Məhkəmə qərarları › İş №2(1-8)-1764/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1764/2026

23.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1764/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADI Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, 2025-ci il ## ######## tarixli qətnaməsindən və 2025-ci il ## ####### tarixli əlavə qətnaməsindən cavabdeh cavabdeh4 Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDI: Cavabdeh cavabdeh4 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan məhkəmə aktlarından kassasiya şikayətləri vermiş, Ali Məhkəmənin 2026-cı 17 iyun tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə şikayətlər icraata qəbul edilmişdir. Bundan sonra, 2026-cı il ## #### tarixdə Bakı Apellyasiya Məhkəməsi məktubla müraciət edərək, digər cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan prosessual hərəkətlərinin icrası məqsədi ilə hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Işin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2026-cı 17 iyun tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar