Məhkəmə qərarları › İş №2(1-8)-670/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-670/2026

11.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-670/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehlər İddiaçı, cavabdeh2, cavabdeh3 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cavabdehlər İddiaçı və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı işlər üzrə QƏRARİ Açar sözlər: ər-arvadın birgə mülkiyyəti, ər-arvad arasında əmlak bölgüsü, əmlakda payların bərabər bölünməsi, birgə nikah dövründə əldə edilmiş əşyanın özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş vəsaitin bölünməsi, alqı-satqı müqaviləsi, vəsiyyətnamənin etibarsızlığı ilə bağlı mübahisələr, mirasdan məcburi pay tələbi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Ispəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pulun ödənilməsi”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehlər İddiaçı, cavabdeh2, cavabdeh3 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən edilməsi”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cavabdehlər İddiaçı və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Quliyev Səlahəddin Məlik oğlu (iddiaçı İddiaçı qardaşı) ##.##.1994-cü il tаriхdə cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından ##.##.1994-cü il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 anadan olmuşdur. Onların nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il # #### tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Quliyev Səlahəddin Məlik oğlunun həmçinin ##.##.1993-cü il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və ##.##.2005-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adlı övladları var.

3. Quliyev Səlahəddin Məlik oğlu ilə cavabdeh2 birgə nikah dövründə başqa əmlaklarla yanaşı: 2001-ci il ## ###### tarixdə satıcı X1 ilə alıcı Rüstəmova Ətrabə Rüstəm qızı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanında yerləşən mənzil; 2004-cü il ## ###### tarixdə satıcı X9 ilə alıcı Rüstəmova Ətrabə Rüstəm qızı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında ünvan 10 ünvanında yerləşən mənzil əldə edilmişdir.

4. Əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, 8 km, Qara Qarayev küçəsi, ** saylı evin 1 otaqlı ** saylı mənzili üzərində Rüstəmova Ətrabə Rüstəm qızının adına xüsusi mülkiyyət hüquqi ##.##.2002-ci il tarixdə, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ** saylı evin 3 otaqlı ** saylı mənzili üzərində Rüstəmova Ətrabə Rüstəm qızının xüsusi mülkiyyət hüququ ##.##.2004cü il tarixdə qeydiyyata alınmışdır.

5. Quliyev Səlahəddin Məlik oğlu Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş ##.##.2020-ci il tarixli 2V-** reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus olan, harada yerləşməsindən asılı olmayaraq, daşınar və daşınmaz əmlaklarını bacısı - İddiaçı vəsiyyət etmişdir.

6. Quliyev Səlahəddin Məlik oğlu cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların ½ hissəsinə mülkiyyət hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 16saylı evin ** nömrəli mənzilin; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən * saylı bağ evinin; Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ** saylı evin ** saylı mənzilin; Bakı şəhəri, Ş.Mirzəyev küçəsində yerləşən ** saylı evin ** saylı mənzilin; Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsində yerləşən * saylı evin ** saylı mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınaraq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Eyni zamanda cavabdeh2 Quliyev Səlahəddin Məlik oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia verərək: Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ** saylı evin * saylı mənzilin və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ** saylı evin ** saylı mənzilin ½ hissədə mülkiyyət hüququnun tanınmasını; Bakı şəhəri, Höğvsan qəsəbəsi, * saylı evin yanında inşa edilmiş 2 mərtəbəli evin dəyərinin yarısının – 40000 manat pulun; həmçinin birgə nikah müddətində əldə edilmiş “Toyota Rav 4” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiymətinin yarısının - 9.500 manat pulun Quliyev Səlahəddin Məlik oğlundan alınaraq ona ödənilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə Quliyev Səlahəddin Məlik oğlunun iddiasl qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ** saylı evin ** saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, * saylı bağ evin ½ pay nisbətində Quliyev Səlahəddin Məlik oğlunun mülkiyyət hüquqları tanınmış, ilkin iddia tələbi qalan hissələrdə təmin edilməmiş, cavabdeh2 Quliyev Səlahəddin Məlik oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ** saylı evin * saylı mənzilin və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ** saylı evin ** saylı mənzilin ½ pay nisbətində ilkin idda üzrə iddiaçı Quliyev Səlahəddin Məlik oğlunun, ½ pay nisbətində isə cavabdeh2 mülkiyyət hüquqlarının tanınması, “Toyota Rav 4” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərindən 9.500 manatın Quliyev Səlahəddin Məlik oğlundan alınaraq cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə ilkin iddianın Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 37 ünvanında yerləşən ** saylı mənzildən, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ev 58 ünvanında yerləşən ** saylı mənzildən və ünvan 4 ünvanında yerləşən ** saylı mənzildən payın tanınması təıləbinə dair ilkin iddianın təmin edilməməsi onunla əsaslandırılmışdır ki, Quliyev Səlahəddin Məlik oğlu həmin əmlakların birgə nikah dövründə əldə edilməsi, habelə həmin əmlakların ilkin iddia üzrə cavabdeh cavabdeh2 mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, Quliyev Səlahəddin Məlik oğlu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 37 ünvanında yerləşən ** saylı, Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, ev 58 ünvanında yerləşən ** saylı və ünvan 4 ünvanında yerləşən ** saylı mənzillərin birgə nikah dövründə əldə edilməklə cavabdeh2 mülkiyyətində olmasını təsdiq edən mötəbər sənədlər əldə etdikdə, qeyd edilən əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir (1-ci cild, səh. 111-114).

9. Bundan sonra cavabdeh2 Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58, mənzil 14 ünvanında yerləşən 3 otaqlı mənzili 117.000 manata, AN-İ seriyalı ******* nömrəli ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 8 ünvanında yerləşən 1 otaqlı mənzili 100.000 manata cavabdeh3 satmışdır. Mənzillər üzərində cavabdeh3 mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58, mənzil 14 ünvanında yerləşən mənzili ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4, həmin mənzil üzərində Qabil Qasımovun mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır.Qabil Qasımov həmin mənzili ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 oğluna satmış və mənzilin üzərində X2 oğlunun mülkiyyət hüququ ##.##.2023cü il tarixdə qeydiyyata alınmışdır.

11. X2 oğlu ünvan 9 ünvanda olan mənzili ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3.

12. Quliyev Səlahəddin Məlik oğlundan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı ##.##.2022-ci il tarixdə 8I-18934 və 8I-18935 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, ##.##.2022-ci il tarixdə 8I-20921 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmiş İddiaçı, ##.##.2022-ci il tarixdə 8I-20998 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müraciət ərizələri Bakı şəhəri ** saylı Notariat Ofisinə daxil olmuşdur. Qeyd olunan ərizələr əsasında ##.##.2022-ci il tarixdə V- 148 nömrə ilə qeydə alınaraq miras qoyan Quliyev Səlahəddin Məlik oğlunun adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinin tələbinə əsasən 6 aylıq müddət gözlənilmiş və həmin müddət ##.##.2023-cü ildə bitmişdir. Lakin məktub verilən günədək miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı heç bir vərəsə Notariat Ofisinə müraciət etməmişdir. Qeyd edilmişdir ki, müraciət edildiyi halda, Quliyev Səlahəddin Məlik oğlundan miras qalmış daşınmaz əmlaklara dair dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etdikdən sonra əmlaklar üzərində hər hansı məhdudiyyət olmadığı təqdirdə, İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, digər vərəsələrin adına isə məcburi paya dair vərəsəlik hüququ haqqnda şəhadətnamə təqdim ediləcəkdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il ## #### tarixli *(***)- ***/**** nömrəli qərardadı ilə ərizənin rədd edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsindən Səlahəddin Quliyevin hüquqi varisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina edilməsi qərara alınmış, həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pulun ödənilməsi” tələbinə dair iş üzrə

14. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 ilə cavabdeh3 arasında bağlanılmış Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58, mənzil 14 ünvanında yerləşən yaşayış sahəsinin 2022-ci il ## #### tarixli AN-İ NO:******* saylı alqı-satqı müqaviləsinin və ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin AN-İ NO:******* saylı 2022-ci il ## #### tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçının vəkili-nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, cavabdehlər arasında bağlanmış 2022-ci il ## #### tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab olunması ilə yanaşı, hər iki yaşayış sahəsinin real bazar qiymətinə əsasən qiymətləndirilərək iddiaçıya çatası ½ pay əmlakın dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Iddiaçı öz tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehlər cavabdeh2 ilə cavabdeh3 arasında 2022-ci il ## #### tarixli alqı-satqı müqavilələri üzrə notariat işinə nəzər saldıqda, bu müqavilələrinin mərhum Quliyev Səlahəddin Məlik oğlunun razılığı olmadan bağlandığı məlum olmuşdur. Halbuki, əmlaklar birgə nikah dövründə və birgə təsərrüfat nəticəsində əldə olunduğu üçün Quliyev Səlahəddin Məlik oğlunun notarial qaydada yazılı razılığı alınmalı idi. Səlahəddin Quliyev 2022-ci il # ######## tarixində vəfat etdiyindən, onun hüquqi varisi olaraq bacısı İddiaçı iddiaçı kimi çıxış etmişdir. Iddiaçı qeyd etmişdir ki, qanunvericilikdə birgə nikah dövründə əldə olunduğu daşınmaz əmlakların özgəninkiləşdirilməsi zamanı ər və ya arvadın yazılı razılığınının olması imperativ norma hesab edilmişdir. Razılıq alınmadan qeyd olunan daşınmaz əmlakların özgəninkiləşdirilməsi iddiaçının mülkiyyət hüququqlarının kobud şəkildə pozulmasıdır və ona görə də həmin müqavilələr etibarsız hesab edilməlidir.

16. Iddiaçının vəkili-nümayəndəsi tərəfindən təqdim olunmuş ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisəli əmlaklarla bağlı aidiyyatı quruma əmlakların cavabdehə hansı əsasla keçməsi barədə sorğu verilmiş və həmin idarədən cavab məktubu gəlmişdir. Cavab məktubuna əsasən qeyd olunan daşınmaz əmlaklar- Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58, mənzil 14 ünvanında yerləşən yaşayış sahəsi ##.##.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə, ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi isə ##.##.2001-ci il tarixli aqlı-satqı müqaviləsi ilə cavabdeh cavabdeh2 adına keçmişdir. Cavab məktubundan da göründüyü kimi, qeyd olunan əmlakların cavabdeh tərəfindən birgə nikah dövründə əldə olunması şübhə doğurmur. Cavab məktubundan da göründüyü kimi, qeyd olunan daşınmaz əmlaklar ilkin olaraq digər cavabdeh olan cavabdeh3 satılmış və sonradan da bir neçə şəxsə satılaraq özgəninkiləşdirilmişdir. Artıq həmin üçüncü şəxslər vicdanlı əldə edən olduqları üçün və əmlakın naturada geri qaytarılmasının qeyri-mümkün olduğuna görə iddianın predmetini dəyişmək zərurəti yaranmışdır.

17. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (mərhum Səlahəddin Quliyevin oğlu) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir.

mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehlər İddiaçı, cavabdeh2, cavabdeh3 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia üzrə

18. Müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehlər İddiaçı, cavabdeh2, cavabdeh3 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iddia ərizəsi, daha sonra isə dəqiqləşmələr barədə ərizələrlə (son olaraq ##.##.2025-ci il tarixdə verilmiş) məhkəməyə müraciət edərək, cavabdeh2 ilə Quliyev Səlahəddin Məlik oğlu arasında birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, mənzil 32 və ünvan 10 ünvanında yerləşən əmlakların ½ hissəsinə Quliyev Səlahəddin Məlik oğlunun mülkiyyət hüququnun tanınması və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin əmlaklara dair vərəsəlik payının müəyyən edilməsi, ** saylı Dövlət Notariat Kontoru tərəfindən ##.##.2020-ci il tarixdə təsdiq edilməklə Quliyev Səlahəddin Məlik oğlu tərəfindən İddiaçı verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, mübahisəli yaşayış sahələrinin real bazar qiymətinə əsasən qiymətləndirilərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 çatası 1/3 hissədə pay əmlakın dəyərinin cavabdeh2 tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Iddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilərək belə əsaslandırmışdır ki, o, Quliyev Səlahəddin Məlik oğlunun vərəsəsi olmaqla, Mülki Məcəllənin 1157, 1225.3 və 1291-ci maddələrinə əsasən mübahisə açmaq səlahiyyətinə malikdir. S.Quliyev və cavabdeh2 nikah dövründə sonuncunun adına Bakı şəhəri üzrə bir neçə daşınmaz əmlak əldə etmişlər. ##.##.2020-ci il tarixdə Səlahəddin Quliyev həmin əmlakların bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. X6 məxsus bütün əmlaklarını ##.##.2020-ci il tarixdə vəsiyyət etmişdirsə, nə üçün ##.##.2020-ci il tarixdə cavabdeh2 qarşı iddia qaldırarkən bu vəsiyyət barədə hər hansı bir söz deməmişdir? Ikincisi, Nəsimi rayon Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı mülki işdəki etibarnamədəki imza ilə ##.##.2020-ci il tarixli vəsiyyətnamədəki imza tamamilə fərqlidirlər. Vəsiyyətnamə və etibarnaməni təsdiq edən notariusun imzaları da fərqli görünür. Üçüncüsü, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 atası İddiaçı iddia etdiyi kimi vəsiyyətnamə imzalamayıb, ömrünün son illərində o, atasının yanında olmuş, ona qulluq etmişdir. Atasının heç vaxt belə bir fikri olmayıb. Bu səbəbdən də həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Mübahisəli yaşayış sahəsi birgə nikah dövründə əldə olunmasına baxmayaraq, cavabdeh2 tərəfindən S.Quliyevin razılığı olmadan satılmışdır. Odur ki, alqı-satqı müqavilələri etibarsız hesab edilərək həmin əmlakların dəyəri onun tərəfindən geri qaytarılmalıdır.

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cavabdehlər İddiaçı və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia üzrə

20. Müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cavabdehlər İddiaçı və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** saylı Dövlət Notariat Kontorunda ##.##.2020-ci il tarixdə təsdiq edilməklə Quliyev Səlahəddin Məlik oğlu tərəfindən İddiaçı verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Səlahəddin Quliyevin vərəsəsi olmaqla, Mülki Məcəllənin 1157, 1159.1 və 1291-ci maddələrinə əsasən mübahisə açmaq səlahiyyətinə malikdir. Birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi ilə bağlı iddia üzrə məhkəmə tərəfindən bir sıra əmlaklar (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ** saylı evin ** saylı mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, * saylı bağ evi, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ** saylı evin * saylı mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ** saylı evin ** saylı mənzil) bölünmüş, digər əmlaklara (ünvan 9, ünvan 10 və ünvan 4, ** saylı mənzil) münasibətdə isə iddia təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. ##.##.2020-ci il tarixli vəsiyyətnamənin mövcudluğu şübhə doğurur. Belə ki, sonradan qaldırılmış iddia zamanı bu barədə məlumat verilməmiş, həmçinin vəsiyyətnamədəki imza digər rəsmi sənədlərdəki imzalarla uyğun gəlməmişdir. Bundan əlavə, vəsiyyətnamənin tərtibi zamanı qanunvericiliyin tələblərinə əməl olunmamış, şahidlər barədə məlumat olmamış, sənəd elektron qaydada təsdiqlənməmiş və vəsiyyət edənin fotosu mövcud olmamışdır. Bu səbəbdən vəsiyyətnamə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir.

22. Mübahisələndirilən vəsiyyətnamədə olan imzanın vəsiyyət etmiş şəxs tərəindən icra edilməsinin müəyyən olunması üçün ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il # ###### tarixli */**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdr ki, ekspertizaya təqdim edilmiş, *v-** nömrəli notariat işinin 2-ci vərəqində Quliyev Səlahəddin Məlik oğlunun adından olan ##.##.2020-ci il tarixli vəsiyyətnamənin mətni, “imza:” qrafasındakı imza və “Quliyev” soyadı; ***** nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün 1S reyestr jurnalının 40-cı vərəqində 811-ci sırada “Quliyev Səlahəddin” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Quliyev” soyadı – Quliyev Səlahəddin Məlik oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, *v- ** nömrəli notariat işinin 2-ci vərəqində Quliyev Səlahəddin Məlik oğlunun adından olan ##.##.2020-ci il tarixli vəsiyyətnamədə “Dövlət notariusu” qrafasındakı imza – X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, *v-** nömrəli notariat işinin 2-ci vərəqində Quliyev Səlahəddin Məlik oğlunun adından olan ##.##.2020-ci il tarixli vəsiyyətnamənin mətnində, “imza:” qrafasındakı imzada və “Quliyev” soyadında – yazının və imzanın qeyriadi psixofizioloji vəziyyətdə (həyəcanlı, stress, hədə-qorxu, fiziki yorğunluq, gərgin vəziyyətdə və s.) və digər şəxsin köməyi ilə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır.

23. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli MB **/**** nömrəli qiymətləndirmə hesabatı ilə mənzillərə baxış keçirilməsi mümkün olmadığından, nəzəri qaydada hesablama və müqayisəli tədqiqat aparılmaqla Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58 ünvanında yerləşən ** saylı mənzilin orta bazar qiyməti 122.000 manat, ünvan 7 ünvanında yerləşən ** saylı mənzilin orta bazar qiyməti 74.000 manat; ##.##.2022-ci il tarixinə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58 ünvanında yerləşən ** saylı mənzilin orta bazar qiyməti 112.300 manat, ##.##.2022-ci il tarixinə ünvan 7 ünvanında yerləşən ** saylı mənzilin orta bazar qiyməti 61.800 manat müəyyən edilmişdir.

24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (G.Ç.Abidova) 2025-ci il # ###### tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia ərizələri qismən təmin edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh3 arasında bağlanmış 2022-ci il ## #### tarixli AN-İ seriyalı ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakların alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı xeyrinə 54.250 manat və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xeyrinə 18.083 manat məbləğində pul tutulması, iddiaçı İddiaçı və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia ərizələri qalan hissədə təmin edilməməsi; cavabdeh cavabdeh2 iddiaçı İddiaçı xeyrinə ** manat məbləğində dövlət rüsumunun əvəzi və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 xeyrinə 100 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, dövlət rüsumunun qalan hissələri İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 aid edilməsi, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 iddia ərizəsi təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 138 manat məbləğində pulun 69 manat hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, qalan 69 manat hissəsi isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və mütəxəssis rəyi üçün tələb edilən 600 manat məbləğində pulun 400 manat hissəsi cavabdeh cavabdeh2, 100 manat hissəsi İddiaçı və 100 manat hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 alınaraq ödənilməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 ilə cavabdeh3 arasında hər iki mənzilə dair bağlanmış ## #### 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və hər iki mənzilin real bazar qiymətinə əsasən qiymətləndirilərək ½ pay əmlakın dəyərinin ona ödənilməsi tələbi üzrə qeyd edib ki, iddiaçı İddiaçı Quliyev Səlahəddinin vəsiyyətnamə üzrə vərəsəsi olduğundan, onun hazırkı tələblərlə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Belə ki, sözügedən vəsiyyətnamədəki imzaların Quliyev Səlahəddinə və notariusa aid olmadığını mübahisələndirən Quliyev Səlahəddinin uşaqları – hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 irəli sürdükləri iddia tələblərində vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb etdiklərindən, həmin tələblərin araşdırılması istiqamətində məhkəmə tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərardadla Quliyev Səlahəddinin imzası və əlyazması olan sənədlər müvafiq orqanlardan tələb edilmiş, habelə vəsiyyətnaməni təsdiq edən notariusun imza nümunələri məhkəmə tərəfindən alınaraq iş materiallarına əlavə edilmiş, bundan sonra ##.##.2023-cü il tarixdə qəbul edilmiş qərardadla məhkəmə tərəfindən xüsusi bilik tələb edən suallara cavab verilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, aparılmış ekspertiza tədqiqatı nəticəsində verilmiş ##.##.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, vəsiyyətnamənin mətni və vəsiyyətnamədəki imza mərhumun özü tərəfindən heç bir kənar təsir olmadan icra edilmiş, vəsiyyətnaməni təsdiq edən notariusun imzası da məhz həmin notariusun özü tərəfindən icra edilmişdir. Deməli, vəsiyyətnamə Quliyev Səlahəddinin özünün iradəsi əsasında tərtib edilmişdir.

26. Məhkəmə hesab etmişdir ki, vəsiyyətnamənin tərtibi və notarius tərəfindən rəsmiləşdirilməsi ilə bağlı müvafiq təlimatın tələblərinə notarius tərəfindən tam riayət edilməməsinə görə, məhkəmə tərəfindən vəsiyyətnamənin etibarsız sayılması mübahisəyə formal yanaşma sərgiləməklə, mülki dövriyyənin sabitliyinə xələl gətirəcəkdir. X12 bu vəsiyyətnaməni tərtib etmək üçün notariusa müraciət etməkdə niyyəti özünə məxsus əmlakları məhz bacısı İddiaçı vəsiyyət etmək olmuş, notariusdan da bu niyyətini qanuna müvafiq qaydada rəsmiləşdirməsini xahiş etmişdir.

27. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, notariusun öz vəzifə səlahiyyətlərini icra edərkən hər hansı nöqsana yol verməsi hazırda həyatda olmayan (yenidən həmin iradəsini həyata keçirməyə imkanı olmayan) vəsiyyət edən şəxsin vaxtilə dəqiq ifadə edilmiş iradəsinin etibarsız sayılmasına əsas verməməlidir. Vəsiyyətnamənin 2 şahidin yanında yazılması dəlili ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, Təlimatda və Mülki Məcəllədə bu proses məhz notariusun özü tərəfindən vəsiyyət edənin sözləri əsasında tərtib edilən vəsiyyətnamələr üçün keçərlidir, vəsiyyət edən vəsiyyətnaməni özü yazırsa, bu zaman şahidin iştirakının olması imperativ tələb deyildir. Hazırki işdən də görünmüşdür ki, vəsiyyətnamənin mətni məhz Quliyev Səlahəddinin özü tərəfindən yazılmışdır. Buna görə də bu dəlil məhkəmə tərəfindən həm də əsassız hesab olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə iddiaçı İddiaçı hazırkı iddia tələblərinə subyektiv hüququnun əsasını təşkil edən birtərəfli əqdin – mübahisələndirilən vəsiyyətnamənin etibarlı olması faktını müəyyən etmişdir.

28. Iddiaçı İddiaçı iddia tələbinin “cavabdehlər arasında bağlanılmış 2022-ci il ## #### tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab olunması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən hər iki mənzilin cavabdeh cavabdeh2 ilə mərhum Quliyev Səlahəddinin birgə nikahı dövründə əvəzli əqd (alqı-satqı müqaviləsi) əsasında məhz cavabdeh cavabdeh2 adına əldə edilməsi işdə olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilməklə hazırkı işin mübahisəsiz halını təşkil etmişdir.

29. Tərəflərin nikahı pozulduqdan sonra Quliyev Səlahəddin həmin mənzillərə pay hüququnun tanınması tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, sübutlar təqdim etmədiyinə görə, onun tələbi rədd edilmiş, lakin sübutlar əldə etdikdə yenidən məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Quliyev Səlahəddin həmin qətnamənin çıxarıldığı tarixdən 9 ay sonra ölmüş, bununla da, belə demək mümkünsə, onun həmin sübutları əldə etməyə və yenidən məhkəməyə müraciət etməyə niyyəti olmuşsa da belə, imkanı olmamışdır.

30. Məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 isə əmlak bölgüsü barədə müvafiq qətnamə çıxarıldıqdan cəmi 6 ay sonra, hələ Quliyev Səlahəddinin sağlığında, onun birgə mülkiyyətçi olduğunu bildiyi halda, yazılı razılığı olmadan həmin mənzilləri digər cavabdeh cavabdeh3 satmışdır. Deməli, birgə nikah dövründə əldə edildiyi mübahisəsiz olan mənzillər faktiki olaraq paylar müəyyənləşdirilmədən birgə mülkiyyət hüququ əsasında cavabdeh2 ilə Quliyev Səlahəddinə məxsus olsa da, cavabdeh cavabdeh2 sənəd üzərində yalnız özünün adının olmasından sui-istifadə edərək və Quliyev Səlahəddinlə olan nikahının pozulması barədə şəhadətnaməni təqdim etməklə, Quliyev Səlahəddinin razılığı olmadan həmin mənzilləri özgəninkiləşdirmişdir.

31. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən müqavilələrin bağlanmasında mənzillərin birgə mülkiyyətçisi olmuş səlahiyyətli şəxsin – Quliyev Səlahəddinin iştirakı təmin edilmədiyindən, habelə müqavilə bağlanarkən onun yazılı razılığı alınmadığından, yəni ona öz iradəsini ifadə etməyə şərait yaradılmadığından, buna görə də mənzilin birgə mülkiyyətçiləri cavabdeh2 və Quliyev Səlahəddin ilə onun alıcısı cavabdeh3 iradə ifadələrinin vahidliyinin mövcudluğu müəyyən edilmədiyindən, Mülki Məcəllənin 225.6-cı maddəsinin göstərişinə müvafiq olaraq (daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir), iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlər arasında ##.##.2022-ci il tarixli hər iki daşınmaz əmlakların alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir.

32. Həmçinin etibarsız əqd üzrə tərəflərin hər birinin əldə etdiklərini eynilə olduğu kimi digər tərəfə qaytarmalı, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməli olması barədə mülki qanunvericiliyin tələbinə baxmayaraq, hazırkı iş üzrə mənzillərin cavabdeh2 satdığı şəxs tərəfindən də başqa şəxslərə satılıb hazırda vicdanlı əldə edən üçüncü şəxslərin mülkiyyətində olduğu müəyyən edilmişdir. Belə ki, mənzillər dövlət reyestrində hazırkı işə aidiyyəti olmayan başqa şəxslərin mülkiyyəti kimi qeydə alınmışdır. Iddiaçı həmin şəxslərə qarşı müvafiq müqavilələrin etibarsız hesab edilməsi barədə tələb irəli sürməmişdir. Ona görə də məhkəmə iş üzrə restitusiyanın mümkün və zəruri olmadığı qənaətinə gəlmişdir. Məhkəmə, həmçinin bildirmişdir ki, mənzillərin hazırda başqa şəxslərin mülkiyyətində olması həmin mənzillərlə bağlı cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılmasına mane olmamışdır. Belə ki, bu hal etibarsızlıqla bağlı tələbin rədd edilməsi üçün əsas deyil və məhz hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə mübahisələndirilən müqavilələr etibarsız sayılmalıdır. Bu iddiaçıya imkan verir ki, mənzillərlə bağlı qanuni maraqlarının müdafiəsi üçün zəruri olan sonrakı hərəkətləri reallaşdıra bilsin: zərərin əvəzinin ödənilməsini tələb etsin, yaxud satışdan əldə edilən pulun bir hissəsinin ona verilməsini tələb etsin, yaxud da üçüncü şəxslə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etsin. Hazırki işdən də müəyyən edilmişdir ki, iddiaçı əmlakın dəyərinin özünə aid olan hissəsinin ona verilməsini tələb edir.

33. Məhkəmə iddiaçı İddiaçı iddia tələbinin “mübahisəli mənzillərin real bazar qiymətinə əsasən qiymətləndirilərək ½ pay əmlakın dəyərinin ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı Quliyev Səlahəddinin vəsiyyətnamə üzrə yeganə vərəsəsi olsa da, iş materialları əsasında müəyyən edilmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, Quliyev Səlahəddindən qalmış miras əmlakda məcburi payları olan vərəsələr kateqoriyasına aid edilən digər şəxslər də - onun üç övladı vardır. Buna görə məhkəmə hesab etmişdir ki, də iddiaçının tələbinin bu hissəsinə bütün vərəsələrin maraqları və mənafeləri nəzərə alınmaqla qanunun göstərişlərinə müvafiq olaraq hüquqi qiymət verilməlidir.

34. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mənzillərin cavabdeh2 satdığı şəxs tərəfindən də başqa şəxslərə satılıb hazırda vicdanlı əldə edən üçüncü şəxslərin mülkiyyətində olduğu müəyyən edildiyindən, onların satışından əldə edilmiş pul vəsaiti isə mənzillərin həmin tarixdə mövcud olmuş orta bazar qiymətlərinə müvafiq (onlardan da artıq) olduğundan məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı məhz cavabdeh cavabdeh2 həmin mənzillərin satışından əldə etdiyi pulun Quliyev Səlahəddinə məxsus olan ½ hissəsinə vəsiyyətnamədən irəli gələn hüququna müvafiq hissədə payı vardır. Bu payı müəyyənləşdirmək üçün isə Quliyev Səlahəddinin 3 uşağının olmasını (öldüyü vaxt nikahda olmamış və valideynləri sağ olmamışdır) nəzərə alan məhkəmə üçün Mülki Məcəllənin 1193cü maddəsinin tətbiqi zərurəti meydana gəlmişdir. Həmin maddənin tələbinə görə, vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edən məcburi payı vardır.

35. Məhkəmə hesab etmişdir ki, cavabdeh2 məhkəmə tərəfindən etibarsız hesab olunan əqd əsasında aldığı pul vəsaitinin Quliyev Səlahəddinə məxsus ½ hissəsinin uşaqlara çatası məcburi pay çıxıldıqdan sonra qalan ¼ hissəsi cavabdeh cavabdeh2 alınaraq vəsiyyətnamə üzrə vərəsə - iddiaçı İddiaçı verilməlidir.

