Məhkəmə qərarları › İş №2(1-8)-1657/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1657/2026

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1657/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: alğı-satqı müqaviləsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. İddiaçı MMC-nin Zərdab filialı ilə fermer Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli ** nömrəli müqaviləyə görə, İddiaçı MMC Cavabdeh məxsus Zərdab rayonu Bəyimli kəndi ərazisində yerləşən 300 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddət, qiymət, həcmdə və keyfiyyətlə yerinə yetirilməsi, fermer isə tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Filiala təhvil verilməsini, Filial isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. ## #### 2021-ci il tarixli PAM******** nömrəli ödəniş tapşırığına əsasən, İddiaçı MMC tərəfindən “xxxx” ASC-nin Gəncə filialı vasitəsi ilə Cavabdeh hesabına 8.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

3. ## ###### 2021-ci il tarixli PAM******** nömrəli ödəniş tapşırığına əsasən, İddiaçı MMC tərəfindən “xxxx” ASC-nin Gəncə filialı vasitəsi ilə Cavabdeh hesabına 10.200 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

4. İddiaçı MMC-nin Zərdab filialı ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli 08 nörməli müqaviləyə görə, İddiaçı MMC Cavabdeh məxsus Zərdab rayonu Bəyimli kəndi ərazisində yerləşən 100 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddət, qiymət, həcmdə və keyfiyyətlə yerinə yetirilməsi, fermer isə tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Filiala təhvil verilməsini, Filial isə onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

5. # ###### 2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktında qeyd edilmişdir ki, İddiaçı MMC-nin Zərdab filialının direktoru X1, “xxxx” MMC-nin Zərdab filialının baş mühasibi X5, İddiaçı MMC-nin Zərdab filialının mexaniki dispetçeri X2, İddiaçı MMC-nin Zərdab filialının baş aqronomu X3 və fermer Cavabdeh iştirakı ilə tərtib edilən akta əsasən Zərdab rayonu Bəyimli kənd sakini Cavabdeh ilə İddiaçı MMC-nin Zərdab filialı arasında bağlanmış ** nömrəli müqavilənin icrası ilə bağlı # ###### 2022-ci il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və Cavabdeh İddiaçı MMC-nin Zərdab filialına 91.109,76 manat borcu qaldığı müəyyən edilmişdir.

6. # ###### 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı MMC-nin Zərdab filialının direktoru X1, İddiaçı MMC-nin Zərdab filialının baş mühasibi X5, İddiaçı MMC-nin Zərdab filialının mexaniki dispetçeri X2, İddiaçı MMC-nin Zərdab filialının baş aqronomu X3 və fermer Cavabdeh iştirakı akt tərtib edilmişdir ondan ötrü ki, Zərdab rayonu Bəyimli kənd sakini Cavabdeh ilə İddiaçı MMC-nin Zərdab filialı arasında bağlanmış ** nömrəli müqavilənin icrası ilə bağlı # ###### 2022-ci il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və Cavabdeh İddiaçı MMC-nin Zərdab filialına 78.750,94 manat borcu qaldığı müəyyən edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud MMC) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 78.750,94 manat məbləğində borcun və ödənilmiş 326,25 manat dövlət rüsumu tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə aralarında bağlanmış ## ###### 2020-ci il tarixli ** nömrəli alğı-satqı müqaviləsinə əsasən, sonuncu Zərdab rayonu Bəyimli kəndi ərazindən 200 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 246.355,68 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam pambıqla ödəməyi və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 5.792 manat çöp doğrama, 28.173 manat məbləğində 1-ci şum, 216 manat məbləğində 2-ci şum, 1.540 manat məbləğində tanden disk çəkmə, 7.049,50 manat məbləğində ritasiyon mala, 3.550 manat məbləğində kanal doldurma, 1.180 manat məbləğində sahə daxili kanal çəkilişi, 245 manat məbləğində çiyid səpini, 5.520 manat məbləğində gübrə ilə çiyid səpini, 1.520 manat məbləğində kultivasiya, 11.305 manat məbləğində gübrə ilə kultivasiya, 240 manat məbləğində ritasiyon kultivasiya, 1.520 manat məbləğində ritasiyon kultivasiya, 10.010 manat məbləğində dərman səpini, 20.090 manat məbləğində maşınla 14-cü üz pambıq yığımı, 16.020 manat məbləğində maşınla 2-ci üz pambıq yığımı, 18.200 manat məbləğində nağd becərmə, avans pulu, 17.638,40 manat məbləğində çiyid, 78.560,78 manat məbləğində dərman gübrə, cəmi 246.355,68 manat dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 155.245,92 manat məbləğində 224.779,88 kq. xam-pambıq təhvil verilmiş, bununla da iddiaçıya 91.109,76 manat borcu qalmışdır. 2022-ci il mövsümündə çəkilmiş 45.096,10 manat xərcə qarşı 57.454,92 manat məbləğində xam-pambıq təhvil vermişdir. Cavabdehin alacağı 12.358,80 manat məbləği nəzərə alınmaqla iddiaçıya yekun 78.750,94 manat borcu qalmışdır. Cavabdehin iddiaçıya borclu qalması barədə hər iki tərəfin imzası ilə təsdiq olunmuş iş və xidmətlərin yerinə yetirilməsi barədə # ###### 2022-ci il və # ###### 2023-cü il tarixli aktlar və sair sənədlər təsdiq edilmişdir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəbdən yayınmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir müsbət nəticə əldə edilməmişdir.

9. Daşkəsən Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia təmin edilərək, cavabdeh Cavabdeh 78.750,94 manat məbləğində borc tutulub iddiaçı MMC-nin hesabına ödənilməsi; Ödənilmiş 326,25 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutulub iddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MMC-nin Zərdab filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2020-ci il tarixli ** nömrəli alğı-satqı müqaviləsinə əsasən Zərdab rayonu, Bəyimli kəndi ərazisində 200,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 246.355,68 manat dəyərində işlər və xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da, 155.245,92 manat məbləğində 224.779,88 kq. xampambıq təhvil verilmiş, bununla da iddiaçıya 91.109,76 manat borcu qalmışdır. 2022-ci il mövsümündə çəkilmiş 45.096,10 manat xərcə qarşı 57.454,92 manat məbləğində xam-pambıq təhvil vermişdir. Cavabdehin alacağı 12.358,80 manat məbləği nəzərə alınmaqla iddiaçıya yekun 78.750,94 manat borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir.

11. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1 389.1, 442, 443.1, 445.1, 448.1, 567 və 598.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216.1, 217.1, 217.4, və 218.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilədəki imzanın ona məxsus olması mübahisəli olduğundan bu müqavilə etibarsız hesab edilməlidir. Onun, ümumiyyətlə Daşkəsən Rayon Məhkəməsində işin gedişatından xəbəri olmamış, məhkəmədə iştirakının təmin edilməməsi iddiaçının sübutlarının əsassız olaraq keçərli olmasına gətirib çıxartmışdır. Lakin, bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlər və oradakı sənədlərdə olan imzalar ona məxsus deyil və iddiaçı müəssisənin rəhbərliyi tərəfindən saxtalaşdırılmışdır. Iddiaçının təqdim etdiyi sənədlərdəki imza nüsxələrinə nəzər saldıqda həmin imzaların bir-birindən fərqlənməsini açıq-aydın müəyyən etmək olur. Qətnamədə göstərilən ## ###### 2020-ci il tarixli ** nömrəli alğı-satqı müqaviləsinin tərəfindən imzalanıb-imzalanmadığını dəqiq xatırlamır. Lakin həmin müqavilənin onun adına yazılmasına baxmayaraq, bu müqavilədə göstərilən hallarla bağlı heç bir məlumatı və iştirakı olmayıb və buna görə heç bir öhdəlik daşımır. Belə ki, “xxxx” MMC-də işini yerinə yetirib əmək haqqı alan bir əməkdaş olmuşdur. Sonradan isə ona məlum olub ki, “xxxx” MMC-nin təsisçisi və direktoru Dəyanət Cəfərov onu “aqranom” vəzifəsində işə qəbul edib və 2021-ci ilin may ayında isə onun xəbəri olmadan işdən azad edib. Iddia ərizəsində qeyd edilən xidmətlərin yerinə yetirilməsi barədə ##.##.2022 və ##.##.2023-cü il tarixli aktlardakı (üzləşmə aktı) imzalarla bağlı isə birmənalı olaraq bildirir ki, oradakı imzalar ümumiyyətlə ona məxsus deyil. 2021-ci ilin may ayında işdən azad edilmiş bir şəxs necə ##.##.2022 və ##.##.2023-cü illərdə aktlara imza çəkə bilərdi. Əlavə olaraq qeyd edir ki, müəssisədə bir işçi (fiziki şəxs) olaraq hansı əsasla MMC-i ilə pambıq əkilməsi və becərilməsi məqsədi ilə müqavilə bağlaya bilər. Elə bu müqavilənin özünə diqqət etdikdə onun qanunsuz tərtib edilməsi açıq-aydın görünür. Belə ki, qeyd edilən müqavilənin 1.1-ci bəndinə nəzər saldıqda orada Zərdab rayonu Bəyimli kəndində 300 hektar torpaq sahəsində pambıq becərilməsi yazılıb. Lakin iddia ərizəsində isə 200 hektar qeyd edilib. Bundan əlavə, qətnamədə onun Bəyimli kənd sakini olmağı və həmin 200 hektar torpaq sahəsinin ona məxsus olduğu qeyd edilir. Bildirir ki, onun Bəyimli kənd sakini olmağı və 200 hektar torpaq sahəsinin ona məxsus olması barədə müqavilədə və qətnamədə yazılanlar həqiqəti əks etdirmir. Iddia ərizəsinə əlavə edilmiş və qətnamədə qeyd edilən ##.##.2021-ci il tarixli PAM******** nömrəli ödəniş tapşırığı ilə MMC tərəfindən “xxxx” ASC-nin Gəncə filialı vasitəsi ilə adına açılmış kart hesabına köçürülmüş 8.000 manat və ## ###### 2021-ci il tarixli PAM******** nömrəli ödəniş tapşırığı əsasında köçürülmüş 10.200 manat məbləğində pul vəsaitləri “xxxx” MMC-nin rəhbəri Dəyanət Cəfərov tərəfindən adına olan kartdan nağdlaşdırılaraq götürülmüşdür. Bundan əlavə, iddia ərizəsində ondan tələb edilən 78.750,94 manat məbləğinin 78.000 manatı dövlət tərəfindən subsidiya şəklində geri qaytarılmış lakin, “xxxx” MMC-nin rəhbəri Dəyanət Cəfərov və MMC-nin Zərdab Rayon Filialının direktoru Xamis Həsənov tərəfindən mənimsənilmişdir. Bundan başqa, 2021-ci ildə yenidən adına ondan xəbərsiz müqavilə tərtib edilərək 53 hektar ərazidə pambıq əkilmiş və həmin sahədən 88 ton xalis məhsul yığılmış, lakin 88 ton pambıq onun adına deyil Zərdab rayon sakini X9 adına rəsmiləşdirilmiş və onun bank hesabına həmin pul vəsaiti köçürülmüş və Cahangir Zeynalov tərəfindən bankdan çıxarılaraq adları yuxarıda sadalanan şəxslərə verilmişdir. Bundan əlavə, sözügedən müqavilənin 2.1.1-ci bəndinə nəzər saldıqda orada, “fermerdən” torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədin tələb edilməsinə dair bənd var. Bildirir ki, onun adına qeydiyyata alınmış və ya icarə müqaviləsi əsasında istifadə etdiyi 1 hektar belə torpaq sahəsi yoxdur. Bundan əlavə bildirmək istəyir ki, ümumiyyətlə Daşkəsən Rayon Məhkəməsində ona qarşı iddia qaldırılmağından xəbəri olmayıb, yalnız iş icra mərhələsinə yönləndirildikdən və icra və Probasiya şöbəsinin icra məmurunun ona zəng vurub xəbər verməsindən sonra qətnamədən xəbərdar olmuşdur və ##.##.2024-cü il tarixdə məhkəmə qətnaməsini rəsmi əldə etmişdir. Bildirir ki, Daşkəsən Rayon Məhkəməsindən bu işlə bağlı hər hansısa bir yazılı və ya elektron bildiriş almamışdır. Bundan əlavə bildirir ki, iş materiallarına əlavə edilmiş “pambıq qəbulu qəbzləri”ndəki imzalar var ki, hansı ki həmin imzalar ona məxsus deyildir. Belə olan halda, nəticə etibarı ilə həmin aktlar üzrə heç bir öhdəliyi qəbul etməmişdir. Bütün bu yuxarıda qeyd edilən qanuna zidd əməllər “xxxx” MMC-nin direktoru Dəyanət Cəfərov və MMC-nin Zərdab Rayon Filialının direktoru (##.##.2025-ci il tarixdə vəfat edən) X1 hüquqa zidd əməllərinin nəticəsidir. Sadəcə olaraq “xxxx” MMC-nin direktoru Dəyanət Cəfərov və MMC-nin baş direktoru Azər Əlizadə yaxın dost olduqları üçün onu bu işdə “qurban” vermək qərarına gəliblər.

14. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən aldığı ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, pambıq qəbulu qəbzlərində “Cavabdeh” yazıları qarşısındakı imza; ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərində “Cavabdeh” yazıları qarşısındakı imzalar və ##.##.2022-ci il tarixli ****** nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzində “baş mühasib” qrafasındakı imza; 31,05.2022-ci il tarixli (beş ədəd), ##.##.2022-ci il tarixli (üç ədəd), ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022ci il tarixli (15 ha dair), ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, 12-##.##.2022-ci il tarixli, 03-##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli (iki ədəd), ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, 05.11,2022ci il tarixli, ##.##.2022-ci il tarixli, 04.11,2022-ci il tarixli, ##.##.2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda “Cavabdeh” yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli 537517 N-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, 11,10.2022-ci il tarixli ****** №-li, 11,10.2022-ci il tarixli ****** №-li, ##.##.2022-ci il tarixli ****** №-li, 11,10.2022-ci il tarixli ****** №-li pambıq qəbulu qəbzlərində "Cavabdeh" yazıları qarşısındakı imzalar; ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli, ##.##.2022-ci il tarixli ****** nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərində “Cavabdeh” yazıları qarşısındakı imzalar; ##.##.2022-ci il tarixli (1 ha dair), ##.##.2022-ci il tarixli, 03.05.2022ci il tarixli, 01,06.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli (iki ədəd), ##.##.2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda “Cavabdeh” yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 06-##.##.2022-ci il tarixli, 17-##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda “Cavabdeh” yazıları qarşısındakı imzaların - Cavabdeh tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə mümkün olmamışdır.

15. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən aldığı ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, ## ####### 2021-ci il tarixli ****** №-li, ## ####### 2021-ci il tarixli ****** №-li, ## ####### 2021-ci il tarixli ****** №-li, ## ####### 2021-ci il tarixli ****** №-li, ## ####### 2021-ci il tarixli ****** №-li, ## ####### 2021-ci il tarixli ****** №-li, ## ####### 2021-ci il tarixli ****** №-li, ## ####### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, 0# ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li,## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, 0# ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, # ###### 2021-ci il tarixli ****** №-li, ## ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li, 1# ###### 2021-ci il tarixli ****** №-li pambıq qəbulu qəbzlərində Cavabdeh adının qarşısındakı imza həmin şəxs tərəfindən icra edilməmişdir. # ###### 2022-ci il və # ###### 2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktlarında Cavabdeh adının qarşısındakı imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilənlərə görə müəyyən etmək mümkün olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Əlipaşa Abdullayev ilə istifadəsində olan mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, hazırkı iş üzrə aparılmış tədqiqat zamanı təqdim olunmuş 06-## #### 2022-ci il, 17-## #### 2022-ci il və ## #### 2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda Cavabdeh adının qarşısındakı imzaların hərfi tərkibinin olmaması, eləcə də imzalarda haşiyələnmənin olması, həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olmaması səbəbindən imzaların cavabdeh Cavabdeh tərəfindən imzalandığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin ekspert verilmiş suala cavab olaraq bildirmişdir ki, imzalarda haşiyələnmənin, eyni zamanda uyğunlaşdırıcı və fərqləndirici əlamətlərin mövcud olmaması həmin suallara dair təkrar ekspertiza keçirildiyi halda da fərqli nəticəyə gəlmək üçün aradan qalxan hal deyildir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Islam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Rüfət Məcidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, 59.626,84 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun 300 manat hissəsi, cəmi 59.926,84 manat cavabdehdən alınaraq iddiaçı MMC-yə verilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə - alğı-satqı, podrat və xidmət müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, müqaviləyə müvafiq hissələrdə mülki qanunvericiliyin alğı-satqı müqaviləsinə və podrat müqaviləsinə dair normaları tətbiq edilməlidir.

19. Ilk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər zahirən kommersiya hüquq münasibətlərinə bənzəsə də, ancaq işin baxılması ümumi məhkəməyə aiddir. Çünki, hüquq münasibətlərinin yarandığı zaman iddiaçı vergi ödəyicisi kimi qeydə alınmış olsa da, cavabdeh həmin zaman vergi ödəyicisi kimi qeydə alınmamışdır. Cavabdeh ##.##.2026-cı il tarixdə, yəni hazırkı iş məhkəmənin icraatında olan zaman vergi ödəyicisi kimi qeydə alınmışdır. Bu hal isə məhkəmə aidiyyətinin dəyişdirilməsinə səbəb ola bilməz – belə ki, MPMnin 31.2-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

20. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərində ## ###### 2020-ci il tarixli ** nömrəli müqavilənin onun tərəfindən imzalanmadığına istinad etmiş, lakin məhkəmə iclasında verdiyi izahatında müqavilənin onun tərəfindən imzalandığını qəbul etmişdir. Cavabdehin arqumenti ondan ibarət olmuşdur ki, müqavilə onunla bağlansa da, ancaq müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürən şəxs o deyil də, onun işlədiyi şirkət olmuşdur və 2021-ci il əkin mövsümü üçün qalıq 91.109,76 manat borcda şirkətin borcu olmuşdur. Kollegiya cavabdehin bu arqumentini əsassız saymışdır. Ona görə ki, əvvəla əqd (müqavilə) onu bağlayan şəxslər (iştirakçılar) üçün öhdəlik yaradır. Tərəflər arasındakı müqavilə də ikitərəfli müqavilə olmaqla onlar bir-birləri qarşısında müvafiq öhdəlik götürmüşlər.

21. Digər tərəfdən, cavabdehin bildirdiklərindən belə nəticə hasil olur ki, sanki o, müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürmədiyindən, yaranmış 91.109,76 manat borca görə də hər hansı məsuliyyəti daşımamışdır. Halbuki, cavabdeh Cavabdeh apellyasiya baxışı zamanı ona verilmiş suala cavab olaraq “91.109 manat borcu ödəmək məqsədilə 2022-ci il əkin mövsümündə pambıq əkdim və əldə etdiyim 87.000 manat dəyərində məhsul mənim işçim tərəfindən iddiaçıya verildi ki, keçən il üçün qalıq 91.109 manat borc bağlansın. 2022-ci ildə əkin mövsümü üçün iddiaçı tərəfindən mənə avans verilməmiş, öz vəsaitim hesabına əkin işləri gördürmüşəm” deyə qeyd etmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin bildirdiklərini ağlabatanlıq meyarları baxımından təhlil edərək qeyd etmişdir ki, cavabdeh Cavabdeh 2022-ci il əkin mövsümündə əldə etdiyi məhsulu iddiaçıya verərək 2021-ci il əkin mövsümü üçün qalıq 91.109,76 manat borcu ödəməyə çalışması özlüyündə onun 2021-ci il əkin mövsümü üçün iddiaçıya ödənilməli 91.109,76 manat borcu qəbul etməsinin bariz göstəricisidir.

23. Digər tərəfdən iddiaçı tərəf # ###### 2022-ci il və # ###### 2023-cü il tarixli üzləşmə aktlarına əsasən cavabdehin ona 78.750,94 manat borcu qaldığını iddia etmiş; cavabdeh isə buna etiraz edərək aktlarda adının qarşısındakı imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş, lakin ekspert tərəfindən bu suala cavab verilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə həmin aktların surəti təqdim edilmişdir. Ekspertin vəsatətinə əsasən iddiaçıya həmin aktların əslini təqdim etmək təklif edilsə də, lakin sənədlərin əsli məhkəməyə təqdim edilməmişdir. Bir sözlə, həmin aktlar MPM-nin 89.3-cü maddəsinin tələblərinə uyğun gəlmədiyindən, kollegiya həmin sənədləri sübut kimi qəbul etməmişdir.

24. Bununla belə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı münasibətlər üzrə 2021-ci il əkin mövsümünə görə verilmiş avansdan cavabdeh Cavabdeh iddiaçı təşkilata 91.109,76 manat borcu yaranmışdır. Işin bu halı cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmışdır.

25. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh 2022-ci ildə Zərdab rayonu Bəyimli kəndi ərazisində pambıq becərmişdir. Işin bu halı da cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmışdır.

26. Iddiaçı təşkilat 2022-ci il əkin mövsümü üçün cavabdehə 45.096,10 manat dəyərində aqrotexniki iş və xidmətlər göstərdiyini iddia etmiş, bu barədə məhkəməyə 21 ədəd malların fiziki şəxslərə təhvil-qəbul qəbzləri, 40 ədəd də aqrotexniki xidmətlərin göstərilməsinə dair akt təqdim etmişdir. Cavabdeh Cavabdeh aktda onun adından icra edilmiş imzaların ona məxsus olmadığını bildirmiş, ona görə də iş üzrə xətşünaslıq ekspertizası təyin edilmişdir. Alınan rəylə müəyyən edilmişdir ki, 21 ədəd malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən 5 ədəd qəbzdə cavabdehin adından icra edilmiş imza ona məxsus deyildir, 3 ədəd qəbzdə isə (##.##.2022-ci il tarixli ****** saylı, ##.##.2022-ci il tarixli ****** saylı və ##.##.2022-ci il tarixli ****** saylı) ümumiyyətlə cavabdehin adının qarşısında imza icra edilməmişdir. Cavabdehin imzası ilə təsdiq edilmiş qəbzlər üzrə verilmiş malların dəyəri isə 13.952 manat olmuşdur.

27. Aqrotexniki xidmətlərin göstərilməsinə dair 40 ədəd aktla bağlı qeyd edilir ki, alınan ekspert rəyi ilə həmin aktlardan 7 ədədində cavabdehin adından icra edilmiş imzanın ona məxsus olmadığı müəyyən edilmişdir. 3 ədəd qəbzdə isə cavabdehin adından icra edilmiş imzanın kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, imzanın hərf tərkibi və haşiyələnməsi mövcud olmadığında tədqiqat aparılması mümkün olmamışdır. Qalıq, yəni cavabdehin imzası ilə təsdiq edilmiş qəbzlər üzrə ona göstərilən aqrotexniki xidmətlərin dəyəri isə 12.020 manat təşkil etmişdir.

28. Həmin 3 ədəd akta dair yenidən tədqiqat aparılmasının mümkün olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Əlipaşa Abdullayev ilə istifadəsində olan mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, hazırkı iş üzrə aparılmış tədqiqat zamanı təqdim olunmuş 06-## #### 2022-ci il, 17-## #### 2022-ci il və ## #### 2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda olan imzalarda haşiyələnmənin, eyni zamanda uyğunlaşdırıcı və fərqləndirici əlamətlərin mövcud olması həmin suallara dair təkrar ekspertiza keçirildiyi halda da fərqli nəticəyə gəlmək üçün aradan qalxan hal deyildir.

29. Göründüyü kimi, iddiaçı təşkilat 2022-ci il mövsümü üçün cavabdehə 25.972 (13.952+12.020=25.972) manat dəyərində aqrotexniki iş və xidmətlər göstərmişdir.

30. Iddiaçı tərəf isə göstərilən xidmətlərin 45.096,10 manat dəyərində olduğunu iddia etmişdir. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və o, müqavilə üzrə cavabdehə göstərilən xidmətin 45.096,10 manat dəyərində olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir.

31. Beləliklə, 2020-2021-ci illərdə cavabdeh Cavabdeh iddiaçı təşkilata olan 91.109,76 manat borcunu və 2022-ci il mövsümü üçün ona göstərilən 25.972 manat dəyərində aqrotexniki iş və xidmətlərin dəyərini topladıqda onun iddiaçıya cəmi borcunun 117.081,76 manat olduğu müəyyən edilmişdir.

32. Artıq növbəti araşdırılmalı məsələ - cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi hansı həcmdə icra etməsidir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin halları bu aspektdə araşdırıldıqda müəyyən edilir ki, cavabdeh Cavabdeh 2022-ci il mövsümündə iddiaçı təşkilata 57.454,92 manat dəyərində xam-pambıq təhvil vermişdir. Iddiaçı tərəf özü iddia ərizəsində bu halı qəbul etmişdir. Cavabdeh Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında 2022-ci il mövsümü üçün iddiaçı təşkilata 87.000 manat dəyərində xam-pambıq verildiyini bildirsə də, lakin təqdim edilmiş malın məhz həmin dəyərdə olması barədə məhkəməyə sübut təqdim etməmişdir.

34. Cavabdeh Cavabdeh bu sübut etmə öhdəliyin öhdəsindən gələ bilməmiş və 2022-ci il əkin mövsümündə iddiaçı təşkilata 87.000 manat dəyərində xam-pambıq verməsi barədə irəli sürdüyü dəlilini sübuta yetirə bilməmişdir.

35. Qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarət olmuşdur ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə cavabdeh Cavabdeh iddiaçı təşkilata 59.626,84 (117.081,76 – 57.454,92=59.626,84) manat borcu qalmışdır. Odur ki, iddiaçı təşkilat cavabdehdən qeyd edilən məbləğdə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ 59.626,84 manat müəyyən edilməlidir.

36. Işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması barədə cavabdehin dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, məhkəmə bildirişi poçt vasitəsilə cavabdehin yaşadığı ünvana göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə məhkəmə bildirişi onun ailə üzvü olan atasıtərəfindən rəsmi qaydada qəbul edilmişdir. Həmçinin, cavabdeh Cavabdeh SMS xəbərdarlıq vasitəsilə də işə baxılması barədə cavabdehə məlumat verilmişdir.

37. Iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini də kollegiya təmin etməmişdir; belə ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak etməsə də, lakin iş materiallarındakı poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə cavabdeh Cavabdeh lazımi qaydada məlumatlandırılmışdır. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə isə, cavabdeh Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə məlumatlı olduğu halda, həmin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.1, 385.1, 389.1, 390.1, 425.1, 442, 567, 752.1, 752.2-ci və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri: 39.

40. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ilk növbədə Cavabdeh ilə MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli müqavilə etibarlı müqavilə deyil. Səbəbləri aşağıdakılardır: 1. Həmin əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı olmamışdır. Belə ki, Zərdab rayonu ərazisində cavabdeh Cavabdeh mülkiyyətində (istifadəsində, icarəsində) hər-hansı torpaq sahəsi yoxdur. Belə olan halda mülkiyyət hüququ olmadan Cavabdeh MMC-yə hərhansı torpaq sahəsini icarəyə verə bilməzdi. Eyni zamanda ##.##.2020-ci il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən MMC “Fermerdən” torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədi tələb etməli idi. Əgər MMC “Fermerdən” torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədi tələb etsəydi onlara aydın olacaqdı ki, barəsində müqavilə bağlanan torpaq sahəsinin mülkiyyətçisi tamamilə başqa şəxsdir. 2. Həmin əqdin forma və məzmunu düzgün olmamışdır. Belə ki, “Torpaq Icarəsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Tərəflər arasında notarial qaydada bağlanmış müqavilə yoxdur! Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.

41. Cavabdeh ilə MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli “müqavilə” notariat qaydasında təsdiqlənməmişdir. Göründüyü kimi, tərəflər arasında etibarlı müqavilə mövcud deyil. Çünki müqavilənin subyekt tərkibi və forma tələbi pozulub. Belə ki, müqavilə torpaq sahəsinə hüququ olmayan şəxs tərəfindən və notarial qaydada təsdiqlənmədən bağlanıb. Lakin məhkəmələr, əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmamasını müəyyən etməli olduqları halda buna riayət etməmişlər.

42. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclaslarının heç biri barədə cavabdeh Cavabdeh məlumat verilməmişdir.

43. Məhkəmə hazırkı mübahisəni araşdırarkən sübutlar üzrə tam hərtərəfli və obyektiv qiymətləndirmə aparmamışdır. Belə ki, iddiaçı tərəf # ###### 2022-ci il və # ###### 2023-cü il tarixli üzləşmə aktlarına əsasən cavabdehin ona 78.750,94 manat borcu qaldığını iddia etmiş; cavabdeh isə buna etiraz edərək aktlarda adının qarşısındakı imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı iş üzrə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən: Aktlardakı imzaların “Cavabdeh” yazıları qarşısındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Əlipaşa Abdullayev ilə istifadəsində olan mobil telefon vasitəsi ilə video formatda əlaqə saxlanılmışdır. Verilmiş suallara cavab olaraq ekspert bildirmişdir ki, hazırkı iş üzrə aparılmış tədqiqat zamanı təqdim olunmuş 06-## #### 2022-ci il, 17-## #### 2022-ci il və ## #### 2022-ci il tarixli aqrotexniki xidmətlərin göstərilməsinə dair aktlarda Cavabdeh adının qarşısındakı imzaların hərfi tərkibinin olmaması, eləcə də imzalarda haşiyələnmənin olması, həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olmaması səbəbindən imzaların cavabdeh Cavabdeh tərəfindən imzalandığını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə ekspert rəyi kimi mötəbər sübutu nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

44. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, onun rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

45. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

46. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

49. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

50. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

51. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

52. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

54. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

57. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

58. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

59. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

68. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

69. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

75. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

78. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar