Məhkəmə qərarları › İş №2(1-8)-498/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-498/2026

02.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-498/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Avtomobil X1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh İsmixan oğluna qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Avtomobil X1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh İsmixan oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Avtomobil X1 “xxxx” MMC tərəfindən Cavabdeh İsmixan oğluna ünvanlanmış **/* saylı, ## ####### 2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, Respublika əhəmiyyətli avtomobil yolunun 475 km-də qanunsuz inşasına başlanmış yarımçıq tikilinin 30 gün müddətində öz vəsaiti hesabına sökülməsi, əks halda qanunamüvafiq tədbirlər görüləcəyi barədə cavabdeh məlumatlandırılmışdır.

2. Azərbaycan Avtomobil X1 “xxxx” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş ## ####### 2023-cü il tarixli aktda əsasən, ##.##.2023-cü il tarixdə Bakı-Ələt-Qazax- Gürcüstan dövlət sərhəd avtomobil yolunun 475-ci km+300 metrdə yolun sağ tərəfində hərəkət hissəsinin mərkəzindən bir tərəfi 11 metr, o biri tərəfi 12 metr məsafədə 15x5 metr ölçüdə qeyri-standart mişar daşından qanunsuz tikili aşkar olunmuşdur. Qanunsuz tikilinin Qazax rayon Hüseynbəyli kənd sakini Cavabdeh İsmixan oğlu tərəfindən aparıldığı məlum olmuşdur və ona tikilinin qanunsuz aparılması izah olunaraq dərhal dayandırılması tələbi qoyulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Avtomobil X1 “xxxx” MMC cavabdeh Cavabdeh İsmixan oğluna qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh İsmixan oğlu tərəfindən M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 475-ci km hissəsində qanunsuz inşa etdiyi yarımçıq tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İsmixan oğlu M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m ərazidə qanunsuz olaraq tikinti işləri aparmışdır. Xidmətin əməkdaşları tərəfindən bu halın aradan qaldırılması və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi üçün Cavabdeh İsmixan oğluna ## ####### 2023-cü il tarixli, **/S nömrəli xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tədbir görməmiş və sonuncu zəbt etdiyi ərazini öz istifadəsində saxlamaqla qanunsuz tikinti işlərini davam etdirmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh İsmixan oğlunun inşa etdiyi 75 kv.m tikilinin yerləşdiyi sahənin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüş, iddia edilən torpaq sahəsinin üzərində yerləşən tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metrdir və yolun mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli * nömrəli qərarına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/***** saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli 3-21-3-37/2- ****/**** saylı mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh İsmixan oğlunun inşa etdiyi 75 kv.m tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüşdür. İddia edilən torpaq sahəsinin üzərində yerləşən tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metrdir və yolun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli * nömrəli qərarına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir.

7. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

8. Qazax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m yarımçıq tikili Cavabdeh İsmixan oğlunun vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağı ilkin vəziyyətə gətirilməsi; Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatın Azərbaycan Avtomobil X1 “xxxx” MMC-dən, 75 manatın Cavabdeh İsmixan oğlundan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Cavabdeh İsmixan oğlunun inşa etdiyi 75 kv.m yarımçıq tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metrdir və yolun mühafizə zolağında yerləşir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli * nömrəli qərarına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ###### 2004-cü il “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında qərarın 1-ci bəndinə” əsasən, Azərbaycan SSR Nazirlər sovetinin “Azərbaycan SSR ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydalarının təsdiq etmək haqqında” 1989-cu il 17 Noyabr tarixli *** saylı qərarına müvafiq olaraq Respublika əhəmiyyətli avtomobil yollarında yolun orta oxundan 60 metr, yerli əhəmiyyətli avtomobil yollarında 25 metr ərazidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla aparılan mühəndis qurğuları istisna olmaqla bütün tikinti işlərinin dərhal dayandırılması müəyyən olunub.

11. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il ## ### tarixli ***-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il # #### tarixli *** nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 2015-ci il tarixli *** nömrəli Qərarı ilə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir.

12. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin tələblərinə əsasən Avtomobil yollarının torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir.

13. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metr olduğundan və həmin tikili yolun mühafizə zolağında yerləşdiyindən, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

14. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən qeyd etmişdir ki, mübahisəli yarımçıq tikili cavabdeh tərəfindən hər hansı qanuni əsas olmadan və respublika əhəmiyyətli Bakı Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə tikildiyindən, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh İsmixan oğlu tərəfindən M-2 indeksli respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m yarımçıq tikili cavabdehin vəsaiti hesabına sökülməli və avtomobil yolunun mühafizə zolağı ilkin vəziyyətə gətirilməlidir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının MPM-in 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə də istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh Cavabdeh İsmixan oğlunun etibarnamə üzrə nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti verərək həmin Qazax Rayon Məhkəməsinin ## #### 2025ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qəra qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının iddia etdiyi ərazinin avtomobil yollarına heç bir aidiyyəti yoxdur. Hətta tikilinin sökülməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan, qəsdən iddiaçı təşkilat tərəfindən sökülmüş və bu qanunvericiliyin norma və prinsiplərinə ziddir. Əgər iddiaçı təşkilat ## ####### 2023-cü il tarixdə məktub göndərərək tikintinin dayandırılmasını tələb edirdisə, oda tikintini davam etdirirdisə, o zaman nə üçün həmin vaxtdan məhkəməyə müraciət etmirdi. Tikinti başa çatdıqdan sonra, qeyri-yaşayış sahəsi üçün işıq sayğacı qoyulmaqla, elektrikin verilməsi həyata keçirlirilmiş, həmin ərazidə torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı tərtib edilməklə razılıq verilmişdir. Həmin yerin sxem xəritəsi çəkilmiş, qeyri yaşayış sahəsinin istənilən infrastruktur lahiyəsinə və ya mövcud elementə heç bir təsir göstərmədiyi məlum olsa da, həmin hissəyə də hüquqi qiymət verilməmişdir. Həmçinin ekspertin vermiş olduğu rəydə iddiaçı təşkilatın yerinə 0,5 metr daxil olduğu bildirilsə də, qalan hissələrin məhz iddiaçı təşikilatın hər hansısa bir maraqlarına toxunmamasına baxmayaraq, məhkəmə iddia tələbini tam olaraq, təmin etmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Qəhrəmanov və M.Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh İsmixan oğlu tərəfindən M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt- Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağının hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan, ümumilikdə 75 kv.m ərazidə qanunsuz olaraq tikinti işləri aparılmışdır.

20. Kollegiya hesab etmişdir ki, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin özbaşına tikinti və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları, eləcədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 2015-ci il tarixli *** nömrəli qərarı nəzərdən keçirilə bilər və həmin normalar bu qətnamənin 16-22- ci bəndlərində öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbinin əsaslılığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyindən birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə düzgün olaraq məhkəmə tikintitexniki21.və torpaqşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/***** saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh İsmixan oğlunun inşa etdiyi 75 kv.m tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüş, iddia edilən torpaq sahəsinin üzərində yerləşən tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metr olmaqla həmin tikili yolun mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2005-ci il tarixli * nömrəli qərarına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Belə ki, ekspertin istinad etdiyi Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilmişdir. Verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında da hər hansı şübhə yaratmır.

23. Cavabdeh tərəf rəylə razılaşmayaraq tikinti aparılmış ərazinin avtomobil yollarına heç bir aidiyyətinin olmamasını bildirsədə, lakin qeyd olunan ekspert rəyi ilə onun bu dəlili təkzib olunur. Apellyasiya icraatı zamanı da cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, həmin ərazidə tikinti aparılması üçün rəsmi icazə alınmamışdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü, maddələrinə, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 13, 15-1-ci, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il ## ### tarixli ***-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il # #### tarixli *** nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 2015-ci il tarixli *** nömrəli Qərarına, MPM-in 14.1, 76.2, 77.1, 88, 101.3, 119.1, 124.1, 217.3, 384.0.1 və 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini ləğv edilməsini, həmin işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti Mülki Məcəllənin 180.4-cü, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 13, 15-1-ci, Azərbaycan Respublikasının MPM-in 77-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, ayrılmış olan torpaq sahələri üzrə mübahisə olunan tikilinin yerləşmiş olduğu ərazi Bakı-Qazax magistral yolunda deyil, 2023-cü il tarixədək, hansı ki, mühüm əhəmiyyət kəsb edən yol olmayan zamanda həmin yol magistral yol olaraq Respublika əhəmiyyətli yol sayılırdı, hazırda isə rayon daxili yol hesab edilir. Mübahisə olunan tikili ümumiyyətlə magistral yolla heç bir əlaqəsi yoxdur. Həmin yer tikinti üçün ayrılmış olan torpaq sahəsidir, çünki ona rəsmi icazələr verilmişdir ki, həmin əraziyə 10 kv-lıq elektrik cərəyanı çəkilirdi, kadastr verilirdi, digər qurumların razılıqları barədə rəsmi sənədlər verilmişdir. Həmçinin həmin qanunsuz tikilmiş olan tiklinin sökülməsi ilə əlaqədar olaraq iddia vermək hüququ olan müvafiq icra hakimiyyəti orqanı hazırkı işdə iddiaçı təşkilat deyil. Çünki mütəxəssis rəyində göstərilmiş olan ərazi mübahisə predmeti olan yer deyil, həmin ərazi yaşayış məntəqələri torpaqlarına adi olan hissədir. Bu hal üzrə isə iddiaçı təşkilatın ümumiyyətlə hüquqlarına toxunmur.

28. İş üzrə mütəxəssisin vermiş olduğu rəy üzrə mübahisə edilən torpaq sahəsinin hansı ərazidə yerləşdiyi barədə tam dəqiq məlumat verilməmişdir.

29. İddiaçı təşkilat düzgün iddia tələbi irəli sürməmiş, mütəxəssis rəyi düzgün yazılmamış, amma ki, həmin vaxt cəzaçəkmə müəssisində olmağı səbəbindən bəzi sənədləri verə bilməmiş və həmin yerə nə yerli baxış, nə də ki, normal ekspert tərəfindən rəy verilməmişdir. Bu səbəbdən də, iddiaçının sübutları natamamdır.

30. Əslində isə həmin tikilinin yaşayış məntəqələri daxilində yerləşdiyi üçün iddiaçı təşkilata heç bir aidiyyatı yoxdur. Bu səbəbdən də, mütəxəssis rəy verən zaman həmin tikilinin yerləşdiyi yeri deyil, həmin yerdən 300 metr aralıda olan torpaq sahəsinə dair rəy vermişdir. Həmin tikilinin yerləşdiyi yer üzrə ona yaşayış məntəqələrinin torpaqları olması barədə arayış verilmiş, həmin tikiliyə 10kv-lıq elektrik cərəyanı verilmiş, həmin tikliyə dair kadastor verilib həmin sənədlərdə də həmin tiklinin yaşayış massivində yerləşdiyini sənəddə qeyd etmişlər.

31. Yuxarıda qeyd etdiyi kimi, bəzi araşdırılmayan məqamlar mövcuddur ki, həmin hissələrə ümumiyyətlə hüquqi qiymət verilmədən qətnamə çıxarılmışdır. Belə ki, iddiaçının iddia etmiş olduğu ərazi məhz avtomobil yollarına heç bir müdaxiləsi olmadığı barədə, nə yerli baxışa getmiş, həmin tikilidən sonra “Azpetrol” YDM-nin tikintisi mövcuddur, onun qarşısında isə Qazax Olimpiya kompleksi mövcuddur.

32. 2023-cü il tarixdə Bakı Qazax magistral yolunun həmin hissədən deyil, başqa hissədən keçməsi barədə Cənab Prezidentin açılışını etmiş olduğu yeni yol mövcuddur və hazırda da fəaliyyət göstərir. Hətta tikilinin məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan, qəsdən iddiaçı təşkilat tərəfindən sökülməsi qanunvericiliyin norma və prinsiplərinə ziddir. Çünki həm məhkəmə qaydasında cavabdeh tərəfindən sökülməsini tələb edir, həm də, özü istəyinə uyğun olaraq cavabdehə məxsus olan əmlakı qanunsuz olaraq sökməklə cavabdehə ziyan vurmuşdur. Məhz iddiaçı təşkilat əgər ## ####### 2023-cü il tarixdə məktub göndərməklə tikilinin tikintisinin dayandırılmasını tələb edirdisə və cavabdeh həmin tikintini davam etdirirdisə, o zaman nə üçün həmin vaxtdan məhkəməyə müraciət etmirdi. Həmin tikili tam olaraq tikilib başa çatdıqdan sonra, həmin qeyri yaşayış sahəsi üçün işıq sayğacı qoyulmaqla, elektrikin verilməsi həyata keçirlirilmiş, həmin ərazidə torpaq sahəsinin faktiki vəziyyətini əksetdirən müayinə (baxış) aktı ƏMDX-nin Qazax ərazi şöbəsinin nümayəndəsinin, DƏDRX-nin ** saylı Əİ-nin nümayəndəsinin və Qazax rayonu Xanlıqlar bələdiyyəsinin iştirakları ilə akt tərtib edilməklə razılıq verilmişdir. Həmin nümayəndələri məhkəmə iclasına dəvət etmədən, onları dinləmədən işə baxan məhkəmə qərar qəbul etmişdir. Həmin yerin sxem xəritəsi çəkilmiş, qeyri yaşayış sahəsinin istənilən infrastruktur layihəsinə və ya mövcud elementə heç bir təsir göstərmədiyi məlum olmasına baxmayaraq, həmin hissəyə də hüquqi qiymət verilməmişdir. Həmçinin ekspertin vermiş olduğu rəy üzrə cavabdehin iddiaçı təşkilatın yerinə 0,5 m daxil olduğu bildirilməsinə baxmayaraq, qalan hissələrin məhz iddiaçı təşkilatın hər hansısa bir maraqlarına toxunmamasına baxmayaraq məhkəmə iddia tələbin tam olaraq təmin etmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

35. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

36. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə 13. Avtomobil yollarının torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir.

39. Maddə 15-1. Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 2015-ci il tarixli *** nömrəli Qərarı

40. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il ## ### tarixli ***-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il # #### tarixli *** nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilsin: 1.1. respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; 1.2. yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Cavabdeh kassasiya şikayətinə “FİM GROUP CONSULTİNG” MMC tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli “Əmlakın müəyyən edilməsi haqqında” hesabat əlavə etsə də, məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi yeni sübutlar qəbul etmir və onların qiymətləndirilməsini həyata keçirmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin qanunsuz tikilmiş olan tiklinin sökülməsi ilə əlaqədar olaraq iddia vermək hüququ olan müvafiq icra hakimiyyəti orqanının hazırkı işdə iddiaçı təşkilat olmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil X1nin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil X1 (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

58. Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən Agentlik bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.8. avtomobil yollarının torpaq sahələrində inşa edilmiş qanunsuz tikili və qurğuların inşasının qarşısının alınması ilə bağlı şəhərsalma və tikinti qanunvericiliyinə uyğun tədbirlər görür; 3.1.10. avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında xüsusi istifadə rejimini təmin edir.

59. Azərbaycan Respublikasının Prezidentinin ## ####### 2022-ci il tarixli Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Avtomobil X1nin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Avtomobil X1nin (bundan sonra – Agentlik) tabeliyində “xxxx” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

60. Həmin Fərmanın 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, xxxx (bundan sonra – Xidmət) Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxsdir.

61. Məhkəmə kollegiyası qeyd edilənlərlə iddiaçının müvafiq subyektiv hüquqa malik olduğunun təsdiq edildiyi qənaətinə gəlir.

62. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh İsmixan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar