Məhkəmə qərarları › İş №2(1-8)-1495/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1495/2026

15.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1495/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi ** saylı ünvanda yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi Reyestr Xidməti tərəfindən ##.##.1990cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Kazımov Fərhad Kazım oğlunun adına qeydiyyata alınmışdır.

2. Kazımov Fərhad Kazım oğlu ##.##.1999-cu il tarixdə vəfat etmişdir.

3. Kazımov Fərhad Kazım oğlunun vəfatından sonra vərəsəlik işi açılmış, ##.##.2003- cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən ##.##.1999-cu il tarixdə vəfat etmiş Kazımov Fərhad Kazım oğlunun vərəsələri qismində arvadı cavabdeh2 və uşaqları cavabdeh5, cavabdeh4, cavabdeh3 tanınmış miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi qanun üzrə vərəsəlik qaydasında vərəsələr arasında bölünmüşdür.

4. “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında ##.##.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən ümumi sahəsi 129,5 kv.m olan 5 otaq fərdi yaşayış evi 6/10 payda cavabdeh2, 1/10 payda cavabdeh5, 1/10 payda cavabdeh4, 1/10 payda cavabdeh3 adına qeydiyyata alınmışdır.

5. Bakı şəhər İHB-nın ## ###### 2022-ci il tarixli, *** saylı Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayon İH-nin razılıq məktubları və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyi nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri- yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

6. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi “xxxx” MMC-nə həvalə edilmişdir. Bundan sonra “xxxx” MMC sözügedən Sərəncamın icrasını həyata keçirmək məqsədilə müvafiq ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin mülkiyyətçiləri və qanuni sahibləri ilə müvafiq əvəzləşmə müqavilələrinin bağlanması və digər məsələlərlə bağlı danışıqlara başlamışdır.

7. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi də sözügedən Sərəncamın aid olduğu ərazinin təsir dairəsinə düşdüyündən müvafiq qaydada mənzil mülkiyyətçilərə ilə danışıqlara başlanılmış, razılaşma əldə edilərək, “xxxx” MMC ilə cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3 arasında ##.##.2023-cü il tarixli əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən layihəçi, yəni , “xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ** saylı ünvanda yerləşən birgə mülkiyyətçilərə (cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3) məxsus 1 otaqlı mənzilin bu müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək layihəçi birgə mülkiyyətçilərin mənzilin faktiki sahəsi olan 34,1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m olmaqla 2 ədəd sahəsi 25 kv.m olan mənzillərin və bu tikinti başa çatdırılaraq yeni mənzil təhvil verilənədək 400 manat kirayə haqqı (bütün mülkiyyətçilərlə birlikdə) ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

8. Daha sonra sözügedən mülkiyyətçilər ##.##.2024-cü il tarixdə ərizə ilə Layihəçiyə müraciət edərək, tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış müqavilənin 3.1-ci maddəsində göstərilmiş mülkiyyətçiyə verilməsi nəzərdə tutulmuş 2 ədəd sahəsi 25 kv.m olan mənzillərin əvəzinə layihəçi tərəfindən ona 70.000 manat kompensasiyasının verilməsini xahiş etmiş və tərəflər müqaviləyə dəyişiklik edilməsi barədə ##.##.2024-cü il tarixli sazişlə mülkiyyətçilərin sahiblik və istifadəsidə olan ümumi sahəsi 34,1 kv.m olan mənzilin əvəzinə onlara cəmi 70.000 manat kompensasiya ödənilməsinə dair razılığa gəlmişlər.

9. Bundan sonra “xxxx” MMC ilə cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3 arasında ##.##.2024-cü tarixli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən satıcılar Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi ** saylı ünvanda yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini alıcının mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 66.500 manata almışdır. Bundan sonra “xxxx” MMC müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyətçilərdən aldığı mənzili sökərək, müvafiq sərəncam üzrə fəaliyyətini həyata keçirməyə başlamışdır.

10. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə “xxxx” MMC və cavabdeh2 İddiaçı qarşı Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi tələbinə dair iddiası rədd edilmişdir.

11. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ##.##.2005-ci ildə vəfat etmiş X1 ##.##.1999-ci il tarixdə vəfat etmiş Kazımov Fərhad Kazım oğlunun vərəsəsi kimi tanınması, İddiaçı ##.##.2005-ci ildə vəfat etmiş X1 vərəsəsi kimi tanınması, Kazımov Fərhad Kazım oğlundan miras qalmış Bakı şəhəri, Abşeron küçəsində yerləşən ** saylı fərdi yaşayış evinin 1/80 hissəsi üzərində İddiaçı miras payının müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri, * saylı Notariat ofisinə həvalə edilməsi, habelə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir.

12. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatında Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən mənzildə ev əşyalarının aşınma, amortizasiya halları nəzərə alınmaqla, həmin tarixə olan bazar dəyəri aşağıdakı kimi olmuşdur. “Bosch” markalı soyuducu (500 manat), mətbəx mebeli (2.000 manat), Siemens markalı paltaryuyan maşın (750 manat), İtimat markalı qaz plitəsi (270 manat), Termet markalı qaz kolonkası (70 manat), rakovina (200 manat), unitaz (150 manat), Türkiyə istehsalı, Bellona firması şefonyer (300 manat), Türkiyə istehsalı, Bellona firması masa + 6 stul (650 manat), televizor LG (108) (2550 manat), kondisioner “xxxx”- (1350 manat), divan dairəvi künc, Bellona firması (500 manat), çarpayı 140×200 (500 manat), Smart Flame kamin (1000 manat), masa + 6 stul (qonaq otağı) (900 manat), Seyf qapı Türkiyə (1000 manat), kişi dəri pencəkləri 9 ədəd (4050 manat).

13. “xxxx” MMC-nin qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən yeni tikilidə orta təmirli mənzilin 1 kv.m-nin ##.##.2025-ci il tarixinə bazar qiyməti 3.300 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC, cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli əvəzləşmə müqaviləsinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 200.000 manat evin dəyərinin, 17.580 manat evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə, 217.580 manatın və mənəvi zərərin əvəzi olaraq 10.000 manat vəsaitin “xxxx” MMC tutularaq ona ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək, “xxxx” MMC üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, ona hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası tərəfindən onun qardaşı Fərhad Kazımova İnqilab küçəsində yerləşən ayrıca ev alıb verdiyindən, ailə daxili şifahi razılaşmaya görə Hüseyn Cavid prospektindəki “ata yurdu” olan ev hər hansı rəsmiləşdirmə işləri aparılmadan iddiaçıya verilmişdir. 1995-ci ildə qardaşı Fərhad Kazımov müflisləşdiyindən, iddiaçı atasından miras qalmış Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən evini satmış, əldə edilmiş pula qardaşı üçün “Sovetski” adlandırılan ərazidən, özü üçün isə Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda fərdi yaşayış evini almışdır. Lakin həmin vaxt iddiaçı xarici ölkəyə köçmək niyyətində olduğundan aldığı evləri qardaşı Fərhad Kazımovun adına rəsmiləşdirmişdir. Lakin evləri qardaşının adına keçirdikdən sonra anası infarkt keçirmiş və iddiaçı anasını tək qoymamaq üçün xarici ölkəyə getməmiş və anası ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişdir. 1999-cu ildə qardaşı, 2005-ci ildə isə anası vəfat etmişdir. Həmin vaxtdan 30 ilə yaxın - 2024-cü ilin avqust ayında ev sökülən vaxtadək Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evində davamlı olaraq yaşayıb, heç vaxt evi tərk etməyib. Qardaşı Fərhad Kazımovun övladları və həyat yoldaşı isə bu müddət ərzində orada ümumiyyətlə həmin evdə yaşamayıblar və bununla bağlı iddiaçıya heç vaxt müraciət etməyiblər. Yəni, hər kəs də iddiaçını həmin evin mülkiyyətçisi olaraq qəbul etmiş və onun bu hüququna hörmət edib, ona qarşı hər hansı ev tələbi ilə bağlı çıxış edən olmamışdır. 2024-cü ildə “xxxx” MMC və iddiaçının qardaşı arvadı cavabdeh2 iddiaçıya qarşı “yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılmas və sökülməsi” tələbi ilə məhkəməyə müraciət etişdir. “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İHB-nin # ###### 2022-ci il tarixli Sərəncamına əsasən ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsi “xxxx” MMC-nin icarəsinə verilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi “xxxx” MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bununla bağlı “xxxx” MMC və cavabdeh2 arasında ##.##.2023-cü il tarixdə müqavilə bağlanılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən “xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ** saylı ünvanda yerləşən cavabdeh2 və onun ailə üzvlərinə məxsus 1 otaqlı mənzilin 24 ay ərzində söküntüsünü və həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcəkdir. “xxxx” MMC söküləcək mənzilin faktiki sahəsi olan 34.1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m. olmaqla 2 ədəd 25 kv.m sahəli mənzillər və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq ümumi 400 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd edilmişdir ki, sözügedən mənzil, cavabdeh2 əri Kazımov Fərhad Kazım oğluna məxsus olmuş və 2003-cü ildə onun qanun üzrə vərəsələri: arvadı X2 və uşaqları cavabdeh4, cavabdeh3 və cavabdeh5 mülkiyyətinə keçmişdir. Lakin, hazırda qeyd olunan mənzildə əsassız olaraq cavabdeh2 qaynı İddiaçı yaşayır və o, tərəflər arasında bağlanılmış müqavilənin icra edilməsinə maneçilik törədir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə “xxxx” MMC və cavabdeh2 İddiaçı qarşı tələbləri təmin edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı mübahisəli fərdi yaşayış evindən ən azından istifadə hüququ olduğuna görə müvafiq kompensasiya ödənilmədən çıxarılması həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Lakin iddiaçının sahiblik etdiyi və istifadə hüququ olduğu mübahisəli fərdi yaşayış evindən başqa, adına hər hansı bir yaşayış sahəsi (ev, mənzil) olması da müəyyən edilməmiş, həmçinin mübahisəli evdən istifadə hüququna ehtiyacı aradan qalxmamışdır. Daha sonra məhkəmə bildirmişdir ki, İddiaçı evdən yalnız kompensasiya verilməsi yolu ilə və istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə məhkəməyə müraciət edilə bilər. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən heç bir tərəf şikayət verməyib və qətnamə qanuni qüvvəyə minib. Qeyd edilən məhkəmə prosesi zamanı iddiaçıya məlum olub ki, onun qardaşı arvadı cavabdeh2 iddiaçının faktiki mülkiyyətçisi olduğu və yaşadığı evə qardaşı Fərhad Kazımovun vərəsəsi kimi 2003-cü ildə mülkiyyət hüququ əldə edib. İddiaçının bu faktdan xəbəri olmayıb və üstəlik vərəsəlik zamanı ciddi qanun pozuntusuna da yol verildiyini aşkar edib. Belə ki, onun qardaşı Fərhad Kazımov vəfat edərkən və cavabdeh2 evə mülkiyyət hüququ əldə edərkən qardaşının ailə üzvləri ilə yanaşı anaları da sağ olub. Belə ki, faktiki hallarda da qeyd etdikləri kimi iddiaçının anası 2005-ci ildə rəhmətə gedib. Lakin qardaşı Fərhad Kazımovun vərəsələrinin dairəsi müəyyən edilərkən anasının vərəsəlik hüququ pozularaq ev üzərində ancaq vərəsələrdən qardaşı arvadı cavabdeh2 və qardaşı uşaqlarının payı müəyyən edilib. Bundan sonra iddiaçı İddiaçı anasının da rəsmi olaraq qardaşı Fərhad Kazımovun adına olmuş əmlakda payının müəyyən edilməsi üçün müvafiq araşdırmaların aparılmasına başlayıb. İddiaçı İddiaçı cavabdeh2 mübahisəli evə dair tam mülkiyyət hüququ əldə etməsinin qanunsuzluğuna dair ayrıca iddia ilə məhkəməyə müraciət etməyə qərar verib. 2024-cü ilin ######un #-da iddiaçının işdə olduğu vaxt onun yaşadığı və faktiki mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən ev cavabdeh tərəfindən qanunsuz olaraq ağır texnikadan istifadə edilərək uçurulub. İddiaçıya onun qonşuları tərəfindən məlumat verildikdə və iddiaçı evinə gəldikdə artıq yaşadığı evin tam şəkildə uçurulduğunu, evində olan bütün əşyalarının məhv edildiyini görüb. Bununla bağlı iddiaçı dərhal 102 qaynar xəttinə müraciət etsə də, heç bir tədbir görülməmişdir. İddiaçının evinin onun evdə olmamasından istifadə edilərək uçurulduğu, əşyalarının məhv ediliyi, ona məxsus bir çox qiymətli əşyaların (22 ədəd brilyant qaşlar) da həmin uçurumun altında qaldığı mətbuatda da işıqlandırılmışdır. Bunu təsdiq edən müvafiq fotolar, video sübutlar əlavə edilmişdir. Mülkiyyətinin qanunsuz olaraq uçurulması yolu ilə iddiaçıdan alınması iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmaqla yanaşı ona ciddi maddi və mənəvi zərərin vurulması ilə də nəticələnib.

16. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının tələbinə münasibətdə onu bildirmək istəyir ki, şirkətləri əvəzləşmə müqaviləsini mülkiyyətçilər ilə bağlamış və iddiaçının qeyd alınan müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmasına subyektiv hüququ yoxdur. Əqdin etibarsızlığı üçün əsas yoxdur. Müqavilə tərəfləri arasında əvəzləşmə müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmış və daşınmaz əmlaka dair tərəflərindən çıxarış əldə edilmişdir. İddiaçı iddia ərizəsində bağlanılmış müqavilənin etibarsız sayılmasının əsası kimi onun mülkiyyət hüququna müdaxilə edilməsini qeyd etsə də, mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Mülkiyyətində olmayan daşınmaz əmlakın sökülməsinə görə iddiaçının cavabdehdən 200.000 manat tələb etməsi əsassızdır. Belə ki, qeyd olunan mülkiyyətin dəyəri yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinə əsasən mülkiyyətçilərə ödənilmişdir. MMC, cavabdeh2 və digərləri arasında ##.##.2023-cü il tarixli əvəzləşmə müqaviləsi bağlanılmış və həmin müqavilənin 3.1-ci bəndinə əsasən mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, ** saylı ünvanındaki mənzilin mülkiyyətçiləri müqavilənin predmetində göstərilən mənzili söküntü işlərinin həyata keçirilməsi üçün MMC təhvil verməli idi. Mülkiyyətçilər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədikləri üçün şirkət tərəfindən onlara müqavilənin birtərəfli qaydada xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra mülkiyyətçilər mübahisə predmeti olan evi sökərək MMC təhvil vermişlər. Bu fakt öz əksini tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış sazişin 8-ci bəndində tapmışdır. Belə ki, həmin bənddə qeyd edilmişdir ki, hazırkı saziş ilə “Mülkiyyətçilər” bəyan edir ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, ** saylı ünvanda yerləşən və mülkiyyətlərində olan mənzilin söküntüsünü özləri həyata keçirmişdir. Mübahisə predmeti olan mənzilin məhz mülkiyyətçilər tərəfdən sökülməsini həmçinin iddiaçı tərəfindən mülki işə əlavə edilmiş fotoşəkillər də sübut edir. Belə ki, həmin fotoşəkillərdə birgə mülkiyyətçilərin mənzilin sökülərkən yanında olması öz əksini tapmışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı ilə MMC arasında heç bir razılaşma əldə edilməmişdir və MMC evin söküntüsündə iştirak etməmişdir. Söküntünün hansı qaydada həyata keçirildiyi barədə məlumatı yoxdur. Tərəflərindən kommunal borcların ödənilməsi ilə bağlı digər cavabdehlərə 3.500 manat pul ödənilmişdir.

17. Cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd edilməsini xahiş edir. Ev MMC tərəfindən sökülmüşdür. İddiaçı həmin evdə yaşamırdı. Evin içində heç bir əşya yox idi.

18. Cavabdeh cavabdeh4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin evdə yaşayış olmamışdır. Ev pis vəziyyətdə olmuşdur. İddia təlibinin rədd edilməsini xahiş edir. Ev MMC-nin ekskavatoru vasitəsi ilə sökülmüşdür.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.

20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən mübahisəli əmlak cavabdehlərin mülkiyyətinə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında keçmiş və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verildiyi miras əmlak olan mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi ** saylı ünvanda yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi ##.##.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Kazımov Fərhad Kazım oğlunun adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən mənzilin əslində onun mülkiyəti olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə “xxxx” MMC haqlı olaraq daşınmaz əmlakla bağlı həm əvəzləşmə müqaviləsini, həm də daha sonra əvəzləşmə müqaviləsinə dəyişiklik edilməsi barədə müvafiq sazişi və buna müvafiq olaraq daşınmaz əmlakın alıq-satqı müqaviləsini daşınmaz əmlakın mülkiyyətçiləri ilə bağlamışdır. Odur ki, “xxxx” MMC ilə cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3 arasında ##.##.2023-cü il tarixli əvəzləşmə müqaviləsi və alqı-satqı müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyil.

21. İddia tələbinin “Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, 200.000 manat evin dəyərinin, 17.580 manat evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə 217.580 manatın “xxxx” MMC tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur.

22. Bu baxımdan, məhkəmə qeyd etmişdir ki, zərərlə bağlı tələb üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Cavabdeh “xxxx” MMC ilə cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3 arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi ** saylı ünvanda yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini 66.500 manata almış, satıcılar müvafiq əmlakı “xxxx” MMC mülkiyyətinə vermişdir. Bundan sonra müvafiq fərdi yaşayış evi sökülmüşdür. Belə olduğu təqdirdə, iddiaçıya ziyan vurulması faktı öz təsdiqini tapmır.

23. Məhkəmə iddiaçının “Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat vəsaitin “xxxx” MMC tutularaq iddiaçıya ödənilməsi”nə dair mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia da rədd olunmalıdır.

24. Məhkəmə həmçinin iddia tələbinin “Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək, “xxxx” MMC üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, iddiaçıya hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə iddia tələbinin digər hissələrindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia digər hissələrdə təmin edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz.

25. Məhkəmə həmçinin iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müyyən edilmiş istifadə hüququnun olması ilə bağlı iddiaçı tərəfin gətirdiyi dəlilə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı istifadə hüququna xitam verilməsi ilə əlaqədar kompensasiyanı mübahisəli mənzilin mülkiyyətçilərindən tələb etmək hüququnu özündə saxlayır.

26. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 337.1, 337.2, 1096.1, 1096.2-ci, MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, hağbelə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC tərəfindən ona zərər vurulduğunu təsdiq etdiyi halda, məhkəmə heç bir sübuta istinad etmədən cavabdehin ona zərər vurmadığını yazıb. O, uçurulan evində 30 il yaşayıb. 10 il həmin evdə anası ilə yaşayıb və xəstə anasına qulluq edib. Evin onun üçün mənəvi dəyəri yüksək olub. Bu evdə yaşanmışlarla bağlı xatirələri mövcuddur. Evinin və həmin xatirələri yaşadan əşyaların fiziki cəhətdən mövcudluğu, həmin xatirələrini daim hazırda mövcudmuş kimi canlanmasına səbəb olub. Məhkəmə qərarı olduğu halda, evinin bütün qanunlar və insani dəyərlər pozularaq əşyalarla birlikdə uçurdulması və bu zaman evinin içərisində olan əşyaların məhv olması ilə onun sanki bütün həyatı əlindən alınıb ki, bütün bunlar ona ciddi sarsıntı yaşadıb. Bu sarsıntı o qədər böyük olub ki, o həkimə müraciət etməli və psixoloji dəstək almalı olub. Kirayə haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmənin “xxxx” MMC tərəfindən ona zərər vurulmadığının yazılması tamamilə qanunsuz və əsassızdır. İş materialları ilə şirkətin ona maddi və mənəvi zərər vurulduğu tam təsdiq edilir. Odur ki, iddiaçıya kirayə haqqının ödənilməsinin də təmin edilməməsi tam qanunsuzdur. 66 yaşlı adamın evinin uçurulması və kirayə haqqının ödənilməməsi səbəbindən noyabr ayından demək olar ki, küçələrdə qalıb. Onun mülkiyyət hüququna müdaxilə baş verib və bu müdaxilə mülkiyyətdən məhrum edilmə formasında olub. Belə ki, onun mülkiyyəti razılığı olmadan və heç bir qanunvericilik aktının tələbinə uyğun olmadan uçurulub və zəbt edilərək yerində “xxxx” MMC tərəfindən bina tikilir. Ev uçurulduğu zaman evin rəsmi qeydiyyata alınmış mülkiyyətçisi olmasa da, faktiki olaraq uçurulan evin tam mülkiyyətçisi olub. Bu səbəbdən o, 30 il müddətinə həmin evdə heç bir kəsin ona qarşı hər hansı iddiası olmadan yaşaya bilib. Sonradan cavabdeh2 qanunsuz yollarla evin yeganə mülkiyyətçisi kimi qeydə alınmasına baxmayaraq, yaşadığı 30 il müddətində hər kəs onu evin mülkiyyətçisi kimi tanıyıb və qəbul edib. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsində də iddiaçının 30 il müddətində həmin evdə anası ilə və anası rəhmətə getdikdən sonra isə tək yaşadığı öz təsdiqini tapıb. Üstəlik, qeyd etdiyi kimi onun anasının vərəsəsi kimi də həmin əmlak üzərində mülkiyyətçi olaraq pay hüququna malik olduğundan, həmin payının müəyyən edilməsi ilə bağlı da ayrıca məhkəmə iddiası qaldırıb və iş hazırda Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin icraatındadır. Bundan başqa, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsində ən azından iddiaçının həmin evdən istifadə hüququ tanınıb ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən bu da mülkiyyətdir və onun da mülkiyyətçi olaraq qanuni gözləntiləri mövcuddur. Belə ki, Yasamal Rayon Məhkəməsinin də qeyd edilən qətnaməsi ilə müəyyən edib ki, onun başqa yaşayış yeri olmadığından, o, müvafiq kompensasiya ödənilmədən istifadə hüququndan məhrum edilə, evindən çıxarıla bilməz. Lakin məhkəmənin qeyd edilən qətnaməsinin qanuni qüvvəsinə baxmayaraq, cavabdeh şirkət qanunsuz olaraq onun evini uçurub və orada bina tikintisinə dair işlərə başlayıb. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, MMC ilə birgə mülkiyyətçilər arasında bağlanmış müqavilə onun əmlak hüququnu pozub ki, qanun da bu hüququn pozulmasından müdafiəni təmin edir. Qeyd edilən müqavilə onun üçün heç bir halda öhdəlik yarada bilməz. Lakin cavabdehlər faktiki olaraq, onun razılığı olmadan mənafeyinə zidd olaraq əmlak hüququna dair qərar veriblər və bütün bunların nəticəsində bu gün o yaşayış yerindən qanunsuz olaraq məhrum edilib. O, Konstitusiyanın tələblərinə zidd olaraq, məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilib. Mülkiyyətindən məhrum edilməyi, məhkəmə qərarı olmamaqla yanaşı dövlət ehtiyacı üçün olmayıb. Daha əvvəl cavabdehin onun mənzildən çıxarılması tələbinə dair məhkəmə işindən də görünən odur ki, onun mülkiyyətindən məhrum edilməyi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının # ###### 2022-ci il tarixli, *** saylı Sərəncamı əsasında həyata keçirilib. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı isə qanunvericiliyə əsasən, mülkiyyətin məcburi şəkildə alınması ilə bağlı qərar qəbul etmək üçün səlahiyyətə malik deyil. Üstəlik, həmin Sərəncamda isə mülkiyyətin alınmasının əsasları kimi, ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi göstərilib ki, göründüyü kimi, bu əsaslar da “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsində göstərilən dövlət ehtiyaclarına daxil deyil və hətta dövlət ehtiyaclarına daxil olmuş olsaydı belə, bununla bağlı qərarı İcra Hakimiyyətinin Başçısı deyil, AR Nazirlər Kabineti qəbul etməli idi. Çünki, qanunvericiliyə əsasən bu səlahiyyət AR Nazirlər Kabinetinə məxsusdur. Evi uçurulan gün dərhal DİN-nin 102 qaynar xəttinə mülkiyyətinin qanunsuz olaraq uçurulduğuna dair şikayət versə də, onun bu şikayətini də araşdıran olmayıb. Bundan sonra onun prokurorluq orqanlarına da müraciətləri bu günədək araşdırılmayıb və ona bunun səbəblərinə dair heç bir məlumat verilməyib. Ali hüquqi qüvvəyə malik olan Konstitusiya əmlakın tam müsadirəsini qadağan edir və dövlət ehtiyacları üçün alındıqda mülkiyyətin dəyərinin əvvəlcədən ədalətli ödənilməsini tələb edir. Lakin Konstitusiyanın bu maddəsinin tələbinə zidd olaraq, onun mülkiyyətindən məhrum edilməyi ilə bağlı ona kompensasiyanın verilmədən, əmlakı məhv edilib ki, bunun da nəticəsində ona maddi və mənəvi zərər vurulub. Faktiki hallarda qeyd etdiyi kimi, mülkiyyəti cavabdeh tərəfindən onun evdə olmadığından istifadə edilərək uçurulub və həmin vaxt evində olan ona məxsus bütün əmlakı məhv edilib və 22 ədəd qiymətli brilyant qaşları yoxa çıxıb. Evin dəyəri ilə bağlı onun yaşadığı ev 3 otaqdan ibarət olmaqla yüksək səviyyədə təmirli olub. Mətbəx və vanna otağının təmirində bahalı mərmər daşından istifadə edilib. Bunu təsdiq edən müvafiq video məhkəməyə təqdim ediləcək. Yaşadığı evin dəyəri ən azı 200.000 manat dəyərində olub. Belə ki, evdə yaşamaqla yanaşı evin ümumi həyətyanı sahəsindən mütəmadi olaraq istifadə edib. Evi uçurularkən evdə məhv edilmiş əşyaların dəyəri ilə bağlı video materiallardan, şəkillərdən göründüyü kimi ev uçurulduğu zaman ona dəyən maddi zərərin həcmi 1.017.580 manat olmuşdur. Belə ki, evin dəyəri 200.000 manat + əşyaların dəyəri 17.580 manat + briliantların dəyəri 800.000 manat = cəmi 1.017.580 manat.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən, məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, cavabdehlər “xxxx” MMC ilə cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3 arasında bağlanmış ##.##.2024-cü tarixli alqı-satqı müqaviləsi”nin İddiaçı məxsus 3,41 kv.m paya aid hissədə etibarsız hesab edilməsi, İddiaçı məxsus 3,41 kv.m payın dəyərini təşkil edən 7.000 manat pulun cavabdeh2, cavabdeh5, cavabdeh4 və cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” MMC ödənilməsi və sonuncudan 11.253 manat kompensasiyanın tutularaq İddiaçı ödənilməsi, “xxxx” MMC 16.180 manat maddi zərərin tutularaq İddiaçı ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ##.##.2005-ci ildə vəfat etmiş X1 ##.##.1999-ci il tarixdə vəfat etmiş Kazımov Fərhad Kazım oğlunun vərəsəsi kimi tanınması, İddiaçı ##.##.2005-ci ildə vəfat etmiş X1 vərəsəsi kimi tanınması, Kazımov Fərhad Kazım oğlundan miras qalmış Bakı şəhəri, Abşeron küçəsində yerləşən ** saylı fərdi yaşayış evinin 1/80 hissəsi üzərində İddiaçı miras payının müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri, * saylı Notariat ofisinə həvalə edilməsi, habelə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixində qanuni qüvvəyə minmişdir.

31. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi müqavilələr əsasında söküntüyə məruz qalmış yaşayış sahəsi üzərində mülkiyyət hüququ bir neçə şəxsə məxsus olmuşdur. Bu səbəbdən həmin əmlaka dair sərəncam verilməsi yalnız bütün paylı mülkiyyətçilərin razılığı ilə mümkün olardı.

32. Beləliklə, iddia “müqavilələrin etibarsız hesab edilməsi” hissəsində mübahisəli tikili üzərindəki əmlak hüququna sərəncam verilməsi barədə müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması ilə bağlı hüquqi nəticələrə dair maddi hüquq normaları nəzərdən keçirilməklə yoxlanılmalıdır.

33. Belə ki, mülki qanunvericiliyə görə, səlahiyyətsiz şəxs tərəfindən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, yalnız hüquq sahibinin qabaqcadan verdiyi razılıq və ya sonradan təsdiqi olduqda etibarlı sayılır. Paylı mülkiyyətdə olan əşyaya sərəncam vermək səlahiyyəti hüquq sahibinə məxsusdur, əgər söhbət iki və ya daha artıq şəxsin birgə hüquq sahibliyindən gedirsə sərəncam onların birgə razılığı ilə mümkündür. Qabaqcadan verilmiş razılıq və ya sonradan bəyənmə halları istisna olmaqla, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncamı etibarlı sayıla bilməz. Belə əqd etibarsız hesab edildiyi halda hüquqi nəticə doğurmur.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı halda söküntüyə məruz qalmış tikili üzrə iddiaçının payı cavabdehlərə məxsus hissə nəzərə alınmaqla müəyyən edilməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlərə düşən hissəsi 34,1 kv.m təşkil edir. Həmin əmlak Kazımov Fərhad Kazım oğlu ilə cavabdeh2 birgə nikahı dövründə əldə edildiyindən 34,1 kv.m sahənin yarısı cavabdeh2 məxsus sayılmalı, qalan yarısı isə miras qaydasında beş nəfər arasında bölünməlidir. Bu halda iddiaçının payı 3,41 kv.m həcmində müəyyən edilməlidir.

35. İşin müəyyən edilmiş bu halları göstərir ki, cavabdehlər arasında ##.##.2024-cü il tarixdə bağlanmış müqavilə iddiaçıya məxsus 3,41 kv.m hissə üzrə onun razılığı olmadan bağlanmışdır. Həmin hissə üzərində səlahiyyətsiz şəxs tərəfindən verilmiş sərəncam iddiaçı üçün hüquqi nəticə doğurmur. Mübahisəli yaşayış sahəsi sökülərkən iddiaçının razılığı alınmadığı, sahiblik və istifadəsində olan fərdi yaşayış evinin söküntüyə məruz qalması üçün ona kompensasiya ödənilmədiyi nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun bərpa olunması AR Mülki Məcəllənin 337.1 və 337.5ci maddələrinə əsasən mümkündür.

36. Həmin maddələrin məzmununa görə də, Mülki Məcəlləyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd etibarsız olduqda, əgər Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Nəzərə alınmalıdır ki, cavabdehlərə sahəsi 34,1 kv.m təşkil edən evin sökülməsi nəticəsində verilmiş kompensasiya ümumilikdə məbləği 70.000 manat təşkil etmişdir. İddiaçı mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 3,41 kv.m sahəsinə malik olmuşdur. Bu səbəbdən də iddiaçı müvafiq müqaviləni yalnız həmin sahəyə aid hissədə etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, müqavilənin məhz 3,41 kv.m sahənin dəyərini təşkil edən 7.000 manat cavabdehlərdən müştərək qaydada tutularaq digər cavabdeh “xxxx” MMC-nə qaytarılmalıdır.

38. Bununla belə məhkəmə kollegiyası qeyd etmişdir ki, 3,41 kv.m sahə hazırda naturada mövcud olmadığından, onun əvəzinə ödənilməli kompensasiya cari bazar qiymətləri əsasında müəyyən edilməlidir. Belə ki, ədalətli kompensasiya müdaxilə nəticəsində hüququ pozulmuş şəxsin çəkdiyi zərərin tam qarşılanmasını nəzərdə tutur və mülkiyyətin dəyəri ilə mütənasib olmalıdır. Buna görə də kompensasiyanın məbləği sökülmüş tikiliyə görə ödənilən əvəz kimi mülkiyyətçinin düşdüyü vəziyyəti mümkün qədər bərpa etməlidir.

39. “xxxx” MMC-nin qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən yeni tikilidə orta təmirli mənzilin 1 kv.m-nin ##.##.2025-ci il tarixə bazar qiyməti 3.300 manat təşkil edir. İş üzrə sübutlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 3,41 kv.m sahəyə uyğun olaraq hesablanan 11.253 (3,41 × 3.300) manat kompensasiya cavabdeh “xxxx” MMC-dən tutulub iddiaçıya ödənilməlidir. Müəyyən edilmiş bu məbləğ iddiaçının əsaslı gözləntilərinə və mütənasiblik prinsipinə uyğundur.

40. İddiaçının “Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 200.000 manat evin dəyərinin ödənilməsi”nə dair tələbi, ona düşən pay 3,41 kv.m həcmində müəyyən edildiyindən, ödəniləcək həmin məbləğlə məhdudlaşdırılmalıdır.

41. Belə ki, iş materiallarında bu müqavilənin bütövlükdə, habelə ##.##.2023-cü il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsini şərtləndirən digər hallar müəyyən olunmamışdır.

42. Məhkəmə kollegiyası iddianın kirayə haqqı hissəsi ilə bağlı qeyd etmişdir ki, iddianın bu hissəsi əsassızdır. Belə ki, iddiaçının paylı mülkiyyət hüququ ona məxsus olmuş payın əvəzinə pul kompensasiyası ödənilməklə bərpa olunmuşdur.

43. Bu səbəbdən də davam edən aylıq ödənişin həyata keçirilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması üçün hüquqi əsaslar mövcud deyil.

44. İddianın “17.580 manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin ödənilməsi” hissəsinə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının maddi zərər çəkməsinə səbəb olmuş mülki hüquq pozuntusunun cavabdeh tərəfindən törədilməsi faktı iş materialları ilə müəyyən edilir.

45. Belə ki, Bakı şəhər İHB-nin ## ###### 2022-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən, ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə hüququ ilə “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də “xxxx” MMC-yə həvalə edilmişdir. Mübahisəli ünvanda söküntü işlərinə cavabdehlər arasında müqavilə bağlandıqdan sonra başlanılmışdır. Həmin ərazidə söküntü işlərinin digər fiziki və hüquqi şəxslər tərəfindən aparıldığını təsdiq edən hər hansı sübut cavabdeh-MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh MMC tərəfindən törədildiyi müəyyən edilmiş əməlin (yaşayış sahəsindən faktiki istifadə edən iddiaçıya məlumat vermədən, əşyalarının çıxarılmasını təmin etmədən evin sökülməsinin) hüquqazidd olubolmaması, yəni hüquq qaydasının pozulub-pozulmaması məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, söküntü işləri həyata keçirilən zaman MMC-nin iddiaçının mübahisəli əmlak üzərində paylı mülkiyyət hüququna malik olması barədə həqiqətən də məlumatlı olmamışdır.

46. Bununla belə iş materiallarında olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, “xxxx” MMC və cavabdeh2 İddiaçı qarşı iddiası üzrə sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi barədə tələblərə baxılmış, nəticədə İddiaçı mübahisəli evə istifadə hüququnun mövcud olduğu müəyyən edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Kazımov Güləğa Kazım oğlu Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evində ##.##.1997-ci il tarixdən qeydiyyatda olmaqla fasiləsiz yaşamış, yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. İddiaçılar cavabdehin mübahisəli evdə istifadə hüququnun mövcud olduğunu bilmiş, məhkəmə qətnaməsi ilə də onun həmin yaşayış sahəsindən yalnız müvafiq kompensasiya ödənilməklə çıxarıla biləcəyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi barədə iddiası təmin olunmamışdır.

47. Göründüyü kimi, MMC hazırkı iş üzrə iddiaçının mübahisəli ünvanda yerləşən əşyalar üzərində mülkiyyət hüququna malik olmasını, həmin evin onun yeganə yaşayış yeri olmasını, habelə evin sökülməsinə dair ona qarşı irəli sürülmüş iddianın təmin edilmədiyini bildiyi halda söküntü işlərini həyata keçirmiş və nəticədə iddiaçı əşyalarından, yaşayış yerindən məhrum edilmişdir.

48. Belə ki, söküntü işləri aparılarkən iddiaçının hüquqları nəzərə alınmamış, ona məxsus əşyalar məhv edilmiş və zərər vurulmuşdur. Bu hal MMC-nin əməlini hüquqazidd hesab etməyə əsas verir. MMC-nin sözügedən əməli törədərkən davranışına nəzarət etmək və nəticəni qabaqcadan görmək imkanı olduğu halda, həmin nəticənin qarşısını almaması təqsirinin mövcudluğunu göstərir. Həmçinin törədilmiş əməl ilə iddiaçıya vurulmuş zərər arasında səbəbli əlaqə müəyyən olunur. Beləliklə, cavabdehin mülki hüquqi məsuliyyət daşıması üçün zəruri olan hüquqi əsaslar mövcuddur.

49. İş materiallarında olan video materiallarına əsasən mövcudluğu müəyyən edilən, ev sökülərkən məhv edilmiş əşyaların siyahısı iddiaçının təqdim etdiyi iddia ərizəsində aşağıdakı kimi göstərilmişdir: soyuducu (500 manat), mətbəx mebeli (2300 manat), paltaryuyan maşın (600 manat), qaz plitəsi (270 manat), qaz kolonkası (70 manat), rakovina (200 manat), unitaz (150 manat), şefonyer (290 manat), masa + 6 stul (600manat), televizor LG (108) (3200 manat), kondisioner (1000 manat), divan (500 manat), çarpayı (500 manat), kamin (1000 manat), masa + 6 stul (qonaq otağı) (900 manat), seyf qapı (1000 manat), kişi dəri pəncəkləri 9 ədəd (4500 manat). “xxxx” MMC-nin MB-**/**** saylı ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatında ünvan 1 ünvanında yerləşən mənzildə ev əşyalarının aşınma, amortizasiya halları nəzərə alınmaqla həmin tarixə olan bazar dəyəri aşağıdakı kimi təşkil etdiyi göstərilmişdir: Bosch markalı soyuducu (500 manat), mətbəx mebeli (2000 manat), Siemens markalı paltaryuyan maşın (750 manat), İtimat markalı qaz plitəsi (270 manat), Termet markalı qaz kolonkası (70 manat), rakovina (200 manat), unitaz (150 manat), Türkiyə istehsalı, Bellona firması şefonyer (300 manat), Türkiyə istehsalı, Bellona firması masa + 6 stul (650 manat), televizor LG (108) (2550 manat), kondisioner xxxx – 18 000 BTU (1350 manat), divan dairəvi künc, Bellona firması (500 manat), çarpayı 140×200 JYSK (500 manat), Smart Flame kamin (1000 manat), masa + 6 stul (qonaq otağı) (900 manat), Seyf qapı BOYUT Türkiyə (1000 manat), kişi dəri pəncəkləri 9 ədəd (4050 manat).

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri müqayisəli şəkildə təhlil edərək qeyd etməyi zəruri saymışdır ki, iş üzrə təyin edilmiş müstəqil mütəxəssis rəyi ilə bəzi əşyaların bazar dəyəri iddia ərizəsində göstərilən məbləğdən yüksək müəyyən edilsə də, mülki mühakimə icraatının dispozitivlik prinsipi və məhkəmənin iddia tələbləri ilə bağlılığı nəzərə alınmalıdır. Bu səbəbdən ekspert rəyində göstərilən məbləğlər sübut kimi qiymətləndirilməklə zərərin həcmi yalnız iddia ərizəsində tələb olunan məbləğ həddində müəyyən edilməli və cavabdehdən həmin hədd daxilində tutulması məqsədəuyğun hesab olunmalıdır.

51. Məhkəmə kollegiyası iddiaçının mülkiyyət hüququnun pozulması nəticəsində mənəvi zərərin əvəzi olaraq 10.000 manat vəsaitin “xxxx” MMC tutularaq ona ödənilməsi tələbi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı zədələnmiş əşyaların xüsusi qeyri-maddi dəyərə malik olduğunu və ya onların məhv edilməsinin onun şəxsi hüquqularına müdaxilə ilə nəticələndiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materialları ilə həmin əşyaların və fərdi yaşayış evinin, ailə xatirəsi ilə bağlı yeganə nümunələrin, incəsənət əsərlərinin və ya şəxslə xüsusi bağlılığı olan digər predmetlərin məhv edilməsi ilə nəticələndiyi də müəyyən edilmir.

52. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1097.3, 1115-ci, MPM-in 14.1, 14.2, 77.1, 82.3, 88, 217.3, 217.4, 218.3, 220.4-cü maddələrinə, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** saylı qərarındakı hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçıya kompensasiya təyin edərkən, “xxxx” MMC tərəfindən digər cavabdehlərə payların alınması müqabilində həmin ərazidə tikiləcək binada hər biri 25 kv m. olmaqla, iki ədəd evin verildiyinə və evlər verilənə qədər onlara kirayə haqlarının verilməsinə dair əvəzləşmə müqaviləsinin bağlandığına, onlarla müqayisədə iddiaçı İddiaçı isə hər hansı ev, kirayə haqqı və kompensasiya təklif edilməməklə ona qarşı ayrıseçkiliyin edildiyinə də hüquqi qiymət verməyib. Məhkəmə bu zaman cavabdehin iddiaçın mülkiyyətdən məhrum edərkən, Sərəncamın da tələblərinə riayət etmədiyinə hüquqi qiymət verməyib. Sərəncamının 1-ci bəndində Bakı şəhər İHB müəyyən edib ki, daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlırazılıq əsasında “xxxx” MMC tərəfindən tənzimlənməsi şərti ilə həmin ərazilərdəki torpaq sahələri “xxxx” MMC-nin istifadəsinə ayrılıb. “xxxx” MMC də məhkəmə qətnaməsində də göstərildiyi kimi, bildirib ki, Sərəncamın 1-ci bəndinə əsasən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış kirayə haqları verilməsi onlara həvalə edilmişdir. Lakin Sərəancamın 1-ci bəndinin də tələbinə zidd olaraq, iddiaçıİddiaçı məhrum edildiyi mülkiyyətinin əvəzində ona hər hansı ev, kirayə haqqı və kompensasiya verilməməsi iddiaçıya qarşı ayrı-seçkiliyin tətbiqinin açıq sübutudur. Üstəlik, evdəki payına görə cəmi 11,253 manat kompensasiya təyin edilən və bu vəsaitə özünə yaşayış yeri təmin etmək imkanına malik olmayan iddiaçıya məhkəmə kirayə haqqının təyin edilməsindən də imtina edib ki, iddiaçının paylımülkiyyət hüququ ona məxsus olmuş payın əvəzinə pul kompensasiyası ödənilməklə bərpa olunmuşdur. 66 yaşlı iddiaçı evinin uçurulması və kirayə haqqının ödənilməməsi səbəbindən 2025-ci ilin noyabr ayından demək olar ki, küçələrdə qalıb. Məhkəmənin təyin etdiyi kompensasiya nəticəsində, iddiaçı kommersiya fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-nin mənfəət əldə etməsindən ötrü mülkiyyətindən tam məhrum edilmiş və bunun hansı təxirəsalınmaz ictimai zərərətdən irəli gəldiyi əsaslandırılmayıb. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məhkəmənin təyin etdiyi kompensasiya nəticəsində, iddiaçının nəinki əvvəl yaşadığı ərazidə, ümumiyyətlə, Azərbaycan Respublikasının heç bir ərazisində yaşayış evi əldə etməsi mümkünsüzdür. Yəni, faktiki olaraq, iddiaçının əmlakı müsadirə edilib. Azərbaycan qanunvericiliyində mülkiyyətçinin razılığı olmadan məcburi qaydada əmlakın alınmasına yalnız xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi zamanı və dövlət ehtiyacları olduğu zaman yol verilir. İddiaçının isə əmlakının alınması üçün qeyd edilən hər hansı məcburi hal mövcud olmayıb. Belə ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunun 3-cü maddəsində əsasların dəqiq siyahısı müəyyən edilib. İddiaçın mülkiyyətindən məhrum edilməyi üçün isə qeyd edilən hər hansı dövlət ehtiyacı mövcud olmayıb. Məhkəmənin və cavabdehin istinad etdiyi kimi, iddiaçının mülkiyyətindən məhrum edilməyi Bakı şəhər İHB-nın # ###### 2022-ci il tarixli Sərəncamı əsasında həyata keçirilib. Bakı şəhər İHB qanunvericiliyə əsasən, mülkiyyətin məcburi şəkildə alınması ilə bağlı qərar qəbul etmək üçün səlahiyyətə malik deyil. Üstəlik, həmin Sərəncamda mülkiyyətin alınmasının əsasları kimi, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunun 3cü maddəsində göstərilən dövlət ehtiyaclarına istinad edilməyib. Hətta mülkiyyətin alınması dövlət ehtiyacları üçün olmuş olsaydı belə, bununla bağlı qərarı İHB deyil, AR Nazirlər Kabineti qəbul etməli idi. Çünki, qanunvericiliyə əsasən bu səlahiyyət AR Nazirlər Kabinetinə məxsusdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı dövlət ehtiyacları olmadığı halda öz mülkiyyətindən məhrum edilib. Halbuki, ali qanunumuz olan Konstitusiya tələb edir ki, hətta mülkiyyət dövlət ehtiyacları üçün alınarsa belə, onun əvəzi əvvəlcədən ödənilməlidir. Mülkiyyətin əvəzinin əvvəlcədən ödənilərək alınması halında, mütləq halda iddiaçının mənafeyinə uyğun gələn şərtlə razılaşma baş verəcəkdi. Çünki, iddiaçının başqa yaşayış yeri olmadığı üçün ya ona müvafiq ev və ya özünə müvafiq ev ala bilməsi üçün kompensasiya verilmiş olacaqdı. Əks halda, heç bir tikinti şirkəti 66 yaşlı iddiaçını yaşadığı evindən məhrum edə bilməzdi. İndiki halda isə, tikinti şirkəti 66 yaşlı iddiaçının evini uçuraraq, onu çöllərdə qoyub, məhkəmə bunun əvəzində iddiaçıya ev alması mümkün olmayan kompensasiya təyin edib, hüquq mühafizə orqanları və eləcə də, məhkəmələr iddiaçının evini qəsdən məhv edən tikinti şirkətinin cinayət əməlinə göz yumub. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cüil tarixli qətnaməsində iddiaçının 30 il müddətində həmin evdə anası ilə və anası rəhmətə getdikdən sonra isə tək yaşadığı öz təsdiqini tapıb. Belə ki, Yasamal Rayon Məhkəməsinin də qeyd edilən qətnaməsi ilə müəyyən edib ki, iddiaçının başqa yaşayış yeri olmadığından, o, müvafiq kompensasiya ödənilmədən istifadə hüququndan məhrum edilə, evindən çıxarıla bilməz. İddiaçı uçurulan evdə paya malik olmaqla yanaşı, istifadə hüququna da malik olub. Məhkəmə kompensasiya müəyyən edərkən bu hala da hüquqi qiymət verməyib və kompensasiya təyinində bunu nəzərə almayıb. İddiaçı məhz bu halları nəzərə alaraq, itirmiş olduğu yaşayış yerinin əvəzində 200.000 manat kompensasiya tələb edib. Lakin, apellyasiya məhkəməsi müəyyən etdiyi kompensasiya nəticəsində iddiaçı özünə hər hansı yaşayış yeri əldə etməkdən məhrum olub. Apellyasiya məhkəməsinin qətnaməsində MMC hazırkı iş üzrə iddiaçının mübahisəli ünvanda yerləşən əşyalar üzərində mülkiyyət hüququna malik olmasını, həmin evin onun yeganə yaşayış yeri olmasını, habelə evin sökülməsinə dair ona qarşı irəli sürülmüş iddianın təmin edilmədiyini bildiyi halda söküntü işlərini həyata keçirdiyini və nəticədə iddiaçını əşyalarından, yaşayış yerindən məhrum edildiyini müəyyən edib. Qeyd edilən hallara istinad edən məhkəmə, iddiaçıya mənəvi zərərə görə kompensasiya təyin etməməyini onunla əsaslandırıb ki, “iddiaçı zədələnmiş əşyaların xüsusi qeyri-maddi dəyərə malik olduğunu və ya onların məhv edilməsinin onun şəxsi hüquqlarına müdaxilə ilə nəticələndiyini təsdiq edən sübutları təqdim etməmişdir. İş materialları ilə həmin əşyaların və fərdi yaşayış evinin, ailə xatirəsi ilə bağlı yeganə nümunələrin, incəsənət əsərlərinin və ya şəxslə xüsusi bağlılığı olan digər predmetlərin məhv edilməsi ilə nəticələndiyi də müəyyən edilmir”. Məhkəmənin bu arqumentə istinad edərək, iddiaçıya mənəvi zərərə görə kompensasiya təyin etməməsi, məhkəmənin MMC-nin qanunsuz olaraq iddiaçının evini və əşyalarınıməhv etdiyi və buna görə kompensasiya təyin edilməli olduğu arqumenti ilə tamamilə ziddiyyət təşkil edir. Evi əşyaları ilə birlikdə məhv edilmiş iddiaçı, hansı zədələnmiş əşyalarını sübut kimi məhkəməyə təqdim etməli olduğunu məhkəmə qətnaməsində əsaslandırılmayıb. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda, işdə olduğu vaxt evinin bütün qanunlar və insani dəyərlər pozularaq əşyalarla birlikdə məhv edilməsini və artıq yaşayacaq yerinin və istifadə ediləcək bir dənə də olsun əşyasının olmadığını görən, faktiki olaraq “evi başına uçurulan” iddiaçının ona mənəvi zərər vurulduğunu göstərmək üçün əlavə hansı sübutu təqdim etməli olduğu məhkəmə qətnaməsində göstərilməyib. Bütün evi və əşyaları ilə birlikdə məhv edilən iddiaçının sanki bütün həyatı əlindən alınıb ki, bütün bunlar ona ciddi sarsıntı yaşadıb. Bu sarsıntı o qədər böyük olub ki, iddiaçı həkimə müraciət etməli və psixoloji dəstək almalı olub. Bunu da təsdiq edən tibbi sənədlərdən çıxarışlar məhkəməyə təqdim edilib. Məhkəmə hüquqi qiymətləndirmə aparmayıb ki, iddiaçıya təyin edilmiş kompensasiya əsasında iddiaçı öz mülkiyyət hüququnu ağlabatan şəkildə bərpa etmək hüququna malikdir yoxsa yox?! Məhkəmə qətnaməsində iddiaçının əvvəlki yaşadığı ərazidə 3,41 kv m. ev ala bilməsinin mümkünlüyünə hüququ qiymət verilməyib. Aydın məsələdir ki, nəinki iddiaçının yaşadığı ərazidə, ümumiyyətlə AR hər hansı əraizisində 3,41 kv m. yaşayış sahəsi mövcud deyil. Hətta AR Cəzaların İcrası Məcəlləsinin 91.2-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması dörd kvadratmetrdən, müalicə müəssisələrində isə beş kvadratmetrdən az ola bilməz. Göründüyü kimi, iddiaçının məhkəmənin müəyyən etdiyi məbləğində kompensasiya əsasında özünə yaşayış yeri əldə etməsi mümkün deyil. İddiaçının əvvəlki yaşayış şəraitinə oxşar yaşayış yeri əldə etməsi üçün ən azı 35 kv.m evi olmalıdır. Məhkəmənin istinad etdiyi qiymətləndirmə şirkətinin rəyinə əsasən hesablasaq, bu, ən azı 115.000 manat edir. Hesablanması 35 kv m. X 3300 manat = 115,000 manat. Əslində isə, “xxxx” MMC və digər MTK-lar tərəfindən tikilən evlərin kv.metri ən azı 5.000 manatdan satılır. 5000 manatdan hesabalasaq, iddiaçının əvvəlki yaşayışına uyğun ev əldə etməsi üçün 175.000 manat ödəməsi tələb edilir. Belə olan halda, mənhkəmənin iddiaçı üçün təyin etdiyi 11.253 manat kompensasiya Konstitusiyanın 29.4-cü maddəsinin tələb etdiyi nə ədalətlilik, nə də məhkəmənin istinad etdiyi mütənasiblik prinsiplərinə və nə də iddiaçının gözləntilərinə cavab verir. Daha da önəmlisi, ədalətlilik prinsipi yalnız zərərin nominal ödənilməsi ilə məhdudlaşmır; bu prinsip həm də hüquq pozuntusuna yol vermiş şəxsin – bu halda tikinti şirkətinin – törətdiyi qanunsuz hərəkətin nəticələrini real şəkildə hiss etməsini tələb edir. Əks halda, kompensasiya institutu preventiv və çəkindirici funksiyasını tamamilə itirir. Ədalətliliyin təmin edilməsi həm də pozuntuya yol verilmiş tikinti şirkətinin özbaşına başqasının əmlakınıməhv etdiyinə görə əhəmiyyətli kompensasiya ödəməsində əks olunmalı idi. Məhkəmənin təyin etdiyi kompensasiya məbləği isə nəinki pozuntunun qarşısını alır, əksinə, gələcəkdə “xxxx” MMC və digər tikinti şirkətləri tərəfindən bu cür pozuntu hallarına kütləvi şəkildə yol verilməsinə şərait yaradır. Ədalətli kompensasiya həm də tikinti şirkətinin də maddi vəziyyətində hiss edə biləcəyi kompensasiya olmalıdır. Əks halda, ədalətliliyin təmin edilməsindən söhbət gedə bilməz. Əgər tikinti şirkəti bir şəxsin 30 il yaşadığı evi uçuraraq, onu daimi yaşayış yerindən məhrum edərək, məhkəmə yolu ilə ona cəmi 11,253 manat kompensasiya verməklə işini bitmiş hesab edərsə, burada ədalətliliyin təminindən heç bir söhbət gedə bilməz. Məhkəmə iddiaçıya kompensasiya müəyyən edərkən, iddiaçının bu kompensasiya məbləğinə razı olub-olmadığına da hüquqi qiymət verməyib. Göründüyü kimi, hətta mülkiyyətin dövlət ehtiyacı üçün alınması halında ilk öncə mülkiyyətçinin razılığı tələb edilir. İddiaçının evinin alınması isə dövlət ehtiyacı olmadığından, burada mülkiyyətçinin razılığının alınması xüsisilə əhəmiyyətli oldğuğu halda, məhkəmə iddiaçının təyin edilmiş kompensasiya razılığının əldə edilməsinə hüquqi qiymət verməyib. Aydın məsələdir ki, iddiaçının evi qəsdən məhv edildiyindən, burada söhbət əvvəlcədən razılığın alınmasından getmir. Sadəcə, kompensasiya məbləği müəyyən edən məhkəmə bunun ağlabatanlığını eyni zamanda iddiaçı ilə də razılaşdırmalıdır. Çünki yuxarıda qeyd etdiyimiz kimi, iddiaçıya “sənin yaşadığın əmlakda cəmi, 11,253 manatlıq payın var, bu məbləği al və harada və necə yaşayırsan yaşa” prinsipi ilə yanaşılması heç bir halda ədalətlilik standartına uyğun gələ bilməz. İddiaçının həmin əmlakda payı nə qədər olsa da, o, 30 il həmin əmlakda, heç kimə qarşı ev və ya kompensasiya tələbi irəli sürmədən yaşayıb. Kompensasiya təyin edərkən, bütün bu hallar nəzərə alınmalıdır. Qanunvericiliyin tələbi bu şəkildədir və qanunvericiliyin bununla bağlı tələbləri aşağıda sadalanır: 1. iddiaçının istifadə hüququndan məhrum olduğuna və buna görə kompensasiya təyin edilməli olduğuna hüquqi qiymət verilməyib. 2. İddiaçıya təyin edilmiş kompensasiya əsasında iddiaçının öz mülkiyyət hüququnu ağlabatan şəkildə bərpa etməsinin mümkünlüyünə hüquqi qiymət verilməyib. 3. İddiaçının mülkiyyətindən məhrum edilməsinin və küçələrdə yaşamağa məhkum edilməsinin təxirəsalınmaz ictimai zərurətdən irəli gəldiyinə hüquqi qiymət verilməyib. 4. İddiaçı ilə eyni vəziyyətdə olan payçılara ev təklif edildiyi halda, iddiaçıya belə bir evin təklif edilməsinin mümkünlüyünə və belə bir təklifin mümkünsüz olduğu halda bunun əsaslarına hüquqi qiymət verilməyib. Bütün qeyd edilənlər nəticəsində iddiaçının ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququ pozulmuşdur.

55. Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.molan 5 otaqlı fərdi yaşayış evi müvafiq Sərəncamla MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi üzərində yerləşən tikilinin sökülməsi və yenidən tikilməsi barədə cavabdehlər (paylı mülkiyyətçilər ilə “xxxx” MMC) arasında ##.##.2023-cü il tarixli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMC tərəfindən sözügedən ünvanda yerləşən tikilinin sökülərək həmin sahədə yeni yaşayış binasının inşası həyata keçirilməli, bunun müqabilində isə paylı mülkiyyətçilərə məxsus 1 otaqlı mənzilin (faktiki sahəsi 34,1 kv.m) əvəzinə sahəsi 50 kv.molmaqla 2 ədəd 25 kv.mmənzil verilməli idi. Tərəflərin razılaşmasına əsasən tikinti başa çatanadək bütün mülkiyyətçilərə birlikdə 400 manat məbləğində kirayə haqqı ödənilməsi, həmçinin binada yerləşən mənzillərin bütün kommunal xətlər və sayğaclarla təchiz edilərək tamtəmirli vəziyyətdə mülkiyyətçilərə təhvil verilməsi MMC-nin öhdəliyi kimi müəyyən edilmişdir. Mülkiyyətçilər ##.##.2024-cü il tarixdə MMC-yə müraciət etmiş və tərəflər ##.##.2023-cü il tarixli müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş 2 ədəd 25 kv.mmənzilin verilməsi əvəzinə pul kompensasiyasının ödənilməsi barədə razılığa gəlmişlər. Müqaviləyə edilmiş dəyişikliklə, ümumi sahəsi 34,1 kv.m olan mənzilin əvəzinə MMC tərəfindən mülkiyyətçilərə 70.000 manat kompensasiyanın ödənilməsi razılaşdırılmışdır. Beləliklə də, “xxxx” MMC ilə cavabdeh2, Kazımo va Esmira Fərhad qızı, cavabdeh4 və cavabdeh3Fərhad oğlu arasında ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcılar ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.molan 5 otaqlı fərdi yaşayış evində onlara paylı mülkiyyət hüququ ilə məxsus hissəni alıcının mülkiyyətinə vermiş, alıcı isə əmlakı 66.500 manata satın almışdır. Göründüyü kimi “xxxx” MMC mübahisə predmeti olan evlə bağlı ##.##.2023-cü il tarixində əvəzləşdirmə müqaviləsi, daha sonra ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlamışdır. Həmin müqavilələr bağlanan zaman “xxxx” MMC evin mülkiyyətçiləri olan cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3Fərhad oğlu ilə danışıqlar aparmış və müqavilələri də həmin şəxslərlə bağlamışdır. Həmin vaxt hazırki iş üzrə iddiaçı evin mülkiyyətçisi deyildi. Yəni, “xxxx” MMC-nin mülki hüquq münasibətinin tərəfi kimi elə bir öhdəliyi yoxdur ki, o sözügedən evin ehtimal edilən mülkiyyətçisini müəyyən edib onu da bu münasibətlərə cəlb etsin. “xxxx” MMC ona təqdimolunan mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında həmin evin mülkiyyətçiləri olan cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3Fərhad oğlu ilə tam vicdanlı şəkildə müqavilə bağlamış, müqavilə üzrə öz öhdəliyini icra edərək 66.500 manat pul vəsaitini həmin evin mülkiyyətçilərinə ödəmişdir. Məhz bütün bu proseslər yekunlaşdıqdan sonra, yəni ##.##.2025-ci il tarixində qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı sözügedən ev üzərində 1/80 hissə həcmində miras payı tanınmışdır. Başqa sözlə, “xxxx” MMC sözügedən müqavilələri bağlayan zaman evin həqiqi mülkiyyətçiləri ilə müqavilə bağlamış, İddiaçı mülkiyyət hüququndan məhrumetməmiş və onun bu hüququnu pozmamışdır. İşin şərh edilən hallarını təhlil etdikdə yalnız bu qənaətə gəlmək olar ki, İddiaçı ən yaxşı halda sözügedən evin miras payçısı kimi digər vərəsələrə qarşı iddia qaldırıb ona çatası payı aldıqlarına görə həmin şəxslərdən müvafiq pul kompensasiyasını tələb etməli idi. “xxxx” MMC ümumiyyətlə bu iddianın cavabehi olmamalı idi. Yəni, cavabdeh2 və onun övladlarının sözügedən evə dair mülkiyyət hüququnu təsdiq edən sənədini görən “xxxx” MMC vəfat edən şəxsin qardaşının nə vaxtsa vərəsə kimi tanına biləcəyi ehtimalını öncədən bilmirdi və bilə də bilməzdi. Lakin, cavabdeh2 və onun övladları qanunvericiliyin tələbini bilsəydi hazırki iş üzrə iddiaçının nə vaxtsa vərəsə kimi tanına biləcəyi ehtimalını görə bilərdi. Başqa sözlə, “xxxx” MMC bu mülki münasibətdə vicdanlı alıcıdır. Hətta apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin 87-ci bəndində qeyd edilib ki, Cavabdeh MMC tərəfindən törədildiyi müəyyən edilmiş əməlin (yaşayış sahəsindən faktiki istifadə edən iddiaçıya məlumat vermədən, əşyalarının çıxarılmasını təmin etmədən evin sökülməsinin) hüquqazidd olub-olmaması, yəni hüquq qaydasının pozulubpozulmaması məsələsi ilə bağlı kollegiya qeyd edir ki, söküntü işləri həyata keçirilən zaman MMC-nin iddiaçının mübahisəli əmlak üzərində paylı mülkiyyət hüququna malik olması barədə həqiqətən də məlumatlı olmamışdır. Həmçinin, xxxx” MMC ilə cavabdeh2, cavabdeh5, cavabdeh4, cavabdeh3Fərhad oğlu arasında bağlanan ##.##.2024cü il tarixli alqı-satqı müqaviləsinin 9-cu maddəsində Satıcı təminat verib ki, həmin evə dair heç bir məhkəmə mübahisəsi yoxdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi də təsdiq edir ki, “xxxx” MMC vicdanlı alıcı olmuşdur. İşə baxan məhkəmə isə “xxxx” MMC-nin vicdanlı alıcı mövqeyini nəzərə almamış, əsl olmayan cavabdehdən pul kompensasiyasının alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçının maddi zərər çəkməsinə səbəb olmuş mülki hüquq pozuntusunun cavabdeh tərəfindən törədilməsi faktı iş materialları ilə müəyyən edilir. Mübahisəli ünvanda söküntü işlərinə cavabdehlər arasında müqavilə bağlandıqdan sonra başlanılmışdır. Həmin ərazidə söküntü işlərinin digər fiziki və hüquqi şəxslər tərəfindən aparıldığını təsdiq edən hər hansı sübut cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən mülahizələrlə bağlı bildirilməlidir ki, sözügedəne evin söküntüsünün “xxxx” MMC tərəfindən icra edildiyi heç bir sübutla öz təsdiqini tapmır. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi iddiaçı ona ziyan dəydiyini və bu ziyanın “xxxx” MMC tərəfindən edildiyini sübut etməlidir. Əlavə olaraq, qeyd edilməlidir ki, iş üzrə cavabdeh cavabdeh2 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində qeyd etmişdir ki, evin söküntüsünü “xxxx” MMC yox, onlar özləri ediblər. şə baxan apellyasiya instansiyası məhkəməsi isə heç bir sübuta əsaslanmadan, əsassız olaraq evin söküntüsünün “xxxx” MMC tərəfindən icra edildiyi qənaətinə gəlmiş və iddiaçıya dəymiş zərər olaraq “xxxx” MMC tərəfindən ona 16.180 manat vəsaitin ödənilməsini qət etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya 16.180 manat maddi ziyan dəyməsi və bu ziyanın “xxxx” MMC tərəfindən iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, işə baxan məhkəmə söküntü nəticəsində zərər görən əşyaların iddiaçıya məxsus olub-olmamasını araşdırmamışdır. “xxxx” MMC həmin evi cavabdeh2 və onun övladlarından almışdır və həmin şəxslər sözügedən evdə yaşamışlar. Bu baxımdan söküntü zamanı zərər görən əşyaların iddiaçıya yox, cavabdeh2 və onun övladlarına məxsus olmasını məhkəmə araşdırmamış və iddiaçının mülahizələrinə əsasən iddianı həmin hissədə təmin etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi işə baxan məhkəmə iddiaçının ona məxsus olduğunu iddia etdiyi əşyalara görə maddi ziyan tələbinin əsaslı olub-olmamasını, iddiaçının həmin əşyalara dair iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırmamış və əsassız qətnamə qəbul etmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

59. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

60. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

61. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

62. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

63. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

64. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

65. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

66. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

67. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

68. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

69. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 73.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 74.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 75.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 76.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

77. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı İddiaçı kassasiya şikayətində iddianın təmin olunmayan hissəsində, cavabdeh “xxxx” MMC kassasiya şikayətində idddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya məhkəməsinin hüquqi

79. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçı İddiaçı və cavabdeh “xxxx” MMC ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

80. İddiaçı İddiaçı və cavabdeh “xxxx” MMC ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

81. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ##.##.2005-ci ildə vəfat etmiş X1 ##.##.1999-ci il tarixdə vəfat etmiş Kazımov Fərhad Kazım oğlunun vərəsəsi kimi tanınması, İddiaçı ##.##.2005-ci ildə vəfat etmiş X1 vərəsəsi kimi tanınması, Kazımov Fərhad Kazım oğlundan miras qalmış Bakı şəhəri, Abşeron küçəsində yerləşən ** saylı fərdi yaşayış evinin 1/80 hissəsi üzərində İddiaçı miras payının müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri, * saylı Notariat ofisinə həvalə edilməsi, habelə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş və həmin qətnamə ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

82. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi müqavilələr əsasında söküntüyə məruz qalmış yaşayış sahəsi üzərində mülkiyyət hüququ bir neçə şəxsə məxsus olmuşdur. Bu səbəbdən həmin əmlaka dair sərəncam verilməsi yalnız bütün paylı mülkiyyətçilərin razılığı ilə mümkün olardı.

83. Beləliklə, iddia “müqavilələrin etibarsız hesab edilməsi” hissəsində mübahisəli tikili üzərindəki əmlak hüququna sərəncam verilməsi barədə müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması ilə bağlı hüquqi nəticələrə dair maddi hüquq normaları nəzərdən keçirilməklə yoxlanılmalıdır.

84. Belə ki, mülki qanunvericiliyə görə, səlahiyyətsiz şəxs tərəfindən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, yalnız hüquq sahibinin qabaqcadan verdiyi razılıq və ya sonradan təsdiqi olduqda etibarlı sayılır. Paylı mülkiyyətdə olan əşyaya sərəncam vermək səlahiyyəti hüquq sahibinə məxsusdur, əgər söhbət iki və ya daha artıq şəxsin birgə hüquq sahibliyindən gedirsə sərəncam onların birgə razılığı ilə mümkündür. Qabaqcadan verilmiş razılıq və ya sonradan bəyənmə halları istisna olmaqla, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncamı etibarlı sayıla bilməz. Belə əqd etibarsız hesab edildiyi halda hüquqi nəticə doğurmur.

85. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda söküntüyə məruz qalmış tikili üzrə iddiaçının payı cavabdehlərə məxsus hissə nəzərə alınmaqla müəyyən edilməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlərə düşən hissəsi 34,1 kv.m təşkil edir. Həmin əmlak Kazımov Fərhad Kazım oğlu ilə cavabdeh2 birgə nikahı dövründə əldə edildiyindən 34,1 kv.m sahənin yarısı cavabdeh2 məxsus sayılmalı, qalan yarısı isə miras qaydasında beş nəfər arasında bölünməlidir. Bu halda iddiaçının payı 3,41 kv.m həcmində müəyyən edilməlidir.

86. İşin müəyyən edilmiş bu halları göstərir ki, cavabdehlər arasında ##.##.2024-cü il tarixdə bağlanmış müqavilə iddiaçıya məxsus 3,41 kv.m hissə üzrə onun razılığı olmadan bağlanmışdır. Həmin hissə üzərində səlahiyyətsiz şəxs tərəfindən verilmiş sərəncam iddiaçı üçün hüquqi nəticə doğurmur. Mübahisəli yaşayış sahəsi sökülərkən iddiaçının razılığı alınmadığı, sahiblik və istifadəsində olan fərdi yaşayış evinin söküntüyə məruz qalması üçün ona kompensasiya ödənilmədiyi nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun bərpa olunması AR Mülki Məcəllənin 337.1 və 337.5ci maddələrinə əsasən mümkündür.

87. Həmin maddələrin məzmununa görə də, Mülki Məcəlləyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd etibarsız olduqda, əgər Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

88. Nəzərə alınmalıdır ki, cavabdehlərə sahəsi 34,1 kv.m təşkil edən evin sökülməsi nəticəsində verilmiş kompensasiya ümumilikdə məbləği 70.000 manat təşkil etmişdir. İddiaçı mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 3,41 kv.m sahəsinə malik olmuşdur. Bu səbəbdən də iddiaçı müvafiq müqaviləni yalnız həmin sahəyə aid hissədə etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, müqavilənin məhz 3,41 kv.m sahənin dəyərini təşkil edən 7.000 manat cavabdehlərdən müştərək qaydada tutularaq digər cavabdeh “xxxx” MMC-nə qaytarılmalıdır.

89. Bununla belə apellyasiya məhkəməsi qeyd etmişdir ki, 3,41 kv.m sahə hazırda naturada mövcud olmadığından, onun əvəzinə ödənilməli kompensasiya cari bazar qiymətləri əsasında müəyyən edilməlidir. Belə ki, ədalətli kompensasiya müdaxilə nəticəsində hüququ pozulmuş şəxsin çəkdiyi zərərin tam qarşılanmasını nəzərdə tutur və mülkiyyətin dəyəri ilə mütənasib olmalıdır. Buna görə də kompensasiyanın məbləği sökülmüş tikiliyə görə ödənilən əvəz kimi mülkiyyətçinin düşdüyü vəziyyəti mümkün qədər bərpa etməlidir.

90. “xxxx” MMC-nin qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən yeni tikilidə orta təmirli mənzilin 1 kv.m-nin ##.##.2025-ci il tarixə bazar qiyməti 3.300 manat təşkil edir.

91. İş üzrə sübutlara əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 3,41 kv.m sahəyə uyğun olaraq hesablanan 11.253 (3,41 × 3.300) manat kompensasiya cavabdeh “xxxx” MMC-dən tutulub iddiaçıya ödənilməlidir. Müəyyən edilmiş bu məbləğ iddiaçının əsaslı gözləntilərinə və mütənasiblik prinsipinə uyğundur.

92. İddiaçının “Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 200.000 manat evin dəyərinin ödənilməsi”nə dair tələbi, ona düşən pay 3,41 kv.m həcmində müəyyən edildiyindən, ödəniləcək həmin məbləğlə məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarında bu müqavilənin bütövlükdə, habelə ##.##.2023-cü il tarixli əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsini şərtləndirən digər hallar müəyyən olunmamışdır.

93. Apellyasiya məhkəməsi iddianın kirayə haqqı hissəsi ilə bağlı qeyd etmişdir ki, iddianın bu hissəsi əsassızdır. Belə ki, iddiaçının paylı mülkiyyət hüququ ona məxsus olmuş payın əvəzinə pul kompensasiyası ödənilməklə bərpa olunmuşdur. Bu səbəbdən də davam edən aylıq ödənişin həyata keçirilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması üçün hüquqi əsaslar mövcud deyil.

94. İddianın “17.580 manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin ödənilməsi” hissəsinə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının maddi zərər çəkməsinə səbəb olmuş mülki hüquq pozuntusunun cavabdeh tərəfindən törədilməsi faktı iş materialları ilə müəyyən edilir.

95. Belə ki, Bakı şəhər İHB-nin ## ###### 2022-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən, ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə hüququ ilə “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də “xxxx” MMC-yə həvalə edilmişdir. Mübahisəli ünvanda söküntü işlərinə cavabdehlər arasında müqavilə bağlandıqdan sonra başlanılmışdır. Həmin ərazidə söküntü işlərinin digər fiziki və hüquqi şəxslər tərəfindən aparıldığını təsdiq edən hər hansı sübut cavabdeh-MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh MMC tərəfindən törədildiyi müəyyən edilmiş əməlin (yaşayış sahəsindən faktiki istifadə edən iddiaçıya məlumat vermədən, əşyalarının çıxarılmasını təmin etmədən evin sökülməsinin) hüquqazidd olubolmaması, yəni hüquq qaydasının pozulub-pozulmaması məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, söküntü işləri həyata keçirilən zaman MMC-nin iddiaçının mübahisəli əmlak üzərində paylı mülkiyyət hüququna malik olması barədə həqiqətən də məlumatlı olmamışdır.

96. Bununla belə iş materiallarında olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, “xxxx” MMC və cavabdeh2 İddiaçı qarşı iddiası üzrə sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi barədə tələblərə baxılmış, nəticədə İddiaçı mübahisəli evə istifadə hüququnun mövcud olduğu müəyyən edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Kazımov Güləğa Kazım oğlu Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evində ##.##.1997-ci il tarixdən qeydiyyatda olmaqla fasiləsiz yaşamış, yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. İddiaçılar cavabdehin mübahisəli evdə istifadə hüququnun mövcud olduğunu bilmiş, məhkəmə qətnaməsi ilə də onun həmin yaşayış sahəsindən yalnız müvafiq kompensasiya ödənilməklə çıxarıla biləcəyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi barədə iddiası təmin olunmamışdır.

97. Göründüyü kimi, MMC hazırkı iş üzrə iddiaçının mübahisəli ünvanda yerləşən əşyalar üzərində mülkiyyət hüququna malik olmasını, həmin evin onun yeganə yaşayış yeri olmasını, habelə evin sökülməsinə dair ona qarşı irəli sürülmüş iddianın təmin edilmədiyini bildiyi halda söküntü işlərini həyata keçirmiş və nəticədə iddiaçı əşyalarından, yaşayış yerindən məhrum edilmişdir.

98. Belə ki, söküntü işləri aparılarkən iddiaçının hüquqları nəzərə alınmamış, ona məxsus əşyalar məhv edilmiş və zərər vurulmuşdur. Bu hal MMC-nin əməlini hüquqazidd hesab etməyə əsas verir. MMC-nin sözügedən əməli törədərkən davranışına nəzarət etmək və nəticəni qabaqcadan görmək imkanı olduğu halda, həmin nəticənin qarşısını almaması təqsirinin mövcudluğunu göstərir. Həmçinin törədilmiş əməl ilə iddiaçıya vurulmuş zərər arasında səbəbli əlaqə müəyyən olunur. Beləliklə, cavabdehin mülki hüquqi məsuliyyət daşıması üçün zəruri olan hüquqi əsaslar mövcuddur.

99. İş materiallarında olan video materiallarına əsasən mövcudluğu müəyyən edilən, ev sökülərkən məhv edilmiş əşyaların siyahısı iddia ərizəsində göstərilmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənləri müqayisəli şəkildə təhlil edərək qeyd etməyi zəruri saymışdır ki, iş üzrə təyin edilmiş müstəqil mütəxəssis rəyi ilə bəzi əşyaların bazar dəyəri iddia ərizəsində göstərilən məbləğdən yüksək müəyyən edilsə də, mülki mühakimə icraatının dispozitivlik prinsipi və məhkəmənin iddia tələbləri ilə bağlılığı nəzərə alınmalıdır. Bu səbəbdən ekspert rəyində göstərilən məbləğlər sübut kimi qiymətləndirilməklə zərərin həcmi yalnız iddia ərizəsində tələb olunan məbləğ həddində müəyyən edilməli və cavabdehdən həmin hədd daxilində tutulması məqsədəuyğun hesab olunmalıdır.

100. Apellyasiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun pozulması nəticəsində mənəvi zərərin əvəzi olaraq 10.000 manat vəsaitin “xxxx” MMC tutularaq ona ödənilməsi tələbi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı zədələnmiş əşyaların xüsusi qeyri-maddi dəyərə malik olduğunu və ya onların məhv edilməsinin onun şəxsi hüquqularına müdaxilə ilə nəticələndiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materialları ilə həmin əşyaların və fərdi yaşayış evinin, ailə xatirəsi ilə bağlı yeganə nümunələrin, incəsənət əsərlərinin və ya şəxslə xüsusi bağlılığı olan digər predmetlərin məhv edilməsi ilə nəticələndiyi də müəyyən edilmir.

101. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçı İddiaçı və cavabdeh “xxxx” MMC ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

102. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar