Məhkəmə qərarları › İş №2(1-8)-351/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-351/2026

15.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-351/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs* müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:qanun üzrə vərəsəlik; mirasın qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. *978-ci ildə X* ilə X3 nikaha daxil olmuşlar;

3. Onların birgə nikahdan üç uşaqları – İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs* doğulmuşdur;

4. X* ##.##.20*2-ci ildə vəfat etmişdir;

5. X2 ##.##.2020-ci il tarixdə vəfat etmişdir;

6. Həmin il, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs* və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 analarının vərəsəsi kimi notariat orqanına müraciət edərək ondan qalan mirası qəbul etmişlər;

7. İddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı məhkəməyə müraciət edərək, anasından miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək müddətin bərpa edilməsi və mirasın qəbulu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, anasının yas mərasimi ilə əlaqədar olaraq başı qarışdığı üçün vaxtında notariat orqanına müraciət etməmişdir. Sonradan, vərəsəlik işinin açılmasına dair ərizə versə də, notariat ofisi müddətin ötürülməsi əsası ilə imtina vermiş, müddətin bərpa edilməsi və vərəsəliyin qəbulu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Halbuki, notarius qanunsuz olaraq ona məlumat verməyərək vərəsələrin dairəsini tam müəyyən etmədən onu miras əmlakdan mərhum etmişdir.

10. Iddiaçı izahatında bildirmişdir ki, anası vəfat edən günə kimi ona baxmış, dəfndə iştirak etmişdir.Lakin anasından miras qalan mənzildə yaşamamışdır, çünki özünün ayrıca evi var. Həmin evdə bacısı Xoşqədəm yaşamış, o da 202*-ci ildə köçüb gedmişdir. Vərəsəliyin qəbulu ilə bağlı müddətin mövcudluğundan xəbəri olmadığı üçün vaxtında notariusa müraciət etməmişdir. Odur ki, müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş edir.

11. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs2 izahatında bildirmişdir ki, iddiaçını vərəsə kimi qəbul etmir. Çünki ona doğulduqdan bəri nənəsi baxmış, sözügedən evə isə qonaq kimi gəlib gedmişdir. Evdə qeydiyyatda olsa da, sonradan çıxmışdır. Iddiaçı 5 ildir ki, onlarla danışmır.

12. Digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs* izahatında bildirmişdir ki, digər bacısı ilə birgə notariat ofisinə müraciət etsələr də, iddiaçı nə ərizə vermiş, nə də həmin mənzildə yaşamaq arzusunun olduğunu bildirməmişdir. Anası öldükdən 4 il sonra mənzilin onun olduğunu iddia edir. Halbuki anasının xəstə olduğu dövrdə ona baxmamışdır. 2020-ci ildən bəri evin bütün kommunal xərclərini özü ödəyir.

13. Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: Leyla Talıbova).

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı miras əmlaka dair qanun üzrə şəhadətnamə almaq niyyətindədir və bunun üçün müddətin ötürülməsinin üzrlü hesab olunmasını xahiş etmişdir. Lakin iddiaçının konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar əks etdirmir. Belə ki, iddiaçıya anasının ölümü halı bəlli olsa da, o dörd il ərzində miras əmlaka dair faktiki sahiblik hüququnu həyata keçirməmiş və bunu digər vərəsələrdən tələb etməmişdir. Miras əmlak digər vərəsə tərəfindən kirayə verilmiş və miras əmlakın kirayə verilməsi halı iddiaçıya məlum olmuşdur. Iddiaçı miras əmlaka münasibətdə faktiki sahiblik hüququnu həyata keçirməməklə yanaşı, miras əmlakın qəbul edilməsinin formal üsulundan da istifadə etməmiş və bunu qanunu bilməməsi ilə əlaqələndirmişdir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Konstitusiyanın tələbinə əsasən qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir və vətəndaşların vəzifələrinin əsası kimi müəyyən olunmuşdur. Mirasın açıldığı dövrə münasibətdə qüvvədə olmuş Mülki Məcəllənin tələbinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə tərəfindən o halda uzadıla bilər ki, gecikdirmənin səbəbi üzrlü hesab olunsun. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunmasını xahiş etsə də, müddətin hansı üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

16. Məhkəmə mövqeyini Mülki Məcəllənin **33, **34, **45, **46, **5*, **59, **60, *243, *246, *273, *32*, *322-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

17.Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18.Şikayətin dəlilləri belə olmuşdur: *) iddiaçının oğlu 44 günlük Vətən Müharibəsində iştirak etmiş, yaralanmış, müalicəsi bu günə qədər də davam edir. Iddiaçı isə oğlunun müalicəsinə başı qarışdığından vaxtında müraciət edə bilməmişdir 2) Bacıları ilə küsülü olduğundan onlar iddiaçının vərəsəliyə çağırılmasına maraqlı olmamış, qəsdən müddətin ötürülməsinə imkan yaratmışlar. 19.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fərrux Qasımov - sədrlik edən və məruzəçi, Leyla Əliyeva və Günay Axundova). 20.Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin iddiaçının oğlunun müharibədə iştirak etməsi barədə dəlilinə münasibətdə bildirmişdir ki, bununla bağlı şikayətə 2023-cü və 2024-cü illərdə oğlunun müayinəsi ilə bağlı 2 sənəd əlavə olunmuşdur. Həmin sənədlər isə iddiaçının mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirə bilməməsini təsdiq edən sübut hesab edilə bilməz.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21.Iddiaçı (vəkil: nümayəndə*) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22.Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eyni olmuş, əlavə olaraq bildirilmişdir ki, iddiaçının anası vəfat edərkən Covid-*9 pandemiyası ilə bağlı karantin olmuş, bu səbəbdən vaxtında notariusa müraciət edilə bilməmişdir. 23.Şikayətin digər dəlilinə görə, iddiaçı digər bacıları ilə birgə dəfn və yas mərasiminin təşkil olunması xərclərində iştirak etsə də, apellyasiya məhkəməsi mirasın qəbul faktı kimi bu hala düzgün hüquqi qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24.Üçüncü şəxslər kassasiya şikayətinə qarşı eyni məzmunlu etirazlar ünvanlayaraq əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Hər iki etirazda qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi ilə bağlı dəfələrlə iddiaçı ilə əlaqə saxlamağa çalışsalar da, 6 aylıq müddətdə iddiaçı onlarla əlaqə qurmamışdır. Oğlunun müharibədə iştirak etməsi ilə bağlı qeyd edilənlər isə, müddətin bərpa edilməsi üçün suiistifadə

25. amilidir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)

26.Maddə **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 27.Maddə **33.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 28.Maddə **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 29.Maddə **59.*.*. Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 30.Maddə *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 31.Maddə *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 32.Maddə *243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 33.Maddə *246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 34.Maddə *248.*. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35.Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 39.Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

40.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 41.Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı anasından qalan miras əmlakı nə faktiki qəbul edib sahiblik etmiş, nə də bununla bağlı notariat orqanına müraciət etmişdir. Hazırda o, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunmasını xahiş etsə də, məhkəmələr hesab etmişlər ki, müddətin üzrlü səbəbdən buraxılması sübuta yetirilməmişdir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Kassasiya şikayətinin pandemiya və yas xərclərinin ödənilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu dəlillərlə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində çıxış etmişdir.

46. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar