Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1677/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İsmayılova Sahibə Əlicabbar qızının cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Publik hüquqi şəxsin * saylı Bakı Ərazi idarəsinə qarşı “müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin formasının və məzmununun mülki prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı İsmayılova Sahibə Əlicabbar qızı cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Publik hüquqi şəxsin * saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh cavabdeh6 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən **** saylı bağ evinə dair ## ##### 2021-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanılmış alqısatqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, yəni həmin bağ evinə dair cavabdeh6 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər cavabdeh6 ilə cavabdeh4 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən **** saylı bağ evinə dair ## ###### 2021-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn hüquqi nəticələrin, yəni həmin bağ evinə dair cavabdeh4 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər cavabdeh4 ilə cavabdeh3 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən **** saylı bağ evinə dair ## ###### 2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanılmış alqısatqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, yəni həmin bağ evinə dair cavabdeh3 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən **** saylı bağ evinə dair iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 407.1.3-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
7. Belə ki, iddiaçı kassasiya şikayətini Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən olunmuş formaya uyğun tərtib etsə də, şikayətinin nəticə hissəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırkı işə aidiyyəti olmayan ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Bununla da, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPM-in 407.1.3-cü maddəsinin tələbləri pozulmuşdur.
9. Qeyd olunanlara əsasən, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin hazırkı işə aid olmayan məhkəmə aktından verildiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
10. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.
11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən (kassasiya şikayətinin nəticə hissəsinə görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən) iddiaçı İsmayılova Sahibə Əlicabbar qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.