Məhkəmə qərarları › İş №2(103)-2715/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2715/2025

23.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2715/2025 23.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və s.) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-418/2025 saylı 4 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən X6 adına qeydiyyata alınmışdır.

2. X11 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir.

3. X6 vəfatından sonra vərəsəlik işi açılmış, xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-İ-122 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1999-cu il tarixdə vəfat etmiş X6 vərəsələri qismində arvadı Cavabdeh2 və uşaqları Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tanınmış miras əmlak olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi qanun üzrə vərəsəlik qaydasında vərəsələr arasında bölünmüşdür.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 129,5 kv.m ümumi sahəsi olan 5 otaq fərdi yaşayış evi 6/10 payda Cavabdeh2, 1/10 payda Cavabdeh3, 1/10 payda Cavabdeh4, 1/10 payda Cavabdeh5 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyi nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə əsasında iddiaçı Cavabdeh1 MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

6. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh1 MMC-nə həvalə edilmişdir. Bundan sonra Cavabdeh1 MMC sözügedən Sərəncamın icrasını həyata keçirmək məqsədilə müvafiq ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin mülkiyyətçiləri və qanuni sahibləri ilə müvafiq əvəzləşmə müqavilələrinin bağlanması və digər məsələlərlə bağlı danışıqlara başlamışdır.

7. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi də sözügedən Sərəncamın aid olduğu ərazinin təsir dairəsinə düşdüyündən müvafiq qaydada mənzil mülkiyyətçilərə ilə danışıqlara başlanılmış, razılaşma əldə edilərək, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında xx.xx.2023-cü il tarixli, K/148 nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən layihəçi, yəni , Cavabdeh1 ünvan 4 ünvanında yerləşən birgə mülkiyyətçilərə (Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5) məxsus 1 otaqlı mənzilin bu müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək layihəçi birgə mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 34,1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m olmaqla 2 ədəd 25 kv.m sahəli mənzillər və bu tikinti başa çatdırılaraq yeni mənzil təhvil verilənədək 400 manat kirayə haqqı (bütün mülkiyyətçilərlə birlikdə) ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

8. Daha sonra sözügedən mülkiyyətçilər xx.xx.2024-cü il tarixdə ərizə ilə Layihəçiyə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış K/148 nömrəli müqavilənin 3.1-ci maddəsində göstərilmiş mülkiyyətçiyə verilməsi nəzərdə tutulmuş 2 ədəd 25 kv.m mənzillərin əvəzinə layihəçi tərəfindən ona 70000 manat məbləğində pul kompensasiyasının verilməsini xahiş etmiş, tərəflər K/148 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli Sazişlə mülkiyyətçilərin sahiblik və istifadəsidə olan ümumi sahəsi 34,1 kv.m mənzilin əvəzinə mülkiyyətçilərə cəmi 70000 manat məbləğində kompensasiya verilməsinə dair razılığa gəlmişlər.

9. Bundan sonra Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında xx.xx.2024-cü tarixli AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış həmin müqaviləyə əsasən satıcılar ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini alıcının mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 66500 manata almışdır. Bundan sonra Cavabdeh1 müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyətçilərdən aldığı mənzili sökərək, müvafiq sərəncam üzrə fəaliyyətini həyata keçirməyə başlamışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçılar Cavabdeh1 MMC və Cavabdeh2 cavabdeh İddiaçı qarşı sonuncunun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi tələbinə dair iddiası rədd edilmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2441/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, xx.xx.2005-ci ildə vəfat etmiş X2 xx.xx.1999-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi kimi tanınması, İddiaçı xx.xx.2005-ci ildə vəfat etmiş X2 vərəsəsi kimi tanınması, X4 miras qalmış Bakı şəhəri, Abşeron küçəsi, ev 16 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/80 hissəsi üzərində İddiaçı miras payının müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə edilməsi, habelə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. 12."xxxx" MMC-nin MB-18/1084 saylı xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında ünvan 3 ünvanında yerləşən mənzildə ev əşyalarının aşınma, amortizasiya halları nəzərə alınmaqla həmin tarixə olan bazar dəyəri aşağıdakı kimi təşkil etdiyi göstərilmişdir: Bosch markalı soyuducu (500 manat), mətbəx mebeli (2000 manat), Siemens markalı paltaryuyan maşın (750 manat), İtimat markalı qaz plitəsi (270 manat), Termet markalı qaz kolonkası (70 manat), rakovina (200 manat), unitaz (150 manat), Türkiyə istehsalı, Bellona firması şefonyer (300 manat), Türkiyə istehsalı, Bellona firması masa + 6 stul (650 manat), televizor LG (108) (2550 manat), kondisioner Mitsubishi Electric – 18 000 BTU (1350 manat), divan dairəvi künc, Bellona firması (500 manat), çarpayı 140×200 JYSK (500 manat), Smart Flame kamin (1000 manat), masa + 6 stul (qonaq otağı) (900 manat), Seyf qapı BOYUT Türkiyə (1000 manat), kişi dəri pəncəkləri 9 ədəd (4050 manat).

13. "xxxx" MMC-nin PQ-D-114/2025 saylı qiymətləndirmə hesabatına əsasən ünvan 3 ünvanında yerləşən yeni tikilidə orta təmirli mənzilin 1 kv.m-nin xx.xx.2025-ci il tarixinə bazar qiyməti 3.300 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq, 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə 217.580 (iki yüz on yeddi min beş yüz səksən) manatın və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. 03.12.2024-cü il tarixli hazırlıq iclasında iddiaçının əlavə cavabdehlərin cəlb edilməsinə dair vəsatəti təmin edilərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh qismində işə cəlb edilmişlər.

16. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/148 saylı əvəzləşmə müqaviləsinin və AN-1 №1284959 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə 217.580 (iki yüz on yeddi min beş yüz səksən) manatın və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində vəsaitin Cavabdeh1ndən tutularaq ona ödənilməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək, Cavabdeh1 üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, ona hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia onunla əsaslandırılmışdır ki, atası tərəfindən onun qardaşı Fərhad Kazımova atası İnqilab küçəsində yerləşən ayrıca ev alıb verildiyindən, ailə daxili şifahi razılaşmaya görə Hüseyn Cavid prospektindəki “ata yurdu” olan ev hər hansı rəsmiləşdirmə işləri aparılmadan ona verilmişdir. 1995-ci ildə qardaşı Fərhad Kazımov müflisləşdiyindən, o, atasından miras qalmış Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən evini satmış, əldə edilmiş pula qardaşı üçün “Sovetski” adlandırılan ərazidən, özü üçün isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Lakin həmin vaxt o, xarici ölkəyə köçmək niyyətində olduğundan aldığı evləri X13 adına rəsmiləşdirmişdir. Lakin evləri qardaşının adına keçirdikdən sonra anası infarkt keçirmiş və o anasını tək qoymamaq üçün xarici ölkəyə getməmiş və anası ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişdir. 1999-cu ildə qardaşı, 2005-ci ildə isə anası vəfat etmişdir. Həmin vaxtdan 30 ilə yaxın - 2024-cü ilin avqust ayında ev sökülən vaxtadək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində davamlı olaraq yaşayıb, heç vaxt evi tərk etməyib. X13 övladları və həyat yoldaşı isə bu müddət ərzində orada ümumiyyətlə həmin evdə yaşamayıblar və bununla bağlı ona heç vaxt müraciət etməyiblər. Yəni, hər kəs də onu həmin evin mülkiyyətçisi olaraq qəbul etmiş və onun bu hüququna hörmət edib, ona qarşı hər hansı ev tələbi ilə bağlı çıxış edən olmamışdır. 2024-cü ildə "xxxx" MMC və qardaşı arvadı Cavabdeh2 ona qarşı "Yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və sökülməsi" tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında Cavabdeh1 MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bununla bağlı iş üzrə birgə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə K/148 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh1 MMC ünvan 4 ünvanında yerləşən Cavabdeh2 və onun ailə üzvlərinə məxsus 1 otaqlı mənzilin 24 ay ərzində söküntüsünü və həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcəkdir. Cavabdeh1 MMC söküləcək mənzilinin faktiki sahəsi olan 34.1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m. olmaqla 2 ədəd 25 kv.m sahəli mənzillər və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq ümumi 400 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd edilmişdir ki, sözügedən mənzil, Cavabdeh2 əri X9 məxsus olmuş və 2003-cü ildə onun qanun üzrə vərəsələri: arvadı X7 və uşaqları Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 mülkiyyətinə keçmişdir. Lakin, hazırda qeyd olunan mənzildə əsassız olaraq iddiaçı Cavabdeh2 qaynı İddiaçı yaşayır və o, tərəflər arasında bağlanılmış müqavilənin icra edilməsinə maneçilik törədir. Yasamal Rayon Məhkəməsinin e-2(004)- 414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC və Cavabdeh2 ona qarşı iddia tələblərini təmin etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, onun mübahisəli fərdi yaşayış evindən ən azından istifadə hüququ olduğuna görə müvafiq kompensasiya ödənilmədən çıxarılması həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Lakin onun sahiblik etdiyi və istifadə hüququ olduğu mübahisəli fərdi yaşayış evindən başqa, adına hər hansı bir yaşayış sahəsi (ev, mənzil) olması da müəyyən edilməmiş, həmçinin mübahisəli evdən istifadə hüququna ehtiyacı aradan qalxmamışdır. Daha sonra məhkəmə bildirmişdir ki, onun evdən yalnız kompensasiya verilməsi yolu ilə və istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə məhkəməyə müraciət edilə bilərdi. Yasamal Rayon Məhkəməsinin e-2(004)-414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən heç bir tərəf şikayət verməyib və qətnamə qanuni qüvvəyə minib. Qeyd edilən məhkəmə prosesi zamanı ona məlum olub ki, onun qardaşı arvadı Cavabdeh2 onun faktiki mülkiyyətçisi olduğu və yaşadığı evə X13 vərəsəsi kimi 2003-cü ildə mülkiyyət hüququ əldə edib. Onun bu faktdan xəbəri olmayıb və üstəlik vərəsəlik zamanı ciddi qanun pozuntusuna da yol verildiyini aşkar edib. Belə ki, onun qardaşı Fərhad Kazımov vəfat edərkən və Cavabdeh2 evə mülkiyyət hüququ əldə edərkən qardaşının ailə üzvləri ilə yanaşı anaları da sağ olub. Belə ki, faktiki hallarda da qeyd etdikləri kimi onun anası 2005-ci ildə rəhmətə gedib. Lakin X13 vərəsələrinin dairəsi müəyyən edilərkən anasının vərəsəlik hüququ pozularaq ev üzərində ancaq vərəsələrdən qardaşı arvadı Cavabdeh2 və qardaşı uşaqlarının payı müəyyən edilib. Bundan sonra, o, anasının da rəsmi olaraq X13 adına olmuş əmlakda payının müəyyən edilməsi üçün müvafiq araşdırmaların aparılmasına başlayıb. O, Cavabdeh2 mübahisəli evə dair tam mülkiyyət hüququ əldə etməsinin qanunsuzluğuna dair ayrıca iddia ilə məhkəməyə müraciət etməyə qərar verib. 2024-cü ilin avqustun 6-da onun işdə olduğu vaxt yaşadığı və faktiki mülkiyyətçisi olduğu ünvan 4 ünvanında yerləşən ev cavabdeh tərəfindən qanunsuz olaraq ağır texnikadan istifadə edilərək uçurulub. Ona qonşuları tərəfindən məlumat verildikdə və o evinə gəldikdə artıq yaşadığı evin tam şəkildə uçurulduğunu, evində olan bütün əşyalarının məhv edildiyini görüb. Bununla bağlı o dərhal 102 qaynar xəttinə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Evinin onun evdə olmamasından istifadə edilərək uçurulduğu, əşyalarının məhv edildiyi, ona məxsus bir çox qiymətli əşyaların (22 ədəd brilyant qaşlar) da həmin uçurumun altında qaldığı mətbuatda da işıqlandırılmışdır. Bunu təsdiq edən müvafiq fotolar, video sübutlar əlavə edilmişdir. Mülkiyyətinin qanunsuz olaraq uçurulması yolu ilə ondan alınması mülkiyyət hüququnu kobud şəkildə pozmaqla yanaşı ona ciddi maddi və mənəvi zərərin vurulması ilə də nəticələnib.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-418/2025 nömrəli, 4 fevral 2025ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlak cavabdehlərin mülkiyyətinə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında keçmiş və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verildiyi miras əmlak olan mübahisəli ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən X6 adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən mənzilin əslində onun mülkiyəti olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə Cavabdeh1 isə haqlı olaraq daşınmaz əmlakla bağlı həm əvəzləşmə müqaviləsini, həm də daha sonra əvəzləşmə müqaviləsinə dəyişiklik edilməsi barədə müvafiq sazişi və buna müvafiq olaraq daşınmaz əmlakın alıq-satqı müqaviləsini daşınmaz əmlakın mülkiyyətçiləri ilə bağlamışdır. Odur ki, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/148 saylı əvəzləşmə müqaviləsinin və AN-1 №1284959 saylı Alqı-satqı müqaviləsinin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.

20. İddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müyyən edilmiş istifadə hüququnun olması ilə bağlı iddiaçı tərəfin gətirdiyi dəlilə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı istifadə hüququna xitam verilməsi ilə əlaqədar kompensasiyanı mübahisəli mənzilin mülkiyyətçilərindən tələb etmək hüququnu özündə saxlayır.

21. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında xx.xx.2024-cü il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini 66500 manata almış, satıcılar müvafiq əmlakı Cavabdeh1 mülkiyyətinə vermişdir. Bundan sonra müvafiq fərdi yaşayış evi sökülmüşdür. Belə olduğu təqdirdə, iddiaçıya ziyan vurulması faktı öz təsdiqini tapmır.

22. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır.

23. Məhkəmə həmçinin iddianın “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək, Cavabdeh1 üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, iddiaçıya hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə iddia tələbinin digər hissələrindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia digər hissələrdə təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz.

24. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 337.1, 337.2, 1096.1 və 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

25. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-418/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən ona zərər vurulduğunu təsdiq etdiyi halda, məhkəmə heç bir sübuta istinad etmədən cavabdehin ona zərər vurmadığını yazıb. O, uçurulan evində 30 il yaşayıb. 10 il həmin evdə anası ilə yaşayıb və xəstə anasına qulluq edib. Evin onun üçün mənəvi dəyəri yüksək olub. Bu evdə yaşanmışlarla bağlı xatirələri mövcuddur. Evinin və həmin xatirələri yaşadan əşyaların fiziki cəhətdən mövcudluğu, həmin xatirələrini daim hazırda mövcudmuş kimi canlanmasına səbəb olub. Məhkəmə qərarı olduğu halda, evinin bütün qanunlar və insani dəyərlər pozularaq əşyalarla birlikdə uçurdulması və bu zaman evinin içərisində olan əşyaların məhv olması ilə onun sanki bütün həyatı əlindən alınıb ki, bütün bunlar ona ciddi sarsıntı yaşadıb. Bu sarsıntı o qədər böyük olub ki, o həkimə müraciət etməli və psixoloji dəstək almalı olub. Kirayə haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmənin "xxxx" MMC tərəfindən ona zərər vurulmadığının yazılması tamamilə qanunsuz və əsassızdır. İş materialları ilə şirkətin ona maddi və mənəvi zərər vurulduğu tam təsdiq edilir. Odur ki, iddiaçıya kirayə haqqının ödənilməsinin də təmin edilməməsi tam qanunsuzdur. 66 yaşlı adamın evinin uçurulması və kirayə haqqının ödənilməməsi səbəbindən noyabr ayından demək olar ki, küçələrdə qalıb. Onun mülkiyyət hüququna müdaxilə baş verib və bu müdaxilə mülkiyyətdən məhrum edilmə formasında olub. Belə ki, onun mülkiyyəti razılığı olmadan və heç bir qanunvericilik aktının tələbinə uyğun olmadan uçurulub və zəbt edilərək yerində "xxxx" MMC tərəfindən bina tikilir. Ev uçurulduğu zaman evin rəsmi qeydiyyata alınmış mülkiyyətçisi olmasa da, faktiki olaraq uçurulan evin tam mülkiyyətçisi olub. Bu səbəbdən o, 30 il müddətinə həmin evdə heç bir kəsin ona qarşı hər hansı iddiası olmadan yaşaya bilib. Sonradan Cavabdeh2 qanunsuz yollarla evin yeganə mülkiyyətçisi kimi qeydə alınmasına baxmayaraq, yaşadığı 30 il müddətində hər kəs onu evin mülkiyyətçisi kimi tanıyıb və qəbul edib. Yasamal Rayon Məhkəməsinin 2(004)-414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində də iddiaçının 30 il müddətində həmin evdə anası ilə və anası rəhmətə getdikdən sonra isə tək yaşadığı öz təsdiqini tapıb. Üstəlik, qeyd etdiyi kimi onun anasının vərəsəsi kimi də həmin əmlak üzərində mülkiyyətçi olaraq pay hüququna malik olduğundan, həmin payının müəyyən edilməsi ilə bağlı da ayrıca məhkəmə iddiası qaldırıb və iş hazırda Yasamal Rayon Məhkəməsinin icraatındadır. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində ən azından iddiaçının həmin evdən istifadə hüququ tanınıb ki, Avropa Məhkəməsinin presedent hüququna əsasən bu da mülkiyyətdir və onun da mülkiyyətçi olaraq qanuni gözləntiləri mövcuddur. Belə ki, Yasamal Rayon Məhkəməsinin də qeyd edilən qətnaməsi ilə müəyyən edib ki, onun başqa yaşayış yeri olmadığından, o, müvafiq kompensasiya ödənilmədən istifadə hüququndan məhrum edilə, evindən çıxarıla bilməz. Lakin məhkəmənin qeyd edilən qətnaməsinin qanuni qüvvəsinə baxmayaraq, cavabdeh şirkət qanunsuz olaraq onun evini uçurub və orada bina tikintisinə dair işlərə başlayıb. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, MMC ilə birgə mülkiyyətçilər arasında bağlanmış müqavilə onun əmlak hüququnu pozub ki, qanun da bu hüququn pozulmasından müdafiəni təmin edir. Qeyd edilən müqavilə onun üçün heç bir halda öhdəlik yarada bilməz. Lakin cavabdehlər faktiki olaraq, onun razılığı olmadan mənafeyinə zidd olaraq əmlak hüququna dair qərar veriblər və bütün bunların nəticəsində bu gün o yaşayış yerindən qanunsuz olaraq məhrum edilib. O, Konstitusiyanın tələblərinə zidd olaraq, məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilib. Mülkiyyətindən məhrum edilməyi, məhkəmə qərarı olmamaqla yanaşı dövlət ehtiyacı üçün olmayıb. Daha əvvəl cavabdehin onun mənzildən çıxarılması tələbinə dair məhkəmə işindən də görünən odur ki, onun mülkiyyətindən məhrum edilməyi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamı əsasında həyata keçirilib. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı isə qanunvericiliyə əsasən, mülkiyyətin məcburi şəkildə alınması ilə bağlı qərar qəbul etmək üçün səlahiyyətə malik deyil. Üstəlik, həmin Sərəncamda isə mülkiyyətin alınmasının əsasları kimi, ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi göstərilib ki, göründüyü kimi, bu əsaslar da “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsində göstərilən dövlət ehtiyaclarına daxil deyil və hətta dövlət ehtiyaclarına daxil olmuş olsaydı belə, bununla bağlı qərarı İcra Hakimiyyətinin Başçısı deyil, AR Nazirlər Kabineti qəbul etməli idi. Çünki, qanunvericiliyə əsasən bu səlahiyyət AR Nazirlər Kabinetinə məxsusdur. Odur ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamının da ləğvi üçün, o, məhkəməyə müraciət edib və həmin iddia ərizəsi hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Onun mülkiyyətindən məhrum edilməyi üçün ona hər hansı kompensasiya ödənilməyib. Halbuki, ali qanunumuz olan Konstitusiya tələb edir ki, hətta mülkiyyət dövlət ehtiyacları üçün alınarsa belə, onun əvəzi əvvəlcədən ödənilməlidir. Onun isə qeyd etdiyi kimi, mülkiyyətdən məhrum edilməyi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamı əsasında olub. Cavabdeh onu mülkiyyətdən məhrum edərkən, hətta qeyd edilən Sərəncamın da tələblərinə riayət etməyib. Belə ki, həmin Sərəncamın 1-ci bəndində əmlakın nəinki mülkiyyətçilərdən eyni zamanda, istifadəçilərdən də qarşılıqlı razılıq əsasında əldə edilməsi göstərilsə də, cavabdeh tərəfindən heç bir razılıq əldə edilmədən onun mülkiyyəti uçurulub və onun yerləşdiyi torpaq sahəsi zəbt edilib. Evi uçurulan gün dərhal DİN-nin 102 qaynar xəttinə mülkiyyətinin qanunsuz olaraq uçurulduğuna dair şikayət versə də, onun bu şikayətini də araşdıran olmayıb. Bundan sonra onun prokurorluq orqanlarına da müraciətləri bu günədək araşdırılmayıb və ona bunun səbəblərinə dair heç bir məlumat verilməyib. Ali hüquqi qüvvəyə malik olan Konstitusiya əmlakın tam müsadirəsini qadağan edir və dövlət ehtiyacları üçün alındıqda mülkiyyətin dəyərinin əvvəlcədən ədalətli ödənilməsini tələb edir. Lakin Konstitusiyanın bu maddəsinin tələbinə zidd olaraq, onun mülkiyyətindən məhrum edilməyi ilə bağlı ona kompensasiyanın verilmədən, əmlakı məhv edilib ki, bunun da nəticəsində ona maddi və mənəvi zərər vurulub. Faktiki hallarda qeyd etdiyi kimi, mülkiyyəti cavabdeh tərəfindən onun evdə olmadığından istifadə edilərək uçurulub və həmin vaxt evində olan ona məxsus bütün əmlakı məhv edilib və 22 ədəd qiymətli brilyant qaşları yoxa çıxıb. Evin dəyəri ilə bağlı onun yaşadığı ev 3 otaqdan ibarət olmaqla yüksək səviyyədə təmirli olub. Mətbəx və vanna otağının təmirində bahalı mərmər daşından istifadə edilib. Bunu təsdiq edən müvafiq video məhkəməyə təqdim ediləcək. Yaşadığı evin dəyəri ən azı 200,000 manat dəyərində olub. Belə ki, evdə yaşamaqla yanaşı evin ümumi həyətyanı sahəsindən də mütəmadi olaraq istifadə edib. Evi uçurularkən evində məhv edilmiş əşyaların dəyəri ilə bağlı video materiallardan, şəkillərdən də göründüyü kimi evi uçurulduğu zaman ona məxsus olan aşağıdakı əşyaları da məhv edilib: Malınadı Qiymət (AZN) Soyuducu 500 Mətbəx mebeli 2300 Paltaryuyan maşın 600 Qaz plitəsi 270 Qaz kolonkası 70 Rakovina 200 Unitaz 150 Şifoner 290 Masa+6 stul 600 Televizor LG (108) 3200 Kondisioner 1000 Divan 500 Çarpayı 500 Kamin 1000 Masa+6 stul (qonaq otağı) 900 Seyf qapı 1000 Kişi dəri pencəkləri 9 ədəd 4500 - toplam 17580 manat. Bundan başqa, evi uçurulan zaman evində olan 22 ədəd brilyant qaş da məhv olub yaxud itib ki, onların da ümumi dəyəri ən azı 800,000 manat təşkil edib. Beləliklə, evinin uçurularaq ondan alınması nəticəsində ona dəyən zərərin həcmi 1,017,580 (bir milyon on yeddi min beş yüz səksən) manat məbləğində maddi zərər vurulub. Hesablanması: 200.000 (evin dəyəri) + 17,580 (əşyaların dəyəri) + 800,000 (brilyantların dəyəri) = 1,017,580 manat. O, evdə məhv edilmiş əşyalarının dəyəri ilə bağlı qiymətləndirmə rəyini də məhkəməyə təqdim edib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyöun izahat verərək təmin olunmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyaiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 32.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 34.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

35.Azərbaycan Respublikasının Konstitusiyasının 60 maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 36.İnsan Hüquqlarının və X8 X1 6-cı maddəsinin, 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

37.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 38.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 39.213.1 və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 40.215.4-215.6-cı maddələrinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 41.221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 42.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 43.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 44.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 45.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 46.358.1 və 358.2-ci maddələrinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 47.385.1-ci maddəsinə əsasən hdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 48.390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 49.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 50.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 51.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

52. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 saylı qərarında məhkəmələrə izah olunmuşdur ki, fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Müqavilə öhdəliklərinin pozulması və əmlak hüquqlarına hüquqazidd müdaxilə halında isə şəxs hüquqazidd əməlin mövcudluğu ilə yanaşı, həmin əməlin onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini də sübuta yetirməlidir.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

53. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 56.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 57.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 58.218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 59.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 60.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

61. İş materiallarından göründüyü kimi, Cavabdeh2 iddiaçının mərhum qardaşı miras qoyan X6 arvadı, digər cavabdehlər isə - Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 – onun övladlarıdır. X11 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - anası X10, arvadı Cavabdeh2 və övladları Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 olmuşdur. Miras əmlak ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur.

62. Belə ki, xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-1-122 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mərhumun vərəsələri: Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 olmaqla, onların hər birinin miras əmlakda 1/8 payı müəyyən edilmişdir. Miras açılan zaman mərhumun digər vərəsəsi anası X10 miras əmlakın qəbulu barədə notariat kontoruna müraciət etməmiş, ona vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə verilməmiş, payı açıq saxlanılmışdır. X10 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.

63. Hazırkı mülki iş çərçivəsində araşdırma aparılan zaman iddiaçı qardaşından miras qalmış əmlakda (anasına çatası paya dair) payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilən hallara hüquqi qiymət verərək xx.xx.2005-ci ildə vəfat etmiş X5 xx.xx.1999-ci il tarixdə vəfat etmiş X6, İddiaçı isə xx.xx.2005-ci ildə vəfat etmiş X2 vərəsəsi kimi tanımış, fərdi yaşayış evinə münasibətdə ona düşən miras payını 1/80 hissə həcmində müəyyən etmiş, iddiaçıya həmin pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə etmiş, habelə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə tapşırmışdır.

64. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2441/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixində qanuni qüvvəyə minmişdir.

65. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi müqavilələr əsasında söküntüyə məruz qalmış yaşayış sahəsi üzərində mülkiyyət hüququ bir neçə şəxsə məxsus olmuşdur. Bu səbəbdən həmin əmlaka dair sərəncam verilməsi yalnız bütün paylı mülkiyyətçilərin razılığı ilə mümkün olardı. Beləliklə də, iddia “müqavilələrin etibarsız hesab edilməsi” hissəsində mübahisəli tikili üzərindəki əmlak hüququna sərəncam verilməsi barədə müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması ilə bağlı hüquqi nəticələrə dair maddi hüquq normaları nəzərdən keçirilməklə yoxlanılmalıdır.

66. Belə ki, mülki qanunvericiliyə görə, səlahiyyətsiz şəxs tərəfindən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, yalnız hüquq sahibinin qabaqcadan verdiyi razılıq və ya sonradan təsdiqi olduqda etibarlı sayılır. Paylı mülkiyyətdə olan əşyaya sərəncam vermək səlahiyyəti hüquq sahibinə məxsusdur, əgər söhbət iki və ya daha artıq şəxsin birgə hüquq sahibliyindən gedirsə sərəncam onların birgə razılığı ilə mümkündür. Qabaqcadan verilmiş razılıq və ya sonradan bəyənmə halları istisna olmaqla, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncamı etibarlı sayıla bilməz. Belə əqd etibarsız hesab edildiyi halda hüquqi nəticə doğurmur.

67. İş materiallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi müvafiq Sərəncamla MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi üzərində yerləşən tikilinin sökülməsi və yenidən tikilməsi barədə cavabdehlər (paylı mülkiyyətçilər ilə Cavabdeh1) arasında xx.xx.2023-cü il tarixli, K/148 nömrəli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 MMC tərəfindən sözügedən ünvanda yerləşən tikilinin sökülərək həmin sahədə yeni yaşayış binasının inşası həyata keçirilməli, bunun müqabilində isə paylı mülkiyyətçilərə məxsus 1 otaqlı mənzilin (faktiki sahəsi 34,1 kv.m) əvəzinə sahəsi 50 kv.m olmaqla 2 ədəd 25 kv.m mənzil verilməli idi. Tərəflərin razılaşmasına əsasən tikinti başa çatanadək bütün mülkiyyətçilərə birlikdə 400 manat məbləğində kirayə haqqı ödənilməsi, həmçinin binada yerləşən mənzillərin bütün kommunal xətlər və sayğaclarla təchiz edilərək tam təmirli vəziyyətdə mülkiyyətçilərə təhvil verilməsi MMC-nin öhdəliyi kimi müəyyən edilmişdir.

68. Sonradan mülkiyyətçilər xx.xx.2024-cü il tarixdə MMC-yə müraciət etmiş və tərəflər xx.xx.2023-cü il tarixli K/148 nömrəli müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş 2 ədəd 25 kv.m mənzilin verilməsi əvəzinə pul kompensasiyasının ödənilməsi barədə razılığa gəlmişlər. Müqaviləyə edilmiş dəyişikliklə, ümumi sahəsi 34,1 kv.m olan mənzilin əvəzinə MMC tərəfindən mülkiyyətçilərə 70.000 manat məbləğində kompensasiyanın ödənilməsi razılaşdırılmışdır.

69. Beləliklə də, Cavabdeh1 ilə Cavabdeh2, Kazımo va Esmira Fərhad qızı, Cavabdeh4 və Cavabdeh5 arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcılar ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evində onlara paylı mülkiyyət hüququ ilə məxsus hissəni alıcının mülkiyyətinə vermiş, alıcı isə əmlakı 66.500 manat (çatışmayan məbləğ əvvəlcədən ödənilmişdir) məbləğində satın almışdır. Bundan sonra Cavabdeh1 MMC həmin əmlakı sökərək müvafiq sərəncam əsasında tikinti fəaliyyətini həyata keçirməyə başlamışdır.

70. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı halda söküntüyə məruz qalmış tikili üzrə iddiaçının payı cavabdehlərə məxsus hissə nəzərə alınmaqla müəyyən edilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlərə düşən hissəsi 34,1 kv.m təşkil edir. Həmin əmlak X11 ilə Cavabdeh2 nikah dövründə əldə edildiyindən 34,1 kv.m sahənin yarısı Cavabdeh2 məxsus sayılmalı, qalan yarısı isə miras qaydasında beş nəfər arasında bölünməlidir. Bu halda iddiaçının payı 3,41 kv.m həcmində müəyyən edilməlidir.

71. Müəyyən edilmiş bu hallar göstərir ki, cavabdehlər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə iddiaçıya məxsus 3,41 kv.m hissə üzrə onun razılığı olmadan bağlanmışdır. Həmin hissə üzərində səlahiyyətsiz şəxs tərəfindən verilmiş sərəncam iddiaçı üçün hüquqi nəticə doğurmur. Mübahisəli yaşayış sahəsi sökülərkən iddiaçının razılığı alınmadığı, sahiblik və istifadəsində olan fərdi yaşayış evinin söküntüyə məruz qalması üçün ona kompensasiya ödənilmədiyi nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun bərpa olunması Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinə əsasən mümkündür.

72. Həmin maddələrin məzmununa görə də, Mülki Məcəlləyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd etibarsız olduqda, əgər Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

73. Nəzərə alınmalıdır ki, cavabdehlərə sahəsi 34,1 kv.m təşkil edən evin sökülməsi nəticəsində verilmiş kompensasiya ümumilikdə 70.000 manat təşkil etmişdir. İddiaçı mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 3,41 kv.m sahəsinə malik olmuşdur. Bu səbəbdən də iddiaçı müvafiq müqaviləni yalnız həmin sahəyə aid hissədə etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən də müqavilənin məhz 3,41 kv.m sahənin dəyərini təşkil edən 7.000 manat cavabdehlərdən müştərək qaydada tutularaq digər Cavabdeh1 MMC-yə qaytarılmalıdır.

74. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, 3,41 kv.m sahə hazırda naturada mövcud olmadığından, onun əvəzinə ödənilməli kompensasiya cari bazar qiymətləri əsasında müəyyən edilməlidir. Belə ki, ədalətli kompensasiya müdaxilə nəticəsində hüququ pozulmuş şəxsin çəkdiyi zərərin tam qarşılanmasını nəzərdə tutur və mülkiyyətin dəyəri ilə mütənasib olmalıdır. Buna görə də kompensasiyanın məbləği sökülmüş tikiliyə görə ödənilən əvəz kimi mülkiyyətçinin düşdüyü vəziyyəti mümkün qədər bərpa etməlidir.

75. "xxxx" MMC-nin PQ-D-114/2025 saylı qiymətləndirmə hesabatına əsasən ünvan 3 ünvanında yerləşən yeni tikilidə orta təmirli mənzilin 1 kv.m-nin xx.xx.2025-ci il tarixinə bazar qiyməti 3.300 manat təşkil edir.

76. İş üzrə sübutlara əsasən kollegiya belə qənaətə gəlir ki, 3,41 kv.m sahəyə uyğun olaraq hesablanan 11.253 (3,41 × 3.300) manat məbləğində kompensasiya Cavabdeh1 MMC-dən tutulub iddiaçıya ödənilməlidir. Müəyyən edilmiş bu məbləğ iddiaçının əsaslı gözləntilərinə və mütənasiblik prinsipinə uyğundur.

77. İddiaçının “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin ödənilməsi”nə dair tələbi, ona düşən pay 3,41 kv.m həcmində müəyyən edildiyindən, ödəniləcək həmin məbləğlə məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarında bu müqavilənin bütövlükdə, habelə xx.xx.2023-cü il tarixli, K/148 saylı əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsini şərtləndirən digər hallar müəyyən olunmamışdır.

78. İddiaçı həmçinin “ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək Cavabdeh1 üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, ona hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

79. Məhkəmə kollegiyasının qənaətinə görə, iddianın bu hissəsi əsassızdır. Belə ki, iddiaçının paylı mülkiyyət hüququ ona məxsus olmuş payın əvəzinə pul kompensasiyası ödənilməklə bərpa olunmuşdur. Bu səbəbdən davam edən aylıq ödənişin həyata keçirilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması üçün hüquqi əsaslar mövcud deyildir.

80. İddianın “17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin ödənilməsi” hissəsində məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

81. Belə ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

82. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

83. Göründüyü kimi, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Bu baxımdan qeyd edilməlidir ki, hazırkı iddia tələbi üzrə araşdırma predmetini cavabdeh MMC-nin törətdiyi əmələ görə mülki-hüquqi məsuliyyət daşıması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri şərtlərin mövcud olubolmamasının müəyyən edilməsi təşkil edir.

84. İddiaçının maddi zərər çəkməsinə səbəb olmuş mülki hüquq pozuntusunun cavabdeh tərəfindən törədilməsi faktı iş materialları ilə müəyyən edilir.

85. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən, ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə hüququ ilə Cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də Cavabdeh1 MMC-yə həvalə edilmişdir.

86. Mübahisəli ünvanda söküntü işlərinə cavabdehlər arasında müqavilə bağlandıqdan sonra başlanılmışdır. Həmin ərazidə söküntü işlərinin digər fiziki və hüquqi şəxslər tərəfindən aparıldığını təsdiq edən hər hansı sübut cavabdeh-MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir.

87. Cavabdeh MMC tərəfindən törədildiyi müəyyən edilmiş əməlin (yaşayış sahəsindən faktiki istifadə edən iddiaçıya məlumat vermədən, əşyalarının çıxarılmasını təmin etmədən evin sökülməsinin) hüquqazidd olub-olmaması, yəni hüquq qaydasının pozulubpozulmaması məsələsi ilə bağlı kollegiya qeyd edir ki, söküntü işləri həyata keçirilən zaman MMC-nin iddiaçının mübahisəli əmlak üzərində paylı mülkiyyət hüququna malik olması barədə həqiqətən də məlumatlı olmamışdır.

88. Bununla belə iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 MMC və Cavabdeh2 cavabdeh İddiaçı qarşı iddiası üzrə sonuncunun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi barədə tələblərə baxılmış, nəticədə İddiaçı mübahisəli evə istifadə hüququnun mövcud olduğu müəyyən edilmişdir.

89. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, X12 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.1997-ci il tarixdən qeydiyyatda olmaqla fasiləsiz yaşamış, yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. İddiaçılar cavabdehin mübahisəli evdə istifadə hüququnun mövcud olduğunu bilmiş, məhkəmə qətnaməsi ilə də onun həmin yaşayış sahəsindən yalnız müvafiq kompensasiya ödənilməklə çıxarıla biləcəyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam boşaldılması və sökülməsi barədə iddiası təmin olunmamışdır.

90. Göründüyü kimi, MMC hazırkı iş üzrə iddiaçının mübahisəli ünvanda yerləşən əşyalar üzərində mülkiyyət hüququna malik olmasını, həmin evin onun yeganə yaşayış yeri olmasını, habelə evin sökülməsinə dair ona qarşı irəli sürülmüş iddianın təmin edilmədiyini bildiyi halda söküntü işlərini həyata keçirmiş və nəticədə iddiaçı əşyalarından, yaşayış yerindən məhrum edilmişdir.

91. Belə ki, söküntü işləri aparılarkən iddiaçının hüquqları nəzərə alınmamış, ona məxsus əşyalar məhv edilmiş və zərər vurulmuşdur. Bu hal MMC-nin əməlini hüquqazidd hesab etməyə əsas verir. MMC-nin sözügedən əməli törədərkən davranışına nəzarət etmək və nəticəni qabaqcadan görmək imkanı olduğu halda həmin nəticənin qarşısını almaması təqsirinin mövcudluğunu göstərir. Həmçinin törədilmiş əməl ilə iddiaçıya vurulmuş zərər arasında səbəbli əlaqə müəyyən olunur. Beləliklə, cavabdehin mülkihüquqi məsuliyyət daşıması üçün zəruri olan hüquqi əsaslar mövcuddur.

92. İş materiallarında olan video materiallarına əsasən mövcudluğu müəyyən edilən, ev sökülərkən məhv edilmiş əşyaların siyahısı iddiaçının təqdim etdiyi iddia ərizəsində aşağıdakı kimi göstərilmişdir: soyuducu (500 manat), mətbəx mebeli (2300 manat), paltaryuyan maşın (600 manat), qaz plitəsi (270 manat), qaz kolonkası (70 manat), rakovina (200 manat), unitaz (150 manat), şefonyer (290 manat), masa + 6 stul (600 manat), televizor LG (108) (3200 manat), kondisioner (1000 manat), divan (500 manat), çarpayı (500 manat), kamin (1000 manat), masa + 6 stul (qonaq otağı) (900 manat), seyf qapı (1000 manat), kişi dəri pəncəkləri 9 ədəd (4500 manat).

93. "xxxx" MMC-nin MB-18/1084 saylı xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında ünvan 3 ünvanında yerləşən mənzildə ev əşyalarının aşınma, amortizasiya halları nəzərə alınmaqla həmin tarixə olan bazar dəyəri aşağıdakı kimi təşkil etdiyi göstərilmişdir: Bosch markalı soyuducu (500 manat), mətbəx mebeli (2000 manat), Siemens markalı paltaryuyan maşın (750 manat), İtimat markalı qaz plitəsi (270 manat), Termet markalı qaz kolonkası (70 manat), rakovina (200 manat), unitaz (150 manat), Türkiyə istehsalı, Bellona firması şefonyer (300 manat), Türkiyə istehsalı, Bellona firması masa + 6 stul (650 manat), televizor LG (108) (2550 manat), kondisioner Mitsubishi Electric – 18 000 BTU (1350 manat), divan dairəvi künc, Bellona firması (500 manat), çarpayı 140×200 JYSK (500 manat), Smart Flame kamin (1000 manat), masa + 6 stul (qonaq otağı) (900 manat), Seyf qapı BOYUT Türkiyə (1000 manat), kişi dəri pəncəkləri 9 ədəd (4050 manat).

94. Məhkəmə yuxarıda göstərilənləri müqayisəli şəkildə təhlil edərək qeyd etməyi zəruri sayır ki, iş üzrə təyin edilmiş müstəqil mütəxəssis rəyi ilə bəzi əşyaların bazar dəyəri iddia ərizəsində göstərilən məbləğdən yüksək müəyyən edilsə də, mülki mühakimə icraatının dispozitivlik prinsipi və məhkəmənin iddia tələbləri ilə bağlılığı nəzərə alınmalıdır. Bu səbəbdən ekspert rəyində göstərilən məbləğlər sübut kimi qiymətləndirilməklə zərərin həcmi yalnız iddia ərizəsində tələb olunan məbləğ həddində müəyyən edilməli və cavabdehdən həmin hədd daxilində tutulması məqsədəuyğun hesab olunmalıdır.

