Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-226/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər:daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması, subyektiv hüquq, hüquqi əhəmiyyəti olan faktın təsbit edilməsi) Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Torpağa mülkiyyət hüququna dair JN-0540 KOD ******** nömrəli dövlət aktının surətinə əsasən Samux rayon Aqrar Islahat Komissiyasının qərarı ilə Samux rayonu X kəndində yerləşən 0.64 ha torpaq sahəsi X1, X4, X2 və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir.
3. ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.57 ha torpaq sahəsi X1, X4, X2 və X3 ümumi birgə mülkiyyətlərində olmuşdur;
4. ##.##.2010-cu il tarixli etibarnamənin surətinə əsasən əlli il müddətinə - ##.##.2060cı il tarixədək X4, X1, X2 və X3 rayonu Qarayeri qəsəbəsində yaşayan Cavabdeh oğluna DTXK Samux rayon şöbəsinin ##.##.2002-ci Il tarixli JN-0540 seriyalı dövlət aktına əsasən onlara məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,64 ha torpaq sahəsini satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, dəyişməyi, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh etibar etmişlər. Həmin etibarnamə etibar edənlərin ərizələri əsasında ##.##.2011-ci il tarixdə ləğv edilmiş və bu barədə Cavabdeh oğluna məlumat ünvanlanmışdır;
5. ##.##.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən həmin müqaviləyə əsasən X1, X4, X2 və X3 rayonu Qarayeri qəsəbəsində yerləşən və ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olan 0.57 ha torpaq sahəsini etibarnamə üzrə nümayəndələri Cavabdeh vasitəsilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışlar;
6. ##.##.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.57 torpaq sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
7. Iddiaçı məhkəməyə müraciət edərək, ləğv olunmuş ##.##.2010-cu il tarixli 7E-24- ***** reyestr nömrəli etibarnamə əsasında aparılmış ##.##.2015-ci il tarixli № *Ə-**** reyestr nömrəli, Cavabdeh ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında verilmiş ##.##.2015-ci il tarixli ********** qeydiyyat nömrəli və ##.##.2015-ci il tarixli ********** qeydiyyat nömrəli xüsusi mülkiyyət haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli *** saylı qərarı ilə iddiaçıya və yaxın qohumları X1, X2 və X3 cizgidə göstərilən sərhəd daxilində 0,64 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə torpağa mülkiyyət hüququna dair JN:-0540. KOD 50700001 dövlət aktı verilmişdir. Həmin vaxtdan torpaq hazıra kimi onların yəni mülkiyyətçilərin istifadəsindədir. Paylı mülkiyyətçilər X1, İddiaçı () qızı, X2, X3 ##.##.2010cu il tarixdə Gəncə şəhəri * saylı Dövlət Notariat Kontorunda Samux rayonu Qarayeri qəsəbəsində yaşayan Cavabdeh paylı mülkiyyətlərində olan 0,64 ha torpaq sahəsini satmağa, bağışlamağa, ipoteka (girov) qoymağa, dəyişməyə, pulunu almağa dair 50 il müddətinə etibarnamə verilmişdir. Paylı mülkiyyətçilər tərəfindən ##.##.2011-ci il tarixdə Gəncə şəhəri * saylı Notariat Ofisinə HR-1 № ****** saylı və 7E24-***** reyestr nömrəli etibarnamənin ləğvi ilə əlaqədar müraciət etmişlər. Müraciətləri əsasında qeyd olunan etibarnamə ləğv olunmuşdur. Gəncə şəhər * saylı Notariat Kontoru ##.##.2011-ci il tarixli № ** nömrəli məktubda etibarnamə alan Cavabdeh () oğluna rəsmi məlumat verərək bildirmişdir ki, X1, X4, X2 və X3 ərizələri əsasında, onun adına verilmiş ##.##.2010-cu il tarixli 7E-***** reyestri Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən 0,64 ha torpaq üzərində sərəncam verməyə dair etibarnamə ləğv edilmişdir. Cavabdeh etibarnamənin ləğv olunduğunu bildiyi halda, yəni etibarnamə ləğv olunduqdan dörd il sonra ##.##.2015-ci il tarixdə payçıların adına xüsusi mülkiyyətə dair №********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra aldatma yolu ilə, yəni ləğv edilmiş etibarnamə ilə biz payçıların xüsusi mülkiyyətində olan 0.57 ha torpaq sahəsini ##.##.2015-ci il tarixdə Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunda torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında Samux rayonu Sarıqamış kənd sakini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, oğluna satmışdır. Cavabdeh alqı-satqı müqaviləsini imzalayan zaman istinad edilən etibarnamə qüvvədə olmamışdır. Bu səbəbdən ləğv edilmiş etibarnamə əsasında aparılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş xüsusi mülkiyyətə dair çıxarışlar ləğv olunmalıdır. Həmçinin qeyd etmişdir ki, mülkiyyət sənədlərində adı kimi qeyd olunmuşdur. Lakin doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində adı xdir. Onun adında olan səhv düzəldilmədən alqı-satqı aparılması bu işlərin şəxsi maraq zəminində edilməsinə əsaslı şübhələr yaradır. Paylı mülkiyyətçilər X1, İddiaçı () qızı, X2, X3 adından ##.##.2010-cu il tarixdə verilmiş 7E-24-***** reyestr nömrəli etibarnamə ##.##.2011-ci il tarixdə ləğv olunmuşdur. Bu səbəbdən etibarnamə almış şəxs Cavabdeh xəbəri olmuşdur və alqı-satqı 4 il əvvəl ləğv olunmuş etibarnamə ilə həyata keçdiyi üçün etibarsız hesab olunmalıdır. Həmin alqı-satqı əsasında verilmiş xüsusi mülkiyyətə dair çıxarışlar ləğv olunmalıdır.
9. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini etiraf etməyərək bildirmişdir ki, tələb əsassızdır. Belə ki, iddia tələbində sözügedən alqı-satqı müqaviləsini o, etibarnamədə etibar edən şəxslər kimi adları qeyd olunmuş şəxslərin ona verdikləri səlahiyyət əsasında onları təmsil edən şəxs olaraq imzalamış və torpaq sahəsini üçüncü şəxsə satmış, əmlakın dəyəri isə mülkiyyətçilərə ödənilmişdir. Onun etibarnamənin ləğvindən məlumatı olmamışdır. Tələbin rədd olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
10. Məhkəmə iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddianın əsassız olduğunu, onun vicdanlı alıcı olduğunu qeyd edərək tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında iddiaçı tərəfin dəvəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi onun icarəsində olub, torpağın mülkiyyətçiləri tərəfindən torpaq sahəsinin satılmasına dair Cavabdeh etibarnamə verilmişdir, lakin etibarnamə daha sonra ləğv edilmişdir. Buna baxmayaraq Cavabdeh torpağı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. Torpaq sahəsi satıldıqdan sonra da icarə hüququ ilə onun istifadəsində qalmaqda davam etmişdir.
12. Samux Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Tərifə Kərimova).
13. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, irəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
14. Iş materiallarından müəyyən edilmişdir ki, mülkiyyət sənədindən, eyni zamanda həmin mülkiyyətə dair cavabdehə sərəncam hüququ verən etibarnamədən mülkiyyətçinin və etibar edən şəxsin X4 olduğu aydındır. Hazırda etibarnamənin etibar edən şəxslər tərəfindən ləğv edilməsini əsas gətirməklə sözügedən etibarnamə əsasında bağlanmış alqısatqı müqaviləsinin etibarsızlığını və həmin alqı-satqı müqaviləsi əsasında əldə olunmuş mülkiyyət sənədinin ləğvini tələb edən şəxs isə İddiaçıdır. Yəni iddiaçı nə mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinin mülkiyyətçisi, nə də sözügedən etibarnaməni verən şəxs deyil. Məhkəmə bu halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatda mülkiyyət sənədində və etibarnamədə iddiaçının adının səhvən kimi qeyd olunmasına dair gətirdiyi arqument heç bir sübutla təsdiq olunmadığından əsassız hesab olunmuşdur. Beləliklə məhkəmə, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmaması əsası ilə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclaslarının audio və video çəkilişinə baxış zamanı müəyyən edilmişdir ki, məhkəmə çıxışları öz əksini məhkəmə qətnaməsində tapmamışdır. Məhkəmə hazırlıq iclaslarında məhkəmə qətnaməsində qeyd olunan iddia ərizəsinin subyektiv hüququ olmayan şəxs tərəfindən verilməsi məsələsi araşdırılmamışdır. Ümumiyyətlə subyektiv hüquqla bağlı məhkəmə prosesində heç bir araşdırma aparılmamışdır. Belə ki, alqı-satqı müqaviləsinə payçıların etibarnamə verdiyi Cavabdeh imza etmişdir. Həmin alqı-satqı müqaviləsində payçılardan onun adı X4 göstərilmişdir. Lakin doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, pasport və digər rəsmi sənədlərdə payçının adı İddiaçı göstərilmişdir. Faktiki olaraq həmin ailədə və Samux rayonu Qarayeri qəsəbəsində X4 adlı şəxs mövcud deyildir. Məhkəmənin mövqeyindən yanaşdıqda torpaq sahəsinin alqısatqı müqaviləsi subyektiv hüququ olmayan şəxsin verdiyi etibarnamə əsasında aparılmışdır. Bu da həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün tələb olunan əsaslardan biridir. Cavabdeh məhkəmə iclaslarında 15 il ərzində torpaqdan hansı səbəbdən istifadə etməməsi sualına aydınlıq gətirə bilməmişdir. Lakin bu hal öz əksini məhkəmə qətnaməsində tapmamışdır. Payçılar tərəfindən verilmiş etibarnamələr 2011-ci ildə ləğv olunmuşdur. Etibarnamələrin ləğv edilməsi barədə Gəncə şəhər * nömrəli notariat kontorunun ##.##.2011-ci il tarixli məktubu ilə cavabdeh Cavabdeh oğluna rəsmi məlumat verilmişdir. Lakin, məhkəmə prosesində rəsmi məktub araşdırılmadan cavabdehin dedikləri əsas götürülmüşdür. Həmçinin işdə şahid kimi iştirak edən X5 bildirmişdir ki, torpaq 2010cu ildən onun istifadəsindədir və birgə əkib becərirlər. Ailə başçısı X1 etibarnamənin ləğv edilməsi barədə onlara məlumat vermişdir. Bu səbəbdən də onlar həmin torpaq sahəsinə yaxın gəlməmişdirlər və ailə başçısı ölənə kimi torpağın onların xüsusi mülkiyyətində olmasını gizli saxlamışlar. Şahid ifadəsi öz əksini məhkəmə qətnaməsində tam tapmamışdır. Məhkəmə iclaslarında kənd təsərrüfatı təyinatlı torpağın təyinatı üzrə istifadə etməmələri barədə hakimin, vəkilin verdiyi suallara cavabdeh və üçüncü şəxs heç bir cavab verə bilməmişdir. Buradan belə nəticəyə gəlinir ki, alqı-satqı müqaviləsi görüntü xətrinə bağlanmış müqavilədir. Həmin müqavilənin nəticəsində xüsusi mülkiyyətə dair alınmış çıxarışlarda 10 il müddətinə gizli saxlanılmışdır. Əhəmiyyətsiz və görüntü xatirinə bağlanan alqı-satqı müqaviləsidir. Həmin alqı-satqı müqaviləsi Gəncə şəhər * saylı notariat kontorunun notariusu Elşən Əliyevin etibarnamənin ləğv olunması barədə informasiyanı şəxsi maraq zəminində elektron sistemə yerləşdirməməsi nəticəsində həyata keçirilmişdir. Həmin əqd bağlandığı andan etibarsızdır. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Konstitusiyasına əsasən sosial öhdəliklərə səbəb olur. Torpağın 2 il dalbadal mülkiyyətçi tərəfindən təyinatı üzrə əkilib-becərilməməsi həmin torpaq sahəsinin mülkiyyətçidən alınması üçün əsaslardan biridir. Məhkəmə işə baxarkən bu halları aydınlaşdırmaq əvəzinə qarşı tərəfin dediklərini əsas götürərək işə mahiyyəti üzrə tam və obyektiv baxmamışdır. Şəxsin adındakı səhv düzəldilmədən səhv adla etibarnamə və mülkiyyət sənədi verilmişdir. Məhkəmənin mövqeyindən işə yanaşdıqda isə subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş etibarnamə əsasında aparılan alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir və onun əsasında verilmiş mülkiyyət sənədləri ləğv edilməlidir. Məhkəmə işə mahiyyəti üzrə tam baxmamış, sübutlara hüquqi qiymət vermədən əsassız və mülki qanunvericiliyin tələbinə zidd olaraq qətnamə qəbul etmişdir. Cavabdeh 2010-cu ildən hazırkı vaxta kimi kənd təsərrüfatı təyinatlı torpaqdan istifadə etməmişdir. Hətta ləğv olunmuş etibarnamə əsasında ##.##.2015-ci il tarixdə formal aparılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyətçi tərəfindən torpaq sahəsi təyinatı üzrə istifadə edilməmişdir. Torpaq bu günə kimi torpaq mülkiyyətçilərinin istifadəsindədir və həmin torpaqdan təyinatı üzrə istifadə olunmuş və müvafiq subsidiyalar alınmışdır. Torpağın alqı-satqı müqaviləsindən mülkiyyətçinin xəbəri olmamışdır. Üçüncü şəxs uydurma əqd nəticəsində xüsusi mülkiyyətçi olsa da 10 il müddətində torpaqdan istifadə etməmişdir və bu müddət ərzində torpağın onun xüsusi mülkiyyətində olması barədə əsas mülkiyyətçilərə heç bir məlumat verməmiş və mülkiyyət sənədi üzrə çıxarışı gizli saxlamışdır. Həmin qanunun tələbinə görə cavabdehlər iddiaçıdan kənd təsərrüfatı təyinatlı torpağı tələb edə bilməzlər. Məhkəmə işi araşdırarkən qanunvericiliyin bu tələbinə hüquqi qiymət verməmişdir. 2015-ci ildən ləğv edilmiş etibarnamənin elektron sistemə işlənməməsindən istifadə edərək gizli şəkildə formal olaraq öz kürəkəni, iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən alıcı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir və ötən müddət ərzində torpaqdan istifadə edərək mülkiyyətçilərin torpaqdan çıxarılmasına dair heç bir iddia qaldırmamışdır. Ötən müddət ərzində torpaq sahibləri olan payçılar torpaqdan maneəsiz olaraq öztəyinatı üzrə istifadə etmişlər. Hətta Gəncə şəhər birinci notariat kontorunun ##.##.2011-ci il tarixli ** nömrəli məktubu ilə Samux rayon Qarayeri qəsəbəsində yaşayan Cavabdeh oğluna () rəsmi məlumat verilmişdir. Hətta bu barədə şahid Nəriman Ələkbərov öz ifadəsində bildirmişdir ki, ailə başçısı - payçı X1 Fərhad müqavilənin ləğv olunması barədə şəxsən özü məlumat vermişdir. Ona görə də, Cavabdeh oğlu (X) və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ailə başçısı X1 öldüyü günə kimi susmuşlar və alqı-satqı müqaviləsini gizli saxlamışlar. Fikrət Babayev öldükdən sonra onlar da formal bağlanmış ##.##.2015-ci il tarixli 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin olduğunu bildirmişlər. Məhkəmə qətnaməsində bu hal qeyd olunmamış, şahid ifadəsinə heç bir hüquqi qiymət verilməmişdir.
18. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsini etibarnamə ilə iddiaçının ərindən satın almış, daha sonra isə torpağa dair alqı-satqı müqaviləsi bağlamışlar. Torpaq sahəsini üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. 14 il keçdikdən sonra hazırkı iddia qaldırılmışdır. Etibarnamənin ləğv edilməsindən məlumatı olmamış və buna dair notariusun bildirişi ona təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, torpaq sahəsini cavabdehdən satın almışdır və torpağa dair adına çıxarış verilmişdir. Əmlaka dair cavabdehin adına verilmiş etibarnamənin ləğv edilməsindən məlumatı olmamışdır. Əgər müqavilə ləğv edilmiş olsaydı, notarius alqı-satqını təsdiq etməzdi. Iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Islam Həsənov - sədrlik edən və məruzəçi, Günay Cavadova və Rüfət Məcidov).
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəsi gedən torpaq sahəsi Samux rayon Aqrar Islahat Komissiyasının müvafiq qərarı ilə X1, X4, X2 və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Daha sonra isə torpaq sahəsinə dair birgə mülkiyyətçilərin adına müvafiq çıxarış verilmişdir. Başqa sözlə, iddiaçı İddiaçı torpaq sahəsinin birgə mülkiyyətçiləri sırasında olmamışdır. Bu halda isə, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı əmlak hüquqlarının mövcud olması müəyyən edilmir.
22. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda iddiaçını mübahisə predmeti olan torpağa dair subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, o, torpaq sahəsinin aqrar islahat zamanı o və ailə üzvlərinin birgə mülkiyyətinə verildiyini iddia etdiyi halda, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı torpağın birgə mülkiyyətçiləri sırasında deyildir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 567-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
a) Kassasiya şikayətinin dəlilləri:
24. Iddiaçı (onun nümayəndəsi və vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsinin tam ləğv edilərək iş üzrə yeni qərar çıxarılmasını və ya təkrar apellyasiya baxışına göndərməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası həqiqətə nail olmaq üçün işi tam və obyektiv tədqiqinə nail olmamış, təqdim olunan sübutları tam araşdırılmamışdır.
26. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 29 (V, VI) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-337.4, 340.1, 340.2, 365.1.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14, 76.1, 77.1, 88-ci maddələrinə istinad etmişdir.
ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
28. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
«Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası:
29. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
31. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
32. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
33. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
34. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.
35. Maddə 178.1. daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
38. Maddə 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur.
39. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
40. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
41. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri:
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Baxılan işdə iddiaçı İddiaçı bildirir ki, onun da ümumi mülkiyyətçi olduğu daşınmaz əşya - Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.57 ha torpaq sahəsi (bundan sonra – mübahisə obyekti) cavabdeh Cavabdeh tərəfindən ##.##.2015-ci il tarixdə qanunsuz olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılmışdır. Belə ki, Cavabdeh həmin müqaviləni mülkiyyətçilərin (satıcıların) təmsilçisi kimi imzalasa da, əslində onun təmsil səlahiyyəti olmamışdır. Belə ki, Cavabdeh verdikləri etibarnaməni ##.##.2011-ci il tarixdə ləğv etdirmişlər və bu barədə ona məlumat ünvanlanmışdır.
51. Iddiaçı, qeyd edilənlərə istinad edərək ləğv edilmiş etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, eləcə də mübahisə obyektinə dair dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsini tələb etmişdir.
52. Bu tələb mahiyyət etibarilə daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması haqqında iddia olduğundan məhkəmələr, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə obyekti üzərində mülkiyyət hüququnu qanunla müəyyən edilmiş qaydada əldə edib-etməməsini yuxarıda sadalanan maddi hüquq normaları (§ 30- 41) əsasında yoxlamalı və nəticəsindən asılı olaraq qərar qəbul etməli idilər.
53. Buna baxmayaraq, məhkəmələr həmin normalar əsasında araşdırma aparmadan iddianı o əsasla rədd etmişlər ki, iddiaçının adı şəxsiyyət vəsiqəsində x kimi qeyd olunduğu halda, mülkiyyət sənədlərində və etibarnamədə kimi yazılmışdır. Beləliklə, İddiaçı nə mübahisələndirilən alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinin mülkiyyətçisi, nə də sözügedən etibarnaməni verən şəxsdir. Həmin sənədlərdə iddiaçının adının səhvən kimi qeyd olunması isə heç bir sübutla təsdiqlənmir. Ona görə də iddiaçının hazırkı tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur.
54. Kassasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmır, ona görə ki, istinad edilən uyğunsuzluğun, yəni istinad olunan sənədlərdəki adlı şəxsin İddiaçı ilə eyni şəxs olubolmamasının hazırkı işə baxılarkən araşdırılması və həll edilməsi mümkün idi.
55. Məlum olduğu kimi, ümumi məhkəmələr fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (§ 45).
56. Doğrudur, ümumi qayda ondan ibarətdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllə, maddə 305.1.1). Lakin bu qayda, iddia icraatı açılmadığı və hüquq haqqında mübahisə olmadığı təqdirdə baş vurulan icraat növüdür.
57. Əgər konkret bir mübahisə üzrə cavabdehlər, habelə marağı olan digər şəxslər işdə iştiraka cəlb edilməklə artıq iddia icraatı qaydasında iş açılmışsa, mübahisəli hüquqi faktın müəyyən olunması məhz həmin icraat çərçivəsində təmin edilməlidir. Başqa sözlə, iddia irəli sürmüş şəxsin tələbinin qanuni və əsaslı həlli üçün təsbit edilməsi zəruri olan bir hüquqi fakta dair tərəflər arasında ixtilaf varsa, yaxud hakim xidməti vəzifəsinə görə həmin xüsusatı aydınlaşdırmalıdırsa, məhkəmə, bu istiqamətdə araşdırma aparmaqla nəticəsindən asılı olaraq müvafiq qərar çıxarmalıdır. Bu qərarın ayrıca akt şəklində tərtib olunmasına da gərək yoxdur. Məhkəmənin mübahisəni mahiyyəti üzrə həll edən qətnamənin əsaslandırıcı hissəsində hüquqi əhəmiyyəti olan faktı təsbit edib-etmədiyini göstərməsi kifayətdir.
58. Onsuz da xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir (MPM, m. 306.4).
59. Odur ki, baxılan işdə məhkəmələr iddiaçı İddiaçı subyektiv hüququnu araşdırarkən onun istinad etdiyi mülkiyyət sənədlərində və etibarnamədə qeyd olunan adlı şəxslə eyni şəxs olub-olmamasını, başqa sözlə, məzmununda “X4” qeyd olunan sənədlərin ümumi mülkiyyətçilərdən biri kimi həm də İddiaçı məxsus olub-olmamasını ümumi qaydada araşdırmaqla həmin faktı təsbit etməli idilər. Araşdırma nəticəsində fakt təsdiqini tapmasaydı, iddiaçının hazırkı tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olmadığı barədə qənaət əsaslı sayılardı. Əksinə, sözügedən fakt təsdiqini tapdığı halda məhkəmə, bunu qətnaməsində təsbit etməklə sonrakı mərhələyə keçərək, iddianın əsaslılığını yuxarıda sadalanan maddi hüquq normaları əsasında yoxlamalı və mübahisəyə dair yekun qərar qəbul etməli idi.
60. Əks yanaşma, prosessual qənaət prinsipinə uyğun olmadığı kimi, sözügedən faktla bağlı iddiaçının lüzumsuz digər icraatlar açmasına, bu icraatlar üzrə xeyli zaman və resursların xərclənməsinə, mövcud mübahisənin məhkəmə həllinin gecikməsinə, nəticə etibarilə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olardı.
61. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququna, Insan Hüquqlarının və X11 X16 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir (§ 28-29).
62. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.