Məhkəmə qərarları › İş №2(1-8)-609/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-609/2026

09.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-609/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr, vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, vərəsələrin miras paylarının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Ispəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində iddiaçı4, iddiaçı3 və iddiaçı1 cəlb olunmaqla) “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi və miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Qəbələ rayon Aqrar Islahat Komissiyasının 2001-ci il ## ###### tarixli * nömrəli qərarı ilə X16, X2 və X12 mülkiyyətinə ünvan 1 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində X16, X2 və X8 məxsus 111.30 kv.m fərdi yaşayış evi olmuşdur.

2. X16 ##.##.2010-cu il tarixdə, X12 ##.##.2020-ci il tarixdə və X2 ##.##.2021-ci il tarixdə vəfat etmişdir.

3. “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və arxiv məlumatlarına əsasən ##.##.2010-cu il tarixdə vəfat etmiş X16 X10 ilə nikahından aşağıdakı övladları olmuşdur: X6, X2 (vəfat edib), iddiaçı1, X9, iddiaçı2 və X7.

4. Cavabdeh Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciəti əsasında ##.##.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş, ##.##.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri - qızları Cavabdeh və X1 miras əmlakdan hər birinin 1/2 hissədə irs almalı olduqları müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak - vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X2 ##.##.2010-cu il tarixdə vəfat etmiş anası X16 məxsus olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv.m (yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m) olan 2 otaqlı fərdi yaşayış evindən X16 məxsus olan hissəsindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.07 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən X16 məxsus olan hissəsindən ibarətdir.

5. Bu şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqları və 111.30 kv.m olan fərdi yaşayış evindən X1 və Cavabdeh hər birinin 1/2 hissədə payları üzərində hüquqları ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. X1 həmin əmlakda olan payını ##.##.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır.

7. Bundan sonra - ##.##.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqları və 111.30 kv.m olan fərdi yaşayış evi tam olaraq Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 (bundan sonra – iddiaçılar və ya ad, soyad) cavabdeh Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, aşağıdakılar barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - mərhum X17 ##.##.2010-cu il tarixdə ölümü ilə ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə dair Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisi tərəfindən cavabdehin adına verilmiş 2024cü il ## #### tarixli 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi; - bu şəhadətnamə əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi; - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m 2 otaqlı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə iddiaçıların vərəsə kimi mirasdan paylarının müəyyən olunması.

9. Iddia tələbi işin faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki, iddiaçılar bacı və qardaşdırlar, cavabdeh isə onların mərhum qardaşının övladıdır. Tərəflərin valideynləri X10 və X16 olmuşdur. Mübahisə predmeti olan 0,07 ha torpaq sahəsi anaları Ruziyyə Cabbarova, qardaşları Cəlil Cabbarov və onun yoldaşı Solmaz Mustafayevaya ümumi birgə mülkiyyət hüququ ilə verilmişdir. Torpaq sahəsinin mülkiyyətçilərindən anaları və qardaşları vəfat etdiyindən iddiaçılar miras paylarının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədilə notariat orqanına müraciət etmiş, lakin mirasın qəbul müddətinin buraxılması və faktiki idarəçiliyə dair sübutların təqdim edilməməsi əsasları ilə imtina cavabı almışlar.

10. Iddia tələbinin artırılması barədə ərizə isə onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı cavabdeh həmin torpaq sahəsinə dair ##.##.2024-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını bildirmişdir. Halbuki iddiaçılara ##.##.2024-cü il tarixdə notariat orqanı tərəfindən imtina cavabı verilmiş və cavabdehin şəhadətnamə alması barədə onlara məlumat verilməmişdir. Bu səbəbdən iddia tələbinin əsası və predmeti dəyişdirilmişdir. 11.

12. Cavabdehin vəkili və nümayəndəsi nümayəndə3 ##.##.2025-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, mərhum Ruziyyə Cabbarovanın mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi olmamış, yalnız 0,02 ha torpaq sahəsi ona məxsus olmuşdur, qalan hissə isə digər şəxslərə aid olmuşdur. Bu səbəbdən iddiaçıların tələb edə biləcəyi əmlak yalnız həmin 0,02 ha torpaq sahəsi ilə məhdudlaşa bilər. Həmçinin cavabdeh mübahisəli əmlaka faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Bu hal Mülki Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Iddiaçılar isə mərhumun ##.##.2010-cu il tarixdə vəfat etməsindən sonra uzun müddət ərzində notariat orqanına müraciət etməmişlər. Qeyd edilmişdir ki, cavabdeh 2024-cü ilin yanvar ayında notariat orqanına müraciət etmiş, vərəsəlik işi açılmış və iddiaçılar bu barədə məlumatlandırılmışdır. Onlara müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmək hüququ izah olunsa da, onlar bu hüquqdan istifadə etməmişlər. Bundan sonra ##.##.2024-cü il tarixdə cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Etirazda həmçinin göstərilmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti üzrlü səbəblər olmadan buraxmış, bu hal isə işin mübahisəsiz faktıdır. Bu baxımdan cavabdehin adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Əlavə olaraq qeyd olunmuşdur ki, mərhum sağlığında iddiaçılara müəyyən əmlak payları vermiş, mübahisəli hissə isə digər ailə üzvləri üçün saxlanılmışdır.

13. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs Qəbələ regional “Asan xidmət” mərkəzinin notariat ofisinin notariusu nümayəndə2 izahatında bildirmişdir ki, mərhum Ruziyyə Cabbarova 2010-cu ildə vəfat etmiş və onun miras əmlakı, o cümlədən aqrar islahat zamanı verilmiş torpaq sahəsi mövcud olmuşdur. Həmin əmlak üzrə mülkiyyət sənədində Ruziyyə Cabbarova, Solmaz Cabbarova və Cəlil Cabbarov şəxslərinin adları qeyd edilmişdir. Notariat orqanına Cəlil və Solmazın vərəsələri müraciət etmiş, vərəsəlik işi açılmış və onların vərəsə dairəsi müəyyən edilmişdir. Ruziyyə Cabbarovanın vərəsələri üzrə aparılan araşdırma zamanı birinci növbəli vərəsələrin müəyyən edilməsi məqsədilə aidiyyəti orqana sorğu göndərilmiş və onun övladları müəyyən edilmişdir. Hər bir vərəsəyə bildiriş göndərilmiş, onlar notariat orqanına dəvət olunmuş və mirasın faktiki qəbulu ilə bağlı sənədlərin təqdim edilməsi təklif edilmişdir. ##.##.2024-cü il tarixdə vərəsələrdən biri notariat orqanına müraciət etmiş, lakin mirasın faktiki qəbulunu təsdiq edən sənədlər təqdim etmədiyinə görə ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Digər vərəsələrə də eyni qaydada məlumat verilmişdir. ##.##.2024-cü il tarixdə məhkəməyə sorğu göndərilmiş və ##.##.2024-cü il tarixli cavabla belə bir işin icraatda olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar, müvafiq sənədlər təqdim edilmədiyindən vərəsəlik hüququ irsi transmissiya qaydasında mərhum Cəlilin övladlarına rəsmiləşdirilmişdir.

14. Qəbələ Rayon Məhkəməsinin 2025-ci il tarixli 8 iyul tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia tələbi qismən təmin olunaraq aşağıdakılar qət edilmişdir: - mərhum X16 ##.##.2010-cu il tarixdə ölümü ilə ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə dair Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisi tərəfindən verilmiş 2024-cü il ## #### tarixli 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin qismən (iddiaçıların payına münasibətdə) etibarsız hesab edilməsi; - Şəhadətnamə və müqavilə əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş ##.##.2024-cü il tarixli çıxarışın qismən (iddiaçıların payına münasibətdə) ləğv edilməsi; - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən iddiaçıların hər birinin mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/15 hissə (7,42 kv.m) və ünvan 1 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçıların hər birinin mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/15 hissə (0,00466 ha) müəyyən olunması; - iddia tələbinin qalan hissədə təmin edilməməsi.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m olan, 2 otaqlı fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0,07 ha olan yaşayış məntəqələrinin torpaqlarından ibarətdir və hazırkı mübahisə də Ruziyyə Cabbarovanın ##.##.2010-cu il tarixdə vəfatından sonra ondan miras qalan bu əmlakla bağlı yaranmışdır. Buna görə hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunur.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh və vəkilinin məhkəməyə təqdim etdikləri etirazlarında iddiaçıların qanunla nəzərdə tutulmuş 3 aylıq müddət ərzində notariat orqanına müraciət etmədiyini əsas gətiriblər. Lakin işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mərhum Ruziyyə Cabbarova ##.##.2010-cu il tarixdə vəfat etməsinə baxmayaraq, cavabdehin atası Cəlil Cabbarov da qanuni müddət ərzində notariat orqanına müraciət etməyib. Buna görə, ilk növbədə mirasın qeyri-formal üsulla qəbul edilməsi məsələsi məhkəmə tərəfindən araşdırılmalıdır.

17. Məhkəmə *V-*** nömrəli vərəsəlik işini araşdırıb müəyyən edib ki, mərhum Ruziyyə Cabbarovadan qalan mirasın yalnız mərhum Cəlil Cabbarov tərəfindən faktiki sahiblik və idarəsi barədə sübutlar mövcud deyil. Iddiaçılar isə Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisinə müraciət edərək, mirasın qəbulunun müddətinin bərpası və digər vərəsəyə şəhadətnamənin verilməsinin təxirə salınmasını xahiş etmişlər. Bu, onların mirası qəbul etməkdə maraqlı olduqlarını göstərir.

18. Məhkəmə xüsusilə vurğulamışdır ki, iddiaçılar qanunla nəzərdə tutulmuş 10 günlük müddətdə məhkəməyə müraciət etməsələr də, ##.##.2024-cü il tarixdə iddia ərizəsini Qəbələ Rayon Məhkəməsinə təqdim etmiş və həmin mülki iş (e-2(025)-66/2025) iddiaçıların ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli ödəniş qəbzi göstərmişdir ki, iddiaçı iddiaçı2 dövlət rüsumunu ödəyib və mirasın qəbuluna dair iradəsini bildirmişdir. Iddiaçıların hüquqi savadının məhdud olması, ərizənin gec təqdim olunması onların mirası qəbul etmək istəmədiyini göstərmir. Bundan əlavə, qeyd edilən mülki iş üzrə cavabdeh mərhum Cəlil Cabbarov tərəfindən mirasın faktiki qəbul edilməsi və idarəsi barədə heç bir sübut təqdim etməmiş, məhkəmə iclasları zamanı cavabdeh və vəkili bu barədə məlumat verməmiş və məsələ iddiaçılardan və məhkəmədən gizlədilmişdir. Nəticədə mərhum Cəlil Cabbarovun mirası qəbul etdiyi sübut olunmadığından, miras vərəsələr arasında bərabər paylarda bölünməlidir.

19. Həmçinin birinci instansiya məhkəməsi bildirmişdir ki, Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisi iddiaçılara məktublarında mirasın qəbul müddətinin keçdiyini və faktiki idarəçiliyin sübut olunmadığını bildirmişdir. Məhkəmə müəyyən etmişdir ki, *V-*** nömrəli vərəsəlik işində mərhum Cəlil Cabbarovun mirası qəbul etməsi və idarə etməsi ilə bağlı sübutlar mövcud deyildir. Hazırkı işdə iddiaçılar mərhum Ruziyyə Cabbarovanın birinci dərəcəli vərəsələri, cavabdehin mərhum atası isə eyni dərəcəli vərəsədir. Vəsiyyətnamə mövcud olmadığından və mirasdan imtina barədə notariat ərizəsi verilmədiyindən ünvan 1 ünvanında yerləşən 111.3 kv.m sahəli fərdi yaşayış evindən mərhumun 1/3 payı müəyyən edilmişdir. Buna görə də, iddiaçıların hər birinin 7,42 kv.m (111.3 kv.m : 3 = 37.1 kv.m; 37.1 kv.m : 5 = 7.42 kv.m), yəni 1/15 hissə paya malikdirlər. Həmçinin, eyni ünvanda 0,07 ha yaşayış torpağından mərhumun 1/3 payı müəyyən edildiyindən, iddiaçıların hər birinin 0,00466 ha (0,07:3 = 0,023 ha; 0,023 ha:5 = 0,00466 ha), yəni 1/15 hissə payı müəyyən edilməlidir.

20. Cavabdehin mərhum atası Cəlil Cabbarov mərhum Ruziyyə Cabbarovanın mirasından sonra vəfat etdiyindən, onun pay hüququ vərəsələrinə keçməlidir. Belə ki, cavabdehin adına olan çıxarış iddiaçıların payına aid hissədə ləğv edilməlidir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 337.1, 337.4, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1170.1, 1170.2, 1171, 1193, 1243.1, 1243.2, 1252, 1256, 1262, 1273, 1274, 1282.1, 1291-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 218.1 və 233.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 2014-cu il ## #### tarixli və “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” 2022-ci il ## ####### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh 18 yaşına çatdıqdan sonra, əmisi olan iddiaçı iddiaçı2 tövsiyəsi ilə 2024-cü ilin yanvar ayında notariat orqanına müraciət edərək, miras qoyan şəxslərin əmlakında yaşamaq, əmlaka sahiblik və onu idarə etmək yolu ilə mirası faktiki qəbul etdiyini bildirmiş və bunu təsdiq edən sənədlər təqdim etmişdir. Bu əsasla notarius tərəfindən mirasın qəbulu barədə şəhadətnamə verilmişdir. Həmçinin iddiaçıların hüquqi savadsızlığı onların məhkəməyə gec müraciət etməsinə əsas kimi qəbul edilə bilməz və bu hal mirasdan imtina etmələri kimi qiymətləndirilməməlidir. Bundan əlavə, notarius tərəfindən iddiaçılara mirasın faktiki qəbulu ilə bağlı sənədlərin təqdim edilməsi və ya məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin onlar müəyyən edilmiş müddətdə müvafiq addımlar atmamışlar. Iş materiallarına əsasən iddiaçılar vərəsəliyin açılması və mirasın qəbul edilməsi barədə məlumatlı olmuşlar. Eyni zamanda, vərəsəlik işində mövcud sənədlər cavabdehin mübahisəli ünvanda qeydiyyatda yaşadığını, kommunal ödənişlərin həyata keçirildiyini və əmlakın mərhum atası Cəlil Cabbarov tərəfindən təmir edilərək istifadə olunduğunu təsdiq etmişdir. Iddiaçılar mirasın açılmasından uzun müddət keçməsinə baxmayaraq, notariat orqanına müraciət etməmiş, yalnız xeyli gecikmə ilə məhkəməyə müraciət etmişlər. Bu hal onların mirası qəbul etmək niyyətində olmadıqlarını göstərir. Həmçinin müəyyən edilmişdir ki, miras qoyan şəxs sağlığında iddiaçılara müvafiq əmlak payları vermiş, mübahisəli əmlak isə cavabdehin ailəsi üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, iddiaçılar sonradan mübahisəli əmlaka iddia irəli sürmüşlər. Nəhayət, iddiaçı iddiaçı2 özü əvvəlcə əmlakın cavabdehin adına rəsmiləşdirilməsini təklif etdiyini bildirmiş, lakin sonradan mövqeyini dəyişərək həmin əmlaka iddia etmişdir. - Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), Ə.V.Kərimov və E.B.Isayev) 2025-ci il # ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və yeni qətnamə qəbul edilərək, iddiaçı iddiaçı2 iddiası qismən təmin edilmiş, mərhum X16 ##.##.2010-cu il tarixdə ölümü ilə 1/3 hissəsi ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə dair Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisi tərəfindən verilmiş 2024-cü il ## #### tarixli 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə qismən - miras kütləsinin 4/5 hissəsində və ##.##.2024-cü il tarixli 4Ə-**** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” qismən - X16 qəbul edilmiş mirasa aid hissəsində etibarsız hesab edilmiş, şəhadətnamə və müqavilə əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş ##.##.2024-cü il tarixli çıxarış qismən - ümumi əmlakın 4/15 hissəsində ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçı iddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddiaçı3, iddiaçı1 və iddiaçı4 hər birinin mirasdan qanun üzrə vərəsəlik qaydasında payı 1/15 hissə (müvafiq olaraq 7,42 kv.m və 0,00466 ha) payları müəyyən olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ümumilikdə düzgün hesab etmiş, lakin qeyd etmişdir ki, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı olmaq hüququna malik olmayan şəxsləri iddiaçı kimi tanımışdır. Belə ki, iddia ərizəsi yalnız iddiaçı iddiaçı2 tərəfindən imzalanmış, digər şəxslər - iddiaçı4, iddiaçı3 və iddiaçı1 isə onların adından çıxış etməsi üçün iddiaçı iddiaçı2 müvafiq etibarnamə təqdim etməmişlər. Mülki prossesual qanunuvericiliyin tələbinə görə onların iddiaları baxılmamış saxlanılmalıdır.

26. Buna baxmayaraq apellyasiya məhkəməsi həmin şəxslərin miras əmlakdan pay almaq hüquqlarını nəzərə almış, onları prosessual qənaət prinsipi əsasında mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb etmişdir. Həmçinin, MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması yalnız düzgün olmayan qətnamənin qəbuluna səbəb olduqda onun ləğvinə əsas verir. Bu baxımdan isə rayon məhkəməsi iddiaçı olmayan şəxslərin tələblərini təmin etdiyindən, məhkəmə kollegiyası həmin qətnamənin ləğv edilməsini zəruri hesab etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edib ki, cavabdeh tərəf etiraz ərizələrində iddianın rədd edilmə əsası kimi iddiaçıların qanunla nəzərdə tutulmuş müddət ərzində, yəni 3 ay müddətində mirasın qəbul etmələri barədə notariat orqanına müraciət etmədiklərini bildirmişlər. Lakin məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, hazırkı mübahisə X16 miras qalmış əmlakla bağlıdır ki, sonuncu ##.##.2010-cu il tarixdə ölsə də, cavabdehin mərhum atası X2 da notariat orqanına qanunla nəzərdə tutulmuş müddət ərzində mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etməmişdir. Bu səbəbdən X16 qalmış mirasın qəbulunun qeyri-formal üsulu məhkəmə tərəfindən araşdırılmalıdır.

33. X16 miras qalmış *V-*** nömrəli vərəsəlik işi araşdırılan zaman müəyyən olunmuşdur ki, X16 miras qalmış əmlakın yalnız mərhum X2 tərəfindən faktiki sahiblik və faktiki idarə etməsi barədə sübutlar mövcud deyildir. Əksinə, iddiaçı və üçüncü şəxslər tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvanlamış ərizələrdə mirasın qəbulu müddətinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək niyyətlərinin olduğunu və digər vərəsəyə şəhadətnamə verilməsinin təxirə salınması xahiş olunmuşdur. Göründüyü kimi iddiaçı və üçüncü şəxslər mərhum analarından miras qalmış payın onlara verilməsində maraqlı olmuşlar. Iddiaçının və üçüncü şəxslərin qanunla nəzərdə tutulmuş 10 gün müddətində məhkəməyə müraciət etməməkləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxslər hazırkı cavabdehə qarşı ##.##.2024-cü il tarixdə də məhkəməyə müraciət etmişlər və həmin mülki iş (e-2(025)- 66/2025) iddiaçının və üçüncü şəxslərin ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Sözügedən mülki işdə olan “xxxx” ASC-nə məxsus ##.##.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı2 tərəfindən Qəbələ Rayon Məhkəməsinə “qiymətləndirməyən iddia ərizəsi”nə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunan hal iddiaçı iddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin qalmış mirasın qəbul edilməsinə dair iradələrini və həmin iradənin aşkar bəyanını ehtiva etmişdir. Iddiaçının və üçüncü şəxslərin məhkəməyə müraciət etmək üçün hüquqi savadlarının olmaması isə işin mübahisəsiz halıdır və məlumdur ki, iddia ərizəsi hər hansı hüquqşünas və ya vəkil tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilməlidir və iddia ərizəsinin gecikdirilərək məhkəməyə ##.##.2024-cü il tarixdə verilməsi iddiaçının və üçüncü şəxslərin miras qalmış əmlakı qəbul etmək istəmədikləri mənasına gəlməməlidir.

34. Məhkəmə kollegiyası əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasında üçüncü şəxs iddiaçı4, anasının vəfatından sonra bəzi məişət əşyalarını götürdüyünü, həmçinin anasına məxsus zinət əşyasının bacısına verildiyini bildirmiş, özü və bacısı tərəfindən mirasdan imtina barədə notariusa ərizə təqdim edilmədiyini göstərmişdir. Digər üçüncü şəxs iddiaçı1 da evdən müxtəlif məişət əşyaları götürdüyünü təsdiq etmişdir. Iddiaçı Etibar isə müəyyən əşyaları götürdüyünü qeyd etmişdir. Nəticə etibarilə, göstərilən hallar iddiaçı və üçüncü şəxslərin mirası faktiki qəbul etdiklərini və ondan imtina etmədiklərini təsdiq edir.

35. X13 Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən iddiaçıya və üçüncü şəxslərə ünvanlanmış məktublarda qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığını, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyindən vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Lakin mərhum X16 adına açılmış *V-*** nömrəli vərəsəlik işində sonuncudan miras qalmış əmlakın yalnız X2 tərəfindən qəbul edilməsi və idarə edilməsi barədə sübutların nədə ifadə olunduğu müəyyən edilməmişdir.

36. Hazırkı iş üzrə iddiaçı və üçüncü şəxslər mərhum X16 qanun üzrə birinci növbə vərəsələri, eyni zamanda cavabdehin mərhum atası da birinci dərəcəli vərəsəsidir. X16 qalmış miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Miras əmlaklar üzərində onun paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. Iddiaçı və üçüncü şəxslər miras qoyanın birinci növbədə vərəsələri olduğu üçün, onların qeyd edilən əmlaklardan pay tələb etməsinin hüquqi əsasları vardır.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-nin 337.1, 337.4, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1170.1, 1170.2, 1171, 1193, 1243.1, 1243.2, 1252, 1256, 1262, 1273, 1274-cü, MPM-in 9.1, 9.3, 14.2, 24.1, 57.1, 57.2, 77.1, 78.1, 88, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 259.0.3, 372.1, 372.6372.7, 384.0.2, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389 və 390-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il ## #### tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (vəkil nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, cavabdeh tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin ##.##.2025ci il tarixli məhkəmə iclası zamanı prosessual qaydalara riayət edilməmişdir. Belə ki, iclas hakim tərəfindən videoçəkiliş aparılmadan keçirilmişdir. Halbuki, həmin iclasda iddiaçı və üçüncü şəxslər dəfələrlə bildirmişlər ki, onların mərhum anaları Ruziyyə Cabbarovadan miras qalan torpaq sahəsi və yaşayış evi ilə bağlı hər hansı faktiki qəbul hərəkətləri həyata keçirməmişlər. Bununla əlaqədar kassasiya instansiyası məhkəməsindən xahiş olunmuşdur ki, göstərilən məhkəmə iclasının video yazılarına baxış keçirilməklə iş üzrə obyektiv araşdırma təmin edilsin.

30. Bundan əlavə qeyd olunmuşdur ki, ##.##.2025-ci il tarixli məhkəmə iclası zamanı iddiaçı və üçüncü şəxslərə məhkəmə tərəfindən vərəsəliyin qəbul edilməsi formasına dair istiqamətləndirici xarakter daşıyan izahatlar verilmiş, onlara guya mərhumun əşyalarını qəbul etdiklərini bildirmələri tövsiyə edilmişdir. Halbuki iddiaçı və üçüncü şəxslər indiyədək miras əmlakla bağlı hər hansı qəbul hərəkətləri etməmişlər.

31. Eyni zamanda həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən mərhumun adı məhkəmə aktlarında səhvən “Rəziyyə” kimi göstərilmişdir. Halbuki iş materiallarına əsasən mərhumun adı “Ruziyyə” olmuşdur ki, bu da iş üzrə mühüm əhəmiyyət kəsb edən halın düzgün müəyyən edilməməsini göstərir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

36. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar.

41. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

42. Maddə 1170.2. Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır.

43. Maddə 1171. Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.

44. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

45. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

47. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir

48. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

49. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

50. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

51. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli qərarı

62. Nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

68. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

69. Apelyasiya instansiyası məhkəməsində iclasın videoçəkiliş aparılmadan keçirilməsi barədə dəlili mahiyyətcə prosessual pozuntu ilə bağlıdır. MPM-in 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

70. Işin halları baxımından iclasın videoçəkilişinin aparılmaması səhv qətnamə çıxarılmasına səbəb olmamışdır.

71. Miras qoyan Ruziyə Cabbarovanın adının qətnamədə səhvən “Rəziyyə” kimi göstərilməsi barədə kassatorun dəlili də qətnamənin ləğvinə əsas deyil. Çünki bu hal, faktların qeyri-müəyyənliyinə səbəb olmayıb və qətnamə üzrə gəlinən nəticəyə təsir etmir.

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

73. Kassasiya şikayətinin (habelə kassasiya şikayətə əlavənin) digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar