Məhkəmə qərarları › İş №2(1-8)-307/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-307/2026

14.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-307/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanda yerləşən * saylı ev tam mülkiyyət hüququ üzrə X2, daha sonra isə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Səbail rayon Icra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış ##.##.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı evinin sanitar qovşağına bitişik sahədə qonşu tərəfindən aparılan əlavə tikinti işləri barədə Bakı şəhər Icra Hakimiyyətindən Səbail rayon Icra Hakimiyyətinə ünvanlanmış A-217-151, ##.##.2021-ci il tarixli müraciətə baxılmışdır. Qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, müraciətdə qeyd olunan ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt tərəflərindən aşkar edilmişdir. Tərəflərdən görülmüş təcili tədbirlər nəticəsində qonşu cavabdeh1 məxsus evin dam örtüyü və əlavə tikinti işləri qismən sökülərək tikili əvvəlki vəziyyətə qaytarılmış və sanitar qovşağına məxsus iki ədəd pəncərənin qarşısı açılmışdır.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən Bakı şəhəri Səbail rayon Icra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinə, məlumat üçün X1 ünvanlanmış ##.##.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında X6 qonşusu cavabdeh1 tərəfindən ara məsafəsi gözlənilmədən aparılan tikinti işləri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış ##.##.2021-ci il tarixli müraciətinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsində baxılmışdır. Əməkdaşları tərəfindən yerində baxış zamanı Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında cavabdeh1 tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X4 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 kv.m-ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir.

4. Səbail rayon MKTB-nin ** saylı MKIS tərəfindən Səbail rayon MKTB-nin rəisinə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubun surətindən görünür ki, 2-ci Bibi-Heybət döngəsi ev 6-da yaşayan X2 şikayət etdiyi qonşusu cavabdeh1 yaşadığı 2-ci Bibi-Heybət döngəsi *v saylı ev özütikillidir. cavabdeh1 ailəsi ilə birlikdə həmin özütikili evdə 2006-cı ildən qeydiyyatdadırlar.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Səbail rayon MKTB-nin cavabdeh cavabdeh1 (3-cü şəxs qismində X1) qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 3 ünvanında X1 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3.45 m) tikilinin sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli 2(103)- ****/**** saylı qərardadı ilə apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)- ***/**** saylı iş üzrə ##.##.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, Səbail rayon MKTB-nin cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi üzrə icraata xitam verilməsi, Səbail rayon MKTB-nə onun əldə etmə istədiyi hüquqi nəticələrlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edə, müvafiq iddia tələbinin həmin qurum tərəfindən inzibati məhkəmədə irəli sürülməsini tələb edə bilməsinin izah edilməsi, X2 onun bilavasitə özünün cavabdeh1 qarşı müvafiq iddia tələbini mülki mühakimə icraatı qaydasında irəli sürmək hüququna sahib olmasının izah olunması, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorun özünə aid edilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, qonşusu cavabdeh1 tərəfindən evinin sanitar qovşağına bitişik 2 mərtəbəli ev inşa etməsindən narazılığı barədə ##.##.2024-cü il tarixli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə əsasən yeri səviyyədə dövlət şəhərsalma nəzarəti müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində mütəmadi olaraq keçirilməklə ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması, habelə özbaşına tikililərin qarşısının alınması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir. Sözügedən evin tikintisi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti tərəfindən Agentliyə müraciət daxil olmamışdır və Agentlikdə qonşusu cavabdeh1 tərəfindən aparılmış tikinti-quraşdırma işləri barədə məlumat mövcud deyil.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında inşa edilmiş özbaşına tikilinin cavabdeh cavabdeh1 tərəfindən və onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında olan fərdi yaşayış evində atası X1 ilə birlikdə yaşayır. Həmin ev əvvəl atası X1 mülkiyyətində olmuşdur. Onlarla qonşuluqda Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi *v saylı evdə yaşayan cavabdeh1 tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq onların evin sanitar qovşağına bitişik yeni özbaşına tikili inşa edilmişdir. Həmin tikili ilə əlaqədar cavabdehin qonşusu olan atası X1 tərəfindən müxtəlif orqanlara şikayət xarakterli müraciətlər edilmiş, bu tikili ilə bağlı qanuna müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin MIHO/2.1.*-*-****-*** nömrəli, ##.##.2022-ci il tarixli məktubu Bakı şəhəri Səbail rayon Icra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinə məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, hadisə yerinə baxış zamanı ünvan 3 ünvanında cavabdeh1 tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X4 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60 kv.m yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Həmçinin qeyd edilən özbaşına tikili ilə bağlı Səbail rayon Icra Hakimiyyətinin **-A**/*-***/* nömrəli, ##.##.2021-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ** saylı Mənzil Kommunal Istismar Sahəsinin ** saylı, ##.##.2021-ci il tarixli arayışı əsasında məlumat verilmişdir ki, müraciətlərdə qeyd olunan ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt aşkar edilmişdir. Cavabdeh cavabdeh1 qanunsuz olaraq öz mövcud yaşadığı evinə bitişik əlavə olaraq qanunsuz tikili inşa etmiş, həmin əraziyə xidmət göstərən ** saylı MKIS tərəfindən cavabdeh cavabdeh1 xəbərdarlıq edilmişdir ki, rəsmi icazə sənədləri olmadan inşa etdiyi tikilini söksün və yaşadığı evi əvvəlki vəziyyətinə qaytarsın, lakin cavabdeh bu xəbərdarlığa heç bir məhəl qoymamış və qeyd olunan tikilini könüllü surətdə sökməkdən imtina etmiş, bu barədə ** saylı MKIS tərəfindən müvafiq akt da tərtib edilmişdir. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Özbaşına tikintinin olması faktı qeyd olunan məktubla təsdiq olunur. Iddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Səbail rayon Icra Hakimiyyətinin 10-A-72/2- ***/* nömrəli, ##.##.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında cavabdeh1 tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X4 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60 kv.m yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur və fakt təsdiqini tapmışdır, eyni zamanda cavabdeh cavabdeh1 qanunsuz olaraq rəsmi icazə almadan özbaşına tikinti işlərini aparmışdır. Iddia ərizəsinə əlavə etdiyi ** saylı Mənzil Kommunal Istismar Sahəsinin aktından görünür ki, ünvan 3 ünvanında cavabdeh1 tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X4 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60 kv.m yaxın sahədə 2 mərtəbəli əlavə özbaşına tikinti işləri aparmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2023-cü il tarixli **/*** saylı rəyində göstərilmişdir ki, “ünvan 2 ünvanında X1 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45 m) olan tikililərin inşası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1-ci və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından norma və qaydalarına uyğun olmadığı müəyyən olunur”. Iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat Idarəsi tərəfindən X1 verilmiş Seriya FM ****** saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu 2-ci Bibi-heybət döngəsi * saylı fərdi yaşayış evi X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ## ###### 2002-ci il tarixdə *** saylı reyestr kitabında 17148 səhifədə 30 nömrə ilə qeydiyyat aparılmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi 1116065106 olan ## ####### 2016-cı il qeydiyyat tarixli Seriya RX № ******* olan çıxarışdan göründüyü kimi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi əvvəl atası X1 məxsus olmuşdur. Iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi 1 119011630 olan ## ###### 2019-cu il qeydiyyat tarixli Seriya RX № ******* olan çıxarışdan göründüyü kimi, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi hal-hazırda ona məxsusdur.

10. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 1994-cü ildə hamı kimi torpaq sahəsini hasara almış, kanalizasiya xəttini çəkmiş, ağaclar əkmişdir. Çox sonra tikinti işlərinə başlamışdır. Hazırda torpağa və tikiliyə dair heç bir sənədi yoxdur, lakin tikintini başa çatdırdıqdan sonra sənədləşdirmə işi ilə məşğul olmağı planlaşdırırdı. Tikdiyi tikili iddiaçının hüququnu pozmur, hava çəkmək üçün qurğu da qoyulmuşdur. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə mühəndis-texniki ekspertizasının ##.##.2025-ci il tarixli **/**** saylı rəyinə əsasən: 1-ci sual üzrə: iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət 2 döngəsi, * saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik cavabdeh cavabdeh1 tərəfindən tikili inşa edilmişdir. Həmin tikilinin iddiaçının hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırmamasının müəyyən edilməsi məhkəmə tikintitexniki ekspertin səlahiyyətlərinə aid deyildir. 2-ci sual üzrə: cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin İddiaçı mülkiyyətində olan evin həyətində tikilmiş hamam və sanitar qovşağının təbii işıqlanma və təbii hava axımının qarşısını alıb-almamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyildir. 3-cü sual üzrə: cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən * saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edilmiş özbaşına tikilinin cavabdeh1 vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 ay ərzində sökülməsi qət edilmişdir. (hakim Ş.Abdullayev)

13. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi, * saylı evin yerləşdiyi 0,05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik cavabdeh cavabdeh1 tərəfindən tikili inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hündürlüyü 5,40 m. təşkil edir. Tikili iddiaçıya məxsus fərdi yaşayış evinin divarından 0,20 m aralıda yerləşir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan məsafə 1.56 m (5.20 x 0.3) təşkil etməlidir. Belə olan halda cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2.1-ci bəndinin tələblərinə riayət edilmədiyi və bununla da tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir.

14. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Səbail rayon MKTB tərəfindən qaldırılan iddia üzrə keçirilmiş ekspertiza rəyinə əsasən ünvan 1 ünvanda X2 məxsus (hazırda İddiaçı mülkiyyətində olan) fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş tikililərin inşası Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmamışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 180.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64cü, 69-cu, “Şəhərsalmanın Əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 25ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.3-cü, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol verməklə ilk əvvəl cavabdeh tərəfin təminat verilmiş məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, cavabdehin təqdim etdiyi sübutları görməzdən gəlmiş və nəticədə mübahisə üzrə səhv nəticəyə gəlməklə hazırda mübahisəyə səbəb olmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi özbaşına tikilinin bütövlükdə sökülməsi hissəsində dəyişdirilərək, cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət-2 döngəsi ünvanında yerləşən * saylı evin yerləşdiyi 0.05 ha torpaq sahəsində tikilmiş hamam və sanitar qovşağına bitişik inşa edilmiş özbaşına tikilinin iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan 1.56 metr hissəsinin cavabdeh1 vəsaiti hesabına qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 ay ərzində sökülməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət edilmişdir (hakimlər - S.Bəhrəmzadə (məruzəçi), V.Sadıqov və X.Mərdanova).

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya icraatı zamanı keçirilmiş yerində baxışda cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İddiaçı məxsus evin yanında yeni ev inşa edildiyi, evin damının örtülməmiş, ikinci mərtəbəsinin divarları iddiaçının sanitar qovşağının kiçik pəncərələrinin qarşını kəsdiyindən, divarlarda dəliklər açılaraq iddiaçının sanitar qovşağının kiçik pəncərələrinin qarşısının açıldığı, cavabdehin şəxsən özünün götürdüyü ölçü nəticəsində iki tikili arasındakı məsafənin 16-18 santimetr olması müəyyən edilmişdir. Iddiaçının sanuzeli yerləşdiyi yer də yerində müayinə edilmiş, sanuzelin havalanmasında məhdudiyyətlərin yarandığı müəyyən edilmişdir.

20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, ekspert rəyi ilə qanunla müəyyən edillən qaydada cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının fərdi yaşayış evinin arxa divarı arasında olan məsafənin 1.56 metr (5.20x0.3) təşkil etməli olması göstərildiyindən, məhz həmin ölçüdə olan hissə cavabdehin hesabına sökülməlidir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 180-cı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64, 69-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıya məxsus ayaqyolunun onu həyətyanı sahəsi kimi qeydiyyatda olması araşdırılmamışdır. Iddiaçı özünə məxsus ayaqyolunu öz ərazisi daxilində deyil, cavabdehə məxsus əraziyə bitişik formada inşa etmişdir. Iddiaçı inşa edilmiş tikilinin onun mənafeyinə hansı dərəcədə zərər yetirdiyi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Azərbaycan Respublikasınin Şəhərsalma və Tikinti Məcəlləsi

27. Maddə 64.1. Tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: Maddə 64.1.1. tikinti obyektinin təyinatına görə istismar şəraiti; Maddə 64.1.2. ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri; Maddə 64.1.3. tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü.

28. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: Maddə 69.1.1. Tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); Maddə 69.1.2. Tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə.

29. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:

30. Maddə 69.5.1. Divar hündürlüyünün 0,6 hissəsi;

31. Maddə 69.5.2. Yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi;

32. Maddə 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil etmiş, həmin dəlillər əsasında işə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə, bu dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qiymətləndirməsini əsaslı hesab edərək, onunla razılaşır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki hallarının düzgün müəyyən edilməməsi, sübutlara düzgün qiymət verilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar