Məhkəmə qərarları › İş №2(1-8)-428/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-428/2026

21.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-428/2026 21.04.2026 ALI MƏHKƏMƏ cavabdeh4spublikası adından cavabdeh4spublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı X2 cavabdehlər: İddiaçı, cavabdeh4spublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsinə, cavabdeh4spublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinə və Goranboy Rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı, vəsiyyətnamə və qanun üzrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi) cavabdeh4spublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə cavabdeh4spublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Qarayev Eyyub Alməmməd oğlu və X18 ##.##.1965-ci ildə nikaha daxil olmuş, ##.##.2017-ci ildə Qarayeva Balaxanım, ##.##.2023-cü ildə isə Qarayev Eyyub vəfat etmişdir.

2. Goranboy rayon Aqrar Islahat Komissiyasının ## ###### 1999-cu il tarixli, ** saylı qərarına əsasən 0,61 ha torpaq sahəsi Goranboy rayonu, Məşədiqaralar kənd sakinləri Qarayev Eyyub Alməmməd oğlunun və X18 mülkiyyətinə verilmişdir.

3. ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 140,6 m2 olan fərdi yaşayış evinin (bundan sonra – “fərdi yaşayış evi”) və evin yerləşdiyi 0,27 ha torpaq sahəsinin hüquqi sahibləri Qarayev Eyyub (ümumi birgə) və Qarayeva Balaxanımdır (ümumi birgə) (##.##.2023-cü il tarixli çıxarışa əsasən).

4. Goranboy Rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 2v-1 *** nömrəli vəsiyyətnamədən görünür ki, Qarayev Eyyub Alməmməd oğlu harada yerləşməsindən və nədən ibarət olmasından olmayaraq bütün daşınar və daşınmaz əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir.

5. ##.##.2018-ci il tarixli çıxarışdan görünür ki, Goranboy rayon Notariat ofisi tərəfindən vəsiyyətnamə vəsiyyət edən Qarayev Eyyub Alməmməd oğlu, vəsiyyət edilən İddiaçı, şahidlər X4 və X5 iştirakları ilə təsdiq edilmişdir.

6. Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş ** nömrəli, ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, X12 Ibrahim Eyyub oğlunun qaynı, X5 Ibrahim Eyyub oğlunun arvadının bibisi oğlu, X4 isə İddiaçı dayısı oğludur.

7. * saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli **** nömrəli məktubdan görünür ki, ##.##.2017-ci il tarixdə ölmüş X18 tərəfindən Qarayev Eyyub Alməmməd oğlunun adına * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisində vəsiyyətnamə verilməmişdir.

8. ##.##.2023-cü il tarixli, 2V-*** reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-103 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə (bundan sonra – “vəsiyyətnamə”) əsasən vəfat etmiş Qarayev Eyyubun vəsiyyətnamədə göstərilən əmlakın (miras əmlak ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0,27 ha torpaq sahəsinin Qarayev Eyyuba məxsus hissəsi) vərəsəsi oğlu İddiaçıdur.

9. ##.##.2023-cü il tarixli, 2V-*** reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, vəsiyyətnamədə göstərilən əmlakın (miras əmlak ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 0,61 ha torpaq sahəsinin miras qoyan Qarayev Eyyuba məxsus hissəsi) vərəsəsi İddiaçıdir.

10. ##.##.2023-cü il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, vəfat etmiş Qarayeva Balaxanımın vərəsəsi oğlu İddiaçıdir (şəhadətnamədə göstərilən miras əmlak ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin Qarayeva Balaxanıma məxsus hissəsi).

11. ##.##.2023-cü il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, vəfat etmiş Qarayeva Balaxanımın vərəsəsi oğlu İddiaçıdir (şəhadətnamədə verilən miras əmlak ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 0,61 ha torpaq sahəsinin Qarayeva Balaxanıma məxsus hissəsi).

12. Notariat ofisinə ünvanlanmış ərizələrə əsasən İddiaçı atası və anasından qalan mirasa vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ əsasında ona verilməsini xahiş etmiş və başqa vərəsələrin olmamasını göstərmişdir.

13. X2 (bundan sonra – “iddiaçı”) atası Qarayev Eyyub, anası Qarayeva Balaxanımdır.

14. Iddiaçı nümayəndə2 ilə ## #### 2003-cü il tarixdə nikah bağlamış, Qarayev Ramil və Qarayev Emil onların övladlarıdır.

15. Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş *** nömrəli, ##.##.2023-cü il taixdə verilmiş arayışdan görünür ki, fərdi yaşayış evində yalnız İddiaçı pasport qeydiyyatındadır.

16. Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş ** nömrəli, ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, nümayəndə2 ünvan 1ndə yaşayır və *** nömrəli, ##.##.2023-cü il tarixli arayış həqiqəti əks etdirmir. Belə ki, İddiaçı təsərrüfatdadır (** saylı ev təsərrüfatlarının uçotu kitabı, ** saylı səhifə, ** saylı təsərrüfat). Mərhum Qarayev Eyyuba Alməmməd oğluna məxsus olan fərdi yaşayış evində gəlini nümayəndə2, nəvəsi X3, nəvəsi X1 qeydiyyatdadır (əsas: ** saylı ev təsərrüfatlarının uçotu kitabı, ** saylı səhifə, ** saylı təsərrüfat).

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adına ## #### 2018-ci ildə təsdiqlənmiş vəsiyyətnamənin, Reyestrdə 2V-*** və *** nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestdə 2V-*** və 2V-*** nömrə ilə qeyd edilən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, 0,27 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi barədə verilmiş ##.##.2023-cü il tarixli çıxarış məlumatlarının və çıxarışın, eləcə də həmin fərdi yaşayış evinin tam payda İddiaçı adına hüquq sahibiki rəsmiləşdirilən ##.##.2023-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Rusiyada yaşayır. O, 2006-cı ildə həbs edilib azadlıqdan məhrum edilmiş, yalnız 2020-ci ildə azadlığa buraxılmışdır. Onun atasının və anasının ölümündən xəbəri olmamış, nə qardaşları, nə bacısı bu barədə ona xəbər verməmişlər. Ona görə də, o, vərəsəliyə çağırıldığını bilməmiş və mirasdan heç kimin xeyrinə imtina barədə notariat orqanına müraciət etməmişdir. Göründüyü kimi cavabdeh bundan istifadə edərək miras əmlakları qanunsuz olaraq öz adına rəsmiləşdirmişdir.

19. Məhkəmə iclasında cavabdah İddiaçı bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Fərdi yaşayış evi atası tərəfindən ona vəsiyyət olunmuşdur. Belə ki, anasının ölümündən sonra qanunvericiliyin tələblərinə əsasən 6 ay müddət ərzində atası Eyyub Qarayevdən başqa heç kəs qalmış mirasa sahiblik etməmişdir. Atası faktiki miras əmlakı qəbul etmiş və ona vəsiyyət etmişdir. Buna dair notariat kontorunda da rəsmiləşdirilmə aparılmışdır. Eyni zamanda atası ona vəsiyyətnamə verərkən əqli zəifliyi müşahidə olunmamışdır. Orada iştirak edən şahidlərlə də arasında heç bir qohumluq əlaqəsi olmamışdır. Qardaşı, yəni iddiaçıya da mirasın qəbulu ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, sonuncu heç bir məlumat verməmiş, çünki o, Rusiya Federasiyasında yaşayır, orada həbs olunmuş və mirasa sahiblik etməmişdir. Onun təsərrüfatı ayrı deyildir, həqiqətən, ona miras qalan mülkdə pasport qeydiyyatındadır və əvvəldən də idarəçilik onda olmuşdur.

20. Məhkəmə iclasında iştirak edən cavabdeh * saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin baş mütəxəssisi X6 izahatında bildirmişdir ki, mərhum Qarayev Eyyuba və Qarayeva Balaxanıma məxsus əmlaklar İddiaçı vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ əsasında verilmişdir. Həmin dövrdə məcburi pay hüququ ilə bağlı heç bir müraciət də daxil olmamışdır. Mərhumlara birgə mülkiyyət əsasında məxsus olmuş fərdi yaşayış evində yalnız İddiaçı pasport qeydiyyatında olması barədə təqdim edilmiş ##.##.2023-cü il tarixli, *** №-li yaşayış yeri haqqında arayışa əsaslanmaqla o, faktiki vərəsə kimi tanındığı üçün digər vərəsələrin əhati dairəsi müəyyən edilmədən Qarayeva Balaxanıma məxsus olan miras əmlaklar qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı tam hissədə irs verilmişdir. Əgər onun həmin ünvanda pasport qeydiyyatında olmadığı müəyyən edilsə idi (əsas: ** №-li, ##.##.2025-ci il tarixli yaşayış yeri haqqında arayış), o, faktiki vərəsə kimi tanınmayaraq, mirası qəbul etmək üçün müəyyən olunmuş müddəti ötürdüyünə görə mirası qəbul etməklə bağlı müraciətindən imtina ediləcəkdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh Goranboy rayon Notariat Kontorunun notariusu X7 izahatında göstərmişdir ki, Qarayev Eyyub tərəfindən ona məxsus daşınmaz əmlaklar oğlu İddiaçı vəsiyyət edilmişdir. Sənədləşmə aparılarkən vəsiyyət edənin savadsız olması müəyyən olunmuş və buna görə də sənədləşmənin iki şahidin iştirakı ilə aparılması zərurəti yaranmışdır. Vərəsə İddiaçı tərəfindən təqdim edilmiş şahidlərin vərəsənin qohumları olması barədə hər hansı məlumat verilməmişdir.

22. Məhkəmə iclasında iştirak edən şahid Şahid ifadəsində bildirmişdir ki, *** №-li, ##.##.2023-cü il tarixli yaşayış yeri haqqında arayış onun tərəfindən imzalanıb möhürlənsə də, mətndə qeyd edilən məlumatların doğruluğuna dair rəyi müavini vermişdir. Daha sonra sözügedən arayışda qeyd olunan məlumatların həqiqət olmadığı müəyyən olunaraq onu təkzib edən ** №-li, ##.##.2025-ci il tarixli arayış tərtib edilmişdir. Bu məsələlərə görə müavini işdən azad edilmişdir.

23. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək vəsiyyətnamənin etibarsız hesab edilməsi, 2V-***, 2V-***, 2V- *** və 2V-*** nömrələri ilə verilmiş müvafiq olaraq vəsiyyətnamə üzrə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, fərdi yaşayış evi barədə verilmiş ##.##.2023-cü il tarixli çıxarışın ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – T.Mustafayev).

24. Məhkəmə qeyd etmişdir ki, notariat ofisində vəsiyyətnamə tərtib edilərkən, iştirak edən şahidlər - X5 vəsiyyət edilən İddiaçı arvadının bibisi oğlu, X4 isə özünün dayısı oğlu olmuşdur. Bundan başqa cavabdeh İddiaçı atası və anasına birgə məxsus olan fərdi yaşayış evində yox, özünə məxsus ayrı təsərrüfatda qeydiyyatda olmuşdur.

25. Məhkəmə belə qənaətə gəlmişdir ki, ##.##.2018-ci il tarixli, reyestrdə 2V-1-103 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə “məzmun” ünsürünə görə qüsurludur. Goranboy rayon notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib və təsdiq edilərkən, qanunun tətbiqində səhvə yol verilmişdir. Belə ki, vəsiyyətin şahidləri ola bilməyən şəxslər, yəni vəsiyyət üzrə vərəsənin enən xətt üzrə qohumları olan X5 (vərəsənin arvadının bibisi oğlu) və X4 (vərəsənin dayısı oğlu) vəsiyyətnamədə şahid kimi qeyd olunmuşlar.

26. Odur ki, sözügedən vəsiyyətnamə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün etibarsız hesab olunmalı və belə olan halda onun əsasında verilmiş reyestrdə 2V-*** və 2V-*** nömrələri ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməlidir.

27. Məhkəmə iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz. Bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız bundan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Lakin işin faktiki hallarından göründüyü kimi İddiaçı anası Qarayeva Balaxanımdan miras qalan əmlakdan tam hissədə irs almaq hüququnu müəyyən edən ## #### 2023-cü il tarixli, 2V *** və *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilən zaman vərəsə İddiaçı təqdim etdiyi və sonradan həqiqəti əks etdirmədiyi məlum olan yazılı məlumata əsaslanmaqla, qanun üzrə başqa vərəsələrin olubolmaması və olduğu halda onların mirasın idarəçiliyində iştirak edib-etməməsi istiqamətində hər hansı araşdırma aparılmadan İddiaçı mirası faktiki qəbul edən yeganə vərəsə kimi tanınaraq mirasın açılmasından 6 il müddətin keçməsi və qanun üzrə başqa vərəsələrin olması nəzərə alınmamışdır.

28. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, miras qalmış evdə faktiki yaşamama mirasın qəbulundan imtina kimi və yaxud mirasın qəbul edilməməsi kimi qiymətləndirilmə üçün müstəqil əsas deyildir. Iddiaçı miras qalmış evdə yaşamaya bilər, lakin onun idarəçiliyini həyata keçirə bilər. Bu halda da vərəsə mirası qəbul etmiş hesab olunur. Ona görə iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması və həmin evdə yaşamaması mirasın qəbul edilməməsi kimi başa düşülməməlidir. Iş materiallarında olan arayışlardan da görünür ki, cavabdeh İddiaçı təsərrüfatı ayrıdır və miras qalmış evdə iddaçının arvadı və uşaqları qeydiyyatda olmaqla yaşayırlar.

29. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, qanunun tətbiqində səhvə yol verildiyi üçün reyestrdə 2V-*** və 2V-*** nömrələr ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməlidir.

30. Məhkəmə iddianın 0,27 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ilkin qeydiyyat olaraq payının ümumi birgə kimi Qarayev Eyyubun adına hüquq sahibi kimi rəsmiləşdirilən ##.##.2023-cü il tarixli çıxarış barədə məlumatların və çıxarışın etibarsız hesab edilməsi hissəsinə dair qeyd etmişdir ki, iddiaçı tələbini bu hissədə əsaslandırmamış, eyni zamanda məhkəmə tərəfindən də çıxarışın ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir.

31. Məhkəmə vurğulamışdır ki, iddia tələbinin vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsində təmin edilməsi bu tələblərdən törəmə tələb olan 0,27 ha torpaq səhəsində yerləşən İddiaçı adına ##.##.2023-cü il tarixində rəsmiləşdirilən fərdi yaşayış evi barədə dövlət reyestrindən çıxarışının ləğv edilməsi hissəsində iddia tələbinin təmin olunmasına əsasdır və sözügedən çıxarış da ləğv edilməlidir.

32. Məhkəmə öz mövqeyini cavabdeh4spublikasının Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 1133.1, 1166, 1179.1, 1180.1, 1180.2, 1184, 1225.1-1225.3, 1243, 1246-cı maddələrinə, ““Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 57, 59 və 60cə bəndlərinə, "Notariat haqqında” cavabdeh4spublikası Qanununun 59, 60-cı, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

33. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1184-cü maddəsi düzgün tətbiq və təfsir edilməmişdir. Belə ki, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiqlənməlidir. Iş materiallarında qohumluq əlaqəsini təsdiqləyən heç bir sənəd və sübut yoxdur. Yalnız iddiaçının nümayəndəsi nümayəndə2 ilə qabaqcadan əlbir olan, istifadə etmək məqsədilə həqiqəti əks etdirməyən, təhrif edilmiş məlumat, rəsmi sənəd tərtib etməkdə mahir olan Goranboy rayon Boluslu kənd Icra Nümayəndəsinin ##.##.2025-ci il tarixli, ** №-li arayışı olmuşdur. Qanunvericilikdə vərəsənin yüksələn xətt üzrə qohumları dedikdə valideynləri, babaları, nənələri, babanın (nənənin) atası, anası, vərəsənin enən xətt üzrə qohumları dedikdə övladları, nəvələri, nəticələri, kötükcə, iticə (ulluca) anlaşılır. Notariat ofisində vəsiyyətnamə tərtib edilərkən, iştirak edən şahidlər X5 və X4 vəsiyyət edilən İddiaçı yüksələn və enən xətt üzrə qohumları dərəcəsinə və qrupuna daxil deyildir.

35. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: F.Mehtiyev – sədrlik edən və məruzəçi, M.Mustafayev və R.Muradov).

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. cavabdeh4spublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1, 1166, 1225.1, 1225.3, 1243.1, 1243.2 və 1246-cı maddələri üzrə iddiaçı ata və anasının ölümündən sonra bilə-bilə mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmiş, mirasın qəbul edilməsi üçün müddəti üzrsüz səbəbdən buraxmışdır. Hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı da məhkəməyə müraciət etməmişdir Buna görə də o həmin miras əmlaka dair mübahisə açmaq hüququnu itirmişdir.

39. Iddiaçı 2005-ci il dən hal-hazıradək Azərbaycana gəlməmiş, miras qoyanlarla əlaqə saxlamamış, mirasla maraqlanmamışdır. Birinci və apellyasiya instansiya məhkəməsinin iddiaçının formal, qurama, uydurma mirasın faktiki qəbul edilməsi ilə bağlı dəlilləri qanunsuz və əsassız hesab ediiməlidir.

40. MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 217.2 və 217.4-cü maddələri üzrə - iddiaçı ana və atadan (valideynlərindən) miras qalmış əmlakı qəbul etməsini qanunvericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. iddiaçı X2 anasının və sonradan atasının ölümündən sonra mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin iddiaçı X2 anasının 2017 -ci ildə, atasının 2023-cü ildə ölməsını, mirasın açıldığını şəxsən bilməsinə baxmayaraq mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin müəyyən edilən müddət ərzində iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Bununla, mirasın qəbulu ilə bağlı hərəkətlərin edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-in 14.2 və 77.1 -ci maddələri). Iddiaçı X2 tərəfindən miras əmlakı miras qoyanların ölümündən sonra MM-in 1246-cı maddəsi ilə müəyyən olunan müddət ərzində qəbul edilməsinə dair hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

cavabdeh4spublikasının Mülki Məcəlləsi

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

44. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

45. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

46. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

47. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

48. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

49. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

50. Maddə 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.

51. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

52. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

53. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

54. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

55. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

56. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

cavabdeh4spublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

61. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Ilk növbədə məhkəmə kollegiyası kassasiya şikayətinin iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsində dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin adı çəkilən mübahisələndirilən hissəsində həmin hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.

66. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflərin valideynləri Qarayev Eyyub Alməmməd oğlu və X18 birgə nikahından altı övlad doğulmuşdur. Qarayev Eyyub Alməmməd oğlu ##.##.2023-cü ildə, X18 isə ##.##.2017-ci ildə vəfat etmişdir. Onların mülkiyyətində Goranboy rayonu, Məşədiqaralar kəndində yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi torpaq sahəsi, habelə kənd təsərrüfatı təyinatlı 0.61 ha torpaq sahəsi olmuşdur.

67. Qarayev Eyyub Alməmməd oğlu ##.##.2018-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus əmlakı hazırkı iş üzrə cavabdeh olan oğlu İddiaçı vəsiyyət etmişdir. Vəsiyyət edən savadsız olduğundan vəsiyyətnamə Goranboy rayon notariat ofisində şahidlər X4 və X5 iştirakı ilə təsdiq edilmişdir. Iş materiallarından müəyyən olunur ki, X5 cavabdehin arvadının bibisi oğlu, X4 isə cavabdehin dayısı oğlu olmuşdur.

68. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, vəsiyyətin şahidləri ola bilməyən şəxslər, yəni vəsiyyət üzrə vərəsənin enən xətt üzrə qohumları olan X5 (vərəsənin arvadının bibisi oğlu) və X4 (vərəsənin dayısı oğlu) vəsiyyətnamədə şahid kimi qeyd olunmuşlar. Ona görə də vəsiyyətnamə etibarsız hesab olunmalıdır.

69. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1184-cü maddəsinə görə yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.

70. Bu maddənin dispozisiya şərtindən göründüyü kimi vəsiyyətin şahidi ola bilməyən şəxslər sırasına vərəsələr, habelə onların yüksələn və enən xətt üzrə qohumları aid edilmişdir.

71. Yüksələn xətt üzrə qohumlar dedikdə şəxsin valideynləri, baba və nənələri, eləcə də digər əcdadları, enən xətt üzrə qohumlar dedikdə isə şəxsin övladları, nəvələri və digər törəmələri nəzərdə tutulur.

72. Dayıoğlu, əmioğlu və bu qəbildən olan qohumlar isə üfüqi xətt üzrə qohum hesab edilirlər. Belə şəxslər vəsiyyətnamə üzrə vərəsənin qohumu olsalar da, onların qohumluq əlaqəsi Mülki Məcəllənin 1184-cü maddəsində nəzərdə tutulmuş məhdudiyyət dairəsinə daxil deyildir.

73. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, X5 cavabdehin arvadının bibisi oğlu, X4 isə cavabdehin dayısı oğlu olması, özlüyündə onların vəsiyyətnamənin şahidi qismində iştirakını istisna edən hal kimi qiymətləndirilə bilməz.

74. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1184-cü maddəsinin tələbləri pozulmuşdur.

75. Bundan başqa, Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

76. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunubolunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297- 1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər (cavabdeh4spublikası Konstitusiya Məhkəməsi Plenumunun “cavabdeh4spublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin cavabdeh4spublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarı).

77. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şəhadətnamələrin ləğv edilməsi barədə nəticəyə gəlinmiş olsa da, bununla bağlı yaranan vərəsəlik hüquq münasibətləri tam həll edilməmişdir. Belə ki, vərəsələrin dairəsi müəyyənləşdirilməklə onların miras əmlakındakı paylarının həcmi müəyyən edilmədən mübahisəyə yekun hüquqi qiymət verilmişdir. Halbuki cavabdeh4spublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarındakı hüquqi mövqeyinə əsasən vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakının sadə bölüşdürülməsindən daha mürəkkəb hüquqi məsələ olmaqla məhkəmə araşdırmasının predmetini təşkil edir.

78. Bu baxımdan, şəhadətnamənin ləğvi ilə kifayətlənmək, eyni zamanda miras əmlak üzərində hansı şəxslərin hansı həcmdə hüquqa malik olduqlarının müəyyən edilməməsi hüquqi qeyri-müəyyənliyə səbəb olur.

79. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti tam həll edilmədən yekun nəticəyə gəlinmişdir.

80. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” cavabdeh4spublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarına əsasən, qətnamənin nəticə hissəsi baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

81. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. cavabdeh4spublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə cavabdeh4spublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

82. Beləliklə, yuxarıdakı hüquqi mövqelər nəzərə alınmaqla kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, vəsiyyətnamənin etibarsız hesab edilməsi və onun əsasında veriliş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsində ləğv edilməklə, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir

83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi cavabdeh İddiaçı adına ## #### 2018-ci ildə cavabdeh4spublikasının Goranboy rayonunun dövlət notariat kontorunda təsdiq edilən və reyestrdə 2V-103 nömrə ilə qeydə alınan vəsiyyətnamənin etibarsız hesab edilməsi və onun əsasında veriliş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsində ləğv edilməklə, mülki iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar