Məhkəmə qərarları › İş №2(1-8)-420/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-420/2026

30.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-420/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh cavabdeh3, cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Yevlax Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ağdaş rayon İcra və Probasiya şöbəsi cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh1 və cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ##.##.2005-ci il tarixli ipoteka müqaviləsi ilə, Ələkbərov Fəzail Ağaəli oğlu “xxxx” ASCdən götürdüyü kreditin təminatı olaraq, mülkiyyətində olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2.493,3 kv.m olan qeyri-yaşayış sahəsini (bundan sonra – qeyri-yaşayış sahəsi) və həmin küçədə yerləşən 1.144,6 kv.m sahəsi olan “Şirvan” restoranını (bundan sonra – restoran) sonuncunun xeyrinə ipoteka yüklü etmişdir;

3. Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2011-ci il tarixli qətnaməsi ilə, “xxxx” ASC-nin cavabdehlər Ələkbərov Fəzail Ağəli oğlu, X1 və “Ağdaş İstixana" ASC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlərdən ümumilikdə 2.931.999 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş qeyriyaşayış sahəsinə və restorana, habelə Bankın girovuna qoyulmuş ASC-nin adi adlı növlü səhmlərinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin, restoranın, səhmlərin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. (iş vərəqi: 13-19). Həmin qətnamə qanuni qüvvəsini almışdır;

4. Ələkbərov Fəzail Ağəli oğlu ##.##.2021-ci il tarixdə vəfat etmiş, qeyri-yaşayış sahəsi və restoran ondan miras qalmışdır. Onun vərəsələri - hazırkı iş üzrə cavabdehlər olan oğulları Elşən və cavabdeh1lar, arvadı X2 və qızı Səmədova Samirə olmuşdur.

5. 12–##.##.2012-ci il tarixlərdə mərhumun oğlu Rövşən, qızı Samirə və arvadı Zərniyar cavabdeh3 xeyrinə mirasdan imtina etmişlər;

6. ##.##.2022-ci il tarixdə cavabdeh3 atasından miras qalmış qeyri-yaşayış sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir;

7. ##.##.2023-cü il tarixdə cavabdeh3 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir;

8. ##.##.2023-cü il tarixdə cavabdeh3 atasından miras qalmış restorana dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir;

9. ##.##.2023-cü il tarixdə restoran üzərində cavabdeh3 mülkiyyət hüququ rəsmiləşmişdir; 10.##.##.2024-cü il tarixdə cavabdeh3 qeyri-yaşayış sahəsi və restoranı qardaşı Rövşənə bağışlamışdır. Həmin bağışlama müqavilələrində sözügedən əmlakların ipoteka ilə yüklü olmadığı göstərilmişdir; 11.##.##.2024-cü il tarixdə hər iki əmlak üzərində cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır; 12.##.##.2024-cü ildə hər iki əmlak üzərində ipoteka yüklülüyü ##.##.2005-ci il tarixdən hesablanmaqla yenidən qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13.İddiaçı məhkəməyə müraciət edərək, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi və restoranın cavabdeh1 adına özgəninkiləşdirilməsinə dair ##.##.2024-cü il tarixli hər iki bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14.İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, ipoteka ilə yüklü olan olan həmin əmlaklar əvvəl vərəsəlik, sonra isə bağışlanma yolu ilə başqa şəxslərin adına keçirilib. Halbuki, bu əmlaklar bank qarşısında ipoteka ilə yüklü idi və məhkəmə qərarı ilə artıq üzərinə tutma yönəldilmişdi. Göründüyü kimi, əmlaklar bankın (ləğvedicinin) razılığı olmadan özgəninkiləşdirilmişdir. 15.Cavabdeh cavabdeh3 məhkəmə iclasında iddiaya etirazını belə əsaslandırmışdır ki, bağışlama müqavilələri qanunvericiliyin tələblərinə riayət olunmaqla notarial qaydada bağlanmışdır. Müqavilələrin etibarsız hesab olunması üçün hər hansı əsas yoxdur. Həmçinin, bağışlama müqavilələri icra edilərkən əmlaklar ipoteka ilə yüklü olmamış, sonradan - 2024-cü ildə ipoteka ilə yüklü edilmişdir. Hazırda həmin əmlaklar yenə də bankın xeyrinə yüklüdür. O da qeyd edilməlidir ki, bank qarşısında bu əmlaklardan başqa “Ağdaş İstixana” ASC-nin səhmləri də ipoteka ilə yüklü edilmişdir ki, bu da nəzərə alınmalıdır.

16. Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim:Mehriban Əfəndizadə). 17.Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 269.1, 284.2-ci, “İpoteka haqqında” Qanunun 30.1-ci maddələri təşkil edir. 18.Məhkəmə müəyyən etmişdir ki, ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsi, ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə isə ipoteka predmeti olan restoran üzərində Ələkbərov Fəzail Ağaəli oğlunun vərəsəsi cavabdeh3 tam hissədə pay almışdır. Hər iki şəhadətnamədə notarius tərəfindən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş arayışlara əsasən əmlakların ipoteka ilə ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağan qoyulmaması qeyd edilmişdir. 19.İddiaçı iddia ərizəsində ipoteka predmeti olan qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında əmlakın miras əmlak qismində cavabdeh3 mülkiyyətinə keçməsini, həmçinin sonuncunun adına olan çıxarışı mübahisələndirməmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, əmlak cavabdeh3 mülkiyyətinə keçirilən zaman da notarius tərəfindən real vaxt rejimində arayış əldə edilmiş və həmin arayışda hər hansı bir yüklülük öz əksini tapmamışdır. 20.##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə hər iki müqavilələyə əsasən, sözügedən əmlaklar cavabdeh3 tərəfindən cavabdeh1 bağışlanılmışdır. Müqavilədə istinad edilən real vaxt rejimində əldə edilmiş arayışa əsasən əmlakların ipoteka ilə ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağan qoyulmaması qeyd edilmişdir. 21.DƏDKR PHŞ-nin ** saylı Yevlax ərazi idarəsinin məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilmişdir ki, ipoteka predmeti olan qeyri-yaşayış binası ##.##.2005ci il tarixli ipoteka müqaviləsinə əsasən ##.##.2024-cü il tarixdən, ipoteka predmeti olan restoran isə ##.##.2024-cü il tarixdən “xxxx” ASC-nin xeyrinə yüklü (ipoteka) edilmişdir. Həmin əmlaklar üzərinə LPO İddiaçı ASC-nin ##.##.2024-cü il tarixli məktubu ilə ##.##.2024cü il tarixdən və Ağdaş Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-**(***)-**/**** saylı qərardadına əsasən ##.##.2024-cü il tarixdə qadağa qoyulmuşdur. 22.Göründüyü kimi, mülki işin materiallarında mübahisə predmeti olan əmlakların üzərində ipoteka müqaviləsinin bağlandığı ##.##.2005-ci il tarixdən və ya məhkəmə qətnaməsinin qanuni qüvvəyə minərək icraya yönəldiyi ##.##.2012-ci il tarixdən hər hansı məhdudiyyətin dövlət reyestrində qeydiyyatdan keçdiyini göstərən sübut yoxdur. Əksinə, məhdudiyyətin yalnız ##.##.2024-cü il tarixdən başlayaraq qeydiyyata alındığı çoxsaylı yazılı sənədlərlə təsdiq edilir. 23.Belə olan halda notariat ofisi qanunvericiliyin tələblərinə uyğun qaydada bağışlama müqaviləsini bağlayarkən həmin ünvanda yerləşən əmlakların ipoteka ilə yüklü olması barədə məlumatı olmamış və bu hal “Elektron notariat” informasiya sistemində əks edilmədiyi üçün ola da bilməzdi. 24.Digər tərəfdən bu yüklülük barədə bağışlama müqaviləsinin tərəfləri olan cavabdeh3 və cavabdeh1 də məlumatlı olması mülki işin materialları ilə müəyyən edilmir. Belə ki, ipoteka müqaviləsi üzrə borclu, məhkəmə proseslərində cavabdeh qismində onlar deyil, mərhum ataları cəlb edilmişdir. Bağışlama müqavilələri bağlanarkən məhkəmə qətnaməsinin qəbulundan on üç, ipoteka qoyanın vəfatından iki ilə yaxın müddət ötmüşdür. Belə olan təqdirdə iddiaçı tərəfindən cavabdehlərin bağışlama müqavilələrini bağlamaqda məqsədlərinin qətnamənin icrasında yayınma olması barədə mülahizəsi mötəbər sübutlarla təsdiqini tapmamışdır. 25.Eyni zamanda məhkəmə qeyd etmişdir ki, bağışlanma müqaviləsi bağlanan vaxt mülkiyyətçi qismində səlahiyyətli şəxs cavabdeh3 çıxış etmiş, onun ipoteka predmeti olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqları iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qətnaməsinin icra edilməməsinin səbəbi əmlakın özgəninkiləşdirilməsi deyil, tərəflərin arasında barışıqla bağlı danışıqlar davam etdirildiyi üçün tələbkar bank tərəfindən icra işinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etməsi olmuşdur. 26.Belə ki, mülki işin materiallarında olan LPO İddiaçı ASC tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2011-ci il tarixli qətnaməsinin icra mərhələsində borclular ilə şifahi razılaşma əldə olunmuşdur. Bu səbəbdən tələbkar bank Ağdaş Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etmiş; sonuncu ##.##.2015-ci il tarixdə qətnaməni icra olunmadan məhkəməyə qaytarmışdır. Daha sonra bank zərurət yarandığından icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

27.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma yönəldilmiş ipoteka predmetləri olan daşınmaz əmlaklar bankın məlumatı və razılığı olmadan özgəninkiləşdirilmişdir. Bu hal qanuni qüvvəsini almış Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2011-ci il tarixli qətnaməsinin icrasını mümkünsüz edir. Həmçinin, iş üzrə cavabdehlərin qeyd edilən əmlakların kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində çıxış etməsi barədə məlumatlarının olmaması barədə fikir reallığı əks etdirmir. Cavabdehlərin ipoteka predmeti olan əmlaklara dair birinin o birisinin xeyrinə vərəsəlikdən imtina etməsi, daha sonra həmin əmlakların bağışlama müqaviləsi ilə vərəsəlikdən imtina etmiş vərəsənin xeyrinə bağışlanması cavabdehlərin düşünülmüş şəkildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq istəmələrini göstərir. Tərəflər arasında ipoteka müqaviləsinin 2005-ci il tarixdə bağlandığını nəzərə alsaq, ipoteka qeydi barədə məlumatların yeni elektron sistemə köçürülmədiyini düşünürlər. Cavabdehlər sistemdə yaranmış bu texniki səhvdən yararlanaraq ipoteka predmetini özgəninkiləşdirməyi bacarmışlar. Bu isə hüquqdan sui-istifadədir. 29.İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlərin ipoteka predmeti olan əmlaklara dair birinin o birinin xeyrinə vərəsəlikdən imtina etməsi, daha sonra həmin əmlakların bağışlama müqaviləsi ilə vərəsəlikdən imtina etmiş ailə üzvünün xeyrinə bağışlanması cavabdehlərin düşünülmüş şəkildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq məqsədi güddüyünün göstəricisidir. Belə ki, hazırda əmlaka tutma yönəldilsə, əmlakın bağışlandığı qardaş da banka qarşı iddia qaldıraraq həmin əmlakın bağışlanma yolu ilə əldə etdiyini əsas gətirərək qətnamənin icrasına maneə yaradacaqdır. 30.Cavabdeh cavabdeh3 nümayəndəsi izahatında bildirmişdir ki, qardaşlar arasında əvvəldən qurulmuş hər hansı plan olmamış, ailə üzvləri digər bir ailə üzvünün xeyrinə miraddan imtina etmişdir ki, bu da təcrübədə geniş yayılmış haldır. Qardaşların ümumilikdə atalarının borclarından xəbəri olsa da, qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən xəbərləri olmamışdır. Hazırda tərəflər razılığa gəlmək üçün danışıqlar aparır. 31.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı “ xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Yevlax Ərazi İdarəsi, cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, ipoteka predmeti olan Ağdaş şəhəri, Azadlıq küçəsində yerləşən sahəsi 2493,3 kv.m olan qeyri-yaşayış sahəsinin (Ağdaş şəhəri, Heydər Əliyev prospekti ***A saylı qeyriyaşayış binası) və ünvan 1 ünvanında yerləşən 1144,6 kv.m olan “Şirvan” restoranın (Ağdaş şəhəri, Heydər Əliyev prospekti ***C saylı əmlak kompleksi) cavabdeh1 adına özgəninkiləşdirilməsinə dair ##.##.2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli və ##.##.2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilmiş və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilmişdir (hakimlər: Fuad Talışınski - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Azad İmanov). 32.Məhkəmə kollegiyası borclunun vərəsələri olan oğlanları - cavabdeh1 və cavabdeh3 aradan bu qədər uzun müddət keçməsinə baxmayaraq kifayət qədər yüksək məbləğdə atalarının bankdan borc götürməsi və həmin müqavilənin təminatı kimi yuxarıda sadalanan 2 əmlakın ipoteka ilə yüklü edilməsindən xəbərdar olmamalarını ağlabatan hesab etməmişdir. 33.Bunun əksinə borclu öldükdən sonra ailənin bütün üzvlərinin bir nəfərin xeyrinə miras payından imtina etməsi, daha sonra xeyrinə imtina edilmiş şəxsin məhz tələbkar tərəfindən icra sənədi yenidən icraya yönəldilməsi barədə müraciət edildikdən sonra həmin əmlakları digər qardaşa, yəni cavabdeh3 bağışlaması cavabdehlər tərəfindən hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilməlidir. 34.Digər tərəfdən həmin bağışlama müqavilələri notariusda bağlanarkən əmlakların ipoteka ilə yüklü edilməməsi ilə bağlı məlumatın elektron sistemdə olmaması ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, müqavilənin 2005-ci ildə bağlandığını, məhkəmə qətnaməsinin isə 2012-ci ildə icraya yönəldiyi və həmin dövrlərdə elektron sistemin hələ tam təşəkkül tapmadığı nəzərə alınsa, notariusda bağışlama həyata keçirilərkən həmin əmlakların yüklü edilməsi barədə məlumatların elektron sistemə köçürülməməsi mümkündür. 35.Beləliklə, miras qoyanın kreditorunun hüquqlarının təminatı olan əmlaklar barədə kombinasiya qurulmaqla mülki məsuliyyətdən yayınma tam sübuta yetirilir və bunun məntiqi əksini müəyyən edən hallar barədə ağlabatan və əsaslı dəlillər təqdim edilməmişdir. 36.Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 269.1, 269.2, 269.3, 270.1, 272, 273, 274.1, 284.1, 284.2, 295, 296.1, 324.1, 324.2, 324.3, 324.5, 337.4, 337.5, 404.1, 404.2, 420.2, 425.1, 425.2, 560.1, 560.2, 666.1, 1288, 1306.1, 1306.2, 1306.4, 1306.5, 1313-cü, “İpoteka haqqında” Qanunun 8.1, 8.2, 30.1, 48-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

37.Cavabdehlər cavabdeh1 və cavabdeh3 (vəkil: Vəkil) birgə qaydada kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli əmlaklar ##.##.2024-cü il tarixində ipoteka ilə yüklü edildiyindən, bağışlama müqavilələri isə ondan 3 ay öncə notariat ofisində rəsmiləşdirildiyindən bu münasibətlərə “İpoteka haqqında” Qanunun müddəalarının tətbiq edilməsi hüquqi cəhətdən düzgün olmamışdır. Apellyasiya məhkəməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı bəndinin 3-cü abzasını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, bağışlama müqaviləsi bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya məhkəməsi bütün ailə üzvlərinin mirasdan bir şəxsin xeyrinə imtina etməsini, sonradan isə isə digər qardaşa bağışlanmasının hüquqdan sui-istifadə olduğu qənaətinə gəlsə də bu barədə mövqeyini əsaslandırmamışdır. Halbuki bağışlama müqavilələri bağlanarkən mübahisəli əmlakların ipoteka ilə yüklü edilməməsi, həbsdə olmaması və özgəninkiləşdirilməsinə qadağa qoyulmaması qeyd edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39.İddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehin kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. 40.Etiraz belə əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin icra edilməsi məqsədilə iddiaçı və cavabdeh arasında razılaşma əldə edilmiş və bu səbəbdən məcburi icra tədbirlərinin görülməsi istiqamətində bank tərəfindən addımlar atılmamışdır. 2012-ci ildə Ələkbərov Fəzail vəfat etdiyindən və vərəsəlik işi açılmadığından həmin qətnamənin icrası üzrə hərəkətlər dayandırılmışdır. Elə bu səbəbdən də cavabdehlər Elşən və cavabdeh1lar əmlakların bankda yüklü olduqlarını bildikləri üçün vərəsəliyi 2022-ci ilədək, yəni 10 il müddətində qəbul etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 42.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

43. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 44.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 45.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 46.Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 47.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 48.Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 49.Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 51.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 54.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

55.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 56.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 58.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Rövşən və cavabdeh3ların atalarının bankdan kredit götürməsi və həmin kreditin təminatı kimi əmlakların ipoteka ilə yüklü edilməsi barədə məlumatsız olmaları inandırıcı deyil. Borclunun ölümündən sonra ailə üzvlərinin miras payından bir nəfərin xeyrinə imtina etməsi və daha sonra həmin şəxsin əmlakları digər qardaşa bağışlaması kreditorun hüquqlarından yayınmağa yönəlmiş hüquqdan sui-istifadədir. Beləliklə, kreditorun hüquqlarının təminatı olan əmlaklarla bağlı həyata keçirilmiş əməliyyatlar mülki məsuliyyətdən yayınmağa yönəlmişdir və bunun əksini sübut edən əsaslı dəlillər isə təqdim edilməmişdir. 59.Məhkəmə vurğulamışdır ki, borclu öldükdən sonra ailənin bütün üzvlərinin bir nəfərin xeyrinə miras payından imtina etməsi, daha sonra xeyrinə imtina edilmiş şəxsin məhz tələbkar tərəfindən icra sənədi yenidən icraya yönəldilməsi barədə müraciət edildikdən sonra həmin əmlakları digər qardaşa, yəni cavabdeh3 bağışlaması cavabdehlər tərəfindən hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilməlidir. 60.Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (§ 42-44,46). 61.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 62.O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 63.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 64.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 65.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar