Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-40/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı3Tavtıx qızı və qeyrilərinin cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh4 və Sumqayıt şəhər * saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin uydurma əqd hesab edilməsi, vicdanlı alıcı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı5, X2 oğlu, iddiaçı1 və iddiaçı4 cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh4 və Sumqayıt şəhər * saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri, ünvan 5 saylı və yeni ünvanında yerləşən 16, ** saylı mənzillər üzərində mülkiyyət hüququ ## ###### 1997-ci il tarixdən cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarı ilə X1 barəsində Azərbaycan Respublikası CM-in 178.3.2 və 313-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə həmin əmlak üzərinə həbs qoyulmuşdur. iddiaçı3, iddiaçı5, X2 oğlu, iddiaçı1 və iddiaçı4 həmin cinayət işi üzrə zərərçəkmiş şəxslər qismində tanınmışlar.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2016-cı il tarixli hökmü ilə cavabdeh1 adına olan qeyd olunan mənzillərin üzərinə qoyulmuş həbs götürülmüş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək mənzillərinin üzərinə qoyulmuş həbsin bərpa edilməsi, ziyanın ödənilməsinin həmin əmlaklara yönəldilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2017-ci il tarixli qərarı ilə Ali Məhkəmənin sədrinin təqdimatının tam, məhkumun müdafiəçisinin kassasiya şikayətinin isə qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının X1 aid hissədə - ziyanın ödənilməsinin cavabdeh1 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən ** saylı evin 16-17, ** saylı mənzillərə həmin əmlaklara yönəldilməsi hissədə ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya baxışına təyin edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2016-cı il tarixli hökmü X1 aid mülki iddiaya dair - cavabdeh1 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən ** saylı evin 16-17, ** saylı mənzillərə qoyulmuş həbsin götürülməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Ali Məhkəmənin Cinayət kollegiyasının ## ##### 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2017-ci il tarixli qərarı X1 aid mülki iddiaya dair – cavabdeh1 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən ** saylı evin 16-17, ** saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2016-cı il tarixli hökmü Əliyev Bella Akif qızının adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən ** saylı evin 1617 və ** saylı mənzilləri üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ## ###### 2015-cil il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilməsi, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan üzrə onların mülki iddialarını təmin etmək məqsədi ilə cavabdeh1 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən ** saylı evin 16-17 və ** saylı mənzillərin üzərinə qoyulması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin bərpa edilməsi və ziyanın ödənilməsi həmin mənzillərə yönəldilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının ## ###### 2018-ci il tarixli qərarı ləğv edilmiş, işə həmin qərarla bağlı hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2019-cu il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2016-cı il tarixli hökmü Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarı ilə cavabdeh1 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən ** saylı evin 16- 17, ** saylı mənzilləri üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarı ilə cavabdeh1 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən ** saylı evin 16-17, ** saylı mənzilləri üzərinə qoyulmuş həbsin bərpa edilməsi və zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası ## ###### 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən ** saylı evin 16-17, ** saylı mənzilləri həbsdən azad edilməsi qət edilmişdir.
12. ## #### 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə cavabdeh1 Bakı şəhəri, ünvan 5 saylı mənzili cavabdeh3 30000 manata, 16, ** saylı mənzili– həmçinin 30000 manata satmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərardadı ilə maraqlı şəxslərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir.
14. ## ##### 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə cavabdeh3 ünvan 2 19 ünvanında yerləşən mənzili cavabdeh4 50000 manata, eyni binanın 16, 17 ünvanında yerləşən mənzili həmin alıcıya 50000 manata satmışdır.
15. Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən ** saylı evin 16-17, ** saylı mənzillər üzərində cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
16. Iddiaçılar iddiaçı3, iddiaçı5, X2 oğlu, iddiaçı1 və iddiaçı4 cavabdehlər cavabdeh3, cavabdeh1 və Sumqayıt şəhər * saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə və sonradan cavabdeh4 əlavə cavabdeh qismində qeyd etməklə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən ## #### 2022-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh1 ilə cavabdeh cavabdeh3 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz Əmlakın AN-İ № *******, ## #### 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və cavabdeh Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən ## #### 2022-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh1 ilə cavabdeh cavabdeh3 arasında imzalanmış ünvan 2 16, 17 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## #### 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən ## ##### 2024-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin, Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən ## ##### 2024-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 arasında imzalanmış ünvan 2 16, 17 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)****/**** nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddianın təmin edilməsi, Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## #### 2022-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh1 ilə cavabdeh cavabdeh3 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz Əmlakın AN-İ № *******, ## #### 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## #### 2022-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh1 ilə cavabdeh cavabdeh3 arasında imzalanmış ünvan 2 16, 17 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## #### 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilələr əsasında mənzillərə dair cavabdeh3 adına verilmiş mülkiyyət hüququna dair ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və ##.##.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ların ləğv edilməsi, Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## ##### 2024-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## ##### 2024-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 arasında imzalanmış ünvan 2 16, 17 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın AN-İ № ******* və AN-İ № ********* saylı, ## ##### 2024-cü il tarixli alqısatqı müqavilələri əsasında mənzillərə dair cavabdeh4 adına verilmiş mülkiyyət hüququna dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ların ləğv edilməsi, 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar iddiaçı3, iddiaçı5, X2 oğluna, iddiaçı1 və iddiaçı4 ödənilməsi qət edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qətnamədən həmçinin cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, onun ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim A.Imanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədovdan və F.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh cavabdeh3 və cavabdeh4 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qərarı ilə cavabdehlər cavabdeh3 və cavabdeh4 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın “Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## ##### 2024-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## ##### 2024-cü il tarixli alqı satqı müqaviləsinin etibarsız hesab edilməsinin; Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## ##### 2024-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 arasında imzalanmış ünvan 2 16.17 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin; Daşınmaz əmlakın AN-İ № ******* və AN-İ № ********* saylı, ## ##### 2024-cü il tarixli alqı-satqı müqavilələri əsasında mənzillərə dair cavabdeh4 adına verilmiş mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsinin” təmin olunan hissəsində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Əhliman Xıdırov və Elşanə Vəliyeva).
23. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, iddia tələbinin cavabdehlər cavabdeh1 ilə cavabdeh3 arasında mübahisəli daşınmaz əmlaklara dair bağlanmış ## #### 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız olmaları hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarına uyğun olsa da, cavabdeh3 və cavabdeh4 arasındakı müqavilələrin etibarlığına hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir.
24. Ilk olaraq məhkəmə kollegiyası cavabdehlərin Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə təmin olunan hüquqlarının pozulmasına dair kassasiya şikayətlərinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin, cavabdeh1 ilə cavabdeh3 arasında mübahisəli daşınmaz əmlaklara dair bağlanmış ## #### 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatları və işdə olan sübutları qiymətləndirərək, cavabdeh1 cavabdeh3la qohum olmalarını, sonuncunun müqavilələri imzalayarkən Şahin Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2016-cı il tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin ## #### 2019-cu il tarixli qərarı ilə dəyişdirilərək, mənzillərin üzərindəki həbsin bərpa edilməsi barədə məlumatlı olmasını müəyyən etdiyindən, əsaslı olaraq qeyd olunan müqavilələrin uydurma əqd kimi əhəmiyyətsiz olmaları nəticəsinə gəlmişdir. Kassatorların bu hissədə Mülki Məcəllənin 140-cı maddəsinə istinadları əsassızdır. Bu səbəbdən ki, alıcı olan cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrindəki qeydin qeyri-dəqiq olmasını bilməsi məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə olan halda, cavabdeh cavabdeh3 qeyd edilən müqavilələr üzrə vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz.
25. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlər cavabdeh3 və cavabdeh4 arasındakı ## ##### 2024-cü il tarixli müqavilələri də etibarsız hesab etmiş, nəzərə almamışdır ki, qeyd olunan müqavilələr bağlanarkən mübahisəli mənzillərin üzərindəki həbsin götürülməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə ləğv olunsa da, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd bərpa edilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin bu hissədə mövqeyinin əsaslandırılması zamanı göstərmişdir ki, “cavabdeh4 yuxarıda adları qeyd edilən şəxslərlə yaxınlığı, qohumluğu və əvvəldən tanışlığı olması kimi hallar müəyyən edilməsə də, onun əldə etdiyi mənzillər əvvəlcə vicdanlı olaraq əldə etməyən cavabdeh3 mənzillərin məhz ona satmaqda niyyətinin bu mənzillər üzərində həbsin bərpa edilməsindən sonra zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq, artıq digər şəxsin mülkiyyətində olan mənzillərə tutmanın yönəldilə bilinməməsi görüntüsünü yaratmaq olmuşdur”. Yəni, apellyasiya instansiyası məhkəməsi ## ##### 2024-cü il tarixli alqı-satqı müqavilələrini satıcı cavabdeh3 vicdansız hərəkətlərinə görə (iddiaçılara vurulmuş maddi ziyanın bu mənzillərə yönəldilməsinin qarşısının alınması məqsədi ilə bağlanması) etibarsız hesab etmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi bu hissədə Mülki Məcəllənin 140, 148.2, 149.2 və 340.1-ci maddələrin tələblərinə zidd olmuşdur. Belə ki, məhkəmə qərarı ilə tutulan borcun mübahisəli mənzillərə yönəldilməsinin qarşısının alınmasına dair satıcının niyyəti özü-özlüyündə bu müqavilələrin formal, görünüş üçün bağlanmış olmasına dəlalət etmir.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, məhkəmənin hazırki mövqeyi apellyasiya məhkəməsi tərəfindən birmənalı olaraq cavabdeh4 əmlakın vicdanlı alıcısı olmasına dair göstərişi kimi qiymətləndirilməməlidir. Belə ki, alıcının əqdləri formal, alqı-satqıya uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanmasının əlamətləri kimi bu əmlakların alqı-satqı qiymətlərinin həqiqi dəyərlərindən kəskin fərqli olması, əmlakların dəyərinin ödənilməməsi, alıcı və satıcının yaxın münasibətlərdə olması, alqı-satqının satıcı tərəfindən müvafiq elanlar verilmədən, alıcının isə alternativ alış variantları araşdırmadan həyata keçirilməsi, alıcının aldığı mənzillərə baxmadan alqı-satqı müqaviləsi imzalaması, alıcının mənzilləri adına qeydə alsa da, faktiki sahibliyinə keçirməməsi, onların uzun müddət ərzində satıcının istifadəsində qalması və s. bu kimi hallar ola bilər ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin bu hallarla bağlı tərəflərin verdikləri izahatlara və təqdim etdikləri sübutlara Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinə əsasən hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
29. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 148.2, 149.2, 340.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən- “Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## ##### 2024-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən ## ##### 2024-ci il tarixdə təsdiq edilmiş cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 arasında imzalanmış ünvan 2 16, 17 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № *******, ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın AN-İ № ******* və AN-İ № ********* saylı, ## ##### 2024-cü il tarixli alqı-satqı müqavilələri əsasında mənzillərə dair cavabdeh4 adına verilmiş mülkiyyət hüququna dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ların ləğv edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın rədd edilməsi qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova).
32. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, daha əvvəlki məhkəmə qətnaməsi ilə cavabdeh1 və cavabdeh3 arasında bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilmiş və həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır.
33. Ali Məhkəmənin göstərişlərində qeyd edilən halların araşdırılması məqsədi ilə kollegiya tərəfindən yerində müayinə hərəkətləri aparılmış, müəyyən edilmişdir ki, mənzillər faktiki olaraq birləşdirilmiş və vahid daşınmaz əşya şəklindədir. Müayinədə iştirak edən cavabdeh cavabdeh3 göstərmişdir ki, mənzillər əslində cavabdeh1 deyil, ona məxsus olub. Belə ki, o, Gəncə şəhərində yaşamış və 1994-cü ildə mübahisəli mənzillərin yerləşdiyi həyətdə həmin vaxt fəaliyyət göstərən hərbi dəniz məhkəməsinə hakim təyin olunmuş, bu məqsədlə də, iş yerinə yaxın olsun deyə, mübahisəli mənzilləri alaraq təmir etdirmiş, vahid mənzil vəziyyətinə gətirərək özü yaşamışdır. Mənzillər alınarkən o, Bakı şəhərində qeydiyyatda olmadığından mənzilləri Bakı şəhərində qeydiyyatda olan baldızı cavabdeh1 adına rəsmiləşdirmişdir. Faktiki olaraq mənzillər daim onun istifadəsində olmuşdur. Bu halı həmin ərazidə yaşayan qonşular da təsdiq etmişlər. Müayinə zamanı ** nömrəli mənzilin qapısının bağlı olduğu müəyyən edildi. Həmin mənzilin (otağın) hazırda mübahisəli mənzillərə aidiyyətinin olmadığı və Müdafiə Nazirliyinin balansında olduğu bildirildi.
34. Kollegiya qeyd etmişdir ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Hazırkı işdə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi onu iddia edən iddiaçılara aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Iddiaçılar cavabdehlər cavabdeh3la cavabdeh4 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız olmasına dair hər hansı dəlil, arqument irəli sürə bilməmişlər.
36. Birinci instansiya məhkəməsi həmin əqdləri cavabdeh cavabdeh3 vicdansız hərəkətlərinə görə (iddiaçılara vurulmuş maddi zərərin bu mənzillərə yönəldilməsinin qarşısının alınması məqsədilə bağlanması) etibarsız hesab etmişdir. Kollegiya bu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, sözügedən əqdlər ya uydurma olduğuna, ya da alıcı vicdanlı əldə edən olmadığına görə etibarsız sayıla bilər. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Uydurma əqd zamanı hər iki tərəf əqd üzrə heç bir hüquqi nəticə əldə olunmayacağını və əqdin yalnız başqalarında yanlış təəssürat yaratmaq məqsədi güddüyünü anlayır və arzu edir. Yalnız bir tərəfin vicdansız niyyəti əqdin uydurma olması üçün əsas təşkil etmir.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işdə cavabdeh cavabdeh3 vicdansız hərəkəti aşkar olsa da, alıcı–cavabdeh cavabdeh4 (onun nümayəndəsinin) davranışında həmin əqdləri görünüş üçün bağlanması nəticəsinə gəlmək üçün əsas verən hallar müəyyən olunmur və iddiaçılar da bunu sübut edə bilmirlər. Ona görə də həmin əqdlərin uydurma olması istisna olunur.
38. Əqdin etibarsız hesab olunması üçün əsas ola biləcək digər hal alıcının (cavabdeh cavabdeh4) mənzilləri əldə edərkən həmin mənzillər barəsində mübahisə olduğunu bilməsi ilə şərtləndirilə bilər, ona görə də alıcının Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun olaraq vicdanlılığına (yəni aldığı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydin qeyri-dəqiq olmasını bilərək həmin mənzilləri mülkiyyətinə almasına) hüquqi qiymət verilməlidir.
39. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, alıcı cavabdeh4 oğlu mübahisəsi gedən mənzilləri (faktiki olaraq bir mənzildir) qaynı vasitəsi ilə tapmış və bazar dəyərindən cəmi 10-15 min manat ucuz təklif edildiyi üçün almışdır.
40. Аraşdırılmış sübutlar əsasında kollegiya hesab etmişdir ki, cavabdeh cavabdeh3 və F.Abdullazadə arasında alqı-satqı müqavilələri qanuni əsaslarla bağlanmışdır və mənzillər qanunvericiliklə müəyyən olunmuş qaydada alıcının mülkiyyətinə keçmişdir. Аraşdırma zamanı cavabdeh F.Abdullazadənin digər şəxslər arasında mübahisə olmasını bilməsi və bilmək ehtimalının olması sübuta yetirilməmişdir. Qanunvericiliyin tələbinə görə sübuta yetirmək vəzifəsi təkzib edənin deyil, iddia edənin üzərinə düşən vəzifədir. Kollegiya hesab etmişdir ki, göstərilən hissədə iddianın təmin edilməsi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl edilməsi baxımından qanuni hesab edilə bilməz. Bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən edilməmiş, cavabdeh4 mənzilləri vicdanlı əldə edən olduğu müəyyən edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
41. Iddiaçı iddiaçı3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayətində aşağıdakı pozuntulara istinad edilmişdir. -Mülki Məcəllənin 140-cı maddəsi-Alıcı cavabdeh4 oğlu, nümayəndəsi nümayəndə2 cavabdeh cavabdeh3 Əsəd Əli oğlu ilə əvvəldən tanışlığının olması (hər ikisinin hərbi sahədə işləməsi, eyni ərazidə yaşamaları, bir-birilərini uzun müddətdir ki, tanımaları və sair ) onu deməyə əsas verir ki, bu müqavilə formal olaraq bağlanılmışdır. cavabdeh4 mənzili əldə edərkən həmin əqdin həqiqiliyi, legitimliyi barədə onda mütləq şübhələr olmuşdur. Mənzili əldə edən cavabdeh4 reyestrdəki qeydin qeyri-dəqiqliyini bildiyi hallar işdən və işdə olan sübutlarla təsdiq edilir. Ali məhkəmənin göstərişlərinə qanuni və əsaslı və obyektiv əməl edilməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh4 nümayəndəsi oğlu nümayəndə2 izahatından hər şey aydın olur. Apellyasiya məhkəməsinin ## ######## 2025-ci il tarixli məhkəmə iclasının audio- video yazpısında sədrlik edən bildirdi ki, bacanaq və qohumlar dindirilməlidir. Birinci instansiyada dindirilməyiblər. Apellyasiya məhkəməsinin ## ####### 2025-ci il tarixli məhkəmə iclas protokolunda görünür ki, yerli müayinə keçirilib. Orada, yəni yerində müayinə keçirilən ünvanda mübahisəli evdə cavabdeh cavabdeh3 da iştirak edib. Hərbi dəniz məhkəməsinin hakimi olduğunu və buna görə də bu ərazidən ev almasını göstərir. Yerində müayinədə nümayəndə nümayəndə2 da iştirak edərək izahat vermişdir. Apellyasiya məhkəməsinin yuxarıda göstərilən məhkəmə iclaslarının audio-video yazılarından məlum olur ki, (iclasda yönəldici suallar olmuşdur) cavabdeh cavabdeh4 nümayəndəsi nümayəndə2 uzun müddətdir 10 ildən çoxdur ki, digər cavabdeh cavabdeh3lə eyni ərazidə yəni mübahisəli mənzilin yerləşdiyi ərazidə, yaşayır. Məhkəmə diqqəti bu hala deyil, orada cavabdehin qayınları və bacanağının yaşamasına yönəldir. Halbuki, cavabdeh özü deyir ki, həmin ərazidə yəni hərbçilərin yaşadığı ərazidə yaşayır. nümayəndə2 deyir ki, həmin ərazidəki evlər hərbi bazanın mənzilləridi. Sonra həmin audi videoda nümayəndə2 deyir: “ Beş dənə hərbçi tanıyırıq, bir- birimizi.. hərbçilər dedi get qıraqdan al, problemsiz olsun..” Bu ifadədən sonra məhkəmə iclas zalında dərin bir pauza və sakitlik yaranır. Bu da o deməkdir ki, artıq nümayəndə2 bilirmiş ki, ev problemli və mübahisəlidir. Yerində müayinə zamanı cavabdeh cavabdeh3 hələ də bu mənzildə yaşadığı məlum olur. Bu da bir daha onu göstərir ki, cavabdehlər arasında bağlanılmış alqı satqı müqaviləsi formal görünüş üçün bağlanılmışdır. Yerində müayinədə nümayəndə nümayəndə2 da iştirak edərək izahat vermişdir. Işdən də görünür ki, cavabdeh3 bu barədə heç yerdə elan verməmişdir. Yəni bunlar bir birilərini yaxşı tanıyır, hamısı hərbçidir. Bu da deməyə əsas verir ki, cavabdeh3 mənzilin əldən çıxmaması üçün yaxından tanıdığı və etibar etdiyi adamlara öz hərbçi tanışlarına tez mənzili adından çıxarmaq lazım olduğunu bildirmiş və belə bir tanış tapılmışdır. Kassasiya şikayətində onu da qeyd etmişlər ki, hər iki alqı-satqı müqavilələri Sumqayıt şəhər * saylı notariat ofisində imzalanmışdır. Bu hal da nəzərdən qaçmamalıdır. AR Mülki Məcəllənın maddə 340.1-ci maddəsinə əsasən- uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə olunmuş əmlakın ər-arvad arasında bölünməsinin qarşısının alınması və s. istisna olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstərilən normalara əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Avropa Insan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Apellyasiya məhkəməsi “Аraşdırılmış sübutlar əsasında kollegiya hesab edir ki, cavabdeh cavabdeh3 və F.Abdullazadə arasında alqı-satqı müqavilələri qanuni əsaslarla bağlanmışdır və mənzillər qanunvericiliklə müəyyən olunmuş qaydada alıcının mülkiyyətinə keçmişdir. Аraşdırma zamanı cavabdeh cavabdeh4 digər şəxslər arasında mübahisə olmasını bilməsi və bilmək ehtimalının olması sübuta yetirilməmişdir. Qanunvericiliyin tələbinə görə sübuta yetirmək vəzifəsi təkzib edənin deyil, iddia edənin üzərinə düşən vəzifədir.” Lakin yuxarıda qeyd etdiyim hallar göstərir ki, cavabdeh cavabdeh3 və cavabdeh4 arasında alqı satqı müqavilələri formal olaraq görünüş üçün imzalanmışdır. Araşdırmalar və cavabdeh tərəfin izahatları və şahidlərin ifadələri də onu təsdiq edir ki, cavabdeh cavabdeh4 iddiaçılarla cavabdeh cavabdeh3 arasında mübahisə olmasını bilmişdir və bu tamamilə sübuta yetirilmişdir.
43. Kassasiya şikayətində həmçinin Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106, 372.2-ci maddələrinin pozuntusuna istinad edilmişdir. Cavabdehin öz etirazında belə bir sübutu var idisə, birinci instansiyada məhkəməsinin hazırlıq iclasında öz etirazının əsaslarını məhkəməyə təqdim edə bilərdi. Buna onun kifayət qədər vaxtı və imkanı var idi. Lakin heç bir sübut təqdim edilməmişdir. Maddə 372.2-Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh cavabdeh4 qıznın nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmişdir. Yerində müayinəyə aid və hər hansı şahidin dindirilməsi barədə vəsatəti olmamışdır. Apellyasiya məhkəməsi cavabdehin həm birinci instansiya məhkəməsindəki izahatına həm də apellyasiya məhkəməsindəki izahatına görə tam obyektiv və qanuni qərar qəbul etməli olduğu halda bunu etməmişdir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Alıcı (cavabdeh4) əqdləri formal, alqısatqıya uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlamışdır və bunun əlamətləri kimi bu əmlakların alqı-satqı qiymətlərinin həqiqi dəyərlərindən kəskin fərqli olması (dəyərindən 20- 30 min aşağı ) alıcı və satıcının yaxın münasibətlərdə olması-( necə illərdir ki, alıcının satıcını tanıması tanışlıqları, eyni ərazidə yaşamaları, hər ikisinin hərbi sahədə çalışması) alqı-satqının satıcı tərəfindən müvafiq elanlar verilmədən, alıcının isə alternativ alış variantları araşdırmadan həyata keçirilməsi, (işdə bu barədə kifayət qədər sübut vardır) alıcının aldığı mənzilə baxmadan alqı-satqı müqaviləsi imzalaması, (işdən birinci inistansiya məhkəməsinin məhkəmə iclasının audio- video yazısından görünür ki, alıcı mənzilin necə kvm olmasını bilmir) alıcının mənzilləri adına qeydə alsa da, faktiki sahibliyinə keçirməməsi, mənzil hələ də satıcının istifadəsində qalması onu təsdiq edir ki, sonrakı alıcı yəni Sevil Addullazadə də vicdanlı alıcı deyildir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Cavabdeh cavabdeh4 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin əsassız olduğunu bildirmiş və təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
46. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
47. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
48. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən baxış predmeti olan hissədə kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla apellyasiya şikayətinin dəlilləri üzrə yenidən araşdırma aparılmış, iddiaçı tərəfindən cavabdeh4 vicdanlı əldə edən olduğunu istisna edən sübutların olmadığı müəyyən edilmişdir.
56. Kassasiya şikayətinin apellyasiya mərhələsində yerində müayinə həyata keçirilməsinin MPM-nin 372.2-ci maddəsinin tələblərinə zidd olduğuna dair dəlillərlə bağlı qeyd edir ki, apellyasiya məhkəməsinin həyata keçirdiyi prosessual hərəkətlər kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası ilə bağlı olduğundan prosessual pozuntuya yol verildiyi müəyyən edilmir.
57. Sübutlara düzgün qiymət verilmədiyinə dair dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmənin səlahiyyətinə aid olduğundan kassasiya instansiyası məhkəməsi yalnız sübutların qiymətləndirilməsi zamanı prosessual normaların tələblərinin pozulub-pozulmadığını, iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının dispozisiya şərtlərinə müvafiq qiymətləndirmə həyata keçirilibkeçirilmədiyini və qanunda nəzərdə tutulmuş digər məsələləri yoxlayır.
58. Hazırda mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
59. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.