Məhkəmə qərarları › İş №2(1-8)-665/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-665/2026

23.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-665/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Birinci tərəf-satıcı Cavabdeh ilə ikinci tərəf-alıcı İddiaçı MMC arasında ##.##.2022-ci il tarixdə, * saylı notariat ofisində bağlanmış “Torpağın icarə hüquqlarının alqısatqısı müqaviləsi”-nə əsasən satıcı Füzuli rayonu, Harami ərazisinin 6 h nömrəli hissəsindən 400 ha torpaq sahəsinin ##.##.2006-cı il tarixdən başlayaraq 99 il icarə hüquqlarını 1.400.000 ABŞ dollarına (2380980 manata) alıcıya nisyə satmışdır.

2. Müqavilənin 3-cü bəndinə əsasən, alıcı satış qiymətinin 700.000 ABŞ dollarını (manat ekvivalenti 1190490) ilkin olaraq notariusun depozit hesabı vasitəsilə satıcıya ödəmişdir.

3. Müqavilənin 4-cü bəndinə əsasən isə, alıcı qalan 700.000 ABŞ dollarını ##.##.2023-cü il tarixədək alıcıya ödəməyi öhdəsinə götürmüşdür, həmin tarixədək alıcı ödəməzsə həmin müqavilə ödənilən pul alıcıya qaytarılmaq şərti ilə ləğv ediləcəkdir. Ödəniş tamamlandıqdan sonra torpaq sahəsinin icarə hüquqları alıcının adına rəsmiləşdirilməli idi.

4. ##.##.2023-cü il tarixdə isə müqavilənin 4-cü bəndinə düzəliş edilməsi barədə müqavilə bağlanmış və düzəlişə əsasən ##.##.2023-cü il tarixədək ödənişin olub-olmamasından asılı olmayaraq bu müqavilə hüquqların dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış alınması üçün əsas təşkil edəcəkdir.

4. “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” bağlandıqdan dərhal sonra ##.##.2022-ci il tarixdə birinci tərəf- Cavabdeh ilə ikinci tərəf_ İddiaçı MMC arasında “Razılaşma müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən ##.##.2022-ci il tarixli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi” üzrə satıcı əmin edir ki, yüklü edilən torpaq sahəsinin 400 ha əkin sahəsinin suvarma suyu ilə təminat mənbəyini X1 götürən X2 Idarəsinin balansında olan ARAZ-3 nasos stansiyası vasitəsilə həyata keçirilir və Satıcı bu təminatının davamlı qalması üçün Alıcıya lazımi köməklik göstərməyi, bu məqsədlə bütün yarana biləcək zəruri xərcləri üzərinə götürür. Həmin müqavilənin 4-cü bəndinə əsasən satıcı-Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsinin 5 ha hissəsində satıcıya məxsus nar ağaclarının, 98 ha hissəsində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərləri ilə birlikdə alıcının mülkiyyətinə verir.

5. Bundan başqa həmin müqavilədə qeyd edilmişdir ki, satıcı-balansında olan 2 ədəd T-54 belarusiya istehsalı və T-89 Moldova istehsalı olan traktorları, kultivator qurğularını, dərman səpən qurğuları alıcının mülkiyyətinə vermişdir.

6. Həmin müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, satıcı- Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsinin üzərində yerləşən bütün köməkçi tikililəri alıcının mülkiyyətinə verir.

7. İddiaçı MMC-nin müraciətinə Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsi tərəfindən hazırlanmış Füzuli rayonu, Harami ərazisində yerləşən 400 ha torpaq sahəsinin planında üzüm bağı 74.33 ha, nar bağı 5.17 ha göstərilmişdir.

8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Füzuli Rayon Statistika Idarəsinin məlumatına əsasən, Füzuli rayon Harami ərazisinin * nömrəli hissəsində Cavabdeh sahibi olduğu Mil Qarabağ LTD MMC-nin Füzuli Rayon Statistika idarəsinə təqdim etdiyi rəsmi statistik hesabatlara əsasən 400 ha əkin sahəsinin 98 ha üzüm, 5 hektarı isə nar bağı ilə əhatə olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ümumilikdə 2.380.980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manat pul məbləğinin, 7497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində hüquqşünas xərcinin və 1985 (bir min doqquz yüz səksən beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2022-ci il tarixində İddiaçı MMC (bundan sonra “Iddiaçı”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında Füzuli rayonunun “Harami” ərazisinin *h nömrəli hissəsi ünvanında yerləşən 400 dörd) yüz) ha torpaq sahəsinin (bundan sonra “Torpaq Sahəsi”) üzərində olan icarə hüquqlarının alqısatqısına dair müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh torpaq sahəsinin üzərində olan ## #### 2006-cı il tarixindən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarını iddiaçıya 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları, yəni 2.380.980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manata (##.##.2022-ci il tarixinə olan manat məzənnəsi ilə 1 (bir) ABŞ dolları = 1.70,07 (bir manat yetmiş tam yüzdə yeddi qəpik) AZN) satmağı, iddiaçı isə torpaq sahəsinə dair qeyd olunan icarə hüquqlarını almağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqaviləyə dair ## ###### 2022-ci il tarixli Razılaşma Müqaviləsinin (bundan sonra “Razılaşma Müqaviləsi”) 4cü bəndinə əsasən torpaq sahəsinin 5 (beş) ha hissəsində cavabdehə məxsus nar ağacları, 98 (doxsan səkkiz) ha hissəsində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərlərilə birlikdə iddiaçının mülkiyyətinə verilir. Müqavilənin 3-cü bəndinə əsasən, iddiaçı 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları məbləğində ödənişin ilkin olaraq 700.000 (yeddi yüz min) ABŞ dolları, yəni 1.190.490 (bir milyon yüz doxsan min dörd yüz doxsan) manat məbləğini cavabdehə ödəyir. Müqavilənin 4-cü bəndinin 1-ci cümləsinə əsasən, iddiaçı qalan 700.000 (yeddi yüz min) ABŞ dollarını ## #### 2023-cü il tarixədək ödədiyi günün manat məzənnəsi ilə cavabdehə ödəməyi öz öhdəsinə götürür. Qeyd edək ki, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək müqavilədə göstərilən qaydada cavabdehə ödəniş etmişdir. Buna baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi tərəfindən ## ######## 2023-сü il tarixində təqdim edilən Torpaq Sahəsinin planında (bundan sonra “Plan”), Torpaq Sahəsində yerləşən üzüm bağının X3 nəzərdə tutulduğu kimi 98 (doxsan səkkiz) ha deyil, 74.33 (yetmiş dörd tam yüzdə otuz üç) ha hissəsini əhatə etməsi öz əksini tapmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən həyata keçirilmiş 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları, yəni 2 380 980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manat məbləğində ödənişin geri qaytarılmasından yayınmışdır. Sonuncu dəfə ## ####### 2023-cü il tarixində cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, Cavabdeh tərəfindən ## ####### 2023-cü il tarixinədək tələb olunan ödəniş tam şəkildə geri qaytarılmadığı təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaqdır. Iddiaçının son xəbərdarlığına baxmayaraq cavabdeh ödənişi həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur.

11. Daha sonra iddiaçı tələbini dəyişərək, məhkəmədən Cavabdeh ümumilikdə 546581 manat pul məbləğinin, 7497 manat məbləğində hüquqşunas xərcinin və 1985 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Dəyişdirilmiş tələbini isə belə əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunduğu kimi, ## ###### 2022-ci il tarixində iddiaçı ilə cavabdeh arasında Füzuli rayonunun “Harami” ərazisinin *h nömrəli hissəsi ünvanında yerləşən 400 (dörd yüz) ha torpaq sahəsinin (bundan sonra “Torpaq Sahəsi”) üzərində olan icarə hüquqlarının alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh Torpaq Sahəsinin üzərində olan ## #### 2006-cı il tarixindən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarını Iddiaçıya 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları, yəni 2.380.980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manata (##.##.2022-ci il tarixinə olan manat məzənnəsi ilə 1 (bir) ABŞ dolları = 1.70,07 (bir manat yetmiş tam yüzdə yeddi qəpik) AZN) satmağı, iddiaçı isə Torpaq Sahəsinə dair qeyd olunan icarə hüquqlarını almağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış Müqaviləyə dair ## ###### 2022-ci il tarixli Razılaşma Müqaviləsinin (bundan sonra “Razılaşma Müqaviləsi”) 4-cü bəndinə əsasən Torpaq Sahəsinin 5 (beş) ha hissəsində Cavabdehə məxsus nar ağacları, 98 (doxsan səkkiz) ha hissəsində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərlərilə birlikdə iddiaçının mülkiyyətinə verilir. Müqavilənin 3-cü bəndinə əsasən, iddiaçı 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları məbləğində ödənişin ilkin olaraq 700.000 (yeddi yüz min) ABŞ dolları, yəni 1.190.490 (bir milyon yüz doxsan min dörd yüz doxsan) manat məbləğini Cavabdehə ödəyir. Müqavilənin 4-cü bəndinin 1-ci cümləsinə əsasən, iddiaçı qalan 700.000 (yeddi yüz min) ABŞ dollarını ## #### 2023-cü il tarixədək ödədiyi günün manat məzənnəsi ilə Cavabdehə ödəməyi öz öhdəsinə götürür. Qeyd edək ki, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək Müqavilədə göstərilən qaydada cavabdehə ödəniş etmişdir. Buna baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi tərəfindən ## ######## 2023-сü il tarixində təqdim edilən Torpaq Sahəsinin planında (bundan sonra “Plan”), Torpaq Sahəsində yerləşən üzüm bağının X3 nəzərdə tutulduğu kimi 98 (doxsan səkkiz) ha deyil, 74.33 (yetmiş dörd tam yüzdə otuz üç) ha hissəsini əhatə etməsi öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında ## ###### 2022-ci il tarixində bağlanılmış müqavilənin predmeti olan üzüm tağlarının əhatə etdiyi torpaq sahəsinin həcmi ilə bağlı tərəflər arasında mübahisə vardır və yaranmış mübahisənin obyektiv həlli üçün xüsusi bilik tələb olunur. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisənin obyektiv həlli üçün müvafiq ekspertiza təyin edilməlidir. Bunun əsasında məhkəmə ## ##### 2024-cü il tarixli qərardadı ilə iş üzrə ekspertizasının təyin edilməsini qərara almış və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə işinə əlavə edilmiş ## ###### 2024-cü il tarixli *-**-**/*-*/*** nömrəli ekspert rəyi və ## ####### 2024-cü il tarixli 3-16- **/*-**/**** nömrəli ekspert rəyindən görünür ki, Füzuli rayonunun “Harami” ərazisinin *h nömrəli hissəsi ünvanında yerləşən 400 (dörd yüz) ha torpaq sahəsinin 75.99 ha sahəsini üzüm bağları təşkil edir. Hazırda iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. Belə ki, ilkin iddia tələbində tərəflər arasında bağlanmış müqavilədən imtina edilərək cavabdeh Cavabdeh ümumilikdə ona ödənilmiş bütün məbləğin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hazırda isə müqavilədə nəzərdə tutulmuş (98 ha) və müvafiq ekspert rəyləri ilə təsdiq edilmiş cavabdeh Cavabdeh tərəfindən faktiki təhvil verilmiş (75.99 ha) üzüm bağlarının sahəsi arasında yaranmış fərqə dair İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş məbləğin geri qaytarılması tələb olunur.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, kvartalların(sərnələrin) ümumi sahəsi 74.33 ha, kvartallararası(sərnəarası) məsafənin enin 8 m, suvarma yollarının eni 1.2 metr olmaqla üzüm tənəklərinin suvarılması, məhsulun toplanması, xəstəliklərə qarşı mübarizədə dərmanlama və.s digər məqsədlər üçün, texnikanın işləməsinə görə nəzərdə tutulmuş yollar, döngələr və digər qulluqların edilməsi üçün uyğun olub, üzüm bağlarının ümumu sahəsi 75.99 ha sahə təşkil edir.

14. Azərbaycan Respublikasının Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Füzuli rayonu, “harami” ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsinin 75.99 ha hissəsi üzüm tağları yerləşən sahədir.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Ilkin Əliyev).

16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”-nin predmetini Füzuli Rayon Icra Hakimiyyətinin mülkiyyətində olan Füzuli rayonu, Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsi üzərində icarə hüquqlarının nisyə satılması olmuşdur. Həmin müqavilədə üzüm bağlarının miqdarı, qiyməti, keyfiyyəti barədə hər hansı şərt olmamışdır.

17. Məhkəmə bildirmişdir ki, bundan başqa iddiaçı əşyanın komplektlik haqqında şərtinin pozulduğuna istinad etsə də, lakin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində əşyanın komplektliyi dedikdə, ümumi bir təyinat üzrə istifadə edilməsi üçün vahid bir əşyanın tərkibinə daxil olan ayrı-ayrı detalların, aqreqatların, hissələrin və.s toplusu başa düşülür. Bütün bu detallar, aqreqatlar, hissələr və.s vahid bir əşyanı yaradırlar. Əşyanın komplektliyi, məhsullar (işlər, xidmətər) üçün qanunla müəyyən edilmiş norma, qayda və xarakteristikalarını müəyyən edən standartlarla, texniki şərtlərlə, habelə alqı-satqı müqaviləsində müəyyən edilir. Alqı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyən edilən əşya verməyə borcludur. Məsələn dəmir seyf alan alıcıya müvafiq açarın təqdim edilməməsi müqavilənin komplektlik şərtinin pozulması nəticəsi yarada bilər. Malların komplekti dedikdə, öz müstəqil təyinatları üzrə istifadəyə tam yararlı olan müxtəlif əşyaların toplusu başa düşülür. Malların komplekti tərəflərdən hansının təklif etməsindən asılı olmayaraq, alqı-satqı müqaviləsi ilə müəyyənləşdirilir. Buna misal isə mebel dəstinə daxil olan ayrı-ayrı hissələri aid etmək olar.

18. Məhkəmə bildirmişdir ki, hazırki müqavilə üzrə əşyaların və ya malın komplektlik şərtinin pozulmasından da söhbət gedə bilməz.

19. Məhkəmə tərəflər arasında müqaviləyə qədər işgüzar münasibətlərin olduğunu(tərəflər arasında üzüm satışı ilə bağlı ticarət dövriyyəsi olmuşdur), iddiaçının torpaq sahəsi almaq niyyətinin dövlət proqramı çərçivəsində investisiya müsabiqəsində iştirak etmək istəyindən irəli gəldiyini, alqı-satqıya qədər iddiaçının başqa torpaq sahələri axtardığını (maraqlarına uyğun gələn başqa torpaq sahəsi tapa bilməmişlər), əlavə razılaşmada üzüm və nar bağlarından başqa digər məsələlərin də öz əksini tapmasını (suvarmaya yardım, texnika və digər avadanlıqların, o cümlədən torpaq sahəsi üzərində olan tikililərin də iddiaçının mülkiyyətinə verilməsi barədə şərtin), müqavilənin predmetinin məhz iddiaçının mütəxəssisi olduğu sahə ilə bağlı olduğunu nəzərə alaraq, o qənaətə gəlmişdir ki, iddiaçı torpaq sahəsi üzrə icarə hüquqlarını əldə edərkən məhz cavabdehin məşğul olduğu ticarəti bütünlüklə almaq niyyətində olmuşdur və bu səbəbdən onun irəli sürdüyü dəlillər əsassızdır. Yəni iddiaçı icarə hüquqlarını aldığı torpaq sahəsinin məhsuldarlığından xəbərdar idi, həmin torpaq sahəsində olan təsərrüfatın qiymətini, keyfiyyətini bilirdi və ümumiyyətlə fəaliyyət göstərdiyi sahə üzümçülük olan şirkətin alqı-satqı müqaviləsi bağlanan zaman bu barədə tələsik davranması inandırıcı deyildir. Bundan başqa iddiaçı iddia edir ki, müqavilədən 9 ay sonra torpaq sahəsində ölçmə işlərini aparmış və bu yolla üzüm bağlarının həcmini müəyyən etmişlər. Halbuki, üzüm təsərrüfatının ilin fəslindən asılı olmayaraq daimi qulluq tələb etməsi hamıya bəllidir və keçən 9 ay ərzində onlara qulluqla bağlı nə qədər dərman istifadə edilməsinin, neçə ton su sərf edilməsinin, texnikanın nə qədər yanacaq sərf etməsinin, iş normativinin hesabatının aparılmaması və bu yolla üzüm bağlarının həcmindən xəbərdar olmamaları inandırıcı deyildir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 135.5, 404.1, 404.2, 404.3, 404.5, 405.1, 567, 568.1, 577.1, 578.1, 587.1, 590.1, 590.2, 591.1, 591.2, 592.1, 595.1, 595.2, 595.3, 646.1, 651, 654.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini, Cavabdeh ümumilikdə 546.581 (beş yüz qırx altı min beş yüz səksən bir) manat pul məbləğinin, 7.497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində hüquqşünas xərcinin və 1.985 (bir min doqquz yüz səksən beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2022-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında Füzuli rayonunun “Harami” ərazisinin *h nömrəli hissəsi ünvanında yerləşən 400 dröd) yüz) ha torpaq sahəsinin üzərində olan icarə hüquqlarının alqı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh torpaq sahəsinin üzərində olan ## #### 2006-cı il tarixindən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarını iddiaçıya 1 400 000 (bir milyon dörd yüz min) ABŞ dolları, yəni 2 380 980 (iki milyon üç yüz səksən min doqquz yüz səksən) manata (##.##.2022-ci il tarixinə olan manat məzənnəsi ilə 1 (bir) ABŞ dolları = 1.70,07 (bir manat yetmiş tam yüzdə yeddi qəpik) AZN) satmağı, iddiaçı isə torpaq sahəsinə dair qeyd olunan icarə hüquqlarını almağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış Müqaviləyə dair ## ###### 2022-ci il tarixli Razılaşma Müqaviləsinin (bundan sonra “Razılaşma Müqaviləsi”) 4-cü bəndinə əsasən Torpaq Sahəsinin 5 (beş) ha hissəsində cavabdehə məxsus nar ağacları, 98 (doxsan səkkiz) ha hissəsində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərlərilə birlikdə iddiaçının mülkiyyətinə verilir. Iddiaçı müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək müqavilədə göstərilən qaydada cavabdehə ödəniş etmişdir. Buna baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi tərəfindən ## ######## 2023-сü il tarixində təqdim edilən Torpaq Sahəsinin planında (bundan sonra “Plan”), Torpaq Sahəsində yerləşən üzüm bağının X3 nəzərdə tutulduğu kimi 98 (doxsan səkkiz) ha deyil, 74.33 (yetmiş dörd tam yüzdə otuz üç) ha hissəsini əhatə etməsi öz əksini tapmışdır. Məhkəmə işinə əlavə edilmiş ## ###### 2024-cü il tarixli 3- 16-16/2-7/606 və ## ####### 2024-cü il tarixli 3-16-16/2- **/**** nömrəli ekspert rəylərində aydın şəkildə görünür ki, Füzuli rayonunun “Harami” ərazisinin *h nömrəli hissəsi ünvanında yerləşən 400 (dörd yüz) ha torpaq sahəsinin 75.99 ha sahəsini üzüm bağları təşkil edir. Bu miqdar müqavilə üzrə vəd edilən miqdardan 22,01 hektar azdır. Məhkəmə ## ###### 2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini onunla əsaslandırmışdır ki , “51. Işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”-nin predmetini Füzuli Rayon Icra Hakimiyyətinin mülkiyyətində olan Füzuli rayonu, Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsi üzərində icarə hüquqlarının nisyə satılması olmuşdur. Həmin müqavilədə üzüm bağlarının miqdarı, qiyməti, keyfiyyəti barədə hər hansı şərt olmamışdır.” xxxx və Cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli Razılaşma Müqaviləsinin 4-cü maddəsinə əsasən, satıcı – Harami ərazisinin *h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsinin 5 ha hissəsində Satıcıya məxsus nar ağaclarının, 98 ha hissəssində yerləşən üzüm tağları və digər hissələrində yerləşən hər tağ, bitki və ağaclar bəhərləri ilə birlikdə Alıcının mülkiyyətinə verilir.” Göründüyü kimi, Satıcı Müqavilədə 400 hektar torpaq sahəsinin 98 hektarının üzüm tağlarından ibarət olduğunu bildirmişdir. Lakin, Müqavilə qarşılığında təqdim etdiyi predmet üzüm tağlarını əhatə edən hissədə kəmiyyətcə fərqlidir. Iddiaçı Mülki Məcəllənin 578.1-ci maddəsinə əsaslanaraq, müqavilədə nəzərdə tutulan miqdardan az təhvil verilmiş üzüm tağları sahəsi üzrə ödənilmiş 546 581 manat pul vəsaitinin geri ödənilməsini tələb etmişdir. Məhkəmə qətnamədə aşağıdakı kimi bildirmişdir: “ Bu səbəbdən də məhkəmə tərəflər arasında müqaviləyə qədər Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 566.4-cü maddəsinə əsasən, verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır. Işgüzar münasibətlərin olduğunu (tərəflər arasında üzüm satışı ilə bağlı ticarət dövriyyəsi olmuşdur), iddiaçının torpaq sahəsi almaq niyyətinin dövlət proqramı çərçivəsində investisiya müsabiqəsində iştirak etmək istəyindən irəli gəldiyini, alqı-satqıya qədər iddiaçının başqa torpaq sahələri axtardığını (maraqlarına uyğun gələn başqa torpaq sahəsi tapa bilməmişlər), əlavə razılaşmada üzüm və nar bağlarından başqa digər məsələlərin də öz əksini tapmasını (suvarmaya yardım, texnika və digər avadanlıqların, o cümlədən torpaq sahəsi üzərində olan tikililərin də iddiaçının mülkiyyətinə verilməsi barədə şərtin), müqavilənin predmetinin məhz iddiaçının mütəxəssisi olduğu sahə ilə bağlı olduğunu nəzərə alaraq, o qənaətə gəlir ki, iddiaçı torpaq sahəsi üzrə icarə hüquqlarını əldə edərkən məhz cavabdehin məşğul olduğu ticarəti bütünlüklə almaq niyyətində olmuşdur və bu səbəbdən onun irəli sürdüyü dəlillər əsassızdır. Yəni iddiaçı icarə hüquqlarını aldığı torpaq sahəsinin məhsuldarlığından xəbərdar idi, həmin torpaq sahəsində olan təsərrüfatın qiymətini, keyfiyyətini bilirdi və ümumiyyətlə fəaliyyət göstərdiyi sahə üzümçülük olan şirkətin alqı-satqı müqaviləsi bağlanan zaman bu barədə tələsik davranması inandırıcı deyildir. Bundan başqa iddiaçı iddia edir ki, müqavilədən 9 ay sonra torpaq sahəsində ölçmə işlərini aparmış və bu yolla üzüm bağlarının həcmini müəyyən etmişlər. Halbuki, üzüm təsərrüfatının ilin fəslindən asılı olmayaraq daimi qulluq tələb etməsi hamıya bəllidir və keçən 9 ay ərzində onlara qulluqla bağlı nə qədər dərman istifadə edilməsinin, neçə ton su sərf edilməsinin, texnikanın nə qədər yanacaq sərf etməsinin, iş normativinin hesabatının aparılmaması və bu yolla üzüm bağlarının həcmindən xəbərdar olmamaları inandırıcı deyildir”.Tərəflər arasında daha öncədən əməkdaşlığın olması və ya iddiaçının investisiya müsabiqəsində iştirakı heç bir şəkildə cavabdehin müqavilənin predmetinə dair yanlış məlumat verməyinə əsas ola bilməz. Belə ki, müqavilədən göründüyü kimi, alıcı 1 400 000 (bir milyon dörd yüz min) ABŞ dollarını 5 hektarı nar ağacı, 98 hektarı üzüm tağı olmaqla, ümumilikdə 400 hektar olan torpaq sahəsi və onun üzərindəki köməkçi tikililər, o cümlədən 2 (iki) ədəd “T54” belarusiya istehsalı və “T-89” Moldova istehsalı olan traktorlar, kultivator qurğusu və dərman səpən qurğular qarşılığında Satıcıya ödəmişdir. Tərəflər ## ###### 2022-ci il tarixli müqavilə imzalananadək müqavilə azadlığı prinsipini nəzərə alaraq mümkün olan digər şəxsləri də dəyərləndirmiş və nəticədə onlara ən münasib olanı seçmişdir. xxxx müqavilə azadlığı prinsipinə əsasən, başqa torpaq sahələrini araşdıra, istədiyi şəxslə müqavilə imzalaya bilər. Həmçinin, onu da qeyd edir ki, müqavilə bağlanan zaman Alıcının niyyəti Satıcının ticarətini bütünlüklə almaq olmamışdır. Belə ki, İddiaçı MMC şərabçılıq sahəsində fəaliyyət göstərən şirkətdir. Heç bir halda, tərəflərin hərəkətləri Cavabdeh alqı-satqı predmetinə dair yanlış və şişirdilmiş məlumat verməyinə əsas vermir. Iddiaçının məhkəməyə müraciətinin səbəbi müqavilədən irəli gələn hüquqlarının pozulmasıdır. Sözügedən pozulmuş tələb ## ###### 2022-ci il tarixli Razılaşma Müqaviləsinin 4-cü maddəsində və bu tələbin hüquqi əsası Mülki Məcəllənin 578.1-ci maddəsində göstərilmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Yəni iddiaçı icarə hüquqlarını aldığı torpaq sahəsinin məhsuldarlığından xəbərdar idi, həmin torpaq sahəsində olan təsərrüfatın qiymətini, keyfiyyətini bilirdi və ümumiyyətlə fəaliyyət göstərdiyi sahə üzümçülük olan şirkətin alqı-satqı müqaviləsi bağlanan zaman bu barədə tələsik davranması inandırıcı deyildir”. Lakin, mülki qanunvericiliyə əsasən, keyfiyyətli mal/əşya vermək satıcının borcudur. Topraq sahəsinin keyfiyyətli və ya məhsuldar olmağı onun kəmiyyətində yaranan fərqini aradan qaldırmır. Qətnamənin “Halbuki, üzüm təsərrüfatının ilin fəslindən asılı olmayaraq daimi qulluq tələb etməsi hamıya bəllidir və keçən 9 ay ərzində onlara qulluqla bağlı nə qədər dərman istifadə edilməsinin, neçə ton su sərf edilməsinin, texnikanın nə qədər yanacaq sərf etməsinin, iş normativinin hesabatının aparılmaması və bu yolla üzüm bağlarının həcmindən xəbərdar olmamaları inandırıcı deyildir” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında müqavilə ## ###### 2022-ci il tarixində imzalanmışdır. xxxx təhvil verilmiş üzüm tağlarının sahəsinin müqavilədə nəzərdə tutulan miqdardan az olduğunu aşkar etdikdən dərhal sonra Cavabdeh bildirmiş və ## ####### 2023-cü il tarixində Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni Mülki Məcəllə ilə nəzərdə tutulmuş iki il müddəti ötürülməmişdir. Iddiaçının əsas fəaliyyəti şərabçılıqdır, müqavilə üzrə vəd edilən 98 hektar torpaq sahəsi əvəzinə, 22,01 hektar az, yəni 75,99 hektar torpaq sahəsi onun düşündüyü qədər sərfəli deyildir. Hazırda iddiaçı müqavilə imzalanan zaman ehtimal ediləndən daha az fayda əldə edir. Həmçinin, məhkəmə iddianı əsassız hesab etdiyi üçün rədd etsə belə, daha öncə hakim Ilkin Əliyev tərəfindən iddia əsaslı hesab edilərək müvəqqəti təminat tədbirinə dair tələbləri keçərli hesab edilmişdir. Xüsusi ilə qeyd edir ki, müqavilə bağlanmazdan əvvəl Cavabdeh xxxxya 400 hektar torpaq sahəsinin 98 hektarının üzüm tağlarından ibarət olduğunu bildirmişdir. xxxx isə məhz üzüm tağlarının sahəsini əsas götürərək qiymət təklifi formalaşdırmışdır. Cavabdeh torpaq sahəsini olduğundan 22,01 hektar artıq göstərərək, ona edilən etibardan sui-istifadə etmişdir. Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, “Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə nəzərə almalıdır ki, cavabdeh tərəfindən Müqavilənin 4-cü maddəsində göstəriləndən daha az üzüm tağına malik torpaq sahəsi satılmış və nəticədə iddiaçının Müqavilədən irəli gələn hüquqları pozulmuşdur. Həmçinin, məhkəmə işin gedişatı zamanı əskikliyin miqdarını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini qərara alsa da, daha sonra ekspertizanın nəticəsini heç bir əsas göstərmədən keçərsiz hesab etmişdir. Halbuki, işin gedişatı zamanı əldə edilmiş ən mühüm sübut ekspert rəyləri olmuşdur. Məhkəmə iddiaçının maddi hüquqları ilə yanaşı prosessual hüquqlarını da kobudca pozmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi tərəfindən ## ######## 2023-сü il tarixində təqdim edilən Torpaq Sahəsinin planına və ## ###### 2024-cü il tarixli 3-16-16/2-7/606 və ## ####### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəylərinə əsasən, xxxxya vəd ediləndən az miqdarda üzüm tağlarını özündə ehtiva edən torpaq sahəsi satılmışdır. Ekspert rəylərinə əsasən, xxxxya Müqavilədə qeyd ediləndən 22,01 hektar az üzüm tağları satılmışdır. Faktiki olaraq iddiaçının hüquqları alqı-satqı predmetinin tərəflərin razılaşdığı miqdardan kəmiyyətcə az olmağı səbəbi ilə pozulmuşdur. Lakin, məhkəmə bu pozuntunu araşdırmaq və ədalətli qərar qəbul etmək əvəzinə keçərli əsas göstərmədən iddianı rədd etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamədə Müqavilədə üzüm bağlarının miqdarı, qiyməti, keyfiyyəti barədə hər hansı şərtin olmamağını əsas göstərərək iddia tələbini rədd etmişdir. Halbuki, iddiaçı iddia ərizəsində və vəsatətlərində dəfələrlə ## ###### 2022-ci il tarixli Razılaşma Müqaviləsinin 4-cü maddəsinə istinad etmiş və həmin maddəyə əsasən, üzərində icarə hüququ satın alınan torpaq sahəsinin 5 hektarını nar ağacları, 98 hektarının isə üzüm tağlarından ibarət olduğu qeyd edilmişdir. Həmçinin, işin gedişatı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin daha sonra heç bir əsas göstərmədən ekspert rəyini nəzərə almadan qətnamə qəbul etmişdir. ## ###### 2024-cü il tarixli 3-16- 16/2-7/606 və ## ####### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəylərində hər iki ekspert Füzuli rayonunun “Harami” ərazisinin *h nömrəli hissəsi ünvanında yerləşən 400 hektar torpaq sahəsinin sadəcə 75.99 hektarının üzüm tağından ibarət olduğu nəticəsinə gəlmişdir. Lakin, qətnamədə ekspert rəylərinə heç bir münasibət bildirilməmişdir. Məhkəmə qətnamədə torpaq sahəsinin məhsuldar olduğunu qeyd etmiş və bu səbəbdən iddiaçının iddiasını əsassız hesab etmişdir. Qeyd edir ki, torpaq sahəsinin məhsuldarlığı məhkəmədə tədqiq edilmədiyindən iddia tələbinin rəddi üçün səbəb ola bilməz. Həmçinin, heç bir halda torpağın məhsuldarlığı onun vəd edilən hissədə kəmiyyətcə əskik olmağına əsas vermir. Məhkəmə iddia ərizəsinin dəqiqləşdirilməyinə dair verilmiş vəsatəti təmin etsə də, artıq ödənilmiş məbləğin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin etməmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2025ci il tarixli qərardadı ilə qərara alınmışdır: Iş üzrə kompleks tikinti-texniki obyektlərin tədqiqi, məhkəmə bioloji ekspertiza və əmtəəşünaslıq ekspertizası təyin edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun: 1. Mübahisə predmeti olan torpaq sahəsində 98 ha üzüm tağı mövcud olmuşdur? 2. Boş (heç əkilməmiş) ərazidə üzüm tağları nə vaxtsa əkilmişdirmi ? 3. Mübahisə predmeti olan torpaq sahəsində 98 ha üzüm tağı olması, sonradan onun çıxarılaraq, məhv olaraq, yaxud başqa səbəblərdən azalması müəyyən olunur? 4. Üzüm tağları mövcud idisə, hansı dövrdə və ya nə vaxt məhv edilmiş, yaxud təbii səbəblərdən məhv olmuşdur? 5. Üzüm tağının müqavilədə göstərildiyi kimi 98 ha olmadığı halda müqavilədə göstərilən məbləğ çatışmayan üzüm tağına görə nə qədər müəyyən olunur, nə qədər azalır? 6. “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”ndə qiymət 1400000 ABŞ dolları (2380980 manat) olduğu halda, üzüm tağı 75,99 ha olduqda qiymət nə qədər müəyyən edilir (azalır) ? 7. Füzuli rayonunun “Harami” ərazisinin *h nömrəli hissəsi ünvanında yerləşən 400 ha torpaq sahəsində 1 ha boş və 1 ha üzərində üzüm tağları olan torpaq sahəsinin qiyməti nə qədər təşkil edir ? 8. Üzüm yetişdirmək üçün boş (heç əkilməmiş) ərazidə hər hansı konstruksiyalar (şpalerlər, tağlar və s.) nə vaxtsa mövcud olmuşdurmu? Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri işə cəlb edilsin və ekspertizanın keçirilməsində onların iştirakının təmin edilməsi və iş üzrə zəruri mütəxəssis rəyinin təqdim edilməsi təşkilatın rəhbərliyinə həvalə olunsun. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsin. Rəy verilməsi üçün ekspertə mülki işin materialları təqdim olunsun və ekspertiza yerində baxış keçirilməklə aparılsın. Ekspertə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsin. Ekspertizanın keçirilmə müddəti 30 gün müəyyən edilsin. Məhkəmə ekspertizası rəyi alınanadək mülki iş üzrə icraat dayandırılsın (hakimlər Günay Axundova (sədrlik edən), Xəyal Sarıyev, Fərrux Qasımov).

24. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakln Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Beyləqan Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli ## ##### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakln Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə daxil olmuş, Baki Apellyasiya Məhkəməsinin mülki iş üzrə qəbul edilmiş ## #### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadının icrası ilə əlaqədar təqdim edilməsi barədə müraciətinizə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi Idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadına əsasən təyin edilmiş kompleks tikinti -texniki obyektlərin tədqiqi,bioloji və əmtəəşünaslıq ekspertizasının keçirilmə vaxtı təyin edilməmişdir.Eyni zamanda qərardadda qeyd edilən sualların cavablandırılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi Idarəsinin səlahiyyətlərinə aid deyildir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli ## #### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq tədqiqata təqdim edilmiş Füzuli rayonu “Harami’ ərazisində yerləşən *h nömrəli ünvanında yerləşən yalnız üzüm tənəkləri olan torpaq sahəsinə baxış keçirildikdə aşağıdakılar müəyyən olundu. Üzüm tənəklərinin cərgədaxilində məsafələri 1,30 metr – 1,50 metr aralığında, üzüm tənəklərinin cərgəarası məsafələri 2,35 metr- 3,05 metr aralığında, kvartal (sərnə) daxilində cərgəarası (qurşaqarası) məsafə 5,23 metr- 5,65, metr aralığında, kvartalların (sərnələrin) ümumi sahəsi 74,33 hektar, kvartallararası (sərnəarası) məsafənin eni 8 metr, suvarma yollarının eni 1,20 metr olmaqla üzüm tənəklərinin suvarılması, məhsulun toplanması, xəstəliklərə qarşı mübarizədə dərmanlama və s. Digər məqsədlər üçün texnikanın işləməsinə görə nəzərdə tutulmuş yollar, döngələr və digər qulluqların edilməsi üçün uyğun olub, üzüm bağlarının ümumi cəmi sahəsi 75,99 ha sahə təşkil edir, boş heç əkilməmiş ərazidə hər hansı üzüm tağları əkilməsi, sonradan onun çıxarılaraq, məhv olaraq, yaxud başqa səbəblərdən azalması müəyyən edilmədi. 5,6,7-ci suallar üzrə qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməmək məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2-(103)-****/**** №-li iş üzrə ##.##.2025-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadın altıncı və yeddinci sualları üzrə qeyd olunur ki, Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Qərardadın səkkizinci sualı üzrə qeyd olunur ki, tikililərin nə vaxt inşa olunmasının, o cümlədən ərazidə mövcud olubolmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Göstərilənləri nəzərə alaraq, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.

27. Mərkəzi Ekspertiza Bürosunun ## ######## 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sizin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı məktuba (Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı Qərardad) əsasən, torpaq sahəsinin və üzərində mövcud olan daşınmaz əmlaklarlın qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə işi başlamışdır. Azərbaycan Qiymətləndiricilər Palatasının müəyyən etdiyi minimum xidmət haqqı tariflərinə əsasən qiymətləndirmə xidmət haqqı 5155 (beş min bir yüz əlli beş) manat məbləğində hesablanmış və tərəflərə təqdim edilmişdir. Xahiş edirik ki, göstərilən xidmət haqqının ödənişinin təmin olunmasına dəstək göstərəsiniz. Ödənişin həyata keçirilməsindən sonra, məhkəmənin müvafiq qərardadına uyğun olaraq qiymətləndirmə hesabatı hazırlanaraq məhkəməyə təqdim ediləcəkdir.

28. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair *(***)-****/**** saylı iş Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərardadına əsasən ekspert rəyi verilməsi üçün Sizə göndərilmişdir. Sizin ## ######## 2025-ci il tarixli məktubunuza əsasən mütəxəssis rəyinin verilməsi üçün dövlət rüsumunun əvvəlcədən ödənilməsi barədə iddiaçı və cavabdehə təklif edilmiş, lakin hər iki tərəf ödənişi tam şəkildə ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərardadının icra edilmədən *(***)-****/**** saylı işin geri qaytarılmasını Sizdən xahiş edirik.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Azad Imanov (sədrlik edən və məruzəçi), Allahverdi Məmmədov və Fuad Talışinski) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin “##.##.2022-ci il tarixli razılaşma müqaviləsi üzrə 98 ha nar bağının alıcının mülkiyyətinə verilməli olması ilə bağlı şərtin pozulması və bu səbəbdən alış qiymətinin mütənasib olaraq azaldılması” dəlilinə münasibətdə hesab etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”-nin predmetini Füzuli Rayon Icra Hakimiyyətinin mülkiyyətində olan Füzuli rayonu, Harami ərazisinin 6 h nömrəli hissəsi ünvanda yerləşən 400 ha torpaq sahəsi üzərində icarə hüquqlarının nisyə satılması olmuşdur. Həmin müqavilədə üzüm bağlarının miqdarı, qiyməti, keyfiyyəti barədə hər hansı şərt olmamışdır. Bundan başqa iddiaçı əşyanın komplektlik haqqında şərtinin pozulduğuna istinad etsə də, qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində əşyanın komplektliyi dedikdə, ümumi bir təyinat üzrə istifadə edilməsi üçün vahid bir əşyanın tərkibinə daxil olan ayrı-ayrı detalların, aqreqatların, hissələrin və.s toplusu başa düşülür. Bütün bu detallar, aqreqatlar, hissələr və.s vahid bir əşyanı yaradırlar. Əşyanın komplektliyi, məhsullar (işlər, xidmətər) üçün qanunla müəyyən edilmiş norma, qayda və xarakteristikalarını müəyyən edən standartlarla, texniki şərtlərlə, habelə alqı-satqı müqaviləsində müəyyən edilir. Alqı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə satıcı aıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyən edilən əşya verməyə borcludur. Məsələn dəmir seyf alan alıcıya müvafiq açarın təqdim edilməməsi müqavilənin komplektlik şərtinin pozulması nəticəsi yarada bilər. Malların komplekti dedikdə, öz müstəqil təyinatları üzrə istifadəyə tam yararlı olan müxtəlif əşyaların toplusu başa düşülür. Malların komplekti tərəflərdən hansının təklif etməsindən asılı olmayaraq, alqı-satqı müqaviləsi ilə müəyyənləşdirilir. Buna misal isə mebel dəstinə daxil olan ayrı-ayrı hissələri aid etmək olar. Hazırki işdən göründüyü kimi, hazırki müqavilə üzrə əşyaların və ya malın komplektlik şərtinin pozulmasından da söhbət gedə bilməz.

31. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında müqaviləyə qədər işgüzar münasibətlərin olduğunu(tərəflər arasında üzüm satışı ilə bağlı ticarət dövriyyəsi olmuşdur), iddiaçının torpaq sahəsi almaq niyyətinin dövlət proqramı çərçivəsində investisiya müsabiqəsində iştirak etmək istəyindən irəli gəldiyini, alqı-satqıya qədər iddiaçının başqa torpaq sahələri axtardığını (maraqlarına uyğun gələn başqa torpaq sahəsi tapa bilməmişlər), əlavə razılaşmada üzüm və nar bağlarından başqa digər məsələlərin də öz əksini tapmasını (suvarmaya yardım, texnika və digər avadanlıqların, o cümlədən torpaq sahəsi üzərində olan tikililərin də iddiaçının mülkiyyətinə verilməsi barədə şərtin), müqavilənin predmetinin məhz iddiaçının mütəxəssisi olduğu sahə ilə bağlı olduğunu nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçı torpaq sahəsi üzrə icarə hüquqlarını əldə edərkən məhz cavabdehin məşğul olduğu ticarəti bütünlüklə almaq niyyətində olmuşdur və bu səbəbdən onun irəli sürdüyü dəlillər əsassızdır. Yəni iddiaçı icarə hüquqlarını aldığı torpaq sahəsinin məhsuldarlığından xəbərdar idi, həmin torpaq sahəsində olan təsərrüfatın qiymətini, keyfiyyətini bilirdi və ümumiyyətlə fəaliyyət göstərdiyi sahə üzümçülük olan şirkətin alqı-satqı müqaviləsi bağlanan zaman bu barədə tələsik davranması inandırıcı deyildir. Bundan başqa iddiaçı iddia edir ki, müqavilədən 9 ay sonra torpaq sahəsində ölçmə işlərini aparmış və bu yolla üzüm bağlarının həcmini müəyyən etmişlər. Halbuki, üzüm təsərrüfatının ilin fəslindən asılı olmayaraq daimi qulluq tələb etməsi hamıya bəllidir və keçən 9 ay ərzində onlara qulluqla bağlı nə qədər dərman istifadə edilməsinin, neçə ton su sərf edilməsinin, texnikanın nə qədər yanacaq sərf etməsinin, iş normativinin hesabatının aparılmaması və bu yolla üzüm bağlarının həcmindən xəbərdar olmamaları inandırıcı deyildir.

32. Kollegiya hesab etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı apellyasiya şikayətində iddianın təmin edilməsini xahiş etsə də, istinad etdiyi halların həqiqiliyini əsaslandıra bilməmişdir. Şikayətdə qeyd olunanlar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz.

33. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 135.5, 404.1, 404.2, 404.3, 404.5, 405.1, 567, 568.1, 577.1, 578.1, 587.1, 590.1, 590.2, 591.1, 591.2, 592.1, 595.1, 595.2, 595.3, 646.1, 651, 654.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

34. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (vəkil vəkil1) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsinə və iddianın tam təmin edilərək Cavabdeh og lundan u mumilikdə 546 581 AZN (beş yu z qırx altı min beş yu z səksən bir manat) pul məbləg inin, 7.497 AZN (yeddi min do rd yu z doxsan yeddi manat) məbləg ində hu quqşu nas xərcinin və 1.985 AZN (bir min doqquz yu z səksən beş manat) məbləg ində do vlət ru sumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə o dənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi həm hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan normaları tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir.

36. Birinci instansiya məhkəməsi torpaq sahəsinin ölçülməsinə zərurət olduğunu əsas gətirərək ekspertiza təyin etməsinə dair hüquqi mövqe ilə sonradan gəldiyi hüquqi nəticə arasında əhəmiyyətli dərəcədə ziddiyyət mövcud olmuşdur. Belə ki, məhkəmənin “tərəflərin iradə ifadəsi iddiaçının cavabdehin bütün biznesini əldə etməsindən irəli gəlirdi” qənaəti, onun torpaq sahəsinin üzüm tağları yerləşən hissəsinin ölçüsünün 22.01 ha az olmasını nəzərə almamaqla nəticələnmişdir. Bundan başqa Binəqədi Rayon Məhkəməsi iddianı əsassız hesab etdiyi üçün rədd etsə belə, daha öncə iddianı əsaslı hesab edərək iddiaçının müvəqqəti təminat tədbirinə dair tələbini əsaslı hesab etmiş və cavabdeh Cavabdeh bir sıra əmlaklarının üzərinə həbs qoymuşdur (Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-**(***)-***/**** nömrəli qərardadı).

37. Günay Axundovanın sədrlik etdiyi tərkib tərəfindən məhkəmə işi üzrə ədalətli, hərtərəfli və obyektiv araşdırmanın aparıldığı halda Bakı Apellyasiya Məhkəməsi tərəfindən məlum olmayan səbəblərdən məhkəmə tərkibinin dəyişdirilməsi və nəticədə hər hansı qanunvericilik əsası olmadığı halda qiymətləndirmə ekspertizasının icra olunmadan geri qaytarılmasının baş verməsi işə obyektiv baxılmayacağı ilə bağlı iddiaçı tərəfində ciddi narahatlıq yaratmışdır.

38. Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə iş üzrə qiymətləndirmə ekspertizasının davam etdirilməməsi üçün hər hansı hal mövcud deyildir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi pozuntulara yol verməkdən çəkinməyərək hər hansı əsas olmadan və Mərkəzi Ekspertiza Bürosu tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ## ####### 2025-ci il tarixli MEB-m**-**** nömrəli cavab məktubunda qeyd olunduğu kimi Mərkəzi Ekspertiza Bürosuna şifahi göstəriş verərək qiymətləndirmə ekspertizasının davam etdirilməsinə müdaxilə edərək onun icra olunmadan geri qaytarılmasını tələb etmiş və nəticədə iş üzrə obyektiv araşdırmanın aparılmasını böyük şübhə altına almışdır.

39. Tərəflər arasında olan mülki-hüquq münasibətləri Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyd edildiyi kimi yalnız Füzuli rayonu, Harami ərazisinin *h №-li hissəsi ünvanda yerləşən 400 ha Torpaq Sahəsinin nisyə satılmasını deyil, həmçinin Razılaşma Müqaviləsindən irəli gələn münasibətləri də əhatə edir. Bildiririk ki, Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin bu hissədə yanaşması Mülki Məcəllənin 404.1-ci maddəsinin tələblərinin açıq və kobud şəkildə pozulması ilə yanaşı, tərəflər arasında mövcud olan mülki hüquq münasibətlərinin mahiyyətinin düzgün müəyyən edilməməsinə və nəticə etibarilə iş üzrə yanlış hüquqi nəticəyə gəlinməsinə səbəb olmuşdur. Bu da iş üzrə qanunsuz və əsassız qətnamələrin qəbul edilməsinə gətirib çıxarmışdır.

40. Bakı Apellyasiya Məhkəməsi iş üzrə müstəqil və əsaslandırılmış hüquqi qiymət vermək əvəzinə, Binəqədi Rayon Məhkəməsinin qətnaməsində göstərilən müddəaları olduğu kimi köçürərək təkrarlamışdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin 51–55-ci bəndləri ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin 70–72-ci bəndlərinin müqayisəsi açıq-aydın onu göstərir ki, hər iki məhkəmə aktında əsaslandırma eyni məzmun daşımışdır. Bu səbəbdən hər iki qətnamədə hər hansı ədalətdən və ya qanuni əsaslılıqdan söhbət gedə bilməz.

41. Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələr nəticəsində İddiaçı MMC-nin “Investisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş hüquqları açıq şəkildə pozulmuşdur. Belə ki, Azərbaycanda şərabçılığın inkişafına töhfə verən İddiaçı MMC tərəfindən dəyəri tam ödənilmiş üzüm tağlarının faktiki olaraq 22.01 ha az təqdim edilməsinə baxmayaraq, Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamələrdə İddiaçı MMC-nin bu əsaslı tələbi əsassız hesab edilmişdir. Nəticədə İddiaçı MMC-yə dəymiş zərər nəzərə alınmamış, bu isə onun investor qismində “Investisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qorunan hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyalarının dövlət tərəfindən qorunmasından məhrum edilməsi ilə nəticələnmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

44. Maddə 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.

45. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

46. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

47. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

48. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

49. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

50. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

51. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

52. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.

53. Maddə 578.1.Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

54. Maddə 587.1.Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması və.s

55. Maddə 590.1. Satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur.

56. Maddə 590.2. Alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur.

57. Maddə 591.1. Əgər alğı-satqı müqaviləsində satıcının alıcıya əşyaların müəyyən toplusunu komplekt şəklində vermək vəzifəsi nəzərdə tutulubsa, öhdəlik komplektə daxil olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır.

58. Maddə 591.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, satıcı komplektə daxil olan bütün əşyaları alıcıya eyni vaxtda verməyə borcludur.

59. Maddə 592.1. Komplektsiz əşya verildiyi halda alıcı satıcıdan öz seçimi ilə aşağıdakıları tələb edə bilər: alış qiymətinin mütənasib surətdə azaldılması; əşyanın komplektinin ağlabatan müddətdə tamamlanması.

60. Maddə 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

61. Maddə 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin.

62. Maddə 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz.

63. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 55. 651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646- 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

77. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

78. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

79. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar