Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1824/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavadova Könül Fikrət qızının cavabdeh Seyidov Yaşar Əbülfəz oğluna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:vərəsəlik hüququndan irəli gələn mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı Cavadova Könül Fikrət qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavadova X12 Yaşar Əbülfəz oğlunun ##.##.1976-cı il tarixdə vəfat etmiş qardaşı X6 qızıdır.
2. Tərəflər arasındakı mübahisə Cavadova Könül Fikrət qızının ##.##.2009-cu il tarixdə vəfat etmiş nənəsi, Seyidov Yaşar Əbülfəz oğlunun isə anası X9 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 133.4 kv.m olan fərdi yaşayış evi və 0.3499 ha torpaq sahəsi üzərində miras payı ilə bağlıdır.
3. Şəki şəhəri “Böyük Dəhnə” kənd nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024- cü il tarixli arayışdan görünür ki, X9 vəfat etdikdən sonra onun X15 (vəfat edib), X13 (vəfat edib), X6 (vəfat edib), X11 və Seyidov Yaşar Əbülfəz oğlu adlı vərəsələri qalmışdır.
4. *V-*** nömrəli ##.##.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X9 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133.4 kv.m olan fərdi yaşayış evi və 0.3499 ha torpaq sahəsini vərəsəsi Seyidov Yaşar Əbülfəz oğlu qəbul etmiş və hazırda həmin əmlaklar sonuncunun mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavadova Könül Fikrət qızı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 notariusu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *V-*** nömrəli reyestrdə qeydə alınmış “Vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Reyestr Xidmətinin ** saylı Şəki Ərazi İdarəsi tərəfindən verilən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Böyük Dəhnə kəndi, H.Cavid küçəsi, ev 48-də yerləşən 0.3499 ha torpaq sahəsi və onun üzərində yerləşən 133.4 kv.m fərdi yaşayış evi iddiaçının mərhum nənəsi Şəki rayonu, Böyük Dəhnə kənd sakini X9 mülkiyyətində olmuşdur. Həmdünə Salamova ##.##.2009-cu il tarixdə vəfat etmişdir X9 vəfat edəndən sonra onun aşağıdakı vərəsələri qalmışdır. 1. X7 - vəfat edib 2. X8 - vəfat edib 3. X3 - vəfat edib (iddiaçının atası) 4. X5 5. Oğlu Seyidov Yaşar Əbülfəz oğlu. İddiaçı mərhum nənəsi X9 atası X6 çatası miras əmlakı qəbul etmək üçün X2 Xidmət Mərkəzinə müraciət etmişdir. X2 xidmət Mərkəzinin Notariat Ofisindən bildirilmişdir ki, sözügedən mirasla bağlı cavabdeh1 vərəsəlik işi açılmış və Seyidov Yaşar Əbülfəz oğluna vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin məsələyə aydınlıq gətirmək üçün iddiaçının müraciəti əsasında cavabdeh cavabdeh1 vəkil sorğusu ilə müraciət olunmuşdur. Sorğuya verilən cavabda məlum olmuşdur ki, həqiqətən də vərəsəliklə bağlı qanunla müəyyən edilən müstəsna aidiyyət qaydaları pozularaq məhz əmlakın yerləşdiyi yerdə deyil, Oğuz rayonunda vərəsəlik işi açılmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vərəsəlik işinə nəzərə yetirəndə heç bir araşdırılmanın aparılmadığı, mərhumun 5 vərəsəsi barədə ##.##.2024-cü il tarixli arayışın olmasına baxmayaraq onların cəlb edilməməsi, qeydiyyat orqanından heç bir məlumatın əldə edilməməsi, ən cddi problem isə aidiyyət qaydalarının pozulması müəyyən edilir. Cavabdeh Seyidov Yaşar Əbülfəz oğlu ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət edərək rahat şəkildə həmin gündə də vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hansı ki, ondan daha əvvəl iddiaçı 2024-cü ilin may ayında artıq X1 Xidmət Mərkəzinin Notariat Ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Həmin ərəfədə vəziyyətdən narahat olan cavabdeh hansısa arxayınlıqla, işinin həll ediləcəyi barədə yüksək əminliklə Oğuz rayonu Notariat Ofisinə üz tutaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni dərhal əldə etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, şəhadətnamə alan zaman bütün vərəsələrin razılığını almışdır. Hal hazırda iddiaçıya da həmin torpaq sahəsindən 0.1 ha torpaq sahəsini verməyə razıdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir.
8. Şəki Rayon Məhkəməsinin # ##### 2025-ci tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin edilərək, cavabdeh1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *V-*** nömrəli reyestrdə qeydə alınmış “Vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Reyestr Xidmətinin ** saylı Şəki Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş ##.##.2024-cü il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan Həmdünə Salamova ##.##.2009-cu il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərilən miras əmlaka əmisi tərəfindən gedib gəlməsinə qadağa qoyulduğunu bildirməsinə baxmayaraq 2009-cu il tarixdən X2 xidmət mərkəzinə müraciət etdiyi 2024-cü ilin may ayınadək olan müddətdə hazırki tələbini mübahisələndirməmişdir. Lakin qanunvericiliyin tələblərinə əsasən mirasın açıldığı yer, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer sayılır. Hazırda miras qoyan mərhum X9 rayonu, Böyük Dəhnə kəndində yaşamasına, bundan başqa isə həmin mirasın Şəki rayon ərazisində yerləşməsinə baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmalı olduğu halda cavabdeh1 tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehin adına həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair tam miras payı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da qanuni hesab edilə bilməz.
10. Digər tərəfdən, məhkəmə qeyd etmişdir ki, cavabdeh1 tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərə əlavə edilmiş Şəki şəhəri “Böyük Dəhnə” kənd nümayəndəliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, X9 vəfat etdikdən sonra onun X15 (vəfat edib), X13 (vəfat edib), X6 (vəfat edib), X11 və Seyidov Yaşar Əbülfəz oğlu adlı vərəsələri qalmışdır.
11. Belə olan halda cavabdeh1 tərəfindən digər vərəsələrin və vəfat etmiş şəxslərin vərəsələri tərəfindən miras qalmış əmlakı qəbul edib-etməmələri araşdırılmayaraq sonuncuların da məlumatlandırılmaması notariat işində müəyyən edilməmişdir. Ona görə də cavabdehin adına cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslıdır. Buna görə də iddianın həmin hissəsi təmin edilməlidir.
12. Məhkəmə həmçinin ##.##.2024-cü il tarixli, *v-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdehin adına verilmiş ##.##.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbini araşdıraraq qeyd etmişdir ki, iddianın göstərilən hissəsi də əsaslıdır.
13. Belə ki, mübahisəli yaşayış evinə və torpaq sahəsinə dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin yaşayış evinə dair ##.##.2024- cü il tarixdə cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törəmədir. Buna görə də mübahisəli yaşayış evinə dair cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli yaşayış evinə və torpaq sahəsinə dair onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməlidir.
14. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 149.2, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1147.1, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1262, 1318-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0.3-cü, habelə MPM-nin 14.2, 77.1, 107, 119.1, 217.4cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə üzərinə düşən vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmış, qəbul edilmiş qətnamə qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək üçün hər hansı hərəkət etməmişdir.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakimlər Elman İsayev (sədrlik edən, məruzəçı), Ələddin Məcidov və Taleh Musayev) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəki Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 149.2, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1262, 1318-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0.3, habelə MPMnin 372.1, 372.6, 372.7, 14.2, 77.1, 384, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsindəki birinci icraat
20. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Həmdünə Salamova ##.##.2009-cu il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərilən miras əmlaka əmisi tərəfindən gedib gəlməsinə qadağa qoyulduğunu bildirməsinə baxmayaraq 2009-cu il tarixdən X2 xidmət mərkəzinə müraciət etdiyi vaxtdan 2024-cü ilədək bununla bağlı mübahisə açmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim edilmiş sübutlar tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallar əsaslandırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Kassasiya şikayətində AR Konstitusiyasının 29-cu maddəsinin 1, 2, 7 bəndlərinin, Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1246.1, 1256, 1321.3, 1322ci maddələrinin, “Notariat haqqında” AR Qanunun 59-cu maddəsinin, MPM-in 9.3, 14.2, 217.1, 218.1-ci maddələrinin pozuntusuna istinad edilmiş, qətnamə qəbul edilərkən Konstitusiya Məhkəməsinin “AR Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarındakı hüquqi mövqenin nəzərə alınmadığı qeyd edilmişdir.
22. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər Vüsalə Baxışova (məruzəçi), Zəki Babayev və Zaur Əliyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
23. Məhkəmə kollegiyası qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, hazırkı halda məhkəmə ilk növbədə cavabdehə vərəsə kimi verilmiş şəhadətnaməni mübahisələndirən iddiaçının buna subyektiv hüququ olub-olmadığını, miras əmlakın iddiaçı tərəfindən qəbul edilib-edilmədiyini yoxlamalı idi. Birinci instansiya məhkəməsi miras qoyan Həmdünə Salamovadan miras qalmış əmlaka vərəsəliyin 2009-cu ilin noyabr ayında açıldığını, buna baxmayaraq iddiaçının qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etmədiyini müəyyən etmişdir. Yəni iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olduğu (mirasın faktiki və ya qanunla müəyyən edilmiş üç aylıq müddət ərzində notariat orqanına ərizə verilməsi yolu ilə qəbul edilməsi) müəyyən edilmədiyi halda məhkəmə tərəfindən onun iddiası əsasında qarşı tərəfə verilmiş şəhadətnamənin qanuniliyinə hüquqi qiymət verilmişdir.
24. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işə yenidən baxılarkən apellyasiya məhkəməsi tərəfindən iddiaçının miras qoyan Həmdünə Salamovanın vərəsəsi olaraq digər vərəsəyə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməyə subyektiv hüququnun olub-olmadığına qiymət verilməli, bu qiymətləndirmə zamanı tərəflərin mirasın qəbulu qaydası və müddəti ilə bağlı eyni vəziyyətdə olduğu müəyyən edilərsə mübahisə mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi (MM-nin 8.1-ci maddəsi), tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirildiyi (MM-nin 9.1 maddəsi) nəzərə alınmaqla həll edilməlidir.
25. Kassasiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1145, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3, 1246, 1255-ci, habelə MPM-nin 4.1, 8.1, 9.1, 416.1, 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər İmamverdi Şükürov (sədrlik edən, məruzəçi), Zamin Tahirov və Akif Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın təmin edilməməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə və digərlərinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi üzrə işə qanunvericiliyin tələblərini pozmaqla baxmışdır.
28. Belə ki, birinci instansiya məhkəməsi ilk növbədə cavabdehə vərəsə kimi verilmiş şəhadətnaməni mübahisələndirən iddiaçının buna subyektiv hüququ olub-olmadığını, miras əmlakın iddiaçı tərəfindən qəbul edilib-edilmədiyini yoxlamalı idi.
29. Birinci instansiya məhkəməsi miras qoyan Həmdünə Salamovanın mirasının 2009-cu ilin noyabr ayında açıldığını, buna baxmayaraq iddiaçının qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etmədiyini müəyyən etmişdir. Yəni iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olduğu (mirasın faktiki və ya qanunla müəyyən edilmiş üç aylıq müddət ərzində notariat orqanına ərizə verilməsi yolu ilə qəbul edilməsi) müəyyən edilmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən onun iddiası əsasında qarşı tərəfə verilmiş şəhadətnamənin qanuniliyinə hüquqi qiymət verilmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki hüquq doktrinasında da qəbul olunur ki, subyektiv hüquq hüquq normasının konkret şəxsə verdiyi davranış imkanının ifadəsidir və o, yalnız müəyyən hüquqi faktların baş verməsi nəticəsində yaranır. Vərəsəlik hüququ sahəsində belə hüquqi faktlardan biri mirasın qəbul edilməsidir. Bu baxımdan AR Mülki Məcəlləsinin vərəsəlik münasibətlərini tənzimləyən müddəalarına əsasən miras yalnız qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul edildiyi halda vərəsədə müvafiq hüquq yaradır. Mirasın qəbul edilməməsi isə həmin şəxsin miras əmlak üzərində hüquq iddia etməsini hüquqi baxımdan əsassız edir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi iddiaçının miras əmlak üzərində hüquqi statusunu müəyyən etmədən və onun mirası qəbul edib-etmədiyini araşdırmadan mübahisəyə mahiyyəti üzrə qiymət vermişdir. Halbuki iş materiallarından görünür ki, miras qoyan Həmdünə Salamovanın mirası 2009-cu ilin noyabr ayında açılmış, lakin iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün notariat orqanına müraciət etməmiş və miras əmlakı faktiki qəbul etdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
32. Belə olan halda iddiaçının miras əmlak üzərində hüquqi statusu yaranmamışdır və nəticə etibarilə o, digər vərəsəyə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılmasını tələb etmək üçün maddi hüquqi marağa malik şəxs hesab edilə bilməz. Bu hal nəzərə alınmadan məhkəmənin birbaşa şəhadətnamənin qanuniliyini araşdırması həm maddi hüquq normalarının, həm də prosessual hüquq prinsiplərinin pozulmasına səbəb olmuşdur.
33. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151, 1159.1.1, 1159.1.3, 1143.1, 1243.2, 1243.3, 1246, 1255, 1262-ci, habelə MPM-nin 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci iltarixli, *(*-**)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsəlik işinə nəzərə yetirəndə heç bir araşdırılmanın aparılmadığı, mərhumun 5 vərəsəsi barədə ##.##.2024-cü il tarixli arayışın olmasına baxmayaraq onların cəlb edilməməsi, qeydiyyat orqanından heç bir məlumatın əldə edilməməsi, ən ciddi problem isə aidiyyət qaydalarının pozulması müəyyən edilir. Cavabdeh ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət edərək rahat şəkildə həmin gündə də vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hansı ki, ondan daha əvvəl iddiaçı 2024-cü ilin may ayında artıq X1 Xidmət Mərkəzinin Notariat Ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmişdi. Həmin ərəfədə bu vəziyyətdən hansısa yolla xəbərdar olan cavabdeh hansısa arxayınlıqla, işinin həll ediləcəyi barədə yüksək əminliklə Oğuz rayonu Notariat Ofisinə üz tutaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni dərhal əldə etmişdir. cavabdeh1 notariusu da onun bu qanunsuz məqsədinə dəstək olaraq 1 günün içərisində 5 vərəsə barədə arayışı gördüyü halda, miras əmlakın Şəki şəhərində olduğunu bildiyi halda birbaşa cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Guya onda bu barədə 1 faiz də olsa şübhə yaranmamışdı. Cavabdeh Rusiya vətəndaşıdır. Əgər iddiaçının mirası qəbulu ilə bağlı məhkəmədə şübhə var idisə cavabdehin də qanunsuz yolla vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etməsə onun da mirası qəbul faktı qeyri-müəyyən olaraq qalacaqdı. Bu halda vərəsələrə mirasın qəbulu faktının təsdiq edilməsi barədə məhkəməyə müraciət etmələri tövsiyyə olunacaqdı. Cavabdehin sadəcə arayış və ərizə təqdim etməsini notarius mirası qəbulu kimi qiymətləndirilə bilməzdi. İddiaçı da daha öncədən aidiyyat qaydalarını pozmadan X2 xidmət Mərkəzinin Notariat Ofisinə müraciiət edərək zəruri sənədləri toplamağa başlamışdır.
36. cavabdeh1 notariusu X4 iddiaçı ilə yanaşı digər vərəsələrin də hüquqlarını, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Notariat Haqqında Qanunun tələblərini kobud surətdə pozmuşdur. Şamil Yusifovun yanına gedib ona niyə aidiyyət qaydasını pozaraq, vərəsələri dəvət etmədən qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyini soruşduqda yaxşı eləmişəm hara istəyirsən şikayət et demişdir. Şəki rayonunda hər kəsdə təsəvvür var ki, Şamil müəllim Şəki ASAN xidmətin Notariat Osifində problem yaratdıqları hər işi həll edir. Həqiqətən deyilənlər doğrudur ki, Şəkidə olan mirasla bağlı iddiaçı ASAN xidmətin Notariat Ofisinə müraciət etdiyi dövrdə Şamil Yusifov 1 günün içində vərəsəlik hüququ haqqında şəhadətnaməni vermişdir. Cavabdeh Oğuzda fəaliyyət göstərən notariusun bu işi həll edəcəyini necə təxmin edə bilərdi. Onların hər ikisinin əməlində korrupsiya cinayətinin əlamətləri mövcuddur. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, eyni zamanda həmin tarixdə xüsusi qərardad çıxarılmaqla cavabdeh1 cavabdehə həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair tam miras payı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən cavabdeh1 xüsusi notariusu vəzifəsində işləmiş X4 əməlində cinayətlərinin əlamətləri mövcud olduğundan Oğuz Rayon Prokurorluğuna xəbər verilməsi və xüsusi qərardadın surətinin Oğuz Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Oğuz rayon prokurorluğunun müstəntiqi material üzrə ##.##.2015-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul etmişdir. Həmin qərardan narazı qalan iddiaçı məhkəmə nəzarəti qaydasında Oğuz Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə sözügedən qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Oğuz rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə işin hallarına qiymət verərkən aşağıdakı mövqedə olmuşdur: Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli. *(***)-***/**** nömrəli qərardadı əsasında toplanmış **-C-** nömrəli materialdan görünür ki, Oğuz rayon prokurorluğunun müstəntiqi tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, cavabdeh izahatında bacanağı Abbas Abdullayevlə birlikdə Oğuz şəhərində yerləşən notariusa getməsini, sənədləri birlikdə təqdim etməsini bildirmişdir, lakin həmin “Abbas Abdullayev” adlı şəxsin izahatı araşdırmanın gedişatına mühüm təsir edə biləcəyinə baxmayaraq həmin şəxsin izahatının alınması istintaq orqanı tərəfindən təmin edilməmişdir. Bundan əlavə, Şamil Yusifov izahatında bildirmişdir ki, vərəsəlik üzrə aidiyyəti miras qoyanın mirasının olduğu yer, yaxud mirasın açıldığı yer olmalıdır. Mirasın olduğu yer və açıldığı yer Şəki rayonu olduğundan aidiyyət onun tərəfindən pozulmuşdur. Həmçinin miras payı üzrə vərəsələrə onun tərəfindən bildiriş göndərilməmişdir. Qərardadda qeyd olunmuş digər pozuntular barədə də o, məsuliyyətini dərk edir. İzahatın məzmunundan da göründüyü kimi o,həqiqətən də qanun pozuntusuna yol verdiyini etiraf edərək təqsirini boynuna almışdır. Eyni zamanda iş materiallarından görünür ki, miras qoyanın X11 adlı digər vərəsəsi olsa da, Şamil Yusifovun özünün də qeyd etdiyi kimi həmin vərəsələrə bildiriş göndərilməmişdir, lakin müstəntiq tərəfindən həmin xüsusatlar nəzərə alınmamış və onlara hüquqi qiymət verilməmişdir. Bundan başqa, Seyidov Yaşar Əbülfəz oğlu izahatında Şamil Yusifova ümumilikdə təxminən rüsum daxil olmaqla 50-100 manat aralığında pul verdiyini qeyd etmişdir, lakin istintaq orqanı tərəfindən notariat ofisinin bank hesabına həqiqətən də hansı miqdarda rüsumun köçürülməsi halı araşdırılmamışdır. Bundan əlavə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Şamil Yusifovun əməli nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması halının müəyyən edilmədiyi göstərilmişdir. Lakin həmin qərardan müstəntiqin mühüm zərərin qiymətləndirilməsi üçün hansı meyarı əsas götürməsi, hansı halda zərərin “mühüm” olaraq nəzərdən keçirməsi və sonda bu nəticəyə gəlməsi aydın olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,hazırda mübahisələndirilən rədd qərarı qəbul edilərkən iş üzrə obyektiv, tam və hərtərəfli raşdırma aparılmamış, AR CPM-nin 143, 144, 145 və 146-cı maddələrində əks olunmuş sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi ilə bağlı müddəaların, həmçinin həmin Məcəllənin 85.2.1 və 85.2.7-ci maddələrinin tələbləri gözlənilməmiş və əsassız qərar qəbul edilmişdir. Sözügedən qərar əsasında iş materialları yenidən araşdırılması üçün Oğuz rayon prokurorluğuna göndərilmişdir və iş üzrə hazırda araşdırma gedir. Şərh olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində edilən prosessual hərəkətlər nəticəsində etibarsız inzibati akt qəbul edilmişdir. Cavabdeh həmin hüququ sözügedən qanunsuz əqd əsasında əldə etdiyindən, iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən kifayət qədər mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə sübutları birtərəfli araşdırmış, cavabdehlərin marağına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən cavabdehlərin heç bir sübut təqdimetməməsini nəzərə alınmamışdır. Göründüyü kimi məhkəmə bu qədər qanun pozuntularını görməzdən gələrək qanunsuz və ədalətsiz qətnamələr qəbul edərək iddiaçının Konstitusyon hüquqlarını pozmuşdur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə apellyasiy məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
39. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
40. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)
41. Maddə 1145 Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
42. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
43. Maddə 1151 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
44. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ... 1159.1.3 Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
45. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
47. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
48. Maddə 1246 (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2023-ci il tarixli Qərarı dərc edildiyi günədək qüvvədə olan) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
49. Maddə 1255 Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
50. Maddə 1262 Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 53.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 54.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 55.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 56.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 57.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri 58.Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 59.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi 60.Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 61.İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. 62.Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə və digərlərinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi üzrə işə qanunvericiliyin tələblərini pozmaqla baxmışdır. Çünki, birinci instansiya məhkəməsi ilk növbədə cavabdehə vərəsə kimi verilmiş şəhadətnaməni mübahisələndirən iddiaçının buna subyektiv hüququ olub-olmadığını, miras əmlakın iddiaçı tərəfindən qəbul edilib-edilmədiyini yoxlamalı idi. 63.Birinci instansiya məhkəməsi miras qoyan Həmdünə Salamovanın mirasının 2009-cu ilin noyabr ayında açıldığını, buna baxmayaraq iddiaçının qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etmədiyini müəyyən etmişdir. Yəni, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olduğu (mirasın faktiki və ya qanunla müəyyən edilmiş üç aylıq müddət ərzində notariat orqanına ərizə verilməsi yolu ilə qəbul edilməsi) müəyyən edilmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən onun iddiası əsasında qarşı tərəfə verilmiş şəhadətnamənin qanuniliyinə hüquqi qiymət verilmişdir. 64.Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki hüquq doktrinasında da qəbul olunur ki, subyektiv hüquq hüquq normasının konkret şəxsə verdiyi davranış imkanının ifadəsidir və o, yalnız müəyyən hüquqi faktların baş verməsi nəticəsində yaranır. Vərəsəlik hüququ sahəsində belə hüquqi faktlardan biri mirasın qəbul edilməsidir. 65.Bu baxımdan AR Mülki Məcəlləsinin vərəsəlik münasibətlərini tənzimləyən müddəalarına əsasən miras yalnız qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul edildiyi halda, vərəsədə müvafiq hüquq yaradır. Mirasın qəbul edilməməsi isə həmin şəxsin miras əmlak üzərində hüquq iddia etməsini hüquqi baxımdan əsassız edir. 66.Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi iddiaçının miras əmlak üzərində hüquqi statusunu müəyyən etmədən və onun mirası qəbul edib-etmədiyini araşdırmadan, mübahisəyə mahiyyəti üzrə qiymət vermişdir. Halbuki iş materiallarından görünür ki, miras qoyan Həmdünə Salamovanın mirası 2009-cu ilin noyabr ayında açılmış, lakin iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün notariat orqanına müraciət etməmiş və miras əmlakı faktiki qəbul etdiyini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. 67.Belə olan halda iddiaçının miras əmlak üzərində hüquqi statusu yaranmamışdır və nəticə etibarilə o, digər vərəsəyə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılmasını tələb etmək üçün maddi hüquqi marağa malik şəxs hesab edilə bilməz. Bu hal nəzərə alınmadan məhkəmənin birbaşa şəhadətnamənin qanuniliyini araşdırması həm maddi hüquq normalarının, həm də prosessual hüquq prinsiplərinin pozulmasına səbəb olmuşdur. 68.Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 69.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: İddiaçı Cavadova Könül Fikrət qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-**)- **/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.