Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1788/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı İslam oğlunun cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 qarşı (Bakı şəhəri ** saylı notariat ofisi, Bakı şəhəri ** saylı notariat ofisi, * saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi, X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı İddiaçı İslam oğlunun cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 qarşı (Bakı şəhəri ** saylı notariat ofisi, Bakı şəhəri ** saylı notariat ofisi, * saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi, X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil3 İbrahim oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2009-cu il tarixli, MH seriyalı, № ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı İslam oğlunun adına qeydə alınmışdır.
2. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli, *Ə-*** saylı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı İslam oğlu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 30.000 manata İskəndər Aslanova satmışdır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2017-ci il tarixli, RX seriyalı, № ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Aslanov İskəndər Sabir oğlunun adına qeydə alınmışdır.
4. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli, *Ə-*** saylı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, İskəndər Aslanov Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 10.000 manata Əmirəliyeva Səmra Mübariz qızına satmışdır.
5. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Əmirəliyeva Səmra Mübariz qızının adına qeydə alınmışdır.
6. * saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu Mirzəyev Hakim Məmmədrza oğlu tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli, *Ə-*** saylı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, Məlikli (Əmirəliyeva) Səmra Mübariz qızı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 55.000 manata cavabdeh4 satmışdır.
7. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə cavabdeh4 adına 1121055716 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
8. * saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu Mirzəyev Hakim Məmmədrza oğlu tərəfindən təsdiq edilmiş ##.##.2023-ci il tarixli, *Ə-*** saylı “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini 60.360 manata cavabdeh3 satmışdır.
9. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** saylı məktubdan görünür ki, Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2017-ci il tarixdə, İddiaçı İslam oğlu ilə İskəndər Aslanov arasında torpaq sahəsinin alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubundan görünür ki, idarənin arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 0,06 hektar torpaq sahəsi olan **/**** saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış ##.##.2004-cü il tarixli, ***** nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən bağ sahəsinə dair tərtib edilmiş ##.##.2009-cu il tarixli Torpaq sahəsinin planı ve ölçüsü sənədi əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi (0,06 ha) ##.##.2009-cu il tarixdə İddiaçı İslam oğlunun adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş 4Ə-*** reyestr nömrəli ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında **/**** saylı (0,06 ha) bağ sahəsi ##.##.2017-ci il tarixdə ##.##.1952-ci il təvəllüdlü Aslanov İskəndər Sabir oğlunun adına qeydiyyata alınmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən təsdiq edilmiş # #### 2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında sözügedən bağ sahəsi ##.##.2017-ci il tarixdə Əmirəliyeva Səmra Mübariz qızının adına qeydiyyata alınmışdır. * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mirzayev Hakim Məmmədrza oğlu tərəfindən təsdiq edilmiş # ### 2021-ci il tarixi 40-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsi ##.##.2021-ci il tarixdə cavabdeh4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mirzəyev Hakim Məmmədrza oğlu tərəfindən təsdiq edilmiş ## #### 2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ##.##.2023-cü il tarixdə ##.##.1978-ci il təvəllüdlü cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubundan görünür ki, idarənin arxivində saxlanılan sənədlər toplusunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair İddiaçı İslam oğlu ilə Aslanov İskəndər Sabir oğlu arasında bağlanılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş, ##.##.2017-ci il tarixdə reyestrdə 4Ə-*** nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi mövcuddur. Həmin tarixdə bağlanılmış və reyestrdə 7E-*** nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsi arxiv qovluğunda aşkar olunmamışdır.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2017-ci il tarixli, 7E-*** reyestr nömrəli alğısatqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Eyni zamanda, X8 ** saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləməmişdir.
13. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən ##.##.2024-cü il tarixli çıxarışdan görünür ki, Aslanov İskəndər Sabir oğlu ##.##.2023-cü il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı İddiaçı İslam oğlunun (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil4 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 (bundan sonra cavabdeh, yaxud ad, soyadı) qarşı (Bakı şəhəri ** saylı notariat ofisi, Bakı şəhəri ** saylı notariat ofisi, * saylı Bakı Asan xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi, X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı və Aslanov İskəndər Sabir oğlu arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 7E-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İskəndər Aslanov və Səmra Əmirəliyeva (Məlikli) arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Məlikli (Əmirəliyeva) Səmra Mübariz qızı və cavabdeh4 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2021-ci il tarixli, 4/Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh4 və cavabdeh3 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsinin alğı-satqı müqavilələrinə əsasən verilmiş çıxarışların və Dövlət reyestrində qeydiyyatlarının ləğv edilməsi, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsinin iddiaçının xüsusi mülkiyyəti kimi tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi olan **/**** saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında keçmiş Bağlar Təsərrüfatının İnkişafı və istismarı Birliyi ilə bağlanmış ##.##.2004-cü il tarixli ***** nömrəli müqavilə və ləğv edilmiş DTXK tərəfindən bağ sahəsinə dair tərtib edilmiş ##.##.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsi (0,06 ha) ##.##.2009cu il tarixində iddiaçının adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. 2023-cü ilin fevral ayında iddiaçı mülkiyyətində olan sözügedən torpaq sahəsini satmaq üçün lazımi sənədləri əldə edərkən məlum olmuşdur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xüsusi notariusu X8 tərəfindən, guya, təsdiq edilmiş 40-*** reyestr nömrəli ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında, **/**** saylı (0,06 ha) bağ sahəsi ##.##.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində İskəndər Aslanovun adına qeydiyyata alınmışdır. İddiaçı bu günə qədər mülkiyyətində olan, yuxarıda göstərilən torpaq sahəsini heç kəsə satmamışdır. Aşağıda göstərilən halları nəzərə aldıqda, belə bir alğı-satqı müqaviləsinin ümumiyyətlə mövcudluğu böyük şübhə yaradır. Adı çəkilən alğı-satqı müqaviləsinin 4-cü bəndində göstərilir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini İskəndər Aslanova 30.000 manata satmışdır. Həmin müqavilənin 5-ci bəndində göstərilir ki, alıcı 30.000 manat məbləğində pulu iddiaçıya nağd şəkildə ödəmişdir. 2017-ci ildə notariat qaydada təsdiq olunmuş, qiymət məbləği 5.000 manatdan artıq olan müqavilələr üçün ödəniş notariusun depozit hesabı vasitəsi ilə ödənilirdi. Həmin vaxt notariat qaydasında bağlanan hər hansı bir müqavilənin tərəflərinin notariat ofisindəki kameralardan çıxarılmış şəkilləri müqavilə üzərində əks etdirilməli idi. Lakin ##.##.2017-ci il tarixli adı çəkilən müqavilənin üzərində nə iddiaçının, nə də alıcının şəkli yoxdur. Yuxarıda qeyd edildiyi kimi, guya, satılmış torpaq üçün ödəniş, qanuna zidd olaraq, notariusun bankdakı depozit hesabına daxil edilməmişdir. Müqavilədə göstərilir ki, iddiaçı notariat kontoruna şəxsən gəlmiş və iddiaçının fəaliyyət qabiliyyəti yoxlanılıb. Müqavilə təsdiq olunan zaman iddiaçı kəskin beyin qan dövranının pozulmasından (insult) müalicə olunmuşdur. Həmin vaxt iddiaçı ağır əməliyyat keçirtmiş, sağ ayağı amputasiya olunmuşdur. Bütün bunların nəticəsi kimi, iddiaçı bu günə qədər yataq xəstəsidir. Bu barədə həkim arayışlarını iddia ərizəsinə əlavə etmişdir. Ən nəhayət, Bakı şəhəri ** saylı notariat ofisinin Notariusu özünün ##.##.2023-cü il tarixli, *** nömrəli məktubu ilə bildirir ki, Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2017-ci il tarixdə, İddiaçı ilə İskəndər Aslanov arasında torpaq sahəsinin alğı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsi Notariat İdarəsi rəisinin ##.##.2023-cü il tarixli, *-**-*/*-**-****/** nömrəli məktubu ilə bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2017-ci il tarixli, 7E-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Eyni zamanda, həmin məktubda bildirilmişdir ki, X8 ** saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləməmişdir. Cavabdeh İskəndər Aslanov saxta sənədlər əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsini özəlləşdirib, həmin torpaq sahəsini DƏDRX-də öz mülkiyyəti kimi ##.##.2017-ci il tarixdə qeydə aldırmışdır. Bundan sonra İskəndər Aslanov çıxarışı alandan bir ay sonra, yəni ##.##.2017-ci il tarixdə həmin torpaq sahəsini, torpağın alınması üçün Səmra Əmirəliyevaya satmışdır. Bu alğı-satqı müqaviləsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən təsdiq olunmuşdur. * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mirzayev Hakim Məmmədrza oğlu tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli, 40-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ##.##.2021-ci il tarixində cavabdeh4 adına Dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mirzəyev Hakim Məmmədrza oğlu tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli, 40-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ##.##.2023-cü il tarixində cavabdeh3 adına Dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Beləliklə, cavabdehlər, özlərinin yuxarıda göstərilən hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsini qanunsuz mənimsəmişlər.
16. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı və İskəndər Aslanov arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 7E-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 4Ə- *** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Məlikli (Əmirəliyeva) Səmra Mübariz qızı və cavabdeh4 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2021-ci il tarixli 4/Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh4 və cavabdeh3 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsinin alğı-satqı müqavilələrinə əsasən verilmiş çıxarışların və Dövlət reyestrində qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vasitəsilə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə iddia tələbi tamamilə əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir: Belə ki, 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçı İddiaçı tərəfindən İskəndər Aslanova ## ### 2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmışdır. Beləliklə, iddiaçı 2017-ci ildə bağlanılmış alğı-satqı müqaviləsini 2023-cü ildə, yəni 6 il sonra mübahisələndirmiş və beləliklə də, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Digər tərəfdən, iddiaçı iddia ərizəsində 2017ci ildə imzalanmış alğı-satqı müqaviləsindən, onun xüsusi mülkiyyətində olan əmlakın başqa şəxsin mülkiyyətinə keçdiyindən 2023-cü il fevral ayında məlumatı olduğunu qeyd edir ki, bu da tamamilə absurd bir məsələdir. Belə ki, şəxsin əmlakının satılmasından onun 6 il sonra xəbər tutması reallığa uyğun deyil. İddiaçı ona məxsus olmuş əmlakın başqa şəxsə keçdiyindən 2023-cü il fevral ayında məlumatı olduğunu yalnız sözlə qeyd edir və məhkəməyə buna dair heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən əqdin mübahisələndirilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020-ci il tarixli qərarına əsasən əqdin mübahisələndirilməsi müddəti iddia müddəti yox, kəsici müddətdir və kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. 2) İş materiallarından görünür ki, iddiaçı sənədlərdə “saxtalaşdırma” olduğunu bildirir və bu əsasla da əqdin etibarsız hesab edilməsini xahiş edir. Hazırkı işlə bağlı hər hansısa cinayət işinə dair məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü mövcud deyildir. Qanuni qüvvəyə minmiş ittiham hökmünün mövcud olmaması isə iş üzrə heç bir saxtalaşdırmanın mövcud olmadığını təsdiq edir. Beləliklə də, hazırkı işlə bağlı həqiqətən saxtalaşdırma mövcud olsaydı belə, ilkin olaraq həmin məsələyə cinayət hüququ müstəvisində qiymət verilməli idi ki, daha sonra müvafiq əqd etibarsız hesab edilsin. 3) İş materiallarından görünür ki, iddiaçının tələbi ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilədən sonra bağlanılmış digər alğı-satqı müqavilələrinin ləğv edilməsi və müvafiq Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt hesab edilir və müvafiq olaraq da onların ləğv edilməsi səlahiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati məhkəmələrin aidiyyətindədir. Buna görə də, iddiaçı İddiaçı cavabdehlər İskəndər Aslanov, cavabdeh1, cavabdeh4 və cavabdeh3 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, sözügedən torpaq sahəsini tam qanuni şəkildə əvvəllər tanımadığı İsgəndər adlı şəxsdən qızı Səmra üçün almışdır. Torpaq sahəsinin ətrafı hasarlı və qonşu evlərlə əhatəli olmuşdur. Həmin torpaq sahəsini hansı qiymətə almasını dəqiq xatırlamasa da, torpaq sahəsi 0,06 ha olmuşdur.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə İskəndər Aslanov arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin alğı-satqısına dair 4Ə-*** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, 4Ə-*** reyestr nömrəli, AN- İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən İskəndər Aslanovun adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş ##.##.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olmasının izah edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.
20. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi (0,06 ha) ##.##.2009-cu il tarixdə İddiaçı adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş 4Ə- *** reyestr nömrəli ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında **/**** saylı (0,06 ha) bağ sahəsi ##.##.2017-ci il tarixdə ##.##.1952-ci il təvəllüdlü İskəndər Aslanovun adına qeydiyyata alınmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən təsdiq edilmiş ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında sözügedən bağ sahəsi ##.##.2017ci il tarixdə Səmra Əmirəliyevanın adına qeydiyyata alınmışdır. * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mirzayev Hakim Məmmədrza oğlu tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixi, 40-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsi ##.##.2021-ci il tarixdə cavabdeh4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Mirzəyev Hakim Məmmədrza oğlu tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi ##.##.2023-cü il tarixdə ##.##.1978-ci il təvəllüdlü cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2017-ci il tarixli, 7E- *** reyestr nömrəli alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır. Eyni zamanda, X8 ** saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləməmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində alğı-satqı müqaviləsinin reyestr nömrəsini “7E-***” kimi qeyd etsə də, iş materiallarından görünür ki, İddiaçı ilə İskəndər Aslanov arasında bağlanmış müqavilənin reyestr nömrəsi “4Ə-***”-dur. Bununla da aydın olur ki, iddiaçı iddia ərizəsində texniki yanlışlığa yol vermişdir.
22. Bundan başqa cavabdeh cavabdeh4 nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının mübahisəli torpaq sahəsinin satıldığını əvvəldən bildiyini iddia etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bunun əksi olaraq, iddiaçı iddia ərizəsində onun mülkiyyətində olmuş torpaq sahənin satılmasını həmin torpaq sahəsini 2023-cü ildə satmaq istəyərkən bildiyini qeyd etmişdir. İş materiallarından görünür ki, iddiaçının vəkili tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə ##.##.2023-cü il tarixdə sorğu verilmiş, sonuncu tərəfindən sorğuya ##.##.2023-cü il tarixdə cavab verilmişdir. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin satılmasını həmin dövrdə bilmişdir. Həmçinin tərəflərin izahatlarından məlum olmuşdur ki, torpaq sahəsi üzərində cavabdehlər tərəfindən hər hansı bir tikinti və ya quruculuq işləri aparılmamış, bununla da belə nəticəyə gəlmək olar ki, iddiaçının həmin sahənin satılmasından məlumatı olmamışdır.
23. Məhkəmə hesab etmişdir ki, iddiaçı alğı-satqı müqaviləsinin bağlanmasından 6 il keçdikdən sonra müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə müddətin ötürülməsi yuxarıda göstərilən obyektiv səbəblərlə əlaqədar olmuşdur.
24. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin hüququnun pozulduğunu bildiyi an, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə tərəfindən sorğuya ##.##.2023-cü il tarixdə cavab verildiyi andan hesablanmalı və buna görə də, hazırkı mübahisəyə kəsici müddət tətbiq edilə bilməz.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi, İddiaçı ilə İskəndər Aslanov arasında bağlanmış yeganə müqavilə 4Ə-*** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsidir. Sözügedən müqavilənin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xüsusi notariusu X8 tərəfindən təsdiq edilməsi qeyd edilsə də, X8 ** saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləməmiş və həmin notariat kontorunda qeyd edilən alğı-satqı müqaviləsi mövcud olmamışdır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, İddiaçı ilə İskəndər Aslanov arasında bağlanmış alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmamışdır.
26. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hesab etmişdir ki, İddiaçı ilə İskəndər Aslanov arasında bağlanmış 4Ə-*** reyestr nömrəli, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, daşınmaz əmlakın alğı-satqısı müqaviləsi notarial qaydada müvafiq səlahiyyətləri olan notarius tərəfindən üzərində notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilən möhürlə təsdiq edilməlidir. İskəndər Aslanov arasında bağlanmış 4Ə-*** reyestr nömrəli, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xüsusi notariusu X8 tərəfindən təsdiq edildiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ümumiyyətlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 notariusu vəzifəsində işləməmişdir. Eyni zamanda, sözügedən alğı-satqı müqaviləsindəki möhürdə X8 adı görünsə də, notariat kontorunun adı mövcud deyildir. Bu isə həmin möhürün həqiqi olmaması qənaətinə gəlməyə əsas verir. Buna görə də, sözügedən torpaq sahəsinin alğı-satqısının həyata keçirilməsi zamanı İddiaçı iradə ifadəsinin olmasını müəyyən etmək mümkün olmamışdır.
27. Məhkəmə daha sonra qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin qanunvericiliyin tələbləri pozulmaqla özgəninkiləşdirməsi, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan hüquqlarından məhrum edilməsinə yönəlmiş hərəkətləri kimi qiymətləndirilir.
28. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı ilə İskəndər Aslanov arasında bağlanmış 4Ə-*** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız sayılmalıdır.
29. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı ilə İskəndər Aslanov arasında bağlanmış 4Ə-*** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün əhəmiyyətsiz əqd olmaqla, etibarsız sayılmalı, həmçinin sözügedən alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən İskəndər Aslanovun adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair verilmiş ##.##.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarış da ləğv edilməlidir.
30. Lakin məhkəmə iddia tələblərinin digər yəni, İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Məlikli (Əmirəliyeva) Səmra Mübariz qızı və cavabdeh4 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2021-ci il tarixli 4/Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh4 və cavabdeh3 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlər Səmra Əmirəliyeva, cavabdeh4 və cavabdeh3 Bakı şəhəri, Şüvəlan qəsəbəsi, **/**** saylı bağ sahəsinin müvafiq alğı-satqı müqavilələrinə əsasən verilmiş çıxarışlarının və Dövlət reyestrində qeydiyyatlarının ləğv edilməsi hissəsi üzrə fərqli mövqeyə gəlmişdir.
31. Belə ki, işin materiallarından görünür ki, İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi, Məlikli (Əmirəliyeva) Səmra Mübariz qızı və cavabdeh4 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2021-ci il tarixli, 4/Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsi, cavabdeh4 və cavabdeh3 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanan anadək rəsmi reyestr üzrə mənzil yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Məhkəmə hesab etmişdir ki, sözügedən alğı-satqı müqavilələri bağlanan zaman müvafiq olaraq mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışlara əsasən qeydə alınmış, həmçinin sözügedən müqavilələr notariat kontorunda bağlanmış alğısatqı 32. müqaviləsi əsasında şəxslərin mülkiyyətinə verildiyindən cavabdehlər Səmra Əmirəliyeva, cavabdeh4 və cavabdeh3 əmlak üzrə hüquqları vicdanlı əldə edilmiş olduğundan onların hüquqları qanunla dövlət tərəfindən qorunur. Belə ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.
33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi, Məlikli (Əmirəliyeva) Səmra Mübariz qızı və cavabdeh4 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2021-ci il tarixli 4/Ə-**** reyestr nömrəli alğı-satqı müqaviləsi, cavabdeh4 və cavabdeh3 arasında bağlanmış və * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanarkən əmlak hüquqları qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət reyestrindən verilmiş müvafiq çıxarışlarla təsdiq edilmişdir. Odur ki, hazırda həmin əmlakı əldə etmiş cavabdehlər Səmra Əmirəliyeva, cavabdeh4 və cavabdeh3 vicdanlı əldə edən statusuna malik olmaları nəzərə alınmalıdır.
34. Məhkəmə bununla bağlı onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü 4Ə- *** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinin digər tərəfi daşımalıdır. Lakin İskəndər Aslanov ##.##.2023-cü il tarixdə vəfat etdiyindən iddiaçının məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü İskəndər Aslanovun hüquqi varisləri daşıyaraq, əmlakı əldə etmiş digər cavabdehlərin hüquqları xələl görməməlidir.
36. Lakin məhkəmə qeyd etməyi də zəruri saymışdır ki, cavabdehlər Səmra Əmirəliyeva, cavabdeh4 və cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsini vicdanlı əldə edən olduqları üçün onlarla bağlanmış müvafiq alğı-satqı müqaviləsinin etibarsızlığı və həmin alğı-satqı müqavilələri əsasında verilmiş müvafiq çıxarışların və qeydlərin ləğv edilməsi barədə tələbin təmin edilməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından mümkünsüzdür.
37. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya ona vurulmuş ziyanın ödənilməsini tələb etmək kimi hüquqlarının olması izah edilməlidir.
38. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 152.1, 178.1, 182.1, 324.1, 324.4, 324.5, 324.6, 331.1, 334.1, 334.2, 337.1, 337.3, 337.5, 351.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 8, 10, 45, 46-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2018-ci il tarixli plenum qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.vəkil2 şikayəti üzrə qəbul etdiyi ##.##.2004-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 106.1, 217.4, 218.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
39. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili vəkil3 İbrahim oğlu, cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil2 və cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 Hacıağa oğlu apellyasiya şikayətləri vermişlər.
40. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddiaçının iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
41. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, DƏDRX tərəfindən İddiaçı ilə İskəndər Aslanov arasında bağlanmış ##.##.2017ci il tarixli 7E*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında çıxarış verilməsi ağlabatan deyildir. Belə ki, alğı-satqı müqaviləsi notariat qaydada düzgün təsdiq olunmamışdır. Alğı-satqı müqaviləsində satıcı və alıcı notariat ofisində olmalı və alğı-satqı reallaşan zaman fotoşəkilləri çəkilməli idi. Lakin qeyd etdikləri dəlillərə əsasən mübahisələdirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İddiaçının mülkiyyət hüququ pozulmuş və ona məxsus əmlak cavabdehlər tərəfindən mənimsənilmişdir. Belə ki, cavabdeh İskəndər Aslanov saxta müqavilə əsasında aldığı əmlakı 1 ay sonra digər cavabdehə satmışdır. Ümumiyyətlə 7 il ərzində əmlakla bağlı 4 dəfə alğı-satqı olması gələcəkdə belə bir iddia ilə qarşılaşdıqları zamanı özlərini vicdanlı alıcı kimi qiymətləndirilmələri yönündə addımdır. İş materiallarından da göründüyü kimi iddiaçının əmlakı mənimsənilmiş, ona maddi və mənəvi zərər dəymişdir.
42. Cavabdeh cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbi təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçı İddiaçı tərəfindən İskəndər Aslanova ## ### 2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında satılmışdır. Göründüyü kimi iddiaçı 2017-ci ildə bağlanılmış alğı-satqı müqaviləsini 2023-cü ildə, yəni 6 il sonra mübahisələndirmiş və beləliklə də, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə baxmayaraq məhkəmə qanunvericiliyin bu tələbinə düzgün şəkildə diqqət yetirməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfin hüququnun pozulduğu bildiyi anı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab verdiyi gündən, yəni ##.##.2023-cü il tarixdən hesablamış və buna görə də mübahisəyə kəsici müddət tətbiq etməmişdir. Bu məsələyə tamamilə qanunsuz yanaşma olmuşdur.
44. Cavabdeh cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
45. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bəzi məqamlara aydınlıq gətirməmişdir ki, həmin məqamlarda iddiaçıya gələcək məhkəmə mübahisələrində onun hüquqlarını şübhə altına alacaq iddialarla çıxış edə bilər. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin qət etdi hissəsində iddiaçıya mübahisə predmeti olan torpaq sahəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək hüququnun olmasını izah edir. Ancaq vurulmuş ziyanın hansı alğı-satqı müqaviləsi nəticəsində vurulması və ziyanı kimdən tələb etməsini qeyd etmir. Bu isə iddiaçının onu cavabdeh qismində təkrarən məhkəməyə cəlb etmək perspektivini gündəmə gətirir. Məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almalı və qətnamənin qət etdi hissəsində vurulmuş ziyanın konkret olaraq kimdən tələb olunmasını qeyd etməli idi. İş materiallarından da görünür ki, mübahisələndirilən torpaq sahəsinə dair ilkin alğı-satqı müqaviləsi ##.##.2017-ci il tarixində bağlanıb. İddia ərizəsi isə məhkəməyə 6 il keçdikdən sonra verilib. Bundan başqa iddiaçı məhkəmədə mübahisələndirdiyi iddia tələbini heç bir qanuni əsaslarla sübuta yetirə bilmədi. İstər alğı-satqı müqaviləsinin, istərsə də müqavilədəki imzaların, möhürün saxta olmasını sübuta yetirə bilmədi. Halbuki, prosessual qanunvericiliyin tələbinə görə iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilməli idi.
46. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil3 İbrahim oğlu apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etmişdir ki, ekspertizanın rəyindən də göründüyü kimi imza İddiaçı məxsus deyil. Dövlət orqanının əməkdaşının təqsirinə görə onlara məxsus əmlak əldən çıxıb. İddiaçı konstitusion hüququ pozulub. Burada nə qədər ki, cinayət əməli var vicdanlı alıcıdan söhbət gedə bilməz. Alğı-satqı müqaviləsi yoxdur. Dövlət orqanı tərəfindən bu cinayətin törədilməsində birbaşa iştirak olduğu üçün onlar iddiasının təmin edilməsini xahiş edir.
47. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil2 izahatında qeyd etmişdir ki, onlar özləri torpaq sahəsini 2021-ci ildə almışlar, cavabdeh1 isə 2017-ci ildə alıb. Rəsmi şəkildə alğı-satqı olub, notariusda 55 min manat ödəniş edilib. cavabdeh4 bildirir ki, orada tikinti işləri aparmaq istəsələr də, maddi çətinliklər olduğu üçün heç bir tikinti aparılmayıb. Daha sonra 2023-cü ildə satılıb.
48. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 izahatında qeyd etmişdir ki, torpaq sahəsi hazırda onlardadır. Tikinti işləri aparmaq istəyir, lakin şəxsin özü hazırda Rusiyadadır. Onlar torpağı 60 min manata almışlar. Alğı-satqı olanda onların bu məsələdən xəbəri olmayıb. Daşınmaz əmlakda qeydiyyatda olan torpaq sahəsidir. Vətəndaş dövlət orqanına etibar edib, dövlət orqanı torpaq sahəsi başqa bir adamın adına qeydiyyatda olması ilə bağlı ona sənəd təqdim edib. Torpaq sahəsi rəsmi alğı-satqı nəticəsində qeydiyyatdan keçirilib.
49. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi) Məhəmməd Rüstəmli və Fərrux Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmışdır.
50. Apellyasiya instansiyası məhkəməsi 4Ə-*** reyestr nömrəli ##.##.2017-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı ilə İskəndər Aslanov arasında ##.##.2017-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satan İddiaçı İslam oğlu” qrafasındakı imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.
51. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur.
52. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
53. Məhkəmə kollegiyası müddətin ötürülməsi ilə bağlı cavabdehlərin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, kəsici və iddia müddətləri bir-birindən fərqli anlayışlardır. Kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddətləri isə bir qayda olaraq, tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə, maddə 375.2), kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
54. Hazırkı iş üzrə ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi isə əhəmiyyətsiz əqddir. Həmin əqd bağlandığı andan etibarsızdır. Bu halda etibarsızlıq halları iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrə görə meydana gəlir. Bu hallarda etibarsızlıq nəticəsini məhkəmənin aktı yaratmır. Mübahisə halında məhkəmə həmin halların baş verib-vermədiyini təsbit edərək, nəticəsinə görə iddianı həll edir. Bu cür iddianın məhkəmədə irəli sürülməsi üçün isə müddət tətbiq edilmir.
55. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə baxan məhkəmə də düzgün olaraq müddət tətbiq etməmiş və əqdin etibarsızlığını təsbit etmişdir. Sadəcə olaraq məhkəmənin müddətlə bağlı əsaslandırması dəqiq və aydın olmamışdır. Lakin Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsində qeyd olunur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası müddətlərlə bağlı yuxarıda özü əsaslandırma apararaq formal mülahizələrə görə qətnaməni ləğv etmir.
56. Məhkəmə kollegiyası digər müqavilələrin - İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi və sonrakı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı hissədə iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
57. İddiaçı tələbinin əsası kimi həmin müqavilələrin ilkin, saxta hesab olunan 4Ə-*** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsindən sonra bağlanmasını bildirsə də sonrakı müqavilələr bağlanarkən reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş, cavabdehlərin 4Ə-*** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığından, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı İddiaçı iradəsi xaricində özgəninkiləşdirilməsindən məlumatlı olması barədə hər hansı bir mötəbər sübut təqdim edilməmiş, qeyd olunan hal iş materiallarından da öz təsdiqini tapmır.
58. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş materiallarından görünür ki, alğısatqı müqavilələri bağlanan anadək rəsmi reyestr üzrə torpaq sahəsi yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İddiaçının nümayəndəsi də əvvəlki məhkəmə iclasında izahatında təsdiq etmişdir ki, satılması barədə elanın hasarda yazıldığını görmüşdür. Onlar daha sonra satılmaması barədə A4 kağızına nömrə ilə yazmışlar ki, onlara müraciət edilsin. Çünki çıxarış onlarda idi. 2023-cü ildə torpaq sahəsini satmaq istəyəndə onlara bildirilmişdir ki, torpaq sahəsi artıq satılıb.
59. İddiaçının izahatından da göründüyü kimi torpaq sahəsinin satılması barədə hasarda elanın yazılmasını görmüş, bununla bağlı hüquqi müstəvidə bir tədbir görməmiş, sadəcə kağızda nömrə yazıb qoymuşdur ki, satılmır. Deməli, hasarda torpağın satılması barədə elan olmuşdur.
60. İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış alğı-satqı müqaviləsinə nəzər saldıqda müəyyən olunur ki, hətta İskəndər Aslanovun arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 torpaq sahəsinin satılmasına razı olması barədə notarial qaydada ərizə vermişdir (ı cild, i.v.36). İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış alğı-satqı müqaviləsini alıcının əvəzinə atası X3 imza etmişdir. Müqavilədə tərəflərin foto şəkili də öz əksini tapmışdır. Qeyd olunan müqavilədə qiymət 10.000 manat göstərilsə də bu hal Səmra Əmirəliyevanın vicdanlı alıcı hesab olunmamasına əsas vermir. Çünki, Səmra Əmirəliyeva torpağı 2017-ci ildə almış və 2021-ci ildə satmışdır. X4 vicdanlı olmasa idi ən azından 4 ildən sonra deyil daha qısa müddətə tələsik torpağı satardı.
61. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi **/**** saylı bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olmasını izah etmişdir.
62. Məhkəmə kollegiyası qətnamədə hansı müqavilələr üzrə ziyanın tələb edilməsinin qeyd edilməməsi barədə cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzrə bağlanmış müqavilələrdən ancaq 4Ə-*** reyestr nömrəli ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı təsbit edilmişdir. Apellyasiya şikayəti verən cavabdehlərlə bağlanmış müqavilələr isə etibarsız hesab edilməmiş, onların vicdanlı alıcı olması qənaətinə gəlinmişdir. Bu səbəbdən cavabdehlərin apellyasiya şikayətinin bu dəlili əsassızdır. O cümlədən müəyyən olunur ki, Nərimanov rayon məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə müəyyən edilmiş fakta görə xüsusi qərardad da qəbul edilmişdir.
63. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
64. Məhkəmə kollegiyası iddiaçıya izah etmişdir ki, iddiaçının 4Ə-*** reyestr nömrəli ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsi üzrə onun hüququnu pozmuş şəxslərə (habelə müqaviləni təsdiqləyən vəzifəli şəxslərə) qarşı zərərini tələb etmək hüququ vardır.
65. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 14.3, 139.1, 139.3, 140, 144.1, 178.1, 337.1, 337.3, 337.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354cü maddələri əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il # ##### tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
66. Qətnamədən iddiaçı (vəkil vəkil3 İbrahim oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin tam edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
67. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
68. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hesab edirlər ki, məhkəmə əsassız olaraq iddianı qismən təmin edərək iddiaçının qeyd edilən hüquqlarını pozmuşdur.
69. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllədə məhkəmə qətnaməsi üçün ən əsas tələb onun qanuni və əsaslı olmasıdır. Lakin qeyd etdiyimiz dəlillərə əsasən mübahisələndirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilməsi ilə işə obyektiv baxılmayıb və sonda düzgün olmayan qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsinin qanuni hesab olunması üçün eyni zamanda onun MPM-nin 220.4-cü maddəsinin tələbinə uyğun olması lazımdır. Həmin maddədə qeyd edilir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli * saylı qərarının 2.2-ci maddəsinə görə - məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən yuxarıda qeyd etdiyimiz maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
70. Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil2 və cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 Hacıağa oğlu iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı ayrı-ayrılıqda etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
71. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
72. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
73. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
74. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
75. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir
76. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
77. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
78. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
79. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
80. Maddə 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur.
81. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.
82. Maddə 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.
83. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
84. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
85. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
86. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
87. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
88. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
89. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
90. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
91. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
92. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2026-cı il tarixli Qərardadı. Bənd 31. Bu iddia tələblərinə baxılarkən məhkəmələr tərəfindən Mülki Məcəllənin daşınmaz əşya üzərində mülkiyyət (tam əşya) hüquqlarının əldə edilməsi ilə bağlı 139, 139- 140, 144, 146, 148.2 və 149.2-ci maddələri nəzərdən keçirilməli və aşağıdakı şərtlər 1.1.3,93. üzrə yoxlama aparılmalıdır: 1) iddiaçının həqiqi hüquqi vəziyyətə görə mülkiyyət hüququnun olması (əşyaya dair ləğv edilmiş reyestr qeydinin mövcudluğu, vərəsəlik hüququnun olması və digər); 2) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mövcudluğu; 3) üçüncü şəxslə bağlanmış etibarlı dövriyyə əqdinin mövcudluğu; 4) əşyanı üçüncü şəxsə özgəninkiləşdirənin adına reyestr qeydinin əsaslı olub-olmadığı; 5) qeyd əsassız olduqda, əldə edən üçüncü şəxsin vicdanlı olub-olmadığı.
94. Bənd 39. Nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə ilə bağlı mübahisələr üzrə əsl mülkiyyətçi əşyaya dair üçüncü şəxsin bağladığı müqavilənin yalnız əhəmiyyətsizlik səbəbi ilə etibarsızlığı barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malikdir. O, üçüncü şəxslə bağlanmış müqavilənin tərəfi olmadığından onların iradə ifadələrinin zədələnməsindən çıxış edərək, əqdi mübahisələndirə bilməz.
95. Bənd 40. Bu mübahisələr üzrə məhkəmə təcrübəsində ən çox rast gəlinən etibarsızlıq halı uydurma əqdlərlə bağlıdır.
96. Bənd 43. Belə uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər: -əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması; -buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi; -buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması; -buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi; -əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi; -buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi; -cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması; -əldə edənin əşyaya həqiqi marağının olmamasına işarə edən davranışları (lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, buna dair ağlabatan əsaslar olmadan məhkəmə proseslərinə gəlməməsi, ona qarşı verilmiş iddia ərizəsinə etiraz etməməsi, əleyhinə çıxarılmış məhkəmə aktlarından şikayət verməməsi və sair); -əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar.
97. Bənd 44. Əksər hallarda bu faktlardan yalnız birinin mövcudluğu əqdin görünüş üçün bağlanması qənaətinə gəlmək üçün kifayət etmir. Məsələn, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu əqdin uydurma olmasının təsdiqi üçün yetərli deyil. Əks yanaşma Mülki Məcəllənin müqavilə azadlığına və müqavilə qiymətinin tərəflərin razılaşması ilə müəyyənləşdirilməsinə dair 390 və 398.1-ci maddələrinin tələblərinə zidd olardı. Bu baxımdan, məhkəmə iş üzrə bütün faktiki halları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsini nəzərə almaqla, sübutların məcmusu əsasında qiymətləndirməlidir. Xüsusilə dolayı sübutlara əsaslanarkən bu sübutlar bir-birini tamamlamalı, uzlaşmalı və alternativ izahları istisna edən vahid məntiqi sistem yaratmalı, yəni onlar məcmu şəkildə yalnız bir nəticəyə - əqdin uydurma olması qənaətinə aparmalıdır. Bununla yanaşı, istisna hallarda elə bir yeganə faktın mövcudluğu da mümkün ola bilər ki, bu, özü-özlüyündə digər ağlabatan izahları aradan qaldıraraq mübahisə üçün həlledici əhəmiyyət kəsb etsin. Məsələn, alıcının real alıcılıq qabiliyyətini istisna edən maddi durumunun və həyat şəraitinin həddindən artıq ağır olmasına baxmayaraq, kifayət qədər yüksək dəyəri olan qeyri-yaşayış sahəsi əldə etməsi və bunun formal olmamasına dair hər hansı ağlabatan əsaslandırma verə bilməməsi.
98. Bənd 45. Bu qaydada aparılan qiymətləndirmə əsasında əqdin uydurma olması təsdiq edilərsə, məhkəmə digər şərtlərin yoxlanılmasına keçmədən araşdırmanı yekunlaşdırmalı və reyestrdə üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə iddia onunla bağlanmış müqavilənin etibarsız (əhəmiyyətsiz) olması səbəbindən təmin edilməlidir.
99. Bənd 47. Dördüncü şərt əşyanı özgəninkiləşdirənin adına reyestr qeydinin əsaslı olub-olmamasıdır. Bu şərt üçüncü şəxslə əqd bağlanarkən reyestrdə adı görünən həmin şəxsin həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olmaqla, əşyaya sərəncam vermək səlahiyyəti ilə bağlıdır. Bənd 48. Bu şərtin yoxlanılması zamanı nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə yalnız dövlət reyestrində özgəninkiləşdirənin adına aparılmış qeydə etimad etmiş üçüncü şəxslərin hüquqlarını qoruyur. Ona görə də, bu növ mübahisələr üzrə əvvəlcə özgəninkiləşdirənin adına daşınmaz əmlakın dövlət reyestrində əşyaya dair qeydin olubolmadığı 100.yoxlanılmalıdır.
101. Bənd 59. İddiaçı (əsl mülkiyyətçi) reyestrdə adına əsassız qeydiyyat aparılmış şəxslə üçüncü şəxs arasındakı sövdələşmədə iştirak etmədiyindən, onun üçüncü şəxsin reyestrdəki qeydin düzgün olmadığını bildiyinə dair birbaşa sübutlar əldə etməsi əksər hallarda çətin olur. Bununla bağlı irəli sürdüyü dəlillər və sübutlar isə dolayı xarakter daşımaqla, əksər hallarda üçüncü şəxsin həmin halı (maneəni) bildiyini birbaşa təsdiq edə bilmir. Üçüncü şəxs isə “vicdanlı əldə edən görüntüsü” yaratmaq məqsədilə bağlanan uydurma əqdlərdən fərqli olaraq əşyanı əldə etməklə bağlı həqiqi niyyəti olsa da, buna dair hüquqi maneəni (qeydin əsassızlığını) bildiyini adətən gizlədir.
102. Bənd 64. Əldə edənin bildiyini sübut etmək üçün bu sübutların məcmusu elə xarakter daşımalıdır ki, onun qeydin əsassız olduğunu bilməsindən (“əldə edən bilirdi”) başqa qənaətə gəlmək və bu qənaəti hər hansı ağlabatan alternativ izahlarla zəiflətmək mümkün olmasın. Başqa sözlə, həmin sübutlar yalnız bir nəticəyə - əldə edənin bilməsi faktına aparmalı, hakimdə bu haqda qəti və birmənalı qənaət formalaşdırmalıdır.
103. Bənd 65. Bu baxımdan məhkəmələr dolayı sübutlar əsasında nəticəyə gələrkən aşağıdakı şərtləri nəzərə almaqla onları birlikdə qiymətləndirməlidirlər: - əsasən bir yox, bir neçə dolayı sübut olmalıdır; - həmin sübutların mötəbərliyi şübhə doğurmamalıdır; - sübutlar bir-birini təsdiq etməli, tamamlamalı və bir-birilə uzlaşmalıdır; - onlar məcmu şəkildə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır.
104. Bənd 66. Vicdanlılığın yoxlanılması zamanı da birbaşa sübutlar olmadığı halda, dolayı sübutetmə konsepsiyasından çıxış edilərək, əldə edənin qeydin əsassız olmasını bildiyi qənaətinə gəlinə bilər. Belə qənaət isə öz növbəsində bu qərardadın 43-cü bəndində sadalanan, habelə digər əhəmiyyətli faktların sübut olunması ilə formalaşdığından həmin faktların mövcudluğunu təsdiq edən sübutlar əldə edənin bildiyi faktına münasibətdə dolayı sübutlar qismində çıxış edir. Belə ki, bu qərardadın 43-cü bəndində sadalanan faktların əksəriyyəti həm də əldə edənin vicdanlılığının yoxlanılması zamanı reyestrdə qeydin əsassızlığını bildiyinə işarə edən faktlardır. Sadəcə olaraq, yuxarıda qeyd edildiyi kimi “vicdanlı əldə edən görüntüsü” yaratmaq məqsədilə bağlanan uydurma əqdlərdən fərqli olaraq bu halda üçüncü şəxsin əşyanı əldə etməklə bağlı həqiqi niyyəti olsa da, buna dair hüquqi maneəni (qeydin əsassızlığını) bildiyini gizlədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
105. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
106. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
107. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
108. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
109. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
110. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
111. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
112. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
113. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
114. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
115. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
116. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
117. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
118. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
119. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
120. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
121. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
122. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində, əqdin əhəmiyyətsizliyinin hüquqi əsası isə Mülki Məcəllənin 337.3-cü maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
123. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddianı qismən təmin etdikdən sonra, iddianın tam təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, iddianı birinci müqavilənin etibarsız hesab edilməsi istisna olmaqla, digər müqavilələrin etibarsız hesab edilməsi üçün əsasların olmadığı qənaətinə gələrək, iddianı qalan hissədə rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
124. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırkı qərarın 50-64-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmış, hazırkı iş üzrə ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmasını, Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində, təsdiq olunmuş ##.##.2017-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi və sonrakı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı hissədə iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinin əsaslı olmasını, iddiaçının tələbinin əsası kimi həmin müqavilələrin ilkin, saxta hesab olunan 4Ə-*** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğısatqı müqaviləsindən sonra bağlanmasını bildirsə də sonrakı müqavilələr bağlanarkən reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olması, cavabdehlərin 4Ə-*** reyestr nömrəli, AN-İ ******* saylı, ##.##.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığından, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı İddiaçı iradəsi xaricində özgəninkiləşdirilməsindən məlumatlı olması barədə hər hansı bir mötəbər sübut təqdim edilməməsini, qeyd olunan halın iş materiallarından da öz təsdiqini tapmamasını, alğı-satqı müqavilələri bağlanan anadək rəsmi reyestr üzrə torpaq sahəsinin yüklü edilməməsini, həbs altında olmamasını və özgəninkiləşdirilməsinə qadağa qoyulmamasını göstərmişdir.
125. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçının izahatından da göründüyü kimi torpaq sahəsinin satılması barədə hasarda elanın yazılmasını görmüş, bununla bağlı hüquqi müstəvidə bir tədbir görməmiş, sadəcə kağızda nömrə yazıb qoymuşdur ki, satılmır. Deməli, hasarda torpağın satılması barədə elan olmuşdur. İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış alğı-satqı müqaviləsinə nəzər saldıqda müəyyən olunur ki, hətta İskəndər Aslanovun arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 torpaq sahəsinin satılmasına razı olması barədə notarial qaydada ərizə vermişdir (ı cild, i.v.36). İskəndər Aslanov və Səmra Əmirəliyeva arasında bağlanmış alğı-satqı müqaviləsini alıcının əvəzinə atası X3 imza etmişdir. Müqavilədə tərəflərin foto şəkili də öz əksini tapmışdır. Qeyd olunan müqavilədə qiymət 10.000 manat göstərilsə də bu hal Səmra Əmirəliyevanın vicdanlı alıcı hesab olunmamasına əsas vermir. Çünki, Səmra Əmirəliyeva torpağı 2017-ci ildə almış və 2021-ci ildə satmışdır. X4 vicdanlı olmasa idi ən azından 4 ildən sonra deyil daha qısa müddətə tələsik torpağı satardı.
126. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
127. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
128. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
129. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
130. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
131. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
132. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.