibarət həyətyanı torpaq sahəsi ataları Qəhrəman Qəhrəmaninin xüsusi mülkiyyətində olmuşdur. Bu hal iddia ərizəsinə əlavə edilmiş ##.##.1990-cı il tarixli “Qeydiyyat vəsiqəsi” ilə təsdiq edilir. Ataları vəfat etdikdən sonra, yəni 2002-ci ildən fərdi yaşayış evi cavabdeh cavabdeh2 başqa mərhumun digər vərəsələri – arvadı və övladları tərəfindən miras əmlak kimi faktiki qəbul edilmiş və istifadə edilmişdir. Anaları vəfat etdikdən sonra isə evdən və torpaq sahəsindən cavabdeh cavabdeh2 başqa mərhumların övladları tərəfindən istifadə edilir. Onlar hazırda da həmin evdə yaşayırlar. Belə ki, onların bacıları olan cavabdeh cavabdeh2 1996-cı ildən daima İran İslam Respublikasında yaşayır və orada ailə qurub. Ataları vəfat etdikdən 14 il sonra, yəni 2016-cı ildə cavabdeh2 Bakıya qayıtmışdır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, ataları rəhmətə getdikdən sonra bacıları cavabdeh2 onların xəbəri və razılığı olmadan * saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusuna ərizə ilə müraciət etmiş, onun müraciəti əsasında vərəsəlik işi açdırmış, ona “Vərəsəlik şəhadətnaməsi” verilmiş, bundan sonra ev və evin yerləşdiyi torpaq sahəsi üzərində mərhumların övladların hər birinin 1/6 hissədə payları müəyyən edilmiş, 5/6 hissədə isə pay açıq saxlanılmışdır. İddiaçı hesab edir ki, Əzizənin adına verilmiş “Vərəsəlik haqqında şəhadətnamə” qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında sonuncunun adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ##.##.2022-ci il tarixli “Çıxarış” Əzizəyə aid hissədə ləğv edilməlidir. Çünki valideynləri vəfat etdikdən sonra o, həmin evdə yaşamamış, mirası nə qanun üzrə, nə də ki, faktiki qəbul etməmişdir. O, daim İran İslam Respublikasında yaşamışdır.
6. Cavabdeh cavabdeh2 vəkili (nümayəndəsi) vəkil1 iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, miras əmlak, yəni fərdi yaşayış evinin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyatdan keçməmişdir. Həmin torpaq sahəsinin, yəni, zəbt edilmiş torpaq sahəsinin üzərində iddiaçı və digər qohumlar tərəfindən özbaşına evlər tikilmişdir. Vərəsəliyin predmeti olan miras əmlak mütləq “Reyestrdə” xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməlidir, yalnız xüsusi mülkiyyət kimi qeydiyyatdan keçdikdən sonra vərəsəliyin predmetini təşkil edə bilər. Əslində miras “Reyestrdə” xüsusi mülkiyyət kimi qeydiyyata alındığı vaxtdan vərəsəlik açılır. cavabdeh2 2022ci ildə həmin torpağı və evi “Reyestrdə” xüsusi mülkiyyət kimi atalarının adına qeydiyyatdan keçirtdirərək, həm torpağa, həm də evə çıxarış almış və bundan sonra notariusu tərəfindən miras əmlakdan, yəni həm torpaqdan, həm də evdən 1/6 hissə pay verilməsi barədə vərəsəlik şəhadətnaməsi verilmiş və həmin vərəsəlik şəhadətnaməsi əsasında ona “Reyestrdən çıxarış” verilmişdir. İddiaçı və digər vərəsələr isə torpaq və ev xüsusi mülkiyyət kimi tərəfindən mərhum atalarının adına qeydiyyata alındıqdan və çıxarış verildikdən sonra, yəni 2024-cü ildə vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etmişlər. Bununla da müəyyən edilir ki, cavabdeh2 iddiaçıdan və digər vərəsələrdən daha əvvəl notariusa müraciət etmiş. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Onların arasında əmlakın bölgüsü olub, cavabdeh2 sahəsi 25 kv.m olan otaqda yaşayır. Buna görə də iddia əsassız hesab edilməlidir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, * saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusu tərəfindən cavabdeh cavabdeh2 adına verilmiş “Vərəsəlik hüququ haqqında” ##.##.2022-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarışın cavabdeh2 münasibətdə ləğv edilməsi qət edilmişdir (hakim – Ü.Yusifova). Məhkəmə qeyd etmişdir ki, cavabdeh qeyd Azərbaycan Respublikası ərazisinə girişçıxış etsə
8. də atasından miras qalan əmlakı qəbul etmək üçün notariusa müraciət etməmişdir. Həmçinin miras əmlakı faktiki qəbul etməmişdir, notariusa isə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1-ci maddələrinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55, 59-cu maddələrinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsi qarşı verilmiş etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli **(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçıya aid edilməsi qət edilmişdir (hakimlər M.Məmmədov (məruzəçi), G.Abbasova və F.Talışinski).
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələbinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İş materiallarından isə görünür ki, hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Qeyd edilən 2 aylıq müddət kəsici müddətdir və həmin müddətin iddia tələbinə tətbiq edilməsi üçün cavabdeh tərəfin ərizəsi tələb olunmur. Həmin müddət işə baxan məhkəmə tərəfindən tətbiq edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış və iddianı təmin etmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Mülki Məcəlləsinin 1272-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 384, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətlərinin dəlilləri
15. İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli **(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
16. Kassasiya şikayəti işin faktiki halları sadalanmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, nəticədə MPM-nin 218-ci maddəsinin tələbini pozmuşdur.
b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Cavabdeh cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli **(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiya)
18. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
19. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
20. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.
30. Hazırkı baxılan işdə iddiaçının atası X6 ##.##.2002-ci il tarixdə, anası isə X2 ##.##.2004-cü il tarixdə ölmüşlər. İddiaçı hesab edir ki, bacısı olan cavabdeh cavabdeh2 miras əmlakın qəbul üçün qanunda nəzərdə tutulmuş müddəti ötürdüyündən notarius onu mirası qəbul etmiş vərəsə kimi tanıya və ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verə bilməzdi.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının atası X6 ##.##.2002-ci il tarixdə, anası isə X2 ##.##.2004-cü il tarixdə rəhmətə getmişdir. Atadan qalan miras əmlak Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, **/* nömrəli 107,30 kv.m fərdi yaşayış evi (Yeni qaydalarla: AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Bağ küçəsi, 136) və evin yerləşdiyi 0,1242 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İddiaçı, X3, X8, X1, X7 miras əmlakı faktiki qəbul etmişlər və əmlak onların faktiki sahibliyi və istifadələrində olmaqla paylı mülkiyyətindədir. Yəni, iddiaçı və digər bacı qardaşlar notariusa müraciət etməsələr belə, miras əmlaka faktiki sahiblik və istifadə etməklə qanunla müəyyən edilmiş qaydada mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər.
32. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan qanunvericiliyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir
33. Lakin miras əmlakın qəbulu üçün qanunvericilikdə qeyd edilən şərtlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Göründüyü kimi X6 ##.##.2002-ci il tarixdə vəfat etmişdir. Lakin cavabdeh miras əmlakı qəbul etmək üçün 2022-ci il tarixdə notariusa müraciət etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh cavabdeh2 ## ###### 1995-ci il tarixdə X5 ilə ailə quraraq İran İslam Respublikasına köçmüşdür. Dövlət Sərhəd Xidmətindən verilən cavabdan görünür ki, cavabdeh2 2012-2019-cu illər ərzində ölkəyə gəlib getmişdir. 2019-cu ildə sonuncu dəfə ölkəyə giriş etmiş və Bakı şəhərində yaşamışdır.
34. Göründüyü kimi cavabdeh miras əmlakı faktiki qəbul etməmişdir, notariusa isə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür.
35. Apellyasiya instansiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, digər vərəsələr ilə yanaşı hazırkı iş üzrə iddiaçı da ##.##.2024-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” alarkən bilmişdir ki, onun miras əmlak üzərindəki payı 1/6 hissədə müəyyən edilmişdir. Onların 6 nəfər bacı-qardaş olmaları nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı bilirdi (və ya bilməli idi) ki, cavabdeh cavabdeh2 da notarius tərəfindən mirası qəbul etmiş vərəsə kimi tanınmış və onun da miras əmlak üzərindəki payı 1/6 hissədə müəyyən edilmişdir. İddiaçı Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün 2 aylıq kəsici müddəti ötürmüşdür.
36. Məhkəmə kollegiyası işə Mülki Məcəllənin 1272-ci maddəsinin tətbiq edilməklə iddianın yuxarıda göstərilən qaydada həll edilməsini qanuni və əsaslı yanaşma hesab etmir.
37. Həmin normaya əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
38. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir.
39. Bu baxımdan iddiaçının mirası qəbul etdiyi nəticəsinə gəlindikdən sonra, iddianın mirasın açıldığı vaxtdan iki ay ərzində qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açılmamasına görə rədd edilməsi barədə mövqe özü-özlüyündə ziddiyyətlidir.
40. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı.
41. Kollegiya vurğulayır ki, Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə iddianın rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki (mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan) üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, baxılan işdə mirası qəbul etməsi tanınan iddiaçının Mülki Məcəllənin 1272-ci maddəsi çərçivəsində iki ay ərzində mübahisə açmamasına görə bu hüququndan məhrum olması barədə mövqe yuxarıda əks olunan qanunvericiliyə və hüquqi mövqelərə uyğun olmamışdır.
43. MPM-in 417.1.4-cü maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
44. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun (Mülki Məcəllənin 1243 və 1246-cı maddələri) miras əmlakı qəbul etməmişdir.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, * saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən **/* nömrəli 107,30 kv.m fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V-***/**** saylı, ##.##.2022-ci il tarixli şəhadətnamənin etibarsızdır və buna görə də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarış cavabdeh2 münasibətdə ləğv edilməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2026-cı il tarixli 2(103) ****/**** nömrəli qətnaməsi ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilsin. * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən cavabdeh2 adına verilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsində yerləşən **/* nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında V-***/**** saylı, ##.##.2022-ci il tarixli şəhadətnamə etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarış cavabdeh2 münasibətdə ləğv edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.