Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-473/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X48 cavabdehlər cavabdeh1, cavabdeh2, Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: “X8 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların yenidən müəyyən edilməsi”; Mülki mübahisənin kateqoriyası: Vərəsəlik hüququndan irəli gələn mübahisələr; Mirasın qəbulu ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X18 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X48 cavabdehlər cavabdeh1, cavabdeh2, Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı X8 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların yenidən müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Nikah haqqında şəhadətnamənin surətinə əsasən, X10 ilə X51 ##.##.2021ci il tarixdə nikahlarını bağlamışlar.
2. Doğum haqqında şəhadətnamənin surətinə əsasən, X10 ##.##.1938-ci ildə doğulmuş, atası X4, anası X1 Ağa Amin qızıdır.
3. Doğum haqqında şəhadətnamənin surətinə əsasən, X48 ##.##.1962-ci ildə doğulmuş, atası X42, anası X51r.
4. Azərbaycan Kommunal Təsərrüfatı nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid pasportunun surətinə əsasən, Orconikidze küçəsi ev 27 ünvanında yerləşən, 1967-ci ildə tərtib edilmiş texniki pasportun sahib kimi X2 qeyd edilmişdir.
5. ##.##.2022-ci il tarixli ərizənin surətinə əsasən, B.Məlikov, A.Zeynalov, B.Ağayev ərəzi imzalayaraq göstərmişlər ki, həqiqətən X52 və oğlu X46 iyirmi ildir ki, onlarla qonşudurlar. X53 mərhum həyat yoldaşı Aslan Mirzəyevlə birlikdə ünvan 6 ünvanda yaşayıb Həyat yoldaşı rəhmətə getdiyi gündən bu günə kimi də Svetlana və oğlu Yevqeniy həmin ünvanda yaşayır. Həmin ünvanda Svellana və oğlu Yevqeniydən başqa heç kim yaşamayıb.
6. .Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X10 ##.##.2021-ci il tarixdə ölmüşdür.
7. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X5 ##.##.1965-ci il tarixdə ölmüşdür.
8. Çıxarışın surətinə əsasən, ünvan 7 ünvanına cavabdeh1 ½ və cavabdeh2 ½ payı müəyyən edilmişdir.
9. ##.##.2021-ci il tarixli X8 hüququ haqqında şəhadətnamənin surətinə əsasən, ##.##.1965-ci il tarixdə vəfat etmiş-X5 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh2, ünvan 9 ünvanında qeydiyyatda olan cavabdeh1 qızı və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə vərilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2021 tarixdə - X5 verilmiş 012013001914-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv/m olan fərdi yaşayış evindən və 0.088310 ha torpaq sahəsindən ibarətdir.
10. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışın surətinə əsasən, ünvan 8 cavabdeh1 şəxsi mülkiyyətindədir. X48 həmin ünvanda qeydiyyatdadır.
11. Bakı şəhəri * saylı notariat ofisinin X48 ünvanladığı ** saylı, ##.##.2023-cü il tarixli məktuba əsasən, ##.##.2021-ci il tarixdə vəfat etmiş X27 miras qalmış Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair tərəfimizdən mərhumun vərəsəsi arvadı X55 ##.##.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında (N-1- 348- 2022) vərəsəlik işi açılmışdır. Sonradan məlum olmuşdur ki, S.M. Mitrafanova ##.##.2022-ci il tarixdə vəfat etmişdir: Vəfat etdiyinə görə ona X8 Hüquqi Haqqında şəhadətnamə verilməmişdir. Məsələnin həlli üçün rayon məhkəməsinə müraciət olunması məsləhət görülmüşdür.
12. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-*/**** saylı qətnaməsinə əsasən, iddiaçılar cavabdeh1 və cavabdeh2 cavabdeh İddiaçı qarşı ünvan * saylı evə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)- */**** saylı qətnaməsi ləğv edilmiş, İddiaçı ünvan * saylı evdən çıxarılmışdır.
14. Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)****/**** saylı məktubuna əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixi *(***)****/**** saylı qətnaməsi ilə iddiaçılar cavabdeh1 və cavabdeh2 cavabdehlər İddiaçı (bundan sonra mətndəiddiaçı) və Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən 14.12.2023cü il tarixdə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi cavabdehlər cavabdeh1 və cavabdeh2 vəfat etmiş X5 vərəsələridir. Onların hər biri miras əmlakdan 1/2 irs almışdır. Daha sonra ##.##.2021-ci il tarixdə vəfat etmiş X27 miras qalmış Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair notariat ofisi tərəfindən mərhumun vərəsəsi olan arvadı X51 ##.##.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında vərəsəlik işi açılmışdır. S.M.MITROFANOVA ##.##.2022-ci il tarixdə vəfat etdiyinə görə ona X8 Hüquqi Haqqında şəhadətnamə verilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
15. Iddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı X8 hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payların yenidən müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 8 fərdi yaşayış evinə dair ** saylı Dövlət Notariat ofisi tərəfindən Minira Maksimovnanın və cavabdeh2 adına verilmiş “X8 hüququ haqqında” ##.##.2021-ci il tarixli *V-** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi texniki pasporta uyğun olaraq X2 adına olmuş və o, rəhmətə getdikdən sonra orada X27 yaşamışdır. Həmin dövrdə X27 anası X55 ilə faktiki nikahda yaşamışlar və o, uşaqlıqdan həmin mənzildə yaşamışdır. X27 ona ata olmuş, daim onun qayğısına qalmışdır. Onlar 30 ildən artıqdır ki, faktiki olaraq nikahda olmuşlar və atası ilə anası ##.##.2021-ci il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində öz nikahlarını rəsimiləşdirmişlər. Müəyyən müddətdən sonra atası X27 yəni ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Bir müddət keçdikdən sonra anası X55 ##.##.2022-ci il tarixdə vərəsəliyin qəbul edilməsi barədə ərizə ilə * saylı notariat ofisinə müraciət etmiş, lakin ##.##.2022-ci il tarixində dünyasını dəyişmişdir. Müəyyən müddət keçdikdən sonra Bakı şəhər Pirallahı Rayon Məhkəməsindən ona bildiriş gələrək indiki cavabdehlər mənzildən çıxarılma tələbənə dair iddia ilə müraciət etmişlər. O, valideynləri ilə birlikdə həmin mənzildə 30 ildən artıqdır ki, yaşayır. Bir gündə olsun orada yaşamasalar da heç bir xəbər vermədən və ** saylı Dövlət notariat ofisi öz üzərinə düşən vəzifəni icra etmədən yəni vərəsələrin dairəsini müəyyən etmədən cavabdehlərin adına 1/2 pay müəyyən edilməsinə dair ##.##.2021-ci il tarixli mirasın qəbul olunmasına dair şəhadətnamə verilmişdir. Bununla da onun anasının vərəsəlik hüququnu pozulmuşdur. O müddət ərzində cavabdehlər bilərəkdən bunu onlardan gizlətmiş və anası rəhmətə getdikdən sonra onun həmin mənzildə çıxarılmağına dair iddia ilə müraciət etmişlər. Onun başqa yaşayış yeri yoxdu və o, anasına münasibətdə həmin mənzilə vərəsədir.
17. Cavabdeh cavabdeh1 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. 18.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 vəfat etmiş X5 vərəsələridir. Onların hər biri miras əmlakdan 1/2 irs almışdır. Daha sonra ##.##.2021-ci il tarixdə vəfat etmiş X27 miras qalmış Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair notariat ofisi tərəfindən mərhumun vərəsəsi olan arvadı X51 ##.##.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında vərəsəlik işi açılmışdır. S.M.Mitrofanova ##.##.2022-ci il tarixdə vəfat etdiyinə görə ona X8 Hüququ Haqqında şəhadətnamə verilməmişdir. S.M.Mitrofanova vərəsə olduğundan, ünvan 4 ünvanında yerləşən mübahisəli ev miras əmlakı kütləsidir.
20. Məhkəmə hesab etmişdir ki, X51 ölüm məqamı vərəsəliyi qəbul etdiyindən, iddiaçı mərhumun oğlu olmaqla ünvan 4 miras əmlakı kütləsinə daxil olduğundan iddiaçı hazırkı tələblə müraciət etməkdə haqlıdırlar.
21. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab etmişdir ki, iddiaçı ölüm məqamı vərəsəliyi qəbul etmiş X51 oğlu olduğundan o, qanun üzrə vərəsədir.
22. Məhkəmə öz mövqeyini Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133, 1145, 1151,1243-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırkı mübahisə üzrə miras açılan zaman qüvvədə olan qanunvericiliyə əsasən mirasın qəbul edilməsi üçün ilk əvvəl vərəsənin həmin mirası qanunla nəzərdə tutulan müddət ərzində rəsmi və ya faktiki qəbul etməsi əsas şərtlərdən biri olmuşdur. ##.##.2021-ci il tarixli “X8 hüququ haqqında şəhadətnamədən” görünür ki, həmin şəhadətnamə ##.##.1965-ci il tarixdə vəfat etmiş X4 miras qalan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv/m olan fərdi yaşayış evindən və 0.088310 ha torpaq sahəsindən ibarətdir. X3 ölümü ilə, yəni ##.##.1965ci il tarixdə açılmışdır. Yəni Rayon Məhkəməsi bu iddiaya yalnız mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etməklə baxa bilərdi. Məhkəmə isə hazırkı iddiaya 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etməklə baxmaqla maddi hüquq normalarını düzgün tətbiq etmədiyi qətnamə qəbul etmişdir. Digər tərəfdən isə məhkəmə iddiaçını Aslan Mirzoyevin vərəsəsi hesab edirsə bu zaman Aslan Mirzoyevin də atası X4 miras qalan əmlakı rəsmi və ya faktiki qəbul edib-etməməsini aydınlaşdırmalı idi. Nəzərə alınmalıdır ki, X4 apellyatorun atasıdır və o vəfat edən zaman onun arvadı və 6 övladı olmaqla 7 vərəsəsi olmuşdur. Aslan Mirzoyev atası vəfat edən zaman həmin evdə yaşamırdı, artıq köçüb başqa yerdə yaşayırdı. Asalan Mirzoyev heç vaxt ailə qurmamışdı, amma Svetlana Mitrofonova ilə münasibətləri var idi. Aslan Mirzoyev son zamanlar qocalığı ilə əlaqədar psixi sarsıntılar keçirmiş, əqli vəziyyəti yaxşı olmamış, öz hərəkətlərinin mənasını başa düşməmişdir. Iddiaçı isə bundan istifadə edərək ##.##.2021-ci il tarixdə Aslan Mirzoyevi məcburi olaraq Xəzər Rayon Qeydiyyat Şöbəsinə aparmış, orada anası Svetlana Mitrofanova ilə nikahlarını rəsmiləşdirmişdir. Nikaha daxil olan zaman Aslan Mirzoyevin 83 yaşı olmuş, nikahdan qısa müddət sonra vəfat etmişdir. Göründüyü kimi Aslan Mirzoyev mirası nə rəsmi nə də ki faktiki qəbul etməmiş və həmin evə mirası qəbul etmək üçün qanunla nəzərdə tutulan müddəti ötürdükdən uzun illər sonra, yəni sağ qalan bacı-qardaşları ona həmin evə köçüb yaşamağa icazə verdikdən sonra gəlib həmin evdə yaşamışdır. Yəni iddiaçı qeyd edilən miras əmlakda miras payının yaranması üçün ilk əvvəl Mirzoyev Aslan həmin əmlakda miras payını 6 ay müddətində qəbul etməli idi, ondan sonra Aslan Mirzoyevin miras payı irsi transmissiya ilə onun ölüm qabağı nikaha daxil olduğu arvadına, arvadı öldükdən sonra isə iddiaçıya keçə bilərdi. X9 mirası qanunla nəzərdə tutulan müddətdə qəbul etmədiyinə görə, iddiaçının da belə bir hüququ yaranmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə, (hakimlər M. A. Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.Imanov) cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2025ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh1 və cavabdeh2 vəfat etmiş X5 vərəsələridir. Onların hər biri miras əmlakdan 1/2 irs almışdır. Daha sonra ##.##.2021-ci il tarixdə vəfat etmiş Aslan Mirzoyevdən miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair notariat ofisi tərəfindən mərhumun vərəsəsi olan arvadı Svetlana Mitrofanovanın ##.##.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Lakin o, ##.##.2022-ci il tarixdə vəfat etdiyinə görə ona “X8 Hüququ haqqında şəhadətnamə” verilməmişdir. Svetlana Mitrofanova mərhum Aslan Mirzoyevin arvadı olaraq sonuncunun vərəsəsi, iddiaçı isə öz növbəsində Svetlana Mitrofanovanın övladı olaraq öz anasının vərəsəsidir.
27. Maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş və hazırkı qətnamənin 20-ci bəndində qeyd edilmiş hallara yanaşdıqda müəyyən edilir ki, iddia əsaslıdır və Rayon Məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
28. Apellyasiya şikayətində apellyator qeyd etmişdir ki, X4 ##.##.1965-ci il tarixdə vəfat etmişdir. Buna görə də, rayon məhkəməsi mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normalarını tətbiq etməklə işə baxa bilərdi. Lakin Rayon Məhkəmə isə hazırkı iddiaya 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etməklə baxmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, Aslan Mirzoyev ##.##.2021-ci il tarixdə, onun arvadı – iddiaçının anası Svetlana Mitrofanova isə ##.##.2022-ci il tarixdə vəfat etdikləri üçün Rayon Məhkəməsi hazırkı iddiaya 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etməklə baxmaqda haqlı olmuşdur.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1243.1, 1243.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57, 58, 59-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından da görünür ki, miras qoyan X4r, miras əmlak ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv/m olan fərdi yaşayış evi və 0.088310 ha torpaq sahəsidir və mirasın açıldığı vaxt ##.##.1965-ci ildir. Yəni, iddiaçı ünvan 8 fərdi yaşayış evinə dair ** saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş X8 hüququ haqqında ##.##.2021-ci il tarixli *V-** nömrəli şəhadətnaməni mübahisələndirir və həmin şəhadətnamə də ##.##.1965-ci il tarixdə vəfat etmiş X4 miras qalan evdən ibarətdir. Bir sözlə mübahisə məhz ##.##.1965-ci il tarixdə açılmış mirasa dair olduğundan, hər bir halda həmin mübahisəyə ##.##.1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq edilməli idi.
32. Lakin Apellyasiya Məhkəməsi öz gəldiyi nəticəsinin əsası kimi göstərmişdir ki, “Aslan Mirzoyev ##.##.2021-ci il tarixdə, onun arvadı – iddiaçının anası Svetlana Mitrofanova isə ##.##.2022-ci il tarixdə vəfat etdikləri üçün Rayon Məhkəməsi hazırkı iddiaya 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etməklə baxmaqda haqlı olmuşdur”. Göründüyü kimi ##.##.2021-ci il tarixdə ölmüş Aslan Mirzoyev və ##.##.2022-ci ildə ölmüş onun arvadı – iddiaçının anası Svetlana Mitrofanova miras qoyan deyil, vərəsələr hesab edildiyinə görə məhkəmə onların ölüm anını mirasın açıldığı zamanla eyniləşdirməkdə haqlı olmamışdır. Yəni onların ölümü heç bir hüquqi nəticə yaratmamış, sadəcə əgər onların mirası qəbul etmək hüququ qalmışdırsa bu zaman onlar miras qoyan deyil, mirası qəbul etmədən öldükləri üçün vərəsəlik hüquqları irsi transmisiya ilə keçən vərəsələr hesab edilə bilərlər. Bir sözlə vərəsələr Aslan Mirzoyev və onun arvadı – iddiaçının anası Svetlana Mitrofanova 2000ci ildən sonra vəfat etdikləri səbəbi ilə hazırkı iddiaya 2000-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin normaları tətbiq edilə bilməz, ondan ötrü ki, onlar miras qoyan deyil, vərəsələrdir. Miras yalnız miras qoyanın ölümü ilə açıldığına görə mirasa dair mübahisələr yalnız mirasın açıldığı zaman qüvvədə olan normalarla tənzimlənməlidir.
33. Miras açılan zaman qüvvədə olan - ##.##.1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin tələbindən də görünür ki, miras qoyan X4 ## #### 1965ci ildə öldükdən sonra X27 mirası faktiki qəbul etməli və ya rəsmi qəbul etmək üçün notariat ofisinə ərizə verməli idi. O bu hərəkəti, yəni mirası qəbul etməyi miras açıldıqdan sonra altı ay müddətində etməmişdirsə artıq miras əmlak onu qəbul etmiş vərəsələrə, yəni cavabdehlər cavabdeh2bala oğlu və cavabdeh1 məxsus əmlak hesab edilir. Göründüyü kimi miras qoyan X4 öldüyü ## #### 1965-ci ildən 6 ay sonra, yəni ## ###### 1966-cı ildən miras əmlak - ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv/m olan fərdi yaşayış evi və 0.088310 ha torpaq sahəsi cavabdeh2 Bala oğluna və cavabdeh1 Mirzə Bala qızına məxsus əmlak hesab edilir. Yəni iddiaçı bunun əksini sübut etmək üçün o, X27 həmin mirası əmlakı faktiki qəbul etməsini sübut etməli idi.
34. Apellyasiya şikayətlərinin əsasları da məhz bu olmuş, apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə bu halı araşdırmamış, iddianın əsası olan vərəsəlik işinin hallarını öyrənməmiş, yalnız iddiaçının məhkəməyə təqdim etdiyi qonşuların ərizələrinə əsaslanmışdır Halbuki əmin ərizələrdə də qeyd etmişlər ki, Svetlana Mitrofanova və onun övladı olan iddiaçı 20 ildir ki, onlarla qonşudur və Svetlana Mitrofanova mərhum əri Aslan Mirzoyevlə birlikdə Pirallahı rayonu, E.Hüseynov kuçəsi, ev 27 ünvanda yaşayıb. Hətta bu ərizələr əsas götürülsə belə, bu halda da müəyyən edilir ki, iddiaçı anası ilə birlikdə təxminən 2005-ci ildən miras əmlakda yaşayıb, yəni miras açıldığı zamandan 40 il sonra onlar orada yaşamağa başlayıblar.
35. Apellyasiya şikayətlərinin əsası da məhz bu olub ki, vərəsələrdən biri olan Aslan Mirzoyev miras açılmazdan əvvəl miras evdən çıxıb gedib, gənc vaxtlarında iddiaçının anası birlikdə başqa yerdə yaşayıb, miras açılan zaman (1965-ci ildə)mirası nə rəsmi nə də ki, faktiki qəbul etməyib, miras açılandan 40 il sonra həmin evdə yaşamağa başlayıb, bununla da o mirası qəbul etmək üçün qanunla nəzərdə tutulan müddəti ötürüb, yəni mirası qəbul etmədən öldüyünə görə onun vərəsələrinin irsi transmissiya hüququ yaranmayıb. Bakı Apellyasiya Məhkəməsi isə onların bu əsaslarına heç münasibət bildirməyib.
36. Miras açılan zaman qüvvədə olan- ##.##.1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 554-cü maddəsinə əsasən, əgər miras qoyan X4 öldükdən 6 ay keçməmiş X27 ölərdisə bu zaman iddiaçı həmin mirasa münasibətdə öz anasının vərəsəsi hesab edilə bilərdi. Lakin işin hallarından da görünür ki, X27 mirası faktiki qəbul etmədən, miras açıldıqdan uzun illər sonra ölmüşdür ki, bu hal isə iddiaçının mirasdan pay tələb etmək hüququnun yaranmamasının göstəricisidir.
37. Birinci instansiya məhkəməsi isə hazırkı işdə ümumiyyətlə vərəsələrin dairəsini müəyyən etməmiş, onların, yəni onun və qardaşı Fərmanın miras əmlakda olan paylarını müəyyən etməmiş, onların həmin miras əmlakı faktiki olaraq qəbul etmələri, qardaşları Mirzəyev Aslanın isə mirası nə rəsmi nə də ki, faktiki qəbul etməməyinə əhəmiyyət vermədən şəhadətnaməni etibarsız hesab etmişdir. Halbuki, şəhadətnamə o zaman etibarsız hesab edilə bilərdi ki, həmin şəhadətnamə ilə mirası qəbul etməli olmayan vərəsələrə miras payı verilərdi. Lakin qardaşı Aslan 1960-cı ildən, yəni miras açılmazdan əvvəl həmin evdə yaşamamış, həmin evdə mirasçılardan uzun illər sonra, təxminən 2018-cı illərdə, onların razılığı ilə yaşamağa başlamışdır. O vaxta qədər isə həmin evdə onlar yaşamış, evi faktiki qəbul edib, qoruyub saxlamışlar. Apellyasiya məhkəməsi isə ümumiyyətlə işin bu hallarına toxunmamışdır.
38. Istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən də görünür ki, iddiaçının miras əmlakda payının olmaması barədə cavabdehlərin arqumenti cavabsız qalmış, iddiaçıdan əvvəlki vərəsələrin həmin payı qəbul edib-etməməsi, həmin payın ona irsi transmissiya ilə keçib-keçməməsi məsələsinə aydınlıq gətirilməmişdir. Yəni birinci instansiya məhkəməsinin əsaslarına münasibətdə apellyasiya şikayətində miras əmlaka vərəsəlik hüququnun iddiaçıya irsi transmissiya ilə keçməməsi göstərilmişdirsə məhkəmə artıq bu halın, yəni miras əmlaka vərəsəlik hüququnun iddiaçıya keçməsini təsdiq edəcək sübutları öz qətnaməsində sadalamalı idi. Lakin məhkəmə sadəcə öz qətnaməsinin 20-ci bəndinə göstərmişdir ki, “Svetlana Mitrofanova mərhum Aslan Mirzoyevin arvadı olaraq sonuncunun vərəsəsi, iddiaçı isə öz növbəsində Svetlana Mitrofanovanın övladı olaraq öz anasının vərəsəsidir.” Halbuki, Svetlana Mitrofanova mərhum Aslan Mirzoyevin arvadı olaraq onun vərəsəsi olsa belə, Aslan Mirzoyevin adına hər hansı bir əmlak yoxdursa və ya o hər hansı bir mirası faktiki və ya rəsmi qəbul etməmişdirsə, bu zaman Svetlana Mitrofanovaya heç bir miras keçmir. Yəni bu halda da əfsuslar olsun ki, məhkəmə miras qoyan X2 vərəsəsi Aslan Mirzoyevi miras qoyan kimi müəyyən etmişdir. Halbuki, ilk əvvəl Aslan Mirzoyevin mirası qəbul etməsi faktı müəyyən edilməli, ondan sonra onun vərəsələri həmin mirası qəbul etməlidir. X9 mirası qəbul etmədiyinə görə onun vərəsələri də bu hüququ artıq itirmiş olur.
39. Iddia 1965-ci ildə açılmış miras barədə olduğundan iddiaçı həmin mirasın ondan əvvəlki vərəsələr tərəfindən qəbul edilməsini və onun da həmin mirası irsi transmissiya ilə qəbul etməsini sübut etməli idi. Bundan başqa iddiaçı X8 hüququ haqqında şəhadətnaməni mübahisələndirirsə, bu zaman həmin şəhadətnamənin verilməsinə əsas olmuş notariat işinin surətini məhkəməyə təqdim etməli idi. Lakin elektron məhkəmə sistemindən də görünür ki, iddiaçı bu sübutların heç birini məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətlərinin əsaslarında da X8 hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat işi nəzərdən keçirmədən məhkəmənin iddianın təmin olunması barədə nəticəyə gəlməsini göstərsələr də apellyasiya məhkəməsi onların bu əsaslarını nəzərə almamışdır.
40. Bütün bu qeyd edilənlərdən əlavə bildirmək istəyir ki, iddiaçı heç bir zaman miras əmlakda yaşamamış, onun daimi öz yaşayış yeri olmuş, sadəcə olaraq yaranmış boşluqdan istifadə edərək, cavabdehlərin əmlakını ələ keçirmək üçün ilk əvvəl anasını onların qardaşı 83 yaşlı Aslan Mirzoyevlə evləndirmiş, nikahdan 12 gün sonra Aslan Mirzoyev öldüyündən bu iddianı qaldırmışdır. Lakin iddiaçı özü apellyasiya məhkəməsinə gəlməmiş, apellyasiya şikayətinə etirazını bildirməmiş, məhkəmə isə onun əvəzinə olmayan sübutları təhrif edərək, şikayətin əsas hallarına qiymət vermədən qətnamə qəbul etmişdir.
41. Məhkəmə qətnaməsində qərəzli mövqe tutaraq iddiaçı tərəfin sübutlarını nəzərə alınmadan, işə obyektiv yanaşmamış və əsassız qətnamə qəbul etmişdir.
42. X4 cavabdehlər cavabdeh2 Bala oğlunun və cavabdeh1 Mirzə Bala qızının atasıdır, onların ataları ## #### 1965-ci ildə ölmüş, ataları ölən zaman atalarının 7 vərəsəsi- olmuşdur.
1. arvadı X1 Ağa Əli qızı 2. qızı X7 3. qızı X13 4. qızı X19 5. oğlu X10 6. oğlu cavabdeh2 Bala oğlu 7. qızı cavabdeh1 Mirzə Bala qızı.
43. Ataları öləndə isə həmin evdə X10 yaşamadığına görə Bakı şəhəri ** saylı dövlət notariat ofisinin notariusu həmin miras əmlakda yalnız cavabdehlər cavabdeh2 Bala oğlunun və cavabdeh1 Mirzə Bala qızının paylarını tanımışdır. Belə ki, işin faktiki halı odan ibarətdir ki, X27 ## ### 1938-ci il təvəllüdlü idi, ataları ## #### 1965-ci ildə öləndə onun 27 yaşı vardı, o artıq köçüb başqa yerdə yaşayırdı. O ailə qurmamışdı, cavan vaxtlarında iddiaçının anası X51 ilə münasibətləri olmuşdur. O, son zamanlar qocalığı ilə əlaqədar psixi sarsıntılar keçirmiş, əqli vəziyyəti yaxşı olmamış, öz hərəkətlərinin mənasını başa düşməmişdir. Iddiaçı isə bundan istifadə edərək ## ##### 2021-ci ildə onu məcburi olaraq Xəzər rayon Qeydiyyat Şöbəsinə aparmış, orada anası X51 ilə X27 nikahını rəsmiləşdirmişdir. Nikaha daxil olan zaman X27 83 yaşı olmuş, iddiaçı İddiaçı onun xəstə olmasını tezliklə öləcəyini başa düşüb, onun öz anası X51 ilə nikaha daxil olmasını təşkil etmiş və onlar nikaha daxil olduqdan sonra ## ### 2021-ci il tarixdə X10 ölmüşdür. Göründüyü kimi X10 mirası nə rəsmi nə də ki faktiki qəbul etməmiş, cavabdehlər cavabdeh2bala oğlu və cavabdeh1 isə ataları öləndə həmin evdə yaşadıqlarına və evi faktiki qəbul etdiklərinə görə, bu barədə notariusa ərizə verməmişlər. X27 isə həmin evə mirası qəbul etmək üçün qanunla nəzərdə tutulan müddəti ötürdükdən uzun illər sonra, yəni cavabdehlər cavabdeh2bala oğlu və cavabdeh1 ona həmin evə köçüb yaşamağa icazə verdikdən sonra gəlib həmin evdə yaşamışdır. Yəni iddiaçı X48 qeyd edilən miras əmlakda miras payının yaranması üçün ilk əvvəl X27 həmin əmlakda miras payını 6 ay müddətində qəbul etməli idi, ondan sonra X27 miras payı irsi transmissiya ilə onun ölüm qabağı nikaha daxil olduğu arvadına, arvadı öldükdən sonra isə iddiaçıya keçə bilərdi. X11 mirası qanunla nəzərdə tutulan müddətdə qəbul etmədiyinə görə, iddiaçının da belə bir hüququ yaranmamışdır. Qeyd edilənlərdən əlavə belə hesab edirəm ki, məhkəmə hər bir halda bütün vərəsələrin dairəsini müəyyən etməli, hər bir vərəsənin məhkəmədə iştirakını təmin etməli və yalnız ondan sonra qətnamə qəbul etməli idi.
44. Kassasiya şikayətinin əsası kimi ##.##.1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 552 və 554-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2021-ci il Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217 və 218ci maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
##.##.1965-ci ildən ## ######## 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsi
46. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açıldıqdan sonra altı ay müddətində edilməlidir. Yalnız başqа vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi (Aslan Mirzoyevin vəfatı ilə əlaqədar hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya)
47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
48. 1133.2. X8 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
49. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
50. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
51. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu (Aslan Mirzoyevin vəfatı ilə əlaqədar hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya)
52. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
53. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir.
54. Maddə 59. Notarius X8 hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulub.
64. Belə ki, iddia ünvan 8 fərdi yaşayış evinə dair ** saylı Dövlət Notariat ofisi tərəfindən Minira Maksimovnanın və cavabdeh2 adına verilmiş “X8 hüququ haqqında” ##.##.2021-ci il tarixli *V-** nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədədir.
65. Iddia ərizəsində qeyd edilmişdir ki, X27 anası X55 ilə faktiki nikahda yaşamışlar və o, uşaqlıqdan həmin mənzildə yaşamışdır. X27 ona ata olmuş, daim onun qayğısına qalmışdır. Onlar 30 ildən artıqdır ki, faktiki olaraq nikahda olmuşlar və atası ilə anası ##.##.2021-ci il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində öz nikahlarını rəsimiləşdirmişlər. Müəyyən müddətdən sonra atası X27 yəni ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Bir müddət keçdikdən sonra anası X55 ##.##.2022-ci il tarixdə vərəsəliyin qəbul edilməsi barədə ərizə ilə * saylı notariat ofisinə müraciət etmiş, lakin ##.##.2022-ci il tarixində dünyasını dəyişmişdir. Müəyyən müddət keçdikdən sonra Bakı şəhər Pirallahı Rayon Məhkəməsindən ona bildiriş gələrək indiki cavabdehlər mənzildən çıxarılma tələbənə dair iddia ilə müraciət etmişlər. O, valideynlərilə birlikdə həmin mənzildə 30 ildən artıqdır ki, yaşayır. Bir gündə olsun orada yaşamasalar da heç bir xəbər vermədən və ** saylı Dövlət notariat ofisi öz üzərinə düşən vəzifəni icra etmədən yəni vərəsələrin dairəsini müəyyən etmədən cavabdehlərin adına 1/2 pay müəyyən edilməsinə dair ##.##.2021-ci il tarixli mirasın qəbul olunmasına dair şəhadətnamə verilmişdir. Bununla da onun anasının vərəsəlik hüququnu pozulmuşdur. O müddət ərzində cavabdehlər bilərəkdən bunu onlardan gizlətmiş və anası rəhmətə getdikdən sonra onun həmin mənzildə çıxarılmağına dair iddia ilə müraciət etmişlər. Onun başqa yaşayış yeri yoxdu və o, anasına münasibətdə həmin mənzilə vərəsədir.
66. Məhkəmələr tərəfindən yuxarıda göstərilmiş qətnamələr qəbul edilmişdir.
67. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh1 və cavabdeh2 vəfat etmiş X5 vərəsələridir. Onların hər biri miras əmlakdan 1/2 irs almışdır. Daha sonra ##.##.2021-ci il tarixdə vəfat etmiş Aslan Mirzoyevdən miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair notariat ofisi tərəfindən mərhumun vərəsəsi olan arvadı Svetlana Mitrofanovanın ##.##.2022-ci il tarixli vərəsəliyin qəbulu haqqında ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Lakin o, ##.##.2022-ci il tarixdə vəfat etdiyinə görə ona “X8 Hüququ haqqında şəhadətnamə” verilməmişdir. Svetlana Mitrofanova mərhum Aslan Mirzoyevin arvadı olaraq sonuncunun vərəsəsi, iddiaçı isə öz növbəsində Svetlana Mitrofanovanın övladı olaraq öz anasının vərəsəsidir.
68. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıdakı qənaətindən bu nəticə hasil olur ki, Aslan Mirzoyevdən miras əmlak qalıb. Lakin apelyasiya instansiyası məhkəməsi bu qənaətə gəlməsinə əsas verən mötəbər sübutları göstərməmiş, Aslan Mirzoyevdən miras əmlak qalıb-qalmamasını kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.
69. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məlumatlar məhkəmələr tərəfindən tədqiq edilmiş Bakı şəhəri * saylı notariat ofisinin X48 ünvanladığı ** saylı, ##.##.2023-cü il tarixli məktubdakı məlumatlar olsa da, həmin məktubun Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ##.##.2021-ci il tarixdə vəfat etmiş X27 miras qalmış əmlak olmasını təsdiq edən sənəd olmasını əsaslandırmamışdır.
70. Iş materialları ilə təsdiq edilir ki, ##.##.2021-ci il tarixli X8 hüququ haqqında şəhadətnamədə, ##.##.1965-ci il tarixdə vəfat etmiş-X5 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh2, ünvan 9 ünvanında qeydiyyatda olan cavabdeh1 qızının hər biri miras əmlakdan 1/2 irs almalı olduğu, şəhadətnamə verilən miras əmlakın ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2021 tarixdə - X5 verilmiş 012013001914-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.4 kv/m olan fərdi yaşayış evindən və 0.088310 ha torpaq sahəsindən ibarətdir.
71. Iddiaçının mübahisələndirdiyi də məhz əvvəlki bənddə göstərilən X8 hüquq haqqında şəhadətnamədir.
72. Iş materialları ilə təsdiq edilir ki, X10 mirasqoyanı (atası) ##.##.1965-ci il tarixdə vəfat etmiş X5r.
73. Apellyasiya instansiyası məhkəməsi məhz ##.##.1965-ci il tarixdə vəfat etmiş X5 qalmış mirasın Mirzoyev Aslan tərəfindən mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin normalarının tələbinə uyğun olaraq qəbul edilib-edilmədiyi halını araşdırıb hüquqi qiymət verməli olduğu halda, bu istiqamətdə araşdırma və hüquqi dəyərləndirmə aparmamış, göstərilən hala münasibətdə tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir.
74. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə iddianın əsaslı olub-olmaması qənaətinə gəlmək üçün X10 miras qalan əmlak olub-olmadığına hüquqi qiymət verməli idi. Lakin bu istiqamətdə kifayət qədər hüquqi dəyərləndirmə aparılmamış və işin araşdırılması və sübutlara qiymət verilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbi pozulmuş, bu hal düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
75. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
76. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
77. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).
78. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).
79. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
80. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmalı, iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının maraqlarına toxuna biləcəyi şəxslərin dairəsini dəqiqləşdirməklə onların da işə cəlb edilməsi imkanlarını müzakirə etməli, maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul etməlidir.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.