Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1716/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar Məmmədov İbrahim Nuru oğlu, iddiaçı2, iddiaçı1 İbrahim qızı, iddiaçı3 İbrahim oğlu və iddiaçı4 İbrahim oğlunun cavabdehlər cavabdeh2, cavabdeh1 qızı, cavabdeh3 və cavabdeh4 qarşı (Şəmkir rayon * saylı Notariat ofisi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar Məmmədov İbrahim Nuru oğlu, iddiaçı2, iddiaçı1 İbrahim qızı, iddiaçı3 İbrahim oğlu və iddiaçı4 İbrahim oğlunun cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 və cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa Mülkiyyət Hüququna Dair ## ###### 1998-ci il tarixli Dövlət aktına əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində kəndində yerləşən 1,90 hektar torpaq sahəsi kənd təsərrüfatlı məhsulların istesalı məqsədi ilə Məmmədov İbrahim Nuru oğluna və onun ailə üzvləri olan iddiaçı2, iddiaçı1 İbrahim qızı, iddiaçı3 İbrahim oğlu, iddiaçı4 İbrahim oğlunun mülkiyyətinə verilmişdir.
2. ## #### 2005-ci il tarixli müqaviləyə əsasən, Məmmədov İbrahim Nuru oğlu, iddiaçı2, iddiaçı1 İbrahim qızı və iddiaçı3 İbrahim oğlu onlara məxsus olan Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində kəndində yerləşən 1,90 hektar torpaq sahəsini Şəmkir rayon Dəllər Cırdaxan kəndində yaşayan X2 6.000.000 köhnə Azərbaycan manatına satmışlar.
3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ## ###### 2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, ##.##.1984-cü il təvəllüdlü iddiaçı1 İbrahim İbrahim qızı Azərbaycan Respublikasının dövlət sərhəddindən ##.##.2004, ##.##.2004, ##.##.2004-cü il tarixlərdə Gürcüstan Respublikasına, ##.##.2004 və ##.##.2007-ci il tarixlərdə isə Rusiya Federasiyasına çıxış etmişdir.
4. ##.##.1986-cı il təvəllüdlü iddiaçı3 İbrahim oğlu ##.##.2004-##.##.2006-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur.
5. Şəmkir rayonu Dəllər Cırdaxan kəndində ümumi sahəsi 1,9032 hektar torpaq sahəsinin ##.##.2018-ci il tarixdən ümumi birgə paylarla iddiaçı2, Məmmədov İbrahim Nuru oğlu, iddiaçı1 İbrahim qızı və iddiaçı3 İbrahim oğlu və iddiaçı4 İbrahim oğlunun adlarına qeydiyyata alınmasına dair çıxarış verilmişdir.
6. ##.##.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəmkir rayonu Dəllər Cırdaxan kəndində 1.9032 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi Məmmədova Məhbubə Hidayət qızının adına qeydiyyata alınmışdır.
7. X2 ##.##.2023-cü il tarixdə vəfat etmişdir.
8. Qanun üzrə vərəsəlik haqqında ## #### 2024-cü il tarixli şəhadətnaməyə əsasən, ##.##.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri – arvadı cavabdeh2, qızı cavabdeh1, qızı cavabdeh3, oğlu cavabdeh4 olmuş və onların hər biri miras əmlakı ¼ (bərabər) hissədə irs almalıdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar Məmmədov İbrahim Nuru oğlu, iddiaçı2, iddiaçı1 İbrahim qızı, iddiaçı3 İbrahim oğlu və iddiaçı4 İbrahim oğlu iddia ərizəsi ilə ## #### 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 ilə aralarında bağlanmış ## #### 2005-ci il tarixli, *Ə-**-** saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
10. İcraat zamanı cavabdeh X2 vəfat etdiyindən, onun vərəsələri cavabdeh2, cavabdeh1, cavabdeh3 və cavabdeh4 cavabdeh qismində işə cəlb olunmuşlar.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ## #### 2005-ci il tarixdə torpaq sahələrini Əşrəf Hacıyevə 10 il müddətinə (iki dəfə 5 il olmaqla) icarəyə vermişlər. Torpağın icarəyə verilməsinə dair aralarında razılıq olduqda Əşrəf Hacıyev onları məcbur etmişdir ki, icarə müqaviləsini notariat qaydada təsdiq etdirsinlər. Həmin gün notariat orqanının əməkdaşı İbrahimov Məmmədova və iddiaçı2 boş, yazısı olmayan blanka imza etdirmişdir. Onlar elə başa düşmüşlər ki, icarə müqaviləsi bağlamışlar. Müqavilə bağlandıqdan sonra cavabdeh icarə haqqı olaraq bir dəfə 1100 ABŞ dolları pul ödəmişdir. Həmin vaxt dolların məzənnəsi 38 manat idi, Əşrəf Hacıyevin verdiyi pul cəmi 400 manat olmuşdur. 2015-ci ilə kimi Əşrəf Hacıyev torpaqdan istifadə etmişdir. 2016-cı ildə Əşrəf Hacıyev icarə haqqını ödəmədiyinə görə torpağı qaytarmağını ondan tələb etmiş, həmin vaxt Əşrəf Hacıyev bildirmişdir ki, o, torpağı satın almışdır. Onlar isə torpağı icarəyə verdiklərini, satmadıqlarını bildirmişlər. Həmin vaxtdan da torpaqları ailə ilə birlikdə özləri əkib-biçməyə başlamışlar. ## ####### 2018-ci il tarixdə DƏDRX-n ** saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə görə çıxarış almışlar və torpaq onların ümumi mülkiyyətindədir Əşrəf Hacıyev hazırda Gəncə İnzibati Məhkəməsində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ** saylı Şəmkir Ərazi İdarəsinə və üçüncü şəxs kimi onlara qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Buna görə də hazırda məhkəməyə müraciət edərək alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb irəli sürməyə məcbur olmuşlar. Müqavilə bağlanarkən aralarında heç bir alqı-satqı söhbəti olmamışdır. Əşrəf Hacıyev onların savadsızlıqlarından istifadə edərək icarə müqaviləsinə deyil, alqı-satqı müqaviləsinə imza etdirmişdir. Müqavilədə qeyd olunur ki, guya müqavilə bağlanarkən onlara 6000000 manat pul ödənilmişdir. X1 müqavilədə qeyd olunan pul məbləğini ödəməmiş, yəni, müqavilə formal olaraq bağlanmışdır. Əşrəf Hacıyev torpağı icarəyə götürdüyünü deyərək, onları aldatmışdır. İddiaçı iddiaçı1 ## ###### 2004-cü il tarixdə Rusiya Federasiyasına – Tümenə getmiş və oradan Azərbaycana ## ### 2007-ci ildə qayıtmışdır. İddiaçı iddiaçı3 isə 2004-cü ilin iyul ayında əsgərliyə getmiş, Beyləqan rayonunda əsgərlikdə olmuş, hərbi xidmətdən 2006-cı ilin yanvar ayında tərxis olunub evinə qayıtmışdır. Hər ikisi müqaviləyə, ümumiyyətlə, imza atmamış, əvəzlərinə hansısa kənar şəxs imza etmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizası keçirildiyi təqdirdə, müqavilədəki imzaların onlara məxsus olmadığını müəyyən etmək mümkün olacaqdır. Bağlanmış müqavilə onların həqiqi iradəsini ifadə etmir, müqavilə bağlanarkən onun şərtlərinə əməl edilməmişdir. Onlar aldadılma nəticəsində müqavilə bağlamış, müqavilə rəsmiləşdirilərkən torpağın haqqı ödənilməmiş, nə də torpağı hazıra kimi Əşrəf Hacıyevə təhvil vermişlər. Həmçinin iddiaçı4, müqavilə bağlanarkən yetkinlik yaşına çatmamış, hazırda alqı-satqı müqaviləsi etibarsız sayılmazsa, hüquqları pozulacaq və torpağa mülkiyyət hüququndan məhrum olacaq.
12. Birinci instansuiya məhkəməsi iş üzrə xətşünaslıq ekspertizasə təyin etmişdir.
13. Zərurui sənədlər təqdim edilmədiyindən ekspertiza keçirilməsi baş tutmamışdır.
14. Birinci instansiya məhkəməsində iddiaçı iddiaçı2 nümayəndəsi (vəkil) vəkil2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddia tələbinin əsasını müqavilədəki imzalar təşkil edir ki, qeyd edilən imzalar iddiaçılara məxsus deyil. Ekspertiza təyin edilsə də, keçirilməmişdir. Bundan əlavə sərhəd-keçid məntəqəsinə məxsus çıxarışlar təqdim edilmişdir ki, iddiaçı iddiaçı1 burda olmamışdır.
15. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi (vəkil) vəkil1 Mehti oğlu iddia tələbinə etiraz edərək göstərmişdir ki, iş üzrə xətşünaslıq ekspertizası təyin edildi, lakin iddiaçı tərəf heç bir tədbir görmədi. Bundan əlavə, notariat qarşı tərəfi aldatmışdırsa, onların aidiyyəti qurumlara şikayət etmək hüququ vardır, lakin bu hüquqlardan da istifadə etməmişlər. Həmçinin hazırki iş üzrə iddiaçılar bir ailə olaraq 2016-cı ildən X2 torpaq sahəsini zəbt edərək təsərrüfatla məşğul olub faydalanırlar. Həmin torpaq sahəsinə dair aralarında notariat qaydasında bağlanmış ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsi mövcuddur. İddiaçıların notariat ofisində icarə müqaviləsi əvəzinə alqı-satqı müqaviləsini aldadılaraq imzaladıqları, imzaların bir qisminin saxtalaşdırılması barədə iddiaları isə tam əsassızdır. Tərəflər arasında artıq 2016-cı ildə mübahisə baş vermiş, cavabdehə torpağın satıldığı yox, icarəyə verildiyi bildirilmişdir. İddia tam əsassız olduğu, eyni zamanda iddia müddəti ötürüldüyü üçün iddiadan təmin edilməməlidir.
16. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Etibar Mustafayev)
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddənin tələblərinin nəzərə almaqla qeyd etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Belə ki, kəsici müddət– şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
18. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçılar hüquqlarının pozulmasını artıq 2016-cı ildən bilsələr də, hüquqlarının bərpası ilə bağlı məhkəməyə ##.##.2023-cü il tarixdə, yəni təqribən 7 il sonra müraciət etmişlər. İrəli sürülən iddia tələbində Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddət olduğundan (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı) iddiaçıların hazırkı müqaviləni mübahisələndirmək hüquqları aradan qalxmışdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5, 6, 144, 152, 324, 329, 337, 339, 340, 347, 354-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətində iddiaçı Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Odur ki, irəli sürülən tələb fərdi müəyyən əşya hesab edilən daşınmaz əmlaka dair bağlanmış əqdin əhəmiyyətsizliyi ilə bağlı olduğundan əqdin etibarsızlığı ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Həmçinin həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Müqavilə imzalanan zaman tərəflərin bundan xəbəri olmayıb və bununla da bağlı Dövlət Sərhəd Xidmətindən verilən sorğuya cavab bu faktı təsdiq etmişdir. Lakin məhkəmə isə bu halları nəzərə almamış və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara isə qiymət verməmişdir. İddiaçı tərəfindən verilmiş xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət isə qiymətləndirməmiş, əksinə işi araşdırmadan natamam saxlamışdır. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə xətşünaslıq ekspertizası təyin etmişdir.
23. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, *-**-**/*-*/****/**** nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş *Ə-**-** nömrəli notariat işinin 2-ci vərəqində olan ## #### 2005-ci il tarixli müqavilədə “İmzalar:” qrafasında “4.” rəqəmi qarşısındakı imza və “Məmmədov” soyadı və həmin müqavilənin qeydiyyatdan keçdiyi reyestr jurnalının 34-cü vərəqində “94” sırada “iddiaçı3 İbrahim oq” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Məmmədov” soyadı– iddiaçı3 İBRAHİM oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş *Ə-**-** nömrəli notariat işinin 2-ci vərəqində olan ## #### 2005-ci il tarixli müqavilədə “İmzalar:” qrafasında “1.” rəqəmi qarşısındakı imza və “Mamedov” soyadı və həmin müqavilənin qeydiyyatdan keçdiyi reyestr jurnalının 34-cü vərəqində “94” sırada “Məmmədov İbrahim Nuru oq” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Mamedov” soyadı; *Ə-**-** nömrəli notariat işinin 2-ci vərəqində olan ## #### 2005 ci il tarixli müqavilədə “İmzalar:” qrafasında “2.” rəqəmi qarşısındakı imza “Məmədova” soyadı və həmin müqavilənin qeydiyyatdan keçdiyi reyestr jurnalının 34-cü vərəqində “94” sırada “iddiaçı2 Hidayəq qı” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Məmədova” soyadı; *Ə-**-** nömrəli notariat işinin 2-ci vərəqində olan ## #### 2005-ci il tarixli müqavilədə “İmzalar:” qrafasında “3.” rəqəmi qarşısındakı imza və “Məmmədova” soyadı və həmin müqavilənin qeydiyyatdan keçdiyi reyestr jurnalının 34-cü vərəqində “94” sırada “iddiaçı1 İbrahim qı” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və“Məmmədova”soyadı–iddiaçı1 İbrahim qızı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 0# #### 2026-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov(sədrlik edən və məruzəçi), Günay Axundova, Məhəmməd Rüstəmli)
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə kollegiyası ekspert rəyi almaqla müəyyən etmişdir ki, ## #### 2005-ci il tarixli müqavilə iddiaçı3 İbrahim oğlu tərəfindən imzalansa da, iddiaçı1 İbrahim qızı tərəfindən imzalanmamışdır. Lakin yuxarıda qeyd olunduğu kimi iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, digər iddiaçılar kimi iddiaçı3 İbrahim oğlu və iddiaçı1 İbrahim qızı əqdin mövcudluğundan 2016-cı ildə məlumatlı olmuşlar və həmin şəxslərə münasibətdə də kəsici müddət ötürülmüşdür. Digər iddaçıların isə hansı əsasla əqdin etibarsızlığı tələbini irəli sürməsi məlum deyildir.
26. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 222.2 və 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər, birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 144.2, 148.2, 213.1, 213.2, 213.6, 222.1. 222.2, 222.3, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 354.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstiyusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı iddiaçı2 (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılaraq əlavə etmişdir ki, apellyasiya instansiya məhkəməsi işə baxan məhkəmə kimi mübahisələndirilən müqavilədə ekspert rəyinə əsasən tərəflərdən birinin imzasının olmamasını Mülki Prosessual Məcəllənin 81 və 88-ci maddələrinin tələbləri baxımından hərtərəfli şəkildə qiymət verməli olduğu halda, bunu etməyərək, tərəflər arasında bağlanmış müqaviləni qanundan üstün tutmaqla mötəbər sübut kimi qəbul etmiş, prosessual qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ vəyadaşınmazəmlakabaşqahüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmətərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar)”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, qətnamə tam yoxlanılır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmiş, iş üzrə ekspertiza təyin etmiş, işin hallarını da işdəki sübutlar, o cümlədən ekspert rəyi ilə müəyyən etmişdir.
35. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən gəlinən nəticə ilə razılaşır.
36. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
37. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
38. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçı iddiaçı1 münasibətdə də kəsici müddətin ötməsinə istinad etməsini əsaslı saymır. Belə ki, digər iddiaçılardan fərqli olaraq iddiaçı1 əqdin bağlanmasında, ümumiyyətlə, iradə ifadəsinin olmamasını, başqa sözlə, əqdin əhəmiyyətsizliyini göstərmişdir. Mülki Məcəllənin tətbiq edilən 354.2-ci maddəsində nəzərdə tutulan müddət isə iradə zədələnməsi ilə mübahisələndirlən əqdlərə tətbiq edilir. Əqdin bağlanmasında, ümumiyyətlə, iradə ifadəsinin olmaması halında isə müddət tətbiq edilə bilməz.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarında qeyd edilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
40. Lakin məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçıların, o cümlədən iddiaçı1 iddia tələbi rədd edilərkən yalnız kəsici müddətin ötməsinə yox, digər əsalara da istinad edilib, bu da qətnamənin ləğvi üçün əsas ola bilməz.
41. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: iddiaçılar Məmmədov İbrahim Nuru oğlu, iddiaçı2, iddiaçı1 İbrahim qızı və iddiaçı3 İbrahim oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, 0# #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi vaxtdan qüvvəyə minir.