Məhkəmə qərarları › İş №2(1-8)-502/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-502/2026

14.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-502/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (“xxxx” X2 * saylı Bakı Ərazi Idarəsi, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): servitut hüququ, torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (“xxxx” X2 * saylı Bakı Ərazi Idarəsi, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və sahənin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh Cavabdeh ünvan 1 ünvanında (bundan sonra mübahisəli ünvan) yaşadığı fərdi yaşayış evinin qarşısında yerləşən və ümumi istifadədə olan sahədə təxminən 25 kv metrə yaxın sahəsi olan tikili (anbar) inşa etmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin ərazidə iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evi vardır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən mübahisəli ünvanda yerləşən qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və həmin sahənin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onların qonşusudur və bir neçə qonşunun evinə gedən yolu bilərəkdən qanunsuz zəbt etməklə yolu daraltmış, həmin yolda qanunsuz olaraq özü üçün yüngül konstruksiyalı materiallardan istifadə etməklə əlavə yardımçı sahə tikmişdir. Nəticədə bir neçə qonşunun evlərinə giriş-çıxış məhdudlaşmış və o da daxil olmaqla həmin qonşular üçün əlverişsiz şərait yaratmışdır. Bu gün həmin evlərdə hər hansısa fövqəladə hal baş verərsə nə təcili yardım, nə də ki, bir digər xüsusi təyinatlı xilasedici qüvvələrin həmin evlərə yardıma gəlməyi mümkünsüz olmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək, bu qanunsuzluğa son qoyması tələb edilsə də, o qətiyyətlə bundan imtina etmiş və qanunsuz tikilini sökməyəcəyini bildirmişdir. Ötən ilin oktyabr-noyabr ayında qanunsuz tikili inşa edilməyə başlayan zaman onlar dərhal Bakı şəhəri Nərimanov Bələdiyyəsinə müraciət edərək, bu hərəkəti dayandırmalarını xahiş etmişlər, lakin Bələdiyyə ##.##.2023-cü il tarixli B-*** saylı məktubu ilə bu məsələnin onların səlahiyyətinə aid olmadığı üçün müvafiq icra orqanlarına müraciət etməli olduqlarını bildirmişdir. Eyni məzmunlu ərizə ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1ə müraciət etmişlər. Həmin müraciətə Bakı ŞIH MKTD Nərimanov rayon MKTB tərəfindən verilən ##.##.2023-cü il tarixli Q-** saylı məktubda yerində baxış zamanı həqiqətən də qonşu tərəfindən gediş-gəliş yolunun zəbt edildiyi və tikinti işlərinin aparıldığı müşahidə edilmişdir. Lakin mövcud qanunvericiliyə görə tikililərin sökülməsinin yalnız məhkəmə qərarı və icra şöbəsinin iştirakı ilə mümkün olduğu qeyd edilmişdir. Beləliklə cavabdeh öz səlahiyyət hədlərini aşaraq ümumi istifadədə olan yolu qanunsuz zəbt etməklə ələ keçirmişdir və bu yolla əsassız əmlak əldə etməyə çalışmışdır. Məhz bu halı nəzərə alaraq, məhkəmə hazırkı iddianı təmin etməklə pozulan mülki hüquqları bərpa etməlidir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tikili inşa edilən zaman onlar və qonşular etirazlarını bildirmişlər. Qarşı tərəf isə sadəcə abadlaşdırma işi edəcəyini söyləmişdir. Həmin tikilinin inşa edildiyi yerdə kommunikasiya xətləri yerləşir. Əvvəllər də həmin yerdə borularda problem olduğuna görə qazıntı işləri aparılmışdı. Hazırda isə həmin yerdə tikili var. Hər hansı bir fövqəladə hal baş verərsə, nə təcili yardım, nə də digər xüsusi təyinatlı xilasedici qüvvələrin evlərə yardıma gəlməyi mümkünsüzdür. Çünki tikili yolu tutub. Həyətə rahat şəkildə daxil ola bilmirlər, uşaqların oynamağa yeri yoxdur. O, sentyabr ayının 14-də səhər evdən çıxıb marketə gedən zaman tikilinin olduğunu görmüşdür. Kamera görüntülərinə baxan zaman məlum olmuşdur ki, gecə saat 4 radələrində həmin tikilini tikmişlər. Tikili bir gecəyə tikilmişdir. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 başçısının müavininin qəbulunda olmuşdur. Elə həmin vaxt komissiya təşkil edilmişdir. Komissiya tərəfindən tikiliyə baxış keçirilmişdir. Əvvəllər həmin tikilinin yerində qonşuların, uşaqların otura biləcəyi üstü örtülü yer var idi. Həmin söhbətgahı da qonşu tikmişdir, lakin hamı istifadə edirdi. Indi isə besedkanın hər tərəfini bağlayaraq yalnız öz istifadəsi üçün anbar etmişdir. Bu isə onların hüquqlarını pozur. Iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 bildirmişdir ki, ** saylı Mənzil Kommunal Istismar sahəsinin arayışı var. Həmin arayışda sözügedən tikilinin 22 kvadrat metr sahəyə məxsus olması və 10 ildən artıq müddətdir ki, mövcud olması qeyd edilmişdir. Sözügedən tikilinin qonşulara maneəsi yoxdur. Kommunikasiya xətlərinin üzərində tikili yoxdur. Həmin ərazidə piyada keçməyə yol var, ancaq maşın yolu yoxdur. Tikili 2012-ci ildə tikilmişdir. Divarları isə 2023-cü ilin sentyabr ayında qoyulmuşdur. Iddianın rədd olunmasını xahiş edir.

6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikili mülkiyyətində olan evin giriş hissəsini bağlamışdır. Həmin tikili onların rahat hərəkət etməyinə mane olur. Tikili tikilməmişdən əvvəl uşaqlar orada oyun oynayırdı və onlar həmin yerdə istirahət edə bilirdi. Yol əvvəl həmin yerdən olub. Hazırda isə tikili yola maneə yaradır. Iddianın təmin olunmasını məhkəmədən xahiş edir.

7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, layihə sənədləri və texniki pasport sənədi mərkəzə təqdim edilmədiyindən “mübahisələndirilən tikili ümumi istifadədə olan sahədə inşa edilmişdirmi?” sualı üzrə tədqiqat aparılmamışdır. Mübahisəli ünvandan keçən kommunikasiya, kommunal və infrastruktur xəttlərinin üzəri bağlı olduğundan, həmin xətlərin istiqamətinin müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən mübahisəli ünvanda yerləşən tikilinin kommunikasiya, kommunal və infrastruktur xətlərinin üzərində inşa edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli ünvanda yerləşən tikilinin hansı dövrdə inşa edilib-edilməməsinin, eyni zamanda həmin tikilinin ətraf ərazidə yerləşən evlərin sakinlərinə hər hansı maneçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti-texniki obyektlərinin tədqiqi ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından suallar üzrə tədqiqat aparılmamamışdır. Ekspertiza xərci 100 manat təşkil etmişdir.

8. Mübahisəli ünvana yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisəli sahəyə cavabdehə məxsus həyətdən daxil olunur və artırmanın sahəsi 20-25 kvadrat metrdir. Mübahisəli artırma anbar kimi istifadə olunur. Artırılma aparılan əraziyə 4 qonşunun qapısı açılır, ümumi istifadədə olan sahənin böyük hissəsini tutur.

9. Qonşu mənzilə baxış zamanı müəyyən olunmuşdur ki, evin digər küçədən böyük darvazalı giriş qapısı var, eyni zamanda mübahisəli tikilinin olduğu əraziyə də kiçik giriş qapısı vardır.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddia təmin edilmiş, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh tərəfindən mübahisəli ünvanda yerləşən evinin qarşısında müvafiq icazə sənədləri olmadan yüngül konstruksiyalı əlavə yardımçı tikili inşa edilmişdir. Tikili ümumi istifadədə olan keçid sahəsində yerləşməklə digər sakinlərin, o cümlədən iddiaçının və digər qonşuların evlərinə giriş-çıxış, sərbəst hərəkət imkanlarını məhdudlaşdırmış, fövqəladə hallarda təxliyə və operativ yardım imkanlarını faktiki olaraq mümkünsüz etmişdir. Qeyd edilən əlavə tikilinin ümumi istifadədə olan torpaq sahəsində müvafiq icazə sənədləri olmadan qanunsuz olaraq inşa edilməsi faktı dövlət orqanlarının rəsmi məktubları ilə təsdiq olunmuşdur. Bu isə cavabdehin qanunsuz olaraq zəbt etmiş sahədə özbaşına tikinti aparmaqla başqalarının hüquqlarına zərər vurduğunun və qanunsuz hərəkət etməsinin göstəricisidir. Iddiaçının evinə əsas girişin digər tərəfdən olması mövcud vəziyyəti dəyişdirmir. Iddiaçı tərəfindən dəfələrlə müvafiq orqanlara edilən müraciətlər, eləcə də cavabdehin bu tikilini könüllü sökməkdən imtina etməsi, onun qanunsuz hərəkətinin davamlı və iradəli xarakter daşıdığını göstərir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlar da yazılı sübutlarla bir-birini tamamlayır və işin halları ilə uyğunluq təşkil edir. Bu səbəbdən, cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikili hesab olunur və onun sökülməsi tələbi qanuni və əsaslıdır.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin özbaşına tikinti aparmaqla ümumi istifadədə olan əraziyə müdaxilə etməsi, qanunsuz şəkildə əmlak əldə etməyə yönəlmiş hərəkətlərə yol verməsi qanunaziddir və mülki hüquq pozuntusu kimi aradan qaldırılmalıdır.

13. Cavabdehin mübahisəli tikilinin uzun müddət öncə inşa edilməsi barədə etirazına münasibətdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən yerli baxış keçirilərkən həmin tikilinin yeni inşa edildiyi aşkar şəkildə müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən tərəflərin izahatına əsasən həmin ərazidə yan tərəfləri açıq olan söhbətgah mövcud idi, 2023-cü ildə həmin söbhətgahın yerində mübahisələndirilən tikili inşa edilmişdir. Məhkəmə həmin izahatları ağlabatan və işin hallarına uyğun hesab etmişdir. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən sahənin əvvəlki və tikintidən sonrakı şəkilləri iş materiallarına əlavə edilmişdir. Əvvəlki vəziyyətdə həmin sahədə yerləşən söhbətgah ümumi istifadədə olsa da, sonradan yan tərəflərinə divar tikilmiş və yalnız cavabdehin şəxsi istifadəsinə keçirilmişdir.

14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.4, 157.8, 180.1, 180.3 və 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 62 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının 1.5-ci bəndinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli tikili qonşuların evlərinə giriş-çıxışı məhdudlaşdırmamışdır. Məhkəməyə təqdim etdiyi sübutdan görünür ki, iddiaçının evinin iki giriş-çıxışı vardır, əsas giriş-çıxış (darvaza) Sübhan Ələsgərov küçəsi, ev 9 ünvanda yerləşir. Iddiaçının evi də həmin küçəyə aiddir. Mübahisəli tikiliyə yaxın olan girişçıxış isə kiçik qapıdır və giriş-çıxışına heç bir maneə yoxdur. Bu səbəbdən həmin tikilinin iddiaçının sərbəst hərəkət imkanlarını məhdudlaşdırması, fövqəladə hallarda təxliyə və operativ yardım imkanlarını faktiki olaraq mümkünsüz etməsi mümkün deyildir. Digər tərəfdən məhkəmənin iddiaçı ilə yanaşı digər qonşulara münasibətdə mövqe göstərməsi əsassızdır. Qonşular tərəfindən həmin tikilinin mövcudluğu ilə bağlı nə hər hansı orqana şikayət edilmiş, nə də məhkəməyə müraciət edilmişdir. Əksinə, həmin tikilinin qonşulara maneçilik törətməməsi ilə bağlı akt tərtib edilmiş və qonşular imza etmişlər. Akt məhkəməyə təqdim edilmişdir. Tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırkı işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görülməmişdir. Iddiaçı qanunsuz olduğunu iddia etdikləri tikilinin sökülməsini tələb etməkdə subyektiv hüququnun mövcudluğu baxımından haqlı deyildir, çünki tikili onun hüquqlarını pozmur və iddiaçı, Mülki Məcəllənin 180-ci maddəsində göstərilən maraqlı tərəf sayıla bilməz. Mütəxəssis rəyində tikilinin sahəsi 15 kvadrat metr götərilsə də, məhkəmə sahəni yerində müayinə protokoluna əsasən, 25 kvadrat metr göstərmişdir. Göründüyü kimi, məhkəmə mütəxəssis tərəfindən verilmiş kvadrat metrdən fərqli kvadrat metr yazmaqla tikilinin sahəsini böyük göstərmişdir.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi G.Babayeva apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının darvazası başqa küçəyə açılır, mübahisələndirilən tikili onlara mane ola bilməz, qonşular da həmin tikilinin onlara mane olmamasını təsdiq etmişlər, həmin tikilinin üstünü onlar on il qabaq bağlamışlar, iki il qabaq isə yalnız yanlarını bağlamışlar.

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, rayon məhkəməsi iddianı təmin edərək, əsassız qətnamə qəbul etmişdir. Belə ki, digər qonşular tərəfindən həmin tikilinin mövcudluğu ilə bağlı nə hər hansı orqana şikayət edilmiş, nə də məhkəməyə müraciət edilmişdir. Əksinə, həmin tikilinin qonşulara maneçilik törətməməsi ilə bağlı akt tərtib edilmiş və qonşular imza etmişlər. Iddiaçıya məxsus fərdi yaşayış evi, habelə evin darvaza və əsas giriş-çıxış qapısı Nərimanov rayonu, V.Əmirsayadov küçəsində yerləşir, Habil Mirzəyev küçəsində yerləşən qapı isə köməkçi qapıdır və evdən xeyli kənarda yerləşir. Bu səbəbdən həmin tikili iddiaçının sərbəst hərəkət, fövqəladə hallarda təxliyə və operativ yardım imkanlarını faktiki olaraq məhdudlaşdıra bilməz.

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçıa apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş və qeyd etmişdir ki, 60 ildir həmin ünvanda yaşayırlar, ərazi ümumi istifadədə olmuş, bütün qonşular həmin sahədən istifadə etmişlər. Sakinlərin bir çox xeyir-şər məclisləri ümumi sahə olan həmin yerdə keçirir, özbaşına tikili fiziki şəxs olaraq onların girişini məhdudlaşdırmır, lakin həmin sahəyə avtomobillərin girişini mümkünsüz edir. Həmin tikilinin üstü xeyli müddət əvvəl tikilmişdir, “naves” kimi onun olmasına qonşular etiraz etməmişdir ki, həmin quraqlıqdan hamı istifadə edə bilirdi, onlar həmin sahədən istifadə edərək xeyir-şər məclislərini yola verirdilər, həyətin uşaqları da asudə vaxtlarında həmin yerdə oynayırdı, lakin bir müddət əvvəl cavabdeh tez bir zamanda həmin sahənin yanlarını tam olaraq daşla hörərək bağlamış və həmin sahəni öz istifadəsinə qatmış, heç bir qonşunun razılığını almadan bu qanunsuz tikilini inşa edib və həmin ərazidə onlara keçid üçün cəmi bir metr yol saxlamışdır. Onlar buna qəti etiraz etmiş, cavabdeh buna məhəl qoymamış, bundan sonra müvafiq orqanlara müraciət etmişlər, lakin cavabdeh yenə də həmin qanunsuz tikilini sökməkdən imtina etmişdir, dövlət orqanları onlara izah etmişlər ki, həmin qanunsuz tikilinin sökülməsi üçün məhkəməyə müraciət etməlidirlər, onlar da məcbur qalıb bu iddianı vermişlər, ümumi istifadə də olan həyətin əvvəlki vəziyyətə gətirilməsini istəyirlər.

20. Məhkəmə iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehin şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikili mülkiyyətində olan evin giriş hissəsini bağlamışdır. Həmin sahə bütün qonşuların ümumi istifadəsində olan ərazidə, onun həyətinə gedən kanalizasiya xəttinin üzərində inşa edilmiş, onların rahat hərəkətinə maneə olmuşdur, əvvəllər yol həmin yerdən olmuşdur. Hazırda isə tikili yola maneə yaradır.

21. Mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün müvafiq ekspertiza təyin edilmiş, “Alternativ Ekspertiza Mərkəzi”nin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyi ilə mübahisəli ünvanda cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və şəbəkələri bölməsinin 8-saylı cədvəlinin piyadalar üçün nəzərdə tutulan yolun ölçüləri (eni) tələblərinə zidd olmadığı, hərəkət (avtomobil) yolunun ölçüləri (eni) tələblərinə zidd olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikilinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6- 1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və şəbəkələri bölməsinin * saylı cədvəlinin hərəkət (avtomobil) yolunun ölçüləri (eni) tələblərinə uyğun olmadığı üçün, özbaşına tikili orada yaşayan sakinlərin (iddiaçı, üçüncü şəxs və s.), nəqliyyat vasitələrinin hərəkəti baxımından, ümumi gediş-gəliş yolundan istifadə etməsi imkanını məhdudlaşdırır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ikram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş,Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmiş, ekspetiza tədqiqatının dəyəri 500 manatın cavabdehdən alınaraq Alternativ Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

23. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mübahisəli ünvanda yerləşən evinin qarşısında müvafiq icazə sənədləri olmadan yüngül konstruksiyalı əlavə yardımçı tikili inşa edilmişdir. Iddiaçı həmin tikilinin onun və digər sakinlərin evlərinə giriş-çıxış, sərbəst hərəkət imkanlarını məhdudlaşdırması və fövqəladə hallarda təxliyə və operativ yardım imkanlarını faktiki olaraq mümkünsüz etməsi, tikilinin ümumi istifadədə olan torpaq sahəsində müvafiq icazə sənədləri olmadan qanunsuz olaraq inşa edilməsi əsası ilə sökülməsi tələbi ilə məhkəməyə müaciət etmiş, iddia təmin edilmişdir.

24. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətinin dəlili kimi bildirir ki, həmin tikili iddiaçının öz evindən istifadəsinə mane deyil, çünki iddiaçının evinə əsas giriş digər küçədəndir. Tikili olan küçəyə onun evinin köməkçi (kiçik) qapısı var. Həmçinin özbaşına tikilinin sökülməsi tələbi ilə müvafiq icra hakimiyyəti çıxış edə bilər, demək, iddiaçının bu iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı digər sakinlərin adından çıxış edə bilməz.

25. Iddiaçı isə qeyd etmişdir ki, həmin küçədən o istifadə edir, əvvəllər oranın üstü qapalı olsa da, yan tərəfləri açıq olmuş, sakinlər ordan xeyir-şər yeri kimi istifadə etmişlər, sonra cavabdeh onun yan tərəflərini qapamış (tikmiş), bu onun və digər qonşuların ordan istifadəsinə mane olmuş, həm də avtomobillərin ordan keçməsinə də mane olur.

26. Həmçinin üçüncü şəxs (qonşu) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehin şikayətinə etiraz edərək və izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikili mülkiyyətində olan evin giriş hissəsini bağlamışdır. Həmin tikili onların rahat hərəkətinə maneə olur, əvvəllər yol həmin yerdən olmuşdur. Hazırda isə tikili yola maneə yaradır. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir.

27. “Alternativ Ekspertiza Mərkəzi”nin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyinin əsaslandırma hissəsindən məlum olur ki, həmin tikilinin iddiaçının da istifadə etdiyi ümumi gediş-gəliş yolunun üzərində tikilməsi nəticəsində gediş-gəliş yolu cəmi 2 metr qalmışdır.

28. Azərbaycan Dövlət Tikinti Normaları (AzDNT 2.6-1). 8-ci cədvəlində qeyd edilir ki, yaşayış tikililəri ərazisində olan küçələrində hərəkət zolağının eni 3 metr, səkinin piyada hissəsinin eni isə 1,5 metr olmalıdır. Göründüyü kimi, qeyd edilən tikili ümumi istifadədə olan küçədə nəqliyyat vasitələrinin hərəkət zolağını məhdudlaşdırmışdır, bu isə Azərbaycan Dövlət Tikinti Normalarının (AzDNT 2.6-1) 8-ci cədvəlində qeyd edilən qaydalara zidd olmaqla yanaşı iddiaçıya öz evindən istifadəyə, həmin evə sərbəst gediş-gəlişə maneə törədir. Bu isə iddiaçının hüquqlarını pozur. Odur ki, apellyasiya şikayətinin iddiaçının evinə əsas girişin digər tərəfdən olması, həmin tikilinin ona mane olmaması barədə dəlili əsassızdır.

29. Apellyasiya şikayətinin digər dəlili özbaşına tikilinin sökülməsi tələbi ilə müvafiq icra hakimiyyətinin çıxış edə bilməsi, iddiaçının bu iddia tələbini qaldırmaq üçün subyektiv hüququnun olmamasıdır.

30. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

31. Həmin normadan göründüyü kimi, özbaşına tikilinin sökülməsi tələbi ilə maraqlı tərəf də müraciət edə bilər, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

32. Apellyasiya şikayətinin tikilinin qonşulara maneçilik törətməməsi ilə bağlı tərtib edilmiş akt barədə dəlili üzrə qeyd edilmişdir ki, tərəflərin izahları, eləcə də qonşu üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatı, həmçinin mütəxəssis rəyi və ona əlavə edilmiş foto şəkillərdən də aşkar şəkildə məlum olur ki, qeyd edilən tikili tikililər arasında və ümumi istifadədə olan küçədə yerləşməklə, iddiaçının gediş-gəliş yoluna mane törədir, bu maneənin olmaması barədə akt isə, ağlabatan mühakiməyə də ziddir. Odur ki, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 2(103)-4996/2025, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmundan əsaslandırılmaqla qeyd edilmişdir ki, # #### 2024-cü il tarixdə Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilmiş hazırlıq iclasında X1 Cavabdeh məxsus fərdi ev və köməkçi sahənin yerləşdiyi torpaq sahəsini satdığını bildirmişdir. Alqı-satqı rəsmi həyata keçirilməsə də, cavabdeh həmin köməkçi sahənin yerləşdiyi torpaq sahəsinə görə iddiaçıdan pul almışdır. Həqiqətən köməkçi sahənin yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan yer idisə, nə üçün həmin sahəni müəyyən vəsait qarşılığında satırdı? Tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırkı işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görülməmişdir. Iddiaçının qanunsuz olduğunu iddia etdiyi tikilinin sökülməsini tələb etməkdə subyektiv hüququ yoxdur, çünki tikili onun hüquqlarını pozmur və iddiaçı, Mülki Məcəllənin 180-ci maddəsində göstərilən maraqlı tərəf sayıla bilməz. Qeyd etdiyi məsələrə nə birinci, nə də apellyasiya instansiyalarında hüquqi qiymət verilməmişdir.

35. Aşağı instansiya məhkəmələrində qeyd etmişdir ki, iddiaçının fərdi evi və darvazası Bakı şəhəri, Nərimanov rayonu, V.Əmirsayadov küçəsində ünvanda yerləşir, H.Mirzəyev küçəsinə olan qapı isə kiçik qapıdır. Üçüncü şəxsə münasibətdə də eyni vəziyyət mövcuddur. Darvazası V.Əmirsayadov küçəsində yerləşir. Bu səbəbdən özbaşına tikilinin orada yaşayan sakinlərin nəqliyyat vasitələrinin hərəkəti baxımından ümumi gediş-gəliş yolundan istifadə etməsi imkanının məhdudlaşdırılması mümkün deyil. Çünki həmin şəxslər nəqliyyat vasitələri ilə mübahisəli əraziyə deyil, darvazaları olan küçəyə gətirməlidirlər. Buna görə də, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsi əsassızdır. Iddiaçı hüquqlarını və qanunla qorunan mənafelərinin pozulması ilə bağlı iddiaların ancaq mülahizələrdən ibarət olmuş, arqumentləri ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qonşular tərəfindən həmin tikilinin mövcudluğu ilə bağlı nə hər hansı orqana şikayət edilmiş, nə də məhkəməyə müraciət edilmişdir. Əksinə, həmin tikilinin qonşulara maneçilik törətməməsi ilə bağlı akt tərtib edilmiş və qonşular imza etmişlər. Akt məhkəməyə təqdim edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Iddiaçının nümayəndəsi X1 və vəkili vəkil2 kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

37. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

38. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;

41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır;

42. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır;

43. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

44. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

45. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Dövlət Tikinti Normaları (AzDNT 2.6-1)

46. Cədvəl 8. Yaşayış tikililəri ərazisində olan küçələrin eni 3 metr, səkinin piyada hissəsinin eni isə 1,5 metr olmalıdır.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu

47. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. Cavabdeh Babayev Oktya Muxtar oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar