Məhkəmə qərarları › İş №2(1-8)-425/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-425/2026

23.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-425/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı iddiaçı5 və digərlərinin cavabdeh İsmayılova Tərlan İslam qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 noyabr 2*25-ci il tarixli, 2(1*4)- 133/2*25 saylı qətnaməsindən iddiaçılar iddiaçı5, iddiaçı1, iddiaçı4, iddiaçı6 və İsgəndərova (Həsənova) Aynur Yaşar qızı tərəfindən birlikdə verilmiş kassasiya şikayəti üzrə işə 23 aprel 2*26-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. *2 may 2*19-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evi iddiaçı2, iddiaçı6, iddiaçı5, iddiaçı4, İsgəndərova Aynur Yaşar qızı, iddiaçı1 ümumi birgə mülkiyyətində olmuşdur.

2. 27 avqust 2*21-ci il tarixdə tərəflərin Gəncə “Asan Xidmət” mərkəzi Notariat ofisinə ünvanlanmış ərizələrinə əsasən, iddiaçı5, iddiaçı2, iddiaçı1, iddiaçı4, iddiaçı6, İsgəndərova Aynur Yaşar qızına məxsus olan Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi 145,5 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi *,12 ha torpaq sahəsinin 25.*** manata satılması barədə razılığa gəlmişlər.

3. AR Ədliyyə Nazirliyi Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən “xxxx” ASC-nin “Asan Xidmət” Gəncə şöbəsinə ünvanlanmış 27 avqust 2*21- ci il tarixli məktuba əsasən, İsmayılova Tərlan İslam qızı tərəfindən Samux rayonu, Bağbanlar kəndində yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25.*** manatın müvafiq alqı-satqı müqaviləsi tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında Samux rayonu, Bağbanlar kəndində qeydiyyatda olanlar: iddiaçı2, iddiaçı6, Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olanlar: iddiaçı5, iddiaçı1, iddiaçı4 və İsgəndərova Aynur Yaşar qızına verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

4. “xxxx” ASC-nin 27 avqust 2*21-ci il tarixli mədaxil qəbzinə əsasən İsmayılova Tərlan İslam qızı 25.*** manatı notariusun depozit hesabına köçürmək üçün banka mədaxil etmişdir.

5. “Nikah haqqında” Şəhadətnaməyə əsasən iddiaçı5 ilə X1 arasında nikah ## ###### 1983-cü il tarixdə qeydə alınmış və nikah bağlandıqdan sonra iddiaçı6 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan *,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evinin əri iddiaçı5 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda onlar arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.

6. “Nikah haqqında” Şəhadətnaməyə əsasən, iddiaçı1 ilə X2 arasında nikah 14 mart 2**8ci il tarixdə bağlanmış və nikah bağlandıqdan sonra X5 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi birgə mülkiyyətində olan *,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evinin əri- iddiaçı1 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda onlar arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.

7. “Nikah haqqında” şəhadətnaməyə əsasən, iddiaçı2 ilə X10 arasında nikah bağlanmış və nikah bağlandıqdan sonra X8 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi birgə mülkiyyətində olan *,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evinin əri – iddiaçı2 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda onlar arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.

8. “Nikah haqqında” şəhadətnaməyə əsasən, İsgəndərov Fuad Saday oğlu ilə X3 arasında nikah bağlanmış və nikah bağlandıqdan sonra İsgəndərov Fuad Saday oğlu tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi birgə mülkiyyətində olan *,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evinin arvadı- İsgəndərova Aynur Yaşar qızına məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda onlar arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.

9. “Nikah haqqında” şəhadətnaməyə iddiaçı4 ilə X4 arasında nikah 25 mart 2*1*-cu il tarixdə Bağbanlar kəndi üzrə İcra nümayəndəliyində bağlanmış və nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. X4 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə bildirilmişdir ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi birgə mülkiyyətində olan *,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evinin əri- iddiaçı4 məxsus olan hissəsinin satılmasına etiraz etmir. Eyni zamanda onlar arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi öhdəsinə götürür.

10. 27 avqust 2*21-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satıcılar iddiaçı5, iddiaçı2, iddiaçı1, iddiaçı4, iddiaçı6, İsgəndərova X7 rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evini alıcı İsmayılova Tərlan İslam qızına satmışlar.

11. Reyestr xidməti tərəfindən verilmiş 27.*8.2*21-ci il tarixli arayışa əsasən alqı-satqı müqaviləsi bağlananadək Samux rayonu, Bağbanlar kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

12. 18 sentyabr 2*21-ci il tarixli Çıxarışa əsasən, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İsmayılova Tərlan İslam qızıının adına qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçılar iddiaçı5, iddiaçı2, iddiaçı1, iddiaçı4, iddiaçı6, İsgəndərova (Həsənova) Aynur Yaşar qızının cavabdehlər İsmayılova Tərlan İslam qızı, Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və Reyestr Xidmətinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.*8.2*21-ci il tarixdə notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

14. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı5 ailə başçısı kimi o, ailəsi ilə birlikdə Samux rayonu, Bağbanlar kəndində yaşayır. 2*21-ci ildə oğlu iddiaçı2 böyük məbləğdə borcu olduğunu, tez bir zamanda bu borcu ödəyə bilməsə onun üçün çox pis olacağını bilmişdir. Təbii ki, bundan çox narahat olmuş, ondan borcun haradan yarandığını soruşsalar da, günü bu günədək onlara bu barədə məlumat verməmiş, sadəcə bildirmişdir ki, ayrı-ayrı şəxslərə müxtəlif məbləğdə (məsələn: Xəyala 3.4** manat, Müseyibov Süleymana 8** manat, Eldənizə 2.*** manat və s.) borcu var, tez bir zamanda borcları qaytarmağa məcburdur, əks halda onun üçün çox pis vəziyyət yaranacaqdır. Bundan sonra onlar borc pul axtarmağa başlamışlar ki, Elvinin borclarını qaytarsınlar. Elvinin tanıdığı Elnur adlı şəxs ona kömək edə biləcək adamı tanıdığını, həmin adamın faiz qarşılığında Elvinə borc verə biləcəyini, hətta özünün də həmin şəxsdən borc aldığını bildirmişdir. Elnur Elvini cavabdehlə tanış etmiş, hətta Tərlan onların evlərinə bir neçə dəfə gəlmiş, Elvinin borclarını qaytarması üçün borc verə biləcəyini, lakin işini bütöv tutması üçün onunla müqavilə bağlamaqla evi girov qoymaq lazım olduğunu vurğulamışdır. Elvin borcunun 15.*** manat olmasını bildirəndən sonra, Tərlan onlara 36 ay müddətinə ayda 8** manat qaytarmaq şərti ilə verə biləcəyini bildirmişdir. Beləliklə onlar Gəncə “Asan Xidmət” Mərkəzində 27.*8.2*21-ci il tarixdə müqavilə bağlamışlar. Əslində bu müqavilənin alqı-satqı müqaviləsi olmasını onlar sonradan dərk etmişlər. Belə ki, onların cavabdehlə aralarındakı razılıq belə olmuşdur ki, cavabdeh onlara 15.*** manat pul verəcək, onlar da pulu artıqlaması ilə ayba ay geri qaytaracaqlar. Baxmayaraq onlar aralarında rəsmiləşdirilən müqavilənin əslində girov müqaviləsi yox, alqı-satqı müqaviləsi olduğunu sonradan bilmişlər. Lakin hər ay cavabdehə borcu qaytardıqlarından, həmçinin cavabdehlə aralarında narazılıq olmadığından düşünməmişlər ki, cavabdeh bundan sui-istifadə edərək aralarında bağlanmış alqı-satqı müqaviləsindən istifadə edərək, onları evdən çıxarmaq niyyətinə düşmüşdür. Yaşadıqları evin 2*21-ci ildə bazar dəyəri 9*.*** manatdan aşağı olmayıb. Tələm tələsik bu evi heç olmasa 7*.*** manata satmaq mümkündür. Lakin aralarındakı müqavilə formal olaraq bağlanmış və müqavilədəki 25.*** manat qiymət formal olaraq göstərilmişdir. Belə ki, Elvinə 15.*** manat pul lazım olmuş, lakin notarius onlara bildirmişdir ki, evin qiymətini 15.*** manat göstərmək mümkün olmayacaq. Çünki bu qədər ucuz ev satılması inandırıcı olmaz. Ona görə də cavabdeh təzədən evin qiymətini 25.*** manat yazdırmış, hətta üstündə əlavə 1*.*** manat olmadığına görə, özünün tanıdığı bir nəfərə dedikdən sonra 1*.*** manatı da gətirib müqaviləyə uyğun satıcının depozit hesabına qoymuş, bundan sonra Elvin 25.*** manatın 1*.*** manatını onların yanında dərhal cavabdehə qaytarmış, 15.*** manatdan da təxminən vergi və sənəd işlərinə görə 1.2**-1.3** manat çıxılmış, beləliklə Elvinə haradasa 13.7** manat pul çatmışdır. Bu dediklərini “Asan Xidmət”də etmişlər, hətta orada olan kameralara baxış keçirməklə bunun müəyyən etmək mümkündür. Elvinin borcu təxminən 15.*** manat olduğundan, hətta cavabdeh elə orada təzədən Elvinə 1.*** manat da pul vermişdir ki, təki Elvin borcunu qaytara bilsin. Danışıq belə olmuşdur ki, 15.*** manatı ayda 8** manat olmaqla, 36 ay boyunca ödənilsin, bunun 1.*** manata aidiyyəti yoxdur. 1.*** manatı ayda 4** manat olmaqla 3 ay boyunca ona qaytaraq. Beləliklə 1.*** manat pulu Elvin 3 aya qaytarmışdır. 15.*** manat borcdan isə 1-ci ayda 8** manatı Afətlə Elnur birlikdə aparıb cavabdehin qonşusuna vermişlər. Çünki cavabdeh evdə olmadığını, ona görə də pulu qonşuya vermələrini demişdir. 2-ci ayı 8** manatı Afətlə Elnur aparıb şəxsən cavabdehə vermişdir. 3-cü ayın ödənişinə gələndə Elvin artıq Moskvadan qayıtmış, aparıb özü vermişdir. 4 və 5-ci ayda ödənişi birlikdə 1.6** manat şəklində vermişdir. Bu minvalla aydan-aya ödənişlər etsələr də, lakin sonralar çətinlikləri olmuşdur. Artıq ödənişlərin vaxtında qaytara bilmədiklərindən cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamış, son zamanlar bu daha da dərinləşmiş, ona görə də onlar pulu rəsmi olaraq vermək qərarına gəlmişlər. İddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən göründüyü kimi 1*** manat pulu *2.*6.2*23-cü il tarixdə cavabdehin hesabına köçürmüşlər. Təəssüflər olsun ki, qaytardıqları pulların hamısını bu üsulla yox, əldən-ələ vermişlər. Əgər onların aralarında bağlanılmış alqı-satqı müqaviləsinin əsl məzmunu o olmuşdursa ki, onlar əmlakı satıb müqavilədə göstərilən müddətdə (1 ay) evdən çıxacaqlar, onda sual yaranır ki, bəs aradan keçən 2 il müddətində onlar niyə evdən çıxmamışlar və ya bu müddət boyunca niyə cavabdeh maraqlı olmamışdır ki, onları evdən çıxarmış olsun? Hansı ki, cavabdeh cari ilin avqust ayında evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək onlara qarşı iddia qaldırmışdır. Buna səbəb artıq cavabdehlə aralarında olan narazılıqlardır. Belə ki, onlar cavabdehə 12.*** manat pul qaytarmış, lakin cavabdeh bunu danaraq ona bu qədər pul qaytarmadıqlarını deməsidir. Cavabdeh həmin iddia ərizəsində bu qədər gözləməsinin xoşniyyət olduğunu, guya onlara yaxşılıq etdiyini bildirsə də, əlbəttə bunlar tam yalandır. Belə ki, inandırıcı deyildir ki, əgər cavabdehin əsl niyyəti ev almaq olmuşdursa (tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsi yalan əqd deyildirsə) onda nəyə görə bu qədər gözləmək məcburiyyətində qalmışdır. Cavabdeh evdən çıxarılma tələbi üzrə iddia ərizəsində açıq şəkildə qeyd edir ki, onlar cavabdehin qohumları, tanışları və ailə üzvü deyildir. Göründüyü kimi ev almış olasan, 2 il boyunca satıcılar evdən çıxmasın və bu müddət ərzində satıcılara qarşı tələb irəli sürməyəsən. Bütün bunlar bir daha ona əsas verir ki, həqiqətən onlar arasında olan müqavilə yalan əqd olmuş, sadəcə tərəflərin niyyəti alınan borc qarşılığında evi girov qomaq olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsindən sonra daşınmaz əmlakın dövlət reyestrindən *2.*9.2*21-ci il tarixli çıxarış almışdır.

15. İddiaçılar iddiaçı2, iddiaçı5, iddiaçı1, iddiaçı4, iddiaçı6 və İsgəndərova (Həsənova) Aynur Yaşar qızı digər iddiaçılar ilə oxşar məzmunlu izahatlar verərək göstərmişlər ki, onların mübahisələndirilən alqı-satqı müqaviləsindən xəbərləri olmamış, ailə üzvlərinin xahişinə əsasən Gəncə “Asan Xidmət” Mərkəzinin notariat ofisinə gələrək orada notariusun işçilərinin təqdim etdiyi sənədlərə oxumadan imza etmişlər və həmin sənədlərin mətni ilə tanış olmamışlar. Onlar yalnız evlərinin cavabdehdən alınan borca görə girova qoyulduğunu və buna görə cavabdehlə aralarında girov müqaviləsi bağlanıldığını başa düşmüşlər. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər.

16. Cavabdeh İsmayılova Tərlan İslam qızı iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçılarla onun arasında Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evinə dair AR Ədliyyə Nazirliyi, Gəncə “Asan Xidmət” mərkəzi Notariat ofisində 27 avqust 2*21-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sözügedən alqı-satqı müqaviləsi tərəflərin razılığı əsasında qanunun tələblərinə əməl edilməklə və heç bir qanun pozuntusuna yol vermədən bağlanmışdır. İddiaçıların qeyd etdikləri həqiqətə uyğun olmamaqla, yanaşı buna dair heç bir sübutları mövcud deyil. Bundan başqa, onun tərəfindən iddiaçılara humanist davranılmış, alqı-satqı müqaviləsindən sonra onların xahişi əsasında evdə bir müddət yaşamalarına razılıq vermişdir. Bundan sonra iddiaçılar evdən çıxmadıqlarına görə o, evdən çıxarılma tələbi ilə 2*23-cü ilin əvvəllərində məhkəmədə iddia qaldırmışdır. Hazırda həmin mülki işin icraatı bu işlə əlaqədar olaraq dayandırılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

17. Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2*24-cü il tarixli, 2(125)-51*/2*24 saylı qətnaməsi ilə (hakim Zaman İmanov) iddiaçıların cavabdehlərə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilməmişdir.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, *2 may 2*19-cu il tarixli Çıxarışa əsasən Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. 27 avqust 2*21-ci il tarixdə tərəflər Gəncə “Asan Xidmət” mərkəzi Notariat ofisinə ərizə ünvanlayaraq, iddiaçılara məxsus sözügedən əmlakın 25.*** manata satılması barədə razılığa gəlmişlər. İddiaçılar həmin əmlakı 25.*** manata cavabdehə satmışlar və notariat orqanında 27 avqust 2*21-ci il tarixli alqı-satqı müqaviləsi bağlmış və əmlaka dair cavabdehin adına *2 sentyabr 2*21-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir.

19. Hazırda iddiaçılar cavabdehlə aralarında notarial qaydada bağlanmış 27 avqust 2*21-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirərək, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını iddia etmişlər.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar cavabdehlə aralarında alqı-satqı müqaviləsi yox, əslində ipoteka müqaviləsi bağlamaq niyyətində olduqlarını, cavabdehlə aralarında sözügedən müqavilə bağlanan zaman həmin müqavilənin alqı-satqı müqaviləsi olduğunu bilmədiklərini əsas gətirərək, mübahisəli əmlaka dair cavabdehlə aralarında bağlanmış 27 avqust 2*21-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş *2 sentyabr 2*21-ci il tarixli Çıxarışın ləğv edilməsini tələb etmişlər.

21. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçılar tərəfindən irəli sürülmüş dəlillər məhkəmə iclasında öz təsdiqini tapmadığından, eyni zamanda, iddiaçılar tərəfindən məhkəməyə qeyd edilən xüsusatların təsdiq olunması barədə heç bir mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mübahiməli əmlakı satmaq barədə əvvəlcədən məlumatlı olmuş və notariat ofisində öz iradələrini ifadə edərək öz əmlaklarını cavabdehə satmışlar.

23. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 14*, 144,1, 324.1, 324.4, 337.1, 337.4, 339.3, 347.1, 347.2, 347.3, 347.4, 347,5, 347,6, 347.7, 4*4.1-ci, habelə MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

25. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir, əslində isə həmin sübutlar hazırkı alqı-satqı müqaviləsinin evin satılması niyyəti olmadan, məcburiyyətdən, borcun qaytarılmasının təminatı qismində bağlanmasını təsdiq edir. Həmin alqı-satqı müqaviləsi onların ağır vəziyyətə düşmələri nəticəsində girov müqaviləsi adı altında, yəni başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqd olmuşdur. Məhkəmə tərəfindən araşdırılmayan işin faktiki hallarından biri iş materiallarına tərəflərindən əlavə edilmiş *2.*6.2*23-cü il tarixli “Million” elektron ödəmə sistemi vasitəsilə iddiaçı iddiaçı2 tərəfindən cavabdehə məxsus karta göndərdiyi 1.*** manat pulun qəbzidir ki, həmin ödəmənin tarixindən göründüyü kimi, alqı-satqı müqaviləsindən sonraya təsadüf edir. Buradan aydın olur ki, alqısatqı müqaviləsində satıcı qismində iştirak edən iddiaçı2 alıcı- cavabdehə müqavilə bağlandıqdan sonra pul verməsi, heç də onların alqı-satqı müqaviləsindəki tərəf olaraq vəzifələrinə uyğun deyil. Belə ki, alqı-satqı müqaviləsi zamanı satıcı deyil, alıcı satıcıya pul ödəməlidir və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, elə müqavilə bağlanan zaman ödənilməlidir. Lakin, satıcı tərəfindən, özü də alqı-satqı müqaviləsindən sonra ödənilməsi, bu müqavilənin əslində nəzərdə tutulmuş əqd olmadığını göstərir. Məhkəmə işin 1*-ci səhifəsində olan, qeyd edilən qəbz barədə nə məhkəmə araşdırılması zamanı tədqiqat aparmamış, nə də qətnamədə qəbzin varlığı barədə ümumiyyətlə heç nə qeyd etməmişdir. Bundan başqa, baxmayaraq ki, iddiaçılar Gəncə “Asan Xidmət” mərkəzində onlara 15.*** manat pul verildiyini, lakin, evin qiymətinin baha olduğu üçün 15.*** manatın inandırıcı olmadığına görə müqavilədə formal olaraq 25.*** manat göstərildiyini bildirmişlər, lakin, məhkəmə “Asan Xidmət” mərkəzinə video-görüntülərin əldə edilməsi üçün sorğu göndərməmişdir. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, iddiaçılar müqavilədə nəzərdə tutulan müddətdə (1 ay) yaşayış sahəsini tərk etməyi öhdələrinə götürmüşlər, lakin, hazırkı vaxta qədər əvəzsiz olaraq yaşamalarını davam etdirmişlər. Cavabdeh tərəfindən isə məhkəmədə iddiaçılara qarşı evdən çıxarılma tələbinə dair iddia tələbi müqavilə bağlanıldıqdan iki il sonra, 2*23-cü ilin avqust ayında aralarında ödənişlə əlaqədar narazılıqlar yarandıqdan sonra qaldırılmışdır (həmin iddia ərizəsini şikayətimə əlavə edilir). Bu fakt mübahisələndirilən alqı-satqı müqaviləsinin alqı-satqı niyyəti olmadan formal bağlandığını təsdiq edir. Cavabdeh tərəfindən həmin iddia qaldırılana qədər onlar düşünə bilməzdilər ki, o, bundan sui-istifadə edərək bu gün bizi evdən çıxarmaq niyyətində olsun. Məhz onlar tərəfindən hazırkı iddianın cavabdeh tərəfindən onlara qarşı evdən çıxarılma tələbi qaldırdıqdan sonra qaldırmaları onu göstərir. Bundan başqa, məhkəmə alqı-satqının predmeti olmuş evin likvid dəyərinin müqavilədə qeyd edilmiş qiymətdən dəfələrlə artıq olmasına da heç bir hüquqi qiymət verməmişdir. Belə ki, ev *,12 ha torpaq sahəsində yerləşməklə, 145,6 kv.m sahədən ibarətdir. Hələ həmin dövrdə evin bazar dəyəri 9*.*** manat olmuşdur. Hazırda evin likvid dəyəri 75.*** manatdır. 15.*** manata və ya formal olaraq müqavilədə göstərilmiş 25.*** manata, həmin ərazidən üzərində ev olmayan, sadəcə *,*6 ha torpaq sahəsi almaq olar. Aydındır ki, onların evi 15.*** manatdan ötrü cavabdehin mülkiyyətinə keçirməkdənsə, hətta 2*.*** manat aşağı qiymətə satmaq daha sərfəlidir. Bununla da, evin alqısatqısına dair müqavilə üzrə iddiaçılara pulun verilməməsi, həmin zaman verilən pulun borc müqaviləsi üzrə iddiaçılara verilməsi öz təsdiqini tapır.

26. “xxxx” MMC-nin 28.*7.2*25-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evinin ümumi bazar dəyəri təqribən 88.*** manat, likvid dəyəri isə 71.*** manat təşkil etmişdir.

27. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 noyabr 2*25-ci il tarixli, 2(1*4)- 133/2*25 saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən, məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29.*4.2*24-cü il tarixli, 2(125)-51*/2*24 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Belə ki, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar olmamışdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar apellyasiya şikayətində mübahisəli daşınmaz əmlakın faktiki satış qiymətinin əmlakın real bazar dəyərinə uyğun olmadığını, əmlakın bazar dəyərinin əslində 9*.*** manat, likvid dəyərinin isə 75.*** manatdan artıq olduğunu bildirərək, bu faktı alğı-satqı müqaviləsinin etibarsızlığına əsas kimi təqdim etmişlər.

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların müqavilənin qiyməti əsasında etibarsız hesab edilməsi barədə təqdim edilən arqumentləri baxılan işlə təsdiqlənməmişdir.

32. Beləliklə, tərəflər mübahisəli əmlaka dair alğı-satqı müqaviləsini bağlayarkən öz iradələrindən asılı olaraq əmlakın dəyərini müəyyən etmişlər. Bu səbəbdən iddiaçıların əmlakın dəyərini mübahisələndirməsi heç bir mötəbər əsasa dayanmamış və hazırkı iddianın həll edilməsində heç bir rol oynamamışdır.

33. Hazırkı işdə satış qiymətinin bazar dəyərindən aşağı olması yalnız bu fakt əsasında əqdin etibarsızlığı üçün əsas ola bilməz. Əqdin etibarsız hesab edilməsi üçün həmçinin iradə qüsurları, aldatma, zorakılıq və sair hüquqi hal olmalıdır ki, bunlar da iş üzrə sübuta yetirilməmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və iş üzrə məhkəmə qətnaməsini işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun hesab etmişdir.

35. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 14*, 144,1, 324.1, 324.4, 337.1, 337.4, 339.3, 347.1, 347.2, 347.3, 347.4, 347,5, 347,6, 347.7, 4*4.1-ci, habelə MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

36. İddiaçılar (vəkil vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *5.11.2*25-ci il tarixli, 2(1*4)-133/2*25 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar müqavilədə nəzərdə tutulan müddətdə (1 ay) yaşayış sahəsini tərk etməyi öhdələrinə götürmüşdülər, lakin həmin vaxta qədər əvəzsiz olaraq orada yaşamaqda davam etmişlər. Cavabdeh tərəfindən məhkəmədə iddiaçılara qarşı “evdən çıxarılma” barədə məhkəmədə iddia qaldırılmış və müqavilə bağlandıqdan iki il sonra, 2*23-cü ilin avqust ayında tərəflər arasında ödənişlə bağlı narazılıqlar yarandıqdan sonra qaldırılmışdır. Bu hal mübahisələndirilən alqı-satqı müqaviləsinin alqı-satqı niyyəti olmadan formal bağlandığını təsdiq edir. AR Mülki Məcəlləsinin 4*4.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə yalnız müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, müqavilənin bütövlükdə məzmununu və digər şərtlərlə qarşılıqlı əlaqəsini nəzərə almalı idi. Eyni zamanda, alqı-satqının predmeti olmuş evin likvid dəyərinin müqavilədə göstərilən qiymətdən dəfələrlə artıq olması da müqavilənin yalan əqd olduğunu göstərir. Tərəflərin iradə ifadələrinin həqiqi mənası ondan ibarət olmuşdu ki, sözügedən alqı-satqı müqaviləsi evin faktiki satışı məqsədilə deyil, borcun qaytarılmasının təminatı kimi bağlansın. Apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olub-olmamasını dəqiqləşdirmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspertiza nəticəsində evin likvid dəyərindən dəfələrlə aşağı qiymətə satıldığı, satıcıların müqavilədən sonra həmin əmlakda əvəzsiz yaşamağa davam etdikləri və iş üzrə müəyyən edilmiş digər hallar tərəflər arasında münasibətin alqı-satqı deyil, borc münasibəti olduğunu təsdiq etmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarının tələblərini nəzərə almamış, müqavilənin görünüş məqsədli bağlanmasına və əslində borc öhdəliyinin təminat xarakteri daşımasına düzgün hüquqi qiymət verməmişdir. O, birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq yalnız formal tələblərə riayət olunmasına əsaslanmış və müqaviləni etibarlı hesab etmişdir. Halbuki, qanuna görə baxılan iş üzrə bütün zəruri məsələlərə aydınlıq gətirilməli və ziddiyyətli məqamlar aradan qaldırılmalı idi. Lakin hazırkı işdə ziddiyyətli hallara düzgün hüquqi qiymət verilməmiş və nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir. Belə ki, likvid dəyəri 77.*** manat olan və təxminən 88.*** manat bazar dəyərinə malik evin iddiaçı tərəfindən ən azı 5*.*** manata satılması mümkün olduğu halda, 25.*** manata cavabdehə satılması işin nəticəsinə ciddi təsir göstərən ziddiyyətli hal kimi aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası əlavə ekspertiza təyin etmiş və ekspert rəyi ilə də evin dəyərinin satış qiymətindən dəfələrlə yüksək olduğu sübuta yetirilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası qətnamənin 95-ci bəndində iddiaçıların müqavilənin qiymətə görə etibarsız hesab olunması barədə arqumentlərinin təsdiqlənmədiyi qənaətinə gəlmişdir. Bununla da məhkəmə kollegiyası nəinki ziddiyyətləri aradan qaldırmamış, əksinə, özü əlavə ziddiyyətlər yaratmışdır. Məhkəmə kollegiyası AR Konstitusiya Məhkəməsi Plenumunun *2 aprel 2*21-ci il tarixli Qərarına istinad edərək etibarlı əqdin formalaşması üçün zəruri şərtlərin – lazımi subyektlərin iştirakı, iradə və iradə ifadəsinin uyğunluğu, hüquqi forma və məzmunun qanunvericiliyə uyğunluğu – mövcud olduğunu bildirmişdi. Lakin həmin elementlərdən biri, yəni iradə ilə iradə ifadəsinin uyğunluğu bu mübahisəli müqavilənin bağlanılması zamanı mövcud olmamışdır. Nəticə etibarilə, məhkəmə kollegiyası tərəfindən maddi hüquq normasının pozulması apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməməsinə səbəb olmuş və iddiaçıların işinin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq araşdırılması hüquqları pozulmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

39. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Maddə 29. III. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

43. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

44. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

45. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

46. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

48. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

49. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

50. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

51. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

52. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

53. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

54. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

55. Maddə 4*4.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

56. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

57. Maddə 56*.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

58. Maddə 56*.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

61. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxı

64. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

65. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

69. İddiaçılar tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

70. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

71. Belə ki, işdən görünür ki, Samux rayonu, Bağbanlar kəndində yerləşən ümumi sahəsi *,12 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 145,6 kv.m olan fərdi yaşayış evi iddiaçıların ümumi birgə mülkiyyətində olmuş və onlar həmin əmlakı 27 avqust 2*21-ci il tarixli notraial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 25.*** manata cavabdehə satmışlar. 18 sentyabr 2*21-ci il tarixdə əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmışdır.

72. Hazırda iddiaçılar (iddia ərizəsi məhkəməyə 17 noyabr 2*23-cü il tarixdə daxil olub) sözügedən alqı-satqı müqaviləsinin yalan əqd olmaqla, başqa əqdi, yəni iddiaçı2 cavabdehdən aldığı 15.*** manat borcu pərdələmək məqsədi ilə bağlandığını, müqavilə üzrə tərəflərin iradə ifadəsinin əslində alqı-satqı müqaviləsinin bağlanmasına yönəlmədiyini, bu halların cavabdehin onlara qarşı ötən iki il müddət ərzində evdən çıxarılma barədə iddia qaldırmaması, əmlakın bu müddət ərzində onların faktiki sahibliyində, istifadəsində olması, 2*21-ci ildə mübahisəli əmlakın real bazar qiymətinin 9*.*** manatdan aşağı olmaması və.s ilə təsdiq olunduğunu göstərib, alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, əmlaka dair cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini iddia etmişlər.

73. Cavabdeh isə mübahisəli əmlaka dair alqı-satqı müqaviləsinin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığını, həmin müqavilə üzrə iddiaçıların əmlakı onun mülkiyyətinə verdiyini, onun isə əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş 25.*** manat pul vəsaitini iddiaçılara ödədiyini, məhz iddiaçıların xahişi ilə onların bir müddət evdə yaşamalarına razılıq verdiyini göstərib, iddiaya etiraz etmişdir.

74. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmış və həmin müqavilənin etibarsızlığı üçün qanunda nəzərdə tutulan əsaslar olmamışdır. Həmçinin alqı-satqı müqaviləsinin yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədilə bağlanması mülki iş materialları ilə öz təsdiqini tapmamışdır.

75. Əvvəla qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsinin əqdin etibarsızlığına dair mübahisəyə baxarkən yalnız iradə ifadəsini deyil, həm də bu iradənin formalaşmasına və bəyan edilməsinə əsas olmuş şəraiti, motivi və tərəflər arasındakı həqiqi münasibətləri çəkişmə prinsipi çərçivəsində müəyyən etməli idi.

76. Nəzərə alınmalıdır ki, işə əlavə olunmuş sübutların tədqiqi nəticəsində məhkəmənin müəyyən etdiyi yekun faktiki hallara aidiyyəti hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

77. Hazırkı işdə, apellyasiya instansiyası məhkəməsi bu qaydaya əməl edilməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

78. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçıların tələbinin qanuni əsası kimi istinad etdikləri AR Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin tələblərini onların apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Halbuki, hazırkı işin obyektiv həlli üçün ilk növbədə qeyd olunan normada nəzərdə tutulan yalan əqdin mahiyyətinə və qanunda nəzərdə tutulan dispozisiya şərtlərinə diqqət etmək lazım idi.

79. Qeyd olunmalıdır ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

80. Normanın mənasına görə yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar.

81. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur.

82. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2*22-ci il tarixli Qərarında göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

83. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu AR Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

84. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən alqı-satqı müqaviləsinin yalan əqd olmaması və bu səbəbdən də etibarsız sayılmaması üçün sadalan şərtlərin hər biri apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Halbuki, yuxarıda sadalanan şərtlərdən birinin sübuta yetirilməsi AR Mülki Məcəlləsinin 34*.2-ci maddəsinə söykənən tələbin təmin edilməsi üçün əsasdır.

85. Bundan başqa, iddiaçılar iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində göstərmişlər ki, mübahisəli evi və torpaq sahəsini satmaq niyyətində olmamışlar və əslində alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi, yəni iddiaçı2 cavabdehdən aldığı borcu pərdələmək məqsədilə bağlanmışdır. Bu fakt 2*21-ci ildə mübahisəli əmlakın real bazar dəyərinin 25.*** manat deyil, 9*.*** manat olması, həmin vaxtdan fasiləsiz və etirazsız olaraq mübahisəli evdə yaşamaları, habelə borcun bir hissəsini yazılı qəbzlə və şifahi qaydada cavabdehə qaytarmaları və.s ilə təsdiq olunmuşdur.

86. İddiaçıların tələbinin əsası kimi istinad etdikləri bu hallar işə əlavə edilmiş mübahisəli əmlakın qiymətinə dair qiymətləndiricinin hesabatları, habelə cavabdehin kart hesabına 1.*** manat pul vəsaitinin köçürülməsi barədə qəbzlə və.s təsdiq olunur. Belə ki, işə əlavə edilmiş “xxxx” MMC-nin hesabatına əsasən, mübahisəli evin torpaq sahəsi ilə birlikdə *4 iyun 2*24-cü il tarixə likvid dəyəri 72.25* manat, bazar dəyəri 8*.3** manat; 28 iyul 2*25-ci il tarixə likvid dəyəri 71.*** manat, bazar dəyəri 88.*** manat təşkil edir. Həmçinin iddiaçılar *2 iyun 2*23-cü il tarixdə “xxxx” MMC million elektron ödəmə sistemi vasitəsilə cavabdehin kart hesabına 1.*** manat pul köçürmüşlər.

87. Cavabdehin nümayəndəsi Nümayəndə izahatında 1.*** manatın alqı-satqı müqaviləsindən sonra Aynurun anasından nisyə aldığı qızıl-zinət əşyalarının pulu olduğunu göstərsə də, işdə bu halı təsdiq edən başqa sübut yoxdur.

88. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qeyd olunan hallar üzrə heç bir araşdırma aparmadan, mübahisəli əmlakın alqı-satqı müqaviləsində göstərilən qiymətlə, qiymətləndiricinin hesabatlarında göstərilən qiymətlər arasındakı kəskin fərqləri nəzərə almadan, cavabdehin alqı-satqı müqaviləsinin bağlanmasından ötən iki il müddət ərzində iddiaçılara qarşı evdən çıxarılma barədə iddia qaldırmamasının, habelə alqı-satqı müqaviləsinin bağlanmasından sonra iddiaçıların cavabdehə nəyə görə pul göndərmələrinin səbəblərini dəqiqləşdirmədən, başqa sözlə mübahisəli əmlaka dair tərəflər arasında bağlanmış hazırkı alqı-satqı müqaviləsinin əsaslılığını AR Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin dispozisiya şərtləri baxımından lazımı qaydada yoxlamadan, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə kifayətlənərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

89. Qeyd olunan hallar tərəflər arasında açıq-aşkar alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin əmələ gəlməsi nəticəsinə gəlməyə əsas vermir.

90. Belə ki, AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

91. Bu müqavilə üzrə satıcının öhdəliyi əşyanı alıcının mülkiyyətinə vermək, alıcının öhdəliyi isə əşyanın dəyərini satıcıya ödəməkdir.

92. Alıcının əşyanın dəyərini satıcıya ödəmək öhdəliyi müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməklə həyata keçirilir. Belə ki, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

93. Bundan başqa, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin həmin müqavilədən irəli gələn hansı əqdi sənədləşdirmək düşüncəsi ilə hərəkət edib-etməmələrinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır.

92. Qanun da bunu tələb edir ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini nəzərə alsın.

94. Bu əsasla irəli sürülən etibarsızlıq tələbi ümumi mülahizələrlə deyil, müəyyən edilmiş faktiki halların qanunun konkret normasının dispozisiya şərtlərinə uyğunluğunu (uyğunsuzluğunun) yoxlanılması ilə həll edilməlidir. Çünki, AR Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

95. Hazırkı işdə, alqı-satqı müqaviləsinə dair aparılmış əsaslandırma onun şərtlərinə uyğun olmamış, məhkəmənin müəyyən etdiyi faktiki hallar üzrə mübahisələndirilən müqavilənin mahiyyəti və hüquqi təbiəti lazımi şəkildə təhlil edilməmiş, iddiaçıların istinad etdikləri dəlillərin etibarsızlıq şərtinə cavab verib-vermədiyi müzakirə olunmamışdır.

96. Qeyd edilənlər qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və yuxarıda sadalanan qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

97. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

98. Bu qaydalara riayət edilməməsi AR Konstitusiyasının 6*- cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X16 X19 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.

99. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

100. Yeni apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla, mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

101. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Qərara aldı: İddiaçılar iddiaçı5, iddiaçı1, iddiaçı4, iddiaçı6 və İsgəndərova (Həsənova) Aynur Yaşar qızının birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 noyabr 2*25-ci il tarixli, 2(1*4)- 133/2*25 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar