Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1729/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və * saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “məcburi payın müəyyən edilməsi”; Mülki mübahisənin kateqoriyası: Vərəsəlik hüququndan irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və * saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzindəki Notariat ofisinə qarşı "məcburi payın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli *(*-*)- ***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubuna əsasən, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən X2 ##.##.1998-ci il tarixli, JN-**** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ünvan 1 ünvanında yerləşən 0,6546 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 ##.##.2001-ci il tarixli, JN-***A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ 31,05.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sözügedən torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114,7 kvmetr olan fərdi yaşayış evi üzərində X2 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir.
2. RX ******* saylı reyestrdən çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114,7 kvmetr olan fərdi yaşayış evi üzərində X2 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən, X2 öz mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114,7 kvmetr olan fərdi yaşayış evini X3 bağışlamışdır
4. AZ-II ****** saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X2 ##.##.2018-ci il tarixdə ölmüşdür.
5. RX ******* saylı reyestrdən çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114,7 kvmetr olan fərdi yaşayış evi üzərində X3 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onun adına ##.##.2018-ci il tarixli texniki pasport tərtib edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə əsasən, iddiaçı2 X3 və * saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisinə qarşı ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi və evə dair vərəsəlik hüququnun tanınması barədə iddiası rədd edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarına əsasən, iddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
9. Iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X2 miras qalmış ünvan 1ndə yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha həyətyanı torpaq sahəsinə dair mirasda məcburi payın müəyyən edilməsi, həmin torpaq sahəsinə 1/2 hissəsinə (mirasda məcburi paya) iddiaçı2 və iddiaçı1 adına çıxarışın verilməsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi Idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ndə torpaq sahəsi ********** qeydiyyat nömrəli ##.##.2016-ci il tarixli çıxarış ilə mərhum anaları X2 adına qeydiyyata alınmışdır. Anaları ##.##.2018-ci il tarixdə ölmuşdir. O, öləndən sonra notariusta vərəsəlik işi ilə əlaqədar müraciət etdikdə məlum olmuşdur ki, anası ölməmişdən öncə bağışlama müqaviləsi əsasında qeyd edilən əmlakları nəvəsi cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsi * saylı Simqayıt Ərazi Idarəsinin sorğusu əsasında bəlli olmuşdur ki, ##.##.2001-ci il tarixli, JN-***A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha həyətyanı torpaq sahəsi üzərində X2 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sözügedən torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114,7 kv.metr olan fərdi yaşayış evi üzərində X2 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmışdır. Sumqayıt "ASAN xidmət" mərkəzində notariat kontorunun ##.##.2016-cı il tarixli, 40- **** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak cavabdeh1 adına özgəninkiləşdirilmiş, ##.##.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Göründüyü kimi, onlar X2 övladları olduğundan məcburi pay hüququna malikdirlər və anaları bağışladığı əmlaklardan sonra iki il keçmədən vəfat etmişdir. Onlar hazırda həm də miras payından məhrum olunmuşlar. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
11. Iddiaçılar iddiaçı2 və iddiaçı1, habelə iddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdiılər.
12. Cavabdeh cavabdeh1 iddianı qəbul etməmiş və onun rədd olunmasını xahiş etdi.
13. Digər cavabdeh * saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisi məktubla müraciət edərək məhkəmə iclasının onun nümayyəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
14. Sumqayıt şəhər Məhkəməsinin (hakim E.M.Kazımov) (bundan sonra- birinci instansiya məhkəməsi) ##.##.2025-ci i tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işdən görünür ki, hər iki iddiaçı anaları H.A.Sadıqovadan miras qalmış əmlakdan məcburi pay hüququna malik şəxslər sırasına daxildirlər (onun birinci növbə vərəsələridirlər).
16. Həmçinin, işdən görünür ki, o, hələ sağlığında öz əmlakını ##.##.2016-cı ildə nəvəsi cavabdeh1 bağışlamışdır. Əgər bu bağışlama realizə olmasaydı, qeyd edilən əmlak miras kimi iddiaçılara çatmalı idi. Bu baxımdan, iddiaçılar yuxarıda qeyd edilən qərara əsasən qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) kimi bağışlama olmadığı təqdirdə məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
17. Bununla belə, işdən görünür ki, bağışlama müqaviləsi onların istinad etdikləri ##.##.2021-ci il tarixli qərar çıxanadək artıq baş tutmuşdu.
18. Işdən görünür ki, iddiaçı2 daha əvvəllər bu müqaviləni başqa əsaslarla mübahisələndirmiş və son nəticədə onun iddiası rədd olunmuşdur.
19. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi təmin edilməməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci i tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının MM-nin 1196-cı maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenumunun qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Lakin, mülki işin materiallarından görünür ki, bağışlama müqaviləsi miras qoyanın ölümündən iki il keçməmiş bağlanmışdır. Bu səbəbdən, iddiaçıların məcburi pay hüququ saxlanılmış hesab olunur və onlar bağışlanmış əmlak hesabına öz məcburi paylarının müəyyən edilməsini və təmin olunmasını tələb etmək hüququna malikdirlər. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1196, 667.1 və 1200-cü maddələrinin, habelə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin düzgün tətbiq edilməməsi nəticəsində iddiaçıların məcburi pay hüququ əsassız olaraq nəzərə alınmamışdır ki, bu da qətnamənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini zəruri edir. ünvan 1, ********** qeydiyyat nomrəli, ##.##.2016-cı il tarixli çıxarış ilə mərhum anaları X2 adına qeydiyyata alınmışdır. Anaları ##.##.2018-ci il tarixdə ölmüşdür. Bundan sonra notariusa vərəsəlik işi ilə əlaqədar müraciət etdikdə məlum olub ki, anaları ölməmişdən öncə bağışlama müqaviləsi əsasında qeyd edilən əmlakları nəvəsi cavabdeh1 bağışlamışdır. Sorğu əsasında bəlli olmuşdur ki, ##.##.2001-ci il tarixli, JN***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha həyətyanı torpaq sahəsi üzərində X2 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sözügedən torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114.7 kv.m. olan fərdi yaşayış evi üzərində X2 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmışdır. ##.##.2016- cı il tarixli, 4Ə- **** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh1 adına özgəninkiləşdirilmiş, ##.##.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. Mülki işin materiallarından görünür ki, bağışlama müqaviləsi miras qoyanın ölümündən iki il keçməmiş bağlanmışdır. Bu səbəbdən, iddiaçıların məcburi pay hüququ saxlanılmış hesab olunur və onlar bağışlanmış əmlak hesabına öz məcburi paylarının müəyyən edilməsini və təmin olunmasını tələb etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
23. Iddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh cavabdeh1 məhkəmə kollegiyasının iclasında iştirak edərək izahatında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mərhum nənəsi sözügedən əmlakı 2016-cı ildə ona bağışlayıb, iddiaçıların hər birinin əmlakın bağışlanılmasından məlumatı olub. Həmin vaxt atası da, nənəsi də sağ idilər. Hazırda isə hər ikisi vəfat edib. Mərhum nənəsinin sağlığında iddiaçılar analarının yanına gəlib-gedirdilər, bağışlamadan məlumatları var idi. 2023-cü ildə atası öləndən sonra iddiaçılar ona qarşı məhkəmədə iddia qaldırdılar. Artıq bağışlamadan 7-8 il keçib. Iddiaçılar ümumiyyətlə mübahisəli ünvanda yaşamamışlar. Həmin ünvanda hazırda özü yaşayır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
25. Iş üzrə digər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının notariusun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- A.A.Mahmudov (sədrlik edən və məruzəçi), L. E.Rəhimli, A. H.Hüseynzadə) (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci i tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, idda tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb iki hissədən – 1) məcburi payın tanınması (müəyyən edilməsi) və 2) çıxarışın verilməsinin RX-yə həvalə edilməsindən ibarətdir. Tələbin ikinci hissəsi birinci hissədən bilavasitə asılıdır.
28. Kollegiya əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmazdan əvvəl, tam hüquqlu və səlahiyyətli məhkəmə kimi iddia tələbinin hüquqi əsasının dəqiqləşdirilməsinə, iddianın MM-in 1200-cü maddəsinin tələblərinə cavab verib-vermədiyini (yəni tələbin məcburi payın tamamlanması barədə olub-olmamasına) aydınlaşdırmağa çalışmışdır. Lakin iddiaçıların nümayəndəsi (vəkili) son olaraq yenə də verilmiş iddia tələbi çərçivəsində işə baxılmasına münasibət bildirmişdir.
29. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı ümumilikdə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi vacib bilmişdir.
30. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçıların anası X2 ##.##.1998-ci il tarixli, JN-**** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ünvan 1 ünvanında yerləşən 0,6546 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
31. X2 ##.##.2001-ci il tarixli, JN-***A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,12 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sözügedən torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114,7 kv/metr olan fərdi yaşayış evi üzərində X2 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
32. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun ##.##.2016-cı il tarixli, 4Ə- **** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 öz mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114,7 kv.metr olan fərdi yaşayış evini X3 bağışlamışdır. X2 ##.##.2018-ci il tarixdə ölmüşdür.
33. ünvan 1 ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 114,7 kv.m. olan fərdi yaşayış evi üzərində X3 tam mülkiyyət hüququ ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onun adına ##.##.2018-ci il tarixli texniki pasport tərtib edilmişdir.
34. Yenə işdən müəyyən edilir ki, iddiaçı2 məhkəmədə X3 və * saylı Sumqayıt Regional "ASAN xidmət" mərkəzində notariat ofisinə qarşı ##.##.2016-cı il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi və evə dair vərəsəlik hüququnun tanınması barədə iddia qaldırmış, bu iddia rədd edilmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsində göstərilir ki, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti deyil. Iddiaçının bağışlamanın qanuni olmasını gec bilməsi də əhəmiyyət daşımır. Əsas olan hədiyyənin verilməsindən mirasın açılmasınadək iki ilin keçməsidir. Qeyd olunur ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay – sosialiqtisadi36.və əxlaqi əhəmiyyətə malik olmaqla vərəsəlik hüququnun mühüm hissəsini təşkil edir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (məcburi pay üzrə vərəsələrə) münasibətdə sosial təminat rolunu oynayır.
37. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvadər) bu hüquqa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır.
38. Nəzərə alınmalıdır ki, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər.
39. Məhkəmə kollegiyası iddianın məcburi payın müəyyən edilməsi tələbinə dair hissədə qeyd etmişdir ki, iddiaçılar mərhum Hüsniyyə Sadıqovanın mirasına münasibətdə məcburi pay almaq hüququna malik olan şəxslər olsalar da, hazırkı halda yalnız bağışlanmış əşya hesabına məcburi payının tamamlanmasını tələb edə bilərlər.
40. Kollegiya iddia tələbi ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdirdir ki, “tamamlanma tələbi” zamanı bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.
41. Lakin hazırkı tələbdən görünür ki, iddiaçılar bağışlanmış əşya hesabına payın tələb edilməsini deyil, miras əmlakda məcburi paylarının müəyyən edilməsini və buna dair çıxarış verilməsini tələb etmişlər.
42. Məhkəmə kollegiyasının mövqeyinə görə sözügedən mübahisəli əmlak mərhum Hüsniyyə Sadıqovanın sağlığında bağışlandığından, başqa sözlə həmin əmlak artıq digər şəxsin mülkiyyətinə keçdiyindən, qeyd edilən dəlillər, hazırkı iddianın, yəni məcburi payın müəyyən edilərək, buna dair çıxarışın verilməsinin əsaslı olmasına rəvac vermir.
43. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya izah etmişdir ki, “bağışlanmış əmlak hesabına məcburi payın tamamlanması” barədə mübahisələrin düzgün həlli üçün miras kütləsi (bütün aktiv və passiv), habelə qanun və vəsiyyət üzrə bütün vərəsələrin dairəsi müəyyən edilməli, onlar işdə iştirak etməyə cəlb olunmalı, mirasın qəbulu və ondan imtina ilə bağlı qaydalar da nəzərə alınmaqla, pay bölgüsündə iştirak edən vərəsələrin dairəsi, bunlara müvafiq olaraq iddiaçının məcburi payının həcmi və vərəsəlik qaydasında əldə etdiyi dəyər işdə iştirak edən şəxslərlə müzakirə edilməklə və işdə olan sübutlarla birlikdə qiymətləndirilməklə aydınlaşdırılmalı, bundan asılı olaraq həmin payın tamamlanması və digər iddia tələbləri həll edilməlidir.
44. Göstərilənlərə əsasən, apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçıların hazırkı halda tələbi “miras əmlakda məcburi payın tamamlanması barədə” olmadığından, birinci instansiya məhkəməsi əsaslanmasından asılı olmayaraq iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də kollegiya belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı deyil.
45. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1145, 1159.1.1, 1193, 1200, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 372.2, 372.6., 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
46.
47. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinin 29-cu bəndində kollegiya qeyd etmişdir ki, apellyasiya icraatı zamanı iddia tələbinə yeni tələbin əlavə edilməsi MPM-in normalarının pozulması deməkdir. Bu qaydanın apellyasiya instansiyası məhkəməsində edilməsi MPM-in 372.4-cü maddəsinin (apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır) tələbi baxımından yolverilən deyildir. Həmin qətnamənin 30-cu bəndində kollegiya əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmazdan əvvəl, tam hüquqlu və səlahiyyətli məhkəmə kimi iddia tələbinin hüquqi əsasının dəqiqləşdirilməsinə, iddianın MM-in 1200-cü maddəsinin tələblərinə cavab verib-vermədiyini (yəni tələbin məcburi payın tamamlanması barədə olub-olmamasına) aydınlaşdırmağa çalışmış, lakin iddiaçıların nümayəndəsinin (vəkili) son olaraq yenə də verilmiş iddia tələbi çərçivəsində işə baxılmasına münasibət bildirmişdir. Həmin qətnamənin 41-ci bəndində məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana biləcəyini nzərə çatdırmışdır. Həmin qətnamənin 42-ci bəndində məhkəmə kollegiyası, iddianın məcburi payın müəyyən edilməsi tələbinə dair hissədə qeyd etmişdir ki, iddiaçılar mərhum Hüsniyyə Sadıqovanın mirasına münasibətdə məcburi pay almaq hüququna malik olan şəxslər olsalar da, hazırkı halda yalnız bağışlanmış əşya hesabına məcburi payının tamamlanmasını tələb edə biləcəyini bildirmşdir. Bununla da kollegiya qətnamənin 43-cü bındində iddia tələbi ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, “tamamlanma tələbi” zamanı bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsi mahiyyət etibarilə “məcburi pay” hüququnu qoruyur. Maddənin sadə izahı belədir: Əgər miras qoyan şəxs ölümündən əvvəl öz əmlakını başqa birinə bağışlayıbsa; və həmin bağışlama nəticəsində məcburi pay almaq hüququ olan şəxsin payı azalırsa; o zaman həmin şəxs bağışlanmış əmlak da nəzərə alınmaqla öz payının tamamlanmasını tələb edə bilər. Maddənin əsas məntiqi ondan ibarətdir ki, miras qoyan şəxs ölümündən qabaq bütün əmlakı bağışlayaraq məcburi pay hüququ olan şəxsləri tamamilə paydan məhrum edə bilməsin. Vacib şərt – 2 illik müddətdir. Maddədə göstərilir ki, əgər bağışlama ilə ölüm tarixi arasında 2 ildən çox vaxt keçibsə, həmin hədiyyə artıq hesaba alınmır. Yəni məcburi pay artırılarkən o əmlak nəzərə alınmayacaq. Nümunə kimi; Ata ölümündən 6 ay əvvəl evini başqa oğluna bağışlayır. Digər övlad isə əmək qabiliyyəti olmayan şəxsdir və məcburi pay hüququ var. Əgər həmin ev mirasda qalsaydı, onun payı daha çox olacaqdısa, o şəxs məhkəmədə məcburi payının tamamlanmasını, lazım gəlsə bağışlanmış əmlak hesabına kompensasiya verilməsini tələb edə bilər. Praktik baxımdan Mülki Məcəllənin 1200-cü maddəsindəki “məcburi payın tamamlanması” ifadəsi məcburi payın təmin edilməsinə yönəlir. Məcburi payın təmin edilməsi — ümumi anlayışdır. Yəni məcburi pay hüququ olan şəxs qanunda nəzərdə tutulan minimum payını almalıdır. Məcburi payın tamamlanması — həmin təminatın konkret üsullarından biridir. Yəni şəxsin aldığı pay çatmırsa, əskik hissə əlavə olunur. 1200-cü maddədə söhbət məhz bundan gedir: bağışlama nəticəsində məcburi pay azalıbsa, o zaman çatmayan hissə “tamamlanır”. Yəni maddənin məqsədi məcburi payın təmin edilməsidir, amma hüquqi mexanizm: məcburi payın tamamlanmasıdır. Başqa sözlə “təmin etmə” — nəticə, “tamamlama” — həmin nəticəyə çatmaq üsuludur. Mülki Məcəllə baxımından “məcburi payın müəyyən edilməsi” və “məcburi payın tamamlanması” fərqli mərhələlərdir. Məcburi payın müəyyən edilməsi əvvəlcə şəxsin nə qədər pay almaq hüququnun olduğunu hesablamaqdır. Yəni, kim məcburi pay hüquqludur, miras kütləsi nə qədərdir, qanuni pay nə olardı, onun yarısı və ya qanunda nəzərdə tutulan hissə nə qədər edir. Nümunə: Miras 120.000 manatdır. Şəxsin qanuni payı 1/3 olardı. Məcburi pay isə bunun yarısı — 1/6 təşkil edir. Burada artıq məcburi pay müəyyən edildi. Məcburi payın tamamlanması isə müəyyən edilmiş payın faktiki çatışmayan hissəsinin doldurulmasıdır. Yəni şəxs ya az pay alıb, ya vəsiyyətnamə ilə kənarda qalıb, ya da əmlak bağışlanıb və payı azalıb. O zaman çatmayan hissə əlavə edilir. Bu artıq pozulmuş məcburi pay hüququnun bərpasıdır. Nümunə: Şəxsin məcburi payı 20.000 manat müəyyən edilib. Amma faktiki yalnız 8.000 manat alıb. Qalan 12.000 manatın verilməsi, tələb edilməsi məcburi payın tamamlanmasıdır. Qısaca olaraq fərq - müəyyən edilmə məcburi payın hesablanması, tamamlanma isə çatışmayan hissənin əlavə olunması deməkdir. Yəni əvvəl pay müəyyən edilir, sonra lazım olsa tamamlanır. Hesab edib ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır, mülki və mülki prossesual qanunvericiliyin tələblərinə cavab vermir.
48. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun # ###### 2021-ci il tarixli Qərarında, MM-nin 1200-cü maddəsində qeyd olunan məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarınımüddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi qeyd edilənQərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
49. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 667.1, 1200-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 417.1.4, 418.1-ci maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
51. Maddə 1145. Miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
52. Maddə 1159.1.1 Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ölənin bərabər pay hüquqlu vərəsələr sayılırlar.
53. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
54. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır..
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın iddiaçı2 münasibətdə təmin edilməyən hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, yoxlıanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mərhum Hüsniyyə Sadıqovanın mirasına münasibətdə məcburi pay almaq hüququna malik olan şəxslər olsalar da, hazırkı halda yalnız bağışlanmış əşya hesabına məcburi payının tamamlanmasını tələb edə bilərlər. “Tamamlanma tələbi” zamanı bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Lakin hazırkı tələbdən görünür ki, iddiaçılar bağışlanmış əşya hesabına payın tələb edilməsini deyil, miras əmlakda məcburi paylarının müəyyən edilməsini və buna dair çıxarış verilməsini tələb etmişlər. Sözügedən mübahisəli əmlak mərhum Hüsniyyə Sadıqovanın sağlığında bağışlandığından, başqa sözlə həmin əmlak artıq digər şəxsin mülkiyyətinə keçdiyindən, qeyd edilən dəlillər, hazırkı iddianın, yəni məcburi payın müəyyən edilərək, buna dair çıxarışın verilməsinin əsaslı olmasına rəvac vermir.
70. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
71. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
72. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi iddianın iddiaçı2 münasibətdə təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qətnaməsi iddianın iddiaçı2 münasibətdə təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.