Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2194/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, üçüncü şəxslər Maraqlı şəxs və Qax Rayon Notariat ofisinə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, üçüncü şəxslər Maraqlı şəxs və Qax Rayon Notariat ofisinə qarşı «miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Qax rayonu, Ləkit kəndində yerləşən 0,5578 ha və 0,3686 ha torpaq sahəsi İddiaçı, Maraqlı şəxs, Yusifov Fazil Hacıkazım oğlu və X5 ümumi mülkiyyətinə verilmişdir.
2. Yusifov Fazil Hacıkazım oğlu ## ### 2010-cu ildə, X5 ## ######## 2006-cı ildə ölmüşdür.
3. Mərhumların vərəsələri cavabdeh1, cavabdeh2, İddiaçı və Maraqlı şəxsdır.
4. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, tərəflərin mərhum anası X5 və mərhum atası Yusifov Fazil HacıKazım oğlundan miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın şərikləri arasında ixtilaf olması göstərilmişdir.
5. İddiaçı Qax rayonu Ləkit kəndində qeydiyyatdadır və yaşadığı təsərrüfatda özündən başqa heç kəs qeydiyyatda yoxdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, üçüncü şəxslər Maraqlı şəxs və Qax Rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu, Ləkit kəndində yerləşən Yusifov Fazil Hacıkazım oğluna, X5na, Maraqlı şəxs və İddiaçı reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan 0,3686 ha və reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan 0,5578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən mərhum atası Yusifov Fazil Hacıkazım oğlunun və mərhum anası X5 paylarına tam hissədə miras payının müəyyən edilməsi və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhumların vəfatından sonra həmin torpaq sahələri onun tərəfindən idarə edilmiş, əkin-biçin işləri aparılmış, torpaq sahəsində yerləşən fındıq məhsulları onun tərəfindən yığılmış və torpaq sahəsinin vergiləri onun tərəfindən ödənilmişdir. Mərhum valideynlərindən miras qalmış torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qax rayon Notariat Ofisinə müraciət etmişdir, lakin onun müraciətinə imtina verilmiş, imtina məktubunda qeyd olunmuşdur ki, mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaf olduğu üçün məhkəməyə müraciət etməlidir. cavabdeh1 Qax rayonu, Ləkit kəndində yaşasa da təsərrüfatı ayrı olmuş, heç vaxt miras qalmış əmlakları idarə etməmiş, təsərrüfat onun tərəfindən idarə edilmişdir. Digər cavabdeh cavabdeh2 1986-cı il tarixdən çıxıb Ukrayna Respublikasına getmiş və oranın vətəndaşı olmaqla hal-hazırda orada yaşayır. Maraqlı şəxs torpaq sahələrində payı olsa da, o da həmçinin heç vaxt təsərrüfatı idarə etməmiş, təsərrüfat onun tərəfindən idarə edilərək mirası faktiki qəbul etmişdir. Miras əmlakları faktiki qəbul etdiyindən miras əmlak üzərində tam hissədə vərəsəlik hüququ tanınmalıdır.
8. Cavabdeh cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o övlad olaraq ata və anadan miras qalan əmlakdan özünə düşən payı götürmək istəyir. Qardaşı da ona vəkalət vermişdir ki, miras payı götürsün. Mərhum atası onlardan soruşub evi bacısına vermişdir. Onlar da bacısı tək qalmasın, sınıxmasın deyə evləri vermişlər. Atası demişdir ki, onun evi var, qardaşının evi var, bacısı isə təkdir. Evləri bacısına verməyə razılıq vermişlər. Indi də iddiaçı deyir münasibət olmamışdır. Atadan qalan evdə, digər əmlaklarda gözü yoxdur, lakin torpaq sahəsindən özünə düşən payı istəyir. O payından imtina etmir. Qardaşı da ona etibarnamə vermişdir. Iddiaçının təqdim etdiyi şahidlər də, bacısı Kəmalənin keçmiş qonşularıdır. Valideynləri ölənə qədər orada yaşamış və evləndikdən sonra başqa yerdə yaşayırlar. Digər şahid isə təsərrüfat nədir bilmir. O miras əmlakdan öz haqqını tələb edir. Bu saat Kəmalə həmin torpaq sahəsini və evi də satmaq istəyir və müştəri axtarır. O, imkan verə bilməz ki, onun yeri satılsın. Istifadə edirsə etsin. Kəmalə evi torpağı satıb Bakı şəhərinə getmək istəyir.
9. X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh1 özü deyir k, o vaxtı atası onu çağırdı və evi bacısına verməsini dediyini, bacısının tək olduğunu, tək dolandığını demişdir. Iddiaçı bunu öz ağzı ilə deyir. Atası məsləhət etdi bacıya verdilər. Bacı heç bir yerdə işləmir, heç bir yerdə təsərrüfatı yoxdur. Indi torpağı veribsə bacısının bu ahıl yaşında təzədən nə üçün alır. O, öz payını bacısına bağışlayır. Çünki orada illərin əməyi, zəhməti vardır. 40 ilin zəhmətini necə alıb kiminsə əlinə versinlər. Əgər miras əmlakdan qardaşı Xalidə pay veriləcəksə o da öz payını tələb edir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 bildirmişdir ki, Kəmalə xanımın torpaq payını 2012-ci ildən şifahi olaraq icarəyə götürmüşdür. Həmin vaxtdan etibarən torpaq sahəsini əkib-becərir, icarəçisidir. Icarə haqqını ödəyir. Torpaq vergisini özü verir. Aralarında rəsmi qaydada heç bir razılaşma olmayıb. Bütün kənddə olduğu kimi şifahi formada razılaşmışlar. Iddiaçının qardaşı Xalidi tanıyır. Qonşu torpaq sahəsində özünün dövlət tərəfindən verilmiş torpaq payı var. Təxmini 17-20 metr olmaqla sağ tərəfdədir və əkin-biçin var. Keçən il Kəmalə xanım vəziyyətlə əlaqədar olaraq torpaq sahəsini satdığını bildirmişdir. O müqavilənin vaxtı bitmədyini bildirdikdə torpaq sahəsini alan adam pulu verdikdən sonra danışmalarını, yerdə qalan müqavilənin ödənişini bağlamağı təklif etmişdir. Ona həmin torpaq sahəsi təklif olunmuşdu. Lakin digər alan adam torpağı onların verdiy ödənişdən daha yuxarı qiymətə satırdı. Buna görə də Kəmalə xanım torpağı həmin alan adama satırdı. Sonra necə oldusa onlar pozuluşdular. O, 2012, 2013 və 2014-cü illərdə, yəni 3 il ot presi, 2-3 meşok qarğıdalı, buğda vermişdir. Daha sonra Kəmalənin arıları qırılmış, ona müqaviləni arıya çevirməsini təklif etmişdir. Birinci ili o Kəmalənin həyətinə arı aparıb qoymuşdur. Ondan sonra torpağı əkib-becərməyə başlamışdır. Yəni 2012, 2013 və 2014-cü ilə qədər ot vermişdir. Daha sonra isə arı vermişdir. Torpağı Kəmalə xanımdan razılaşaraq götürmüşdür. cavabdeh1 özünə və ailə üzvlərinə verilmiş torpaq sahəsi 20 metr yuxarıdadır. O, torpaq sahəsində olan kötüyü çıxartmaq üçün ekskavator gətirmişdi. Torpağın əkildiyini görmüş, soruşduqda Xalidin əkdiyini demişlər. Daha sonra oraya yonca səpmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 bildirmişdir ki, Kəmalə xanımla 22 illik qonşudurlar. Bağda da həmişə onu görmüşdür. Torpaq sahəsində cavabdeh1 istifadə etdiyini görməmişdir.
12. Şahid qismində dindirilmiş şahid3 göstərmişdir ki, Kəmalə də Yusif də onun qonşularıdır. Heç vaxt istəməz ki, onlar arasında mübahisə olsun, rəqabət getsin. Illərdir görmüşdür ki, torpaq sahəsinə Kəmalə xanım xidmət etmişdir. Həmin müddət ərzində Xalidin bağa baxmağa gəldiyini görməmişlər. Xalid bacı-qardaş arasında olan məsələni özlərinin həll edəcəklərini bildirmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 bildirmişdir ki, Xalidnən çoxdan bir yerdə işləmişdir. O, traktorçu işləmişdir. Bunların özünün də torpağı var, atasıgilin torpağı da var. Ona ək deyəndə əkmiş, səp deyəndə səpmişdir. O onların traktorçusu olmuşdur. Üç-dörd il ərzində həmin torpaq sahəsini Xalidin bacısı istifadə etmişdir. Ancaq əvvəl atasının sağlığında ot çalmağı, pres bağlamağı, lazım olanda əkin əkməyi o etmişdir. Ancaq sonra nə hadisə baş verib, nə olub, nə olmayıb, deyə bilməz. Ancaq üç-dörd il ərzində Azər adlı şəxsə icarəyə verib yonca əkmişdir. Indi bu il ərzində qarğıdalı əkmişdir. Xalidin özünün də torpağı olmuşdur. Kəmalə heç vaxt oraya gəlməmiş, həmişə kiməsə deyib iş gördürmüşdür. Kəmalə ona heç vaxt heç nə deməmişdir. Azər adlı şəxs yonca əkmişdir, o pres bağlamağa gedəndə Azər özünə pres düzəltdirirdi. Aldığı məlumata görə deyirdi ki, o Kəmalədən icarəyə götürürdü. Kəmalə heç vaxt ona iş gördürməmişdir. Həmişə kiməsə icarəyə vermişdir. Azər orada 2012-2013-cü illərdə yonca əkmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 bildirmişdir ki, onlara iş gördürəndə Xalid iş gördürmüşdür. Zəng edib demişdir ki, filan yerdə atasının yeri vardır. Onlar da traktorla iş görmüşlər. Nə deyiblər o işi görmüşlər. Üç-dörd ildir ki, onlar iş görmürlər. Azər adlı şəxs oranı icarəyə götürmüşdür. Atasının sağlığında da onlar ot gətirmişlər, buğda da əkmişdir. Ondan sonra oğlu istifadə etmişdir, son vaxtlar Azər adlı şəxsdə olmuşdur. Torpaq sahəsindən Xalid istifadə edirdi. Orada yonca, qarğıdalı, buğda əkmişdilər. Sahədə taxıl da, yonca da əkilmişdir, son vaxtlar taxıl əkilməyib, kombayna görə çətin olurdu, uzaq olurdu.
15. Qax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (sərdlik edən: Mirheydər Zeynalov) iddiаnın qismən təmin edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr №li, ## ###### 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0,5578 ha torpaq sahəsinin X5 payına düşən dörddə bir hissəsi üzərində dörddə bir hissə və Yusifov Fazil Hacıkazım oğlunun payına düşən dörddə bir hissəsi üzərində dörddə bir hissə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr №li, # #### 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0,3686 ha torpaq sahəsinin X5 payına düşən dörddə bir hissəsi üzərində dörddə bir hissə və Yusifov Fazil Hacıkazım oğlunun payına düşən dörddə bir hissəsi üzərində dörddə bir hissə payının müəyyən edilməsi, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının iddiaçının özünə aid olunması qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X5 ## ######## 2006-cı il tarixdə, Yusifov Fazil Hacıkazım oğlu isə ## ### 2010-cu il tarixdə vəfat etdiklərinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
17. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından, tərəflərin izahatlarından da müəyyən olunur ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Onlar miras əmlaklardan iddiaçıya qanunla düşən payın verilməsinə etiraz etmir, payın tam olaraq iddiaçıya verilməsinə etiraz edirlər, həmçinin digər vərəsələr miras əmlakdan özlərinin də payının olduğunu qeyd edirlər. Eyni zamanda iddiaçı torpaq sahələrindən istifadə etməklə, vergiləri ödəməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir, həmçinin cavabdeh1 da həmin torpaq sahəsini istifadə etdiyi müəyyən olunmuşdur. Bu şahid ifadələri ilə də müəyyən olunmuşdur. Vərəsələrdən cavabdeh2, İddiaçı və Maraqlı şəxs Qax rayonu, Ləkit kəndində yerləşən 0,5578 ha və 0,3686 ha torpaq ha pay torpaq sahələri üzərində ümumi payları vardır və onlar miras əmlakı faktiki qəbul etmiş hesab olunurlar. Sadalanan hallarda iddia tələbində qeyd olunan miras əmlaklar üzərində iddiaçının payının tam müəyyən edilməsi mümkün deyildir.
19. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, digər vərəsələr cavabdeh2 Xalid oğlu və Maraqlı şəxs Xalid qızı bu statusdan imtina etmək qərarına gəlmişdirlərsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməli idilər. Əgər imtina etmişdirlərsə iddiaçı tərəfindən imtina ilə bağlı sübut məhkəməyə təqdim olunmalı idi. Miras qoyan X5 ## ######## 2006-cı il tarixdə, atası Yusifov Fazil Hacıkazım oğlu isə ## ### 2010-cu il tarixdə vəfat etmişlər və həmin vaxtdan vərəsələrin mirasdan imtina edilməsi üçün nəzərdə tutulan 3 aydan artıq müddət ötmüşdür. Beləliklə cavabdeh2 və Maraqlı şəxs da miras əmlakları qəbul etmiş sayılır və həmin əmlaklara qəbul olunduqdan sonra cavabdeh2 və Zümrayə Yusifova tərəfindən mirasdan imtina edilməsi niyyətləri varsa bu yolverilməzdir.
20. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1245 və 1301-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Iddiaçı apellyasiya şikayəti verərək, Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il saylı qətnaməsinin qismən, yəni cavabdehlərin hər birinin miras əmlak üzərində dörddə bir hissəsində payın müəyyən edilməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının iddiaçının özünə aid edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, o mərhum valideynlərinə məxsus əmlakları idarə etmişdir. Bunu mülki iş materialına əlavə edilmiş şahid ifadələri, Bələdiyyə və icra nümayəndəliyi tərəfindən verilmiş arayışlar ilə öz təsdiqini tapmışdır. Qeyd olunan əsaslar məhkəmə tərəfindən nəzərə alınsa da, yekun qətnamə qəbul edərkən maddi hüquq normasının tələbləri pozulmuş, mirasın yalnız onun tərəfindən qəbul edilməsi nəzərə alınmamışdır. Məhkəmə miras əmlakın cavabdeh1 və digər vərəsələr tərəfindən qəbul edilməməsini nəzərə almamış, miras əmlakda payları bərabər şəkildə bölmüşdür. Halbuki cavabdeh1 və digər cavabdehin məhkəmədə vermiş olduğu izahatlardan görünür ki, iddiaçı mirası faktiki qəbul etdiyi təqdirdə, miras əmlakın tərəflər arasında hər birinin payının müəyyən edilməsi maddi hüquq normasının pozulmasıdır. Məhkəmə qərarında sübut növü olaraq işin hallarını tam araşdırmamış, mülki iş materiallarına əlavə edilən, arayışları, şahid ifadələrini nəzərə almamışdır. ##.##.2025-ci il tarixdə elektron kabinetə ərizə daxil edilərək qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mülki iş üzrə 5 nəfər şahiddən ikisi dindirilmiş, hakim şahidlərin kifayət etməsini bildirmişdir. 2 nəfər şahid dindirildikdən sonra hakim tərəfindən qabaqcadan şahidlərin öyrədildiyi bildirilmiş, öyrədilmiş şahidlərdir ifadəsi işlətmişdir. Qeyd olunan ifadə ilə bağlı hakimə etirazını bildirmişdir. Etirazında bildirmişdir ki, hakimin məhkəmə iclasında bildirdiyi ifadə bir daha təsdiq edir ki, mülki işin obyektiv və hərtərəfli araşdırılıb ədalətli qərar qəbul edilməsini şübhə altına alır. Məhkəmə iclasına 5 nəfər şahidin dəvət olunduğunu, digər şahidlərində dindirilməsini tələb etməyini bildirdikdən sonra, yenidən 1 nəfər şahid dindirilmişdir. Sonda dindirilmiş 1 nəfər şahid şahid3 məhkəmə iclasına gəlməməsi ilə bağlı cavabdeh tərəfindən təzyiq olunduğunu qeyd etmiş, cavabdehdə bunu təsdiq etmişdir. Buradan görünür ki, məhkəmə mülki iş ilə bağlı qabaqcadan mövqe bildirməsi, cavabdehin açıq aşkar şahidlərə təzyiq etməsini qətnamə qəbul edərkən nəzərə almaması, nəticədə mülki iş üzrə ədalətli qərar qəbul edilməməsi ilə nəticələnmişdir. Bundan əlavə cavabdeh tərəfindən elektron kabinetə məhkəmə baxış iclasında ##.##.2025-ci il traixdə vəsatət yüklənərək vəsatətdə qeyd olunmuşdur.
23. Bundan başqa, cavabdeh tərəfindən dəvət olunmuş şahidlərin ifadələri bir biri ilə ziddiyyət təşkil edir. Şahid şahid2 izahat verərək bildirir ki, mübahisəli torpaq sahəsi 2012- 2013-cü illərdə İddiaçı, digər şahid şahid1 isə izahatında bildirir ki, mərhumlar vəfat etdikdən sonra torpaq sahəsi cavabdeh1 istifadəsində olmuşdur. Onun cavabdeh1 ilə qardaş bacı münasibətləri normal olmamışdır. Bundan əlavə mülki iş üzrə cavabdeh cavabdeh2 Xalid oğlu ümumiyyətlə Azərbaycanda yaşamamış, uzun illər Ukraynada yaşayır və ora vətəndaşıdır Onun ümumiyyətlə torpaq sahələrinin harada yerləşməsi, kimin tərəfindən istifadə olunması heç maraqlı belə olmamışdır. Mirası faktiki qəbul etmədiyi, miras əmlaklara sahiblik etmədiyi təqdirdə onun mirasda payının müəyyən edilməsi Mülki Məcəllənin tələblərinə ziddir.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-**)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Elman Isayev (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Taleh Musayev) аpellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ## ###### 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0,5578 ha torpaq sahəsinin X5 payına düşən ¼ hissəsi üzərində ½ hissədə və Yusifov Fazil Hacıkazım oğlunun payına düşən ¼ hissəsi üzərində ½ hissədə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ## #### 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0,3686 ha torpaq sahəsinin X5 payına düşən ¼ hissəsi üzərində ½ hissədə və Yusifov Fazil Hacıkazım oğlunun payına düşən ¼ hissəsi üzərində ½ hissədə payın müəyyən edilməsi qət edilmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə miras 2006 və 2010-cu ildə açılmış və hüquq münasibətləri də həmin illərdə yarandığından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarının qəbulundan əvvəl mövcud olmuş müvafiq maddi hüquq normalarına istinad edilməlidir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 ayrı təsərrüfatlarda yaşamışlar, cavabdeh2 isə ümumiyyətlə Ukrayna Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşamış və halhazırda Ukraynada yaşayır, bir sözlə cavabdehlər tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi, mirasın idarə edilməsi, mirasa faktik sahiblik edilməsinə dair heç bir sübut təqdim edilməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tam və hərtərəfli araşdırma aparılmamasına dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi digər vərəsələrin cavabdehlərin paylarını müəyyən etməklə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyekti araşdırılması prinsiplərinin tələblərini diqqətə almamışdır.
28. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin miras qalmış əmlaklarda iddiaçının tam payın müəyyən edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə apellyasiya şikayəti təmin edilməməlidir.
29. Belə ki, iş üzrə həm iddiaçı, həm də üçüncü şəxs Maraqlı şəxs mübahisəli miras əmlakların ümumi birgə mülkiyyətçiləridir. X2 və Yusifov Fazil Hacıkazım oğlunun vərəsələridir, eyni zamanda mübahisəli əmlaklara dair ümumi birgə mülkiyyət hüququ əsasında sahiblik edirlər. Iddiaçı və bacısı Zümraya Mirzəyeva mirasın, yəni mübahisəli torpaq sahələrinə bir hissəsinə sahiblik etdiklərinə görə mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, onlar, bərabər şəkildə mirası qəbul etmiş hesab edilirlər.
30. Məhkəmə kollegiyası nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1133, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1245, 1256 və 1301-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. Qətnamədən cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, Qax Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlavə olaraq qeyd edilmişdir ki, miras əmlakdan kimlərin pay ala biləcəyini müəyyənləşdimək üçün ilk öncə qanun üzrə vərəsələrin dairəsini müəyyən etmək, daha sonra qanun üzrə vərəsələr tərəfindən mirasın kim və ya kimlər tərəfindən qəbul edilib-edilmədiyi məsələsinin aydınlaşdırılması zəruridir. cavabdeh1 miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirmiş, özünə çatası miras əmlakdan hansısa digər vərəsənin xeyrinə imtina etməmişdir, belə olduğu halda onun notariat orqanında yazılı müraciəti olardı. Məhkəmə Mülki Məcəllənin 1256-cı maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərə ikili standart tətbiq etmişdir: iddiaçı və üçüncü şəxs üçün faktiki istifadəni birgə mülkiyyəti mirasın qəbulu kimi qiymətləndirmiş, eyni əsasları cavabdehlər üçün isə nəzərə almamışdır. Bu yanaşma qanun qarşısında bərabərlik prinsipinə ziddir. Məhkənənin Zümrayə barəsində məntiqi səhvdir, yəni birgə mülkiyyət hüququnun olması mirasın faktiki qəbulu demək deyildir. Qətnamə daxili ziddiyyət daşıyır. bir tərəfdən cavabdehlərin “faktiki qəbul etmədiyini” əsas gətirir, digər tərəfdən eyni meyarı (faktiki istifadəni və birgə mülkiyyəti) iddiaçı və üçüncü şəxs üçün əks istiqamətdə tətbiq edir. Belə ziddiyyətli qətnamə qanuni və əsaslı sayıla bilməz.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 33.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
37. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
38. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
39. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
41. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
42. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
43. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
44. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
45. Maddə 1301. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
60. Cavabdeh Yusifov Xalid Fazil oğlunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
62. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-**)-***/**** nömrəli iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.