Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-795/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənəvi və maddi ziyanın ödənilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 qarşı (üçüncü şəxs Yasamal rayonu Icra Hakimiyyəti Mənzil Kommunal Təərrüfat Birliyinin ** saylı Mənzil Kommunal Istismar sahəsi cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında Qanlı göl ərazisindəki sənədsiz yaşayış və qeyri-yaşayış sahələri mövcud olmuşdur.
2. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhəri Icra Hakimiyyəti başçısının 2021-ci il ## ###### tarixli *** nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş Bakı səhəri, Yasamal rayonu, X3un kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi həyata keçirilib.
3. ##.##.2024-cü il tarixli ***/**** nömrəli müqavilənin şərtlərinə əsasən, Bakı Şəhəri Icra Hakimiyyəti başçısının 2021-ci il ## ###### tarixli *** nömrəli sərəncamı ilə “xxxx” ASCnin istifadəsinə verilmiş Bakı səhəri, Yasamal rayonu, X3un kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi il bağlı, həmin ərazidə yerləşən və cavabdeh1 istifadəsində olan, şərti nömrəsi “M-166 (201)" və faktiki sahəsi 74.81 kv.metr ev, 272.82 kv.metr (116.91 kv.metr + 80.59 kv.metr + 75.32 kv.metr) ferma kimi fəaliyət göstərmiş aşınmış tikilisini “xxxx” ASC qəbul edərək, əvəzinə ərazidə inşa olunan yaşayış kompleksində, 13-cü binada, 1-ci blok, 7-ci mərtəbə, ** saylı, 63.99 kv.metr sahəsi olan 2 otaglı mənzil və 60.000 manat pul verilir.
4. “Azəriqaz” IB-nin **-*-*-*/*-****/**** nömrəli 2024-cü il ## ###### tarixli məktubunda qeyd olunbur ki, ünvan 3 ünvanında yaşayan İddiaçı istehlakçı kimi qeydiyyatına dair məlumatın verilməsi haqqında “Azəriqaz” Istehsalat Birliyinə ünvanlanmış müraciətə aidiyyəti üzrə Bakı Regional Qazın Satışı Departamentində (daxil olma: ##.##.2024-cü il tarixli 14-2-2-4/1-421/2024) baxılmışdır. Ünvanlanmış məktubda göstərilən (abonent kodu: 100245000100380, sayğac nömrəsi: 1002AQ1**********) mənzildə quraşdırılan məişət qaz sayğacı X53 Sistemində istehlakçı kimi ilk dəfə ##.##.2013-cü il tarixdə Rüstəm Əliyevin adına qeydiyyata alınmış və daha sonra ##.##.2022-ci il tarixdən etibarən cavabdeh1 adına keçirilmişdir.
5. “xxxx” ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı Idarəsinin ##.##.2024cü il tarixli məktubunda göstərilir ki, A********* nömrəli elektrik sayğacı ##.##.2006-ci ildə quraşdırılmışdır (ünvan Qanlı Göl, Qərb sahili mənzil 95) və kompüter məlumat məlumat bazasından ##.##.2022-ci il tarixdən X1 adından “ASAN Kommunal Xidmət Mərkəzi” tərəfindən cavabdeh1 adına keçirilmişdir. Hal-hazırda 04680********** abunə kodu kompüter məlumat bazasında cavabdeh1 adına qeydiyyatdadır. Nəzərinizə çatdırıram ki, ad dəyişmə ASAN Xidmət tərəfindən həyata keçirildiyi üçün əsas olmuş sənədlər (çıxarış vərəqəsi və şəxsiyyət vəsiqəsinin surəti) Yasamal RETSI-də mövcud deyil.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx” X4 Yasamal Rayon Sükanal Idarəsinin müraciətə baxılması barədə ##.##.2024-cü il tarixli məktubunda qeyd olunur ki, ünvan 1 ünvanına Əliyev Rüstəm adına ##.##.2005-ci il tarixli, ******** nömrəli müqavilə (************ nömrəli abonent kodu) bağlanmışdır. cavabdeh1nün müraciəti əsasında ************ nömrəli abonent kodu ##.##.2022-ci il tarixli, ******** nömrəli müqavilə ilə adına keçirilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (üçüncü şəxslər cavabdeh1 və Yasamal rayonu Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal Istismar Sahəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, X3, Qanlı Göl, M-*** nömrəli ünvanında yerləşmiş, ona məxsus 64 kv.m yaşayış sahəsinin və mərhum atası X1 miras qalaraq ona çatacaq 42 kv.m yaşayış sahəsinin qanunsuz söküntüsü nəticəsində həmin əmlakın əvəzində ona cavabdeh “xxxx” ASC-nin ərazidə inşa etdiyi yaşayış kompleksində hər 100 kv.m-ə 20 kv.m əlavə olunmaqla, cəmi 127 kv.m mənzilin verilməsi və həmin ünvanda mərhum atası ilə fəaliyyət göstərdiyi ferma tikililərindən (tövlələr, toyuq hini, qaraj, ot anbarı) vərəsə olaraq ona çatmalı olan 168,259 kv.m qeyri-yaşayış sahəsinə uyğun 26.880 manat kompensasiyanın verilməsi barədə cavabdeh “xxxx” ASC-nin üzərinə onunla müqavilə bağlamaq öhdəliyinin qoyulması, qanunsuz söküntü nəticəsində əşyalarının məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10.000 manat, ##.##.2024-cü ildən onu yaşayış yerindən məhrum edib küçəyə atdıqları üçün evi qanunsuz söküldüyü vaxtdan ev verilənə qədər hər ay kirayə pulu kimi 450 manat, mənəvi ziyana görə 2.000 manat pulun, habelə dağıntı vaxtı servantından oğurlanmış 1.032 manat məbləğin cavabdeh “xxxx” ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atasının və onun Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında Qanlı göl ərazisindəki sənədsiz yaşayış və qeyri-yaşayış sahəsi olmuşdur. Mərhum atası X1 2003-cü ildə ünvan 2 kv.m olan ünvanda yaşayırdı. Onlar orada da ferma təsərrüfatı qurararaq, mal-qara saxlamışlar. 2015ci ildə o, öz şəxsi vəsaiti hesabına atasına məxsus həyətdə 3 otaqlı 64 kv.m sahəsi olan fərdi yaşayış evi tikərək yaşamağa başlamışdır. Tikdiyi evə kommunal şəbəkəni atasının evindən götürərək istifadə etmişdir. Bu evdən əlavə, həmin torpaq sahəsində ümumi sahəsi 67 kv.m təşkil edən ot anbarını da atası tikdirib, o, istifadə etmiş, iribuynuzlu mal-qara saxlamışdır. ##.##.2022-ci ildə atası vəfat etmişdir. Ölümdən sonra da orada özü yaşamış, ferma təsərrüfatını özü idarə etmişdir. 2019-cu ildə hələ atasının sağlığında cavabdeh şirkətin nümayəndələri və ** nömrəli MKIS-nin əməkdaşının iştirakı ilə ünvanda ölçü işləri aparılmış və bu barədə *** nömrəli akt tərtib edilmiş, hətta həmin aktda cavabdeh şirkətin aktı tərtib edən əməkdaşının əlyazması ilə: “X11 İddiaçı ilə yaşayır, 3 otaq onun öz adınadır” sözlərini qeyd etmişdir. “xxxx” ASC mərhum atasının mümkün varisləri, həmçinin tikililərin digər sahibləri və istifadəçiləri məsələsinə cavabdeh1 xeyrinə göz yummuş və sonuncu ilə ## ### 2024-cü il tarixli razılaşma müqaviləsi baglanmışdır. Həmin müqavilə şərtlərinin təhlili isə göstərir ki, söküntüsü aparılmış M-*** nömrəli evin əvəzinə məqsədli surətdə xeyli dərəcədə aşağı məbləğdə kompensasiya hesablanmışdır ki, bu hesablaşma həm cavabdeh1 üçün, həm də “xxxx” ASC üçün sərfəli olmuşdur. Belə ki, onda olan məlumata görə, Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi avtomobil yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən tikililərin söküntüsü əvəzinə vətəndaşlara hər kvadrat metr tikinti sahəsi razılaşma yolu ilə, qeyri-yaşayış sahəsinə minimum 800-1000 manat konpensasiya, mənzillərin əvəzinə isə öz tikdikləri binadan hər 100 kv.m-ə 20 kv.m artıq mənzil verərək, ev verilənədək hər ay vətəndaşa 450 manat kirayə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, həm cavabdeh1, həm də “xxxx” ASC-nin qanunsuz fəaliyyətləri nəticəsində onun əmlak hüquqları kobud surətdə pozulmuşdur. Ilk növbədə, M- *** nömrəli evdə ona məxsus olan 3 ədəd otaqların dəyəri cavabdeh1 tərəfindən özü üçün qəbul edilmişdir. Digər tərəfdən isə “xxxx” ASC cavabdeh1 məqsədli surətdə aşağı məbləğdə kompensasiya verməklə ona məxsus və dünyasını dəyişmiş atasının ona çatacaq miras payından olan otaqların dəyərinin ödənilməsindən yayınmışdır. M-*** nömrəli əmlakın dəyərinə onun vərəsəlik hüququ cavabdeh1 tərəfindən pozularaq, ona vərəsə kimi verilməli olan hissə özü tərəfindən mənimsənilmişdir. O, ## ###xxxx” şirkətinin əməkdaşları onun evdən çıxdığını görüb, evin yiyəsiz olduğunu bilib, dərhal cavabdeh1lə bilikdə əlbir olub, çöl darvazasının qıfılını sındırmış, şirkətin 20-dən çox əməkdaşını həyətə buraxmış və özlərinin gətirdiyi traktor vasitəsilə həyətə girmiş, dünyasını dəyişmiş atasına məxsus evləri sökməyə başlamışlar. Qonşuluqda olan X12 oglu bu barədə ona bildirmiş, o, X15 ilə dərhal əraziyə gəlmişdir. Həyətə daxil olarkən, cavabdeh şirkətin işçilərini və traktor vasitəsilə atasına məxsus olan 2 mənzilin dağıdıldığına şahid olmuşdur. Onu və Əliyeva Sahibəni yaşadığı ünvandan vuraraq küçəyə zorla çıxarmış, öz evinə daxil olmağa icazə verməmişlər. Hadisədən dərhal sonra DIN-nin 102 xidmətinə, ** saylı polis bölməsinə müraciətləri də nəticəsiz qalmış, əraziyə gələn polis əməkdaşları da şirkətin tərəfinə keçmişlər. Hətta polislər qəsdən onu 28-ci bölməyə apararaq orada məcburi saxlamış, nəticədə şirkətin onun evini maneəsiz sökməsinə şərait yaratmışlar. Bölmədən buraxıldıqdan sonra o xəsarətinin dərəcəsini təyin etmək, tibbi ekspertizadan keçmək üçün qəsdən gecikdirilərək buraxılmışdır. ##.##.2024-cü il 03-09 dəqiqədə onun hadisə vaxtı aldığı zərbələrdən, əsəb, bədən sarsıntısı nəticəsində keçirdiyi ürək ağrısı, bədəninin müxtəlif yerlərində əzilmələr, yüksək təzyiq nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etmişdir. Təcili və təxirsalınmaz tibbi müayinədən keçmiş, müalicə olunmuş, elə həmin günü saat 04.24-də evə buraxılmışdır. Həkim heyəti bildirmişdir ki, poliklinika həkiminin nəzarətində olmalıdır. Şirkət onun yaşadığı evin qıfılını qırıb, onun icazəsi olmadan evinə girib əşyaları mebel, paltar, qab-qacaqları küçəyə tullamış, servantında olan 1032 manatı ogurlanmışdır. Qalan əşyaları isə traktor evi uçuran zaman evin içində qalmış və zədələnib məhv olmuşdur. Şirkət qəsdən tez bir zamanda ərazini söküb dağıtmışdır ki, onun orada yaşamağını təsdiq edən heç bir dəlil, sübut qalmasın. ##.##.2024-cü ildə Rəhimov Əziz onun yaşadığı ünvana gəlmiş, evinin uçulub talan olduğunu görmüş və onu axtarmışdır. Onu tapdıqdan sonra nə baş verdiyini soruşmuşdur. O, isə hadisəni olduğu kimi ona danışmışdır. Bundan sonra Əziz polisin 102 xidmət növünə zəng vurub şikayət etmiş və zədələnən əşyalarının əvəzinin ödənilməsini bildirmişdir. ##.##.2024-cü ildə səhər saatlarında dağıdılmış ünvana getmişdir. Ona məxsus bəzi əşyalarının bir hissəsini yaşadığı ünvandan 15 metr aralı açıq sahəyə tullanılmışdır. O, oradan məxsus olan bəzi əşyaları: 2 ədəd televizoru, 1 ədəd soyuducu, paltarları götümüşdür. Ona məxsus olan əşyaları: stol-stullar və s. açıq sahəyə tullanılmışdır. Bu mənzərənin video görüntüsü vardır.
9. Daha sonra iddiaçının vəkili-nümayəndəsi vəkil3 ərizə ilə müraciət edərək, üçüncü şəxs cavabdeh1 cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. 10.Daha sonra iddiaçı dəqiqləşmə ərizəsi ilə müraciət edərək, sözügedən, ona və atasına məxsus və cavabdeh “xxxx” ASC tərəfindən sökülmüş, ümumilikdə sahəsi 265 kv.m olan əmlakın əvəzinə cavabdehin ərazidə inşa etdiyi yaşayış kompleksindən sahəsi 265 kv.m olan mənzil verilməsi, 93 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq 74.400 manat məbləğin, qanunsuz söküntü nəticəsində əşyalarının məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10.000 manat məbləğin, söküntü zamanı evində servantından oğurlanmış 1032 manat məbləğin, ##.##.2024-cü ildən onu yaşayış yerindən məhrum edib küçəyə atdıqları üçün həmin tarixdən mənzil veriləcək tarixə qədər hər ay 450 manat məbləğində kirayə pulunun, mənəvi zərərə görə 2.000 manat məbləğin, o cümlədən ödənilmiş 1.240 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi; cavabdeh cavabdeh1 cavabdeh “xxxx” ASC-dən əldə etdiyi mərhum ataları X1 məxsus miras əmlakın ona varis kimi düşən hissəsinin cavabdeh cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Mübahisə predmetini təşkil edən evin iddiaçının atasına məxsus olmasına dair sənədlər olmuş, hətta MIS-də də iddiaçının atası qeydiyyata alınmış, atası vəfat etdikdən sonra iddiaçının qardaşı cavabdeh1 məxsus olmuş, həmin şəxsdən (cavabdeh cavabdeh1) 2 otaqlı mənzil və pul müqabilində həmin evi almışlar. Müqavilə sadəcə cavabdeh cavabdeh1lə aralarında imzalanmış, iddiaçıdan isə razılıq ərizəsi alınmamışdır. Çünki iddiaçı orada deyil, başqa yerdə - özünə məxsus mülkdə yaşayır. Ümumiyyətlə, 3 qardaşdırlar, onlardan ikisi söküntü zamanı iştirak etmiş, heç biri narazılıq etməmiş, iddiaçı isə gəlməmişdir. Həmin ev cavabdeh1 hesabına tikilmiş, bunu ailə üzvləri də təsdiqləmişlər. 12.Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli evi 2000-ci ildə tikməyə başlamışdır. Əvvəl həmin ərazidə yaşıllaşdırma idarəsi olmuşdur. Daha sonra atasının yanına gəlmiş, birlikdə orada yaşamağa başlamışdır. Başqa yerdə qeydiyyatda olaraq həmin evdə qeydiyyatsız yaşamışlar. Iddiaçı isə həmin ərazidə yaşamamışdır. Onların ərazisindən üst tərəfdə iddiaçının torpağı olmuş və həmin ərazini başqa adama satmışdır. 13.Şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 2021-ci ildən “Kristal Abşeron” yaşayış kompleksində Etibarın birinci evində yaşamışdır. Yoldaşının problemləri olduğuna görə Etibarın atasının evinə köçüb, kirayə yaşamışdır. Təxminən 2 il kirayə qalmışdır. Lakin kirayə müqaviləsi olmayıb, ödənişləri əlbəəl vermişdir, bununla bağlı sənəd yoxdur. Qaldıqları evi icazəsiz sökdülər və sənədləri söküntü zamanı itirmişlər. Ona görə onlara da ziyan dəyib. Söküntüyə qədər orada yaşamışdır. Etibar məllimi 2021-ci ildən tanıyır. Suraxanıdan onun evinə köçmüşdür. Etibarın atası Eldar Əliyevin evində vəfat edib.
14. Şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Nizami və Etibar onun doğma qardaşlarıdır. Mübahisəli ərazidə ilk dəfə 1997-ci ildə Nizami tövlə tikib, sonra atasıgil müəyyən tikililər tikmişdir. Orada atası və Nizami qalıb. Orada olan tikililərin hər birini Nizami tikib. Etibar dediyi kimi olmayıb. Onun tövləsi olub, ancaq çoxdan Ilyas adlı şəxsə satıb. Ev və tövlə qardaşı Nizaminin və atasının vəsaiti hesabına tikilib. Atasının 60 yaşı var idi, pensiyaner idi. Qanlı göl ətrafında axıra qədər Nizami və atası qalıb. Etibara aid heç nə olmayıb. Rahib Tağıyevdə atasının evi olub. Atası bu evdən Nizaminin yanına köçüb. Kommunallar atasının adına olub. Eldarla Nizami atasını xəstə olduqdan sonra evə gətirdi.
15. Şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 2000-ci ildə Qanlı göl ərazisinə gəlmişdir. Qayınatası orada heyvan saxlayırdı. Rüstəm kişi qonşuların etirazından sonra köçdü. Qayınatası imkanlı şəxs olub. Etibar 2013-cü ildə orada 3 otaqlı ev tikib. *** saylı evdə yoldaşının 3 otaqlı evi olub, 21 baş heyvanı olub. Qardaşlar arasında münasibətlər yaxşı olmayıb. Nizami atasının etimadından sui-istifadə edib. 2013-cü ildən 2024-cü ilə qədər Etibar orada yaşayıb. 2013- cü ildə nikah pozulub. Etibarın Ilyasa ev satmağından xəbəri yoxdur. 16.Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Etibar onun qaynıdır. Qayınatası ancaq sement alıb. Qayınatasının elə də pulu yox idi. Qonşular narazı olduqlarına görə köçdülər. Eldarla Nizami evi tikdilər. Etibar orda çəpər çəkmişdi. Eşitmişdir ki, Etibar evi Ilyas adlı şəxsə satıb. Etibarla yoldaşı bir yerdə yaşayıb. Qayınatası orada yaşayana qədər hamı ora gedib gəlib. Qayınatası xəstələnəndən sonra onların Yasamalda yerləşən evlərinə gələrək orada qalmışdır. O ərəfədə Etibarı görməmişdir. Nizami əvvəl atası ilə qalırdı, sonra gündüz orada olurdu axşam evə gəlirdi. Rüstəm kişi Rahib Tağıyev küçəsi, ev 38 ünvanında dünyasını dəyişib. Həmin evdə 4-5 ay xəsdə yatıb. Etibarın evini görməmişdir. 17.Şahid qismində dindirilmiş X33 ifadəsində bildirmişdir ki, qardaşların hər ikisi onun qonşularıdır. Nizami, atasının və Etibarın Qanlı göldə 3 otaqlı evi olub. 2019-cu ildən sinif yoldaşları ilə Etibarın evinə gedirdi. Demək olar hər həftə həmin məhləyə gediblər. Qardaşların münasibətləri yaxşı olub. Bu ailəni uşaq vaxtından tanıyır. Rüstəm kişi malqaraya baxırdı. Etibarın evi satmağı barədə məlumatı yoxdur. Ev Rüstəm kişinin pulu hesabına tikilib. Etibar da öz evini öz hesabına tikib. Tikililər tikiləndə o, xaricdə olmuşdur. Etibarı həmişə 3 otaqlı evdə görmüşdür. 18.Şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, Yasamalda Qanlı göl adlı ərazidə İddiaçı qonşusu olmuşdur. cavabdeh1 də tanıyır. Qardaşlar arasında münasibət normal olub. Etibar mübahisəli ərazidə yaşayırdı, Nizami də arada gəlib-gedirdi. Etibar heyvan saxlayırdı. Etibarın 3 otaqlı evi var idi. Həmin evi öz hesabına tikmişdir. Ev söküləndə orda olmuş, hətta Etibara bu barədə məlumat vermişdir. Etibar evi heç kəsə satmayıb. Ilyas Etibardan qabaq evi təhvil verib getmişdir. Ilyas evi yox, torpağı almışdır. 19.Şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, ailəni uşaqlıqdan tanıyır. Yaxşı ailə olublar. Mal-heyvan saxlamaqla məşğul olublar. Bütün təsərrüfat Rüstəm kişinin idi. Sonra bəzi qonşular heyvanlara görə narazılıq etdi. Uşaqlar Rüstəm kişini tək qoymurdular, gəlib-gedirdilər. Son zamanlar Etibar orada heyvan saxlayırdı. O, həmin həyətdə 3 otaqlı ev tikmişdir. Ev tikilən zaman o, Etibarla birlikdə sement aparmışdır. Söküntünü sonradan eşitmişdir. Evi satdığından xəbəri yoxdur. 20.Şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Etibarın mübahisəli yerdə evi olub, heyvan saxlayıb. Samirlə ev tikdiyini görmüşdür. Etibar evi atasının evinin yanında tikmişdi. 3 otaqlı evi var idi, lakin həmin evə daxil olmamışdır. Atasının evini görmüşdür. Evin satılmasından xəbəri yoxdur. Nizaminin orda yaşamağını, heyvanı olduğunu bilmir, lakin Nizamini orada görmüşdür. Rüstəm kişi daş evin Etibara aid olduğunu deyib. Kimin vəsaiti ilə tikildiyini bilmir. 21.Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Rahib Tağıyevdə yaşamışdır, mübahisəli əraziyə ara-sıra gəlib getmişdir. Qanlı gölə ev tikilən zaman atasına köməyə getmişdir. Atası öz pulu ilə mal-qara alıb, 64 kv/m evi tikib. Atası heyvanları satmış, lakin evi satmamışdır. Əmisi Nizami səhər axşam gəlib gedirdi. Pulu alıb gedirdi. Tövlə Nizaminin pulu ilə tikilib. 22.Şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Yasamalda ailə ilə qonşu olmuşdur. Qanlı göldə evi olmayıb. Qonşuların narazılığına görə oradan köçüblər. Etibar 2014-cü ildə 3 otaqlı ev tikib. Daimi olaraq Etibar orada yaşayıb. Etibar evi satmayıb. Nizaminin evi Rahib Tağıyevdə olub. Rüstəm kişi 90-cı illərdə evi Etibar ilə birgə tikib. Ilyasın ev almağından xəbəri yoxdur. 23.Şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Nizami və Etibar onun əmiləridir. Evi atası Əliyev Eldar və əmisi Nizami birlikdə tikmiş, sonra babasının adına keçirmişlər. 1993-cü il təvəllüdlüdür, ev isə təxminən 1997-ci ildə tikilmişdir. Həmin vaxt uşaq olduğu üçün evin nə vaxt tikildiyini dəqiq xatırlamır. Əvvəl babası Yasamalda yaşamışdır. Babasının təxminən 80 yaşı var idi. İddiaçı evini görməmişdir, sadəcə heyvan saxladığını, mülkü olduğunu, daha sonra satdığını bilir. Babası rəhmətə getdikdən sonra əmiləri arasında bu söhbət olmuşdur. Babasına məxsus 1 evin olduğunu, həmin evdə əmisi Nizami ilə yaşadığını, Etibarın isə arada gəldiyini bildirmişdir. Həyətdə babasına məxsus 1 tövlə olmuşdur. 24.Şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Nizami və Etibarı tanıyır. Etibarın ot damının yanında, atasının torpağının yanında olan evi sökülüb. Nizami də ora gəlib gedirdi. Eldar da gəlirdi. Anası Eldargilin müəlliməsi olub, Nizami də həmin məktəbdə müəllim olub. Atası rəhmətə gedəndən sonra Etibar orada daimi olaraq yaşayıb. Etibarın orda heyvanı olub, ondan heyvan alıb. Həmçinin söküntünün şahidi olmuşdur. Həmin vaxt Etibar orada olmamış, Eldara xəbər eləmişdir ki, Etibarı yığsın. Atası orda olduğuna görə əvvəl orada daimi yaşamayıb. Orada tövlələr, 2 tikili, Etibarın evi olub. Satışla bağlı heç nə eşitməmişdir. Şəxsən orada yaşamasa da, gedib gəldiyini, tikililərin təxminən 20 ildir ki, orada olduğunu bildirmişdir. Ev Rüstəm əminin vəsaiti ilə tikilib. Ilyas tikilini Rüstəm dayıdan alıb. Özünün yeri yox idi və əvvəl orada yaşamayıb. Təxminən 20 il orada yaşadı. Oranı Nizami, Eldar və Etibar tikiblər. Etibarın evi 10-15 il əvvəl tikilib. Tikililər Rüstəmin adınadır. 25.Şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Etibar və Nizami onun xalası oğullarıdır. Mülk Rüstəmin olub. Oğulları ilə bir yerdə çalışıblar. Vəsait Rüstəmin hesabına olub. Etibarın 3 otaqlı evi olub. Tikintini o aparıb. Orada alqı-satqı olmayıb. Yasamalda kənarda yaşayıb. Mübahisəli əraziyə Rüstəm və Etibarla gedib. Əmlak kompleksinin hasarını Nizami, Eldar və o tikib. Evi kimin tikməyə başladığı yadında deyil. Ilyası bəlkə üzdən tanıyar. Ərazi Rüstəm kişinin olub. Etibarın 3 otaqlı evi olub, öz vəsaiti hesabına tikib. 26.Şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 1997-ci ildə qardaşı Nizami ilə öz hesablarına təsərrüfat üçün tövlə və otaq tikiblər, ataları da kömək edirdi. Orada Etibarın evi olub, sonra satıb. Ilyas evi Etibardan alıb. Etibarın 1 otaqlı tikilisi olub. Orada heç nə saxlamır, arada gəlib gedirdi. Atası öz adına qeydiyyata aldırıb. Əsas vəsait Nizaminin olub. Atası pensiya ilə dolanırdı, başqa gəliri yox idi. Nizami ilə atasının təsərrüfatı olub, sonradan artırıb. 8-10 baş heyvanları olub. Atası Nizamiyə bir evi vəsiyyət edib. Evi Nizami ilə ikisi tikib. Etibar kömək etməyib. Isgəndərov Samiri tanıyır, onlara tikintidə kömək etməyib.
27. Abşeron Rayon Məhkəməsinin (hakim M.M.Mirhəsənli) 2025-ci il ## #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
28. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Yasamal rayonu, X3, Qanlı Göl, M-*** saylı ünvanında ona məxsus tikili və torpaq sahəsinin olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı İddiaçı özünə məxsus tikilinin X21 şahid ifadələrində öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı tərəfindən şahid kimi dəvət olunmuş X12 ifadəsində Ilyas adlı şəxsin Rüstəmdən (iddiaçının atası) tikili aldığını qeyd etmişdir. Bundan başqa, iddiaçı iddia tələbinin “qanunsuz söküntü nəticəsində əşyalarının məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10.000 manat məbləğin, söküntü zamanı evində servantından oğurlanmış 1.032 manat məbləğin tutulması” hissəsində də heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
29. Iddia tələbinin “mənəvi zərərə görə 2.000 manat məbləğin tutulması” hissəsində isə məhkəmə qeyd edib ki, iddiaçı məhkəməyə ##.##.2024-cü il tarixli TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarış təqdim etsə də, həmin şikayətlərin məhz cavabdehlərin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində baş verməsi və bunun nəticəsində iddiaçıya 2.000 manat dəyərində mənəvi zərər vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilə bilinməmişdir.
30. Iddia tələbinin “cavabdeh cavabdeh1 cavabdeh “xxxx” ASCdən əldə etdiyi mərhum ataları X1 məxsus miras əmlakın ona varis kimi düşən hissəsinin cavabdeh cavabdeh1 alınaraq ona verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, mübahisəli tikililərlə bağlı mərhum X1 adına hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarında mövcud deyildir. Başqa sözlə, tikililər Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə miras kütləsinə aid edilə bilməz. Buna görə də iddia tələbi bu hissədə də təmin edilə bilməz.
31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1108.1-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il # ###### tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il ## #### tarixli 5 №li Qərarının 2-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 106.3, 119.1, 14.2, 88, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, şahidlər dindirilən zaman məhkəmə bütün şahidlərin ifadəsini dinləməmişdir. Həmçinin şahid ifadələri qətnamədə təhrif edilmişdir. Iclas video çəkiliş vasitəsilə aparılmışdır və şahid ifadələri qətnaməyə görüntüdən istifadə edilməklə yazıla bilərdi, lakin söz yığını ilə cavabdehin mövqeyinə uyğun ifadələr təhrif edilmişdir. Ekspertiza təyin olunma hissəsi ilə bağlı bildirir ki, 2019-cu ildə ** saylı Mənzil Kommunal Istismar Sahəsinin mühəndisi X22, nümayəndələr X19 oglu, X34 və dünyasını dəyişmiş atası X1 tərəfindən *** saylı aktı imzaları ilə təsdiq edərək, Bakı şəhəri Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən yaşayış evlərinin sahələrinin ölçüləri göstərilmiş, ümumi sahəsi 374.95 kv.m təşkil edən ərazini öz imzaları ilə təsdiq etmişlər. Həmin akta atası kiril əlifbası ilə “xxxx” sözlərini yazmışdır. Sonradan isə Şirkətin Elnur adlı nümayəndəsi əl yazısı ilə yazmışdır ki, “həyətdə oğlu İddiaçı yaşayır. 3 otaq onun adınadır”. Bu nüsxəni o, “xxxx” ASC-yə müraciət edən zaman ona verilmişdir. Amma məhkəmə iclasında cavabdeh Şirkətin nümayəndəsi qəbul etmədi ki, qeyd edilən yazı onlar tərəfindən yazılmayıb. Bu səbəbdən də vəsatət vermişdir ki, xətşünaslıq ekspertizası keçirilsin. Lakin bu vəsatətini məhkəmə təmin etməmişdir. Hansı səbəbdən təmin etmədiyi barədə də əsaslandırılmış qərardad qəbul etməmişdir.
34. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin materiallarında olan ##.##.2024-cü il tarixli,*** saylı müqavilənin surətindən görünür ki, “xxxx” ASC Bakı Şəhəri Icra Hakimiyyəti başçısının 2021-ci il ## ###### tarixli *** nömrəli sərəncamı ilə onun istifadəsinə verilmiş torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirərək, həmin ərazidə yerləşən və X21 istifadəsində olan şərti nömrəsi “165” və faktiki sahəsi 47.47 kv.metr, 79.82 kv.metr evləri və 78.21 kv.metr anbar tikilisini söküntü üçün qəbul edərək, əvəzində 125 000 manat pul verilir. Qeyd edilən sənəd sübutlar siyahısına daxil edilə bilməz. Belə ki, cavabdeh şirkət bir neçə məhkəmə hazırlıq iclası keçirilb baxış təyin edilməsinə baxmayaraq, həmin müqaviləni baxış iclasında məhkəməyə təqdim edilmişdir. Məhkəməyə bu hal ilə bağlı yazılı şəkildə tərəfindən ərizə təqdim edilmişdir. Cavabdeh isə bildirmişdir ki, hazırlıq iclasında bu müqavilə barədə məhkəməyə demişdir.
35. Eyni zamanda, iddiaçı məhkəməyə ##.##.2024-cü il tarixli TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarış təqdim etsə də, həmin şikayətlərin məhz cavabdehlərin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində baş verməsi və bunun nəticəsində iddiaçıya 2000 manat dəyərində mənəvi zərər vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilə bilinməmişdir. Belə ki, cavabdehlər yalan ifadə verərək bildirmişdilər ki, cavabdeh1 və “xxxx” ASC-nin hüquqşünası Nümayəndə Səfər oğlu məhkəməyə yalandan məlumat verərək bildirmişdir ki, İddiaçı evi olmuş və onu da qonşusu X21. Şahid qismində dindirilən onun qonşuları olan X14 və X16 öz izahatlarında bildirmişdilər ki, həmin yeri X1 Ilyaz Məhəmməd oğuna satmışdır. Onun əmlak satmağına dair heç bir sübut təqdim etməyib cavabdeh tərəf. Qeyd olunanlara əsasən bildirir ki, təqdim etdiyi sübutlar, şahid ifadələri, video görüntülər göstərir ki, məhkəmə araşdırma aparmadan qərar qəbul etmişdir.
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.M.Süleymanova (sədrlik edən və məruzəçi), S.A.Qafari və F.Ə.Məmmədov) 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edib ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının atası Rüstəm Əliyev 2022-ci ildə vəfat etmişdir, sonuncunun vəfatından sonra iddiaçı nə qanun üzrə, nə də faktiki olaraq atasından qalan hər hansı miras əmlakı qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda vərəsə olaraq miras payı tələb etməsinə dair iddia tələbi əsassızdır.
39. Bundan başqa, iddiaçının istinad etdiyi *** saylı aktdakı «həyətdə İddiaçı yaşayır, 3 otaq onun adınadır» qeydi sonradan əlavə olunmaqla, həmin qeydin doğruluğu aktı tərtib edən şəxslər tərəfindən təsdiq olunmamışdır. Eyni zamanda, iddiaçı tərəfin vəsatəti üzrə verilmiş sorğuya əsasən “xxxx” ASC tərəfindən təqdim edilmiş sənədlər sıyahısında belə bir akt müəyyən edilməmişdir.
40. Əlavə olaraq kollegiya qeyd edib ki, mübahisəli ünvanda iddiaçının adına məxsus olan (***) ***-**-** nömrəli telefon xətti olması, birmənalı olaraq həmin ərazidə iddiaçıya məxsus yaşayış sahəsinin olduğuna dəlalət etmir. Təcrübədə rast gəlinən hallardan müəyyən olunur ki, bir çox hallarda kommunal xidmətlər, o cümlədən telefon xətti yaşayış sahibinin deyil, bu və ya digər səbəbdən üçüncü bir şəxsin adına qeydə alınması mümkündür.
41. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, və 1115-ci, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * №-li Qərarına və Mülki Prosessual Məcəllənin 77.1, 372, 384 və 402-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri
42. Qətnamədən iddiaçı (vəkili vəkil1 Qurban qızı) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti və ona əlavə, iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə həlledici sübutun - cavabdeh "xxxx" ASC-nin hüquqşünası Nümayəndə Yasamal Rayon Prokurorluğuna verdiyi ##.##.2024-cü il tarixli rəsmi izahatın üzərindən sükutla keçmişdir. Həmin izahatda cavabdeh rəsmi şəkildə etiraf edir ki, "həmin ev və tikililər atası X1 məxsus olmuşdur" (Yəni Ilyasa satılmayıb). "Əgər həmin evdə şikayətçi İddiaçı payı varsa... payını həmin tikililərə görə kompensasiya almış qardaşı cavabdeh1 tələb edə bilər."
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
46. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
47. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
48. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
49. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
50. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
51. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
52. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
53. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
54. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya baxışının hədləri
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kasasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
69. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
70. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
71. Baxılan iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında Qanlı göl ərazisində sənədsiz yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəticəsində ona maddi və mənəvi zərər dəymişdir.
72. Nəzərə alınmalıdır ki, verilən iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
73. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPMin 14.2 və 77.1-ci maddələri).
74. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
75. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
76. Iddiaçının tələbi ona məxsus tikililərin sökülməsi və sökülən zaman orada olan əşyaların məhv olması nəticəsində vurulan maddi və mənəvi zərərin ödənilməsi barədədir. Bu halda istinad edilən tikililərin ona məxsus olduğu, cavabdeh tərəfindən sökülməsi barədə sübutu təqdim etmək yükü iddiaçının üzərinə düşür. Lakin məhkəmələr müəyyən etmişdir ki, bu faktları təsdiq edən sübut təqdim olunmamışdır.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
78. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.