AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ2(1-8)-229/2026 02.04.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X4 cavabdeh Cavabdeh qarşı (Şəmkir rayon * saylı Notariat ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı birinci iş, iddiaçılar iddiaçı2 və İsmayılova Nəzakət Nəriman qızının cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKRnin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı birləşdirilmiş ikinci iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestr çıxarışının ləğvi tələbi, əqdin bəyənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə,ǝ iddiaçı X4 cavabdeh Cavabdeh qarşı (Şəmkir rayon * saylı Notariat ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı birinci iş, iddiaçılar iddiaçı2 və İsmayılova Nəzakət Nəriman qızının cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı “ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payının natura halında bölünməsi və faktiki sahibliyinə verilməsi” tələbinə dair iddiası ilə bağlı birləşdirilmiş ikinci mülki işlər üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ####### 2025ci il tarixli qətnaməsindən birinci və ikinci iş üzrə cavabdeh Cavabdeh (vəkil nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasındaǝyazılıǝicraatǝqaydasındaǝbaxaraq,ǝaşağıdakıǝqərarıǝqəbulǝetdi. İşin halları:
1. “Torpağa mülkiyyət hüququna dair” JN-686 KOD ******** saylı Dövlət Aktına əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəmkir Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə X5, X12, X10, X11ǝvəǝX4ǝümumiǝmülkiyyətinəǝverilmişdir.
2. Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-******/** saylı məktubu əsasında təqdim edilmiş # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işinin surətində olan alğı-satqı müqaviləsinə əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi X5 tərəfindən Cavabdeh 5.000 manata satılmış, X12, X10, X11 və iddiaçı3 Nəriman oğlu isə notariusda ərizə təqdim edərək Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha torpaqǝsahəsininǝ1,14ǝhaǝhissəsiǝvəǝ5.001,08ǝkv.m.ǝsahəsininǝsatılmasınaǝrazılıqǝvermişlər.
3. Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-******/** saylı məktubu əsasında təqdim edilmiş # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işinin surətində olan alğı-satqı müqaviləsinə əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsi X5 tərəfindən Cavabdeh 7.000 manata satılmışdır.
4. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir ərazi idarəsinin ##.##.2025-ci il tarixli *-*-*-**/*- ****/** saylı məktubu əsasında təqdim edilmiş və Şəmkir rayonu, Qapanlı kəndinin 1323 inventar qovluğunda saxlanılan # ###### 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsininǝ3,69ǝhaǝhissəsiǝX5ǝtərəfindənǝCavabdehǝsatılmışdır.
5. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,5001 ha ************ reyestr nömrəli torpaq sahəsi ##.##.2010-cu il tarixdə *********1 qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə Cavabdeh adınaǝqeydəǝalınmışdır.
6. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,1406 ha ************ reyestr nömrəli torpaq sahəsi ##.##.2010-cu il tarixdə ************ reyestr nömrəsi və *********2 qeydiyyat nömrəsi ilə tam mülkiyyətǝhüququǝiləǝCavabdehǝadınaǝqeydəǝalınmışdır.
7. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,05 ha ************ reyestr nömrəli torpaq sahəsi ##.##.2010-cu il tarixdə ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyətǝhüququǝiləǝCavabdehǝadınaǝqeydəǝalınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə): Birinci iş üzrə icraat:
8. İddiaçı X4 (bundan sonra birinci iş üzrə iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı (Şəmkir rayon * saylı Notariat ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə atası X5 arasında # ###### 2006-cı il tarixli LN:686, kod ******** saylı dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin etibarsızǝhesabǝedilməsiǝbarədəǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Qapanlı kəndində ona və ailə üzvlərinə ölkədə torpaq islahatı gedən zaman 3,69 hektar torpaq sahəsi verilmişdir. O, hərbi xidmətdə olan zaman onun razılığı olmadan ona və ailə üzvlərinə məxsus pay torpağı cavabdehə satılmışdır. O, torpağının satılması üçün heç kimə rəsmi razılıq ərizəsi verməmişdir. Paylı mülkiyyət satılan zaman ona payın satılması ilə bağlı rəsmi ərizə verilməmişdir. Ona görə də, atası ilə cavabdeh arasında bağlanılan # ###### 2006-cı il tarixdə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,698 ha torpaq sahəsinin alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmək məcburiyyətindədir. O, bu yaxın günlərdə bilmişdir ki, onunǝtorpağıǝalğı-satqıǝyoluǝiləǝsatılmışdır.
10. Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək etirazında qeyd etmişdir ki, Şəmkir rayon AİK-nın ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçıya və digər ailə üzvlərinə-ataları Nəriman Məmmədova, anaları Nazirə Məmmədovaya, bacıları iddiaçı2 və Nəzakət İsmayılovaya Qapanlı kəndinin ərazisində 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2006-cı ildə ona Nəriman Məmmədovun torpağını satmaq istədiyini bildikdə ona müraciət etmiş və # ###### 2006-cı il tarixdə Şəmkir rayon * saylı notariat kontorunda torpaq sahəsinin 1,14 ha hissəsinin satılmasına dair aralarında müqavilə bağlamışdır. Onun ailə üzvləri, yəni arvadı və uşaqları, o cümlədən, Sadiq Məmmədov da torpağın satılmasına dair razılıq ərizələrini vermişlər. Onlar müqavilə bağladıqdan sonra elə həmin gün X16 əsgərlikdə yaxşı yerə saldıracağı ilə əlaqədar torpağın qalan hissəsini də satmaq istədiyini bildirdi və onunla 7.000 manat müqabilində 3,69 ha torpaq sahəsinin hamısını ondan almağına dair alğı-satqı müqaviləsi bağladı. Həmin vaxtdan o, 3,69 ha torpaq sahəsini bütövlükdə istifadə etmişdir. 2010-cu ildə o alğı-satqı müqaviləsini Daşınmaz Əmlaka təqdim edərək 3,69 ha torpaq sahəsinə dair Reyestrdən çıxarış almışdır. Notariat işinin içində iddiaçı Sadiq Məmmədovun da razılıq ərizəsi vardır. İddiaçının bacıları iddiaçı2 və İsmayılova Nəzakət Nəriman qızı da hazırkı mübahisə ilə əlaqədar "Ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payın natura halında bölünməsi və faktiki sahibliyinə verilməsinə olan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sadiq Məmmədovun iddiası ilə bacıları iddiaçı2 və Nəzakət İsmayılovanın iddia tələbləri bir-biri ilə bağlıdır. Alğı-satqı müqaviləsinin bağlanmasından 18 il keçdikdən sonra iddiaçı ona qarşı iddia qaldıraraq alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. 2006-cı ildən hazıradək mübahisəli torpaq sahəsini o istifadə edir, 2010cuǝildənǝtorpaqǝsahəsiǝonunǝsahibliyindədir.
11. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia tələbiǝtəminǝedilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hal-hazırda iddiaçı həmin müqaviləni bir əsasla mübahisələndirir. Bu əsas ondan ibarətdir ki, iddiaçı3 tərəfindən həmin torpaq sahəsinin satılmasına razılıq verilməyib. Qeyd edilən hala münasibətdə yəni müqavilə bağlanarkən iddiaçının qanunvericiliklə müəyyən edilmiş formada razılığının alınmaması əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilik tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Mübahisəli torpaq sahəsi iddia qaldırılanadək ötən 18 il ərzində cavabdehin fasiləsiz və etirazsız sahibliyində olmuşdur. İddiaçının əqd barədə məlumatsız olduğu barədə dəlilləri işin hallarına görə ağlabatan sayılmır. Belə ki, iddiaçı və cavabdeh eyni kənddə yaşayırlar və təsərrüfatla məşğul olurlar. 18 il ərzində qeyd edilən torpaq sahəsinin cavabdehin istifadəsində olması onu təsdiq edir ki, iddiaçı torpağın cavabdehə satılmasından məlumatlıǝolmuşdur.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. İddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada mübahisənin faktiki halları ilə bağlı yalnızǝiddiaçıǝtərəfinǝizahatlarınaǝəsaslanmaqlaǝiddiaǝtələbiǝtəminǝediləǝbilməz.
14. Məhkəmə həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair cavabdeh X3 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın hissəvi ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair bağlanmış ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsindən törəmişdir. Buna görə də mübahisəli torpağa dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız sayılmasına dair hissədə təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli torpağa dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatıǝhaqqındaǝdaşınmazǝəmlakınǝdövlətǝreyestrindənǝçıxarışǝdaǝləğvǝedilməməlidir.
15. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki ProsessualǝMəcəlləsininǝ14.2,ǝ76.1,ǝ76.2,ǝ77.1,ǝ217.4-cüǝmaddələrinəǝistinadǝetmişdir. İkinci iş üzrə icraat:
16. İddiaçılar iddiaçı2 və İsmayılova Nəzakət Nəriman qızı (bundan sonra ikinci iş üzrə iddiaçılar) cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin ** saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra birinci və ikinci iş üzrə cavabdeh Cavabdeh, cavabdeh Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı və JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailəsinin ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi, həmin 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatında yerləşən, 31.406,0 kv.m. torpaq sahəsinin cavabdeh Cavabdehǝ satılmamış qalan 20.006 kv.m. hissəsinin və ***C saylı koordinatda yerləşən 50.000 kv.m. torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliklərinə qaytarılmasıǝbarədəǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişlər.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə iddiaçıların və ataları Nəriman Məmmədovun, anaları Nazirə Məmmədova, qardaşları- Sadiq Məmmədovdan ibarət ailənin ümumi paylı mülkiyyətinə JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ***A saylı koordinatda 31.406,0 kv.m., ***B saylı koordinatda 5.001,08 kv.m., ***C saylı koordinatda 500,0 kv.m. sahələrdə olmaqla Şəmkir rayonu Qapanı kəndinin ərazisində yerləşir. 2006-ci ilin dekabr ayının 6-da həmkəndlilər, Cavabdeh ilə atası Nəriman Məmmədov arasında bağlanmış, *ǝ-*** saylı reyestrlə Şəmkir rayon * saylı Notariat Kontorunda qeydə alınmış alğı-satqı müqaviləsi əsasında JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ümumi sahəsi 3,69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha, yəni 11.400 kv.m., hissəsi, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. torpaq sahəsi satılmışdır. Həmin alğı-satqı müqaviləsinə iddiaçılar da ərizələri ilə razılıqlarını bildirmişlər. Ancaq, qardaşı iddiaçı3 həmin alğı-satqı müqaviləsi bağlanan zaman hərbi xidmətdə olmasına görə onun həmin torpaq alğı-satqısından xəbəri olmamışdır. Həmçinin iddiaçılar ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha, yəni 11.400 kv.m., hissəsinin cavabdeh Cavabdehǝ satılan hissəsindən qalan 20.006 kv.m. torpaq sahəsinin iddiaçıların və qardaşları iddiaçı3 payına düşən hissəsini hələlik tərəfindən istifadə olunmamasına görə Cavabdeh tərəfindən müvəqqəti olaraq istifadə edilməsinə və əvəzində ildə müəyyən qədər pul vəsaiti və ya taxıl məhsulunun verilməsinə şifahi qaydada razılıq bildirmişlər. Ancaq, son vaxtlar iddiaçılar pula ehtiyacı olmasına görə ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin satılan 11.400 kv.m. torpaq sahəsi çıxılmaqla qalan 20.006 kv.m. hissəsindən payına düşən hissəsini satmaq istəmişlər. Bu məqsədlə cavabdehə müraciət edərək uzun müddət həmin sahənin onun istifadəsinə verməyinə görə ona satmaq istəməyini bildirdilər. Ancaq, cavabdeh JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailənin mülkiyyətinə verilmiş 3,69 ha. torpaq sahəsini 2006-cı ildən onlardan satın almış olmasını və həmin torpaq sahəsinin cəmi üzərində özünün mülkiyyət hüququna dair Çıxarışların olmasını bildirmişdir. Bundan sonra qardaşı iddiaçı3 cavabdeh Cavabdeh qarşı Şəmkir rayon Məhkəməsində iddia qaldırmaq üçün Dövlət Notariat Arxivindən ##.##.2006-cı il tarixdə Şəmkir rayon * saylı Dövlət Notariat Kontorunda **-*** saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surətini əldə etmişdir. Həmin notariat işindəki ##.##.2006-cı il tarixli 49-*** reyestr nömrəli alğısatqı müqaviləsinə və həmin notariat işinə əlavə edilmiş sənədlərə baxış keçirərkən həmin müqavilənin bağlanmasına yəni, JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ümumi sahəsi 3,69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha, yəni 11.400 kv.m. hissəsinin və 5.001,08 kv.m. torpaq sahəsinin cavabdeh Cavabdehǝ satılmış olmasını və iddiaçıların da, həmin alğı-satqıya razı olmağına dair ərizə imzalamışlar. Ancaq, cavabdeh Cavabdeh 3,69 ha torpaq sahəsinin hamısına, yəni 0,5001 ha hissəsinə *********1, 3,1406 ha hissəsinə *********2, 0,05 ha hissəsinə ********* qeydiyyat nömrəli, ##.##.2010-cu il tarixli reyestrdən Çıxarışlar tərtib etdirməsinin müəyyən edilməsi DƏDRX-nin ** saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinə ünvanladığı ##.##.2024cü il tarixli məktubda qeyd olunmuşdur. Ona görə cavabdehlərə qarşı cavabdeh Cavabdeh tərəfindən ** saylı Şəmkir Ərazi İdarəsinə ##.##.2006-cı il tarixli 40-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin saxtalaşdırılmış şəkildə təqdim edilməsi nəticəsində həmin ##.##.2010-cu il tarixli, 3,1406 ha hissəsinə *********2, 0,05 ha hissəsinə ********** qeydiyyat nömrəli Çıxarışları qismənǝləğvǝedilməsiǝtələbinəǝdairǝməlumǝiddianıǝqaldırmalıǝolmuşlar.ǝ
18. Cavabdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək etirazında qeyd etmişdir ki, Şəmkir rayon AİK-nın ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılara və digər ailə üzvlərinə-ataları Nəriman Məmmədova, anaları Nazirə Məmmədova və qardaşları X7 kəndinin ərazisində 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2006-cı ildə o, Nəriman Məmmədovun torpağını satmaq istədiyini bildikdə Nərimana müraciət etmiş və # ###### 2006-cı il tarixdə Şəmkir rayon * saylı notariat kontorunda torpaq sahəsinin 1,14 ha hissəsinin satılmasına dair aralarında müqavilə bağlamışdır. Onun ailə üzvləri, yəni arvadı və uşaqları, o cümlədən, hazırkı iddiaçılar iddiaçı2 və Nəzakət İsmayılova da torpağın satılmasına dair razılıq ərizələrini vermişlər. Onlar müqavilə bağladıqdan sonra elə həmin gün X16 əsgərlikdə yaxşı yerə saldıracağı ilə əlaqədar torpağın qalan hissəsini də satmaq istədiyini bildirdi və onunla 7.000 manat müqabilində 3,69 ha torpaq sahəsinin hamısını ondan almağına dair alğı-satqı müqaviləsi bağladı. Həmin vaxtdan da 3,69 ha torpaq sahəsini bütövlükdə istifadə etmişdir. 2010-cu ildə o alğı-satqı müqaviləsini Daşınmaz Əmlaka təqdim edərək 3,69 ha torpaq sahəsinə dair Reyestrdən çıxarış almışdır. Alğı-satqı müqaviləsinin bağlanmasından 18 il keçdikdən sonra iddiaçılar ona qarşı iddia qaldıraraq ona məxsus çıxarışın qismən ləğv olunmasını tələb edirlər. 2006-cı ildən hazıradək mübahisəli torpaq sahəsini o istifadə edir, 2010-cu ildən torpaq sahəsi onun sahibliyindədir.ǝ2006-cıǝilinǝdekabrǝayındaǝ3,69ǝhaǝtorpaqǝsahəsiǝbütövlükdəǝonaǝsatılmışdır.
19. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsiǝiləǝ(hakimǝHəvayətǝMəhəmmədi)ǝiddiaǝtələbiǝtəminǝedilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, # ###### 2006cı il tarixli
20. 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 3,69 ha torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmış, Nazira Məmmədova, Nəzakət Məmmədova, Gülzadə Məmmədova və iddiaçı3 torpaq sahəsini satılmasına razılıq vermişlər. Bundan sonra həmin tarixli müqavilə ilə torpaq sahəsi bütövlüklə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmışdır. ##.##.2006-cı il tarixdən torpaq sahəsi bütövlüklə cavabdehin istifadəsi və sahibliyindədir. İddiaçılar ##.##.2006-cı il tarixli müqavilə əsasında verilmiş çıxarışın ləğvini tələb edirlər. Cavabdeh isə əvvəlcə torpaq sahəsinin bir hissəsinin satılması ilə bağlı razılığa gəldiklərini, daha sonra elə həmin tarixdə müqavilə bağlandıqdan sonra torpaq sahəsinin bütövlüklə satılması barədə razılığa gələrək NotariatǝOfisindəǝmüqaviləǝbağladıqlarınıǝbildirmişdir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi çıxarışın mübahisələndirilməsi ilə bağlı olduğu üçün mübahisələndirilən çıxarışların verilməsi üçün əsas olmuş əqdin (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas olmuş əqdin) etibarlılığı da, yoxlanılmalıdır. Cavabdehin iddiaçılarla eyni kənddə yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, cavabdeh Cavabdeh tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də torpaqdan istifadə etməsi, illərdir həmin torpaqda məhsul becərməsi qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 3,69 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2006-cı ildən Cavabdeh faktiki istifadəsindədir. Cavabdeh həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və daim istifadəsində olmaqla illik əkinlər əkmişdir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə cavabdehin istifadəsindədir. İddiaçıların ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 tərəfindən ##.##.2006-cı il tarixdə cavabdeh Cavabdeh satılsa da, torpaq sahəsinin digər mülkiyyətçilərinin həmin alğı-satqıdan məlumatlı olmaları, ötən illər ərzində alğı-satqı ilə bağlı hər hansı etiraz bildirməmələri, torpaq sahəsinin 2006-cı ildən cavabdeh Cavabdeh sahibliyinə keçməsi və hazırkı vaxta kimi maneəsiz istifadəsində olması sonuncunun mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malik olmasına dəlalət edir. Göründüyü kimi, iddiaçının bu sahibliyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən olan Nəriman Məmmədov ilə torpaq sahəsinin alğı-satqısına dair müqavilə və ondan sonrakı uzun illər ərzində hazırkı iş üzrə iddiaçıların davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan qanunvericilikǝnormalarınaǝəsaslanır.
22. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 360.2, 404.1, 404.2-ci maddələrinə, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2023-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadǝetmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Birinci iş üzrə iddiaçı Sadiq Məmmədov apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədəǝyeniǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən məhkəməyə təqdim edilən hərbi biletin təsdiq edilmiş surətində hansı tarixlərdə və hansı hərbi hissədə həqiqi hərbi xidmət aparmağının qeyd olunmasına baxmayaraq, məhkəmə həmin sübutun ümumiyyətlə məhkəməyə təqdim edilməsini işdə olan sənədləri sadalayaraq tədqiq edərkən qeyd etməmişdir. Hərbi bileti məhkəməyə təqdim edilən sənədlər siyahısına əlavə etmiş, ancaq həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməməsini məhkəmə əsassız olaraq göstərmişdir. Tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş ##.##.2006-cı il tarixli, 4Ə-*** reyestr nömrəli notariat işindəki alğı-satqı müqaviləsində JN 686, kod ******** saylı Dövlət aktı ilə ailəsinə və ona məxsus olan və 3 koordinatlarda yerləşən cəmi 3,69 ha torpaq sahəsinin *** saylı koordinatda yerləşən 3,14 ha hissəsinin 1,14 ha hissəsi, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. torpaq sahəsinin cavabdehə satılması və bacıları iddiaçı2 və Nəzakət İsmayılovanın həmin alğı-satqıya razı olmalarına dair imzaları təsdiq edilmiş ərizələri vardır. Həmin notariat işində onun da, imzasının notariat qaydasında təsdiq edildiyi ərizəsi əlavə edilmişdir. Həmin müqavilə bağlanarkən o, xarici ölkədə həqiqi hərbi xidmətdə olmağına görə həmin müqaviləyə imza edə bilməsi mümkünsüz idi. Məhkəmənin hüquqi mövqeyinə əsasən səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilməsi qeyd edilmişdir. Həmin hüquqi mövqeyə əsaslanan məhkəmə də, onun hərbi xidmətdən qayıtmasından sonra həmin müqavilədən narazı olmağına görə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmamasına istinad edərək müqaviləyə imza etməsə də, həmin müqaviləni səlahiyyətli şəxs olaraq bəyəndiyini, bu səbəbdən həmin müqaviləni bağlanan andan bağlanmış kimi qiymətləndirmişdir. Halbuki həmin müqavilənin bağlanmasından hərbi xidmətdə olduğundan məlumatı olmamışdır. Xidmətdən qayıtdıqdan sonra isə atası Nəriman Məmmədov tərəfindən ailəsinin ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsinin bir hissəsini, onun payı çıxılmaqla, həmkəndliləri Cavabdeh satmasını, həmin müqaviləyə anasının və bacılarının ərizələri ilə razılıqlarını bildirmələrini, satılmamış qalan torpaq sahəsini şifahi razılaşma əsasında ailəsinə lazım olanadək Cavabdeh istifadəsinə verilməsini ona bildirmişdir. Bu səbəbdən, 2023-cü ilin əvvəlinədək həmin alğı-satqı müqaviləsindən narazı olmamış və Cavabdeh tərəfindən tam halda alınmış olmasına deyil, bir hissəsinin alınmasına, qalan hissəsinin isə istifadə edilməsinə etiraz etməmişdir. Təbii ki, hər bir halda həmin 3,69 ha sahədə onun payının satılmış olmasına dair məlumatı olmamışdır. Nəticədə, 2023-cü ilin əvvəlində bacıları ilə razılaşmışlar ki, ümumi paylı mülkiyyətdə olan və cavabdehə satılmamış qalan torpağı da Cavabdeh satsınlar. Bu səbəbdən ilkin olaraq Cavabdeh qalan torpaq sahəsini almasını ona təklif etmiş, ancaq, Cavabdeh həmin 3,69 ha torpaq sahəsini tam halda 2006-cı ildən atalarından satın almış olmasını və hətta həmin sahəyə dair artıq özünün mülkiyyət hüququna dair müvafiq Çıxarışları almasını bildirdiyinə görə cavabdehə qarşı məlum iddianı qaldırmaq üçün notariat arxivindən həmin alğı-satqıya dair notariat işini nümayəndənin sorğusu əsasında əldə etmişdir. Notariat işi ilə tanış olarkən məlum olmuşdur ki, 3 koordinatlarda yerləşən cəmi 3,69 ha torpaq sahəsinin *** saylı koordinatda yerləşən 3,14 ha hissəsinin 1,14 ha hissəsi, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. sahə cavabdehə satılmış, bacıları iddiaçı2 və Nəzakət İsmayılova həmin alğı-satqı müqaviləsinə imzaları təsdiq edilmiş ərizələri ilə razı olmalarını bildirmişlər. Üstəlik, onun adından həmin müqaviləyə razı olmağına dair təsdiqli ərizənin də olması onun həmin iddianı qaldırmağına səbəb olmuşdur. Bacıları iddiaçı2 və Nəzakət İsmayılova da, cavabdehə qarşı ümumi paylı mülkiyyətdə olan 3,69 ha torpaq sahəsinin satılmamış hissəsinə münasibətdə cavabdeh tərəfindən Daşınmaz Əmlak İdarəsinə təqdim edilmiş saxta müqavilə əsasında, satılmamış sahəyə dair Çıxarışın qismən ləğv edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışlar. Həmin iddia üzrə mülki iş də təsadüfən, yoxsa məqsədli surətdə iddia tələbini əsassız olaraq rədd edilməsinə dair qətnamə çıxarmış hakimin icraatındadır. İddiası üzrə mülki işin araşdırılması zamanı məhkəməyə təqdim etdiyi məlum notariat işini tədqiq edən hakim nədənsə, həmin ##.##.2006-cı il tarixli, *Ə-*** saylı reyestr nömrəli notariat işindəki alğı-satqı müqaviləsində JN 686, kod ******** saylı Dövlət aktı ilə ailəsinə və ona məxsus olan və 3 koordinatlarda yerləşən cəmi 3,69 ha torpaq sahəsinin *** saylı koordinatda yerləşən 3,14 ha hissəsinin 1,14 ha hissəsinin, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. sahənin isə hamısının cavabdehə satılmasını görməmiş və ya görməzdən gələrək guya həmin müqavilə əsasında ailəsinin ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsinin tam halda cavabdehə satılmış olmasını məlum qətnaməsinin 3-cü səhifəsinin 4-cü abzasında qeyd etmişdir. Cavabdeh məhkəmədə verdiyi ifadəsində isə göstərir ki, əvvəl “atam-Nəriman Məmmədovla 3,69 ha sahənin 1,14 ha hissəsinin satılmasına dair müqavilə bağlamış, Sadiq Məmmədovun ailə üzvləri, yəni arvadı və uşaqları o, cümlədən iddiaçı Sadiq Məmmədov həmin müqaviləyə torpağın satılmasına razılıq ərizələri vermişlər, həmin müqavilə bağlanandan sonra həmin gün, guya onun əsgərlikdə hərbi xidmət yerinin yaxşı yerə düşməsi üçün qalan torpaq sahəsini də 7.000 manat pul müqabilində cavabdehə satması barədə müqavilə bağlamasını, ona görə həmin məzmunlu yəni, 3,69 ha sahənin satılmasına dair müqavilə əsasında həmin sahənin hamısı üzərində mülkiyyət hüququna dair 2010-cu ildə Çıxarış almasını və istifadəsində olmasını bildirmişdir. Ancaq, cavabdeh atası ilə yalnız bir dəfə alğı-satqı müqavilə bağlaması barədə bacılarının iddiası üzrə mülki işin məhkəmə araşdırması zamanı ifadə vermişdir. Deməli, cavabdeh * saylı Notarius vəzifəsini icra etmiş, mərhum Rövşən Sadıqovla cinayət əlaqəsinə girərək eyni tarixli, eyni reyestr nömrəli müqaviləni tərtib edərək satıcı atasının əvəzinə saxta imza etməklə 2-ci müqaviləni 2010-cu ildə DƏDRX-ə təqdim edərək həmin 3,69 ha sahə üzərində mülkiyyət hüququna dair məlum əsassız Çıxarışı əldə etmişdir. Ancaq, qeyd etdiyi kimi həmin alğı-satqıya dair notariat işindəki ##.##.2006-cı il tarixli, *Ə-*** saylı reyestr nömrəli müqavilədə 3,69 ha sahənin hamısının deyil, *** saylı koordinatda yerləşən 3,14 ha sahənin 1,14 ha hissəsinin, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. torpaq sahəsini cavabdehə satılması qeyd edilmişdir. Sadaladığı xüsusatlara əsasən məhkəmə onun qüvvədə olan qanunvericiliklə qorunan ümumi paylı mülkiyyətinə verilmiş pay torpağı üzərindəki mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulmasınaǝgözǝyumaraqǝiddianınǝtəminǝedilməməsinəǝdairǝqətnaməniǝçıxarmışdır.
25. İkinci iş üzrə iddiaçılar Nəzakət İsmayılova və iddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbininǝtəminǝolunmamasınıǝxahişǝetmişlər.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməməsinin yeganə əsası cavabdeh Cavabdeh iddia tələbinə qarşı etirazı təşkil etmişdir. Belə ki, cavabdeh Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək torpaq sahəsinin 2006-cı ildə onun istifadəsində olmasını qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh təqdim etdiyi etiraz ərizəsində göstərilənləri birə bir qətnaməyə köçürməklə həmin “dəlillərə” əsaslanmışdır. Bununla da, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət hüququnu pozmuşdur. İşin həqiqi və faktiki halları ondan ibarətdir ki, Şəmkir rayon AİK-nın ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə ailə üzvlərinin adına JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ***A saylı Koordinatda 31.406,0 kv.m., 686B Koordinatda 500,08 kv.m., 686C Koordinatda 500,0 kv.m. olmaqla Şəmkir rayonu, Qapanlı kəndidə yerləşir. # ###### 2006-cı il tarixdə cavabdeh Cavabdeh ilə atası Nəriman Məmmədov arasında 4ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə ilə JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailəsinə məxsus olan 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı Koordinatda 31.406,0 kv.m. torpaq sahəsinin 1,14 ha hissəsi, 686B Koordinatda 500,08 kv.m. torpaq sahəsi satılmışdır. Həmin vaxt qardaşı Sadiq Məmmədov hərbi xidmətdə olmuş və onun bu alğı-satqıdan ümumiyyətlə məlumatı olmamışdır. Hazırda pula ehtiyacları olduğu üçün torpaq sahəsinin qalan 20.006 kv.m. hissəsini satmaq qərarına gəlmişlər. Bu məqsədlə cavabdeh Cavabdeh müraciət edərək torpaq sahələrinin həmin hissəsinin də almasını təklif etmişlər. Lakin cavabdeh onlara JN*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinə bütövlükdə Çıxarış aldığını, hazırda torpaq sahəsi bütövlükdə onun mülkiyyətində olduğunu bildirmişdir. # ###### 2006-cı il tarixdə cavabdeh Cavabdeh ilə atası X6 arasında 4ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə ilə JN-*** saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailələrinə məxsus olan 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatda 31.406,0 kv.m. torpaq sahəsinin 1,14 ha hissəsi, 686B koordinatda 500,08 kv.m. torpaq sahəsi satılmışdır. Həmin vaxt qardaşı Sadiq Məmmədov hərbi xidmətdə olmuş və onun bu alğı-satqıdan ümumiyyətlə məlumatı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları ətraflı araşdırılmamış, onların qanunla qorunan və təminat altına alınmış mülkiyyətǝhüquqlarıǝpozulmaqlaǝqanunsuzǝvəǝəsassızǝqətnaməǝçıxarılmışdır.
27. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə hər iki mülki iş eyni icraatdaǝbirləşdirilmişdir.
28. Apellyasiya icraatı zaman iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy əldə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş 31.406,0 kv.m. torpaq sahəsinin 1 ha 14 sot və 5.004,05 kv.m. alğı-satqısına dair müqavilənin, ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş 3,69 ha torpaq sahəsinin alğı-satqısına dair müqavilənin “İmzalar” qrafasında “1” rəqəminin qarşısındakı imzalarǝ–ǝX5ǝtərəfindənǝyoxǝbaşqaǝşəxsǝtərəfindənǝicraǝolunmuşdur.
29. Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə iddiaçı Sadiq Məmmədov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavab olaraq isə bildirmişdir ki, o, həmin torpaqlarda olmuş, torpaq sahəsinin 3 h 60 sot olan hissəsinə qarğıdalı, kələm bitkiləri əkilmişdir. Həmin bitkiləri Nadya adlı qonşuları ilə şərikli əkmişlər. Əsgərlikdən qayıtdıqdan sonra həmin torpaq sahəsində o, əkin işləri aparmamışdır. Ailə böyüyü kimi ataları həmin torpaq sahəsini icarəyə vermişdir. Atalarının həmin torpağı kimə icarəyə verdiyini bilməmişdir. 2008-ci ildə əsgərlikdən qayıtdıqdan sonra 2009-cu ildə Rusiyaya getmiş, əsgərlikdən qayıtdıqdan sonra torpaq sahəsi ilə maraqlanmağa vaxtı olmamışdır. O, 4 il Moskva şəhərində yaşadıqdan sonra geri qayıdıb sonra yenidən Rusiya Federasiyasına getmişdir. Bir dəfə Cavabdeh ona torpağını satmağı təklif etmiş, o isə razılaşmamış, daha sonra Rusiya Federasiyasına getmişdir. Alğı-satqı müqaviləsi bağlanan zaman o, Yuqoslaviyada əsgərlikdə olmuşdur. Heç kim onun yanına razılıq üçün gəlməmişdir. Rəfayılın niyə elə təklif etməsinin səbəbini isə bilmir. O, atası öldükdən sonra Rusiya Federasiyasından gəlmiş, anasına atasının adına olan əmlakları öz adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Bunun üçün Gəncə Asan Xidmət Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edəndə, ona torpaq sahəsinin Cavabdeh satıldığını bildirmişlər. Həmin vaxta qədər torpağın satılmasından xəbəri olmamışdır. O bu barədə anasına bildirəndə anası bunun mümkün olmaması bildirmişdir. Atası ölməmişdən 1 il əvvələ qədər Cavabdeh onlara icarə haqqı əvəzinə taxıl vermişdir. Atası torpağı satmamışdır. Həmin ərizədə olan imzalar saxtadır. Rəfayıl onlara təxminən ildə 100-200 kq. taxıl vermişdir. Anası və atası öz pay torpaqlarını satmışlar. Həmi hissəyə etiraz etmirlər. Qalan torpaq sahəsi isə ona və bacılarınaǝməxsusǝolmaqlaǝsatılmamışdır.
30. Məhkəmə kollegiyasının iclasında ikinci iş üzrə iddiaçı Nəzakət İsmayılova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun maddi vəziyyəti ağır olduğu üçün o, öz pay torpağının kimə icarəyə verilməsi ilə maraqlanmış, Cavabdeh nömrəsini taparaq ona zəng edib torpağının onda icarədə olduğunu və hələ də, istifadə edirsə satmaq istədiyini bildirmişdir. Cavabdeh ona torpağın onun olduğunu və satın aldığını bildirmiş, o, isə bunun necə olduğunu soruşanda onun da, imza etdiyini bildirmişdir. O, da bir hektar yarım torpaq sahəsi üçün sənəd imzaladığını, hətta atasının da, yanında bunu vurğuladığını bildirmişdir. Rəfayıl isə ona atasının başqa müqavilə imzaladığını bildirmişdir. O, isə həmin müqaviləyə imza çəkməmişdir. Suallara cavab olaraq isə bildirmişdir ki, onların torpaq sahələrini atası əkib becərmiş, həmin sahəyə taxıl, yonca bitkiləri əkmişdir. O, həmin torpaq sahələrini görmüş və harada yerləşdiklərini bilir. Mübahisəli torpaq sahəsinin bir qisminin satılmasına razılıq vermiş, ərizəni o özü imzalamışdır. Həmin vaxt onun uşağı körpə olduğu üçün notariat orqanına gedib, imza edib geri qayıtmışdır. Atası da iştirak etmişdir. O, heç kimin yerinə imza etməmişdir. Ona sadəcə sənədi göstərib imza etməsini bildirmişlər. Atası ona onun payına və anasının payına düşən hissəsini satmasını, uşaqlarının isə pay torpaqlarının qalmasını bildirmişdir. Anasının isə orada olduğunu xatırlamır, lakin bacısı orada olmuşdur. Qardaşı həmin vaxt hərbi xidmətdə olmuşdur. O, notariat ofisində ailə üzvlərinin heç birinin yerinə imza etməmişdir. Digər ailə üzvlərinin imza etmələri barədə məlumatı yoxdur. O, 1997-ci ildə ailə qurduqdan sonra həmin torpaq sahəsinə gedib gəlmişdir. 2006-cı ildən sonra da, atası həmin torpaq sahəsini əkmiş və ona da pay göndərmişdir. Atası 2021-ci ildə rəhmətə getmiş və 2020-ci ilə qədər atası həmin torpaq sahəsini əkib becərmiş, əldə olunan məhsullardan ona da, pay göndərmişdir. O, ailə həyatı qurana qədər həmin torpaq sahəsində əkin işləri aparmış, ailə qurduqdan sonra isə kömək lazım olduğu zaman həmin torpaq sahəsinə getmişdir. Həmin vaxt o, torpağın kimin adına olmasını, icarəyə verilib-verilmədiyi ilə maraqlanmamışdır. Ümumiyyətlə özü pay torpağı ilə bağlı atasından soruşmamışdır. Çünki torpaq sahəsinin həmişə yerində qaldığını bilmişdir. Onun uşaqları körpə olmuş, həmçinin yoldaşı da, rəhmətə getmişdir. Onun torpaqla maraqlanmağa vaxtı olmamışdır. Atası torpağın satışından ona pul verməmişdir. Qardaşı 2008ci ildə hərbi xidmətdən qayıtmışdır. Həmin vaxt qardaşı kənddə orada-burada işləyib, daha sonra hamı kimi Rusiya Federasiyana işləməyə getmişdir. Qardaşının Rusiya Federasiyasına nə vaxt getdiyini xatırlamır. Atası 2006-cı ildə, torpaq sahəsinin satıldığı ərəfədə torpaq əkib biçməklə məşğul olmuşdur. Atasının istilikxanada fəhlə işləməsinə dair məlumatı yoxdur. Atası ümumiyyətlə heç kimin yanında fəhlə işləməmişdir. Torpaq sahəsi satılmamışdan əvvəl evlərinin yanında süd məntəqəsi olmuş, atası orada işləmişdir. Ondan sonra heç yerdə işləməmişdir.
31. Məhkəmə kollegiyasının iclasında birinci və ikinci iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi vəkil nümayəndə1 izahat verib bildirmişdir ki, mülki işin materiallarında, 91 səhifədə olan torpaq şöbəsindən arayış var. Həmin məktubda torpaq şöbəsi Notariat orqanı üçün qeyd edir ki, Nəriman Məmmədovun adına olan JN *** saylı aktla girov qoyulmayıb. Yəni həmin dövrün sənəd üzərində yazışmalarından da görünür ki, həmin vaxt sənədləşmələr ailə başçısının adından aparılmışdır. Yəni həmin dövrdə ata əgər həmin bir torpaq sahəsini satırdısa, tamamilə satdığını nəzərdə tuturdu. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında iki dəfə alğı-satqı olmuşdur. Birinci alğı-satqı edildikdən 2-3 gün sonra mərhum Nəriman Məmmədov Cavabdeh pula ehtiyacı olduğu üçün torpağın qalan hissəsini də, satdığını bildirib. Buna görə də, onlar birlikdə notariusa getmişlər. Notarius onlara “razısınızsa, gəlin müqaviləni bağlayaq” demişdir. Beləcə birinci müqavilədən 2-3 gün sonra ikinci müqavilə bağlanmışdır. Bu notariusun səhvidir ki, o, iki yox bir müqavilə olmasını istəyərək eyni tarixli və nömrəli ikinci müqavilə bağlatdırmışdır. Artıq məlumdur ki, həmin notariusun işlərində saxtakarlıq kifayət qədərdir. Onlar mübahisəli torpaq sahəsinin alğısatqısını orada etmişlər. Onlar hətta ikinci dəfə alğı-satqının olmasını etiraf edirlər. Hətta uşaqların razılığı olmasa belə ikinci dəfə alğı-satqı olmuşdur. İkinci alğı-satqı müqaviləsi bağlandığı zaman notarius tərəflərə bildirməliydi ki, uşaqları gətirsin, onların da razılığını alınsın. Lakin, burada notarius atanın ailə başçısı olmasını, ailədə söz birliyinin olmasını, atanın söz sahibi olmasını əsas götürərək müqaviləni bu şəkildə rəsmiləşdirmişdir. Həmçinin, işin faktiki olaraq əsas halı odur ki, iddiaçılar 18 il müddətində nə qədər ki, ataları ölməmişdi bu iddianı qaldırmamışdılar. Ata öldükdən sonra iddia qaldırmışlar. Bu məsələdə də, Şahəddin Hüseynovun təsiri var. Belə ki, həmin X17 Musayevlə və Cavabdehlə aralarında qərəz var. Bundan başqa onlara qarşı Şahəddin Hüseynovun xeyli sayda iddiası var. O, dövrdə torpaq sahəsinin alğı-satqısı etimad üzərində həyata keçirilmişdir. Həmçinin ekspertizanın rəyinə əsasən müqavilələrin heç birində imza Nəriman Məmmədov tərəfindən icra edilməmişdir. Halbuki alğı-satqını edənin Nəriman Məmmədov olduğunu iddiaçılar da, etiraf edir. Həmçinin onlar da əməliyyatların bir dəfə olduğunu etiraf edirlər. Amma məhrum Nəriman Məmmədov söz sahibi olan adam olmuş, onun torpaq sahəsinə icazəsiz kimsə daxil ola bilməzdi. Bundan başqa mübahisəli ərazidə tikilən istilikxanada mərhum Nəriman Məmmədov günəmuzdlu olaraqǝfəhləǝişləmişdir.ǝBunuǝgörənǝşəxslərdəǝolmuşdur.
32. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı Sadiq Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçılar Nəzakət İsmayılova və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli qətnamələri ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, Sadiq Məmmədov tərəfindən verilmiş iddia qismən təmin, Nəzakət İsmayılova və iddiaçı2 tərəfindən verilmiş iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir ərazi idarəsində reyestrdə Şəmkir rayonu, Qapanlı kəndinin 1323 inventar qovluğunda saxlanılan və qeydin əsası kimi istinad edilən Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmasına dair # ###### 2006cı il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair cavabdeh Cavabdeh adına verilmiş ##.##.2010-cu il tarixli, ************ reyestr nömrəli, ********** nömrəli qeyd 1,14 ha hissədən artıq hissədə və 0,05 ha hissəsinə dair ##.##.2010-cu il tarixli, ************ reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 31.406,0 kv.m., torpaq sahəsinin satılmamış qalan 20.006 kv.m. hissəsi və 500,0 kv.m. torpaq sahəsinin iddiaçılar Nəzakət İsmayılova və iddiaçı2 faktiki sahibliyinə qaytarılması, Sadiq Məmmədovǝtərəfindənǝverilmişǝiddianınǝqalanǝhissədəǝtəminǝedilməməsiǝqətǝolunmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən tərəflər arasında yaranmış münasibətlərlə bağlı eyni tarixli və eyni reyestr nömrəli alğı-satqı müqaviləsinin olmasına hüquqi qiymət verməmiş, yalnız iddiaçıların alğı-satqı müqaviləsini bəyənməsinə istinad edərək iddianı rədd etmişdir. Belə ki, iş materiallarında olan JN-686 KOD ******** saylı Dövlət Aktın təsdiqli surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha torpaq sahəsi Şəmkir Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə Nəriman Məmmədovun, Nazira Məmmədovanın, Nəzakət Məmmədovanın, Gülzadə Məmmədovanın və iddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli **-*-**/*- ****/** saylı məktubu əsasında təqdim edilmiş və Şəmkir rayonu, Qapanlı kəndinin 1323 inventar qovluğunda saxlanılan # ###### 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 3,69 ha hissəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmışdır. İkinci müqavilə isə Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-**-****/** saylı məktubu əsasında təqdim edilmiş # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işində saxlanılan müqavilədir ki, həmin müqavilədən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılmış, Nazira Məmmədova, Nəzakət Məmmədova, Gülzadə Məmmədova və iddiaçı3 isə notariusda ərizə təqdim edərək Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsinin satılmasına razılıq vermişlər.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin uzun müddət cavabdehin istifadəsində olması özü-özlüyündə həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun yaranması üçün əsas ola bilməz və bunun əksinin düşünülməsi Konstitusiyadaǝəksiniǝtapmışǝiddiaçılarınǝmülkiyyətǝhüquqununǝpozulmasıǝolardı.
35. Hazırkı iş üzrə mübahisənin həlli üçün iddiaçıların mübahisəli torpaq sahəsi ilə bağlı əqdi bəyənməsinə istinad etmək üçün ilk növbədə ümumilikdə payçılardan birinin, yəni iddiaçıların mərhum atasının paylı mülkiyyətdə olan torpaq sahəsinə dair ümumilikdə sərəncam verib-verməməsi müəyyən olunmalıdır. MM-nin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Göründüyü kimi, əqdin təmsil edilən tərəfindən bəyənilməsinə istinad edərək Mülki Məcəllənin 357-ci maddəsinin normalarını tətbiq etmək üçün ilk növbədə səlahiyyət verilməyən şəxs tərəfindən bağlanmış və bəyənilməsiǝiddiaǝedilənǝəqdǝmövcudǝolmalıdır.
36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir ərazi idarəsində reyestrdə Şəmkir rayonu, Qapanlı kəndinin 1323 inventar qovluğunda saxlanılan və qeydin əsası kimi istinad edilən # ###### 2006-cı il tarixli müqavilədə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin bütünlükdə Nəriman Məmmədov tərəfindən Cavabdeh satılması qeyd edilmişdir. Ədliyyə Nazirliyi Dövlət Notariat arxivində # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işində saxlanılan müqavilədə isə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılması qeyd edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçılar torpaq sahəsi üzrə alğı-satqı müqaviləsini bağlamışdır. Payçılardan biri, iddiaçıların mərhum atası Nəriman Məmmədovun iradə ifadəsini əks etdirən eyni tarixli və eyni reyestr nömrəli iki müqavilə mövcuddur. Apellyasiya icraatı zamanı əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş 31.406,0 kv.m. torpaq sahəsinin 1 ha 14 sot və 5.004,05 kv.m. alğı-satqısına dair müqavilənin, ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş 3,69 ha torpaq sahəsinin alğı-satqısına dair müqavilənin “İmzalar” qrafasında “1” rəqəminin qarşısındakı imzalar – Nəriman Məmmədov tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, hər iki müqavilənin payçılardan biri, iddiaçıların mərhum atası Nəriman Məmmədov tərəfindən imzalanması təsdiqini tapmamışdır. Yəni hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin bütünlüklə cavabdehə satılması ilə bağlı hətta payçılardan birinin iradə ifadəsi müəyyən olunmur. İddiaçılar ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş 31.406,0 kv.m. torpaq sahəsinin 1 ha 14 sot və 5.004,05 kv.m. alğı-satqısına dair müqavilənin ataları tərəfindən imzalandığını bildirdiklərindən və həmin hissədə alğı-satqı müqaviləsini mübahisələndirmədiklərindən, həmin hissədəǝalğı-satqıǝmüqaviləsininǝmövcudluğuǝqəbulǝedilməlidir.
37. Məhkəmə kollegiyası cavabdehin notariat orqanında bağlanmış müqaviləyə dair yol verilmiş nöqsanların onların təqsiri ucbatından baş verməməsi, hər iki müqavilənin notariat orqanı tərəfindən təsdiqləndiyini, bu halın onların xeyrinə tövsif edilməli olmasına dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, hətta həmin mövqe qəbul edilmiş olsa belə, Ədliyyə Nazirliyi Dövlət Notariat arxivində 0# ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işində saxlanılan müqavilədə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılması qeyd edilmişdir və iki eyni tarixli, eyni reyestr nömrəli müqavilə olduğu halda müqavilənin əsli kimi məhz Ədliyyə Nazirliyi Dövlət Notariat arxivində # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işində saxlanılan nüsxə həqiqi nüsxə kimi hesab edilməli vəǝhəminǝmüqaviləǝdə,ǝtərəfinǝiradəǝifadəsiǝkimiǝqəbulǝedilməlidir.
38. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıların Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin satılmasına etirazlarını bildirməməsi ilə bağlı qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Dövlət Notariat arxivinin ##.##.2024-cü il tarixli *-**-*/*-**-****/** saylı məktubu əsasında təqdim edilmiş # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işində olan ərizələrdən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsinin Nəriman Məmmədov tərəfindən satılmasına Nazira Məmmədova, Nəzakət Məmmədova, Gülzadə Məmmədova və iddiaçı3 razılıq vermişlər. Düzdür, həmin vaxt iddiaçı3 hərbi xidmətdə olduğundan onun verdiyi razılıq ərizəsi təsdiqini tapmasa da, digər iddiaçılar notariat orqanına gedərək razılıq ərizələrini vermələrini təsdiq etmişlər. Bu baxımdan, iddiaçılardan Nəzakət İsmayılova və iddiaçı2 tərəfindən Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha (JN686 KOD 50407038 Dövlət Aktı) torpaq sahəsinin yalnız 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsinin satılmasına razılıq vermişlər.
39. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, nə qədər ki, paylı mülkiyyətdə olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha mübahisəli torpaq sahəsinin ümumilikdə satılması ilə bağlı payçılardan hər hansı birinin iradə ifadəsi olmamışdır, o zaman məhz torpaq sahəsinin 2006-cı ildən bu vaxta qədər cavabdeh tərəfindən istifadə edilməsinə və iddiaçıların bəyənməsinə istinad edərək iddiaları təmin etməməkdə birinci instansiyanın gəldiyi nəticə işin faktikiǝhallarınaǝuyğunǝolmamışdır.
40. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 140, 149.2, 152.1,152.5, 157.4-ci və Mülki-Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 384, 402.1-ciǝmaddələrinəǝistinadlaǝəsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
41. Qətnamədən birinci iş və ikinci iş üzrə cavabdeh Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar, eləcə də təsərrüfat rəhbəri olan mərhum Nəriman Məmmədov sağlığında 18 il müddətində etibarsız hesab etdikləri əqdi mübahisələndirilməmiş, torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən aşkar şəkildə tam olaraq istifadə edilməsi heç bir halda iddiaçılar tərəfindən etirazla qarşılanmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar işin faktiki hallarına əsasən torpaq sahəsinin Cavabdeh satılmasını bəyənmişlər. Təsərrüfat rəhbəri olaraq iddiaçıların atası Nəriman Məmmədovun vəfatından sonra hazırkı məsələ həmkəndliləri Cavabdehlə qərəzli münasibətlərdə olan və davamlı olaraq bu kimi başqa məsələlərdə də aktivlik nümayiş etdirən Şahəddin Hüseynovun təşəbbüsü ilə qaldırılmışdır. Məhkəmə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı maddi hüquq normalarına istinad etsə də tərəflərin 18 il ərzində davamlı və etibarlı, mübahisəsiz münasibətləri bağlanmış əqdi bəyənmələri, qətnamədə istinad edilən maddi hüquq normalarınınǝtələblərininǝpozulmasıǝkimiǝqiymətləndirməsiǝqeyri-obyektivǝvəǝqanunsuzdur.
43. Apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş yeni hallar üzrə cavabdeh tərəfində şahidlərin dindirilməsi üçün vəsatət verilmişdir. Sadiq Məmmədovun cavabdeh Cavabdeh tərəfindən tikilən istixananın tikintisində günəmuzd fəhlə olaraq işləməsini təsdiq edən (iddiaçı isə bildirir ki, torpaq sahəsinin tam satılmasından xəbərsiz olublar), istixana tikintisində birgə çalışdığı 4 nəfər şahidin dindirilməsi üçün məhkəməyə cavabdeh tərəfindən ## ######## 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında vəsatət verilmişdi. Bundan başqa, mərhum Nəriman Məmmədov tərəfindən mübahisələndirilən torpaq sahəsinin 1.40 ha. hissəsi Cavabdeh satıldıqdan bir neçə gün sonra Cavabdeh kənd bələdiyyə üzvlərinə müraciət edərək alğı-satqı edilmiş torpaq sahəsinin yerində ölçülməsi, ayrılmasında iştirak üçün dəvət etməsini, həmin gün qeyd edilən işləri icra etmək üçün bir yerə toplaşdıqdan sonra mərhum Nəriman Məmmədovun onlara yaxınlaşaraq “ona pul lazım olduğu üçün ailəsinə məxsus torpaq sahəsini bütünlüklə satmaq istədiyini”, bundan sonra bələdiyyə üzvləri ilə birlikdə notariusa getdiklərini, notariusda 3,65 ha. torpaq sahəsini tam alğı-satqı etdikdən sonra yenidən alğı-satqı predmeti olan sahəyə gələrək ölçmə işlərini icra etmişlər. Həmin ölçmə işlərində iştirak edən bələdiyyə üzvlərindən yeganə sağ qalmış şahidin də məhkəmə iclasında dindirilməsi vəsatətdə qeyd edilmişdir. Məhkəmə kollegiyası isə vəsatəti təmin etməmişdir. “Artıq işdə Məhkəmə- Xətşünaslıq ekspertizasının rəyi” olduğu bildirilərək, vəsatət təmin edilməmiş, sübuta əvvəlcədən qiymət verilməklə (iclasın audio –video yazısında var) mülki prosessual qanunvericiliyin 88-ciǝmaddəsiǝpozulmuşdur.
44. İddiaçılar “mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi yəni, 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi, həmin 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatda yerləşən, 31.406,0 kv.m., torpaq sahəsinin cavabdeh Cavabdeh satılmamış qalan 20,006 kv.m. hissəsini və ***C saylı koordinatda yerləşən 500,0 kv.m. torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliyinə qaytarılması”nı iddia edirlər. Tələbdən görünür ki, nəticə etibarilə cavabdehə məxsus torpaq sahəsinin 3,1406 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, bundan sonra “cavabdeh Cavabdeh satılmamış qalan 20,006 kv.m. hissəsinin və ***C saylı koordinatda yerləşən 500,0 kv.m. torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliyinə qaytarılması” iddia edilir. Göründüyü kimi, iddia tələbi 2 hissədən ibarətdir. Birinci hissədə çıxarışların ləğv edilməsi, 2-ci hissədə torpaq sahələrinin satılmamış hissəsinin geri qaytarılması barədə qərar çıxarılması xahiş olunur. Qeyd olunanlara əsasən hesab etmək olar ki, əgər iddiaçılar cavabdeh Cavabdeh satılmayan hesab etdikləri (1-ci alğı-satqı müqaviləsindən kənar) torpaq sahələrində olan payları geri tələb edirsə belə olan halda çıxarışların hansı əsasla ləğv edilməsi sual doğurur. Torpaq sahələrinə dair çıxarışların verilməsinə əsas olan sənədlər mübahisələndirilmədiyi halda çıxarışların ləğv edilməsi üçün heç bir hüquqi əsas mövcud olmur. Satılmayan torpaqların faktiki sahibliklərinə qaytarılması üzrə çıxarışların ləğv edilməsi üçün hansı subyektiv hüquq yarana bilməsi sual altındadır. Çıxarışın verilməsinə əsas olmuş sənəd (ikinci alğı-satqı müqaviləsi) mübahisələndirilmədən çıxarışınǝləğvǝedilməsiǝisəǝmümkünǝhesabǝediləǝbilməz.
45. Məhkəmə iki mülki işi bir icraatda birləşdirsə də, bu iddia tələblərinin “qarışıq” hala gətirilməsi deyil, hər bir tələb üzrə iddiaya uyğun olaraq qərar qəbul edilməsi təmin edilməli idi. İddiaçın birinin alğı-satqının etibarsız hesab edilməsi, digərinin ancaq çıxarışı mübahisələndirməsinə əsas vermir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Plenumun qərarına istinadən qeyd edilməlidir ki, ikinci iş üzrə iddia tələbindən görünür ki, iddiaçılar birbaşa cavabdeh Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsini tələb etmişlər. Plenumun qərarına əsasən belə olan halda çıxarışın verilməsinə səbəb olmuş alğı-satqının mübahisələndirilməsini, yalnız bu alğı-satqı ləğv edildiyi və ya etibarsız hesab edildiyi halda çıxarışın ləğvi mümkün hesab edilir. Ancaq hazırkı iddia tələbi çıxarışın verilməsinə əsas olan sənəd mübahisələndirilmədiyi halda məhkəməǝkollegiyasıǝtərəfindənǝəsassızǝolaraqǝləğvǝedilmişdir.
46. “xxxx” (Aqroservis) ASC ilə X1 arasında bağlanmış müqavilə əsasında hazırda mübahisələndirilən torpaq sahəsində istixana tikilmiş və mövcud istixana Agentliyin mülkiyyətindədir. Lizinq müqaviləsinin şərtlərinə görə tikinti üçün xərclər tam ödənildikdən sonra sifarişçinin mülkiyyətinə verilir. İstixananın tikintisinə 2.000.073 (iki milyon yetmiş üç manat) manat dövlət vəsaiti xərclənmişdir. Lizinq müqaviləsi məhkəmə kollegiyasına təqdim edilsə də, baxılan iddia tələbi üzrə çıxarılacaq qərarın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi “xxxx” (Aqroservis)-in maraqlarına toxunmasına baxmayaraq məhkəmə kollegiyası Agentliyi üçüncü şəxs qismində işəǝcəlbǝetməmişdir.
47. Hər iki müqavilənin notarial qaydada təsdiq edilməsi, ancaq eyni tarix və eyni reyestr nömrəsi ilə qeydə alınması isə cavabdehin təqsiri hesab edilə bilməz və onun ziyanına şərh edilə bilməz. Müqavilənin bağlanmasında əsas tərəflərin iradə ifadəsi və bu müqavilənin bağlanması üçün qanunla tələb olunan prosedurlara əməl edilməsidir. Ehtimal etmək olar ki, hər iki müqavilə yaxın zamanda (faktiki də belə olmuşdur) notarial qaydada bağlandığı üçün notarius tərəfindən müəyyən maddi maraqlar səbəbindən ikinci müqavilə yeni reyestr nömrəsi ilə qeydə alınmamış, yenidən rüsum ödənişi həyata keçirilməmişdir. Tərəflər isə bundan həmin vaxt məlumatlı olmamışdır. Məhkəmənin məntiqinə əsaslanaraq hesab edilsə ki, ikinci müqavilə tərəflərin iradə ifadəsini və maraqlarını ifadə etməmişdir, belə olan halda, 18 il mübahisəsiz olaraq torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi mütləq qaydada mərhumǝsatıcıǝNərimanǝMəmmədovunǝsağlığındaǝdaǝmübahisələndirilər,ǝetirazǝedilərdi.
48. Notariat qaydasında təsdiq olunan müqavilənin notariat orqanının müvafiq qeydiyyat kitablarında qeydiyyatının aparılmaması və ya düz aparılmaması hələ müqavilənin mövcudluğunu istisna etmir. İşin faktiki halları, yəni satılan torpaq sahəsində cavabdehin aktiv təsərrüfat fəaliyyəti ilə məşğul olması, 2 satılmış torpaq sahəsinin 2 ha. hissəsində 2.000.000 manatlıq istixana tikilməsi, iddiaçı Sadiq Məmmədovun həmin tikintidə günəmuzd fəhlə kimi iştirak etməsi, iddiaçıların ailə üzvlərinin, o cümlədən alğı - satqı müqaviləsi bağlamış ataları Nəriman Məmmədovun 2006-ci ildən sonra daha öz torpaqlarından istifadə etməməsi 3,69 ha. torpaq sahəsinin tam olaraq cavabdehə satılması barədə hazırkı iddiaçıların da məlumatları olmasını, o cümlədən bu alğı-satqının Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarındakıǝşərhindəǝdəǝtəsbitiniǝtapanǝ“əqdinǝbəyənilməsinin”ǝəyaniǝsübutudur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
49. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyataǝkeçirməyəǝborcludurlar.
50. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülkiǝhüquqlarınǝvəǝvəzifələrinǝəmələǝgəlməsiǝəsaslarındandır.
51. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digərǝhüquqlarǝbuǝMəcəllədəǝvəǝqanunvericilikdəǝnəzərdəǝtutulan hallardaǝqeydəǝalınmalıdır.
52. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisəǝedilənǝəqdlərǝvəǝyaǝəhəmiyyətsizǝəqdlərǝolaǝbilər.
53. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasındanǝasılıǝolmayaraqǝözlüyündəǝetibarsızǝolanǝəqddir.
54. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqiǝnəticələrəǝsəbəbǝolmur.ǝBuǝcürǝəqdǝbağlandığıǝandanǝetibarsızdır.
55. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andanǝgeriyəǝtəsirǝqüvvəsinəǝmalikdir.
56. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgərǝsəlahiyyətliǝşəxsinǝicazəsiǝ(qabaqcadanǝverilmişǝrazılığı)ǝiləǝhəyataǝkeçirilirsə,ǝetibarlıdır.ǝ
57. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunuǝbəyənirsə,ǝetibarlıǝolur.ǝ
58. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, buǝşərtləǝki,ǝbaşqaǝşəxsǝ(təmsilǝedilən)ǝəqdiǝsonradanǝbəyənməsin.ǝ
59. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığıǝandanǝəqdǝüzrəǝmülkiǝhüquqǝvəǝvəzifələrǝyaradır,ǝdəyişdirirǝvəǝonlaraǝxitamǝverir.
60. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamıǝhaqqındaǝikiǝvəǝyaǝbirǝneçəǝşəxsinǝrazılaşmasıǝmüqaviləǝsayılır.
61. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrinǝməzmununuǝmüəyyənləşdirəǝbilərlər.
62. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtinǝməzmunununǝbuǝMəcəllədəǝgöstərildiyiǝhallarǝistisnaǝtəşkilǝedir.
63. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninǝhərfiǝmənasınınǝonunǝdigərǝşərtləriǝvəǝmənasıǝiləǝmüqayisəsiniǝnəzərəǝalır.
64. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 567 və 650-ci maddələri ümumən alğı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alğı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pulǝməbləğiniǝödəməyiǝöhdəsinəǝgötürür. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2023-cü il tarixli qərarı.
65. “...Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin, burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun gəldiyi nəticə birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olduğu, lakin səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verilməsinin səlahiyyətli şəxsin bunu bəyənməsi halında etibarlı olması ilə bağlıdır. Yəni bəyənmə halı, əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansıǝbirininǝrazılığıǝolmadanǝbağlamasıǝhalıǝüçünǝkeçərlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
66. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmişǝqaydadaǝməhkəməǝmüdafiəsindənǝistifadəǝetməkǝhüququnaǝmalikdirlər.
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanǝistifadəǝetməlidir.
68. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarǝsübutlarǝhesabǝolunur.
69. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıǝiləǝmüəyyənǝedilir.
70. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutǝetməlidir.ǝ
71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.
72. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaǝəsaslandırır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasınaǝistinadǝetməyəǝyolǝverilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindənǝmaddiǝvəǝprosessualǝhüquqǝnormalarınınǝdüzgünǝtətbiqǝedilməsiniǝyoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
75. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsiǝşikayətinǝhədlərindənǝvəǝdəlillərindənǝasılıǝolmayaraqǝyoxlanılmalıdır.
76. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğvǝedibǝişiǝyenidənǝbaxılmaqǝüçünǝapellyasiyaǝinstansiyasıǝməhkəməsinəǝgöndərəǝbilər.
77. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadınınǝləğvǝedilməsiǝüçünǝəsasdır. Kassasiya baxışının hədləri:
78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsininǝfaktikiǝhallarıǝaraşdırmasıǝkimiǝqiymətləndirilməməlidir.
79. Hazırkı kassasiya şikayətində qətnamə birinci və ikinci iş üzrə cavabdeh Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdəǝyoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsiǝmüəyyənǝedilmişdir.
81. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 3,69 ha torpaq sahəsi Şəmkir Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarına əsasən Nəriman Məmmədov, Nazira Məmmədova, Nəzakət Məmmədova, Gülzadə Məmmədova və iddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. # ###### 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, həmin 3,69 ha torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh 5.000 manata satılmış, Nazira Məmmədova, Nəzakət Məmmədova, Gülzadə Məmmədova və iddiaçı3 isə notariusda ərizə təqdim edərək 3,69 ha torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsinin satılmasına razılıq vermişlər. Bundan sonra digər # ###### 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, 3,69 ha torpaq sahəsi bütünlüklə Nəriman Məmmədov tərəfindən Cavabdeh 7.000 manata satılmışdır. Cavabdeh 3,69 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı ##.##.2010-cu il tarixdə almışdır. 2006-cı ildən həmin torpaq sahəsi cavabdeh Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Həmin müddət ərzində cavabdeh Cavabdeh 3,69 ha torpaq sahəsindən istifadə edib faydalanması ilə bağlı iddiaçılar tərəfindən hərǝhansıǝetirazǝbildirilməmişdir.
82. İddiaçı Sadiq Məmmədov iddia ərizəsində, ona və ailə üzvlərinə torpaq islahatı zamanı verilmiş 3,69 hektar torpaq sahəsinin onun razılığı olmadan cavabdeh Cavabdeh satılmasını, torpağının satılması üçün heç kimə rəsmi razılıq ərizəsi vermədiyini, həmin vaxt hərbi xidmətdə olduğunu qeyd edərək, dövlət aktı ilə ailə üzvlərinə və ona məxsus torpaq sahəsinə dair cavabdeh Cavabdehlə atası Nəriman Məmmədov arasında bağlanmış # ###### 2006-cıǝilǝtarixliǝalğı-satqıǝmüqaviləsininǝetibarsızǝhesabǝolunmasınıǝxahişǝetmişdir.
83. İddiaçılar iddiaçı2 və Nəzakət İsmayılova isə iddia ərizələrində, # ###### 2006-cı il tarixdə həmkəndliləri Cavabdehlə atası Nəriman Məmmədov arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında, ümumi sahəsi 3,69 ha olan torpaq sahəsinin ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha, yəni 11.400 kv.m., hissəsi, ***B saylı koordinatda yerləşən 5.001,08 kv.m. torpaq sahəsinin Cavabdeh satılmasını, həmin alğı-satqı müqaviləsinə onların da ərizələri ilə razılıqlarını bildirmələrini, lakin qardaşları iddiaçı3 həmin vaxt hərbi xidmətdə olmasına görə torpaq alğı-satqısından xəbərinin olmadığını, ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin 1,14 ha hissəsinin cavabdeh Cavabdehǝ satılan hissəsindən qalan 20.006 kv.m. torpaq sahəsinin onların və qardaşları iddiaçı3 payına düşən hissəsini hələlik tərəflərindən istifadə olunmadığına görə Cavabdeh tərəfindən müvəqqəti olaraq istifadə edilməsinə və əvəzində ildə müəyyən qədər pul vəsaiti və ya taxıl məhsulunun verilməsinə şifahi qaydada razılıq bildirmələrini, son vaxtlar isə ***A saylı koordinatında yerləşən 31.406,0 kv.m., torpaq sahəsinin satılan 11.400 kv.m. torpaq sahəsi çıxılmaqla qalan 20.006 kv.m. hissəsindən paylarına düşən hissəsini satmaq istədikdə ümumi sahəsi 3,69 ha olan torpaq sahəsinin cavabdeh Cavabdeh satılmasını bildiklərini, həmin alğısatqıya razı olmalarına dair ərizə imzalamadıqlarını qeyd edərək, Dövlət Aktı əsasında ailəsinin ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair ##.##.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi, həmin 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ***A saylı koordinatında yerləşən, 31.406,0 kv.m. torpaq sahəsinin cavabdeh Cavabdehǝ satılmamış qalan 20.006 kv.m. hissəsinin və ***C saylı koordinatda yerləşən 50.000 kv.m. torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliklərinə qaytarılmasınıǝxahişǝetmişlər.
84. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsiǝvəhdətinəǝdairǝşərtlər;ǝəqdinǝformasınaǝdairǝşərtlər.
85. Hər hansı əqdin, o cümlədən alğı-satqı və bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsiniǝnəzərəǝalırǝ(MülkiǝMəcəlləninǝ324.5ǝvəǝ404.1-ciǝmaddələri).
86. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə ##.##.2019 və N.Əsədovanın şikayətiǝüzrəǝ##.##.2021-ciǝilǝtarixliǝqərarlar).
87. Hazırkı işdən göründüyü kimi, iddiaçı Sadiq Məmmədov ona və ailə üzvlərinə torpaq islahatı zamanı verilmiş 3,69 hektar torpaq sahəsinin onun razılığı olmadan cavabdeh Cavabdeh satılmasını, yəni əqdin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələbinə riayət edilməməklə bağlanmasını qeyd edərək iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 329.1-ci maddəsinə istinad etsə də, iddiaçılar iddiaçı2 və Nəzakət İsmayılova əqdin etibarsızlığı ilə bağlı hər hansı tələb irəli sürmədən torpaq sahələrinə dair cavabdeh Cavabdeh adına verilmiş çıxarışların ləğv edilməsini, 3,69 ha torpaq sahəsinin cavabdeh Cavabdehǝ satılmamış qalan 20.006 kv.m. hissəsinin və ***C saylı koordinatda yerləşən 50.000 kv.m. torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliklərinə qaytarılmalarını xahiş etməklə, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə və TorpaqǝMəcəlləsininǝ84-cüǝmaddəsinəǝistinadǝetmişlər.
88. Birinci instansiya məhkəməsi hər iki iddia tələbini rədd edərkən qeyd etmişdir ki, bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilik tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Mübahisəli torpaq sahəsi iddia qaldırılanadək ötən 18 il ərzində cavabdeh Cavabdeh fasiləsiz və etirazsız sahibliyində olmuşdur. İddiaçının əqd barədə məlumatsız olduğu barədə dəlilləri işin hallarına görə ağlabatan sayılmır. Belə ki, iddiaçı və cavabdeh eyni kənddə yaşayırlar və təsərrüfatla məşğul olurlar. 18 il ərzində qeyd edilən torpaq sahəsinin cavabdehin istifadəsində olması onu təsdiq edir ki, iddiaçı torpağın cavabdehəǝsatılmasındanǝməlumatlıǝolmuşdur.
89. İddia tələblərini rədd etmək barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qətnamələri ilə razılaşmayaraq, qətnamələri ləğv etməklə iddiaçı Sadiq Məmmədovun iddia tələbinin qismən, iddiaçılar iddiaçı2 və Nəzakət İsmayılovanın iddia tələbinin tam təmin edilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, payçılardan biri, iddiaçıların mərhum atası Nəriman Məmmədovun iradə ifadəsini əks etdirən eyni tarixli və eyni reyestr nömrəli iki müqavilə mövcud olsa da, apellyasiya icraatı zamanı əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş 31.406,0 kv.m. torpaq sahəsinin 1 ha 14 sot və 5.004,05 kv.m. alğı-satqısına dair müqavilənin, ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş 3,69 ha torpaq sahəsinin alğısatqısına dair müqavilənin “İmzalar” qrafasında “1” rəqəminin qarşısındakı imzalar – Nəriman Məmmədov tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, hər iki müqavilənin payçılardan biri, iddiaçıların mərhum atası Nəriman Məmmədov tərəfindən imzalanması təsdiqini tapmamışdır. Yəni hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin bütünlüklə cavabdeh Cavabdeh satılması ilə bağlı hətta payçılardan birinin iradə ifadəsi müəyyən olunmur. İddiaçılar ##.##.2006-cı il tarixli 4Ə-*** reyestr nömrəsi ilə təsdiq edilmiş 31.406,0 kv.m. torpaq sahəsinin 1 ha 14 sot və 5.004,05 kv.m. alğı-satqısına dair müqavilənin ataları tərəfindən imzalandığını bildirdiklərindən və həmin hissədə alğı-satqı müqaviləsini mübahisələndirmədiklərindən, həmin hissədə alğı-satqı müqaviləsinin mövcudluğu qəbul edilməlidir.
90. Apellyasiya məhkəməsi həmçinin cavabdeh Cavabdeh notariat orqanında bağlanmış müqaviləyə dair yol verilmiş nöqsanların onların təqsiri ucbatından baş verməməsi, hər iki müqavilənin notariat orqanı tərəfindən təsdiqləndiyini, bu halın onların xeyrinə tövsif edilməli olmasına dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, hətta həmin mövqe qəbul edilmiş olsa belə, Ədliyyə Nazirliyi Dövlət Notariat arxivində # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işində saxlanılan müqavilədə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha torpaq sahəsinin 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsi Nəriman Məmmədov tərəfindən Cavabdeh satılması qeyd edilmişdir və iki eyni tarixli, eyni reyestr nömrəli müqavilə olduğu halda müqavilənin əsli kimi məhz Ədliyyə Nazirliyi Dövlət Notariat arxivində # ###### 2006-cı il tarixli *Ə-*** nömrəli notariat işində saxlanılan nüsxə həqiqi nüsxə kimi hesab edilməli və həmin müqavilə də, tərəfin iradə ifadəsi kimi qəbul edilməlidir. İddiaçılardan iddiaçı2 və Nəzakət İsmayılova tərəfindən Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha torpaq sahəsinin yalnız 1,14 ha hissəsi və 5.001,08 kv.m. sahəsinin satılmasına razılıq vermişlər. Nə qədər ki, paylı mülkiyyətdə olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 3,69 ha mübahisəli torpaq sahəsinin ümumilikdə satılması ilə bağlı payçılardan hər hansı birinin iradə ifadəsi olmamışdır, oǝzamanǝməhzǝtorpaqǝsahəsininǝ2006-cıǝildənǝbuǝvaxtaǝqədərǝCavabdeh
91. tərəfindən istifadə edilməsinə və iddiaçıların bəyənməsinə istinad edərək iddiaları təmin etməməkdə birinci instansiyanın gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticə üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hər hansı maddi hüquq normasına istinad etməsə də, həmin əqdin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələbinə riayət edilməməklə bağlanması nəticəsinə gəldiyini qəbulǝetməkǝolar.
92. Göstərilənlərlə bağlı kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, iddiaçıların iddiada göstərdikləri dəlilləri mübahisəli torpaq sahəsinin alğı-satqısı barədə müqavilənin etibarlılığının və çıxarışların ləğvinin yoxlanılması üçün əhəmiyyətli hallar olsa da, müqavilənin bağlanmasından keçən 18 ildən artıq müddət ərzində torpaq sahəsinin cavabdeh Cavabdeh sahibliyində və istifadəsində olmasına iddiaçılar tərəfindən hər hansı etirazın olmaması, yəni həmin əqdin bağlanmasının iddiaçılar tərəfindən bəyənilməsi ilə bağlı hallar mövcud olduğu, lakin həmin hallarla bağlı hər hansı obyektiv araşdırma aparılmadığı təqdirdə, apellyasiya məhkəməsininǝiddianınǝqismənǝtəminǝedilməsiǝbarədəǝmövqeyiǝdüzgünǝolmamışdır.
93. Belə ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutunǝqəbulǝedilib-edilməməsininǝsəbəbləriniǝqətnamədəǝaydınǝizahǝetməlidir.
94. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011ciǝilǝtarixliǝQərarı).
95. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi birinci və ikinci iş üzrə cavabdeh Cavabdehlə bağlanmış alğı-satqı müqavilələrinin əhəmiyyətsiz və hər hansı hüquqi nəticəyə səbəb olmaması qənaətinə gələrkən işin müəyyən edilmiş hallarına, həmçinin tərəflərin təqdim etdikləri və iş materiallarında olan sübutlara tam və hərtərəfli hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsi mübahisəli 3,69 ha torpaq sahəsinin Cavabdeh satılması barədə alğı-satqı müqaviləsinin iddiaçıların atası Nəriman Məmmədov tərəfindən imzalanmaması, ümumilikdə satılması ilə bağlı payçılardan hər hansı birinin iradə ifadəsinin olmaması barədə nəticəyə gəlsə də, həmin torpaq sahəsinin alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi 2006-cı ildən sonra bütünlüklə Cavabdeh faktiki istifadəsində və sahibliyində olmasına baxmayaraq iddiaçıların keçən 18 il ərzində buna etiraz etməmələri, iddiaçıların həmin torpaq sahəsinin bütünlüklə Cavabdeh satılmasından məlumatlı olmadıqları halda isə bunun nə kimi sübutlarla təsdiqini tapması, torpağın sonuncunun icarəsinə verilməsini qəbul etdikləri halda iddiaçıların icarə haqqı kimi pul, yaxud məhsul almalarına dair dəlillərinin hansı sübutlarla təsdiqini tapması ilə bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış, qeyd olunan istiqamətdə araşdırmanın aparılması ilə bağlı Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş, işin qeyd olunan bağlı hallarına, habelə iddiaçı2 və Nəzakət İsmayılovanın torpaq sahəsinin bir hissəsinin ataları tərəfindən cavabdeh Cavabdeh satılması, onların da buna razılıqǝvermələriǝbarədəǝizahatlarınaǝdüzgünǝhüquqiǝqiymətǝverilməmişdir.
96. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələblərində qeyd olunanlarla bağlı apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma isə natamam və anlaşılmaz olmuşdur. Belə ki, iddiaçı Sadiq Məmmədov apellyasiya instansiyası məhkəməsinə verdiyi vəsatətində torpaq sahəsinin alğı-satqısı müqaviləsi üzrə notariat işinə əlavə edilmiş, həmin müqavilə şərtlərinə razılığı barədə adından tərtib edilmiş ərizədəki imzanın onun tərəfindən icra edilibedilməməsinin yoxlanılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də, apellyasiya məhkəməsi tərəfindən həmin ekspertizanın təyin edilməsi barədə qəbul edilmiş ##.##.2025-ci il tarixli qərardadda vəsatətdə qeyd olunan imzanın yoxlanılması ilə deyil, alğı-satqı müqavilələrindəki imzaların iddiaçıların atası Nəriman Məmmədov tərəfindənǝicraǝedilib-edilməməsiǝbarədəǝsuallarınǝqoyulmasıǝəsaslandırılmamışdır.
97. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir.ǝBunlarǝmübahisəǝedilənǝəqdlərǝvəǝəhəmiyyətsizǝəqdlərdir.
98. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdəǝhəyataǝkeçirilmişǝbirtərəfliǝəqdǝhəminǝşəxsəǝqarşıǝmübahisəǝedilir.
99. Bununla belə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dairǝsərəncamǝverilməsi,ǝəgərǝsəlahiyyətliǝşəxsǝbunuǝbəyənirsə,ǝetibarlıǝolur.
100. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığıǝandanǝəqdǝüzrəǝmülkiǝhüquqǝvəǝvəzifələrǝyaradır,ǝdəyişdirirǝvəǝonlaraǝxitamǝverir.
101. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsirǝqüvvəsinəǝ(exǝtunc) malikdir.
102. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2023-cüǝilǝtarixliǝQərarı)
103. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci və ikinci iş üzrə cavabdeh Cavabdeh kassasiya şikayətində mübahisələndirilən hallarla bağlı apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgünǝhəlliniǝtapmamışdır.
104. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununǝqərarlarındaǝmüəyyənǝetdiyiǝhüquqiǝmövqelərəǝcavabǝvermir.
105. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasənǝisəǝməhkəməǝqərarıǝqanunaǝvəǝsübutlaraǝəsaslanmalıdır.ǝ
106. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il ## ###### tarixli, X.Xəlilovun şikayəti üzrə 2009cu il ## ######ǝtarixli,ǝN.Manafovunǝşikayətiǝüzrəǝ2009-cuǝilǝ##ǝ####ǝtarixliǝqərarlar).
107. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşıǝişǝüzrə1994-cüǝilǝ19ǝaprelǝtarixliǝqərarlar).
108. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiyaǝbaxışınaǝgöndərilməlidir.
109. İşə yenidən baxılarkən apellyasiya məhkəməsi yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli torpaq sahəsinin alğı-satqı müqaviləsinin rəsmiləşdirildiyi # ###### 2006-cı il tarixdən sonra bütünlüklə Cavabdeh faktiki istifadəsində və sahibliyində olmasına baxmayaraq iddiaçıların keçən 18 il ərzində buna nə səbəbdən etiraz etməmələri, iddiaçıların həmin torpaq sahəsinin bütünlüklə Cavabdeh satılmasından məlumatlı olmadıqları halda bunun nə kimi sübutlarla təsdiqini tapması, torpağın Cavabdeh icarəsinə verilməsini qəbul etdikləri halda iddiaçıların icarə haqqı kimi pul, yaxud məhsul almalarına dair dəlillərinin hansı sübutlarla təsdiqini tapması ilə bağlı işin halları, eyni zamanda iş üçün əhəmiyyətli olan digər hallar araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekunǝməhkəməǝaktıǝqəbulǝetməlidir.
110. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələriniǝrəhbərǝtutaraq,ǝMəhkəməǝkollegiyası Qərara aldı: Birinci və ikinci iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyasıǝməhkəməsinəǝgöndərilsin. Qərarǝqətidirǝvəǝqəbulǝedildiyiǝandanǝqüvvəyəǝminir.