Məhkəmə qərarları › İş №2(1-8)-622/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-622/2026

21.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-622/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əhəmiyyətsiz əqdlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. X1 mülkiyyətində olan Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsini ##.##.2013-cü il tarixli torpağın alqı-satqı müqaviləsinə əsasən 2000 manata cavabdeh2 satmışdır.

2. ##.##.2013-cü il tarixli, Abşeron rayon * saylı notariat kontorunda təsdiq olunmuş etibarnamə ilə, cavabdeh2 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqraflardan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 10 il müddətinə, yəni ##.##.2023-cü il tarixədək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibar etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ilə cavabdeh2 arasında bağlanmış # ###### 2013-cü il tarixli torpağın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, o, X1 ilə ## ###### 1990-cı il tarixindən rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onlar birgə nikah dövründə bir çox daşınmaz əmlaklar almışlar. Həmin əmlaklardan biri də Qobustan şəhəri ərazisində yerləşən torpaq sahəsidir. Həmin torpaq sahəsinin ərazisi 0,008 ha olmaqla, əri X1 adına ## ###### 2006-cı il tarixdə mülkiyyət hüququ ilə DƏDRX-də qeydiyyatdan keçmiş və müvafiq çıxarış da alınmışdır. Həmin torpaq sahəsində sahibkarlıq məqsədilə qeyri-yaşayış sahəsi inşa olunmuş və həyat yoldaşı orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu gün də həmin sahə onun istifadəsindədir. Bu günlərdə cavabdeh2 iddiaçının əri X1 qarşı “dublikat çıxarışın ləğvi və binanın boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və bununla əlaqədar məhkəmə iclasının təyin edilməsi barədə məhkəmə bildirişi onun yaşadığı yerə gəlmişdir. Bundan sonra o, belə bir alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən xəbər tutmuşdur. O, ərindən həqiqətən belə bir müqavilə bağlayıb-bağlamadığını soruşduqda, qəti şəkildə həmin sahəni satmadığını, yalnız rəsmiyyət xatirinə girov qoyaraq faizə pul götürdüyünü bildirmişdir. cavabdeh1 vəkil sorğusu əsasında alınmış sənəddən açıq-aydın görünür ki, həmin notariat reyestrində onun adının qarşısında olan imza tamamilə başqa şəxs tərəfindən yerinə yetirilmişdir. O, ümumiyyətlə heç vaxt cavabdeh1 getməmişdir. Təbii ki, buna görə də onun həmin jurnalda imzasının olması qeyri-mümkündür. Eyni zamanda, əri Vahid ona bildirmişdir ki, əgər həqiqətən o, torpaq sahəsini satsaydı, onda cavabdeh2 çoxdan öz adına bu torpaq sahəsinə dair DƏDRX-dən çıxarış alardı. Amma belə bir alqı-satqı müqaviləsi olmamışdır. Həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının heç bir razılığı alınmamış, onun ümumiyyətlə hazırkı iddiaya kimi bu prosesdən heç bir məlumatı olmamışdır.

5. Məhkəmə iclasında iştirak etmiş cavabdeh cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun qaynı Gülağanın qaynı Vahidin arvadıdır. Iddiaçının əri Vahid bacısı və öz qaynı Gülağa ilə birlikdə onların evinə gəlmiş, orada bildirmişlər ki, iddiaçının qaynı Eldar öz torpağını satır. Belə ki, mübahisəli torpaq sahəsi əslində iddiaçının qaynı Eldarın olsa da, onu Vahidin adına sənədləşdirmişlər. Ondan xahiş etdilər ki, o, həmin torpaq sahəsini alsın, çünki Eldar həmin yeri başqasına satsaydı, Vahid həmin yerdəki dükandan istifadə edə bilməyəcəkdi, onu oradan çıxaracaqlardı. Onun özü alqı-satqı üçün notariusa getməmiş, əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs etibarnamə vermiş, o da müqaviləni onun adından imzalamışdır. Həmin müqavilədəki imza Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsusdur.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, o, cavabdeh2 ilə 2016-cı ilə qədər nikahda olmuşdur. 2013-cü ildə mərhum qardaşı Gülağa, onun yoldaşı Elmira və Vahid onların evinə gəlmişdir. Vahid onlara gələndə bildirmişdir ki, qardaşı Eldar obyekti satır, əgər o, həmin obyekti satsa, onun həmin obyektdən istifadə etməsi mümkün olmayacaq. Vahid ondan həmin obyekti almalarını xahiş etmiş, sonradan obyekti işlədib hər ay 125 manat da pul verəcəyini bildirmişdir. Bundan sonra onlar alqı-satqını rəsmiləşdirmək üçün notariusa getmişlər. # ###### 2013-cü il tarixli müqavilədə cavabdeh2 yerinə etibarnamə əsasında o imzalamışdır.

7. Qobustan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin # ### 2025-ci il tarixli, */*** nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X1 məxsus torpaq sahəsinin satılmasına dair İddiaçı adından olan ## #### 2013-cü il tarixli razılıq ərizəsində “Imza” qrafasındakı imza və “Ҝүлбəниз Рəсулова” yazıları – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X1 məxsus torpaq sahəsinin satılmasına dair İddiaçı adından olan ## #### 2013-cü il tarixli razılıq ərizəsindəki “İddiaçı q ərim X1”, “Qobustan şəhərində”, “torpaq sahəsinin” yazıları İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

9. Qobustan Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş halları sübuta yetirməmiş, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün Mülki Məcəllədə müəyyən olunmuş şərtlərin pozulması öz təsdiqini tapmamışdır, əri ilə birgə mülkiyyətdə olmuş torpaq sahəsinin satılmasına bilavasitə özü razılıq vermişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 340.2, 360.1 və 360.2-ci, MPM-nin 14.1, 77.1, 88 və 2173-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaya daha ədalətli baxmaq üçün işin bütün hallarını obyektiv və ədalətli araşdırmaq üçün şərait yaratmalıdır. Lakin məhkəmə işin bütün hallarını araşdırmamış və yalnız cavabdehin dediklərinə istinad edərək əsassız bir qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Iddiaçı məhkəməyə təqdim etdiyi vəsatətdə ekspert qarşısında bir neçə suala aydınlıq gətirilməsini xahiş etmişdir. Həmin suallardan biri də cavabdeh1 olan reyestr jurnalındakı imzanın ona məxsus olub-olmaması barədə rəyin verilməsi idi. Həmin jurnaldakı imzanın ona məxsus olmaması onun həmin bu notariat kontorunda olmamağını təsdiq edəcəkdir. Bu hal isə hazırkı iddianın daha ədalətli və obyektiv baxılmasına xidmət edəcəkdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməmiş və bununla da MPM-nin 102.1ci maddəsinin tələbləri pozulmuşdur. O, məhkəmə baxışı zamanı bir neçə vəsatət versə də və həmin vəsatətlər bu iddianın daha ədalətli və obyektiv baxılmasına xidmət etsə də, məhkəmə tərəfindən heç bir əsas göstərilmədən həmin bu vəsatətlərin rədd edilməsi barədə qərardad qəbul edilmişdir. Bununla da məhkəmə tərəfindən MPM-nin 184-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsi işdə olan sənədlərə əsaslanmaqla, qanuni və ədalətli olmalıdır. Lakin, qətnamə işin bütün hallarının ətraflı və obyektiv araşdırılması aparılmadan qəbul edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməklə, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını və təqdim olunmuş sübutları mahiyyəti üzrə düzgün və hərtərəfli dəyərləndirməmiş, işə dair sadəcə formal hallara qiymət verməklə kifayətlənmişdir. Bu isə MPM-nin 88-ci maddəsinin tələblərinin ciddi şəkildə pozulduğunu deməyə əsas verir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

22. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar YOXDUR.

31. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

32. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar