Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1589/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh maraqlı şəxs1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Bakı şəhəri Sabunçu rayonun Bilgəh Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh maraqlı şəxs1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Bakı şəhəri Sabunçu rayonunun Bilgəh Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları
1. Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2005-ci il tarixli *** nömrəli qərarına əsasən Azərbaycan Respublikasının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” # ###### 1999-cu il tarixli ***-IQ nömrəli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli ***-**Q saylı Qanunu ilə təsdiq olmuş Əsasnamə rəhbər tutularaq Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamına istinad edilməklə Bilgəh qəsəbəsi ərazisində yerləşən 1636 a saylı bağın 800 kv metr artıq torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) maraqlı şəxs1 mülkiyyətinə verilməsi, maraqlı şəxs1 tərəfindən torpağın satın alınmasına dair müvafiq qaydada aktın tərtib olunması və torpağın dəyəri (pulla) Torpaq Məcəlləsinin 96-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsinin təmin olunması qərara alınmışdır.
2. Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə maraqlı şəxs1 arasında bağlanmış ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən maraqlı şəxs1 ##.##.2005-ci il tarixli torpaq sahəsinin alınmasına dair müraciətinə bələdiyyə orqanının iclasında baxılaraq Bilgəh Bələdiyyəsi ərazisində 800 kv metr torpaq sahəsinin satılması barədə ##.##.2005-ci il tarixli *** nömrəli qərar qəbul edilmiş, bunun müqabilində maraqlı şəxs1 tərəfindən Bilgəh Bələdiyyəsinin hesabına 10880000 manat haqq ödənilmişdir (qəbz № -368 ##.##.2005).
3. ##.##.1993-cü il tarixli ***** nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bilgəh qəsəbəsində torpaq sahəsi 0,12 ha olan 1637 a nömrəli bağ sahəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən Cavabdeh ##.##.1993-cü ildən ##.##.2005-ci il tarixədək icarəyə verilmişdir.
4. ##.##.2005-ci il tarixli ***** nömrəli Bilgəh ərazisindəki 1636 a nömrəli bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən Bilgəh qəsəbəsində torpaq sahəsi 0,12 ha olan 1637 a nömrəli bağ sahəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən Cavabdeh ##.##.2005-ci ildən ##.##.2013-cü il tarixədək istifadəsinə verilmişdir.
5. Torpağın mülkiyyətə verilməsinə dair JN-23928D KOD ******** nömrəli ##.##.2005-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhər Icra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının ##.##.1993-cü il tarixli * saylı qərarı ilə 0,12 hektar Bilgəh bağ massivində yerləşən 1636 a saylı bağ sahəsi Cavabdeh, X3 və X4 mülkiyyətinə verilmiş, şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək 3047 nömrə ilə kitabda qeydə alınmışdır.
6. Satıcı Cavabdeh ilə alıcı maraqlı şəxs1 arasında ##.##.2005-ci il tarixdə bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən ##.##.2005-ci il tarixdə verilmiş ***** nömrəli arayışa əsasən sahəsi 0,12 hektar olan Bakı şəhəri Bilgəh massivində yerləşən 1636 a saylı bağ sahəsini (satılan torpaq sahəsi Dövlət Torpaq Komitəsi və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 3047 nömrə ilə kitabda qeydə alınmış JN-23928D KOD 00501016 ##.##.2005-ci il tarixli şəhadətnamə əsasında satıcıya məxsusdur) alıcıya 350000000 manata satmışdır.
7. Torpağın mülkiyyətə verilməsinə dair JN-24829D KOD ******** nömrəli ##.##.2005-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhəri ** saylı dövlət notariat kontorunun ##.##.2005-ci il tarixli *Ə/**-*** saylı alqı-satqı müqaviləsi ilə satılmış 0,12 hektar 1636 a saylı bağ sahəsi maraqlı şəxs1 mülkiyyətinə verilmiş, şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək 3220 nömrə ilə kitabda qeydə alınmışdır.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ****a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 18692 (36198 sənəddə olduğu kimi) nömrəli müqavilə idarənin arxivində mövcuddur.
9. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Bilgəh ərazisindəki 1637 a nömrəli bağın istifadəyə verilməsinə dair 18692 (*****) saylı ## ####### 2005-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Birilik Sabunçu rayonun Bilgəh ərazisində 0,09 hektar torpaq sahəsindən ibarət bağı ## ####### 2005-ci il tarixdən ## ####### 2015-ci il tarixədək İddiaçı istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idairəsinin ##.##.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən müəyyən olunur ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil4 ünvan 3 ünvanında yerləşən 1637 a saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, ##.##.2019-cu il tarixli ərizəsi üzrə aparılan araşdı rma zamanı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsünün 900 kv metr qeyd edilsə də, faktiki 2020 kv metr torpaq sahəsinin ümumi hasar daxilində istifadə edilməkdə olması, elektron kadastr məlumatlarına əsasən göstərilən ümumi bağ sahəsinin digər fiziki şəxslərin adına daşınmaz əmlak dövlət reyestrindən qeydiyyatdan keçməsi, bu səbəblərdən ərizənin icrasının mümkün olmaması, “Yerli Icra hakimiyyəti” orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o, cümlədən Bakı şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsinin qərara alınması, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2.-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılması, qeyd olunanlara əsasən hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi bildirilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, M.B.M. vəkil bürosuna, ünvan 2 ünvanında yerləşən 1636 a saylı bağ sahəsinin sahibi barədə ***** nömrəli, ## ###### 2020ci il tarixli sorğuya Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsində baxılaraq, bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, 0,12 hektar torpaq sahəsi ilə 1636 “a” saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımasına dair məlumat aşkar olunmamış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilmiş Bakı şəhər Icra Hakimiyyətinin ##.##.1993- cü il tarixli * saylı qərarına əsasən Sabunçu rayonu Bilgəh bağ massivində yerləşən 0,12 hektar sahəsi olan 1636 a saylı bağ sahəsinə dair Cavabdeh adına (ümumbirgə) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti (JN-23928D kod 00501016) Idarənin arxivində mövcuddur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 1637 a saylı bağ sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikililərin onun hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının qanuni istifadəsinə qayatarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 18692 (*****) saylı ##.##.2005-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 1637 “a” saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. ##.##.2019-cu il tarixdə iş üzrə maraqlı şəxs DƏDRX-nin Bakı Ərazi Idarəsinə müraciət edərək, bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin xidmətin ##.##.2019-cu il tarixli məktubu ilə torpaq üzərindəki hüquqlarının qeydiyyatından imtina olunmuşdur. Imtina məktublarında qeyd olunmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü faktiki torpaq sahəsinin ölçüləri ilə uyğun deyildir, həmçinin elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin fatiki yerləşməsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir və nəhayət bağ sahəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan sonra araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadəsində olan qeyd edilən bağ sahəsi həqiqətən də X5 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bu yanlışlığa səbəb qonşu bağ sahələrinin hüdudlarının hüquqmüəyyənedici sənədlərə uyğun olmayan şəkildə bölünməsi və hasara alınması olmuşdur. Məsələnin digər faktiki halı da ondan ibarətdir ki, iddiaçı İddiaçı yuxarıda qeyd olunan icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş 1637 “a” saylı bağ sahəsi qonşu bağ sahəsinin sahibi olan cavabdeh tərəfindən zəbt edilərək hüdudları daxilində qanunsuz olaraq fərdi yaşayış evi və başqa yardımçı sahələr inşa olunmuşdur. Belə ki, iddiaçının istifadəsinə verilmiş 1637 “a” saylı bağ sahəsinin qonşuluğunda yerləşən 1636 “a” saylı bağ sahəsinin kimə məxsus olması ilə bağlı edilmiş sorğuya DƏDRX-nin Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli cavab məktubu ilə müəyyən olunur ki, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 hektar sahəsi olan 1636 “a” saylı bağ sahəsinə dair cavabdehin adına (ümumibirgə) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti (JN-23928D kod 00501016) idarənin arxivində mövcuddur. Hesab edir ki, cavabdeh tərəfindən zəbt olunmuş ərazidə inşa olunmuş tikililər cavabdehin hesabına sökülərək ərazi əvvəlki vəziyyətə gətirilməklə iddiaçının istifadəsinə qaytarılmalıdır.
14. Cavabdeh Cavabdeh iddia tələbinə etiraz verərək qeyd etmişdir ki, sözügedən bağ sahəsini o, yarımtikili vəziyyətində 15 il əvvəl digər bir şəxsə satıb və hal-hazırda da onun faktiki istifadəsində və sərəncamındadır. Deməli, verilən ərizə üzrə iddiaçı əsl cavabdeh(lər)i müəyyən etməlidir. Bu baxımdan iş üzrə onun cavabdeh olaraq göstərilməsi mülki prosessual qanunvericiliklə düzgün deyil və məhkəmə tərəfindən iddiaçının üzərinə cavabdehlərin müəyyən edilməsi və bu xüsusat üzrə də iddia tələbinin əsaslandırılması üçün əlavə sübutetmə yükü qoyulmalıdır. Ərizədə qeyd olunur ki, iddiaçıya məxsus Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1637 “a” saylı bağ sahəsinin ölçüsü faktiki torpaq sahəsinin ölçüləri ilə uyğun deyildir, elekton kadastr məlumatlarına əsasən, bağ sahəsinin faktiki yerləşməsinin qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir və nəhayət bağ sahəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyetsrindən qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçı açıq şəkildə etiraf edir ki, sənəd üzərindəki ölçüyə əsasən torpaq sahəsinin ölçüləri nəinki faktiki, heç mötəbər məlumat bazasını ehtiva edən elektron kadastr məlumatlarına da uyğun deyildir. Sözügedən vəziyyət cavabdehlərin yox, iddiaçının ilkin sənədlərinin qeyri mötəbərliyindən irəli gəlir. Həmçinin, cavabdehə məxsus 1636 “a” ünvanında yerləşən bağ sahəsinin faktiki və kadastr ölçülərinə uyğun daşınmaz əmlaka dair sənədi mövcuddur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş, cavabdeh Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
16. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ##.##.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərkən, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış araşdırmaları əks etdirən sxemlər hazırlanıb təqdim edilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində, Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ayrılması nəzərdə tutulan dövlətin mülkiyyətində olan torpaq sahəsidir. Iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahələrinə başqa vətəndaşların adına hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilməsə də, naturada iddiaçının təkidi ilə ölçülmüş qonşu **** saylı bağ sahəsinə sahəsi 0,1135 hektar, reyestr nömrəsi 005013027325 olan X5 adına, **** saylı bağ sahəsinə sahəsi 0,1135 hektar, reyestr nömrəsi 0050013027325 olan X1 adınla çıxarışlarla bağ sahələri qeydiyyatdan keçərək mülkiyyətə verilmişdir (sxemlər əlavə edilir). Azərbaycan Respublikası Prezidentinin **** nömrəli ## ### 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün Bakı və Bakı ətrafı, eləcə də yerli icra hakimiyyəti orqanlarının nəzdində olmuş bağ təsərrüfatı idarələri tərəfindən verilmiş özəlləşməyən bağ sahələri (arxiv sənədləri) barədə elektron kadastr bazasında əlavə məlumatlar aşkar edilməmişdir. Təqdim edilmiş sənədlərə əsasən ünvan 3 ünvanında yerləşən 1636 “a” saylı bağ sahəsinin Cavabdeh və 1637 “a” saylı bağ sahəsinin İddiaçı məxsus olduğu aydın olsa da, mülkiyyətə verilmələri və qeydiyyata alınmaları barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan bağ sahələrinin yerləşmə mövqeyi barədə heç bir texniki sənəd təqdim edilməmiş, iddia edilən və naturada göstərilən bağ sahəsinin koordinatlarını, qonşuluqda yerləşən bağ sahəsi barədə və digər texniki parametrləri əks etdirən rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Sözü gedən, iddia edilən bağ sahəsi cavabdehin istifadəsində olan faktiki ölçüsü 2185 kv metr təşkil edən ümumi hasar daxilində yerləşməklə içərisinin (228 kv metr) yaşayış evi və (119 kv metr) digər tikili mövcuddur ki, vahid təsərrüfat şəklindədir, sxemdə qeyd edilən 119 kv metr ölçüdə olan tikili iddia edilən torpaq sahəsində yerləşir. Iddiaçının faktiki göstərdiyi və iddia etdiyi mübahisəli torpaq sahəsi və üzərində olan tikiliyə mülkiyyət hüququna dair sənəd aşkar edilmədiyi üçün elektron kadastr baza məlumatlarına əsasən hal-hazırda yaşayış məntəqəsinin hüdudları daxilində, Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ayrılması nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsidir. Iddiaçının istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşəndən Bakı şəhəri Sabunçu Bilgəh bağ massivi ünvanında yerləşən 1637 “a” nömrəli bağ sahəsinə aid heç bir texniki sənəd təqdim edilməmiş, lakin mübahisələndirilən idddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsində cavabdehə məxsus 119 kv metr ölçüdə tikili mövcuddur. ünvan 3 ünvanında yerləşən 1636 “a” “1637” “a” saylı bağ sahələri barədə heç bir texniki sənəd təqdim edilməməsi səbəbindən onların naturada üst-üstə düşüb-düşməmələrini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin məlumatında bildirilir: - Baza məlumatlarına əsasən qeyd olunan bağ sahələri qeydiyyatdan keçməyib və qonşu sahələrdir. 4) Bilgəh bağ massivi 1636A və ****a nömrəli bağların ərazisinə uyğun gəlir.
17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə (hakim Anar Rzayev) iddia təmin edilmişdir.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı haqlı olaraq ## ####### 2005-ci il tarixli, 18692 (******) saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən qanuni istifadəsinə verilmiş bağ sahəsinə mülkiyyət hüququ əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş, lakin cavabdehin müdaxilələri səbəbindən həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin adına (DƏDRX-nin Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli cavab məktubu) Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 hektar sahəsi olan 1636 “a” saylı bağ sahəsinə dair “ümumibirgə” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti (JN-23928D kod 00501016) idarənin arxivində mövcuddur. Mütəxəssis tədqiqatı zamanı müəyyən edilmişdir ki, naturada göstərilən və tədqiq edilmiş torpaq sahələri baza məlumatlarına əsasən qeydiyyat keçməyib və qonşu sahələrdir. Bilgəh bağ massivi 1636 “a” və 1637 “a” nömrəli bağların ərazisinə uyğun gəlir. Həmçinin tədqiqat zamanı cavabdehə 0,12 hektar sahəsi olan 1636 “a” saylı bağ sahəsi ayrılmasına baxmayaraq onun istifadəsində olan faktiki ölçüsü 2185 kv metr təşkil edən ümumi hasar daxilində yerləşməklə içərisində (228 kv metr) yaşayış evi və (119 kv metr) digər tikili mövcuddur ki, vahid təsərrüfat şəklindədir, qeyd edilən 119 kv metr ölçüdə olan tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşir. Bununla əlaqədar iddia tələbi təmin edilərək ünvan 3 ünvanında yerləşən 1637 “a” saylı bağ sahəsinin hüdudları daxilində cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər (119 kv metr) boşaldılmalı, özbaşına tikililər cavabdehin hesabına sökülməli və ərazi əvvəlki vəziyyətinə gətirilərək iddiaçı İddiaçı qanuni istifadəsinə qaytarılmalıdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə, 22-ci maddəsinin 5-ci bəndinə, 48-ci maddəsinin 4-cü bəndinə, 55-ci maddəsinə, 67ci maddəsinin 3-cü bəndinə, 68, 111-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2003-cü il tarixli, * nömrəli Qərarının 3, 6-cı bəndlərinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və koorperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən icra məmurlarının sökmək istədiyi torpaq sahəsi və tikililər qanuni əsaslarla və mötəbər sənədlərlə ona məxsusdur. Belə ki, iddiaçının mübahisə açdığı ərazidəki torpağın 0,12 ha hissəsi (****a saylı bağ) Torpağın mülkiyyətə verilməsinə dair JN-*****D nömrəli şəhadətnamə ilə ona məxsusdur. Bundan başqa, Bilgəh qəsəbəsi ərazisində yerləşən ****a saylı bağın 800 kv metr artıq torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 *** saylı ##.##.2005-ci il tarixli qərarı ilə onun qanuni istifadəsinə verilmişdir. Beləliklə, apellyasiya şikayətinə əlavə etdiyi sənədlərlə müəyyən olunur ki, mülkiyyətində olan torpaq sahələri ola-ola, işə baxan birinci instansiya məhkəməsi müvafiq dövlət strukturlarından (DƏDRX), bələdiyyədən lazımi sənədləri, məlumatları tələb etməklə və ya yeli baxış keçirməklə obyektiv həqiqəti müəyyən edə bilərdi. Bununla da onları mülki mühakimə icraatına cəlb etməklə prosesin çəkişmə prinsipini təmin etmiş olardı ki, nəticədə qanuni və əsaslı məhkəmə aktının çıxarılmasına rəvac verərdi. Lakin çox təəssüf olsun ki, birinci instansiya məhkəməsi işə yarımçıq baxmaqla, lazımi araşdırma aparmadan proses keçirməklə mülkiyyət hüquqlarının pozulması ilə müşayət olunan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, ona görə də iddia tələbi təmin olunmamalıdır.
22. Cavabdeh Cavabdeh mülkiyyətində olan torpaq sahəsini iş üzrə maraqlı şəxs maraqlı şəxs1 satdığından, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinin tələblərinə əsasən, cavabdeh Cavabdeh cavabdeh maraqlı şəxs1 ilə əvəz edimişdir.
23. Apellyasiya məhkəməsinin iclasında cavabdeh maraqlı şəxs1 nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, hazırkı iddianı qaldırmaqda İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, qar ı tərəf iddia ərizəsində göstərmişdir ki, Bilgəh qəsəbəsində yerlə ən ****a saylı bağ sahəsi ona məxsusdur və cavabdeh tərəfindən orda in a edilmi sahəsi 119 kv metr olan tikililər onun bağ sahəsində tikilmi dir. ****a saylı bağ sahəsi iddiaçıya məxsus deyildir. Ilkin olaraq bağlar təsərrüfatı inki afı və istismar birliyi ilə istifadə ilə bağlı müqavilə bağlanmış və iddiaçıya 9 sot torpaq verilmişdir. ****a saylı bağ sahəsinin iddia edilən yerə aid olması i materialları ilə sübuta yetirilməmişdir. Məhkəməyə mütəxəssis tərəfindən bağların sxemi təqdim olunmu dur. Həmin sxemdə də ****a saylı bağ sahəsi bo sahə kimi görünür. Onların təqdim etdikləri mütəxəssis rəyində də ekspert bildirmişdir ki, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmi sxemdə qeyd olunan koordinatlar bağların bölgü sxeminə əsasən ****a saylı bağ torpaq sahəsinə aid deyildir. Iddiaçı iddia etmişdir ki, onun hüququ ****a saylı bağ sahəsinədir. Amma bağların bölgü sxeminə həmin ərazi aid deyildir, həmin ərazi bo , nömrəsiz sahə kimi göstərilmi dir. Hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmi dən əvvəl ****a saylı bağın yerini müəyyən etməli idi ki, onun bağı hara dü ür. Icra hakimiyyəti müvafiq qaydada vətənda lara torpaq sahəsi ayıranda mütləq ərazinin yerlə mə sxemi sənədlərə əlavə olunur. Hazırkı mərhələdə də bu yerlə mə sxemi yoxdur. Bağların bölgü sxemində də iddia olunan ****a saylı bağ sahəsi yoxdur. Hesab edir ki, birinci növbədə iddiaçının subyektiv hüququ müəyyən edilməli idi. Ikinci dəlilləri budur ki, i materiallarına diqqət yetiriləndə müəyyən olunur ki, iddiaçı birinci növbədə hüquqlarının qeydə alınması üçün Da ınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və orada da ara dırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçının 9 sotdan əlavə 21 sot torpağı olmuş, həmin torpaq sahəsində ba qa əxslərin mülkiyyət hüquqları qeydə alınmışdır. Bu da bir növ sübutdur ki, ****a saylı bağ sahəsi naturada göstərilən və iddia olunan yerə aid deyildir. Məhkəməyə həmin əraziyə aid foto əkillər və mütəxəssis rəyləri təqdim edilmişdir. Iddiaçının naturada iddia etdiyi torpaq sahəsi ba qa bir yerdədir, onun sökülməsini iddia etdiyi tikili isə ba qa bir yerdədir. Tikili ba qa tərəfdədir, onun torpaq sahəsinə necə aid ola bilər? I in bütün gedi atı ****a saylı bağ sahəsi ilə ****a saylı bağ sahəsi üzərində qurulmuşdur. Məhkəmənin ekspertiza qar ısında qoyduğu 1636a ilə ****a saylı bağ sahələrinin üst-üstə dü üb-dü məməsi, koordinatlarının müəyyən edilməsi kimi suallar da bununla bağlıdır. Sökülməsi tələb olunan tikililər ****a saylı bağ sahəsində deyil, Nakxal Ə rəf Cuda oğlunun 2005-ci ildə Bilgəh Bələdiyyəsindən aldığı 8 sot torpaq sahəsindədir. Ona görə də, ekspert rəyində göstərmişdir ki, həmin torpaqla üst-üstə dü mür. Çünki tam fərqli torpaq sahələridir. Bu i kökündən düzgün ara dırılmamışdır. Cavabdehin inşa etdiyi tikilinin şəkli də elektron sistemə yerləşdirilmişdir. Həmin tikilinin hansı ildə tikildiyi barədə onun məlumatı yoxdur. Tikili balaca bir damdır, mühafizənin orada qalıb bağa baxması üçün nəzərdə tutulmuşdur. İddiaçı qızının evi başqa yerdədir. Həmin tikili cavabdehin torpağı aldığı vaxtlardan – 2005-ci ildən tikilmişdir. Cavabdeh alınan ****a saylı bağ sahəsidir. ****a saylı bağ sahəsi cavabdehə aiddir. Iddia olunan tikili isə maraqlı şəxs1 bələdiyyədən aldığı ərazidə yerləşir. Cavabdeh tikilini bələdiyyənin qərarı əsasında tikmişdir. Iddiaçı sübut etməlidir ki, tikili 1637a bağ sahəsində tikilmişdir. Çünki i materiallarındakı heç bir sənəddə bu hal müəyyən edilməmişdir. Mütəxəssis koordinatları ölçmüşdür. Əgər qarşı tərəfin dediyi qaydada yanaşılsa onda bu bölgü sxeminin heç bir mahiyyəti olmazdır. Cavabdeh bələdiyyənin qərarı ilə torpaq sahəsini almış, onların bölgü sxemi vardır. Bələdiyyədən aldıqları sxem iş materiallarına əlavə olunmuşdur. I materialları ilə tanı olarkən müəyyən edilmişdir ki, iddiaçı ****a saylı bağ sahəsini özəllə dirərkən üç qon unun 2005-ci il tarixli ərizələri vardır ki, İddiaçı 30 ildir ki, o, bağ sahəsində ya ayır, oranı abadla dırıb, ev tikmişdir. Eyni zamanda 2005-ci ildə iddiaçı özü Bağlar təsərrüfatı inki afı və istismar birliyinə ünvanladığı ərizəsində yazmışdır ki, 30 ildir bağ sahəsini o, istifadə etmi , ağac əkmi və ev tikmi dir. Bu əsasla da bağ sahəsi Leyla xanım üçün ayrılmı dır. Leyla xanım 1971-ci il təvəllüdlüdür. 2005-ci ildə onun 34 ya ı olmuşdur. Belə çıxır ki, Leyla xanım 4 ya ından orada ev tikmiş və ağac əkmişdir. Mütəxəssis rəyini Torpaq Məsələləri Ekspertiza Mərkəzi MMC vermişdir. Bakı Inzibati Məhkəməsinin icraatında olan bütün i lərdə onlar rəy verir və məhkəmələr həmin rəyi mötəbər sübut kimi nəzərə alırlar. Onların lisenziyası da vardır. Təqdim etdikləri mütəxəssis rəyində istinad edilən sxem də i materiallarında vardır. Sxemi Da ınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti publik hüquqi əxsinin mütəxəssisi vermişdir. Bağların bölgü sxemində ****a saylı bağ sahəsi bo torpaqdır, nömrəsi yoxdur. Amma i də olan ##.##.2025-ci il tarixli mütəxəssis rəyində müəyyən edilmi dir koordinatlar ****a saylı bağ sahəsinə aid deyildir. Ona görə aid deyildir ki, ****a saylı bağ sahəsi yoxdur. Bağların bölgü sxemində elə bir bağ sahəsi yoxdur. Əgər elə bir bağ sahəsi varsa, iş materiallarından görünür ki, müqavilə var, gedib müəyyən etsinlər ki, o bağ sahəsi hara düşür? Qarşı tərəf qeyd edir ki, bütün ekspert və mütəxəssis rəylərində göstərilmişdir ki, 1636a və ****a saylı bağ sahələri üst-üstə düşmür, ****a saylı bağ sahəsində hovuz və digər tikililər vardır. Hazırda mübahisə olunan tikili ****a saylı bağ sahəsində yerləşir? Məhkəmədən Leyla xanımın təvəllüdünə də diqqət edilməsini xahiş edir. 2005-ci ildən 30 il geriyə gedildiyi zaman onun 4 yaşı olmuşdur. Bəlli olur ki, onlar sonradan hazırlanmış sənədlərdir. Onlar mütəxəssis rəyini təqdim etmişdir ki, bələdiyyənin 2005-ci il tarixli qərarına əsasən maraqlı şəxs1 ayrılan torpaq sahəsi ##.##.2025-ci il tarixli məhkəməyə təqdim edilmiş koordinatlardadır. Həmçinin məhkəməyə təqdim olunan bağların bölgü sxemindən də aydın olur ki, həmin tikilinin olduğu ərazi hansısa bağ sahəsinə düşmür. Iş materiallarındakı rəylərdən də bu məsələ aydın olmuşdur. ****a saylı bağ sahəsi ola bilər ki, mövcuddur, iddiaçıya məxsusdur, ancaq həmin tikilinin sözügedən bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Qarşı tərəf bələdiyyə sənədinin qanunsuz olduğunu bildirmişdir. Bununla bağlı nə bir məhkəmə qərarı, nə də inzibati akt yoxdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd olunmasını xahiş edir.
24. Apellyasiya məhkəməsinin iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, cavabdehin inşa etdiyi tikili onlara aid olan 9 sot torpaq sahəsində yerləşir. Qarşı tərəfin hasarının içində yerləşir. Ola bilər ki, 2005-ci ildən o, tikili vardır. Qarşı tərəfin orada 12 sot torpaq sahəsi vardır, onların isə 9 sot torpaq sahələri vardır. Onu bir hasara salıb 21 sot torpaq sahəsi daxilində istifadə etmişlər. Iddiaçı tikilinin oradakı mövcudluğunu müəyyən etdiyindən məhkəməyə müraciət etmişdir, qarşı tərəflə 2010-cu ildə danışıqlar aparılmışdır. Bağ sahəsində iddiaçıya aid heç bir tikili yoxdur, əvvəllər orda ağaclar əkilmiş və hasara alınmışdır. Cavabdeh orada tikilini yəqin ki, 2005-2010-cu illərdə tikmişdir. Iddiaçı 2018-ci ildən məhkəməyə müraciət etmişdir, cavabdehi əvvəl düzgün müəyyən etməmişdir, sorğu əsasında bağın Cavabdeh aid olduğu müəyyən edilmişdir. Cavabdeh özü sonradan prosesə qoşulmuşdur. Qarşı tərəfin təqdim etdiyi mütəxəssis rəyini o, mötəbər hesab etmir, lazım gəlsə idi, onlar da bir şirkət tapıb rəy alardılar. Onların torpağa dair sənədləri də var, hansı ki, həmin sənədlər müqavilə əsasında İddiaçı verilmişdir. Arxivdə də həmin sənədlər mövcuddur. Qarşı tərəf isə özlərinə dair heç bir sənəd təqdim etməmişlər. Onların bələdiyyədən aldıqları sənəddə yazılır ki, “****a saylı bağ sahəsinin qonşu sahəsi” Bu hansı sahədir? Torpaq sahəsinin dörd tərəfi vardır. Qarşı tərəf heç bir sənəd təqdim etməmişdir, sənədlərin arxivdə mövcud olub-olmamasına dair də heç bir məlumat yoxdur. 9 sot torpaq sahəsi İddiaçı aiddir, digər 9 sot torpaq sahəsi isə onun qardaşı Seyidəliyev Fəridə aiddir. Onların torpaq sahələri bir-birinin arxasında yerləşmişdir. Mütəxəssis yerində ölçmə işləri aparıb, koordinatları müəyyən edilib və qeyd edilmişdir ki, ora ****a saylı bağ sahəsidir. Bu məsələ birinci instansiya məhkəməsində də araşdırılmış, ümumilikdə dörd dəfə bu iş üzrə rəy alınımışdır və bütün rəylərdə qeyd edilmişdir ki, bu tikilinin olduğu sahə ****a saylı bağ sahəsidir. Orada bir tikilidir. O, ekspertlə gedib yerli baxış keçirmişdir. ****a saylı bağ sahəsində tikili vardır, o, ayrıdır. Da ınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi əxsinin verdiyi bütün rəylərdə göstərilmişdir. Ekspert gedib yerində ölçmə işləri aparmışdır. Heç bir sxem yoxdur. Sadəcə bir alqı-satqı müqaviləsi vardır ki, onun da mötəbərliyinə şübhələri vardır. Onların sökülməsini iddia etdikləri tikili ****a saylı bağ sahəsində yerləşir və həmin tikilinin bir tərəfini qarşı tərəf hasara almış, digər tərəfi isə onsuz da əvvəldən hasara alınmışdır. Cavabdeh həmin 119 kvadrat metrlik tikilini söküb torpağı onlara qaytarmalıdırlar. Həmin tikilinin olduğu torpaq onlara aid torpaqdır. Yerli baxış zamanı müəyyən edilmişdir ki, onların 9 sotluq torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir. Qarşı tərəf özlərinə aid olan 12 sotluq torpaq sahəsinə dair çıxarış almışdır. Bu torpaq sahəsi 1990-cı illərdən bu yana ****a saylı torpaq sahəsi olmuşdur. Tikili əvvəldən bu yana orada mövcud olmamışdır, iş materiallarındakı iddiaçı tərəfindən yazılmış ərizələri onlar yazmamışlar. Həmin ərizələrdə baxdığı torpaq sahəsi yazılmış, tikili isə yazılmamışdır. maraqlı şəxs1 mülkiyyətində olan 12 sotluq torpaq sahəsi ilk əvvəl 2005-ci ildə bağlanmış müqavilə əsasında Cavabdeh adına olmuşdur. Eyni müqavilədir ki, həmin müqavilə Leyla xanımla da bağlanılmışdır. Iddiaçı 9 sot torpaq sahəsinin öz adına rəsmiləşdirilməsini istəmiş, müraciət etmiş, lakin niyə sənəd almadığı ona məlum deyil. Yəqin ki, ehtiyac görməmiş, onsuz da həmin torpaq sahəsi faktiki olaraq iddiaçıya aiddir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsindən, həm Milli Arxiv Idarəsindən sorğularına cavab olaraq ümumiyyətlə elə bir bələdiyyə sənədinin olmadığı bildirilmişdir. Bələdiyyə sənədində yazılmamalıdır ki, ****a saylı bağ sahəsinin yanındakı torpaq sahəsi, belə qərar olmur. Onların bütün sənədləri qanunidir, arxivdə də mövcuddur. Qarşı tərəfin bir bələdiyyə sənədi vardır ki, o, da qanunsuzdur. Heç bir yerdə - arxivdə də həmin sənəd yoxdur. Mülk sahibləri arasında əvvəllər də danışıqlar olmuşdur. maraqlı şəxs1 2005-ci ildə torpaq sahəsini alarkən Leyla xanım, onun qardaşı onunla danışmışdır ki, həmin torpaq sahəsini alıb, öz sahələrinə qatsınlar, amma onlar razılaşmamışlar. Heç bir qurumda cavabdehin bələdiyyə sənədinin kötüyü yoxdur, buna görə də, güman edir ki, həmin sənəd saxtadır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.
25. maraqlı şəxs2 ##.##.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq 0,2148 ha təşkil edir. Faktiki olaraq göstərilən 0,2148 ha torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən sxem əlavə olunmuşdur. İddiaçı ayrılmış 1637 a nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən yerləşməsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Iddiaçı ilə dəfələrlə telefon ilə əlaqə saxlanılsa da, texniki baxışa şərait yaradılmamışdır. Belə ki, iddiaçı naturada bağ sahəsinin ümumi ərazinin hansı hissəsinin bağ sahəsində ölçü göstərməmişdir. Həmçinin yerli baxış zamanı 3-cü şəxsin nümayəndəsi bağ sahəsində ölçü işlərinin aparılmasına şərait yaratsa da, ümumi ərazidə sənəd üzrə sahənin harda yerləşməsini bilmir. Nümayəndənin bildirdiyinə əsasən cavabdeh Cavabdeh sözügedən mübahisəli torpaq sahəsinə heç bir iddiası yoxdur (nümayəndənin sözlərinə əsasən Cavabdeh həmin torpaqların bir hissəsini İddiaçı digər hissəsini isə maraqlı şəxs1 satmışdır). Vahid elektron baza məlumatlarına əsasən maraqlı şəxs1 məxsus (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-*****D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ilkin yerləşmə cizgisi göstərilən sahənin bir hissəsinə uyğun gəlir. Tikilinin kimə məxsus olması barədə məlumat yoxdur. Iddiaçı hər hansı ərazini göstərməmişdir (mühəndisin qeydinə əsasən). Bağların bölgüsünə dair sxematik xəritə və JN-*****D saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ilkin yerləşmə cizgisinə əsaəsn 1637 və 1637 a saylı bağ sahəsi 1636, ****a saylı bağ sahəsinin cənub hissəsində yerləşməlidir.
26. Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ##.##.2024-cü il tarixli rəyi ekpert tərəfindən maraqlı şəxs2 ##.##.2024-cü il tarixli mütəxəssis rəyində göstərilənlərə əsasən tərtib edilmiş, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
27. maraqlı şəxs2 ##.##.2025-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş İddiaçı məxsus Sabunçu rayonu Bilgəh bağ massivi ****a saylı bağ sahəsinə dair *****(*****) nömrəli müqavilə qovluğunda saxlanılan sənədlərdən müəyyən olunmuşdur: İddiaçı ##.##.2005-ci il tarixdə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə ərizə ilə müraciət edərək Bilgəh bağ massivində uzun illər istifadə etdiyi, ev tikdiyi sahəni qonşuların təsdiq sənələrinə əsasən adına sənədləşdirilməsini xahiş etmişdir. Bilgəh bağlar massivində ** saylı bağın icarədarı X2 notarial qaydada təsdiq olunmuş 2005ci il tarixli ərizəsi ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 30 ildən artıq Bilgəh bağlar massivində yerləşən torpaq sahəsində İddiaçı abadlıq işləri aparmasını, sahəyə qulluq etməsini, ağac əkməsini, suvarmasını, bütün gigiyena-sanitar normalarına uyğun olaraq sahəni abadlaşdırıb ev tikməsini bildirb həmin sahənin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bilgəh bağlar massivində 12 a saylı bağ sahəsinin icarədarı X6 notarial qaydada təsdiq olunmuş tarixi müəyyən olunmayan ərizəsi ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 30 ildən artıq Bilgəh bağlar massivində yerləşən torpaq sahəsinə İddiaçı qulluq etməsini, sahəni və onun ətrafını gigiyena-sanitar normalarına uyğun olaraq abadlaşdırıb, sahədə ağac əkməsini, suvarmasını, ev tikməsini bildirb həmin sahənin İddiaçı adına sənədləşdirilməsini xahiş etmişdir. Bilgəh bağlar massivində **** saylı bağ sahəsinin icarədarı X8 notarial qaydada təsdiq olunmuş ##.##.2005-ci il tarixili ərizəsi ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 30 ildən artıq Bilgəh bağlar massivində yerləşən torpaq sahəsinə İddiaçı qulluq etməsini, sahəni və onun ətrafını gigiyena-sanitar normalarına uyğun olaraq abadlaşdırıb, sahədə ağac əkməsini, suvarmasını, ev tikməsini bildirb həmin sahənin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Bilgəh ərazisindəki 1637 a nömrəli bağın istifadəyə verilməsinə dair 18692 (bağ sahəsinin nömrəsində 18693-dən 18692-yə düzəliş edilmişdir) saylı ##.##.2005-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Birilik Sabunçu rayonun Bilgəh ərazisində 0,09 hektar torpaq sahəsindən ibarət bağı ##.##.1988-ci il tarixdən ##.##.1998-ci il tarixədək X9 istifadəsinə verməyi öhdəsinə götürmüşdür. X9 ##.##.1988-ci il tarixili ərizəsi ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək **** saylı bağın torpaq sahəsinin yarısını bacısı E.L. Qluşenkonun adına sənədləşdirilməsini xahiş etmişdir (ərizədən görünür ki, bağ sahəsinin nömrəsi 1632 yazıldıqdan sonra 1637-yə düzəliş edilmişdir). Bağların sxematik xəritəsindən çıxarışdan görünür ki, 1637 a saylı bağ sahəsi xəritədə qeyd olunmamışdır.
28. maraqlı şəxs2 ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə mütəxəssis qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır: Göstərilən torpaq sahəsi faktiki olaraq 0,2158 ha təşkil edir (faktiki olaraq göstərilən 0,2148 ha torpaq sahəsinin koordinatlarını və yerləməsini əks etdirilən baş plan rəyə əlavə olunmuşdur). Təkrar baxış zamanı iddiaçı İddiaçı nümayəndəsi və cavabdeh maraqlı şəxs1 nümayəndəsi ilə sözügedən mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Iddiaçının nümayəndəsi tərəfindən ümumi hasar daxilində iddia etdiyi 0,09 ha torpaq sahəsinin cizgisi, ölçüləri və koordinatları rəyə əlavə olunur. Iddiaçının nümayəndəsi tərəfindən göstərilən sahədə qaraj və köməkçi tikili mövcuddur. Iddiaçının nümayəndəsinin şifahi məlumatına əsasən sahədə inşa olunan qaraj və köməkçi tikili cavabdeh tərəfindən qanunsuz tikilmişdir. Bundan əlavə, cavabdeh maraqlı şəxs1 nümayəndəsi şifahi olaraq, ümumi hasar daxilindəki 0,2148 ha torpaq sahəsi onlara məxsus olmasını, həmin 0,12 ha sahəyə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olmasını və yerdə qalan digər sahəyə isə bələdiyyə sənədinin olmasını bildirmişdir. Qeyd olunanlara nəzərən bildirilmişdir ki, mübahisəli sahə bağ sahələri üçün ayrılmış ərazilərdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən (arxivdə saxlanılan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına verilmiş JN- 23928D (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məlumatlarına əsasən) baş planda qeyd olunan “A” və “II” saylı tikilinin yerləşdiyi ərazinin şimal hissəsi özəl **** saylı bağ sahəsinin, qərb hissəsi isə 1636 a saylı bağ sahəsinə məxsusdur. Tikilinin kimə məxsus olması barədə bazada məlumat yoxdur. Əlavə olaraq bildirilmişdir ki, müvafiq sorğu nəticəsində əldə olunan məlumatlara əsasən JN-23928D (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Cavabdeh adından alqı-satqı (4Ə/02-*** reyestr nömrəli, ##.##.2005-ci il tarixli müqavilə) yolu ilə maraqlı şəxs1 adına rəsmiləşdirilmişdir.
29. Məhkəmə Ekspertizasi Mərkəzinin # ###### 2025-ci il tarixli, **/**** nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 1637 a saylı bağın torpaq sahəsinin faktiki ölçüsü 900 kv metretr təşkil edir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y
30. 416934.6920 4492302.9110
31. 416929.3390 4492318.4163
32. 416875.8208 4492307.7401
33. 416879.5860 4492291.9180 Iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən, torpaq sahəsi 0,09 ha olan, koordinatları mülki işdə olan Əmlak Məsələləri Dövlət Xidməti maraqlı şəxs2 ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilən, 1637 a saylı bağ sahəsində qaraj və yardımçı tikililər inşa edilmişdir. Iddiaçının iddia ərizəsində sökülməsini iddia etdiyi özbaşına inşa edilmiş tikililər iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən, torpaq sahəsi 0,09 ha olan, koordinatları mülki işdə olan Əmlak Məsələləri Dövlət Xidməti maraqlı şəxs2 ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilən, 1637 a saylı bağ sahəsində inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən (arxivdə saxlanılan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına verilmiş JN-23928D (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məlumatlarına əsasən) baş planda qeyd olunan "A” və “II” saylı tikilinin yerləşdiyi ərazinin şimal hissəsi özəl **** saylı bağ sahəsinin, qərb hissəsi isə 1636 a saylı bağ sahəsinə məxsusdur (sxem-mülki iş materialı səhifə 104). Iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən, torpaq sahəsi 0,09 ha olan, koordinatları mülki işdə olan Əmlak Məsələləri Dövlət Xidməti maraqlı şəxs2 ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilən, 1637 a saylı bağ sahəsinə aid torpaq sahəsi ilə cavabdeh maraqlı şəxs1 JN-*****D saylı kod ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, torpaq sahəsi 0,12 ha olan 1636 a saylı bağ sahəsinə aid torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunur (sxem-mülki iş materialı səhifə 104). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.
34. Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs1 müraciəti əsasında tərtib etdiyi ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 1637 a saylı bağ torpaq sahəsinin yeri bağların bölgü sxemində qeyd edilmədiyindən yerinin müəyyən edilməsi mümkün olmamışdır. Naturada mübahisələndirilən (maraqlı şəxs maraqlı şəxs1 istifadəsində olan) torpaq sahəsi bağların bölgü sxeminə əsasən 1637 a saylı bağın ərazisinə düşmür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsinin 1 saytı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunan koordinatlar bağların bölgü sxeminə əsasən 1637 a saylı bağ torpaq sahəsinə aid deyil. Həmin ərazi bağ sahələrinin sxemində boş, nömrəsiz ərazidir.
35. Hüquq Torpaq Məsələləri və Ekspertiza Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqlı şəxs1 müraciəti əsasında tərtib etdiyi ##.##.2026-cı il tarixli, ** nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqat torpaqların alqı-satqısına dair ##.##.2005-ci il tarixli akta və *** nömrəli ##.##.2005-ci tarixli qərara əsasən Bilgəh Bələdiyyəsi tərəfindən maraqlı şəxs1 satılmış Bilgəh qəsəbəsi ərazisində yerləşən 800 kv metr torpaq sahəsi üzrə aparılır. Təqdim olunmuş torpaqların alqı-satqısına dair ##.##.2005-ci il tarixli aktdan və *** nömrəli ##.##.2005-ci il tarixli qərardan məlum olmuşdur ki, Bilgəh Bələdiyyəsi tərəfindən maraqlı şəxs1 satılmış Bilgəh qəsəbəsi ərazisində yerləşən 800 kv metr torpaq sahəsi ayrılmışdır. Bələdiyyə tərəfindən ayrılmış və cizgidə göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunan koordinatlar daxilində yerləşir. Müraciətdə qoyulmuş suallar təqdim olunmuş sənədlərə əsasən torpaq qanunvericiliyinə uyğun olaraq yerquruluşu qaydasında təkrar araşdırma zamanı məlum olmuşdur ki, bundan əvvəlki “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** saylı rəydə və həmin rəyə əlavə edilmiş ortofoto görüntülərində də qeyd edildiyi kimi, həmin ərazinin bağ torpaq sahələrinin sxemində ****a saylı bağ sahəsi yoxdur. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə həmin bos sahənin koordinatları qeyd edilərək bu ərazi 1637a nömrəsi adı altında göstərilmişdir. Halbuki, bağların bölgü sxemində 1636 və **** saylı bağların qonşuluğunda ****a saylı bağ sahəsi öz əksini tapmamışdır. Iddiaçı tərəfindən sökülməsi iddia edilən tikililər bağ torpaq sahələrinin sxeminə əsasən boş, nömrəsiz ərazidə inşa edilmişdir. Hansı ki, həmin ərazi torpaqların alqı-satqısına dair ##.##.2005-ci il tarixli akta və *** nömrəli ##.##.2005-ci il tarixli qərara əsasən Bilgəh Bələdiyyəsi tərəfindən maraqlı şəxs1 satılmış və koordinatları reyestr xidməti tərəfindən müəyyən edilmiş Bilgəh Bələdiyyəsinə aid torpaqların hüdudları daxilində yerləşir.
36. Bakı şəhəri Sabunçu rayonunun Bilgəh Bələdiyyəsinin ##.##.2026-cı il tarixli, BB- 36- **** saylı məktubunda qeyd olunmuşdur ki, Bilgəh Bələdiyyəsinin 2000-2008-ci illərə aid sənədlərin Arxiv Idarəsinin ##.##.2009-cu il tarixli müvafiq akta əsasən oxunması mümkün olmadığına görə məhv edilmişdir. Ona görə də, X10 # ##### 2005-ci il tarixli *** saylı qərarı ilə maraqlı şəxs1 ayrılmış, Bilgəh qəsəbəsində yerləşən 1636 a saylı bağın 0,08 ha artıq torpaq sahəsinə dair aidiyyəti sənədlərin surətlərinin verilməsi mümkünsüzdür. Həmçinin qeyd edilmişdir ki, maraqlı şəxs1 X21 sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vətəndaşın 2026-cı il üçün 1636 a saylı bağın 0,08 ha artıq torpaq sahəsinə görə bələdiyyə büdcəsinə torpaq vergi borcu yoxdur.
37. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Baş Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-N-****-*/****-C-**** nömrəli məktubunda qeyd edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2005-ci il tarixli, *** saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır.
38. Azərbaycan Respublikası Dövlət Arxivinin Baki filialının # ###### 2026-cı il tarixli, *-**-*F/*-***/**** saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonunun Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif Isgəndərov və Azad Imanov) cavabdeh maraqlı şəxs1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın tam həcmdə rədd edilməsi, iddiaçı İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 150 manatın Məhkəmə Ekspetizası Mərkəzinin xeyrinə tutulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qət edilmişdir.
40. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 18692 (*****) saylı ##.##.2005-ci il tarixli müqavilə üzrə hüquqlarının dövlət qeydiyyatına alınması üçün ##.##.2019-cu il tarixdə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişi ilə ona ünvan 3 ünvanında yerləşən 1637 a saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, ##.##.2019-cu il tarixli ərizəsi üzrə aparılan araşdırma zamanı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 900 kv metr qeyd edilsə də, faktiki 2020 kv metr torpaq sahəsinin ümumi hasar daxilində istifadə edilməkdə olması, elektron kadastr məlumatlarına əsasən onun göstərdiyi ümumi bağ sahəsinin digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi, qeyd olunanlara əsasən hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi bildirilmişdir.
41. maraqlı şəxs2 ##.##.2025-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş İddiaçı məxsus Sabunçu rayonu Bilgəh bağ massivi ****a saylı bağ sahəsinə dair *****(*****) nömrəli müqavilə qovluğunda saxlanılan sənədlərdən görünür ki, İddiaçı ##.##.2005-ci il tarixdə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə təqdim etdiyi ərizəsində Bilgəh bağ massivində uzun illər istifadə etdiyi, ev tikdiyi sahəni qonşuların təsdiq esdiyi sənədlərinə əsasən adına sənədləşdirilməsini xahiş etmiş, bağ qonşusu kimi Bilgəh bağlar massivində ** saylı bağın icarədarı X2, Bilgəh bağlar massivində 12 a saylı bağ sahəsinin icarədarı X6, Bilgəh bağlar massivində **** saylı bağ sahəsinin icarədarı X8 notarial qaydada təsdiq olunmuş ərizələrini Birliyə təqdim etmişdir.
42. Qeyd olunan bağ qonşularının ərizələrinin mətnindən görünür ki, onlar Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət edərək 30 ildən artıq Bilgəh bağlar massivində yerləşən torpaq sahəsində İddiaçı abadlıq işləri aparmasını, sahəyə qulluq etməsini, ağac əkməsini, suvarmasını, bütün gigiyena-sanitar normalarına uyğun olaraq sahəni abadlaşdırıb ev tikməsini bildirib həmin sahənin onun adına sənədləşdirilməsini xahiş etsələr də, ərizələrində özlərinin nə vaxtdan bağ sahibi olduqlarını, iddiaçının bağ sahəsinin ünvanını, torpağının ölçüsünü, bağın nömrəsini, harada yerləşməsini, hansı əsasla iddiaçının bağa sahiblik etməsini göstərməmişlər. Həmin məlumatlar iddiaçının öz ərizəsində də, əksini tapmamış, bağ qonşuları kimi qeyd olunan şəxslərin özlərinə aid müqavilələr ərizələrə əlavə olunmamışdır. Bundan başqa 12 və 12 a saylı bağ sahələrinin iddiaçının iddia etdiyi 1637 a saylı bağ sahəsi ilə qonşu ola bilməsi də inandırıcı deyildir.
43. Daha sonra 2005-ci ildə yazılan ərizələrdən 1971-ci il təvəllüdlü olan iddiaçının 30 il müddətində bağdan istifadəsinin 1975-ci ildən (4 yaşından) başlamalı olmasını, araşdırma zamanı iddiaçının özünə məxsus hər hansı bir tikilinin və ya uzun müddət qayğı göstərdiyi ağacların yerləşdiyi bağ sahəsinin yerini belə göstərə bilməməsini, yeganə sübut növü kimi məhkəməyə təqdim etdiyi 18692 (*****) saylı ##.##.2005-ci il tarixli müqavilədə qeyd olunan torpaq sahəsinin yerləşmə sxeminin olmamasını, məhkəməyə DƏDRX tərəfindən təqdim olunan bağların sxematik xəritəsindən çıxarışdan 1637 a saylı bağ sahəsinin xəritədə qeyd olunmamasını müəyyən edən kollegiya iddiaçının göstərdiyi torpaq sahəsindən nə vaxtsa istifadə etməsini qeyri-mümkün hesab etmişdir.
44. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1637 a nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 18692 (36198 sənəddə olduğu kimi) nömrəli müqavilənin mövcud olması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin arxivində saxlanılması iddiaçının cavabdehə qarşı olan tələblərinin təmin edilməsi üçün yetərli sübut olaraq qəbul edilə bilməz.
45. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ##.##.2021ci il tarixli mütəxəssis rəyi ilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə elektron kadastr baza məlumatlarında olan koordinatlar müqayisə edilərkən iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin yaşayış məntəqəsinin hüdudları daxilində, Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ayrılması nəzərdə tutulan dövlətin mülkiyyətində olan torpaq sahəsinə aid olması, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2005-ci il tarixli *** nömrəli qərarı ilə maraqlı şəxs1 Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2000-ci il tarixli *** saylı Sərəncamı ilə Bilgəh Bələdiyyəsinə ayrılmış dövlət mülkiyyətində olan Bilgəh qəsəbəsi ərazisində yerləşən 1636 a saylı bağın 800 kv metr artıq torpaq sahəsi satılması müəyyən olunmuşdur.
46. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, satıcı Cavabdeh ilə alıcı maraqlı şəxs1 arasında ##.##.2005-ci il tarixdə bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı mülkiyyətində olan sahəsi 0,12 hektar təşkil edən Bakı şəhəri Bilgəh massivində yerləşən 1636 a saylı bağ sahəsini alıcıya satdıqdan sonra torpağın mülkiyyətə verilməsinə dair JN24829D KOD ******** nömrəli ##.##.2005-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhəri ** saylı dövlət notariat kontorunda təsdiq olunmuş ##.##.2005-ci il tarixli *Ə/**-*** saylı alqı-satqı müqaviləsi əsasında 0,12 hektar ****a saylı bağ sahəsinə dair alıcı maraqlı şəxs1 mülkiyyət hüquqları qeydə alınmışdır.
47. Göründüyü kimi, Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı ilə maraqlı şəxs1, DƏDR-də Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə Bilgəh Bələdiyyəsinə ayrılan dövlət torpağı satılmış, iddiaçı təqdim etdiyi 18692 (*****) saylı müqavilə isə ##.##.2005-ci il tarixdə, yəni 6 aydan sonra bağlanmışdır. Bu faktlarda bir daha təsdiq edir ki, iddiaçının təqdim etdiyi müqavilədə qeyd olunan torpaq sahəsi və yerində naturada göstərdiyi torpaq sahəsi, cavabdehin, bir hissəsi mülkiyyətində digər hissəsi isə qanuni əsaslarla sahibliyində və istifadəsində olan, torpaq sahəsi ola bilməz.
48. Məhkəmə təqdim olunan mütəxəssis rəyləri əsasında tərtib olunan ekspert rəylərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin rəylərdən də göründüyü kimi iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə, yəni cavabdehin qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ayrılması nəzərdə tutulan dövlətin mülkiyyətində olan torpaq sahəsinə aid olması, iddiaçının bağ sahəsinin yerləşmə mövqeyi barədə heç bir texniki sənəd təqdim edilməməsi, iddia edilən bağ sahəsinin cavabdehin istifadəsində olan faktiki ölçüsü 2185 kv metr təşkil edən ümumi hasar daxilində yerləşməklə içərisində (228 kv metr ) yaşayış evi və (119 kv metr ) digər tikilinin mövcud olması, mövcud olan tikililərin vahid təsərrüfat şəklində istifadə edilməsi, sxemdə qeyd edilən 119 kv metr ölçüdə olan tikilinin iddaçı tərəfindən iddia edilən, göstərilən torpaq sahəsində yerləşməsi müəyyən edilmişdir.
49. Göründüyü kimi tədqiq olunan rəylərlə də iddiaçının iddia etdyi torpaq sahəsinin cavabdehə aid olması bir daha öz təsdiqini tapmışdır.
50. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası tərəflərin iştirakı ilə torpaq sahəsinə baxış keçirərkən cavabdeh maraqlı şəxs1 məxsus bağ sahəsinə yeganə girişin dəmir darvaza vasitəsi ilə olmasını, bağ sahəsində cavabdehə məxusus fərdi yaşayış evi və gözətçinin yaşayış otağı, qaraj və anbar kimi istifadə olunan tikili yerləşməsini, bağ sahəsinin iddiaçıya deyil, kənar şəxslərə məxsus olan qonşu bağlar ilə əhatə olunmasını, baxış keçirilən bağ sahəsində iddiaçıya məxsus hər hansı bir tikili, iddiaçı tərəfindən əkilən və becərilən ağac və ya hər hansı bir bitkinin olmadığı müəyyən edilmişdir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin hüquqmüəyyənedici sənədlərinin yalnız 0,12 hektar torpaq sahəsinə aid olmasına baxmayaraq, faktiki olaraq 2185 kv metr torpaq sahəsindən istifadə etməsi, yəni sənəddə göstərilən sahədən xeyli artıq torpaq sahəsini hasarlaması və istifadə etməsinin hüquqi əsasları araşdırılmamış, bu artıq sahənin hansı əsasla cavabdehin istifadəsinə keçməsi müəyyən edilməmişdir. Məhkəmə bu mühüm hala hüquqi qiymət verməmiş və nəticədə mülkiyyət hüququnun müdafiəsini təmin etməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi, həmçinin ekspertiza və mütəxəssis rəyləri ilə müəyyən edilmiş halları qəbul etdiyi halda, qətnamədə həmin nəticələrə zidd hüquqi nəticəyə gəlmiş, sübutlar arasında yaranmış ziddiyyətləri aradan qaldırmamış, dövlət arxivində saxlanılan rəsmi sənədlərə deyil, hüquqi qüvvəsi təsdiq edilməyən sənədlərə üstünlük vermişdir. Bununla da məhkəmə sübutların qiymətləndirilməsi, çəkişmə, tərəflərin bərabərliyi və obyektiv araşdırma prinsiplərini pozmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. Cavabdeh kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
55. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
56. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
57. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya
58. Maddə 6. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublkasının Mülki Məcəlləsi
59. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
60. Maddə 6.1. mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir.
61. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır.
62. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
63. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
64. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
65. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
66. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
67. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
68. Maddə 46 (3-cü hissə). Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
69. Maddə 46 (4-cü hissə). Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
70. Maddə 50 (1-ci hissə). Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.
71. Maddə 52 (1-ci hissə). Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır.
72. Maddə 52 (2-ci hissə). Iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.
73. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə
74. Maddə 59 (2-ci hissə). Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
75. Maddə 65 (1-ci hissə). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
76. Maddə 65 (2-ci hissə). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
77. Maddə 65 (3-cü hissə). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
78. Maddə 65 (4-cü hissə). Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
79. Maddə 65 (5-ci hissə). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
80. Maddə 65 (6-cı hissə). Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
81. Maddə 65 (7-ci hissə). Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
82. Maddə 65 (8-ci hissə). Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
83. Maddə 65 (9-cu hissə). Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.
84. Maddə 96 (3-cü hissə). Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.
85. Maddə 73 (1-ci hissə). torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
87. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
89. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
90. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
91. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
92. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
93. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
94. Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
95. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
96. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.