95. Beləliklə də cavabdeh MMC-dən iddiaçının xeyrinə Bosch markalı soyuducu üçün 500 manat, mətbəx mebeli üçün 2000 manat, Siemens markalı paltaryuyan maşın üçün 600 manat, İtimat markalı qaz plitəsi üçün 270 manat, Termet markalı qaz kolonkası üçün 70 manat, rakovina üçün 200 manat, unitaz üçün 150 manat, Türkiyə istehsalı, Bellona firması şefonyer üçün 290 manat, Türkiyə istehsalı, Bellona firması masa + 6 stul üçün 600 manat, televizor LG (108) üçün 2550 manat, kondisioner Mitsubishi Electric – 18 000 BTU üçün 1000 manat, divan dairəvi künc, Bellona firması üçün 500 manat, çarpayı 140×200 JYSK üçün 500 manat, Smart Flame kamin üçün 1000 manat, masa + 6 stul (qonaq otağı) üçün 900 manat, Seyf qapı BOYUT Türkiyə üçün 1000 manat, 9 ədəd kişi dəri pencəyi üçün 4050 manat, cəmi 16.180 manat məbləğində pul tutulmalıdır.

96. Məhkəmə kollegiyası iddiaçının mülkiyyət hüququnun pozulması nəticəsində mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində vəsaitin Cavabdeh1ndən tutularaq ona ödənilməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır.

97. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli 20 saylı qərarında məhkəmələrə izah olunmuşdur ki, fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Müqavilə öhdəliklərinin pozulması və əmlak hüquqlarına hüquqazidd müdaxilə halında isə şəxs hüquqazidd əməlin mövcudluğu ilə yanaşı, həmin əməlin onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini də sübuta yetirməlidir.

98. Göründüyü kimi, şəxsin əşya hüququnun pozulması özü-özlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin əmlak hüquqlarına qarşı yönəlmiş hərəkətlər (hərəkətsizlik) yalnız həmin pozuntu nəticəsində onun şəxsi qeyri-əmlak hüquqlarına müdaxilə edildiyi, bunun nəticəsində fiziki və ya mənəvi iztirab keçirdiyi sübuta yetirildiyi halda mənəvi zərərin əvəzi olaraq təzminatın tutulmasına əsas yarada bilər. Qanunvericilikdə əmlak hüquqlarının pozulması ilə bağlı mənəvi zərərin mümkünlüyü əşyaların xüsusiyyətləri və onun şəxslə xüsusi mənəvi bağlılığının mövcudluğu ilə əlaqələndirilir. Sübutetmə vəzifəsi də belə hallarda mənəvi zərərə uğradığını ehtimal edən şəxsin üzərinə qoyulur.

99. Hazırkı işdə də (iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus evin sökülməsi, məişət əşyalarının məhv olması nəticəsində) bu cür halların mövcudluğu müəyyən edilmir. İddiaçı zədələnmiş əşyaların xüsusi qeyri-maddi dəyərə malik olduğunu və ya onların məhv edilməsinin onun şəxsi hüquqularına müdaxilə ilə nəticələndiyini təsdiq edən sübutları təqdim etməmişdir. İş materialları ilə həmin əşyaların və fərdi yaşayış evinin, ailə xatirəsi ilə bağlı yeganə nümunələrin, incəsənət əsərlərinin və ya şəxslə xüsusi bağlılığı olan digər predmetlərin məhv edilməsi ilə nəticələndiyi də müəyyən edilmir.

100. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən yaşayış sahəsi, əşyalar üzərində hüquqlarının olub-olmaması, həmin hüquqların pozulub-pozulmaması, onların bərpası üçün hansı tədbirlərin görülməli olması, eləcə də iddiaçının zərərə məruz qalıb-qalmamasının müəyyənləşdirilməsi üçün iş üzrə təqdim edilmiş sübutların tam və əhəmiyyətli tədqiqi zəruri olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianın əsaslı olub-olmamasını qeyd edilən konteksdə araşdırmamış, iddiaçının dəlillərinə lazımi hüquqi qiymət verməmişdir.

101. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

102. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

103. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

104. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-418/2025 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməlidir. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2024-cü tarixli AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqısatqısı müqaviləsi” iddiaçıya məxsus 3,41 kv.m sahəyə aid hissədə etibarsız hesab edilməli, 3,41 kv.m sahənin dəyərini təşkil edən 7.000 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq Cavabdeh1nə ödənilməli, Cavabdeh1ndən kompensasiya olaraq 11.253 manat, dəymiş maddi zərər olaraq 16.180 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

105. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

106. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-418/2025 nömrəli, 4 fevral 2025ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2024-cü tarixli AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqısatqısı müqaviləsi” İddiaçı məxsus 3,41 kv.m paya aid hissədə etibarsız hesab edilsin. İddiaçı məxsus 3,41 kv.m payın dəyərini təşkil edən 7.000 (yeddi min) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Cavabdeh1nə ödənilsin. Cavabdeh1ndən 11.253 (on bir min iki yüz əlli üç) manat kompensasiya tutularaq İddiaçı ödənilsin. Cavabdeh1ndən 16.180 (on altı min bir yüz səksən) manat maddi zərər tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş tədqiqatın dəyəri olan 300 manatın 150 manatı Cavabdeh1ndən, 150 manatı İddiaçı tutularaq "xxxx" MMC Qiymətləndirmə Şirkətinin hesabına (VÖEN: **********; hesab nömrəsi: AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT kod: İBAZAZ2X) ödənilsin. İş üzrə keçirilmiş tədqiqatın dəyəri olan 350 manatın 175 manatı Cavabdeh1ndən, 175 manatı İddiaçı tutularaq "xxxx" MMC Qiymətləndirici Təşkilatın hesabına (VÖEN: **********; Kod: 505000; Müxbir hesab: AZ10NABZ********************4, SWİFT kod: ACABAZ22) ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 676,58 (417,58+259) manatın 170 manatı məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada, 170 manatı məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar