Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1634/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Zeekr 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
2. Sığortaçı Cavabdeh ASC ilə sığortalı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli sığorta müqaviləsi ilə “Zeekr 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh ASC tərəfindən ##.##.2024-cü ildən ##.##.2029-cu il tarixədək avtomobillərin kasko sığortası növündə sığortalanmışdır.
3. İddiaçı ##.##.2025-ci il tarixdə saat 08:11-də Bakı şəhəri, Neftçilər pr. (Port Baku dayanacaq) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “Zeekr 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil maneəni vurma növündə yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi həmin avtomobilə zərər dəymişdir.
4. Həmin yol-nəqliyyat hadisəsinə görə İddiaçı ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla AR İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat cərimə olunmuşdur.
5. “Efendiler Motors” tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli zərərlərin qiymətləndirmə aktına əsasən, “Zeekr 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqaj üstü spoylerinə dəymiş zərər 11.127 manat müəyyən edilmişdir.
6. ##.##.2025-ci il tarixli “Zeekr Azərbaycan “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış məktubla ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa karbon spoyleri “Zeekr Azərbaycan”ın rəsmi servis mərkəzi olan “Efendilər Group” Servis tərəfindən təmir olunmadığı və dəyişdirilməsinin uyğun görüldüyü bildirilmişdir.
7. İddiaçı ##.##.2025-ci il tarixli pretenziya məktubu ilə cavabdehdən 10 gün müddətində “Zeekr 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş arxa karbon spoylerinin təzəsi ilə dəyişdirilməsinin, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “Zeekr Azərbaycan “xxxx” MMC arasında bağlanmış avtomobillərin təmiri və zədələnmiş ehtiyyat hissələrinin təmiri və ya dəyişdirilməsinə dair müqavilənin surətinin göndərilməsinin və ##.##.2025-ci tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar “Zeekr 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa karbon spoylerinin zədələnməsinə dair tərtib olunmuş qüsür aktının göndərilməsinin təmin edilməsini xahiş etmiş, əks halda həmin tələblərlə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
8. “X2 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli zərər məbləğinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, “Zeekr 001 FR” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqajüstü spoylerinə dəymiş zərərin məbləği 11.127 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh ASC-nə (bundan sonracavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində zədələnmiş ehtiyat hissəsi olan karbon spoylerin quraşdırılması xidməti ilə birlikdə dəyəri 11.127 manat, hər gecikdirilən gün üçün (bir il üçün) 4.061 manat dəbbə pulu, hüquqi yardım göstərilməsi üçün ödənilmiş pulun əvəzi 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 123 manat cəmi 15.661 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan qeyd olunan avtomobilə dair ##.##.2024-cü il tarixdə cavabdehlə tam kasko sığorta müqavilə bağlamışdır. Ona sığorta şəhadətnaməsi verilmişdir. Ümumi sığorta haqqı 16.384,60 manatı cavabdehə ödəmişdir. ##.##.2025-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Avtomobilin arxa karbon spoyleri zədələnmişdir. Cavabdeh avtomobillərin təmiri və zədələnmiş ehtiyyat hissələrinin qiymətləndirilməsi və təmiri barədə Zeekr Azərbaycan “xxxx” MMC ilə müqavilə bağlamışdır. İddiaçının şifahi sorğusu əsasında Zeekr Azərbaycan “xxxx” MMC ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “sizə məxsus olan avtomobilin arxa karbon spoyleri Zeekr Azərbaycanın rəsmi servis mərkəzi olan X1 tərəfindən təmir olunmur və dəyişdirilməsi uyğun görülür”. Sığorta hadisəsi ilə əlaqədar qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş sənədlər toplanaraq 2025-ci ilin mart ayında cavabdehə təqdim edilmişdir. Lakin bu günə qədər cavabdeh avtomobilin zədələnmiş arxa karbon spoylerinin dəyişdirilməsi üçün pul ödəməkdən imtina edir. İddiaçı cavabdehə ##.##.2025-ci il tarixdə pretenziya göndərsə də bu günə qədər cavab verməmişdir. Sığorta hadisəsi ##.##.2025-ci il tarixdə baş vermiş, dərhal qeydə alınmış, 2025-ci ilin mart ayında qanunla müəyyən edilmiş qaydada sənədlər toplanaraq cavabdeh təşkilata verilmişdir. Bu günə qədər cavabdeh zərərin qiymətləndirilməsi barədə məlumat verməmiş, tələb olunanda servis tərəfindən qiymətləndirmə cavabının gəlmədiyini əsas gətirərək pul vəsaitini ödəməkdən imtina edir. Efendiler Motors servisi tərəfindən zərərin qiymətləndirilməsi barədə##.##.2025-ci il tarixdə tərtib edilmiş zərərlərin qiymətləndirilməsi aktından görünür ki, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnmiş arxa baqajüstü spoylerin qiyməti 10.950 manat, həmin ehtiyat hissəsinin sökülüb-yığılma xidmətinin qiyməti 177 manat təşkil edir. Cəmi 11.127 manat təşkil edir. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə göndərərək zəruri sənədlərin surətini, ##.##.2025-ci il tarixdə pretenziyanı və təkrar sorğu göndərərək zəruri sənədlərin surətini tələb etsə də bu günə qədər cavab verilməmişdir. Sonradan vəkil sorğusu göndərilsə də sorğuya cavab verilməmişdir. Cavabdeh # ##### 2025ci il tarixdən hal-hazıra qədər sığorta ödənişinin verilməsindən imtina edir. Hesab edir ki, hər gecikdirilən gün üçün ehtiyat hissəsinin dəyərinin 0,1 faizi həcmində dəbbə pulu hesablanmalıdır. Ehtiyat hissəsinin dəyəri 11127 manat x 0.1 % dəbbə pulu= 11.13 manat x 365 günə =4.061 manat dəbbə pulu təşkil edir. Eyni zamanda hüquqi yardım üçün ödənilmiş 350 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 123 manat da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 85-87-ci maddələrinin tələbinə əsasən sübutların təmini məqsədi ilə cavabdehdən Zeekr Azərbaycan “xxxx” MMC ilə bağlanmış avtomobillərin qiymətləndirməsi və təmiri barədə müqavilənin və ##.##.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar avtomobilimin zədələnmiş hissəsinin qiymətləndirilməsi barədə qüsur aktını Cavabdeh tələb edilməlidir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilərək. Cavabdehdən 11.127 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Mübahisə predmeti olan avtomobilə dəymiş zərərin məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, avtomobilin arxa baqajüstü spoylerinə dəymiş zərər Efendiler Motors tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli zərərlərin qiymətləndirmə aktına əsasən 11.127 manat müəyyən edilmişdir.
13. Məhkəmənin təyin etdiyi ekspertizanın rəyi ilə də müəyyən edilmişdir ki, avtomobilin arxa baqajüstü spoylerinə dəymiş zərərin məbləği 11127 manat təşkil etmişdir.
14. Məhkəmə ekspertiza rəyini sübut növü kimi qəbul edərək, onunla razılaşmış, həmçinin qeyd etmişdir ki, ekspert rəyi ilə qiymətləndirmə aktında müəyyən edilmiş məbləğlər eynilik təşkil edir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (yol-nəqliyyat hadisəsi) baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, 11.127 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə həmçinin iddia tələbinin dəbbə pulu ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan, bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir.
17. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 350 manat məbləğində vəkil xidməti xərcinin iddiaçının xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı hüquqi yardımın göstərilməsi məqsədilə vəkilə 300 manat məbləğində ödəniş etmişdir. Bu baxımdan məhkəmə ödənilmiş 300 manat xərci ağlabatan məbləğ hesab edir və hesab edir ki, iddia ərizəsinin həmin tələbi qismən təmin edilərək, 300 manat məbləğində vəkil xidməti xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123 manat alınaraq iddiaçıya verilməlidir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə ## ###### 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın ½ hissəsi, yəni 150 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə ## ###### 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyərinin qalan ½ hissəsi, yəni 150 manat iddiaçı ya aid edilməlidir.
20. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 884.6, 922.1, 922.2, 926.1-ci, “İcbari Sığortalar haqqında” AR Qanunun 4.1, 6.2, 6.6, 7, 13.4, 15.1, 16.2, 18.1, 18.2, 20.2, 20.5, 56.1.2-ci, habelə MPM-nin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə təkrar ekspertiza keçirilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsi təyin edilmiş ekspertizanın keçirilməsi bu sahədə xüsusi təcrübəyə və səlahiyyətə malik olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə deyil, “X2 Mərkəzi” MMC-yə həvalə edilmişdir. “X2 Mərkəzi” MMC tərəfindən verilmiş rəy “xxxx” tərəfindən iddiaçıya verilmiş zərərin qiymətləndirilməsi aktı ilə eynilik təşkil etməsinə baxmayaraq, məhkəmə bu halı şübhəli hal kimi qiymətləndirməmiş və cavabdeh üçün əhəmiyyətli hal olmasına baxmayaraq, verilmiş təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti təmin edilməmişdir.
23. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, “Zeekr 001 FR” modelində arxa karbon spoyler yalnız vizual detal deyil, həm də yüksək sürətlərdə avtomobilin stabilliyini təmin edən aerodinamik funksional komponentdir. Quad-motor sistemi və 280 km/saatadək maksimal sürəti nəzərə alınarsa, bu hissənin mexaniki bütövlüyü təhlükəsizlik üçün kritikdir. Karbon lifli konstruksiyalarda zədələnmə çox zaman yalnız səthdə görünmür. Təbəqələr arasında delaminasiya, lif qırılması və çatların mövcudluğu yalnız xüsusi NDT metodları ilə aşkarlana bilər. Bu səbəbdən kosmetik bərpa zahirən mümkün görünsə də, struktur etibarlılığını təmin etmir. Beynəlxalq istehsalçıların təcrübəsi göstərir ki, karbon lifli hissələr yalnız “Orijinal Avadanlıq istehsalçısı”nın təsdiqlədiyi prosedurlar çərçivəsində təmir edilə bilər. Prosedur olmadıqda, hissənin dəyişdirilməsi məcburi sayılır. Arxa karbon spoylerin struktur zədəsi aerodinamik qüvvələr altında hissənin qopmasına və ya funksional itkilərə səbəb ola bilər. Bu sürücünün və digər yol iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaradar. Bundan əlavə, qeyrirəsmi təmir işləri avtomobilin zəmanət hüquqlarının itirilməsinə səbəb ola bilər. Yuxarıda göstərilən texniki və hüquqi əsaslara uyğun olaraq, “Zeekr 001 FR” modelinin arxa karbon spoylerinin təmir edilməsi məqsədəuyğun hesab edilmir. Struktur zədələrin tam aradan qaldırılması və avtomobilin təhlükəsiz istismarı yalnız yeni “Orijinal Avadanlıq İstehsalçısı” hissəsinin quraşdırılması ilə təmin edilə bilər. Bu mövqe rəsmi idxalçı “Efendiler Group” tərəfindən də əsas götürülmüşdür. Göründüyü kimi “X2 Mərkəzi” MMC tərəfindən verilmiş rəydə ehtiyyat hissəsinin yalnız dəişdirilməsi müəyyən olunmuşdur. Bu rəy həm də idxalçı müəssisənin rəyi ilə tam üst-üstə düşür. Bu da rəyin tam, obyektiv və qanunun tələblərinə üyğun əsaslandırılmasını sübut edir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Rəşid Səmədov (sədrlik edən, məruzəçi), Sabit Bəhramzadə və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi bu sahədə xüsusi təcrübəyə və səlahiyyətə malik olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə deyil, “X2 Mərkəzi” MMC-yə həvalə edilməsi barədə cavabdehin əsas dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, AR MPM-nin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Həmin maddənin tələbindən göründüyü kimi, məhkəmə rəyin alınması yalnız Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə deyil, bu sahədə xüsusi biliyə malik olan digər ekspertə (mütəxəssisə) müraciət edə bilər. Belə olan halda cavabdehin bu dəlilini əsassızdır.
27. Cavabdeh apellyasiya şikayətində həmçinin “X2 Mərkəzi” MMC tərəfindən verilmiş rəyin “xxxx” tərəfindən iddiaçıya verilmiş zərərin qiymətləndirilməsi aktı ilə eynilik təşkil etməsi halı şübhəli hal kimi qiymətləndirmiş və təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, “X2 Mərkəzi” MMC ona dövlət tərəfindən verilmiş lisensiya əsasında fəaliyyət göstərən bir qurumdur və verdiyi hər bir rəyə görə məsuliyyət daşıyır. Belə olan halda, məhkəmə kollegiyası “X2 Mərkəzi” MMC tərəfindən verilmiş rəyin “xxxx” tərəfindən iddiaçıya verilmiş zərərin qiymətləndirilməsi aktı ilə eynilik təşkil etməsi, həmin qiymətləndirmənin şübhəli olması anlamına gəlmir. Belə olan halda, cavabdehin bu dəlili əsassızdır, həmin rəydə göstərilən zərərin məbləğinin sübut kimi qəbul edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə düzgündür.
28. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 884.3, 884.6, 888.1, 903.1, 922.1, 922.2, 925.2, 925-1.1, 926.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Zeekr” avtomobillərinin Azərbaycan Respublikasında rəsmi distrbyuteri olan “xxxx” MMC-nin verdiyi qiymətləndirilmə aktında karbon spoylerin dəyərinin 11.127 manat göstərilməsi və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanı aparmış “X2 Mərkəzi” MMC-nin bu rəqəmi olduğu kimi özünün qiymətləndirmə aktına daxil etməsi, bu rəqəmin düzgünlüyünə şübhə yaratmışdır. “X2 Mərkəzi” MMC-nin fəaliyyət predmeti ekspertizanın aparılması və zərərin müəyyən edilməsi deyil, hər hansı daşınar və ya daşınmaz əmlakın qiymətləndirilməsindən ibarətdir. Ona görə də birinci instansiya məhkəməsinin hakimi tərəfindən zərərin müəyyən edilməsi üzrə ekspertizanın, bu sahədə böyük təcrübəsi olan Məhkəmə Ekspertiza Mərkəzinə deyil, qiymətləndirmə şirkətinə tapşırması, qətnamənin qeyri-obyektivliyinə və əsassızlığına yol açmışdır. Məhz bu səbəblərdən cavabdeh təkrar ekspertizanın təyin edilməsi və onun keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsini istəmişdir. Lakin, apellyasiya məhkəməsi cavabdehin təkrar ekspertizanın keçirilməsi haqqında bu tələbini təmin etməmiş və bunu belə əsaslandırmışdır ki, “X2 Mərkəzi” MMC ona dövlət tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən bir qurumdur və verdiyi hər bir rəyə görə məsuliyyət daşıyır”. Bununla bağlı qeyd edilməlidir ki, sığorta hadisəsi nəticəsində zərərin müəyyən edilməsi qiymətləndiricinin deyil, ekspertin işidir və qiymətləndiricinin lisenziyasının olub-olması bu halı dəyişdirə bilməz. Bu halda qiymətləndiricinin malik olduğu xüsusi biliklər, sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi məqsədilə keçirilən ekspertiza üçün kifayət etmir və ədalətsiz qətnamənin çıxarılmasına yol açır. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi üzrə ekspertiza tamamilə başqa bir sahədə xüsusi biliklər tələb edir və məhz əmtəəşünas ekspert tərəfindən aparılmalı idi. Həmçinin Cavabdeh ASCnin nümayəndəsi qiymətləndirilmənin aparılmasında iştirak etməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
35. Maddə 883.1. sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
36. Maddə 884.3 Sığortaçı könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
37. Maddə 884.6 Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
38. Maddə 888.1 Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
39. Maddə 903.1 Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
40. Maddə 922.1 Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
41. Maddə 922.2 Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
42. Maddə 925.2 Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.
43. Maddə 925-1.1 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır.
44. Maddə 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 47.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 48.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 49.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 50.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 51.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Cavabdeh kassasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yolxanılmalıdır.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
54. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
56. Belə ki, ekspertizanın keçirilməsi bu sahədə xüsusi təcrübəyə və səlahiyyətə malik olan AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinə deyil, “X2 Mərkəzi” MMC-nə həvalə edilməsi barədə cavabdehin dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, AR MPMnin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər.
57. Həmin maddənin tələbinə görə, məhkəmə rəyin alınması üçün AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinə deyil, bu sahədə xüsusi biliyə malik olan digər ekspertə (mütəxəssisə) müraciət edə bilər.
58. Cavabdeh apellyasiya şikayətində həmçinin “X2 Mərkəzi” MMC tərəfindən verilmiş rəyin “xxxx” tərəfindən iddiaçıya verilmiş zərərin qiymətləndirilməsi aktı ilə eynilik təşkil etməsi halı şübhəli hal kimi qiymətləndirmiş və təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir.
59. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, “X2 Mərkəzi” MMC ona dövlət tərəfindən verilmiş lisensiya əsasında fəaliyyət göstərən bir qurumdur və verdiyi hər bir rəyə görə məsuliyyət daşıyır.
60. Belə olan halda, apellyasiya məhkəməsi “X2 Mərkəzi” MMC tərəfindən verilmiş rəyin “xxxx” tərəfindən iddiaçıya verilmiş zərərin qiymətləndirilməsi aktı ilə eynilik təşkil etməsi, həmin qiymətləndirmənin şübhəli olması anlamına gəlmir.
61. Bu baxımdan cavabdehin bu dəlili əsassızdır, həmin rəydə göstərilən zərərin məbləğinin sübut kimi qəbul edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni əsaslı olmuşdur.
62. Beləliklə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz və birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
63. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.