Məhkəmə qərarları › İş №2(103)-5798/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5798/2024

07.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5798/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)-4835/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, 800.000 (səkkiz yüz min) manat dəyərində evdə itirilmiş 22 ədəd brilyant qaşın dəyərinin, yəni ümumilikdə, 1.017.580 (bir milyon on yeddi min beş yüz səksən) manatın və mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)-4835/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)-4835/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 13 sentyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə qarşı “Mülkiyyət hüququnun pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıdakıları tələb etmişdir: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, 200,000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17,580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, 800,000 (səkkiz yüz min) manat dəyərində evdə itirilmiş 22 ədəd brilyant qaşın dəyərinin, yəni ümumilikdə, 1,017,580 (bir milyon on yeddi min beş yüz səksən) manatın və mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində vəsaitin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılsın. Yasamal Rayon Məhkəməsi № e-2(004)- 4835/2024 saylı xx.xx.2024- cü il tarixli qərardadı ilə iddia ərizəsini MPM-in 152.1.5-ci maddəsinə istinad edərək geri qaytarıb ki, dövlət rüsumu tam ödənilməyib. Belə ki, məhkəmə qərardadını onunla əsaslandırıb ki, dövlət rüsumu haqqında qanunun 8.1.5-ci maddəsində iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində rüsumun ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı 1348,79 manat rüsum ödəməli olduğu halda, 100 manat rüsum ödəyib və kəsir qalan 1248,79 manat rüsumu ödəməyib. Hesab edir ki, Yasamal Rayon Məhkəməsi № e- 2(004)-4835/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, dövlət rüsumu haqqında qanunun 8.1.6-cı maddəsinə əsasən, fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə cəmi 100 manat rüsum ödənilir. Onun da ərizəsi həmin iddia ərizəsində göstərdiyi kimi Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(004)-414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə istifadə hüququnun tanındığı yaşayış evi ilə bağlı olub. Odur ki, iddia ərizəsi istifadəsində olan yaşayış evi ilə bağlı olduğu üçün dövlət rüsumu haqqında qanunun 8.1.6-cı maddəsinə uyğun olaraq 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024cü il tarixli, 2(004)-4835/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi qiymətləndirmə iddiası olmaqla, cəmi 1.017.580 (bir milyon on yeddi min beş yüz səksən) manat maddi zərərin və mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində vəsaitin cavabdehdən tutulması ilə bağlıdır. Buna görə də iddiaçının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə istinad etməsi, onun tələbinin istifadəsində olan yaşayış evi ilə bağlı olması barədə dəlilləri əsassız hesab edilməldir. Belə ki, iddia ərizəsindən göründüyü kimi tələb iddiaçıya məxsus mənzilin qanunsuz uçurulması ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)- 4835/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2(004)-4835/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar