Məhkəmə qərarları › İş №2(1-8)-393/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-393/2026

15.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-393/2026 15.04.2026 ALI MƏHKƏMƏ cavabdeh2spublikası adından cavabdeh2spublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və xüsusi notarius X3 qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi) cavabdeh2spublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 qarşı “qanun üzrə vərəsəlik hüququna haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı və cavabdeh qardaşdırlar. Miras qoyan ataları Alışov Tariel Rza oğlu ##.##.2014-cü il tarixdə vəfat etmişdir. X5 isə ##.##.2015-ci ildə vəfat etmişdir.

2. Miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildir.

3. Işin mübahisəsiz halıdır ki, iddiaçı qeyd edilən mənzildə valideynləri ilə birlikdə yaşamış, onlar vəfat etdikdən sonra da mənzildə yaşamağa davam etmiş, cavabdeh isə 2012ci ildən sonra mənzildə yaşamamış, miras qoyan öldükdən sonra qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişdir.

4. Buna baxmayaraq cavabdeh cavabdeh3 ## ######## 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı məhkəmədən mərhum Alışov Tariel Rza oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Gen. Şıxlinski küçəsi, ev 5 ünvanında yerləşən * saylı mənzil üzrə cavabdeh cavabdeh3 1/2 payına dair ## ######## 2023-cü il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, həmçinin həmin mənzil üzərində özünün tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsini xahiş etmişdir.

6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı valideynləri vəfat edənədək mübahisəli mənzildə onlarla birgə yaşamış, onların bütün qayğılarını üzərinə götürmüş və əmlaka faktiki sahiblik etmişdir. Bildirmişdir ki, hələ valideynləri sağ ikən tərəflər аrаsında razılaşma əsasında mənzil ona verilmiş, əvəzində isə cavabdeh cavabdeh3 20.000 manat pul vəsaiti və həyətdə yerləşən köşk təqdim edilmişdir. Buna baxmayaraq, cavabdeh 2012-ci ildən etibarən mənzildə yaşamamış, mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmiş, yalnız 9 il sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Iddiaçı hesab edir ki, bu şəhadətnamə qanunsuz verildiyindən etibarsız sayılmalı, mübahisəli əmlak üzərində vərəsəlik hüququ onun adına müəyyən edilməlidir.

7. Cavabdeh cavabdeh3 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, 2012–2013-cü illərdə mübahisəli mənzildən çıxmış, lakin atasının sağlığında onun qayğılarını çəkmiş və kommunal xərcləri ödəmişdir. O, iddiaçı tərəfindən bağ və köşkün əlindən alındığını, mənzildən çıxandan sonra orada yaşamadığını və yalnız köşkə gedib-gəldiyini qeyd etmişdir. Həmçinin, gecikməni ailə vəziyyəti və uşağının xəstəliyi ilə əlaqələndirmiş, valideynlərinin ölümündən sonra əmlakla bağlı mübahisələrin yarandığını göstərmişdir.

8. Xətai Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddianın rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiyası Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh3 miras əmlakdan imtina etməmiş, əksinə, miras əmlakın tərkib hissəsi olan köşkdən istifadə etməklə mirası faktiki qəbul etmişdir. Bu səbəbdən o, qanun üzrə vərəsə kimi miras əmlakda pay hüququna malikdir və ona verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, notarius tərəfindən vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə uyğun qaydada, təqdim olunmuş sənədlər əsasında verilmişdir və bu prosesdə hər hansı hüquq pozuntusu müəyyən edilməmişdir. Iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı dəlilləri isə cavabdehin vərəsəlik hüququnu istisna etmir.

11. Bununla yanaşı, məhkəmə vurğulamışdır ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əsas tələb təmin edilmədiyindən, ondan törəyən digər tələb – mənzil üzərində tam pay hüququnun müəyyən edilməsi tələbi də təmin olunmamışdır.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi cavabdeh2spublikası Konstitusiyasının 29-cu maddəsi VII hissəsi və 125-ci maddəsinin VII hissəsi, cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246, 1256, 1262–1263, 1271, 1273-1 və 1301-ci maddələri, həmçinin cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsi və cavabdeh2spublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı qərarı ilə tənzimlənmiş notariat hərəkətləri qaydalarına, eləcə də cavabdeh2spublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il, ## ####### 2022-ci il tarixli Plenum qərarlarına istinad etmişdir.

b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sübutlar və verilmiş izahatlar göstərir ki, miras faktiki olaraq cavabdeh3 tərəfindən qəbul edilmiş və idarə olunmuş, cavabdeh 2012-ci ildən mənzildən çıxmış, mərhum atası 2014-cü ildə vəfat etmiş, lakin notarius 2023-cü ildə şəhadətnamə vermişdir. Birinci instansiya məhkəməsi isə faktiki hallar, qonşuların aktları, MKIS arayışları və cavabdehin etirafları kimi mötəbər sübutları araşdırmamış, yalnız formal mülahizələr əsasında qərar qəbul etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Musayeva Cəmilə (sədrliyi və məruzəsi ilə), hakimlər Babayev Fuad və Abdıyev Fuad) *(***)-****/**** nömrəli iş üzrə # ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ##### 2025-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iddia təmin edilmiş, Alışov Tariel Rza oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən * saylı mənzil üzərində cavabdeh3 1/2 payına dair * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş ## ######## 2023-cü il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilmiş, Alışov Tariel Rza oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən * saylı mənzil üzərində İddiaçı tam pay üzrə vərəsəlik hüququ müəyyən edilmişdir.

16. Məhkəmə cavabdeh3 miras əmlak olan ünvan 3 ünvanından valideynləri vəfat etməmişdən əvvəl, yəni 2012-ci ildə köçdüyünü, bu halın işin mübahisələndirilməyən hallarına aid olduğunu, valideynləri vəfat etdikdən sonra isə miras əmlakı faktiki surətdə qəbul etmədiyini, habelə qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq qaydada notariat kontoruna müraciət etmədiyini əsas gətirərək məhkəmədən sözügedən mənzil üzərində cavabdeh3 ½ payına dair * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş ## ######## 2023-cü il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və mərhum Alışov Tariel Rza oğlundan miras qalmış həmin mənzil üzərində onun tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddianın əsaslı olmadığı qənaətinə gələn birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin miras əmlakın bir hissəsi olan köşkdən istifadə etməsi, köşkün bağın içində yerləşməsi, miras əmlak olan evdən istifadə edə bilməməsinin qardaşlar arasında mövcud olan mütəmadi mübahisədən qaynaqlanması hər iki tərəfin verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Bu səbəbdən cavabdehin miras əmlakı faktiki qəbul etdiyi, eyni zamanda miras əmlakdan imtina etmədiyi məhkəmə tərəfindən nəzərə alınmalı olan hallar kimi qiymətləndirilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, notariat işində olan ** saylı Mənzil Kommunal Istismar Sahəsi tərəfindən Notariat ofisinə təqdim edilməsi üçün tərtib edilmiş ##.##.2023- cü il tarixli *** nömrəli arayışdan və * saylı Bakı "ASAN Xidmət" mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2023-cü il tarixli ******* nömrəli arayışdan da müəyyən olunur ki, mərhum Alışov Tariel Rza oğlu ##.##.2014-cü il tarixdə vəfat etdiyi günədək ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Həmin ailə tərkibinə oğlu - cavabdeh3, gəlini X6, nəvəsi X1, gəlini X4, nəvəsi X2 və oğlu İddiaçı daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı mülki işin halları iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi dəlillər üzrə yoxlanılmaqla araşdırılmalıdır. Belə ki, bu məsələnin düzgün hüquqi həlli üçün isə ilk növbədə cavabdehin mirası qanunla müəyyən edilmiş qaydada qəbul edibetmədiyinin

17. müəyyənləşdirilməsi zəruridir. Araşdırmaya keçməmişdən əvvəl məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, cavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun “cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin cavabdeh2spublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarı hazırkı mübahisəyə şamil edilmir.

18. Beləliklə mirasın açıldığı tarixdə qüvvədə olmuş Mülki Məcəllənin hazırkı işə tətbiq edilməli olan 1246-cı və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

19. Cavabdeh mirasın açıldığını bildiyi halda, qanunla müəyyən olunmuş müddət ərzində nə formal, nə də qeyri-formal üsullarla mirasın qəbuluna dair hər hansı hərəkət etməmiş, mirasın açıldığı yer üzrə notariat kontoruna ancaq ##.##.2023-cü il tarixdə müraciət etmişdir. Qanunvericiliklə müəyyən edilmiş altı aylıq müddət ərzində cavabdehin mübahisəli mənzildə yaşamağa başladığını, miras əmlakı faktiki sahibliyinə qəbul etdiyini və ya mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə müraciət etdiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə cavabdehin mirası həm faktiki, həm də rəsmi qaydada qəbul etmədiyinə dəlalət edir. Əksinə cavabdeh valideynlərinin vəfat etdiyi tarixlərədək 2012-ci ildə mübahisəli mənzili tərk etdiyi barədə izahat vermişdir. Cavabdehin bu izahatı iş üzrə toplanmış digər sübutlarla ziddiyyət təşkil etmir və onun miras əmlaka faktiki sahiblik etmədiyini təsdiq edən hal kimi qiymətləndirilir.

20. Bundan başqa qeyd edilmişdir ki, işə baxılan zaman cavabdeh tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin gecikdirilməsinin üzrlü səbəblərdən baş verdiyi müəyyən edilməmişdir. Cavabdeh miras əmlaka sahiblik etməsinə digər vərəsə tərəfindən maneəçilik törədildiyini iddia etsə də, bu halı təsdiq edən, mübahisəli mənzil məcburi qaydada tərk etdiyini, yaxud şəxsi münasibətlər zəminində yaranmış maneələr səbəbindən mirası qəbul etmək imkanından məhrum olduğunu göstərən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 61.Iddianın əsassız olması qənaətinə gələn birinci instansiya məhkəməsinin, cavabdehin 2012-ci ildən istifadəsində olan köşkü miras əmlakın bir hissəsi kimi qəbul etməsi anlaşılan deyildir. Cavabdehin həmin köşkdən istifadə etməsinin, köşkün də bağın daxilində yerləşməsi onun miras əmlakı faktiki qəbul etdiyini göstərən hallar kimi qiymətləndirilə bilməz. Belə ki, Bakı şəhəri Xətai Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən sözügedən köşkün yaşadığı evin ətrafında qoyulmasına Alışov Tariel Rza oğluna icazə verilmiş, bu köşk rəsmi olaraq onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmamışdır. Həmin köşk mərhum tərəfindən vəfatından iki il əvvəl cavabdehin istifadəsinə verilmiş, miras açıldığı zaman bu əmlak mərhumun miras kütləsinə daxil olmamışdır. Köşk 2012-ci ildən etibarən cavabdehin istifadəsindədir. Iddiaçının həmin köşkə miras əmlak kimi iddiası yoxdur, o, atasının həmin köşkə dair hüquqlardan faktiki olaraq 2012-ci ildə cavabdehin xeyrinə imtina etdiyi halı təsdiq edir. Bu səbəbdən, məhkəmənin cavabdehin 2012-ci ildən istifadəsində olan köşkü miras əmlakın bir hissəsi kimi qəbul etməsi, həmin köşkdən istifadəni və köşkün bağın daxilində yerləşməsini mirasın faktiki qəbulu kimi dəyərləndirilməsi mülki qanunvericiliyin tələblərinə ziddir.

21. Beləliklə baxılan iş üzrə müəyyən edilir ki, cavabdeh atasından qalan mirası qanunla müəyyən edilmiş müddətdə və qanunvericilikdə nəzərdə tutulmuş üsullarla qəbul etməmişdir. Bu hal onun mübahisəli miras əmlakdan pay almaq hüququnun itirilməsinə səbəb olur və hazırkı iddianın ünvan 2 ünvanında yerləşən * saylı mənzil üzərində cavabdeh3 ½ payına dair * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş ## ######## 2023-cü il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi hissəsində təmin olunması üçün müstəqil hüquqi əsasdır. Çünki vərəsəlik haqqında şəhadətnamə ilə təsdiq olunan hüquqlar, şəxsin mirası qəbul etməsi ilə yaranan hüquqlardır və bu hüquqlar yalnız mübahisəli münasibətlərin yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin normalarına uyğun olaraq formalaşa bilər.

22. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “cavabdeh2spublikası Konstitusiyasının 60-cı maddəsi baxımından cavabdeh2spublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli, “cavabdeh2spublikası Mülki Məcəlləsinin 1291 və 1321.1- ci maddələrinin cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il ## #### tarixli Qərarları). Əksinə işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı eyni növbəli digər vərəsələrdən fərqli olaraq mirasın açıldığı vaxtdan etibarən mirası əmlakı qəbul etmiş, əmlaka faktiki sahiblik və idarəetməni həyata keçirmişdir. Bu səbəbdən mərhum Alışov Tariel Rza oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən * saylı mənzil üzərində iddiaçı İddiaçı tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi üçün hüquqi əsaslar mövcuddur.

23. Buna görə də apellyasiya məhkəməsi iddiaçının arqumentlərini haqlı hesab etmiş, vərəsəlik hüququnun düzgün müəyyən edilmədiyini və birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu vurğulamışdır.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246, 1262, 1263, 1273-1 və 1321.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin # ###### 2025-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh mirası faktiki və ya formal üsullarla qəbul etmişdir. Şikayətçi bildirir ki, o, köşkə faktiki sahiblik etmiş, miras əmlakını idarə etmiş, vergilər və kommunal ödənişləri həyata keçirmiş, yəni cavabdeh2spublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə və Konstitusiya Məhkəməsinin ##.##.2022 və ##.##.2023-cü il tarixli Plenum qərarlarına əsasən, mirasın faktiki qəbulu üçün yetərli hərəkətləri göstərmişdir. Buna görə də, onun vərəsəlik hüququ pozulmuş hesab edilə bilməz və vərəsəlik şəhadətnaməsinin verilməsi qanunsuz sayılmamalıdır. Həmçinin, kassasiya şikayətində iddia olunur ki, məhkəmə tərəfindən köşkün istifadəsi və onun bağın daxilində yerləşməsi mirasın faktiki qəbulu kimi dəyərləndirilməməsi yanlış olmuşdur. Şikayətçi əlavə edir ki, flaş kartdakı görüntülərin sübut kimi istifadəsi qanunsuzdur, çünki onun iradəsi xaricində əldə edilmişdir və cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə uyğun olaraq bu sübut məhkəmədə nəzərə alınmamalıdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Mirasın qəbuluna dair cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246, 1273-1 və 1243.3-cü maddələrinə əsasən, vərəsə mirası yalnız qanunla müəyyən edilmiş müddət ərzində və formal və ya faktiki üsullarla qəbul edə bilər. Iş materiallarından görünür ki, cavabdeh mirası həm faktiki, həm də rəsmi qaydada qəbul etməmiş, yalnız ##.##.2023-cü il tarixdə notariat orqanına müraciət etmişdir, halbuki qanunla müəyyən edilmiş altı aylıq müddət keçmişdir. Eyni zamanda, cavabdeh 2012ci ildən istifadəsində olan köşk miras əmlakının faktiki qəbulu kimi qiymətləndirilə bilməz, çünki bu köşk mərhumun miras kütləsinə daxil olmamış və cavabdeh yalnız faktiki sahibliyə malik olmuşdur. cavabdeh2spublikası Konstitusiya Məhkəməsinin ## ####### 2022-ci və ## ###### 2023-cü il tarixli Plenum qərarlarına əsasən, vərəsəlik hüququ prosedur xarakterli tələblərin yerinə yetirilməməsi səbəbilə xitam olunmamalıdır; faktiki sahibliyin sübutu vərəsəlik hüququnun yaranmasını təsdiqləyir. Kassasiya şikayətində bildirilir ki, iddiaçının təqdim etdiyi flaş kartda cavabdehin iştirakının sübuta yetirilmədiyi və digər şəxslərin arasında olan danışığın onun iradəsi xaricində istifadə olunduğu görünür ki, bu da cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunsuz sübut sayılır. Beləliklə, cavabdeh faktiki sahibliyə əsaslanaraq mirasın bir hissəsinə sahib olmuş, iddiaçının 20.000 manat tələbi isə sübuta yetirilməmişdir; apellyasiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi qənaətinə gəlmək üçün əsaslar mövcuddur.

27. Kassasiya şikayətinə əlavə olaraq bildirilir ki, apellyasiya məhkəməsi mirasın faktiki qəbulu ilə bağlı halları düzgün qiymətləndirməmiş, iddiaçı cavabdeh3 mübahisəli evdə yaşaması, həyətdə yerləşən köşk bağdan istifadə etməsi, miras əmlaka sahiblik iradəsini göstərməsi və digər varisin maneələri səbəbindən evdən istifadə imkanının məhdudlaşdırılması kimi faktları nəzərə almamış, Mülki Məcəllənin 1246 və 1257-ci maddələrini yanlış tətbiq etmiş, sübutları MPM-nin 76.1 və 88-ci maddələrinin tələblərinə zidd olaraq birtərəfli qiymətləndirmiş, vərəsəlik şəhadətnaməsinə əsassız üstünlük vermiş, habelə eyni iş üzrə əvvəllər baxmış hakimlərin təkrar apellyasiya baxışında iştirak etməsi ilə prosessual qanun pozuntusuna yol vermişdir, buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması tələb olunur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Iddiaçı İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz və etiraza əlavə təqdim edərək iddia ərizəsinin dəlillərinə və işin faktiki hallarına istinad edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassatorlar şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

cavabdeh2spublikasının Mülki Məcəlləsi: 31.Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 33.Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 34.Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 35.Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 36.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 37.Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 38.Maddə 1246. (cavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun “cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2023-ci il tarixli Qərarı dərc edildiyi günədək qüvvədə olan) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 39.Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

cavabdeh2spublikasının Mülki Prosessual Məcəlləsi 40.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 41.Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsi iş üzrə faktiki hallar, təqdim edilmiş sübutlar və tərəflərin izahatları iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun araşdırılaraq qiymətləndirmişdir. 43.Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. (cavabdeh2spublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair cavabdeh2spublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2022-ci il tarixli qərarı) 44.Hazırkı halda cavabdehin atasının ölümündən sonra onun mülkiyyətində olmuş mənzilə faktiki sahiblik etdiyi və ya miras əmlakı faktiki idarə etdiyi müəyyən edilməmişdir. Cavabdehin 2012-ci ildən sonra valideynlərinə məxsus mənzildə hansı səbəbdən yaşamadığı isə hazırkı mübahisənin həlli üçün əhəmiyyətli deyil. 45.Cavabdeh iddiaya etirazında hazırda istifadəsində olan köşkün atasının miras kütləsinə daxil olan əmlak olduğunu və həmin əmlakı qəbul etməklə mirasın bir hissəsini faktiki qəbul etdiyini bildirsə də, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin köşk mərhumun sağlığında 2012-ci ildən cavabdehin istifadəsinə verildiyindən miras kütləsinə daxil olan əmlak kimi qiymətləndirilə bilməz. 46.Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən məhkəməyə təqdim edilmiş flaş diskdəki səs yazısına əsaslanmadığından qeyd edilən səs yazısının sübut kimi qəbul edilməsinin pozuntu olduğuna dair kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. 47.Kassasiya şikayətinə əlavədə hazırkı işə iddiaçı İddiaçı cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı qaldırılmış iddiasına apellyasiya mərhələsində baxılarkən məhkəmə tərkibində olmuş eyni hakimlər tərəfindən baxılmasının prosessual pozuntu olduğu qeyd edilmişdir. Kollegiya bu dəlili əsassız hesab edərək qeyd edir ki, MPMnin 19.1.3-cü maddəsində hakimin əvvəllər birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etdiyi hallarda həmin işə baxmasına yol verilmədiyi nəzərdə tutulduğundan hazırkı halda apellyasiya mərhələsində işə baxmış hakimlərin (C.Musayeva, F.Babayev) iddiaçının əsl cavabdehə qarşı irəli sürülməmiş iddia tələbinə baxılmasında iştirak etməsi bu mülki mübahisəyə baxmalarını istisna etməmişdir. 48.Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. cavabdeh2spublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar