Məhkəmə qərarları › İş №2(1-8)-617/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-617/2026

13.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-617/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi arxiv arayışlarının ona məxsus olması barədə ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iş materiallarında olan IT ****** nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1980ci ildə Azərbaycan SSRI Kənd Təsərrüfatı Nazirliyinin F.Ə.Məlikov adına X3 Texnikumuna daxil olmuş, 1986-cı ildə texnikumu bitirmişdir.

2. Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Dövlət X10 Şirvan Inzibati Məhkəməsinə ünvanlanmış ## ###### 2024-cü il tarixli məktubla göndərilmiş arxiv sənədinə əsasən, “Dövlət Arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon Yenikənd kənd Bəşirabad sovxozunun 1978-1980-cı illərə aid əmək haqqı cədvəllərində Ərizəçi iş fəaliyyəti filial tərəfindən verilmiş ## ####### 2023-cü il tarixli, 3-48 DA/*F-*-B***/**** nömrəli arxiv arayışının qeyd olunan əmək haqqının surətləri 3 (üç) və F.Ə.Məlikov adına X4 Texnikumunun 1980- 1986-cı illərə aid şəxsi heyət üzrə əmrlərində Ərizəçi 8.4.6.1. *** Bəşirov Teymur ("Sənəddə belədir”) təhsil almağına dair filial tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli 3-48 DA/*F-*- ***/**** nömrəli arxiv arayışının qeyd olunan əmrlərin surətləri 6 (altı) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun * saylı Şirvan-Salyan Regional filialının mütəxəssisləri tərəfindən aparılan ##.##.2023-cü il tarixli, ** nömrəli yoxlama aktının surəti məktuba əlavə olunur 1 (bir) vərəqə.

3. Əsas: fond №***.siy №*.iş №**-38.v.62,57,27. Fond № ***. Siy №*, iş №**,v.57; iş № ***, v.84; iş № ***, v.84; iş № ***, v.114; iş № ***, v, 32; iş № ***, v.7. Qeyd: Azərbaycan Respublikası Dövlət Arxivlərinin Əsas iş qaydaları 8.4.6.1. Ərizəçi *** X2 (“Sənəddə belədir” Qeyd: Salyan rayon Yenikənd kənd "Bəşirabad" kolxozunun 1978-1988-ci illərə aid protokolları araşdırıldı. Lakin Ərizəçi işə daxil olma, işdən azad olması aşkar edilmədi.

4. Salyan rayon Yenikənd kənd "Bəşirabad" kolxozunun heç bir əmr kitabı filiala təhvil verilməmişdir. Odur ki, Ərizəçi məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrini təsdiq etmək mümkün olmadı”.

5. ƏƏSMN-nin tabeliyində DSMF-nin * saylı Şirvan-Salyan regional filialının direktor müavini tərəfindən tərtib edilmiş ** saylı aktından görünür ki, həmin akta əsasən aşağıdakılar müəyyən edilmişdir: “Əmr No 12-##.##.1980 Qəbul komissiyasının 21.08.80-ci il 7 № li iclas protokoluna əsasən: ixtisaslar üzrə aşağıda adları göstərilənlər texnikuma qəbul edilsinlər. 10 illik təhsil k/t-nin mexanikləşdirilməsi texnik-mexanik ixtisası üzrə II kursa 59. X2” “Əmr №** &5 ##.##.1981 aşağıda adları göstərilən tələbələr 10.IV.1981-ci il tarixdən ordu sırasına getmiş hesab edilsinlər. 3. Ərizəçi–II mex.kursu Əsas: Salyan Hərbi Komisarlığının 08.04.81-ci il tarixli *-*** nömrəli məktubu” “Əmr №*** ##.##.1983 II mex-kursu üzrə 32. Ərizəçi ordudan gəlib” “Əmr No145 &4 ##.##.1985 Tədris qrafikinə müvafiq olaraq 05.08.85-28.10.85 əyani k/t-nın mexanikləşdirilməsi IV mex. və IV mex. kurs tələbləri texnoloji istehsalat təcrübəsində hesab edilsinlər”. “Əmr No 26 &7 ##.##.1986 Tədris qrafikinə müvafiq olaraq 27.01.86- 10.03.86 tarixə kimi adları aşağıda göstərilən əyani “K/T-nın mexanikləşdirilməsi" IV mex. kurs tələbələri diplom qabağı istehsalat təcrübəsindən qayıtmış hesab edilsinlər. Əyani k/t mexanikası IV mex kursu üzrə 15. Ərizəçi Əmr No 45 &1 ## ##### 1986-cı il ##.##.1986 Ixtisasvermə komissiyasının 26-27 28-## ##### 1986-cı il.

6. üçüncü şəxs2 yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Ərizəçi ünvanlanmış ## ##### 2025-ci il tarixli məktubla Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə Azərbaycan MüəllimlərInstitutunun Salyan filialı ləğv edilmiş, X4 Texnikumuna məxsus bütün sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialına təhvil verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli 3-48 DA\9F\-2 *** nömrəli arxiv arayışının F.Ə.Məlokov adına X4 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinə aid hissəsinin ona aid olması faktının müəyyən edilməsini xahiş etmişdir.

8. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1978-1980-ci illərdə Salyan rayon Yenikənd kənd Bəşirabad sovxozunda işləmiş, 1980-1986-cı illərdə isə F.Ə.Məlikov adına X3 Texnikumunda istehsalat təcrübəsi keçmişdir. Salyan rayon Yenikənd kənd Bəşirabad sovxozunun 1978-1980-ci illərə aid əmək haqqı cədvəllərinin və F.Ə.Məlikov adına X3 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinin bəzilərində adı və soyadı hazırda şəxsiyyətini təsdiq edən sənədlərdə olduğu kimi düzgün göstərilmiş olsa da, bəzilərində yanlış olaraq adı Teymur göstərilmişdir. Salyan rayon X6 hazırda fəaliyyət göstərmədiyindən adında yol verilmiş texniki səhvin düzəldilməsi artıq mümkün deyildir. Bununla bağlı Şirvan-Salyan Regional Təhsil Idarəsinə və üçüncü şəxs2 müraciət etmiş, lakin yanlışlığın aradan qaldırılması mümkün olmamış, buna görə də məhkəməyə müraciət etməli olmuşdur.

9. Ərizəçi Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Maraqlı şəxsin nümayəndəsi nümayəndə2 bildirmişdir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Şirvan-Salyan Regional Təhsil Idarəsinin etibarnamə ilə nümayəndəsi bildirmişdir ki, vətəndaş Ərizəçi qeyd olunan məsələ ilə bağlı ŞirvanSalyan Regional Təhsil Idarəsinə müraciət etmiş, lakin həmin müraciətin cavablandırılması Şirvan-Salyan Regional Təhsil Idarəsinin səlahiyyətlərinə aid olmadığından vətəndaşa üçüncü şəxs2 yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət edilməsi barədə izah verilmişdir.

12. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahəddin Kələntərov) ərizə təmin edilmiş, Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş ## ###### 2023-cü il 3-48 DA/9F-2 429 №li arxiv arayışı F.Ə.Məlikov adına X3 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinə aid hissəsinin, həmçinin *** nömrəli əmrin 59-cu bəndindəki hissəsinin Ərizəçi aid olması faktı müəyyən edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli arxiv arayışı F.Ə.Məlokov adına X3 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinə aid hissəsi Ərizəçi aiddir. Belə ki, Ərizəçi təqdim etdiyi diplomun surətindən də göründüyü kimi, o, 1980-1986-cı illərdə F.Ə.Məlokov adına X3 Texnikumunda oxumuşdur. Bundan başqa Dövlət Arxivinin ## ###### 2023-cü il tarixdə tərtib etdiyi aktdan da göründüyü kimi arxiv sənədlərində olan əmrlərin əksəriyyətində Ərizəçi qeyd olunmuş, yalnız 59-cu bənddə Teymur kimi qeyd olunmuşdur. Həmçinin Ərizəçi şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi 1963-cü ilin fevral ayında anadan olmuş, 1981-ci ilin fevral ayında onun 18 yaşı tamam olmuşdur. Arxiv sənədlərində də göründüyü kimi ** nömrəli əmrə əsasən Ərizəçi Salyan Hərbi Komissarlığının ##.##.1981-ci il tarixli *-*** nömrəli məktubuna əsasən ordu sıralarına getməsi qeyd olunmuşdur. Arxiv sənədlərinə əsasən 1980-1986-cı illərdə eyni müəssisə tərəfindən verilmiş ayrı-ayrı əmrlərin yalnız birində şəxsin adının Teymur, bütün digər əmrlərində isə Teyyub yazılması, eyni zamanda yuxarıda qeyd olunmuş diploma əsasən Ərizəçi həmin illərdə həmin müəssisədə təhsil alması, həmçinin Ərizəçi məhz həmin illərdə hərbi xidmət yaşına çatması və həmin müəssisədən hərbi xidmətə göndərilməsi qeyd olunmuş sənədlərdə həmin şəxsin məhz Ərizəçi olmasını sübut edir. Bundan başqa iş materiallarında həmin şəxsin Teyyub deyil, Teymur olmasına dair hər hansı başqa bir sübut təqdim olunmamışdır. Qeyd olunanlardan əlavə ƏƏSMN-nin tabeliyində DSMF-nin etibarnamə ilə nümayəndəsi, DSMF-nin aparıcı mütəxəssisi nümayəndə2 ərizəçinin lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməməməsi ilə əlaqədar məhkəmə hesab edir ki, Ərizəçi Şirvan-Salyan Regional Təhsil Idarəsinə, üçüncü şəxs2 yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etmiş, həmin müraciətlər cavablandırılmış, lakin ərizəçinin müraciətini təmin etmək mümkün olmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, Salyan rayon X6 hazırda fəaliyyət göstərmədiyindən ərizəçi tərəfindən ora müraciət olunması lüzümsuz olmuşdur. Iş materiallarında Dövlət Arxivinin Salyan filialı tərəfindən tərtib olunmuş akt mövcuddur ki, bu da həmin sənədlərin alınması üçün arxiv idarəsinə təkrar müraciət edilməsi zərurətini aradan qaldırmış olur.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə təmin edilməli, Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş ## ###### 2023-cü il 3-48 DA/9F-2-429 №Noli arxiv arayışı F.Ə.Məlikov adına X3 Texnikumunun 1980-1986-cı illərə aid işçi şəxsi heyət üzrə əmrlərinə aid hissəsinin, həmçinin *** nömrəli əmrin 59-cu bəndindəki hissəsinin Ərizəçi aid olması faktı müəyyən edilməlidir.

15. Məhkəmə öz mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 6.1, 6.2, 6.3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5, 308-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, ərizəçi ilk öncə sənəddəki uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq aidiyyatı orqana (arxiv idarəsinə) müraciət etməli olduğu halda heç bir yazılı müraciət etməmişdir. Bu formada yazılı müraciətin olmaması ərizəçi tərəfindən məhkəmə iclasları zamanı etiraf edilmişdir. Məhkəmə iş üzrə materialları tam aydınlaşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Həmçinin Dövlət X9 iddiaçıya dair ## ###### 2023-cü il tarixli *-**-DA/*F-*-B-***/**** nömrəli arayışında 1980-1986-cı illər üzrə təhsil aldığı barədə məlumatlar qeyd olunmuşdur. Araşdırma zamanı həmin arayışda ##.##.1980-ci il tarixə aid 123 №li əmrdə adı “Teymur” olaraq qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən arayışda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, iddiaçı Ərizəçi təhsil aldığı dövrə aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, şəxsi heyət üzrə əmr kitablarında Qəbul komissiyasının ##.##.1980-ci il tarixli 7 №li iclas protokolunda X8 aid məlumatların olduğu, eyni zamanda, həmin müddətdə yalnız ##.##.1985 ##.##.1986-cı il tarixləri arasındakı dövr ərzində əyani təhsil alması barədə məlumatların aşkar olunduğu bildirilmişdir. Bu fakt Azərbaycan Respublikası Dövlət X9 ## ###### 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Buna görə də ##.##.1980-##.##.1985-ci il tarixləri arasındakı dövrün iş stajına daxil edilməsi mümkün deyil. Sözügedən hallar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamış və əsassız qətnamə çıxarılmışdır.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mirlətif Sadıqov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizənin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli ** saylı Qərarının 6-cı bəndində göstərilən şərtlər mövcuddur. Belə ki, ərizəçinin sənəddə göstərilən adı ilə şəxsiyyətini təsdiq edən sənəddəki adı üst-üstə düşmür. Ikincisi, arxiv arayışı hüquqmüəyyənedici sənədlər sırasındadır. Üçüncüsü, Salyan rayon X6 hazırda fəaliyyət göstərmədiyindən sənəddə olan səhvlərin aradan qaldırılaraq sənəddəki səhvlərin düzəldilməsi mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsi haqlı ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

20. Kollegiya onu da diqqətə çatdırmışdır ki, apellyator şikayətində ərizəçinin ilk öncə sənəddəki uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq aidiyyatı orqana (arxiv idarəsinə) müraciət etməli olduğu halda heç bir yazılı müraciət etmədiyini göstərir. Bu formada yazılı müraciətin olmaması ərizəçi tərəfindən məhkəmə iclasları zamanı etiraf edilmişdir.

21. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə qiymət verərək bildirmişdir ki, ərizədə istinad olunan hüquq müəyyənedici sənəd arxiv arayışıdır. Yəni sənədi tərtib edən təşkilat– F.Ə.Məlikov adına X4 Texnikumunun hazırda mövcud olmaması, onun sənədlərinin arxivə təhvil verilməsi və bu səbəbdən sənədlərdə olan səhvin başqa yolla aradan qaldırılmasının qeyri-mümkünlüyü aşkardır. Arxiv isə arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələridir (“Milli arxiv fondu” haqqında Qanunun 1-ci maddəsi). Yəni arxivin sənəddə hər hansı düzəliş etmək səlahiyyəti yoxdur. Ona görə də apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinin Salyan filialına sorğu verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinin Salyan filialının həmin sorğuya cavabından görünür ki, X2 adı 1980-ci ilin qəbul imtahanlarından əlavə heç bir əmrlərdə aşkar olunmadı. Lakin digər əmrlərdə Ərizəçi adı qeyd edilmişdir. “Bəşirov” soyadlı digər şxslərə aid hər hansı məlumat aşkarlanmadı.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 306.1, 307.2.5, 307.2.11, 308, 310.1, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 80, 307.2.5, 308, 314.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmadığını qeyd etmək olar. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəyə baxılarkən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə uyğun olmamalıdır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sübutları məhkəməyə təqdim etməmişdir.

25. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 6-cı bəndində hüquqmüəyyənedici sənəddəki uyğunsuzluğun aradan qaldırılması proseduru sadalanmışdır. Belə ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. "Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli ** nömrəli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 306.0.4-cu maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin oldugu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılmasi haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30- 40-6cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

28. Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənediji sənədlərin (həmkarlar ittifaqı və digər ijtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq ijra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

29. Maddə 307.2.11. Məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır.

30. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

31. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

37. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

38. Maraqlı şəxsin kassasiya şikayətində qeyd etdiyi dəlillər apellyasiya instansiya mərhələsində araşdırılaraq həmin dəlillərə hüquqi qiymət verilmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq təkrar edilməsini zəruri hesab etmir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar