Məhkəmə qərarları › İş №2(1-8)-432/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-432/2026

23.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qərar Bakı̧şəhəri İş̧№̧2(1-8)-432/2026 23.04.2026 ALI̧MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Gəncə şəhəri * saylı notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açaŗsözlər:̧vərəsəliķşəhadətnaməsiniņetibarsız̧hesab̧edilməsi̧barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarəţtərkibdə,̧ Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbuļetdi.̧ İşin halları

1. X4 ilə X2 nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından Həsənov İbrahim Firuddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və X3 adlı uşaqları anadaņolmuşdur.̧Lakin,̧sonuncu̧uşaq̧doğulduqdaņ2̧ay̧sonra̧vəfaţetmişdir.

2. Xanlar Rayon Xalq Məhkəməsinin ##.##.1988-ci il tarixli qətnaməsi ilə X4 ilə X2 arasında olaņnikaḩpozulmuşdur.

3. ##.##.1989-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri Adil İsgəndərov küçəsi 2-ci döngədə yerləşən * nömrəli ev X4 mülkiyyətinə keçmişdir. X4 ##.##.2000-ci il tarixdə̧vəfaţetmişdir.

4. X4 ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri Həsənov İbrahim Firuddin oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 mirasdan ataları X2 xeyrinə imtina etmişlər.̧

5. Gəncə şəhəri, * saylı dövlət notariat kontoru tərəfindən verilmiş ##.##.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə X2 ##.##.2000-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi qismində miras əmlak olan- Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 2-ci döngə * nömrəli fərdi yaşayış evindən tam hissədə irs almış və ona ##.##.2000-ci il tarixli qeydiyyat vəsiqəsi̧verilmişdir.̧

6. X2 mübahisəli əmlaka (0.0561 ha torpaq sahəsində yerləşən tikili “A”-da 83.6 kv.m 3 yaşayış otaqları, 69.7 kv.m köməkçi sahə, 42.2 kv.m zirzəmi, tikili “B”-də 13.3 kv.m hamam, tikili “C”-də 15.0 kv.m mətbəx, “D”-də 42.2 kv.m dam, tikili “İ”-də 96.0 kv.m talvar) ##.##.2020ci̧iļtarixli̧Çıxarış̧verilmişdir.

7. İddiaçı anası X1 Xanım Xano qızının bacısı olmuş və ##.##.1999-cu il tarixdə vəfat etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Gəncə şəhəri * saylı notariat ofisinə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 2-ci döngə, * saylı mənzilə dair Cavabdeh tərəfindən X2 adına verilmiş ##.##.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və Reyestr Xidmətinin * saylı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli̧Çıxarışıņ(aparılmış̧qeydin)̧ləğv̧edilməsi̧barədə̧qətnamə̧çıxarılmasını̧xahiş̧etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Adil İsgəndərov küçəsi 2-ci döngə ev 6 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə mərhum xalası X4 məxsus olmuşdur. Mərhum xalası X4 ilə sabiq həyat yoldaşı X2 rəsmi nikahından 4 övladları anadan olmuşdur. Həsənov İbrahim Firudin oğlu, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və sonuncu övladı X3 doğulduqdan 2 ay sonra vəfat etmişdir. Mübahisəli fərdi yaşayış evi mərhum xalası X4 tərəfindən ##.##.1989-cu il tarixdə alqı-satqı yolu ilə əldə edilməklə xalasının xüsusi mülkiyyətində olmuşdur. Xalası X4 ##.##.2000-ci il tarixdə vəfat etmişdir. Xalası vəfat etdikdən sonra 2000-ci ildə mərhum xalasının sabiq əri X2 (nikahları Xanlar Rayon Xalq Məhkəməsinin ## ####### 1988-ci il tarixli qətnaməsi ilə pozulmuşdur) qanunsuz vərəsəlik işi açılmış, övladları Həsənov İbrahim Firudin oğlu, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 öz paylarından mərhum atalarının xeyrinə imtina etmişlər. Firudin Həsənov özünü mərhum xalasının vərəsəsi kimi təqdim edərək hansısa “naməlum üsullarla” * saylı notariat kontorunda qanunsuz vərəsəlik işi açdırmağa nail olmaqla, nəticədə ##.##.2000-ci il tarixli “Vərəsəlik hüququ haqqında” qeyri-qanuni Şəhadətnamə əldə etmiş və xalası X4 miras qalmış qeyd olunan evi qanunsuz olaraq öz adına keçirərək, ##.##.2000-ci il tarixli qeydiyyat vəsiqəsi almışdır. Belə ki, mərhum xalası X4 ilə X2 arasında olan nikah Xanlar Rayon Xalq Məhkəməsinin ## ####### 1988-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Buna görə də X2 nikahın məhkəmə qaydasında pozulmasından 12 il müddət keçdikdən sonra ##.##.2000-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi ola bilməzdi. Xalasının birinci növbəli vərəsələri olan övladları Həsənov İbrahim Firudin oğlu, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 öz miras paylarından imtina etmişlər, X2 isə qanun üzrə vərəsə ola bilmədiyindən (ona görə ki, artıq 12 il əvvəl boşanmışdırlar) avtomatik olaraq ikinci növbə vərəsələrinin miras əmlak üzərində qanun üzrə vərəsəlik hüququ əmələ gəlmişdir. Hal-hazırda ikinci növbə vərəsələrindən heç biri sağ olmadığından və miras qoyanın mərhum xalası Xanım Mustafayevanın doğma bacısı mərhum anası X1 miras qoyandan əvvəl vəfat etdiyinə görə, anasının xalasından miras qalmış əmlakda qanun üzrə vərəsəlik əsasında pay hüququ mövcuddur. Anası miras qoyandan əvvəl vəfat etdiyinə görə onun miras əmlakda pay hüququ qanun üzrə vərəsəlik əsasında övladına, yəni ona keçmiş və nəticədə Azərbaycan Respublikasının ##.##.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 533-cü maddəsinə və hazırda qüvvədə olan Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, mübahisəli mənzil üzərində onun qanun üzrə vərəsəlik hüququ yaranmışdır. Göstərilən bütün hüquqi əsaslarla onuņmərhum̧xalası̧X5̧məxsuşmiraşmənziļüzərində̧vərəsəliķhüququ̧mövcuddur.

10. Həsənov İbrahim Firudin oğlu, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb̧edilmişlər.

11. Məhkəmə iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 izahatında göstərmişdir ki, sözügedən ev anasının evidir. Anası 2000ci ildə rəhmətə getmişdir. Anası həkim olmuş, özünə ev almışdır. Daha sonra atası * saylı notariat ofisində evi adına keçirmişdir. O, bacısı və qardaşı vərəsədirlər. Atasının həmin evə dair vərəsəlik hüququnun olmadığını təsdiq edən sənədlər vardır. Həmin evdə böyümüşdürlər. Həmin vaxt o, Moskvada yaşamış, sənədi imzalamasını dedikləri üçün imzalamış, mahiyyətini bilməmişdir. Asan xidmətdə məlumatı olmuşdur ki, ev atasının adınadır. Evin onlara qayıtmasını̧istədiklərini̧göstərərək,̧iddianıņtəmiņolunmasını̧məhkəmədəņxahiş̧etmişdir.

12. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim̧CaviḑTağıyev)̧iddia̧təmiņedilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb ##.##.2000-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsidir. Halbuki, qüvvədən düşmüş Mülki Məcəllədə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün 3 illik ümumi müddət (iddia müddəti) müəyyən edilmişdir və tərəflərin bildirməsindən asılı olmayaraq, bu müddəti tətbiq etmək məhkəmənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Çıxarışın ləğv olunması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, birinci tələb təmiņedildiyi̧halda̧əsaslı̧ola̧bilərdi.

14. Məhkəmə öz hüquqi mövqeyini 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş 1965ci il AR Mülki Məcəlləsinin 73, 77, 78, 82, 532, 533, 552-ci, habelə MPM-nin 77.1, 88, 119.1, 217.2, 217.4-cü̧maddələrinə̧istinaḑetməklə̧əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırkı iş üzrə iddia tələbi mübahisəli mənzilə dair Gəncə şəhəri, * saylı notariat kontoru tərəfindən X2 adına verilmiş ##.##.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və Reyestr Xidmətinin * saylı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli çıxarışın (aparılmış qeydin) ləğv edilməsi barədə olduğu təqdirdə məhkəmə bu tələbə deyil, miras əmlakın tərəfindən qəbul edilib-edilməməsi tələbinə münasibət bildirməklə sonda hüquqlarının pozulması ilə əlaqədar qətnamə qəbul etmişdir. Belə ki, iddia tələbi şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə əlaqədar olmuş, yəni mirasın qəbul edilib-edilməməsi məhkəmədən xahiş edilməmişdir. İddiaçı miras əmlakı qəbul edib-etməməsi ilkin variantda notarius tərəfindən yoxlanılmalı, imtina verildiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi istisna deyil. Sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab ediləcəyi təqdirdə tərəfindən notariusa müraciət olunması ikinci mərhələ kimi gözə alınsa da, məhkəmə tərəfindən bu tələbə də hüquqi qiymət verilmişdir. İddianın mərkəzinə qoyulmuş əsas məsələ mərhum xalası X4 ilə nikahları 12 iləvvəl Xanlar Rayon Xalq Məhkəməsinin ## ####### 1988ci il tarixli qətnaməsi ilə pozulmuş X2 12 il müddət keçdikdən sonra hansı əsaslarla vərəsə ola bilməsi olduğu təqdirdə, məhkəmə buna hüquqi qiymət verməmiş, əsaslandırmasında iddia müddəti və mirasın qəbul edilməsi məsələsinə aydınlıq gətirmişdir. Halbuki, istinad etdiyi 2000ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş 1965-ci il AR Mülki Məcəlləsinin 78-ci maddəsində qeyd edilirdi ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Maddənin dispozisiyasından da görünür ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu gündən hesablanır. Mübahisəli şəhadətnamə verilərkən F.Həsənovun qanun üzrə vərəsəliyə çağırılması üçün heç bir əsas olmamışdır. Yəni, həmin an vərəsə deyildi. Bu hal hər nə qədər də məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə tərəfindəņnəzərə̧alınmamışdır.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən, məruzəçi), Günay Cavadova və Rüfət Məcidov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilmiş və̧yeni̧qətnamə̧qəbuļedilməklə̧iddia̧təmiņedilməmişdir.

18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnaməni lazımi qaydada əsaslandırmamışdır.

19. Belə ki, məhkəmə mübahisə üzrə iddia müddətinə dair ümumi olaraq maddi hüquq normalarına istinad etsə də, lakin iddiaçının ümumiyyətlə hazırkı tələb üzrə subyektiv hüquqa malik olub-olmaması barədə konkret hüquq normalarının dispozisiya şərtləri üzrə hüquqi dəyərləndirmə aparmadan iddia müddətinin keçmiş olmasına istinad etməklə iddianın rədd edilməli̧olduğu̧qənaətinə̧gəlmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şərh edilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə,̧işdə̧olaņsübutlaŗəsasında̧mahiyyəti̧üzrə̧baxılmalıdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbində miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi nəzərdə tutulmasa da, lakin iddaçının son hüquqi hədəfi pozulduğunu irəli sürdüyü vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onun notariat orqanı tərəfindən X2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə əsas hüquqi hədəfi miras əmlakda vərəsəlik hüququnun tanınmasına nail olmaq və mirasdan pay almaqdan ibarət olmuşdur. İddianın əsaslandırıldığı faktiki halları da miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi təşkil etmişdir. Odur ki, hazırkı mərhələdə iddianın predmeti miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi olmasa da, lakin iddiaçının tələbini faktiki əsaslandırdığı hal miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi olduğundan işin hallarının bu aspektdə araşdırılması zəruridir. Çünki, iddia tələbinin əsaslandırıldığı hallar - iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlardır. Bu faktlar da̧iddianıņbiŗelementi̧olmaqla̧onuņfaktiki̧əsasını̧təşkiļedir.̧

22. Məhkəmə kollegiyasının bu mövqeyi mülki prosessual hüquqda öz əksini tapmış “tələbə bağlılıq” prinsipindən irəli gəlir; Belə ki, “tələbə bağlılıq” prinsipinə görə iddiaçının istəyinin nə olduğu, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu̧prinsipiņsıx̧bağlı̧olduğu̧prosessuaļqənaəţprinsipinə̧ziddir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan X4 ##.##.2000-ci il tarixdə vəfat etdiyindən, baxılan iddia tələbi ## ######## 2000ci il tarixədək qüvvədə olmuş AR Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, AR MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı̧qüvvədə̧olaņprosessuaļhüquq̧normalarına̧uyğuņçıxarılmalıdır.̧

24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X2 ##.##.2000-ci il tarixdə vəfat etmiş Xanım Mustafayevanın qanun üzrə birinci növbəli vərəsəsi qismində ondan miras qalan əmlakdan tam həcmdə irs almışdır. Hətta fərz edilsə ki, miras əmlaka dair X2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyib, bu halda da iddiaçının miras əmlakı qəbul etməsi qənaətinə gəlmək mümkün olmayacaqdı. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı̧olur.̧

25. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, iddiaçı mərhum miras qoyan Xanım Mustafayevanın vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi barədə nə qanunla müəyyən etmiş müddətdə notariat orqanına müraciət etmiş, nə də ki, miras əmlaka yiyilənməklə mirası faktiki qəbul etməmişdir. İddiaçı miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə məhkəməyə sübut təqdim etməmiş, sadəcə olaraq iddia ərizəsində bir cümlə olaraq “anam miras qoyandan əvvəl vəfat etdiyinə görə onun miras əmlakda pay hüququ qanun üzrə vərəsəlik əsasında övladına - yəni ona keçmişdir”̧deyə̧qeyḑetmişdir.̧

26. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı̧nə̧qanuni,̧nə̧də̧faktiki̧yolla̧mirası̧qəbuļetməmişdir.

27. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə kollegiyası iddiaçının vərəsəlik şəhadətnaməsinin etibarsız edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə tələbləri̧üzrə̧əlavə̧əsaslandırma̧aparılmasına̧zərurəţolmadığını̧vurğulamışdır.̧

28. Belə ki, miras əmlakın iddiaçı tərəfindən qəbul edilmədiyi müəyyən olunduğundan, hazırkı məqamda onun miras əmlaka dair hər hansı hüquq əldə etməsi də istisnadır və onu mübahisə üzrə subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyil. İddiaçının mərhum miras qoyan Xanım Mustafayevanın mirasına münasibətdə subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, prosessual qənaət prinsipi baxımından onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına zərurət yoxdur, çünki işin həlli üçün bunun hər hansı əhəmiyyəti qalmamışdır.

29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini ##.##.2000-ci il tarixədək qüvvədə olmuş ##.##.1964-cü il tarixli AR Mülki Məcəlləsinin 527, 528, 532, 533, 552, 553-cü, habelə MPMnin 14.1, 77.1, 88, 217.2, 217.3, 217.4, 384.0.2, 385.1, 386-cı maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə AR Ali Məhkəməsi Mülki kollegiyasının ## ### 2007-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə̧göndərilməsi̧barədə̧qəraŗçıxarılmasını̧xahiş̧etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, demək olar ki, təkrarən iddiaçının miras əmlakı qəbul-edib etməməsi istiqamətində araşdırma etmişdir, halbuki həmin tələb iddiaçının iddiasıda olmamış, həmin tələblə bağlı müraciət sonrakı addımda nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə iddianın xahiş hissəsində olmayan tələbə münasibət bildirmişdir. Halbuki, həmin tələbə baxılması üçün öncəliklə notariat orqanından imtina alınmalı, bundan sonra, ya xüsusi icraat qaydasında ərizə ilə, ya da iddia ilə məhkəməyə müraciət edilməli idi. İddiaçının miras əmlakı qəbula dair sübutları bu məhkəmə iclasında deyil də, mirası faktiki qəbul etmə barədə məhləməyə ünvanladığı ərizəsinə əlavə etməsi daha məqsədə müvafiq olacaqdı. Hazırki iddia isə şəhadətnamənin etibarsız hesab edilərək çıxarışın ləğvi ilə əlaqədar olmuşdur. Məhkəmə isə bu hissəyə münasibət bildirməmişdir. Halbuki, qoyulmuş əsas tələb qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olnumasından ibarət olmuşdur ki, məhkəmə iddianı rədd edərkən şəhadətnamənin etibarlılığına dair qətnamədə heç bir əsaslandırma etməmişdir. Notariat haqqında Qanunun tələbindən də göründüyü kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən vərəsələrin qanun üzrə vərəsə olması imperativ şərt kimi qeyd olnumuşdur. Sözügedən ##.##.2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində mərhum Firuddin Həsənov qanun üzrə vərəsə olmamış, yalnız saxta sənəd təqdim edərək özünü qanun üzrə vərəsə kimi göstərmişdir. Təkcə bu hal kifayət edir ki, sözügedən şəhadətnamə etibarsız hesab edilsin. Belə ki məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər qaraşırma aparmadan, sübutları̧kifayəţqədəŗtədqiq̧etmədəņqəraŗqəbuļetmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya̧şikayətinə̧qarşı̧etiraz̧daxiļolmamışdır.

Tətbiq edilən hüquq ##.##.2000-ci il tarixədək qüvvədə olmuş ##.##.1964-cü il tarixli AR Mülki Məcəlləsi

33. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanuņüzrə̧ola̧biləŗki,̧o,̧vəsiyyətlə̧dəyişdirilməsin.̧

34. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu̧Məcəlləniņ21-ci̧maddəsində̧göstəriləņgüņhesab̧olunur.

35. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı̧alırlar.̧

36. Maddə 533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına̧verilir.̧

37. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır.̧Qəbuļedilmiş̧miraşvərəsəliķaçıldığı̧vaxtdaņvərəsəyə̧məxsuşhesab̧olunur.

38. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddəţkeçdikdəņsonra̧məhkəməyə̧müraciəţedilmədəņdə̧miraşqəbuļoluna̧bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuţetməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur.

42. Maddə̧217.1.̧Məhkəməniņqətnaməsi̧qanuni̧və̧əsaslı̧olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə̧uyğuņəsaslandırılmalıdır.̧

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakiņhakim̧qanunda̧göstəriləņmüstəsna̧hallarda̧iddia̧tələblərindəņkənara̧çıxa̧bilər.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə̧yoļverilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindəņmaddi̧və̧prosessuaļhüquq̧normalarınıņdüzgüņtətbiq̧edilməsini̧yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətiņhədlərindəņvə̧dəlillərindəņasılı̧olmayaraq̧yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya̧instansiyası̧məhkəməsiniņfaktiki̧halları̧araşdırması̧kimi̧qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə̧yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

50. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və̧ya̧dəyişdirilməsi̧üçüņəsaslaŗyoxdur.

51. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

52. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbində miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi nəzərdə tutulmasa da, lakin iddaçının son hüquqi hədəfi pozulduğunu irəli sürdüyü vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onun notariat orqanı tərəfindən Firudin Həsənovun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə əsas hüquqi hədəfi miras əmlakda vərəsəlik hüququnun tanınmasına nail olmaq və mirasdan pay almaqdan ibarət olmuşdur. İddianın əsaslandırıldığı faktiki halları da miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi təşkil etmişdir. Odur ki, hazırkı mərhələdə iddianın predmeti miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi olmasa da, lakin iddiaçının tələbini faktiki əsaslandırdığı hal miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi olduğundan işin hallarının bu aspektdə araşdırılması zəruridir. Çünki, iddia tələbinin əsaslandırıldığı hallar - iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlardır. Bu faktlar da iddianın bir elementi olmaqla onun faktiki əsasını təşkil edir.

53. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi mülki prosessual hüquqda öz əksini tapmış “tələbə bağlılıq” prinsipindən irəli gəlir; Belə ki, “tələbə bağlılıq” prinsipinə görə iddiaçının istəyinin nə olduğu, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara,̧eyni̧zamanda̧bu̧prinsipiņsıx̧bağlı̧olduğu̧prosessuaļqənaəţprinsipinə̧ziddir.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan X4 ##.##.2000-ci il tarixdə vəfat etdiyindən, baxılan iddia tələbi ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş AR Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, AR MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması̧zamanı̧qüvvədə̧olaņprosessuaļhüquq̧normalarına̧uyğuņçıxarılmalıdır.̧

55. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etməyi zəruri saymışdır ki, əvvəla, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Firudin Həsənov ##.##.2000-ci il tarixdə vəfat etmiş Xanım Mustafayevanın qanun üzrə birinci növbəli vərəsəsi qismində ondan miras qalan əmlakdan tam həcmdə irs almışdır. Hətta fərz edilsə ki, miras əmlaka dair Firudin Həsənovun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyib, bu halda da iddiaçının miras əmlakı qəbul etməsi qənaətinə gəlmək mümkün olmayacaqdır. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanıņəmlaķhüquq̧və̧vəzifələriniņdaşıyıcısı̧olur.̧

56. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, iddiaçı mərhum miras qoyan Xanım Mustafayevanın vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi barədə nə qanunla müəyyən etmiş müddətdə notariat orqanına müraciət etmiş, nə də ki, miras əmlaka yiyilənməklə mirası faktiki qəbul etməmişdir. İddiaçı miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə məhkəməyə sübut təqdim etməmiş, sadəcə olaraq iddia ərizəsində bir cümlə olaraq “anam miras qoyandan əvvəl vəfat etdiyinə görə onun miras əmlakda pay hüququ qanun üzrə vərəsəlik əsasında övladına - yəni ona keçmişdir”̧deyə̧qeyḑetmişdir.̧

57. Şərh edilənlərin yekun təhlili olaraq apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı nə qanuni, nə də faktiki yolla mirası qəbul etməmişdir. Həmçinin gəldiyi qənaətə uyğun olaraq iddiaçının vərəsəlik şəhadətnaməsinin etibarsız edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə tələbləri üzrə əlavə əsaslandırma aparılmasına̧zərurəţolmadığını̧vurğulamışdır.

58. Belə ki, miras əmlakın iddiaçı tərəfindən qəbul edilmədiyi müəyyən olunduğundan, hazırkı məqamda onun miras əmlaka dair hər hansı hüquq əldə etməsi də istisnadır və onu mübahisə üzrə subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyil. İddiaçının mərhum miras qoyan Xanım Mustafayevanın mirasına münasibətdə subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, prosessual qənaət prinsipi baxımından onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına zərurət yoxdur, çünki işin həlli üçün bunun hər hansı əhəmiyyəti qalmamışdır.

59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsiniņqətnaməsi̧dəyişdirilmədəņsaxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı̧İddiaçı̧kassasiya̧şikayəti̧təmiņedilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/****̧saylı̧qətnaməsi̧dəyişdirilmədəņsaxlanılsın. Qəraŗqəbuļedildiyi̧andaņqanuni̧qüvvəyə̧minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar