Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1559/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xətai Rayon Icra şöbəsi və Bakı şəhəri ** saylı Notariat Ofisi cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi”; Mülki mübahisənin kateqoriyası:Preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə, cavabdeh1 ASC-yə və cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xətai Rayon Icra şöbəsi və Bakı şəhəri ** saylı Notariat Ofisi cəlb edilməklə) qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026cı il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin # #### 2017- ci il tarixli qətnaməsi ilə cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank və ya üçüncü şəxs) ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, qalan məbləğin hazırkı iş üzrə iddiaçıya qaytarılması qət edilmişdir.
2. Xətai rayon Icra şöbəsi tərəfindən “Əmlak Ixtisaslaşdırılmış Hərrac Mərkəzi”nə ünvanlanmış ##.##.2020-ci il tarixli məktubdan əsasən, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən * saylı evin *** saylı mənzilin ilkin satış qiyməti 95000 manat olmaqla hərrac vasitəsi ilə satışının təmin edilməsi sifariş olunmuşdur.
3. “xxxx” MMC tərəfindən İddiaçı, X3, X4, Xətai Rayon Icra və Probasiya şöbəsinə və cavabdeh1 ASC-yə ünvanlanmış ##.##.2020-ci il tarixli, ** saylı, ##.##.2020-ci il tarixli, **/* nömrəli və ##.##.2020-ci il tarixli 02 № bildirişlərin təsdiq edilmiş surətinə əsasən, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon Icra və Probasiya Şöbəsinin **/**-**/** saylı, ##.##.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən * saylı evin *** saylı mənzilinə yönəldilməsi, hərracda 95000 manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın ##.##.2020ci il tarixə və ##.##.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir.
4. “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış ##.##.2020-ci il tarixli *** saylı məktubun surətinə əsasən, Xətai Rayon Icra və Probasiya Şöbəsinin **/**-**/** saylı, ##.##.2020-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən * saylı evin *** saylı mənzilinin icra sənədi icraata daxil olmuşdur. Qeyd olunan mənzil ilə bağlı ##.##.2020-ci il tarixində və ##.##.2020-ci il tarixində hərraclar təyin olunmuşdur.
5. “xxxx” MMC tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna alınmış ##.##.2020-ci il tarixli cavab məktubunun surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən * saylı evin *** saylı mənzilinin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Hazırda ilkin hərracın keçirilməsi ##.##.2020-ci il tarixə təyin edilmişdir
6. “xxxx” MMC tərəfindən İddiaçı, X3, X4, Xətai Rayon Icra və Probasiya şöbəsinə və cavabdeh1 ASC-yə ünvanlanmış ##.##.2020-ci il, ##.##.2020-ci il tarixli, 01, ** nömrəli, bildirişlərin təsdiq edilmiş surətinə əsasən, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Xətai Rayon Icra və Probasiya Şöbəsinin **/**-**/** saylı, ##.##.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən * saylı evin *** saylı mənzilinə yönəldilməsi, hərracda 95000 manat ilkin, təkrar hərracda 80750 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir.
7. “xxxx” MMC tərəfindən İddiaçı, X3, X4, Xətai Rayon Icra və Probasiya şöbəsinə və cavabdeh1 ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair ##.##.2020-ci il tarixli təklif məktubuna, ipoteka predmeti “Ipoteka haqqında” AR qanununun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni 60562,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
8. ## ###### 2020-ci il tarixli hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən * saylı evin *** saylı mənzili 60562,50 manata ipoteka saxlayan cavabdeh1 ASC tərəfindən əldə olunmuşdur.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ASC-yə qarşı ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı ## ###### 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə ## ####### 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli iş üzrə ## ###### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Iddiaçı cavabdehə qarşı (Bank mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin satılması ilə əlaqədar ## ######## 2020-ci il tarixdə və ## ####### 2020-ci il tarixdə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2022ci il tarixli qətnaməsi ilə 3-cü şəxsin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən * saylı evin *** saylı mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh1 ASCnin adına ##.##.2022-ci il tarixdə qeydə alınmışdır.
18. cavabdeh1 ASC və cavabdeh2 arasında ## ##### 2022-ci il tarixli AN-İ ******* №-li Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alı-satqı müqaviləsinə əsasən, satıcı ünvan 1 ünvanında mənzili alıcının mülkiyyətinə vermişdir. Daşınmaz əmlak 90000 manat qiymətinə satılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
19. Iddiaçı cavabdehlər “xxxx” MMC-yə, cavabdeh1 ASC-yə və cavabdeh2 qarşı (Bakı şəhəri Xətai Rayon Icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracda satılmasına dair “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” ##.##.2020-ci il tarixli müqavilənin və həmin mənzilə dair cavabdeh1 ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Iddiaçı iddia ərizəsini belə əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin *(***)***/**** saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon Icra və Probasiya şöbəsinin **/**- **/** saylı, ## ###### 2020-ci il tarixli icra sənədi üzrə ipotekaya qoyulan ünvan 5 177 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac ## ###### 2020-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi ## #### 2020-ci il tarixə təyin edilmişdir. Qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, * saylı evin *** saylı mənzilinə dair hərrac təşkilatı tərəfindən ilkin hərrac ##.##.2020-ci il tarixə, təkrar hərrac isə ##.##.2020-ci il tarixə təyin edilsə də, sonradan bir daha həmin mənzilə dair ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə növbəti hərraclar təyin edilmiş, təkrar hərrac baş tutmadığından ##.##.2020-ci il tarixdə cavabdeh1 ASC-yə təklif olunmuşdur. Hərracı keçirmiş “xxxx” MMC ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərracların pandemiya ilə əlaqədar keçirilmədiyini iddia etsə də, Cəmiyyətin qeyd olunan bu mövqeyi tamamilə əsassızdır. Belə ki, əvvəla onu qeyd edir ki, “COVID-19” pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejiminin və bununla bağlı məhdudiyyətlərin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ##.##.2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edir ki, ##.##.2020-ci il tarixə və ##.##.2020-cı ıl tanxə təyin edilmiş hərracların keçirilməsi barədə tərəfbrə bildiriş göndərilmiş və “Birja yenilikləri” qəzetində müvafiq elanlar verilmişdir. Sual olunur ki, əgər “xxxx” MMC tərəfindən ##.##.2020-ci il tarixə təyin olunmuş hərracın pandemiya səbəbindən keçirilməsi mümkünn olmamışdırsa, o zaman nəyə görə təkrar hərracın keçirilməsi ##.##.2020-ci il tarixə təyin edilmişdir. Həmçinin qeyd edir ki, ##.##.2020-ci il tarixə təyin edilmiş hərracın pandemiya ilə əlaqədar olaraq keçirilməyəcəyi barədə ipoteka qoyana eləcə də digər şəxslərə bildiriş göndərilməmiş (təqdim edilməmiş) və bu barədə “Birja yenilikləri” qəzetində elan verilməmişdir. Bildirir ki, hərracın keçirilməsi yeri və vaxtı barədə ipoteka qoyana və digər şəxslərə qanunla müəyyən olunmuş müddət ərzində bildirişin təqdim edilməsi, eləcə də elan verilməsi imperativ qayda kimi nəzərdə tutulmuşsa, hərracın elan edilmiş vaxt keçirilməyəcəyinə dair müvafiq bildirişin elanın verilməsi də məcburi xarakter daşıyır. Ipoteka qoyan kimi özü ##.##.2020-ci il tarixdə şəxsən xxxx MMC-də olmuş və həmin tarixə təyin olunmuş hərracın keçirilməsi təmin olunmuşdur. Belə olan halda “xxxx” MMC-nin ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərracların pandemiya ilə əlaqədar keçirilmədiyinə dair dəlilləri tamamilə əsassız olmaqla hər hansı bir sübuta istinad olunmadan yalnız formal mülahizələrə əsaslanmışdır. Həmçinin qeyd edir ki, mübahisəli əmlakla bağlı hərracı keçirən təşkilat “xxxx” MMC olduğundan, eləcədə hərracın keçirilməsi qaydası və proseduru (hərracın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi, bildirişin və elanın verilməsi, hərracın yekunlarına dair protokolun tərtib edilməsi və imzalanması) qanuna müvafiq şəkildə həmin Cəmiyyətin səlahiyyətinə aid olduğundan, hərracın qanunauyğun və ya qanunsuz keçirilməsinə dair iddia tələbinin həmin təşkilata qarşı qaldırılması tamamilə əsaslıdır. Eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Ipoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrənin şərh edilməsinə dair ##.##.2014-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Ipoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Göründüyü kimi qeyd olunan qərarda hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd olması imperativ qaydada qeyd olunmuşdur. Həmçinin “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” ##.##.2020-ci il tarixli müqavilə ilə həmin mənzil 60562,20 manat qiymətə cavabdeh1 ASC tərəfindən alınmışdır. Bundan sonra cavabdeh1 ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bank həmin mənzili 90000 manata cavabdeh2 satmışdır. Əlavə olaraq qeyd edir ki, hazırkı iddia tələbi ilə bağlı daha əvvəl Nərimanov rayon Məhkəməsində iddia qaldırılmış və iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə (28-32 bəndləri) ilə iş üzrə yeni cavabdehlər cəlb edilməklə yenidən iddia qaldırmaq hüququ izah edilmişdir.
21. Cavabdeh Bankın nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ilə Bank arasında daha əvvəllər də bir sıra məhkəmə mübahisələri olmuş və hazırkı iddia tələbinin əsasını təşkil edən hallara əvvəlki məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmişdir. Məhkəmədə işin faktiki halları barədə aydın təəssürat yaratmaq məqsədilə hesab edirik ki, aşağıdakı halların müvafiq ardıcıllıqla sadalanması və məhkəmə tərəfindən nəzərə alınması zəruridir: 1) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən, cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, qalan məbləğin hazırkı iş üzrə iddiaçı İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Bakı şəhəri Xətai rayon Icra və Probasiya şöbəsinin ##.##.2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 3 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac ##.##.2020-ci il tarixə, ikinci hərrac isə ##.##.2020-ci il tarixə təyin edilmişdir. Həmin hərraclar pandemiya ilə əlaqədar keçirilməmişdir. Daha sonra ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə hərraclar təyin edilmiş və mübahisəli mənzilin həmin hərracda satılması baş tutmadığından ##.##.2020-ci il tarixdə “Ipoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz a olmayan qiymətlə, yəni 60562.5 manat olmaqla Banka satılmış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Bundan sonra, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi və “xxxx” MMC işə cəlb edilməklə cavabdeh cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Sözügedən qətnamənin “təsviriəsaslandırıcı” hissəsinə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı İddiaçı həmin iddiasının təmin edilməli olması ilə bağlı qənaətini- “mənzilin satılması ilə əlaqədar ##.##.2020-ci il tarixdə keçirilmiş birinci hərracın baş tutması, ##.##.2020-ci il tarixə ikinci hərracın təyin edilməsi, həmin hərracın keçirilməsindən sonra hərracın baş tutmaması nəticəsində qanunvericiliyin tələbinə uyğun olaraq ipoteka predmetinin banka təklif olunması, artıq həmin zamandan 4 aydan çox zaman keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmetinin əldə edilməməsi” ilə əsaslandırmış və ipotekaya xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddianın rədd edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, “...Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, ipoteka predmeti olan iddiaçıya məxsus mənzil karantin rejimi ilə bağlı bir dəfə ## ######## 2020-ci il tarixdə keçilmiş baş tutmadığından 15% aşağı qiymətə ##.##.2020- ci il saat 11:00 təyin edilmişdir. Məhkəmə hesab edir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə iddiaçı banka qarşı belə iddia qaldırması əsaslı olardı…”. 2) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(009)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Kollegiya apellyasiya şikayətinin təmin edilməməsi ilə mövqeyini onunla əsaslandırmışdır ki, “...Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ipoteka predmeti olan iddiaçıya məxsus mənzil karantin rejimi ilə bağlı bir dəfə ## ######## 2020-ci il tarixdə baş tutmadığından 15% aşağı qiymətə ##.##.2020-ci il saat 11:00-a təyin edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə, iddiaçının banka qarşı belə iddia qaldırması əsaslı olardı...”. 3) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qərarına əsasən, iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu yerdə xüsusilə vurğulamaq istəyir ki, həmin iş üzrə hərracın nəticəsinin etibarsızlılığına dəlalət edə biləcək eyni əsasları (guya hərracın qanunvericiliyin tələbi pozulmaqla 2 dəfə deyil, 4 dəfə keçirilməsi; baş tutmayan hərrac tarixlərində ümumiyyətlə respublikada pandemiya dövrü olmaması) hazırkı iddia tələbində də olduğu kimi göstərmişdir, hansı ki, iddiaçının qeyd etdiyi həmin hallara artıq birinci və apellyasiya instansiyasından sonra, müvafiq olaraq kassasiya instansiyası da öz hüquqi mövqeyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qərarında göstərmişdir ki, “...31. Hazırki iş üzrə, ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və nəticədə hərracların baş tutmaması iş materialları ilə müəyyən edilmir…33. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan mənzil üzrə hərracların keçirilməsi və hərracların baş tutmaması halı sübuta yetirilmədiyindən, hazırki iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər…” Belə olan halda, hesab edirik ki, iddiaçının əvvəlki- yəni, “ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi” tələbi hazırkı iddia tələbi ilə eyni olmasa da, onun hər iki iddia tələbinin əsasları eynidir və birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrində ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və məhz həmin hərracların keçirilməməsi ilə bağlı olaraq hərracların baş tutmaması sübuta yetirilmədiyindən, bununla da mübahisələndirilən hissədə (hərracın düzgün keçirilməməsi) qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olduğundan, hazırkı iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur və həmin qətnamələr və qərar hazırkı iş üzrə mübahisənin həmin hissəsinə münasibətdə preyudisial əhəmiyyət daşıyır. Daha sonra, yuxarıda qeyd olunan məhkəmə mübahisəsindən sonra hazırkı iddiaçı İddiaçı yenə də eyni əsaslara istinad etməklə (guya hərracın qanunvericiliyin tələbi pozulmaqla 2 dəfə deyil, 4 dəfə keçirilməsi; baş tutmayan hərrac tarixlərində ümumiyyətlə respublikada pandemiya dövrü olmaması), cavabdeh “xxxx” MMC-yə qarşı (cavabdeh1 ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(005)- ***/**** saylı qətnaməsinə əsasən, iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən * saylı evin *** saylı mənzilin açıq hərracdan satılmasına dair ## ######## 2020-ci il tarixdə və ## ####### 2020-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsinə əsasən, cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarına əsasən, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 3) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs cavabdeh1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş ##.##.2021-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Kollegiya həmin qətnaməsində qeyd etmişdir ki, “...28. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli qərarında qeyd edilir ki, baxılan iş üzrə etibarsızlığı tələb olunan hərrac üzrə əgər Bank ipoteka predmetini əldə etməyibsə, onda Bank cavabdeh kimi cəlb olunmadan da həmin tələbə mahiyyəti üzrə baxıla bilər. Amma əgər Bank hərracın nəticəsində ipoteka predmetini əldə etmişdirsə, onda həmin hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələbə cavab verməli olan şəxslərdən biri də Bankdır və Bank cavabdeh qismində cəlb olunmadan iddiaya mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsi prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş olur... 30. Qeyd edilən normanın tələbini, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit edilmiş mövqeyi nəzərə alan Məhkəmə bildirir ki, təqdim olunmuş və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ##.##.2020-ci il tarixdə “Ipoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 60.562,5 manat olmaqla Banka təklif olunmuşdur. ##.##.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən Bank mənzili almış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır.
22. Iddia ərizəsindən görünür ki, iddiaçı, “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddianı yalnız “xxxx” MMC-yə qarşı irəli sürmüş, iddianı mənzili hərracdan almış Banka, hərracın keçirilməsinə dair MMC-yə sifariş vermiş Bakı Şəhəri Xətai Rayon Icra və Probasiya Şöbəsinə qarşı yönəltməmişdir.
23. Məhkəmə, yuxarıda göstərilənləri, MPM-nin 54-cü maddəsinin tələblərini və birinci instansiya məhkəməsində aparılmış icraata zamanı cavabdeh qismində cəlb edilməyən şəxslərin apellyasiya icraatı zamanı cavabdeh qismində cəlb edilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq qeyd edir ki, iddiaçı, onun irəli sürdüyü tələblərə cavab verməli olan şəxslərin dairəsini düzgün müəyyən etmədiyinə görə hesab edilməlidir ki, hazırki apellyasiya baxışının predmeti olan iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. Işə baxmış Rayon Məhkəməsi isə göstərilənləri nəzərə almamış, qeyd edilənlərin MPM-nin 51.3 və 53-cü maddələrinin tələblərinə uyğun olaraq aradan qaldırılmasını iddiaçıya təklif etməmiş, iddiaya baxaraq iddianı təmin etmişdir…”. Göründüyü kimi, sözügedən iddiaçının həmin iddia tələbi üzrə hərracın etibarsızlığına dəlalət edə biləcək hər hansı hal məhkəmə araşdırması da müəyyən edilməmiş, sadəcə iddiaçı tələbini Banka yönəltmədiyi və məhkəmə tərəfindən də yalnız prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul edildiyi üçün yekun məhkəmə aktı ləğv edilmişdir, iddia tələbi isə rədd edilmişdir. Göstərilən məqamlar, məhkəmənin yuxarıda qeyd olunan qətnaməsində ətraflı şəkildə qeyd edilmişdir. Bundan sonra isə, iddiaçı İddiaçı cavabdeh1 ASC-ni də cavabdeh qismində cəlb etməklə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsində iddia tələbinin əsasını təşkil edən hal kimiyenə də eyni əsaslara istinad etmişdir. Hesab edirik ki, iddiaçı İddiaçı hərracın 4 dəfə keçirilməsi ilə bağlı hissədə mövqeyini əsaslandırarkən nəzərə almamışdır ki, tərəflər arasında əvvəllər mübahisəyə baxılan zaman, bu hallara qiymət verilmişdir. Bundan başqa iddiaçının bəhs etdiyi ##.##.2020-ci il tarixli və ##.##.2020-ci il tarixli hərracların baş tutmaması barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və hərrac təşkilatının internet saytında heç bir məlumat dərc etdirilməmişdir. Yuxarıda qeyd olunanlar da nəzərə alınmaqla, hərracın qanunvericiliyin tələbi pozulmaqla keçirilməsi halı əvvəlki məhkəmə mübahisələri zamanı da sübuta yetirilmədiyindən, bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən və keçirilmiş hərrac etibarsız hesab edilmədiyindən-iddiaçının “Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” ##.##.2020-ci il tarixli müqavilənin və mübahisə predmeti olan mənzilə dair cavabdeh1 ASC-lə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur, iddia rədd edilməlidir.
24. Cavabdeh Bankın nümayəndəsi X2 ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, 1 (bir) illik iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli 2(103)- ****/**** saylı qətnaməsinin təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...25. “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” ##.##.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, mənzil 60.562,20 manat qiymətə Bank tərəfindən alınmışdır... 26. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ##.##.2022-ci il tarixli “Çıxarışdan” görünür ki, mənzil üzərində Bankın mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır... 27. Bank ilə cavabdeh2 arasında mübahisəli mənzilə dair ##.##.2022-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, Bank mübahisəli mənzili cavabdeh2 90.000 manata satmışdır. Göründüyü kimi, mübahisə predmeti olan hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə ##.##.2020-ci il tarixli müqavilə və 2 #.##.2022-ci il tarixli notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsindən hazırkı iddiaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsində *(***)****/**** saylı işə baxılarkən məlumatlı olmuşdur, lakin hazırkı iddia ilə məhkəməyə müraciət edərkən qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, iddia tələbi əsassız olduğundan, həmçinin iddiaçının iddia tələbləri üzrə 1 (bir) illik iddia müddətləri ötürüldüyündən, hazırkı mülki işə iddia müddəti tətbiq edilməklə, iddiaçı İddiaçı “Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” ##.##.2020-ci il tarixli müqavilənin və mübahisə predmeti olan mənzilə dair cavabdeh1 ASC-lə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
25. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim-Səbinə Nuriyeva) iddianın təmin edilməməsi qət edilmişdir.
26. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi əsasında hazırki iş üzrə iddiaçıdan kredit borcunun tutulması və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə cavabdeh hərrac təşkilatına müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan əmlaka dair ilkin və təkrar hərraclar təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçıya müvafiq bildirişlər göndərilmiş, müvafiq elanların verilməsi təmin olunmuşdur. Hazırki mülki iş üzrə ipoteka predmeti olan əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən ##.##.2020-ci il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq tələbkara təklif olunmuşdur. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində “xxxx” MMC tərəfindən ## ###### 2020-ci il tarixdə müvafiq protokol tərtib edilərək, “Ipoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar – cavabdeh1 ASC ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Bundan sonra əmlak ##.##.2022-ci il tarixdə cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 satılmışdır.
27. Məhkəmə iddiaçının “ilkin hərrac ##.##.2020-ci il tarixə, təkrar hərrac isə ##.##.2020ci il tarixə təyin edilsə də, sonradan bir daha həmin mənzilə dair ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə növbəti hərraclar təyin edilməsi, hərracların pandemiya ilə əlaqədar keçirilməməsinin əsassız olması və s.” dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, həmin halın ortaya çıxmasına səbəb müvafiq dövrdə ölkədə elan edilmiş karantin rejimi olmuşdur; “xxxx” MMC tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən alınmış ##.##.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən * saylı evin *** saylı mənzilinin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmiş, ilkin hərracın keçirilməsinin ##.##.2020-ci il tarixə təyin edildiyi bildirilmişdir. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il ## #### tarixli *** nömrəli Qərarı ilə Respublikada karantin rejiminin elan olunması, ölkə daxilində müxtəlif fəaliyyət növlərinin həyata keçirilməsinə qadağan edilməsi Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən sübuta ehtiyac olmayan haldır. Belə olan təqdirdə isə, qeyd olunan hal keçirilmiş hərracın nəticələrinin etibarsızlığı üçün əsas ola bilməz.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən mənzil karantin rejimi ilə bağlı bir dəfə ## ######## 2020-ci il tarixdə keçirilmiş, baş tutmadığından 15% aşağı qiymətə ##.##.2020-ci il saat 11:00-a təyin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə, iddiaçının banka qarşı belə iddia qaldırması əsaslı olardı.
29. Məhkəmə araşdırmaları zamanı iş üzrə, ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və nəticədə hərracların baş tutmaması iş materialları ilə müəyyən edilməmişdir.
30. Iddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Əksinə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracda satılması “xxxx” MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araş
31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 319.1, 319.4, 415.2, 416.1, 1391.1.2-ci; “Ipoteka haqqında” Qanunun 41.1-41.5, 42.5, 42.6, 43.4, 43.5, 43.7, 43.7-1-ci; “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bünnətovanın şikayəti üzrə ## ### 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 54, 82.1, 82.3, 46, 14.2, 77.1, 124.2, 217.4, 119 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
30. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar və iş üzrə əhəmiyyətli olan faktiki hallar tam araşdırılmamış, bununla iddia tələbinin təmin edilməməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edərkən, hazırkı şikayətin 3-cü bəndində (iddia ərizəsində) qeyd edilmiş işin hallarını nəzərə almamış, məhkəmə tərəfindən tətbiq edilməli olduğu halda “Ipoteka haqqında” Qanunun 43-cü maddəsi və Mülki Məcəllənin 416.2-ci maddəsi mübahisəyə tətbiq edilməmiş və işə baxan məhkəmə qeyd olunan maddi hüquq normalarının pozulmasına yol vermiş və bu pozuntu iş üzrə qanunsuz və əsassız məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Bununla da qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur.
32. Cavabdeh “xxxx" ASC iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək iddiaçı İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayetinin qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qbul edilməsini xahiş etmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), F.H.Qasımov, M.Ə.Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
43. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının dəlilləri əsassızdır.
44. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin # #### 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə cəmi 38502.36 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə məzənnə üzrə manatla tutulması, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, qalan məbləğin hazırkı iş üzrə iddiaçıya qaytarılması qət edilmiş, qətnamə icraya yöndəldilmişdir.
45. Xətai Rayon Icra və Probasiya şöbəsinin ## ###### 2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 3 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac ## ###### 2020-ci il tarixə, ikinci hərrac isə ## #### 2020-ci il tarixə təyin edilmişdir. Həmin hərracların keçirilməsi tarixləri ilə bağlı bildirişlər göndərilmiş, “Birja Yenilikləri” qəzetində elanlar verilmişdir.
46. Bununla belə ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Daha sonra ## ######## 2020-ci il tarixə və ## ####### 2020-ci il tarixə hərraclar təyin edilmiş və mənzilin həmin hərracda satılması baş tutmadığından ## ####### 2020-ci il tarixdə “Ipoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 60562.5 manat olmaqla Banka satılmış və mənzil üzərində Bankın mülkiyyət hüququ “daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır.
47. Bundan sonra ipoteka predmeti olan mənzil bank və digər cavabdeh cavabdeh2 arasında notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır.
48. Hazırki işdən əvvəl iddiaçı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi Idarəsi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti işə cəlb edilməklə cavabdeh cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ## ####### 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
49. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı ## ###### 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə ## ####### 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
50. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
51. Həmin iş üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmeti olan iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən mənzil karantin rejimi ilə bağlı bir dəfə ## ######## 2020-ci il tarixdə keçirilmiş, baş tutmadığından 15% aşağı qiymətə ##.##.2020-ci il saat 11:00-a təyin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etməsə, iddiaçının banka qarşı belə iddia qaldırması əsaslı olardı....Məhkəmə araşdırmaları zamanı iş üzrə, ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və nəticədə hərracların baş tutmaması iş materialları ilə müəyyən edilməmişdir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, 2(102)-1820/2023 nörməli qərarına əsasən müəyyən edilir ki, cavabdeh (xxxx” MMC) tərəfindən iddiaçıya (İddiaçı) X3, X5, Xətai rayon Icra və Probasiya şöbəsinə və Banka ünvanlanmış ##.##.2020-ci il, ##.##.2020-ci il tarixli, 01, ** nömrəli bildirişlərdə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə və Xətai rayon Icra və Probasiya şöbəsinin **/**-**/** saylı, ##.##.2020-ci il tarixli sifariş məktubu və Xətai Rayon Məhkəməsinin *(***)***/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədi üzrə ipotka qoyulan mübahisəli mənzilinə yönəldilməsi, hərracda 95000 manata ilkin, təkarar hərracda 80750 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixdə keçiriləcəyi bildirilmiş, “Birja Yenilikləri” qəzetində mübahisəli mənzillə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir.
53. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktları ilə ipotekaya xitam verilməsi tələbi üzrə hərracın baş tutmaması ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Hazırda iddiaçı eyni dəlilləri əsas gətirərək hərracın etibarsızlığı tələbini irəli sürmüşdür.
54. Kollegiya həmçinin qeyd etmişdir ki, hərracın etibarsız hesab edilməsi üzrə iddia tələbi əsassız hesab edilərək təmin edilmədiyindən hüquqi müqəddəratı birbaşa bu tələbdən aslı olan “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” ##.##.2020-ci il tarixli müqavilənin və ipoteka predmeti olan mənzilə dair cavabdeh1 ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi də düzgün olaraq təmin edilməmişdir.
55. Məhkəmə kollegiyası iddiaçının “xxxx” MMC barəsində xüsusi qərardad qəbul edilməsi barədə vəsatətini də əsassız hesab edərək qeyd edir ki, iddiaçı həmin MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin təhrif edildiyini iddia etsə də bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir.
34. Eyni zamanda iddiaçının cinayət hesab etdiyi hər bir halla bağlı hər zaman müvafiq hüquq mühafizə orqanına müraciət etmək hüququ vardır.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 414.1, 414.2, 414.3, 414.4, 414.5, 415.5, 416.1, 416.2-ci maddələrinə, Azərbaycan Respublikasının “Ipoteka haqqında” Qanunu (əvvəlki redaksiya) 41.2, 42.1, 43.4, 43.5, 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 384.0, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
36.
37. Kassasiya şikayətində göstərilən xüsusatlar apelyasiya şikayəti ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, məhkəmə araşdırmaları zamanı iş üzrə, “##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərracların keçirilməsi və nəticədə hərracların baş tutmaması iş materialları ilə müəyyən edilməmişdir”. Tutaq ki, əvvəlki işlərdə bu hallar müəyyən edilməyib. Lakin bu iş üzrə sübutlar var və məhkəmə özü Qətnaməsində (3- 5-ci bəndlər) təsdiqləyir ki, onlara əsasən ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərraclar karantin rejimi ilə bağlı keçirilməyib. Deməli, məhkəmə bu məsələyə qiymət verməli idi. Lakin məhkəmə əvvəlki məhkəmə aktlarına istinadən faktiki olaraq “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** saylı Qərarının bu işə tətbiqinə qiymət verməkdən yayınmışdır.
38. Halbuki, elə bu iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı Qərarında deyilir: “58. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 82.3cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bu baxımdan prosessual qanunvericiliyə əsasən yalnız birinci və apellyasiya instansiya məhkəmələri işin hallarını müəyyən etmək səlahiyyətinə malik olduqları üçün kassasiya instansiya məhkəməsinin mülki məhkəmə icraatı üzrə qəbul etdiyi aktlar preyudisiallıq xüsusiyyətinə malik ola bilməz.” Əslində, icra məmuru da, məhkəmə də özü-özünü təkzib edirlər. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə (həmin dövrdcə qüvvədə olmuş redaksiyası) əsasən təkrar hərrac ilk hərrac baş tutmadıqda keçirilir.Deməli ##.##.2020-ci il tarixdə ilk hərrac keçirilmiş, lakin baş tutmamışdır.
39. Lakin Məhkəmə əvvəlki aktlara istinadən deyir ki, guya hərrac keçirilməyib həmin tarixdə. Bu isə aşkar şəkildə “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun düzgün tətbiq olunmaması deməkdir. Məhkəmə Qətnaməsini sırf preyudisiallıq əsasında quraraq iş materiallarında olan sübutlara qiymət verməkdən yayınmışdır. Belə ki, Qətnamənin 3-5-ci və 47-48-ci bəndlərində məhkəmə özü təsdiqləyir ki, mövcud sübutlara əsasən ##.##.2020-ci il tarixə və ##.##.2020-ci il tarixə təyin edilmiş hərraclar karantin rejimi ilə bağlı keçirilməyib. Bu isə preyudiallıq məsələsi deyil, hüquqi məsələdir. Həmin dövrdə karantin rejimi olmayıb. Məhkəmə məsələyə qiymət verməkdən yayınmaqlar sübutlara obyektiv qiymət verməyib
40. Kassasiya şikayyətinin hüquqi əsası kimi “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** saylı Qərarına, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 88-ci maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
41. Cavabdeh cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi Ibrahim Məmmədov tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək iddiaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin tamamilə qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
42. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
43. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
44. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
45. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
46. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
47. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.
48. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
49. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
50. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının “Ipoteka haqqında” Qanunu (əvvəlki redaksiya):
51. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
52. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
53. Maddə 43.4 Ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
54. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
55. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.