Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1501/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:vəsiyyətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları
1. Quba rayonu, Digah kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və həmin kənddə yerləşən 0,84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi Həmzəyev Canmirzə Balaca oğluna və X8 məxsus olmuşdur. Onların birgə nikah dövründə 6 övladı olmuşdur. X8 2009-cu ildə vəfat etmişdir.
2. Quba Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair” CN-***F saylı şəhadətnamədə göstərilən 0,23 ha həyətyanı torpaq sahəsi, “Torpağa mülkiyyət hüququna dair” CN-*** saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsi və Qeydiyyat vəsiqəsində göstərilən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi üzrə mərhum X8 payına düşən 1/2 hissənin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 4/6-nə Həmzəyev Canmirzə Balaca oğlunun mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə ilə qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə cavabdeh2, 1/6-nə isə X12 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Eyni zamanda, Həmzəyev Canmirzə Balaca oğlunun 4/6 hissəyə, cavabdeh2 1/6 hissəyə və X12 1/6 hissəyə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və onların adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilmişdir.
3. ##.##.2011-ci il tarixli vəsiyyətnamədə qeyd edilmişdir ki, Həmzəyev Canmirzə Balaca oğlu ölən günədək ona məxsus olan Quba rayonu, Digah kəndində yerləşən iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evini, 0,23 ha həyətyanı torpaq sahəsindən və 0,84 ha pay torpaq sahəsindən ona düşən hissəni oğlu İddiaçı vəsiyyət etmişdir.
4. ##.##.2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, Həmzəyev Canmirzə Balaca oğlu ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Quba rayonu, Digah kəndində yaşayan cavabdeh2 vəsiyyət etmişdir.
5. Həmzəyev Canmirzə Balaca oğlu ## ###### 2024-cü ildə vəfat etmişdir.
6. Quba rayon İHB-nin Xucbala kənd İƏD üzrə nümayəndəsinin ##.##.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Həmzəyev Canmirzə Balaca oğlu vəfat etdikdən sonra onun vərəsələri İddiaçı, X5, X6, cavabdeh2, X12 və Həmzəyeva İradə Canmirzə qızı olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ######## 2024-cü il tarixdə mərhum atası Həmzəyev Canmirzə Balaca oğlunun adından tərtib edilmiş və X1 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 2V-**** reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, istər məhkəmə prosesləri zamanı, istərsə də, məhkəmədən sonra cavabdehlə atası Həmzəyev Canmirzə Balaca oğlunun münasibətləri gərgin vəziyyətdə olmuş, cavabdehin özünün başqa yaşayış evi və digər daşınmaz əmlakları olmasına baxmayaraq valideynlərinə məxsus əmlakların hamısına sahiblənmək istəmişdir. Bununla bağlı dəfələrlə onlar arasında gərgin mübahisələr olmuş, cavabdeh atasına qarşı əsassız tələblər irəli sürmüş, hətta atama hədə qorxu gəlib onu ölümlə hədələmişdir. Cavabdeh ümumiyyətlə atası ilə maraqlanmamış, ona qayğı göstərməmişdir. Atasının müalicə xərclərini o və digər bacı qardaşı çəkmişlər. Maddi ehtiyaclarının ödənilməsi əsasən xaricdə yaşayan qardaşları Mahir Həmzəyev və Elfan Həmzəyev tərəfindən göndərilən pul vəsaitləri hesabına həyata keçirilmişdir. Eyni zamanda valideynlərinə məxsus fərdi yaşayış evi onların çəkdiyi xərclər hesabına təmir olunmuş, lakin cavabdeh həmin işlərin görülməsində heç bir şəkildə iştirak etməmişdir. Atası Həmzəyev Canmirzə Balaca oğlu ## #### 2011-ci il tarixdə vəsiyyətnamə tərtib etməklə özünə məxsus olan həmin əmlakları ona, yəni vəsiyyət etmişdir. ## ###### 2024-cü il tarixdə atası Canmirzə Həmzəyev 93 yaşında vəfat etmişdir. Vəfat etməmişdən təxminən 1 il əvvəldən atası artıq yaddaşını itirməyə başlamış, onun daimi kənar qulluğa ehtiyacı olmuş, eyni zamanda onların nəzarətləri altında olmuşdur. Belə ki, atası artıq yaddaşını itirdiyindən bir neçə dəfə evi özbaşına tərk edib naməlum istiqamətə getmiş, haraya getmək istədiyini tam dərk edə bilməmişdir. Vəfatına təxminən 1 il qalmış o, kənar qulluq olmadan sərbəst qidalana, o cümlədən digər təbii ehtiyaclarını ödəmək iqtidarında olmamışdır. Atası vəfat etdikdən sonra o vəsiyyət üzrə vərəsəlik qaydasında atasına məxsus əmlakları öz adına rəsmiləşdirmək üçün X1 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin oradan bildirilmişdir ki, mərhum atası Canmirzə Həmzəyev ##.##.2024-cü il tarixdə vəsiyyətnamə tərtib etmiş, ona görə də özünə məxsus əmlakları ona vəsiyyət etməsinə dair vəsiyyətnamə qüvvədən düşmüş hesab edildiyindən ona vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. O, 2024-cü ilin sentyabr ayının 23-də Naftalana müalicəyə getmiş, həmçinin bacısı Qızxanım Həmzəyevə həmin ərəfədə müalicəsi ilə əlaqdəar Milli Onkolgiya Mərkəzində olmuşdur. Onların evdə olmamasından istifadə edən qardaşı cavabdeh2 evdə tək qalan atası Canmirzə Həmzəyevə hədə-qorxu gələrək və digər təzyiqlər göstərərək onu öz maşını ilə X1 Xidmət Mərkəzinə aparmış və orada özünün soyadını bilmədiyi Raziyyə adlı baldızının və qayını arvadı Yaraşıq Xanbabayevanın şahidliyi ilə atası Canmirzə Həmzəyevin vəsiyyətnamə tərtib etməsinə nail olmuşdur. Yuxarıda qeyd etdiyi kimi mərhum atası Canmirzə Həmzəyev vəfat etməsinə 1 il qalmış artıq demək olar ki, yaddaşını itirmiş, özünü idarə etmək, hərəkətlərinin mənasını tam dərk etmək qabiliyyətini itirmişdir. Ona görə də, mərhum atası vəfat etməsinə iki aydan az müddət qalmış həmin vəsiyyətnaməni şüurlu şəkildə tərtib edə, ümumiyyətlə öz əmlakı barəsində sərəncam səlahiyyətli hər hansı əqd bağlaya bilməzdi. Buna baxmayaraq, X1 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Süleyman Məmmədov mərhum atasının fəaliyyət qabiliyyətini tam yoxlamadan onun adından vəsiyyətnamə tərtib edərək onu təsdiq etmişdir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 19-ci bəndinə əsasən Notarius tərəfindən Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Mərhum atası Canmirzə Həmzəyev ## ######## 2024cü il tarixdə yaşı və xəstəliyi ilə əlaqədar yaddaşını itirdiyindən, özünü sərbəst şəkildə idarə edə bilmədiyindən, öz hərəkətlərinin mənasını tam dərk etmədiyindən o, hər hansı məzmunda vəsiyyətnamə tərtib etmək vəziyyətində olmamışdır. Onun vəsiyyətnamə tərtib etmək vəziyyətdə olmamasını, yəni öz hərəkətinin mənasını başa düşə bilməməsi və öz hərəkətini idarə edə bilməməsi vəziyyətdə olmasını bütün qohumlar, qonşular, tanışlar, bacı qardaşları təsdiq edirlər və hamı onun həmin vəziyyətdə olmasının şahidi olmuşlar. Cavabdeh atasının bu vəziyyətindən sui-istifadə edərək özünün avtomoibili ilə ona notariat ofisinə aparmaqla və özünün baldızı və qaynı arvadının şahidliyi ilə öz xeyrinə saxta vəsiyyətnamənin tərtib edilməsinə nail olmuşdur.
9. Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının dedikləri yalan və iftiradır, Asan Xidmət Mərkəzində görüntü vardır, atası vəsiyyətnamə qoyarkən öz ağlında olmuşdur. X3 1988-ci ildən ölkədən çıxmışdır. Mahir Həmzəyev isə 51 ildir ki, Litvada yaşayır. Onun atası ilə heç bir mübahisəsi olmamışdır.
10. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim X2) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Quba “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən ## ######## 2024-cü il tarixdə vəsiyyətnamə rəsmiləşdirilərkən qanun pozuntularına yol verilməmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbinin əsaslılığını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.
12. Vəsiyyət edən şəxsin yaşının çox olması və bununla əlaqədar onun fəaliyyət qabiliyyətli olmamasının iddia edilməsi ilə bağlı məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vəsiyyət qoyanın yaşlı olması onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi və ya psixi durumunun dəyişməsi üçün özlüyündə kifayət qədər əsas deyildir. Belə hal qanunvericilikdə şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdıran və ya onu fəaliyyət qabiliyyətsiz edən hal kimi nəzərdə tutulmamışdır. Qanunvericilikdə fəaliyyət qabiliyyətinin yaranması müəyyən yaş həddi ilə əlaqələndirilmişdir.
13. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 28.1, 28.2, 28.8, 1133.1, 1133.2, 1166, 1167, 1220, 1225-ci, “Notariat haqqında” AR Qanunun 40, 47-ci maddələrinə, habelə AR Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı İddiaçı apellyasiya şikayət verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiada yalnız mərhum atasının 90 yaşının olması halına istinad etməmiş, bununla yanaşı qeyd etmişdir ki, atası özünü idarə etmək iqtidarında olmamış, hətta onun təbii ehtiyaclarını belə müstəqil şəkildə təmin etmək imkanı olmamışdır. Atasının yaşı ilə birlikdə xəstəliyi də onun kənar qulluğa ehtiyacı olmasını zəruri etmişdir. Vəsatəti əsasında məhkəməyə şahid qismində dəvət olunaraq dindirilən şahidlər X12, X9, X4 və Həmzəyev İzamədiin Balaca oğlu öz izahatlarında atası Canmirzə Həmzəyevin vəfat etməsinə 1 il qalmış artıq demək olar ki, yaddaşını itirdiyini, özünü idarə etmək və hərəkətlərinin mənasını tam dərk etmək qabiliyyətinin olamadığını, həmçinin cavabdeh cavabdeh2lə normal münasibətinin olmadığını bildirmişlər. Bütün bunlar isə onu təsdiq edir ki, mərhum atasının ikinci dəfə vəsiyyətnamə tərtib etmək imkanı olmamış, özünü idarə etdiyi vaxtlarda isə belə bir niyyəti olmamışdır. Buna baxmayaraq işə baxan məhkəmə şahid izahatlarına heç bir əhəmiyyət verməmiş, hətta qətnamədə şahid ifadələrini təhrif etməklə iş üçün xüsusi əhəmiyyət kəsb edən geniş şahid izahatlarını iki-üç cümlə ilə qeyd etməklə kifayətlənmişdir. Beləliklə, mərhum atası Canmirzə Həmzəyev ##.##.2024-cü il tarixdə yaşı və xəstəliyi ilə əlaqədar yaddaşını itirdiyindən, özünü sərbəst şəkildə idarə edə bilmədiyindən, öz hərəkətlərinin mənasını tam dərk etmədiyindən o, hər hansı məzmunda vəsiyyətnamə tərtib etmək vəziyyətində olmamışdır. Bu, isə qeyd edilən vəsiyyətnamənin etibarlı olmasını aradan qaldırır və belə olan halda həmin vəsiyyətnamə Mülki Məcəllənin 1225.3-cü maddəsinin, o cümlədən Mülki Məcəllənin əqdlərın etibarsızlığı ilə bağlı halları tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən etibarsız hesab olunmalıdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən, məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, tərəflər mərhum Həmzəyev Canmirzə Balaca oğlunun övladlarıdır. Həmzəyev Canmirzə Balaca oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçının tələbi X1 Xidmət Mərkəzində Notariat Ofisində vəfat etmiş atası Həmzəyev Canmirzə Balaca oğlu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, 2V-**** reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədədir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətində vəsiyyət edən şəxsin yaşının çox olması, xəstə olması və bununla əlaqədar fəaliyyət qabiliyyətli olmaması barədə irəli sürdüyü dəlillərlə bağlı qeyd etmişdir ki, həmin dəlillər nə şahid ifadələri, nə də hər hansı digər sübutlarla öz təsdiqini tapmamışdır.
19. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdehə məxsus mobil telefon cihazında saxlanılan, Həmzəyev Canmirzə Balaca oğlunun vəfatından bir neçə ay əvvəl çəkilmiş video görüntülərə baxış keçirilmişdir. Həmin video görüntülər əsasında şəxsin yaddaşını itirməsi, özünü idarə etmək və hərəkətlərinin mənasını dərk etmək qabiliyyətində olmaması müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli, 2V-**** reyestr nömrəli vəsiyyətnamədən görünür ki, qanunvericiliyin tələblərinə əsasən notarius vəsiyyət edənin şəxsiyyətini müəyyən etmiş, onun fəaliyyət qabiliyyətini yoxladıqdan sonra vəsiyyətnaməni təsdiq etmişdir. Bu barədə qeyd vəsiyyətnamənin özündə əks olunmuşdur.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Quba Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən ## ######## 2024-cü il tarixdə vəsiyyətnamə rəsmiləşdirilərkən qanun pozuntularına yol verilməmişdir. Əqdin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən və iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 28.1, 28.2, 28.8, 1133.1, 1133.2, 1166, 1167, 1220, 1225-ci, “Notariat haqqında” AR Qanunun 40, 47-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələbləri ilə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosesləri zamanı və məhkəmədən sonra cavabdehlə atası Həmzəyev Canmirzə Balaca oğlunun münasibətləri gərgin olmuşdur. Cavabdehin özünə məxsus başqa yaşayış evi və digər daşınmaz əmlakları olmasına baxmayaraq, valideynlərinə məxsus bütün əmlaklara sahib olmaq istədiyi bildirilmişdir. Bununla bağlı tərəflər arasında dəfələrlə mübahisələrin baş verdiyi, cavabdehin atasına qarşı əsassız tələblər irəli sürdüyü, hətta ona hədə-qorxu gələrək ölümlə hədələdiyi qeyd edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, Həmzəyev Canmirzə Balaca oğlu ## #### 2011-ci il tarixdə vəsiyyətnamə tərtib edərək özünə məxsus əmlakları iddiaçıya vəsiyyət etmişdir. Həmzəyev Canmirzə Balaca oğlu ## ###### 2024-cü il tarixdə 93 yaşında vəfat etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Həmzəyev Canmirzə Balaca oğlu vəfat etməmişdən təxminən 5 il əvvəl yaddaşını itirməyə başlamış, daimi kənar qulluğa ehtiyacı olmuş və ailə üzvlərinin nəzarəti altında saxlanılmışdır. Belə ki, onun yaddaşını itirdiyi üçün bir neçə dəfə evi özbaşına tərk edərək naməlum istiqamətə getdiyi və haraya getmək istədiyini tam dərk edə bilmədiyi qeyd edilmişdir. Vəfatından təxminən 1 il əvvəl isə onun kənar qulluq olmadan sərbəst qidalana bilmədiyi, həmçinin digər təbii ehtiyaclarını müstəqil şəkildə ödəmək iqtidarında olmadığı bildirilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, Həmzəyev Canmirzə Balaca oğlu vəfat etdikdən sonra iddiaçı vəsiyyət üzrə vərəsəlik qaydasında atasına məxsus əmlakları öz adına rəsmiləşdirmək üçün Quba Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, mərhum Həmzəyev Canmirzə Balaca oğlu ##.##.2024-cü il tarixdə, 2V-**** reyestr nömrəli vəsiyyətnamə tərtib etmişdir. Bu səbəbdən əvvəlki vəsiyyətnamə qüvvədən düşmüş hesab edilmiş və iddiaçıya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçı ## ######## 2024-cü il tarixdə Naftalana müalicəyə getmiş, bacısı X12 isə həmin ərəfədə müalicəsi ilə əlaqədar Milli Onkologiya Mərkəzində olmuşdur. Onların evdə olmamasından istifadə edən cavabdeh evdə tək qalan atası Həmzəyev Canmirzə Balaca oğluna hədə-qorxu gəldiyi, ona digər təzyiqlər göstərdiyi, onu öz avtomobili ilə Quba Regional “ASAN xidmət” Mərkəzinə apardığı və orada soyadı məlum olmayan Raziyyə adlı baldızının, habelə qardaşının arvadı Yaraşıq Xanbabayevanın şahidliyi ilə vəsiyyətnamə tərtib edilməsinə nail olduğu bildirilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri öz qənaətlərini əsasən onunla əsaslandırmışlar ki, iddia tələbinin hüquqi əsası kimi istinad edilmiş hallarla bağlı sübutlar təqdim edilməmişdir. Eyni zamanda məhkəmələr qeyd etmişlər ki, cavabdehin adına tərtib olunmuş vəsiyyətnamə rəsmiləşdirilərkən vəsiyyət qoyan mərhum Həmzəyev Canmirzə Balaca oğlunun 90 yaşdan yuxarı olması onun fəaliyyət qabiliyyətsiz olması anlamına gəlməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti
27. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
28. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
29. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
32. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
33. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
34. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
35. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notarius olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
36. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.
37. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
38. Maddə 1182. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
39. Maddə 1184. Vəsiyyətin şahidləri Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.
40. Maddə 1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
41. Maddə 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
42. Maddə 1220.0.2. notariat orqanına ərizə verməklə;
43. Maddə 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
44. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
45. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.
46. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
47. Maddə 1230. Vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edilməsi qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
57. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
59. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər Həmzəyev Canmirzə Balaca oğlunun övladlarıdır. ## #### 2011-ci il tarixli vəsiyyətnamə ilə Həmzəyev Canmirzə Balaca oğlu ölən günədək ona məxsus olan Quba rayonu, Digah kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini, 0,23 ha həyətyanı torpaq sahəsi və 0,84 ha pay torpaq sahəsindən ona düşən hissəni oğlu İddiaçı vəsiyyət etmişdir. Həmçinin ## ######## 2024-cü il tarixli vəsiyyətnamə ilə Həmzəyev Canmirzə Balaca oğlu ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını oğlu cavabdeh2 vəsiyyət etmiş, ## ###### 2024-cü ildə ölmüşdür.
60. Hazırda iddiaçı, vəfat etmiş atası Həmzəyev Canmirzə Balaca oğlu tərəfindən X1 Xidmət Mərkəzində Notariat Ofisində qardaşının adına qoyulmuş ##.##.2024-cü il tarixli, 2V- **** reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb edir.
61. Apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətininin dəlilləri ilə razılaşmayaraq, vəsiyyət edən şəxsin yaşının çox olması, xəstə olması və bununla əlaqədar fəaliyyət qabiliyyətli olmaması barədə irəli sürdüyü dəlillərlə bağlı qeyd etmişdir ki, həmin dəlillər nə şahid ifadələri, nə də hər hansı digər sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, ## ###### 2026-cı il tarixli məhkəmə iclasında cavabdehə məxsus mobil telefon cihazında saxlanılan, mərhum Həmzəyev Canmirzə Balaca oğlunun vəfatından bir neçə ay əvvəl çəkilmiş video görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin video görüntülər əsasında onun yaddaşını itirməsi, özünü idarə etmək və hərəkətlərinin mənasını dərk etmək qabiliyyətində olmaması müəyyən edilməmişdir.
62. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli, 2V-**** reyestr nömrəli vəsiyyətnamədən görünür ki, qanunvericiliyin tələblərinə əsasən notarius vəsiyyət edənin şəxsiyyətini müəyyən etmiş, onun fəaliyyət qabiliyyətini yoxladıqdan sonra vəsiyyətnaməni təsdiq etmişdir. Bu barədə qeyd vəsiyyətnamənin özündə də əks olunmuşdur.
63. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Quba Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən ## ######## 2024-cü il tarixdə vəsiyyətnamə rəsmiləşdirilərkən qanun pozuntularına yol verilməmişdir. Yəni, əqdin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən və iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
64. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.