Məhkəmə qərarları › İş №2(1-8)-289/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-289/2026

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-289/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) mülki iş üzrə QƏRARİ Açar sözlər: (sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. RPA1604985531 olan BA seriyalı ****** saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak “xxxx” ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi ##.##.2016-ci il tarixdə qüvvəyə minməklə, ##.##.2017-ci il tarixdə qüvvədən düşmüşdür.

2. RPA1706418213 olan BA seriyalı ****** saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak “xxxx” ASC tərəfindən sığortalanmış, sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi ##.##.2017-ci il tarixdə qüvvəyə minməklə, ##.##.2018-ci il tarixdə qüvvədən düşmüşdür.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)***/**** nömrəli tarixli qətnaməsi qismən, cavabdeh “xxxx” ASC-dən iddiaçı İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı X1 iddiasının qismən təmin edilərək, ”xxxx” ASC-dən iddiaçı İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. “xxxx” ASC tərəfindən iddiaçı İddiaçı ünvanlanmış müraciət ilə əlaqədar cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, 2(102)- ****/**** saylı qərarı ilə qərara alınan ”xxxx” ASC-dən iddiaçı İddiaçı xeyrinə 24.750 manat sığorta ödənişinin tutulması, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbinin rədd edilməsi, qətnamənin 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsi ”xxxx” ASC tərəfindən tam icra olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC (bundan sonra – “cavabdeh”xxxx“ASC”) ilə iddiaçı arasında bağlanmış ## #### 2017-ci il tarixli İ-PI-****/** saylı könüllü sığorta müqaviləsinə əsasən baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116 548 manat məbləğində sığorta ödənişinin, icbari sığorta müqaviləsi üzrə sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmış 60 000 manat məbləğində dəbbə pulunun, iddiaçı tərəfindən ödənilmiş 457 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia ərizəsi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, kassasiya məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarının 92-ci bəndində qeyd edilmişdir: “eyni zamanda iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmur. Bununla belə, 2017-ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evində çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişlənərək evin qəzalı vəziyyətə düşməsi haqqında işdə məlumatlar var”. Sığorta ödənişinin vaxtında edilməməsi nəticəsində sığorta olunmuş əmlakda könüllü sığorta müqaviləsi qüvvədə olduğu dövrdə ikinci sığorta hadisəsi baş vermiş və bunun nəticəsində əmlak qəzalı vəziyyətə düşmüşdür. Adıçəkilən qərarın 101-ci bəndinə əsasən sığortaçı sığorta ödənişini (pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “Icbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Iş materiallarına əsasən cavabdeh sığorta ödənişini 2017-ci ilin iyun ayında etməli idi. Buna baxmayaraq sığorta məbləği cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə iddiaçının bank hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən sığorta ödənişi 2400 gündən artıq müddətə gecikdirilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə aldıqda cavabdeh sığorta ödənişini iddiaçıya vaxtında etmədiyindən, ümumilikdə 60 000 manat məbləğində dəbbə pulu hesablanmışdır.

7. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etmişdir ki, kassasiya məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarında iddiaçının əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləği tələb etməsinin əsassız olduğu öz təsdiqini tapmışdır. Iddia olunan 154.579 manat məbləğdən cəmi 29.750 manat məbləğin ödənilməli olduğu qərara alınmışdır. Bu halda sığorta ödənişinin gecikdirilməsi halı mövcud olmuş olsaydı belə, bu, bilavasitə iddiaçının əsassız tələbləri ilə bağlı ola bilərdi. Bundan əlavə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Iddiaçının istinad etdiyi RPA********** nömrəli (blankın seriyası: BA nömrəsi 648444) sığorta şəhadətnaməsinin qüvvədə olma müddəti “##.##.2016 00:00- ##.##.2017 23:59” aralığıdır. Hadisənin baş vermə tarixi ##.##.2017-ci ildir. Iddiaçı bu hadisə üzrə sığorta ödənişinin, əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləğin, mənəvi ziyanın, əlavə xərclərin ödənilməsi tələbi ilə ##.##.2018-ci il tarixində məhkəməyə müraciət etmişdir. Lakin buna baxmayaraq, əsas tələbə (sığorta ödənişinə) əlavə tələbi (dəbbə pulunu) irəli sürməmişdir. Iddiaçı ##.##.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəbbə pulu tələb edir. Müqavilə tələbi hesab olunan sığorta ödənişi əsas tələbi üzrə 3 illik iddia müddətinin keçdiyini nəzərə alaraq, dəbbə pulu əlavə tələbi üzrə də iddia müddəti keçmişdir. Yəni iddiaçı bu tələb üzrə də iddia müddətini ötürmüşdür.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə tələbin əmlaka dəymiş zərərə görə 116 548 manat məbləğində hissəsinə münasibətdə qeyd etmişdir ki, dəymiş ziyan su təchizat xəttində baş vermiş qəzadan sonra yarandığından iddia tələbi “xxxx” ASC-yə qarşı verilməməlidir.

10. Məhkəmə tələbin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, “Icbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində sığorta ödənişinin məhz sığortaçı tərəfindən gecikdirilməsindən söhbət gedir. Nəzərə alınsa ki, zərərin miqdarı barədə tərəflər arasında mübahisə mövcud olmuşdur, bu belə olduğu təqdirdə sığortaçı tərəfindən sığorta ödənişinin gecikdirilməsi halının olması kimi qiymətləndirilə bilməz.

11. Həmçinin iş materiallarından görünür ki, iddiaçı əvvəlki iş üzrə sığorta ödənişi ilə yanaşı əmlaka dəymiş əlavə zərərə görə və digər xərclərə görə məbləğlərin ödənilməsini məhkəmə qaydasında tələb etmiş, 2018-ci ildən başlayan məhkəmə mübahisəsi kassasiya məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə yekunlaşmışdır. Həmin qərarda iddiaçının əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləği tələb etməsinin əsassız olduğu, iddia olunan 154 579 manat məbləğdən cəmi 29 750 manat məbləğin ödənilməli olması təsdiqini tapmışdır.

12. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də tamamilə əsassızdır. Məhkəmə iddianın qeyd edilən hissəsinin əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəldiyinə görə iddiaçı bu tələb üzrə iddia müddətini ötürməsi ilə bağlı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verilməsini zəruri saymamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 898.1, 898.2, 922.1, 922.2, 926.1, 926.2, 927.1-ci maddələrinə, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə, Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan RespublIkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b)Apellyasiya instansiyası məhkəməsində icraat

14. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş materiallarından da göründüyü kimi cavabdeh qanunvericiliklə üzərinə qoyulmuş öhdəlikləri vaxtında yerinə yetirməmiş, bunun nəticəsində iddiaçıya əlavə zərər dəymişdir. Bu isə, öz növbəsində, hüquqdan sui-istifadə deməkdir. Məhkəmə isə bu əsaslandırması ilə cavabdehin bu hərəkətlərini (sui-istifadə) haqlı hesab etmişdir. Belə çıxır ki, sığorta ödənişi ilə bağlı istənilən mübahisədə sığorta təşkilatı zərər çəkmiş şəxsə sığorta ödənişinin edilməsindən imtina edəcəkxxxxvurulmuş real zərər məbləğindən xeyli aşağı məbləğ təklif edəcək, zərər çəkmiş şəxs, normal olaraq bu məbləğ ilə razı olmayacaq və iş məhkəmə müstəvisində bir neçə il ərzində araşdırılacaqdır. Bu hal isə “Icbari sığortalar haqqında” Qanunun 3-cü maddəsində öz əksini tapan prinsiplərə tamamilə ziddir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə (hakimlər: A.Imanov – sədrlik edən və məruzəçi, M.Məmmədov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşmışdır.

18. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 898.1, 898.2, 922.1, 922.2, 926.1, 926.2, 927.1, 935.1.8, “Icbari sığortalar haqqında” Qanunun 6.2, 13.1, 13.2, 15.1, 16.2, MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

20. Kassasiya kollegiyası qeyd etmişdir ki, məhkəmələr hazırkı iş üzrə 116,548.00 manat pul tələbinin daha əvvəl baxılmış mülki işdə həll edilmiş 116.548 manat pul tələbi ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə olub olmadığını müzakirə etməmiş, məsələyə bu aspektdə hüquqi qiymət verməmişlər.

21. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin dəbbə pulu ilə bağlı gəldiyi mövqe ilə də razılaşmayaraq vurğulamışdır ki, məhkəmələr sığorta ödənişinin gecikdirilməsinə görə qanunda nəzərdə tutulan faizin tərəflər arasında daha əvvəl məhkəmə mübahisəsi olması səbəbindən tutulmalı olmadığı barədə mövqelərini əsaslandırmamış, hər hansı bir qanun normasına istinad etməmişlər. Halbuki Mülki Məcəllənin 934.2-ci, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddələrində açıqca qeyd olunmuşdur ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunlarıxxxxsığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

22. Iddiaçı bildirmişdir ki, cavabdeh təşkilat 2017-ci ilin iyun ayında ödəməli olduğu sığorta ödənişini ##.##.2023-cü ildə onun bank hesabına köçürmüşdür, bu səbəbdən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu tələb etmişlər. Belə olan halda həmin iddia tələbi, habelə cavabdehin tətbiq etdiyi iddia müddəti (eləcə də bu iddianın qaldırıldığı tarixdən əvvəlki üç ilə hesablanan dəbbə puluna iddia müddətinin tətbiq edilib-edilmədiyi) aidiyyəti maddi hüquq normalarının şərtlərinə uyğun şəkildə araşdırılmaqla məsələyə yekun hüquqi qiymət verilməlidir.

23. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 934.1, 934.2, “Icbari sığortalar haqqında” Qanunun 18.1, 18.2-ci, MPM-in 14.1, 77.1, 88, 217.1, 217.3 və 261.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbinin baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərə görə 116 548 manat məbləğində pulun tutulması hissəsində xitam verilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi (hakimlər: F.Babayev – sədrlik edən və məruzəçi, C.Musayeva və F.Abdıyev) ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması hissəsinə ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilərək icbari sığorta müqaviləsi üzrə hesablanmış sığorta ödənişinin gecikdirilməsinə görə 24 428,25 AZN məbləğində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələbin qalan hissədə təmin edilməməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 67,02 manat olan hissəsi, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 33,51 manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin məhkəməyə bildirdiyi və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallar onu deməyə əsas veri ki, sığorta olunan qismində iddiaçının sığorta ödənişinin vaxtında icra edilməməsi səbəbindən qanunvericiliklə nəzərdə tutulan dəbbə pulunun ödənilməsini tələb etmək hüququ mövcuddur.

27. Növbəti olaraq məhkəmənin münasibət bildirməli olduğu məsələ həmin hüququnun həyata keçirilməsi ilə bağlı iddia müddətinin ötürülüb-ötürülməməsini müəyyənləşdirməkdir.

28. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Hazırkı mübahisə üzrə tərəflər arasında iki dəfə - ## #### 2016-cı ildən ## #### 2017-ci ilədək və ## #### 2017-ci ildən ## #### 2018-ci il tarixədək olan dövrü əhatə edən sığorta müqavilələri bağlanmış, 2017-ci ilin əvvəlindən etibarən sığorta hadisəsi mərhələli şəkildə baş vermiş, lakin sığorta ödənişinin həyata keçirilməsi baş tutmamışdır. Bu isə o deməkdir ki, artıq həmin vaxtlardan etibarən iddiaçı hüququnun pozulduğunu aşkar etmiş və bu pozuntu ##.##.2023, yəni sığorta ödənişinin edilməsinədək davam etmişdir.

29. Göründüyü kimi sığorta ödənişinin həyata keçirilməsi öz xarakterinə görə davam edən pozuntu olmuşdur və bu o deməkdir ki, iddiaçı 2017-ci ildən etibarən olmasa da, hazırkı iddia qaldırılanadək olan son 3 il ərzində ödənişin həyata keçirilməsini tələb etmək hüququna malik olmuşdur.

30. Iş materiallarından göründüyü kimi hazırkı ərizə məhkəmənin icraatına ##.##.2024-cü il tarixdə daxil olmuşdur və iddiaçının həmin tarixdən 3 il əvvəldən, yəni ##.##.2021-ci il tarixdən etibarən sığorta ödənişinin vaxtında edilməməsi ilə əlaqədar dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Yuxarıda da qeyd edildiyi kimi sığorta ödənişi ##.##.2023-cü il tarixdə icra edildiyindən kollegiya hesab etmişdir ki, dəbbə pulunun hesablanması ##.##.2021 – ##.##.2023-cü il tarixləri aralığına uyğun hesablanmalıdır.

31. Hesablanma mexanizminə gəldikdə isə qanunvericiliyin tələblərinə əsasən sığortaçı hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1%-i həcmində dəbbə pulu ödəməlidir. Azadolma məbləği nəzərə alınmaqla icra edilmiş sığorta ödənişi 24 750 manat təşkil etmişdir və onun 0,1% hissəsi 24,75 manat təşkil edir. ##.##.2021 – ##.##.2023-cü illər aralığında isə 987 gün mövcuddur. Bu isə o deməkdir ki, cavabdeh tərəfindən ödənilməli olan dəbbə pulunun həcmi 24 428,25 manat (987*24,75) təşkil etməlidir.

32. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 373.2, 376, 883.1, 898.2, 922.1, 926.1, 934.1, 934.2, 935.1.8-ci, “Icbari sığortalar haqqında” Qanunun 18.1, 18.2-ci və MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Iddiaçının kassasiya şikayətinin dəlilləri

33. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin dəbbə puluna aid təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin dəbbə puluna aid hissədə tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Mülki Məcəllənin 16, 380, 560-cı maddələri və Icbarı sığortalar haqqında” Qanunun 18ci maddəsi üzrə - məhkəmə 3 illik iddia müddətini tətbiq etməklə tələbi qismən təmin etmişdir. Lakin burada Mülki Məcəllənin 380-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı mübahisəyə 3 illik iddia müddəti tətbiq edilə bilməz. Sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh ilk olaraq sığorta ödənişinin edilməsindən imtina etmiş, sonradan isə əmlaka dəyən zərərin 6 260 manat olaraq müəyyən etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə sığorta ödənişi olaraq iddiaçıya ödənilməli olan məbləğin 24 750 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh qanunvericiliklə ilə üzərinə qoyulmuş öhdəlikləri vaxtında yerinə yetirməmiş, bunun nəticəsində iddiaçıya əlavə zərər dəymişdir. Bu isə, öz növbəsində, hüquqdan sui-istifadə deməkdir. Belə çıxır ki, sığorta ödənişi ilə bağlı istənilən mübahisədə sığorta təşkilatı zərər çəkmiş şəxsə sığorta ödənişinin edilməsindən imtina edəcəkxxxxvurulmuş real zərər məbləğindən xeyli aşağı məbləğ təklif edəcək, zərər çəkmiş şəxs, normal olaraq bu məbləğ ilə razı olmayacaq və iş məhkəmə müstəvisində bir neçə il ərzində araşdırılacaqdır. Bu hal isə “Icbari sığortalar haqqında” Qanunun 3-cü maddəsində öz əksini tapan prinsiplərə tamamilə ziddir.

b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Mülki Məcəllənin 373.2 və 376-cı maddələri üzrə - cavabdeh bu hissədə şikayətini birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil etdiyini özü vurğulasa da, iddiaçının 2017-ci ilin əvvəlindən etibarən hüququnun pozulduğunu aşkar etdiyini qeyd etsə də, yanlış olaraq sığorta ödənişinin həyata keçirilməməsini davam edən pozuntu kimi qiymətləndirmişdir. Bu yanlış qiymətləndirmə isə məhkəmənin “2017-ci ildən etibarən olmasa da, hazırkı iddia qaldırılanadək olan son 3 il ərzində ödənişin həyata keçirilməsini tələb etmək hüququna malik olmuşdur” kimi yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur.

37. Mülki Məcəllənin 934.1, 934.2, “Icbari sığortalar haqqında” Qanunun 18.1 və 18.2-ci maddələri üzrə - iddia müddətinin tətbiqi barədə ərizə kənara qoyulsa belə, dəbbə pulu tələbinin təmin edilməsi ağlabatanlıq prinsipinə də uyğun deyildir və ədalətli deyildir. Belə ki, apellyasiya məhkəməsi 2017-ci il tarixli hadisəyə görə sığorta ödənişinin niyə məhz ##.##.2023-cü il tarixdə icra edilməsinin səbəbinə əhəmiyyət verməmişdir. Məhz iddiaçı əsassız olaraq sığorta ödənişi ilə yanaşı əmlaka dəymiş əlavə zərərə görə və digər xərclərə görə məbləğlərin ödənilməsini məhkəmə qaydasında tələb etmiş, 2018-ci ildən başlayan məhkəmə mübahisəsi Ali Məhkəmənin ##.##.2023-cü il tarixli qərarı ilə yekunlaşmışdır. Ali Məhkəmənin həmin qərarında iddiaçının əmlaka dəymiş əlavə zərərə görə müvafiq məbləği tələb etməsinin əsassız olduğu öz təsdiqini tapmışdır. Belə ki, iddia olunan 154 579 AZN məbləğdən cəmi 29 750 AZN məbləğin ödənilməli olduğu qərara alınmışdır. Nəticə etibarilə sığorta ödənişinin gecikdirilməsi halı mövcud olmuş olsa idi belə, gecikdirilmə bilavasitə iddiaçının əsassız olaraq şişirdilmiş məbləğ tələbləri ilə bağlı ola bilərdi.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

41. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanundaxxxxmüqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

43. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

44. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunanaxxxxfaydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

45. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunlarıxxxxsığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

“Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

46. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpasıxxxxyenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunanaxxxxfaydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

47. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

55. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli Qərarlar).

56. Belə ki, MPM-in 218.3-cü maddəsinin tələblərinə görə məhkəmə yalnız iddiaçı tərəfindən irəli sürülmüş tələb və onun əsası çərçivəsində qətnamə çıxara bilər və həmin əsasdan kənara çıxmaq səlahiyyətinə malik deyildir. MPM-in 149.2.3 və 53-cü maddələrinin məzmununa əsasən isə iddianın əsasının müəyyən edilməsi və dəyişdirilməsi müstəsna olaraq iddiaçının hüququdur.

57. Hazırkı iş üzrə tərəflər arasında Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə yekunlaşmış əvvəlki mübahisə üzrə tələb sığorta ödənişinin tutulması, əmlaka dəymiş əlavə zərər, mənəvi zərər və əlavə xərclər barədə olmuş, cavabdeh də bu tələblərə uyğun olaraq məhkəmə müdafiəsini təşkil etmişdir. Lakin iddiaçı həmin məhkəmə mübahisəsi dövründə sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması barədə tələb irəli sürməmişdir.

58. Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

59. Göründüyü kimi tərəflər arasındakı əvvəlki məhkəmə mübahisəsində dəbbə pulunun tutulması ilə bağlı tələb irəli sürülmədiyindən adı çəkilən maddə hazırkı iddia tələbinə tətbiq oluna bilməz.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

61. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddia müddəti ilə bağlı (bax: bu qərarın §36) dəlilləri üzrə qeyd edir ki, sığortaçı müqavilə üzrə öhdəliyini 2017-ci ildə icra etməli olduğu halda, həmin öhdəlik yalnız ##.##.2023-cü il tarixdə yerinə yetirilmişdir. Bu səbəbdən, öhdəliyin icra edilməməsi davam edən xarakter daşımış və hüquq pozuntusu öhdəliyin faktiki icrasınadək davam etmişdir. Bu halı nəzərə alan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müqavilə tələbləri üzrə üç illik iddia müddətini tətbiq etməklə 2017ci ildən etibarən olmasa da, hazırkı iddia qaldırılanadək olan son 3 il ərzində iddiaçının ödənişin həyata keçirilməsini tələb etmək hüququna malik olması ilə bağlı nəticəyə gəlmişdir.

62. Məhkəmə kollegiyası cavabdehin bu qərarın 37-ci bəndində qeyd olunmuş dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər hazırkı iş birinci kassasiya baxışında olarkən cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etirazın əsaslarından olmuş, həmin baxış zamanı qəbul edilmiş qərarda bu dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətə münasibət bildirilmiş və təkrar apellyasiya baxışı zamanı, eləcə də cavabdehin hazırkı şikayətində bu dəlillər üzrə hər hansı fərqli əsaslandırma aparılmamış və qanun normasına istinad edilməmişdir.

63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri də əsassızdır.

64. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

65. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar