Məhkəmə qərarları › İş №2(1-8)-567/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-567/2026

01.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-567/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı Cavabdeh Istehsalat Birliyinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ilə Cavabdeh Istehsalat Birliyi arasında bağlanmış ##.##.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaz xəttində olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, qaz sayğacı abonentə təhvil verilmişdir.

2. ##.##.2023-cü il tarixli akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.

3. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə qazdan istifadə olunduğu aşkar olunmuş, ##.##.2023-cü il tarixli akt əsasında dəymiş ziyanın həcmi 73.440 m3 hesablanmışdır.

4. İddiaçı məxsus Abonent saldosunda akt tərtib edilərək qeyd edilmişdir ki, o Cavabdeh Istehsalat Birliyinə 2023-cü ilin aprel ayı üzrə 8.812,80 manat borc hesablanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh Istehsalat Birliyinə (bundan sonra- cavabdeh) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivində yerləşən * saylı bağ evində quraşdırılmış abonent kodu 100469628000002 olan qaz sayğacına əsassız olaraq hesablanmış 8.812,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivində yerləşən * saylı bağ evini 2022-ci il tarixdə almışdır. O, həmin bağ sahəsini aldıqdan sonra orada yaşamamış, 2023-cü ilin aprel ayından həmin bağ evinə köçmüşdür. O, bağ sahəsini aldıqdan sonra 2022-ci ilin avqust ayında cavabdehin nümayəndələri tərəfindən həmin bağ evində quraşdırılmış sayğaca baxış keçirilmiş və qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Bundan bir müddət sonra 2024-cü ilin yay ayında iddiaçı bağ evinə gedən zaman qaz sayğacına kart vasitəsilə pul köçürərkən kartdan tutulma olduğunu görmüşdür. Bununla bağlı cavabdehə müraciət edən zaman ona ##.##.2023-cü il tarixli akt tərtib edilərək, 8.812,80 manat borc hesablandığını bildirmişdirlər.

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, cavabdeh tərəfindən evə baxış keçirilən zaman qaz sərfiyyatı müəyyən edilmiş, müvafiq akt tərtib edilmiş və borc hesablanmışdır. Bununla bağlı müvafiq orqanlara müraciətlər edilmiş, lakin cavab ala bilməmişdirlər. Iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivində yerləşən * saylı bağ evində *************** saylı abunə koduna hesablanmış 8.812,80 manat borcun silinməsi qət edilmişdir.

9. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Lakin iş materiallarında qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

10. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi əsaslıdır və hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə 2022ci ilin may ayında yeni məzmunda 8-1-ci hissə əlavə edilmişdir. Iddiaçının abonent koduna yazılmış cərimə aktı 2022-ci ilin may ayından sonraya təsadüf etdiyindən, həmin aktlar tərtib edilərkən Qanunun 13.8-1-ci maddəsində qeyd edilən şərtlərə müvafiq qaydada əməl edilməli idi.

12. Belə ki, kənar xətt, yəni qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.

13. Məhkəmə qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının abunə koduna hesablanmış borc məbləğinin silinməsi barədə iddia tələbi təmin edilməlidir.

14. Məhkəmə öz hüquqi mövqeyini “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 6-2.1, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1999-cu il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 5.1-ci bəndinə, habelə MPM-in 14.2, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh Istehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyanhəcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlumməsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməyə haqlı olmuşdur.

19. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı cavabdehin əməkdaşları tərəfindən müvafiq aktlar tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

21. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, mübahisəli akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd edilənlər də mübahisəli aktların məhz formal tərtib edilməsini təsdiq etmişdir. Belə ki, belə bir qanunsuz qoşulma etməklə qazın istifadəsinin mövcudluğunun həqiqət olduğu cavabdehin nümyəndələri tərəfindən müəyyən edildiyi halda tərtib edilən aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmələri də buna dəlalət edir.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən, abonent hesabına hesablanmış borc da məhkəmə tərəfindən aparılan hesablamada əks edilən məbləğ istisna edilməklə əsaslı hesab edilməməklə silinməlidir.

23. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya məxsus ünvanda qaz sayğacının dəyişdirilməsi zamanı iddiaçı həmin ünvanda olmuş, lakin qaz sayğacının dəyişdirilməsindən əvvəlki və sonrakı dövrlərdə həmin ünvanda yaşamamışdır. Bu səbəbdən də iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar, yəni qanunsuz istifadə edilmədiyi göstərilmişdir. Nəticə etibarilə, məhkəmə tərəfindən iddiaçı tərəfin 2022-ci ilin may ayında Bakı şəhəri Sabunçu rayonu Albalılıq qəsəbəsində yerləşən fərdi yaşayış evini əldə etdikdən sonra hansı səbəbdən həmin ünvanda yaşayıbyaşamadığı, əgər həmin ünvanda faktiki yaşayış nəzərdə tutulmamışdırsa qaz sayğacının dəyişdirilməsinə hansı zərurətin yarandığı, eləcə də sayğacın dəyişdirilməsi zamanı iddiaçının hansı səbəbdən həmin ünvanda olduğu kimi iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Məhkəmə tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün zəruri hallara tam və hərtərəfli aydınlıq gətirilməmiş, mövcud ziddiyyətlər aradan qaldırılmamışdır. Iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində, həmçinin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, mübahisəli evi 2022-ci ilin may ayında başqa bir şəxsdən əldə etmiş və həmin tarixdən sonra həmin ünvanda yaşamamışdır. Lakin mübahisəli ünvanda faktiki yaşayışın mövcud olması iddiaçı tərəfin həmin evi əldə etdikdən sonra orada yaşamadığı barədə iddialarını təkzib edən hal kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçı barəsində 2023-cü ilin aprel ayında akt tərtib edilən dövrdə borc yazılmış ünvanda faktiki yaşayışın mövcud olduğu və təbii qazdan qeyri-qanuni istifadə edildiyi halının mövcudluğu müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə iddiaçıının göstərdiklərinin həqiqətə uyğun olub-olmamasını, yəni cavabdeh tərəfindən qazdan qanunsuz istifadə əsası ilə borc yazılmış evi digər şəxsdən əldə etdikdən sonra həmin ünvanda faktiki yaşayışın olub-olmamasını digər kommunal xidmətlərin- elektrik enerjisi və su təchizatı üzrə sayğac göstəriciləri ilə qiymətləndirməmişdir. Həmçinin məhkəmə tərəfindən mübahisəli ünvanda uzun müddət ərzində yaşayışın olub-olmadığını müəyyən etmək, eləcə də cavabdeh tərəfindən aktların tərtib edildiyi dövrdə həmin ünvanda elektrik enerjisindən və sudan istifadə ilə bağlı ödənişlər barədə məlumat əldə etmək məqsədilə “xxxx” ASC və “Iri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-yə müvafiq sorğular verilməmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Iddiaçı etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

28. 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

29. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

30. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

31. 4.9-cu bənd. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

33. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

45. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

47. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən sayğaca müdaxilə faktı aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün ENə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi.

48. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı cavabdehin əməkdaşları tərəfindən müvafiq aktlar tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Belə ki, mübahisəli akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd edilənlər mübahisəli aktların məhz formal tərtib edilməsini təsdiq edir.

49. Belə ki, belə bir qanunsuz qoşulma etməklə qazın istifadəsinin mövcudluğunun həqiqət olduğu cavabdehin nümyəndələri tərəfindən müəyyən edildiyi halda tərtib edilən aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmələri də buna dəlalət edir.

50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən, abonent hesabına hesablanmış borc da məhkəmə tərəfindən aparılan hesablamada əks edilən məbləğ istisna edilməklə əsaslı hesab edilməməklə silinməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a a ldı: Cavabdeh Cavabdeh Istehsalat Birliyinin kassasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar