Məhkəmə qərarları › İş №2(1-8)-1646/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1646/2026

15.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1646/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı istifadəsində olan ünvan Ünvan ünvanı üzrə Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi əsası ilə Təbii X6nın pozulması haqqında aşağıdakı aktlar tərtib olunmuşdur: - ******* saylı, ## #### 2016-cı il tarixli, - ******* saylı, ## ####### 2016-ci il tarixli, - ******* saylı, ## ###### 2016-ci il tarixli, - ******* saylı, ## ###### 2016-ci il tarixli, - ******* saylı, ## ###### 2017-ci il tarixli, - ******* saylı, ## ##### 2017-cı il tarixli, - ******* saylı, ## #### 2017-ci il tarixli, - ******* saylı, ## ####### 2017-ci il tarixli, - ******* saylı, ## ###### 2017-ci il tarixli, - ******* saylı, ## ###### 2018-ci il tarixli, - ******* saylı, ## ###### 2018-ci il tarixli, - ******* saylı, ## #### 2018-ci il tarixli, - ******* saylı, ## ##### 2018-ci il tarixli, - ******* saylı, ## ### 2018-ci il tarixli, - ******* saylı, ## #### 2018-ci il tarixli, - ******* saylı, ## ######## 2018-ci il tarixli, - ******* saylı, ## ####### 2018-ci il tarixli, - ******* saylı, ## ###### 2018-ci il tarixli, - ******* saylı, ## ###### 2018-ci il tarixli, - ******* saylı, ## ###### 2019-cu il tarixli, - ******* saylı, ## ###### 2019-cu il tarixli, - ******* saylı, ## #### 2019-cu il tarixli, - ******* saylı, ## ##### 2019-cu il tarixli, - ******* saylı, ## ### 2019-cu il tarixli, - ******* saylı, ## #### 2019-cu il tarixli, - ******* saylı, ## #### 2019-cu il tarixli, - ******* saylı, ## ###### 2019-cu il tarixli, - ******* saylı, ## ######## 2019-cu il tarixli, - ******* saylı, ## ####### 2019-cu il tarixli, - ******* saylı, ## ###### 2019-cu il tarixli, - ******* saylı, ## ###### 2019-cu il tarixli, - ******* saylı, ## ###### 2020-ci il tarixli, - ******* saylı, ## #### 2020-ci il tarixli, - ******* saylı, ## ##### 2020-ci il tarixli, - ******* saylı, ## ##### 2021-ci il tarixli, - ******* saylı, ## ####### 2021-ci il tarixli, - ******* saylı, ## ###### 2021-ci il tarixli, - ******* saylı, ## ###### 2021-ci il tarixli, - ******* saylı, ## ###### 2022-ci il tarixli, - ******* saylı, ## ###### 2022-ci il tarixli, - ******* saylı, ## #### 2022-ci il tarixli, - ******* saylı, ## ##### 2022-ci il tarixli.

2. Abonent saldosuna əsasən Iddiaçı 2016-cı ilə - 634 manat, 2017-ci ilə - 1432,80 manat, 2018-ci ilə - 1879 manat, 2019-cu ilə - 1080 manat, 2020-ci ilə - 818,90 manat, 2021-ci ilə - 2383,20 manat, 2022-ci ilə - 1788,48 manat məbləğində borc hesablanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 10936,38 manat məbləğinin abonentin hesab kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Iddiaçı faktiki olaraq ünvan Ünvan ünvanında yaşayır. ## #### 2010-cu ildə Cavabdeh IB tərəfindən ünvan Ünvan ünvanına iddiaçı Iddiaçı iştirakı ilə küçədə G-4 Itron-smart tipli, ****AQ*********** №-li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana *************** №-li kod verilmiş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT tərtib edilməmiş və abonent ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. Əhali üçün nəzərdə tutulmuş təbii qazın təzyiqi həddindən çox aşağı olduğu səbəbindən abonent elektrik enerjisindən istifadə etməyə üstünlük vermişdir. ## #### 2018-ci ildə, isti yay ayında, təbii qaza tələbatın olmadığı mövsümdə, abonentin iştirakı olmadan, Cavabdeh IB tərəfindən ünvan Ünvan ünvanda quraşdırılmış sayğaca abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirərkən guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana aid olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və qeyd olunan faktla bağlı 1332 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Isparov Ixtiyar, Əliyev Ürfan və Məmmədov Ceyhun tərəfindən ## #### 2018-ci ildə ******* №-li AKT tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana heç kim dəvət olunmamış və həmin AKT heç kimə təqdim edilməmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-trassoloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

6. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilən ## ####### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh IB tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin düzgünlüyü haqqında rəy vermək mümkün deyil, həmin aktlar üzrə hesablanmış dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Hacıyeva) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, ünvan 2 ünvanı (abonent kodu: 100454026500000 olan) üzrə abonentə hesablanmış: “Təbii X6nın pozulması haqqında” ******* saylı, ## #### 2016-cı il tarixli, ******* saylı, ## ####### 2016-cı il tarixli, ******* saylı, ## ###### 2016-cı il tarixli, ******* saylı, ## ###### 2016-cı il tarixli, ******* saylı, ## ###### 2017-ci il tarixli, ******* saylı, ## ##### 2017-ci il tarixli, ******* saylı, ## #### 2017-ci il tarixli, ******* saylı, ## ####### 2017-ci il tarixli, ******* saylı, ## ###### 2017-ci il tarixli, ******* saylı, ## ###### 2018-ci il, ******* saylı, ## ###### 2018-ci il tarixli, ******* saylı, ## #### 2018-ci il tarixli, ******* saylı, ## ##### 2018-ci il tarixli, ******* saylı, ## ### 2018-ci il tarixli, ******* saylı, ## #### 2018-ci il tarixli, ******* saylı, ## ######## 2018-ci il tarixli, ******* saylı, ## ####### 2018-ci il tarixli, ******* saylı, ## ###### 2018-ci il tarixli, ******* saylı, ## ###### 2018-ci il tarixli, ******* saylı, ## ###### 2019-cu il tarixli, ******* saylı, ## ###### 2019-cu il tarixli, ******* saylı, ## #### 2019-cu il tarixli, ******* saylı, ## ##### 2019-cu il tarixli, ******* saylı, ## ### 2019-cu il tarixli ******* saylı, ## #### 2019-cu il tarixli, ******* saylı, ## #### 2019-cu il tarixli, ******* saylı, ## ###### 2019-cu il tarixli, ******* saylı, ## ######## 2019-cu il tarixli, ******* saylı, ## ####### 2019-cu il tarixli, ******* saylı, ## ###### 2019-cu il tarixli, ******* saylı, ## ###### 2019-cu il tarixli, ******* saylı, ## ###### 2020-ci il tarixli, ******* saylı, ## #### 2020-ci il tarixli, ******* saylı, ## ##### 2020-ci il tarixli, ******* saylı, ## ##### 2021-ci il tarixli, ******* saylı, ## ####### 2021-ci il tarixli, ******* saylı, ## ###### 2021-ci il tarixli, ******* saylı, ## ###### 2021-ci il tarixli, ******* saylı, ## ###### 2022-ci il tarixli, ******* saylı, ## ###### 2022-ci il tarixli, ******* saylı, ## #### 2022-ci il tarixli, ******* saylı, ## ##### 2022-ci il tarixli aktlar üzrə cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən hesablanmış 9771,58 manat məbləğində borcun silinməsi, cavabdeh Cavabdeh Istehsalat Birliyindən 117,71 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, 64 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdeh Istehsalat Birliyindən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Iddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona aktlar tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 10936,38 manat məbləğində borc tələb edilmişdi.

9. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır.

10. Təqdim edilmiş aktla bağlı məhkəmə qeyd etmişdir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir.

11. Belə ki, “X6”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Lakin işdən görünmüşdür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının X6nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.

13. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz.

14. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktla göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Bununla yanaşı, laborator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır.

15. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 10936,38 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etməmişdir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, iş materiallarında mövcud olan aktlara əsasən qaz sərfinə görə hesablanmış 9771,58 manat məbləğində borc silinməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessual hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X6nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Qeyd edilir ki, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etməklə Birliyə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına onlar tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilən ## ###### 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “X6”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli, *** nömrəli Qərarı ilə müəyyən edilmişdir. “X6”nın 6.5-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunvericiliyin bu tələbini analogiya kimi qəbul edərək əvvəlki dövrlərə aid etsək 2016-2022-ci illərdə qazdan qanunsuz istifadəyə görə itirilmiş qazın həcmi aşağıdakı kimi hesablana bilər. Daxil olmuş sənədlərdə sözügedən yaşayış evində həmin illərdə aşağıda sadalanan qaz qurğularından istifadə olunduğunu göstərilmişdir: 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi; 1 ədəd dəmir soba; 1 ədəd qənaətli su qızdırıcı. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “X6”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə esaslanaraq, iddiaçının fərdi yaşayış hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün 1 x 1,2 m³ x 12 saat x 30 gün =432 m³ 1 ədəd dəmir sobası üçün 1 x 1,4 m³ x 12 saat x 30 gün= 504 m³ 1 ədəd qənaətli su qızdırıcı üçün 1 x 1.5 m³ x 12 saat x 30 gün= 540 m³. Cəmi 1476 m³ təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün 1 x 1,2 m³ x 12 saat x 30 gün =432 m³ 1 ədəd qənaətli su qızdırıcı üçün 1 x 1.5 m³ x 12 saat x 30 gün=540 m³. Cəmi 972 m³ təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2016-cı il üzrə - 1.5 qış ayı x 1476 m³ + 0.5 yay x 972 m³ = 2700 m³ 2017-ci il üzrə - 2.5 qış ayı x 1476 m³ + 2.5 yay x 972 m³ = 6120 m³ 2018-ci il üzrə - 5 qış ayı x 1476 m³+ 7 yay x 972 m³ = 14184 m³ 2019-cu il üzrə - 5 qış ayı x 1476 m³ + 7 yay ayı x 972 m³ = 14184 m³ 2020-ci il üzrə - 2.5 qış ayı x 1476 m³ +0.5 yay ayı x 972 m³ = 4176 m³ 2021-ci il üzrə - 3 qış ayı x 1476 m³ + 2 yay ayı x 972 m³ = 6372 m³ 2022-ci il üzrə - 3.5 qış ayı x 1476 m³ + 0.5 yay ayı x 972 m³ = 5652 m³ Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə Itirilmiş qazın dəyəri 2016-cı il üzrə 1700 m³ x 0.10 man + 1000 x 0.20 man = 370 manat 2017-cı il üzrə 1700 m³ x 0.10 man + 4420 x 0.20 man = 1054 manat 2018-cı il üzrə 1700 m³ x 0.10 man + 12484 x 0.20 man = 2666.80 manat 2019-cu il Yanvar-Aprel ayları üzrə 1700 m³ x 0.10 man + 3466 x 0.20 man = 863.20 manat, May-Dekabr ayları üzrə 9018 m³ x 0.2 man = 1803.60 2020-ci il üzrə 2200 m³ x 0.10 man +1976 x 0.20 man = 615.20 manat 2021-ci il Yanvar-Aprel ayları üzrə: 2200 m³ x 0.10 manat + 1021m³ x 0.20 manat = 424.20 manat 2021-ci il Oktyabr-Dekabr ayları üzrə: 1200 m³ x 0.10 manat + 1951 m³ x 0.20 manat = 510.20 manat 2022-ci ilin yanvar-aprel ayları üzrə 1200 m³ x 0.10 man +1300 m³ x 0.20 man + 3152 m³ x 0.25 manat = 788 olmaqla cəmi 1168 manat təşkil edə bilər. Cavabdeh tərəfindən 2022-ci ilin aprel ayına qədər tərtib edilmiş aktlar üzrə aparılmış hesabatlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8 bəndinin tələbinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 10016.38 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mülki işin araşdırılan halları baxımından iddia tələbinin qismən 9771,58 manata dair hissədə təmin edilməsi ilə bağlı rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir.

24. Belə ki, cavabdeh tərəfindən sayğaca baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır.

25. Həmçinin, cavabdeh keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

26. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 6.2, 448.2-ci, “Qaz təchizatı haqqında” Qanunun 21.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində (iddianın təmin edilən hissəsində) ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 5, 425.1-ci, Mülki Prosessual Məcəllənin 88, 217.2-ci maddələrinin tələbləri pozulmuşdur.

29. Belə ki, iddiaçının hərəkətləri vicdanlılığın tələb etdiyi tərzdə olmadığı halda məhkəmə bununla bağlı heç bir qiymətləndirmə aparmamışdır. Birinci instansiya məhkəməsi, o cümlədən apellyasiya məhkəməsi tərəfindən sübutlar hərtərəfli araşdırılmamışdır. Məhkəmə ## #### 2025-ci il tarixli, */*** nömrəli ekspert rəyini digər sübutlarla, yəni aktlarla, saldolarla, şəkillərlə əlaqəli şəkildə tədqiq etməmişdir. Tədqiq edilmiş olsaydı mübahisəli dövrdə bütün aktlara əlavə edilmiş şəkillərdə xəttə qoşulmanın xətt üzərində yeni qaynaq vasitəsi ilə açılmış nöqtə vasitəsi ilə deyil, boru sonluğunun qapadıcısının yivlə açılaraq, yerinə şlanq (rezin boru) vasitəsi ilə qoşulması üsulu ilə qoşulmanın həyata keçirildiyi dərhal müşahidə edilərdi. (Hər dəfə aktlar tərtib edildikdən sonra qeyri-qanuni qoşulma aradan qaldırıldığından, yeni qoşulmalar uzun müddət bir dövrü əhatə etdiyi üçün müxtəlif sübutlara obyektiv, tarixlərdə həmin şlanqların ölçüsü, rəngi də müxtəlif olmuşdur). Iki halda isə (## ##### 2021-ci il tarixli qərəzsiz, hərtərəfli və tam ******* nömrəli və ## ####### 2021-ci ******* saylı, aktlar) iddiaçı tərəfindən sayğacın tərsinə baxdıqdan sonra həmin quraşdırılması və sayğacın çıxış və giriş yerinin dəyişdirilməsi müəyyən edilmişdir. Qeyd edilən sübutlara tətbiq edilməli səbəblərdən xətt üzərində heç bir iz də qala bilməzdi. Nəticədə də ekspertiza rəyinin iş üçün əhəmiyyətli olan heç bir halı müəyyən etmədiyini görünsə də, məhkəmə ona mötəbər sübut kimi müvafiq olaraq qiymət vermişdir.

30. Məhkəmələr “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun iddianı təmin edərkən 13-cü maddəsinin 8-ci hissəsinə dəfələrlə istinad etmişlər. (Həmin maddənin tələbinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz) - qeyd edilmişdir ki, mübahisələndirilən borc məbləği sayğaca müdaxilə faktı ilə bağlı deyil, iddiaçının qaz xəttinə sayğacdankənar qoşulmaqla istehlak edilən qazın sayğacdan keçməməsi və informasiyanın əks olunmaması, beləliklə də ödəniş etmədən təbii qazdan istifadə edilməsi faktı ilə bağlı olmuşdur. Iş üzrə heç bir akt sayğaca müdaxilə nəticəsində hesablanan borc məbləği ilə bağlı olmamış, hamısı qeyri-qanuni qoşulma faktı ilə bağlı olmuşdur. Iddiaçı qeyri-qanuni əməlləri nəticəsində məqsədinə, üstəlik məhkəmə tərəfindən əməlinə haqq qazandırılmasına da nail olmuşdur. Belə ki, ## ###### 2013 tarixdə quraşdırılmış ****AQ*********** saylı, sayğac ##/##/2020 tarixdə *********** saylı, sayğacla, həmin sayğac isə ## ######## 2022 tarixdə 0189211540647 sayğacla əvəz edilmişdir. ## ###### 2013-cü il tarixdən ## ##### 2020-ci ildə əvəz edilənədək ****AQ*********** saylı, sayğac üzrə iddiaçı tərəfindən cəmi 25 manat ödəniş edilmişdir. Bu isə daimi yaşayış olan fərdi yaşayış evində 25 manat ödəniş etməklə 7 il ərzində təbii qazdan qanuni şəkildə istifadə olunmasını ağlabatan fərziyyə halına gətirmir. Halbuki, məhkəmələr əksini inkar etməklə elə bu faktı ağlabatan hesab etmişlər.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

36. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8-ci maddəsinə (## ### 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13.1-8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir. 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nın: 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-ci bəndinə (## #### 2023-cü il tarixli dəyişikliklərlə) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparmış, o cümlədən mütəxəssis rəyini almış, toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlmişdir.

41. Kassasiya şikayətinin dəlilləri cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktların əsaslı olmasına yönəldilmişdir. Lakin, qeyd olunan aktlar iddiaçı tərəfindən cavabdehə ziyanın vurulmasının sübutu kimi qiymətləndirilə bilməz.

42. Belə ki, məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, X6nın (həm ## #### 2023-cü il tarixdən əvvəl olan redaksiyada, həm də, hazırkı redaksiyada) tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, abonentə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində abonentdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq, aidiyyəti qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən əlavə olaraq inzibati xəta və ya cinayət icraatının başlanılması üçün müvafiq tədbirlər görmək vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyulmuşdur.

43. Lakin, cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra bilməmiş, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, o cümlədən birtərəfli qaydada müvafiq aktlar tərtib edib, zərər hesablasa da, həmin zərərin istehlakçının təqsirindən yaranmasına dair müvafiq orqanın və ya məhkəmənin qərarı alınmamışdır.

44. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar