Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1519/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Bakı şəhər * saylı Dövlət Notariat Kontoruna (üçüncü şəxslər - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X4 * saylı Bərdə Ərazi Idarəsi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Bakı Şəhər * saylı Dövlət Notariat Kontoruna “alqısatqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2009cu il tarixli çıxarışa əsasən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında cavabdeh1 adına qeydiyyata alınmışdır.
2. cavabdeh1 Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini ## ###### 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsi ilə İddiaçı bağışlamışdır.
3. Torpağın İddiaçı bağışlanması barədə müqavilə olsa da, sonuncu torpağı öz adına rəsmiləşdirməmiş, həmin torpaq sahəsini Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmamış, sözügedən torpaq sahəsi cavabdeh1 mülkiyyətində qalmaqda davam etmişdir.
4. Qeyd olunan torpağa görə cavabdeh1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixdə ********** qeydiyyat nömrəli yeni çıxarış verilmişdir.
5. cavabdeh1 onu təmsil edən etibarnamə üzrə nümayəndəsi Şahid vasitəsilə Bərdə rayonu Qaradağlı kəndində yerləşən və mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsini ## ###### 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 10000 (on min) manata satmışdır.
6. Bakı şəhəri * saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlanarkən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən ##.##.2024-cü ildə Bakı şəhəri * saylı notariat ofisinin notariusu X8 tərəfindən çap edilmiş arayışa əsasən cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə) ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 (bundan sonra həmçinin “cavabdeh”) tərəfindən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və cavabdeh cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” X4 * saylı Bərdə Ərazi Idarəsi iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 iddiaçının mərhum atası X5 doğma dayısı oğludur. Iddiaçının atası Qürbət uzun illər Bərdə kökəltmə birliyinin müdiri vəzifəsində işləmiş və Ələsgər isə ona yaxın adam olaraq mərhum atasının avtomobilini idarə etmişdir. Iddiaçının atası 1999-cu ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra Ələsgər dəfələrlə iddiaçıya bildirmişdir ki, onun adına Bərdə rayonu Qaradağlı kəndində olan torpaq sahəsini iddiaçının mərhum atası almışdır və həmin vaxtlarda rəhbər vəzifədə olduğundan Ələsgərin adına rəsmiləşdirmişdir. Cavabdeh bununla bağlı dəfələrlə iddiaçıya müraciət etmiş və nəhayət 2009-cu ilin fevral ayının 13də həmin sənədləri gətirib Bərdə * saylı notariat ofisində iddiaçıya bağışlama müqaviləsi vermişdir. Bundan sonra qohum olduğundan cavabdehə heç bir söz deməmiş və sənədlər cavabdehdə qalmışdır. Yaxın günlərdə cavabdeh iddiaçıya zəng edərək bildirmişdir ki, həmin torpağa görə onu Bərdə Rayon Prokurorluğuna çağırmış və bildirmişlər ki, torpağı başqa adama verməlidir. Iddiaçı bundan sonra cavabdehlə söhbət etmiş və məsələnin nədən ibarət olduğunu soruşmuşdur. Cavabdeh idiaçıya bildirmişdir ki, onunla məcburi olaraq alqı-satqı müqaviləsi bağlayıb yeri başqa adama verirlər. Həmin torpaq iddiaçının atasından miras qalmışdır və cavabdeh yaxın qohum və mərhum atasına yaxın etibarlı adam olduğundan həmin torpağa mülkiyyət sənədləri almamışdır. Belə ki, qanunvericiliyə əsasən həmin torpaq sahəsi iddiaçıya bağışlandığından iddiaçı fikirləşmişdir ki, nə vaxt olarsa, həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilər. Bir həftədir iddiaçıya məlumat vermişlər ki, həmin torpaq sahəsinə dair cavabdehlə saxta alqı-satqı müqaviləsi bağlanaraq başqasının adına rəsmiləşdirilib. Iddiaçı cavabdehdən sənədləri tələb edərkən o, alqı-satqı müqaviləsi bağlandığından sənədləri Yaqub adlı şəxslə təqdim etdiyini bildirmişdir. Həmin sənədlərin heç bir hüquqi qüvvəsi olmadığı üçün həmin sənədlər ləğv edilməlidir. Bu gün cavabdeh məhkəmədə qorxusundan alqı-satqı müqaviləsinin onun tərəfindən verilmədiyini və yaxud mərhum atası Qürbət tərəfindən alınmadığını bildirəcək. Amma həqiqət budur ki, Ələsgər hansı səbəbdən həmin torpağa dair iddiaçıya bağışlama müqaviləsi verdiyini izah edə bilməyəcək.
10. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh1 iddianı qəbul etdiyini qeyd edərək bildirmişdir ki, Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Özü könüllü olaraq mülkiyyətində olan həmin 0.08 ha torpaq sahəsini iddiaçıya bağışlamışdır. Son zamanlar qardaşı Şirin onu məcbur etmişdir ki, həmin torpağı Yaqub adlı şəxsə versin. Qardaşı Şirinin deməsinə görə guya Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi səhvən onun adına rəsmiləşdirilib, həmin torpaq başqa adamındır və o, torpağı qaytarmalıdır. Onun evinə notarius dəvət etmişlər, onun xəbəri olmadan nə ediblər, necə ediblər bilmir. Lakin o, həmin torpağı başqa adama satmamışdır. Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsini keçmiş Sovet Ittifaqı dövründə gənc ailələrə vermişlər. Notariat kontoruna gedib torpağa dair alqı-satqı müqaviləsi bağlamamışdır. Bağışlanma müqaviləsini özü könüllü etmiş və həmin torpağı iddiaçıya bağışlamışdır. Heç kim ona təsir etməmişdir. Torpağı heç kimə satmamış və o, torpağa görə heç kimdən pul almamışdır. Qardaşı Şirinlə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ona dəfələrlə təzyiq və təsir edərək həmin torpağı ondan tələb etmişlər. Etibarnamə vermək üçün heç bir yerə getməmiş, torpağı heç kimə satmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs görməmiş, ondan pul almamışdır. Onu polis şöbəsinə, prokurorluğa çağırmışlar, onun arxasınca sahə rəisini göndərmişlər və izahatını almışlar ki, guya həmin 0.08 ha torpaq sahəsi onun qardaşı Şahin Ağayevin olmuşdur. Guya o, həmin torpağı mənimsəmiş, öz mülkiyyətinə rəsmiləşdirmiş və hazırda qaytarmır. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun öz mülkiyyətində olmuş və onu da hazırkı iş üzrə iddiaçıya bağışlama əsasında vermişdir. Torpağı satmaq niyyəti olmamışdır. Satmaq niyyəti olsaydı, onun adından Şahid verilmiş etibarnaməni ləğv etdirməzdi. Şahid deməmişdir ki, onun torpağını satsın. Həmin torpağa görə ona heç kim pul verməmişdir. Şahid onlara gəlməmişdir, çünki onlar küsülüdürlər. Onun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsla torpaq alqı-satqısına dair heç bir telefon danışıqları olmamışdır. Etibarnaməni o, vermişdir. Elbəyi atası Şirinlə onun evinə gəlmiş, əl çəkməmişlər ki, etibarnamə verməlidir. Torpağın kimə satıldığını bilməmişdir. Yaşı ilə əlaqədar onun yadından çıxmışdır ki, torpağı iddiaçıya bağışlamışdır. Qardaşı oğlu Şahid ona pul verməmişdir. Iddianın təmin olunmasına etiraz etmir.
11. Birinci instansiya məhkəməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
12. Birinci instansiya məhkəməsində üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi (vəkil) Nümayəndə bildirmişdir ki, nümayəndəsi (vəkili) olduğu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tam qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlamışdır. Qanuni qaydada notariat ofisində alqı-satqı etmiş və hazırki mübahisədən heç bir məlumatı olmamışdır. Həmin torpaq sahəsini öz həyətyanı sahəsini genişləndirmək məqsədi ilə almışdır. Torpaq sahələri, yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs özünə məxsus torpaq sahəsi və alqı-satqı əsasında aldığı sözügedən mübahisəli torpaq sahəsi bir hasarın içində yerləşir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs özünə məxsus torpaq sahəsində evi var. Lakin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs daimi orada yaşamır. Belə ki, daimi yaşayış yeri Bakı şəhəridir. Mütəmadi olaraq Bərdə şəhərinə gələrkən həmin evə gedib-gəlir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Bakıda hansı ünvanda yaşadığı ona məlum deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Bərdə rayonu Qaradağlı kəndində yerləşən evi hansı tarixdə aldığını deyə bilmir. Cavabdeh cavabdeh1 mübahisəli torpaqla əlaqədar Bərdə RPŞ-nə və ya Bərdə Rayon Prokurorluğuna çağırılmasından onun heç bir məlumatı yoxdur. Mübahisəli 0.08 ha torpaq sahəsində ağacları X1 əkmişdir. Cavabdeh cavabdeh1 hədə-qorxu olunmuşdursa o, səhəri gün hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, lakin etməmişdir. Bundan əlavə cavabdeh1 etibarnamə verərkən arvadı da yanında olmuş və öz razılığını ifadə etmişdir. Orada hansısa təsir və təzyiq olsaydı cavabdehin arvadı ən azından öz etirazını bildirə bilərdi.
13. Birinci instansiya məhkəməsində şahid Şahid göstərmişdir ki, cavabdeh cavabdeh1 onun əmisidir. Əmisi cavabdeh1 torpaq sahəsini satmaq istəmiş, ondan xahiş etmişdir ki, Bakı şəhərinə getsin və ona öz adından verdiyi etibarnamə əsasında torpağını satıb, pulunu alıb gətirib ona versin. O da Bakı şəhərinə getmiş, notariat kontorunda alqı-satqı edib pulu gətirib əmisi cavabdeh1 vermişdir. Əmisi ona zəng edib deyəndə ki, torpağı satmasın, o, artıq torpağı sataraq Bərdə şəhərinə qayıtmışdır. Ona etibarnamə verilmişdir ki, gedib cavabdeh1a məxsus torpağı satıb pulunu gətirib sonuncuya versin. O da gedib 0.08 ha torpaq sahəsini alqı-satqı əsasında satıb, onun dəyərini alıb gətirib əmisi cavabdeh1 vermişdir. 0.08 ha torpaq sahəsini 10000 (on min) manata satmışdır. Pulun onun tərəfindən alınmasına dair qəbz yoxdur. 10000 manatı gətirib əmisi cavabdeh1 evində özünə vermişdir. 10000 manatın hansı əskinaslardan ibarət olduğu dəqiq yadında deyil, 50 və 100 manat nominallarından ibarət olan əskinaslar idi. Alqı-satqı müqaviləsi Bakı şəhərində * saylı Dövlət Notariat Ofisində bağlanmışdır. Alqı-satqı müqaviləsinin nəyə görə Bakı şəhərində * saylı Dövlət Notariat Ofisində bağlanması barədə heç nə deyə bilmir. Alıcı Bakı şəhərində yaşamışdır. Onun 3cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə heç bir qohumluq və ya digər yaxınlıq əlaqəsi yoxdur. Satılan torpağın pulunu Bakı şəhərində “xxxx” ASC-nin filialından almışdır. Iddiaçı ilə telefonla danışarkən demişdir ki, buyur Yaqub əmi ilə danış, əmimlə yox və əgər həmin 0.08 ha torpaq sahəsi iddiaçının olubsa və iddiaçıya bağışlanıbsa bu günədək niyə öz adına rəsmiləşdirməmişdir? Forma 1 arayışının olub-olmamasından onun xəbəri olmamışdır. Bir gün ərzində ona cavabdeh cavabdeh1 tərəfindən etibarnamə verilmiş, o da sabahısı gün gedib Bakı şəhərində torpağı alqı-satqı edərək başqa adama satıb pulunu gətirib cavabdeh1 vermişdir. Torpağın alqı-satqısı ilə bağlı sənədləşmə necə olub bilmir. Onu Notariat kontorunda necə ediblər, nə cür ediblər bilmir. Əmisi cavabdeh1 ona etibarnamə verərkən o əmisinin evində, onun yanında olmuşdur. Notariusun əməkdaşı evə gəlmiş, əmisi Ələsgər və arvadı razılıq vermişlər ki, əmisi Ələsgər ona etibarnamə versin. cavabdeh1 etibarnaməni öz razılığı ilə vermişdir. Evdə olarkən əmisi cavabdeh1 etibarnaməni gətirib ona vermişdir ki, onun torpağını satsın. Özü Bərdə Rayon Su Artezian idarəsində elektrik quraşdırıcısı işləyir. Bakı şəhərinə iş günü deyil, həftənin altıncı, bazar günü getmişdir. 0.08 ha torpaq sahəsinin alqı-satqısına görə heç kimdən pul almamışdır. Üç əmisi var, atası pensiyaçıdır. Torpağın satılması əmisi cavabdeh1 öz razılığı ilə olmuşdur. Əmisi ilə atası arasında söhbət olmuşdur ki, 0.08 ha torpaq sahəsi satılsın. 0.08 ha torpaq sahəsini Bakıda 10000 manata satmış, Notariusun depozitinə 10000 manat pul qoyulmuş, alqı-satqı olunmuş və o Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsla birlikdə gedib pulu çıxarmışlar. Banka sənəd təqdim edib pulu almış, nə sənədi idi bilmir, anlayışı yoxdur. Çünki onun bu alqı-satqı müqaviləsinin bağlanmasında heç bir xeyri olmamışdır. Əvvəllər əmisi cavabdeh1 Səməd ilə münasibətləri yaxşı olmuşdur, hazırda danışmırlar. Əmisi tərəfindən ona verilmiş etibarnamənin ləğv edilməsindən xəbəri var. Bildiyi qədər səbəb o olub ki, həmin 0.08 ha torpaq sahəsi əvvəllər hazırkı iddiaçının olmuşdur. Hazırda Bərdə rayonu Qaradağlı kəndində torpaqın bir sotu neçə manatadır bilmir. Heç kimə deyə bilməz torpağını sat və ya satma. Əmisi cavabdeh1 Bərdə RPŞ-nə və ya Bərdə Rayon Prokurorluğuna çağırılmasından heç bir məlumatı yoxdur. Bu barədə atasının məlumatının olub-olmaması barədə heç nə deyə bilmir. Torpağın alqı satqısından aldığı pulu əmisi cavabdeh1 ikilikdə vermiş, yanlarında başqa adam olmamışdır.
14. Birinci instansiya məhkəməsində şahid X1 göstərmişdir ki, iddiaçını tanıyır, qohumdurlar. Iddiaçının Bərdə rayonu, Qaradağlı kəndində 0.08 ha torpaq sahəsinin olmasından xəbəri yoxdur. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun qardaşı cavabdeh1 mülkiyyətində olmuş, Ələsgər həmin 0.08 ha torpaq sahəsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satmışdır. Həmin torpaq sahəsinə bitişik digər torpaq sahəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məxsus ev yerləşir. Evlə mübahisəli 0.08 ha torpaq sahəsi bir hasarın içərisində yerləşir. Orada həyətin hasarlanması, həmin torpaq sahəsində olan bağın salınması və evin inşası hazırkı iş üzrə iddiaçının əmisi tərəfindən edilmişdir. 0.08 ha torpaq sahəsində olan bağın bağbanına iddiaçının əmisi il ərzində 2000 manat zəhmət haqqı verir. Ona isə ayda 150 manat qarovul pulu verir. Iddiaçını bir dəfə də olsun həmin bağa gəldiyini görməmişdir. Iddiaçı ona heç vaxt pul verməmişdir. Iddiaçının əmisi Əhmədov Mamed Rəcəb oğludur. Sonuncu da cavabdeh cavabdeh1 bibisi oğludur. 0.08 ha torpaq sahəsi Əhmədov Mamed Rəcəb oğlunun idi və ona görə də həmin torpaq sahəsinə ağaclar əkərək bağ salmışdır. Şahid onun oğludur. cavabdeh1 oğlu Elbəyiyə etibarnamə verəndə o, da orada olmuşdur. 0.08 ha torpaq sahəsinin sənədləri qardaşı cavabdeh1 olmuş, həmin torpaq sahəsinin sənədlərini oğlu Elbəyiyə qardaşı cavabdeh1 özü vermişdir. Müqavilənin harada bağlanmasından və torpağın satılması üçün nə qədər pulun alınıb-verilməsindən onun heç bir məlumatı yoxdur. Qardaşı Ələsgərin barəsində Bərdə RPŞ-nə şikayəti o, vermişdir. cavabdeh1 0.08 ha torpaq sahəsini qeyriqanuni əldə etiyinə görə şikayət etmişdir. Əslində, həmin torpaq sahəsi Əhmədov Mamed Rəcəb oğluna məxsus olmuşdur. Əhmədov Mamed Rəcəb oğlu ondan xahiş etmişdir ki, cavabdeh1 barəsində şikayət etsin. Orada yerləşən fərdi yaşayış evi və mübahisəli 0.08 torpaq sahəsi bir hasarın içində olduğundan və həmin ev onun mülkiyyətində olduğundan o, cavabdeh1 barəsində şikayət etmişdir. cavabdeh1 həmin 0.08 ha torpağı satmağa görə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs pul almışdır. Nə qədər pul almasından məlumatı yoxdur. Mamed Əhmədovu axırıncı dəfə 2023-cü ildə görmüşdür. Ona pul ödəməsini karta köçürmələr vasitəsi ilə edir. Sovet Ittfaqı mövcüd olan vaxt Əhmədov Mamed Rəcəb oğlu Azərbaycan SSR Yungül Sənaye nazirinin müavini vəzifəsində çalışmış, həmin dövrdə Bərdə rayonu “Moskva” kolxozunun sədri X6 vasitəsi ilə özü üçün torpaq sahələri almış və dayısı oğlanlarının adına rəsmiləşdirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs bilmişdir ki, həmin torpaq sahəsi Mamed Əhmədova məxsusdur və bilmişdir ki, həmin 0.08 ha torpaq sahəsi cavabdeh1 mülkiyyətindədir, onun adına rəsmiləşdirilmişdir. Qardaşı cavabdeh1 etibarnaməni könüllü olaraq onun oğlu Şahid vermişdir. Sonradan etibarnamənin verilməsi ilə bağlı heç bir narazılıq bildirməmişdir. Satılan 0.08 ha mübahisəli torpağın yanında ev var və hər ikisi bir hasarın içindədir. Hazırda həm ev, həm də torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mülkiyyətindədir. cavabdeh1 oğlu Şahid etibarnamə verərkən orada nə Bərdə RPŞ-nin, nə də Bərdə Rayon Prokurorluğunun nümayəndəsi və ya əməkdaşı olmamışdır. Sözügedən 0.08 ha torpaq sahəsinin cavabdeh1 tərəfindən İddiaçı Qurbət oğluna bağışlanmasından onun məlumatı olmamışdır. Əhmədov Mamed Rəcəb oğlu zəng edib qardaşı oğlu İddiaçı demişdir ki, sabah gedib sözügedən 0.08 ha torpaq sahəsini Şirin Ağayevin adına rəsmiləşdirsin. İddiaçı də demişdir ki, “baş üztə əmi, sabah edərəm”. Sabahısı gün İddiaçı nə fikriləşmişdirsə, qalmaqal yaratmış və rəsmiləşdirmə işi alınmamışdır. Sonra nə cür etdi deyə bilmir, həmin torpaq sahəsi İddiaçı öz adına rəsmiləşdirilmişdir. Mamed müəllim zəng etmiş və onu də əlaqələndirmişdir. Sahib, o və Mamed müəllim üçü telefonla danışmışlar. Mamed müəllim İddiaçı demişdir ki, “əgər istəyirsənsə evi torpaqla birlikdə və həmin 0.08 ha torpaq sahəsini verim sənə”. Sahib Əhəmədzadə də öz növbəsində bildirmişdir ki, “xeyr əmi, istəmirəm, mənim ona gücüm çatmaz”. Belə olan halda Mamed Əhmədov demişdir ki, “onda mən oranı satıram, çünki mənim borcum var”. Orada olan ev, torpaq sahəsi ilə birlikdə onun başqa qardaşının adına, həmin 0.08 ha torpaq sahəsi isə cavabdeh1 adına rəsmləşdirilmişdir. Digər qardaşının adına olan ev və torpaq sahəsi sonradan onun adına rəsmiləşdirilmişdir. Əhmədov Mamed Rəcəb oğlu mobil telefon vasitəsi ilə qardaşı oğlu İddiaçı demişdir ki, Bərdə rayonu Qaradağlı kəndində yerləşən və cavabdeh1 adına rəsmiləşdirilmiş, ona məxsus 0.08 ha torpaq sahəsini X1 adına rəsmiləşdirsin. Yəni, ümumilikdə həm ev torpaq sahəsi ilə birlikdə, həm də sözü gedən 0.08 ha torpaq sahəsi rəsmiləşdirilsin onun adına, o da öz növbəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adına rəsmiləşdirməli idi. Mamed müəllimlə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında borc və pul məsələsi olub-olmamasını bilməmişdir.
15. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, əri cavabdeh1 qardaşı Şirin Ağayev və onun oğlu Şahid onları aldadaraq onlardan etibarnamə almışlar. Onlar heç kimə etibarnamə verməmişlər. 0.08 ha torpaq sahəsi ərinin mülkiyyətində olmuş, həmin torpağı da əri bir neçə il əvvəl İddiaçı hədiyyə etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs adında şəxsi tanımır, onların qonşuluğunda belə bir adam yaşamır. Şahid onlara gəlmiş və bildirmişdir ki, “bu sənədlərə qol çəksinlər”. Ancaq nə sənəd olduğunu bilməmişlər. Onların kiməsə etibarnamə vermək və ya torpaq sahəsi satmaq niyyətləri olmamışdır. O, dəfələrlə Şirin Ağayevi qapıdan qovmuşdur. Onlar heç kimdən pul almamış və pul görməmişlər.
16. Birinci instansiya məhkəməsində şahid X14 göstərmişdir ki, iddiaçı İddiaçı onun qardaşı, Ələsgərlə Şirin isə atasının dayısı uşaqlarıdır. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi rəhmətlik atasının torpağı olmuşdur. cavabdeh1 atasının şəxsi sürücüsü işləmişdir. Iki torpaq sahəsi olduğundan atası həmin torpaqlardan birini cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmin torpaq hazırda İddiaçı məxsusdur. İddiaçı tapşırığı ilə torpağın kənarına hasar çəkmiş, ağaclar əkmişdir. Torpağa gilas, alma, armud, alça ağacları əkmişdir. Sahib ağacları suvarmaq üçün torpağa Tərtər suyu çəkmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Sahibin torpağının yan tərəfində torpaq sahəsi var. Lakin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs orada görməmişdir. Yaqub müəllimi bir dəfə qardaşıgilə daxil olanda görmüşdür. Qardaşı şəhərdə olur, Yaqub müəllimlə qonşudur. Hasarı onun çəkdiyini Yaqub müəllim bilmişdir. Belə ki, Yaqub müəllim qardaşıgildən çıxanda qapıda onunla qarşılaşmış, onunla görüşmüş və bildirmişdir ki, məhləyə hasar çəkirsiniz xeyirli olsun. İddiaçı pulu ilə torpağa dəmirdən qapı yığmışdır. Sahibin işi çox olduğundan çatdıra bilməmiş, bütün işləri ona tapşırmışdır. O, səhhəti ilə bağlı Bakı şəhərində olmuş, qayıtdıqdan sonra torpağa başqa dəmir qapı qoyulduğunu görmüşdür. Yəqin ki, dəmir qapını Yaqub müəllim qoymuşdur. Yaqub müəllimin həyətində olan evi də atası inşa etdirmişdir, ancaq Yaqub müəllimin həmin evi kimdən aldığını bilmir. Sahibin torpağına hasarı 2018-ci ildə çəkdirmişdir. İddiaçı həyətində ev yoxdur.
17. Birinci instansiya məhkəməsində şahid X7 göstərmişdir ki, cavabdeh1 qardaşıdır. Sonuncu xəstədir, müalicə olunur. Qardaşları Şirin cavabdeh1 barəsində polis və prokurorluq orqanlarına şikayət vermiş, qardaşı ilə birlikdə o da polisə, prokurorluğa getmiş, izahat vermişlər. Səhəri gün gəlib məcbur edib Ələsgərdən etibarnamə almışdır. Indi də oğlu deyir ki, Ələsgərə 10000 manat pul vermişdir. Əslində isə, onlar Ələsgərə bir manat da olsa pul verməyiblər. Ələsgər deyir ki, torpağı Sahibə verib, Şirin Ağayev isə deyir ki, torpağı Sahibə vermə, Mamed müəllimə ver. Ələsgər etibarnamə verəndə orada olmamışdır. Ancaq polisə, prokurorluğa Sahiblə bir yerdə getmişlər.
18. Birinci instansiya məhkəməsində şahid X10 bildirmişdir ki, cavabdeh1lə qonşudur. Ələsgərin yaşadığı evdə olarkən sonuncunun qardaşı Şirin və başqa bir nəfər şəxs ora gəlmişdir. Səhv etmirsə, həmin şəxs ASAN xidmətdə işləyirdi. Şirin demişdir ki, “etibarnamə ver, sənəddə səhvlik var, aparıb onu düzəldim”. Onlar gələndə axşam saatları idi. Gələn şəxslər Şirinlə notariusda işləyən oğlan olmuşdur. Həmin oğlan onu tanımışdır, Saatlıdandır. Ələsgəri telefonla danışdırmışlar və etibarnamə bu formada verilmişdir. Həmin vaxt Elbəyi orada olmamışdır. Mübahisəli torpağı tanıyır, həmin torpağa mişar daşı da daşımışdır. Mişar daşını hasar çəkilməsi üçün aparmışdır. Hasarı Müsahib çəkdirmiş, ancaq pulunu Sahib vermişdir. Həyətdə ağac əkilmişdir, ağacları Sahibgil əkmişdir. 7-8 maşın mişar daşı aparıb boşaltmış, pulunu Sahib vermiş, ancaq hasarın hörülməsini Müsahib həyata keçirmişdir. Həmin torpaq əvvəldən Sahibin olmuşdur. Sahibin atası ilə yaxın olduğuna görə bilmişdir ki, torpaq Sahibindir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tanıyır. cavabdeh1 atasının əmisi oğludur. İddiaçı ilə də qohumdurlar. Etibarnamə veriləndə Ələsgər onlarda olmuşdur. Ələsgər xəstə olduğuna görə yaxşı danışa bilməmişdir. Ona görə də telefonda çəkiliş edilərkən sözləri bir neçə dəfə təkrar etdirmişlər. Həmin vaxt darıxdığından siqaret çəkmək üçün çölə çıxmışdır. Ələsgərə vərəq verilmiş, sözləri oradan oxumuşdur. Ələsgər etibarnaməni öz xoşu ilə verməmiş, Şirin deyirdi ki, bunu etməlisən.
19. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh1 vəkil səs yazıları olan DVD təqdim etmiş, həmin səs yazıları dinlənilmişdir. Səs yazıları dinlənildikdən sonra iddiaçının nümayəndəsi (vəkili) vəkil4 vəsatət verərək şahid Şahid məhkəmə iclasında təkrar dindirilməsini xahiş etmişdir.
20. Ikinci dəfə məhkəmə iclasında dindirilmiş şahid Şahid suallara cavab olaraq göstərmişdir ki, onun səs yazısından məlumatı yoxdur. Alqı-satqıda o, iştirak etmiş, etibarnaməni ona cavabdeh1 vermişdir. Torpağın alqı-satqısına görə 10000 manat pul almış, əlavə heç bir ödəniş etməmişdir. cavabdeh1 etibarnaməni alıb, Bakı şəhərinə gedərkən sonuncudan pul almamışdır. 10000 manat pulu Bakı şəhərində xxxxdan almış, lakin hansı filialdan aldığı yadında deyil. Bankdan pulu şəxsiyyət vəsiqəsini təqdim edərək götürmüşdür. 10000 manat bütöv pul götürmüş, pulu gətirib Ələsgərin qapısının ağzında özünə vermişdir. Bakı şəhəri * saylı Notariat Ofisinə iki dəfə getmiş, ancaq tarixləri yadında deyil. Notariat ofisinə birinci dəfə alqı-satqı üçün getmiş, lakin ikinci dəfə nə üçün getdiyi yadında deyil. Ikinci dəfə torpağı alan şəxs, yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs onu çağırmışdır ki, torpağı geri qaytarmaq istəyir. Yaqubun torpağı qaytarmasının səbəbi o olmuşdur ki, Sahib demişdir ki, torpaq onundur. Lakin sonradan razılaşmamışlar. Yaqub müəllim onu çağırmışdır ki, “gəl torpağı qaytarıram”. Ikinci dəfə torpağı qaytarmaq üçün gedəndə 10000 manat pulu aparmamışdır. Yaqub müəllim demişdir ki, pulu özü alacaq. Ələsgər ona etibarnamə verdiyindən Yaqub pulu ona vermiş, o da gətirib Ələsgərə vermişdir. Onun heç bir sənəddən, səs yazısından xəbəri yoxdur. Əmisi Ələsgər onu yaşadığı evə çağırmış və bildirmişdir ki, gedib torpağını satıb pulunu gətirsin. Ələsgərə deməmişdir ki, gedir onun sənədini gətirməyə, belə bir danışıqları olmamışdır. O, Ələsgərə deməmişdir ki, onu həbs edəcəklər. Səs yazısında olan səs ona məxsus deyil. Ələsgərin mülkiyyətində olan torpaq sahəsinin Sahibə bağışlanmasından məlumatı olmamışdır. Onun heç nədən xəbəri olmamış, satan Ələsgər, alan isə Yaqub olmuşdur. O, nümayəndə kimi alqı-satqıda iştirak etmişdir. Onunla əmisi və əmisi arvadı arasında heç bir söhbət olmamışdır. Pulu götürəcəyi bankı tanımamış, Yaqub müəllimlə birlikdə getmişdir. Həmin gün Bərdə rayonuna qayıtmış və axşam pulu Ələsgərə vermişdir. Pulu Ələsgərə qapısının ağzında verəndə sonuncu heç bir narazılığını bildirməmişdir. Təqribən bir ay olar-olmaz Ələsgər ona demişdir ki, gedib torpağı qaytarsın. Bu barədə Yaquba bildirmiş və torpağı qaytarmaq üçün Bakı şəhərinə getmişdir. Yaqub torpağı qaytarmaq istəsə də, qarşı tərəf razılaşmamış, torpağı məhkəmə yolu ilə qaytaracaqlarını bildirmişlər. Alqı-satqı müqaviləsində olan imza ona məxsusdur. Müqaviləni bağlayanda oxumamışdır. Ələsgər ona demişdir ki, torpağı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satacaq. Mübahisəli torpaq sahəsini tanımış, torpaq Mamed müəllimin olmuş, həmin torpağa həmişə atası və atasının əmisi oğlu nəzarət etmişlər. Torpağın qiyməti ilə bağlı yəqin ki, özləri razılaşmışlar. Ona demişlər ki, 10000 manat pul gətirəcək. Yəqin ki, 9880 manat pulun üstünü Yaqub müəllim düzəldib 10000 manat etmiş, həmin pulu gətirib təklikdə Ələsgərə vermişdir. 9980 manat pulu qəbul etməsi barədə qəbzdə olan imza ona məxsusdur.
21. Birinci instansiya məhkəməsində şahid X3 göstərmişdir ki, səs yazısında olan səs onun səsidir. O, Ələsgər ilə qonşudur, səs yazısı Ələsgərin evində aparılmışdır. Onun qaz açarı Ələsgərgildə olmuş, onu almaq üçün getmiş, qabaqcadan zəng etmişdir ki, açarı almağa gəlir. O, həyət qapısından içəri girəndə Şahid də arxasınca içəri daxil olmuşdur. Orada mübahisə olduğundan oturub açarı gətirmələrini gözləmişdir. Ələsgər Elbəyidən sənəd tələb etmiş, Elbəyi də Bakı şəhərinə sənədi gətirməyə getdiyini bildirmişdir. Pul məsələsinə gələndə Elbəyi Ələsgərə ona pul verdiyini bildirmiş, Ələsgər isə “sən mənə nə vaxt pul vermisən” demişdir. Həmin vaxt evdə Ələsgər, arvadı, onların nəvəsi, o və Elbəyi olmuşdur. Mübahisə əsasən Elbəyi ilə Ələsgərin arasında getmişdir.
22. Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələb təmin edilməmişdir. (hakim Gündüz Abbasov)
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli çıxarışa əsasən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin torpağa cavabdeh1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixdə ********** qeydiyyat nömrəli yeni çıxarış verilmişdir. Cavabdeh Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini ## ###### 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş Daşınmaz əmlakın bağışlama müqaviləsi ilə iddiaçı İddiaçı bağışlamışdır. Torpağın iddiaçıya bağışlanması barədə müqavilə olsa da, sonuncu torpağı öz adına rəsmiləşdirməmiş, həmin torpaq sahəsini Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmamış, sözügedən torpaq sahəsi cavabdeh cavabdeh1 mülkiyyətində qalmaqda davam etmişdir. Cavabdeh onu təmsil edən etibarnamə üzrə nümayəndəsi Şahid vasitəsilə Bərdə rayonu Qaradağlı kəndində yerləşən və mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsini ## ###### 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 10000 (on min) manata satmışdır. Bakı şəhəri * saylı Notariat Ofisində alqı-saqı müqaviləsi bağlanarkən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən ##.##.2024-cü ildə Bakı şəhəri * saylı notariat ofisinin notariusu X8 tərəfindən çap edilmiş arayışla müəyyən edilmişdir ki, ##.##.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzrəində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.
24. Birinci instansiya məhkəməsi işin hallarına əsasən göstərmişdir ki, cavabdeh1 üzərində mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamış torpaq sahəsini etibarnamə üzrə nümayəndəsi (təmsilçi) vasitəsi ilə satmış, alıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs isə dəyərini notariusun depozit hesabına ödəyərək həmin torpaq sahəsini almışdır. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs daşınmaz əmlakı vicdanlı əldə etməsini təkzib edən hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
25. Birinci instansiya məhkəməsi cavabdeh cavabdeh1 qardaşı oğlu Şahid etibarnamə verərkən təsirə və təzyiqə məruz qalması, qardaşı Şirin Ağayevin onun barəsində polis və prokurorluq orqanlarına şikayət etməsi, məcburiyyət qarşısında Şahid etibarnamə verməsi, torpağının satılmasına görə ona pul verilməməsi barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin qardaşının onunla bağlı polis və prokurorluq orqanına şikayət etməsi şəxsə qarşı təsir və təzyiq kimi qiymətləndirilə bilməz. Hər bir halda edilmiş müraciət (şikayət) müvafiq orqanlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılaraq hüquqi qiymət verilməlidir. Cavabdeh öz iradə ifadəsinə uyğun olaraq Şahid etibarnamə vermiş və sonuncu da ona verilmiş etibarnamə əsasında Bərdə rayonu Qaradağlı kəndində yerləşən və cavabdehin (etibar edənin) mülkiyyətində olan 0,08 ha torpaq sahəsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satmışdır.
26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh cavabdeh1 etibarnamə verərkən ona şəxsən özünə və ya əmlakına real təhlükə yarada bilən məcburetmə (təsir, təzyiq) göstərilməsini və məhz həmin məcburetmənin nəticəsində sözügedən etibarnaməni verməyə məcbur olmasını müəyyən etmək mümkün deyildir. Cavabdehin qardaşı Şirin Ağayevin onun barəsində müxtəlif inzibati orqanlara etdiyi müraciətlər isə tamamilə qanunvericiliyə uyğun olan müraciətlər olduğundan, Şirin Ağayevin həmin hərəkətləri nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər olduğundan, onun həmin hərəkətləri MMnin 339.4-cü maddəsinin məzmununa əsasən, məcburetmə sayılmır.
27. Birinci instansiya məhkəməsi cavabdehin torpağın satışından ona pul verilməməsi ilə bağlı dediklərinə qiymət verərək hesab etmişdir ki, cavabdeh bununla bağlı pul tələbi ilə aidiyyəti şəxslərə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Bu hal alqı-satqının etibarsızlığına səbəb ola biləcək hal kimi nəzərə alına bilməz.
28. Cavabdehin torpağın satışından nümayəndəsi Şahid tərəfindən ona pul verilməməsi ilə bağlı sübut kimi məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında dinlənilmiş səs yazısı ilə bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, həmin səs yazısının əldə edilmə mənbəyi məlum olmadığından, o cümlədən, səs yazısında olan danışıqlar anlaşılmaz olduğundan, iddianın mahiyyəti ilə bağlı anlaşılan sübutlar əldə etmək mümkün olmadığından qeyd olunan səs yazısı sübut növü kimi qəbul edilə bilməz.
29. Birinci instansiya məhkəməsi bildirmişdir ki, satıcı cavabdeh1 ## ###### 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması ilə hüquqlarının pozulmasını, həmin müqavilənin onun iradə ifadəsi olmadığını hesab edirdisə, sözügedən müqavilənin ləğvi və ya etibarsızlığı tələbi ilə özü məhkəmədə iddia qaldıra bilərdi. Lakin o belə bir iddia ilə məhkəməyə müraciət etməmiş, həmin müqavilənin bağlanılması ilə hüquqlarının pozulduğunu hesab edən, ## ###### 2009-cu il tarixli, Daşınmaz əmlakın bağışlama müqaviləsi ilə hədiyyə alan şəxs İddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır.
30. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh1 ilə (təmsilçisi Şahid vasitəsilə) üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanılmış ## ###### 2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanıldığından alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında iddia tələbi təmin edilməməlidir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında tələb təmin edilmədiyinə görə, onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi haqqında tələb də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 139.1, 139.3, 139- 31. 1.1, 139-1.1.3, 140, 148.2, 182.1, 337.1-337.5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 16.6-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004-cü il tarixli və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə” ## #### 2018-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Iddiaçı (nümayəndə və vəkil vəkil4) apellyasiya şikayəti verərək, qətnamənin ləvğ, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş üzrə cavabdeh olan Bakı şəhəri * saylı Notariat ofisi “Notariat haqqında” Qanunun, “Notariat əməliyyatlarının aparılmasına dair” Təlimatın və “Elektron notariat” informasiya sistemi haqqında” Əsasnamənin qaydalarını kobud şəkildə pozaraq, iddiaçının qanuni hüquq və mənafeyinə zidd olan hərəkətlərə yol vermişdir. Elektron notariat sistemi 2007-ci ildən ölkədə tətbiq edilir. Bağışlanma müqaviləsinin tarixi isə ## ###### 2009-cu ildir. Beləliklə, notariat orqanı cavabdeh tərəfindən aparılan alqı-satqı əməliyyatı zamanı qüvvədə olan bağışlanma müqaviləsini görmüş, ancaq buna əhəmiyyət verməyərək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xeyrinə alqı-satqı əməliyyatını reallaşdırmışdır. Alqı-satqı müqaviləsi özlüyündə hədiyyə müqaviləsini ləğv edə bilməz, çünki bunlar iki müstəqil mülki hüquqi müqavilələrdir. Bununla belə, alqı-satqının hədiyyəyə təsir göstərə biləcəyi və ya onu şübhə altına alacağı hallar var. Bundan başqa, məhkəmənin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “vicdanlı alıcı” olaraq göstərməsi isə tamamilə absurddur, çünki Yaqub hələ əvvəlcədən bilirdi ki, iddiaçının cavabdeh cavabdeh1lə bağışlanma müqaviləsi vardır və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmədə şahid qismində ifadə verən Şirin Ağayevin vasitəsi ilə cavabdeh cavabdeh1 qarşı təzyiq göstərilməklə vicdansızcasına davranaraq, alqı-satqı müaviləsi əldə etmişdir. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh cavabdeh1 qarşı Şirin Ağayevlə qabaqcadan əlbir olmaqla hiylə işlədərək, sənədləri onun əlindən icra nümayəndəsi vasitəsi ilə alaraq, iddiaçının bağışlanma yolu ilə Ələsgərdən aldığı torpağı ələ keçirməyə niyyətli olmuşdur. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, 1988ci ildə34. torpaq islahatı gedəndə atası Qürbət oradan 0.08 ha torpaq sahəsini alaraq öz mülkiyyətinə rəsmiləşdirmiş, digər 0.08 ha torpaq sahəsini aldıqda isə, hazırkı cavabdeh cavabdeh1 razılığı ilə onun adına rəsmiləşdirmişdir. Bağışlama müqaviləsi şəxsən onun iştirakı ilə bağlanmışdır. Həmin torpaqda neçə illərdir bağ salmış, lakin ev tikməmişdir. Sözügedən mübahisəli torpaq sahəsində ağacların əkilməsi, bağın salınması onun təşəbbüsü ilə olmuş, ağacların pulunu o, vermişdir. Həmin torpaq sahəsinin hasarlanması, o cümlədən, orada olan bağın salınması onun qardaşı Müİddiaçı tərəfindən aparılmışdır. Qeyd edilən torpaq sahəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs evi olmamışdır. Cavabdehin adından qardaşı oğlu Şahid etibarnamə alaraq, cavabdeh cavabdeh1 əvəzinə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehə təzyiqlər edərək həmin torpaqla bağlı onu Bərdə Rayon Prokurorluğuna və Bərdə RPŞ-nə çağırmışlar. Müəyyən şəxslər var ki, həmin torpağı onun əlindən almaq istəyirlər.
35. Apellyasiya baxışında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, izahatında göstərmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tam qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlamışdır. Qanuni qaydada notariat ofisində alqı-satqı etmiş və hazırki mübahisədən heç bir məlumatı olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin torpaq sahəsini öz həyətyanı sahəsini genişləndirmək məqsədi ilə almışdır. Torpaq sahələri, yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs özünə məxsus torpaq sahəsi və alqı-satqı əsasında aldığı sözügedən mübahisəli torpaq sahəsi bir hasarın içində yerləşir. 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs özünə məxsus torpaq sahəsində evi var, lakin daimi orada yaşamır, daimi yaşayış yeri Bakı şəhəridir. Mütəmadi olaraq Bərdə şəhərinə gələrkən həmin evə gedib-gəlir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Bərdə rayonu, Qaradağlı kəndində yerləşən evi hansı tarixdə aldığını deyə bilmir. Cavabdeh cavabdeh1 mübahisəli torpaqla əlaqədar Bərdə RPŞnə və ya Bərdə Rayon Prokurorluğuna çağırılmasından onun heç bir məlumatı yoxdur. Mübahisəli 0.08 ha torpaq sahəsində ağacları X1 əkmişdir. Əgər cavabdeh1 hədə-qorxu olunmuşdursa, o, səhəri gün hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, lakin etməmişdir. Bundan əlavə, cavabdeh1 etibarnamə verərkən arvadı da yanında olmuş və öz razılığını ifadə etmişdir. Orada hansısa təsir və təzyiq olsaydı, cavabdehin arvadı ən azından öz etirazını bildirmiş olardı. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin torpaq sahəsini qanuni əsaslarla almış və vicdanlı alıcıdır.
36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Günay Cavadova, Tural Məmmədov)
37. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ilk növbədə araşdırılmalı hal – alqı-satqı münasibətləri üzrə təmsil edilmiş cavabdehin daşınmaz əmlaka dair etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olmasıdır. Çünki, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində, o cümlədən apellyasiya baxışı zamanı verdiyi izahatında əslində torpaq sahəsini satmaq niyyəti olmadığını, alqı-satqı müqaviləsinin onun həqiqi iradə ifadəsini əks etdirmədiyini bildirmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təmsilçi Şahid vasitəsilə mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ##.##.2024-cü il tarixdə bağlanmış, bu müqavilə bağlanmamışdan bir gün əvvəl Ağcabədi regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisində torpağın mülkiyyətçisi cavabdeh1 tərəfindən təmsilçi Şahid harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınmaz əmlakı üzərində sərəncam vermək, eləcə də adına daşınmaz əmlak almaq və hədiyyə qəbul etmək, bununla bağlı istənilən müqavilə bağlamaq müqaviləyə imza etmək və s. səlahiyyətlər nəzərdə tutan etibarnamə vermişdir (etibarnamə üzrə səlahiyyətlər bir il müddətinə verilmiş, həmçinin səlahiyyətin üçüncü şəxsə ötürülməsi də nəzərdə tutulmuşdur).
39. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh1 məhz əmlakının satılması məqsədilə Şahid etibarnamə vermişdir. Xüsusilə nəzərə almaq lazımdır ki, cavabdeh Şahid arvadı Reyhan Ağayeva da ##.##.2024-cü il tarixdə birgə nikah dövründə əldə edilmiş mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Digər tərəfdən, cavabdeh cavabdeh1 ona göstərilən təzyiq altında mübahisələndirilən alqı-satqı müqaviləsini bağladığı barədə arqument irəli sürmüşdür. Bu əsasla əqdin mübahisələndirilməsi isə Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulmuşdur.
40. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh cavabdeh1 daşınmaz əmlaka dair sərəncam hüququ nəzərdə tutan notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında və notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə (arvadı R.Ağayeva da razılıq ərizəsi verməklə) əmlakı üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satdığı, alıcının da əmlakın razılaşdırılmış dəyərini notariat ofisinin depozit hesabına köçürtməklə satıcıya ödəməsi sübuta yetirildiyinə görə, yuxarıda qeyd olunan olunan halların mövcudluğunu sübut etmə öhdəliyi də MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdeh cavabdeh1 üzərinə düşür. Lakin, o, qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh cavabdeh1 hədəqorxuya məruz qoyulmaqla müqavilənin bağlanmasına məcbur edildiyi barədə nəticəyə gəlməyə əsas verən hallar mövcud deyildir. Cavabdeh cavabdeh1 daşınmaz əmlaka dair sərəncam hüququ nəzərdə tutan notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli təmsilçisi vasitəsilə könüllü olaraq mübahisəli əmlaka dair sərəncam vermiş və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə mübahisələndirilən alqı-satqı müqaviləsi onun iradə ifadəsini əks etdirmişdir. Beləliklə də baxılan işdə hər hansı məcburetmə (zorakılıq və ya hədələmə) istifadə olunmasından bəhs etmək mümkün deyildir.
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətə uyğun olaraq bu barədə şahid ifadələrini də mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, cavabdeh cavabdeh1 etibarnaməni təzyiq altında verməsini bildirən şahidlərdən Reyhan Ağayeva onun arvadıdır və mübahisənin ərinin xeyrinə həllində maraqlı olması istisna edilən hal deyildir ki, bu da həmin şahidin ifadəsinin mötəbərliyini şübhə altına alır. Digər şahid Ələkbər Ağayev də həmçinin cavabdeh cavabdeh1 qardaşıdır, həmin şahid də ifadəsində qardaşının (cavabdehin) etibarnaməni təzyiq altında verdiyini bildirsə də, lakin sədrlik edənin sualına cavab olaraq etibarnamə verilərkən orada olmadığını bildirmişdir.
43. Bundan əlavə, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində, o cümlədən apellyasiya baxışı zamanı məhkəməyə bildirdiyi izahatında mübahisəsi gedən torpaq sahəsini 2009cu ildə iddiaçı İddiaçı bağışladığını və torpağın sonuncuya məxsus olduğunu bildirmişdir. Cavabdehin bildirdiklərindən belə nəticə hasil olur ki, sanki o torpağı iddiaçıya bağışlamış və bunun arzusunda olmuş, lakin məruz qaldığı təzyiq səbəbindən mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamağa məcbur qalmışdır.
44. Apellyasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh1 bu izahatını qeyri-səmimi hesab edərək, göstərmişdir ki, iş materiallarına əsasən cavabdeh torpaq sahəsini ##.##.2009-cu il tarixli bağışlama müqaviləsi əsasında iddiaçıya hədiyyə etmiş, həmin zaman torpağa dair onun adına ##.##.2009-cu il tarixli çıxarış mövcud olmuşdur. Beləliklə, 2009-cu ildə torpaq sahəsi iddiaçıya bağışlandığı və həmin vaxtdan mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan vaxtadək 15 ildən artıq müddət keçdiyi halda, cavabdeh cavabdeh1 daşınmaz əmlakın dövlət reyestri orqanına müraciəti əsasında həmin torpaq sahəsi ##.##.2024-cü il tarixdə yenidən onun adına qeydə alınmış və torpağa dair adına ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmlakını başqa bir şəxsə (iddiaçıya) bağışlayan cavabdehin bağışlama müqaviləsi bağlandıqdan 15 ildən artıq müddət keçdikdən sonra əmlakı mülkiyyət hüququ ilə yenidən öz adına qeydə aldırması, əslində onun əmlakı iddiaçıya bağışlamaq kimi bir hüquqi nəticə arzulamadığının və əmlaka olan marağını itirməməsinin bariz göstəricisidir. Digər tərəfdən, həqiqətən də cavabdeh cavabdeh1 əmlakı satması ilə bağlı müəyyən təzyiqlər göstərilirdisə və o, əmlakını iddiaçıya bağışlamaqda israrlı idisə, bu təzyiqlər barədə iddiaçıya məlumat verib əmlakı bağışlama müqaviləsi əsasında öz adına rəsmiləşdirməsini tələb etməməsi də anlaşılan və məntiqli hal deyildir. Hərçənd ki, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı bu xusüsatla bağlı sədrlik edən tərəfindən verilmiş suala cavab olaraq “yaşımla əlaqədar yadımdan çıxmışdı ki torpağı bağışlamışam İddiaçı” deyə qeyd etmişdir. (İ cild, iş v. 121)
46. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin obyektiv həlli baxımından diqqət yetirilməli hallardan biri də odur ki, alqı-satqı müqaviləsi bağlanan zaman mübahisəsi gedən torpaq sahəsi iddiaçının sahiblik və istifadəsində olmamışdır, ümumiyyətlə, bu barədə onun hər hansı arqumenti də olmamışdır. Xüsusilə nəzərə almaq lazımdır ki, iddiaçı da əmlakla bağlı cavabdehlə mübahisələrini alqı-satqı müqaviləsi bağlandıqdan sonra başlamışdır ki, bu səbəbdən də əmlakın alıcısında alqı-satqı müqaviləsi bağlanan zaman əqdin legitimli olması barədə şübhə duyulacaq bir hal (izaha ehtiyac duyulan suallar) yaranmamışdır. Iş üzrə dindirilmiş şahid ifadələri əsasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs əmlakı vicdanlı əldə etməsini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, dövlət reyestrindəki məlumatlara güvənərək əşya hüququ əldə edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs vicdanlı alıcıdır və iddiaçı tərəfin irəli sürdüyü dəlillər vicdanlılıq prezumpsiyasını etibarlı şəkildə aradan qaldıran kifayətedici sübutlara söykənmir. Hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcının da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.
48. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (hüquqi nəticələrinin etibarsızlığı) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq qeyd etmişdir ki, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 6.2, 16.1, 139.1, 139.3, 140, 148.2, 149.2, 152.1, 324.1-324.4, 337.1-337.4, 358.2, 359.1, 362.1, 362.2, 567-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1, 16.6-cı, Mülki-Prosessual Məcəllənin 4.1, 14.1, 14.2, 77.1, maddələrii, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli və “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs vicdanlı alıcı olub-olmamasına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərkən bağışlama müqaviləsinin onu təsdiq etmiş notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim olunub-olunmamasını araşdırmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan Mülki Məcəllənin 182.1ci maddəsini tətbiq etməmişdir. Mübahisəli torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsi ilə bir hasar daxilində yerləşir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin evdə daimi yaşamasa da, ara-sıra evə gəlib-gedir və mübahisəli torpaq sahəsinə cavabdeh1 sahiblik etmədiyini, torpaq sahəsinin hasarının iddiaçının tapşırığı ilə sonuncunun qardaşı Müsahib tərəfindən çəkildiyini bilirdi. Bu da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs vicdanlı alıcı olduğunu istisna edən hallardan biridir. X1 birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində qardaşı Ələsgər barəsində Bərdə RPŞ-ə şikayət etdiyini təsdiq etmişdir. Həmin şikayət üzrə Bərdə RPŞ-də aparılmış araşdırmanın materialları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs vicdanlı alıcı olub-olmadığına düzgün qiymət verilməsi üçün əhəmiyyəti olsa da, materiallar RPŞ-dən tələb olunmamış və məhkəmə iclasında tədqiq edilməmişdir. Halbuki, həmin materiallarda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisəli torpaq sahəsinin ##.##.2009-cu ildə iddiaçı İddiaçı bağışlanmasından məlumatlı olduğunu təsdiq edən hər hansı sübutun olması onun vicdanlı əldə edən olub-olmaması barədə nəticəyə gəlmək üçün əsas ola bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 359.1.Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərar “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olubolmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004-cü il tarixli Qərarı Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni bütövlükdə yoxlayır.
55. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, işdən görünür ki, mübahisədə adı keçən torpaq sahəsi ## ###### 2009-cu il tarixli çıxarışa əsasən cavabdeh1 mülkiyyətində olub, cavabdeh1 həmin torpağı ## ###### 2009-cu il tarixdə notarial qaydada iddiaçıya bağışlayıb, lakin iddiaçı bağışlama müqaviləsi əsasında mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmayıb, sözügedən torpaq sahəsi cavabdeh1 mülkiyyətində qalmaqda davam edib, cavabdeh1 ##.##.2024-cü il tarixdə torpağa ********** qeydiyyat qeydiyyat nömrəli yeni çıxarış alıb və torpağı nümayəndəsi (təmsilçisi) vasitəsilə işdə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satıb.
58. Işin hallarına görə iddiaçı bağışlama müqaviləsi ilə torpağa dair mülkiyyət hüquqlarını qeydə aldırmayıb. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
59. Istinad edilən norma əldə edən üçüncü şəxslərin hüquqlarını qoruyur. Bu norma o vaxt işləyir ki, daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası ilə bağlı mübahisə olsun. Hazırki işdə iddiaçı heç bir vaxt mübahisədə adı keçən torpaq sahəsinin mülkiyyətçisi olmayıb. Iddiaçı torpaq sahəsini bağışlama müqaviləsi ilə əldə etsə də, həmin müqavilədən irəli gələn hüquqlarını dövlət reyestrində qeydə aldırmayıb. Torpaq sahəsi ilk və yeganə mülkiyyətçi olan cavabdeh1 mülkiyyətində qalmaqda davam edib.
60. Mülki Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
61. Göründüyü kimi, mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları o halda müdafiə edilir ki, onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Hazırki işdə isə iddiaçının torpağa mülkiyyət hüququ qeydə alınmayıb, o, yalnız bağışlama müqaviləsinə əsasən torpağın mülkiyyətində olmasına istinad edir. Halbuki Mülki Məcəllənin 148.2-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi üçün onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmalıydı.
62. Daşınmaz əşyaya dair müqavilə bağlansa da, əldə edən həmin müqavilədən irəli gələn hüququnu rəsmi reyestrdə qeydə aldırmadığından mülkiyyət hüququnu əldə edə bilmir. Belə olan halda, həmin şəxs mülkiyyəti qazanmadığından və qanunla yalnız mülkiyyət hüququ əldə etmiş vicdanlı şəxslərin hüquqları qorunduğundan iddia tələbi üzrə üçüncü şəxsə münasibətdə araşdırma yekunlaşdırılmalıdır.
63. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2026№-li, ## ### 2026-cı il tarixli Qərardadında da əks edilib.
64. Həmin Qərardadda o da göstərilib ki, vicdanlı əldəetmə ilə bağlı mübahisələr üzrə əsl mülkiyyətçi əşyaya dair üçüncü şəxsin bağladığı müqavilənin yalnız əhəmiyyətsizlik səbəbi ilə etibarsızlığı barədə tələbirəli sürmək üçün subyektiv hüquqa malikdir. O, üçüncü şəxslə bağlanmış müqavilənin tərəfi olmadığından onların iradə ifadələrinin zədələnməsindən çıxış edərək, əqdi mübahisələndirə bilməz.
65. Qeyd edildiyi kimi, vicdanlı əldəetmə yalnız dövlət reyestrində özgəninkiləşdirənin adına aparılmış qeydə etimad etmiş üçüncü şəxslərin hüquqlarını qoruyur. Ona görə də, bu növ mübahisələr üzrə əvvəlcə özgəninkiləşdirənin adına daşınmaz əmlakın dövlət reyestrində əşyaya dair qeydin olub-olmadığı yoxlanılmalıdır. Işdən görünür ki, iddiaçının adına heç bir vaxt belə qeyd olmayıb.
66. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs vicdanlı alıcı olub-olmamasına düzgün hüquqi qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlillərini hazırki işin halları baxımından əhəmiyyətsiz hesab edir. Belə ki, yuxarıda şərh edilənlərdən göründüyü kimi bu işdə, ümumiyyətlə “vicdanlı əldə edənliklə” bağlı hal olmadığı üçün həmin hala qiymət verilməsinə zərurət də olmayıb.
67. Bu baxımdan, məhkəmə kollegiyası işin hallarına görə üçüncü şəxsin vicdanlı əldə edən olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı saymasa da, ümumilikdə iddia tələbinin təmin edilməməsi barədə gəlinən nəticə ilə razılaşdığı üçün qətnamənin ləğvinə əsas görmür. Çünki iddiaçı mübahisədə adı keçən daşınmaz əmlakın mülkiyyətçisi olmadığına görə onun bu iddiasının istinad etdiyi faktiki əsaslarla təmin edilməsi də hüquqi baxımdan mümkün deyil.
68. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
69. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.