36. Mənzillərin real orta bazar qiyməti ilə bağlı məhkəmə qeyd edib ki, mütəxəssis rəyi ilə alqı-satqı əməliyyatı həyata keçirilən zaman hər iki mənzilin orta bazar qiymətindən də artıq qiymətə satıldığı müəyyən edilmişdir. Buna görə də məhkəmə məhz cavabdeh2 mənzillərin satışından əldə etdiyi pul vəsaitinə münasibətdə bölgü aparmağı ədalətli və məqsədə müvafiq saymışdır. Bu, iddia tələbindən kənara çıxma hesab edilməməklə, əslində iddiaçının həqiqi niyyətinə də uyğundur.

37. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı Səfa Quliyevanın iddiası bu hissədə mirasda məcburi payları olan şəxslərin hüquqları nəzərə alınmaqla qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58 ünvanında yerləşən ** nömrəli mənzilin satışından əldə edilmiş 117.000 manat və ünvan 6 ünvanında yerləşən ** nömrəli mənzilin satışından əldə edilmiş 100.000 manat, cəmi 217.000 manatın ¼ hissəsi, yəni 54.250 manat məbləğində pul cavabdeh cavabdeh2 alınaraq iddiaçı İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Məhkəmə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia tələbinin “cavabdeh2 ilə Quliyev Səlahəddin arasında birgə nikah dövründə əldə edilmiş mübahisə predmeti olan mənzillərin ½ hissəsinə Quliyev Səlahəddinin mülkiyyət hüququnun tanınması və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin əmlaklara dair vərəsəlik payının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, mənzillərə dair cavabdeh2 ilə cavabdeh3 arasında bağlanmış müqavilələr etibarsız hesab edilsə də, mənzillər cavabdeh3 tərəfindən də başqa şəxslərə satılmış, hazırkı tələbdə isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 onlarla cavabdeh3 arasında bağlanmış müqavilənin etibarsızlığını mübahisələndirməmiş, deməli, hazırkı işdə mənzillərin yeni mülkiyyətçilərinin hüquqlarına toxunan heç bir hal olmamışdır. Buna görə də hazırkı iş üzrə restitusiyanın tətbiq edilərək mənzillərdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mərhum atasının, bundan sonra isə özünün vərəsəlik payının müəyyən edilməsi mümkün deyildir. Üçüncü şəxsin özü də bunu başa düşdüyündəndir ki, eyni zamanda, mənzilin real bazar dəyərinin özünə məxsus olan hissəsi ilə bağlı pul tələbini də irəli sürmüşdür.

39. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia tələbinin “vəsiyyətnamənin etibarsız hesab edilməsi” hissəsi və digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 yeganə iddia tələbi olan bu tələblə bağlı məhkəmə xüsusilə vurğulamışdır ki, üçüncü şəxslər ilk öncə, sözügedən vəsiyyətnamədəki imzaların Quliyev Səlahəddinə və notariusa aid olmadığını mübahisələndirdiklərindən, bu iddia tələblərinin araşdırılması istiqamətində məhkəmə tərəfindən təyin edilmiş və aparılmış ekspertiza tədqiqatı nəticəsində verilmiş ##.##.2024cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, vəsiyyətnamənin mətni və vəsiyyətnamədəki imza mərhumun özü tərəfindən heç bir kənar təsir olmadan icra edilmiş, vəsiyyətnaməni təsdiq edən notariusun imzası da məhz həmin notariusun özü tərəfindən icra edilmişdir. X22 iradə ifadəsinin nəticəsi olması müəyyən edildiyindən bu tələb də təmin edilməməlidir.

40. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia tələbinin “hər iki mənzilin real bazar qiymətinə əsasən qiymətləndirilərək həmin əmlaklardan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vərəsəlik qaydasında çatası 1/3 hissədə payın dəyərinin cavabdeh2 tərəfindən ona ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Quliyev Səlahəddinin vərəsələrinin dairəsi (Quliyev Səlahəddinin vəsiyyətnamə üzrə vərəsəsi olan İddiaçı və mirasda məcburi payları olan üç uşağı: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) nəzərə alınmaqla İddiaçı miras əmlakda (məhkəmə tərəfindən etibarsız hesab olunan əqd əsasında cavabdeh cavabdeh2 aldığı pul vəsaitində) vəsiyyətnamə əsasında Quliyev Səlahəddinə məxsus ½ hissəsinin yarısı, yəni ¼ hissədə (½ : 2) payı olduğu artıq məhkəmə tərəfindən müəyyən edildiyindən, qalan ¼ hissədə hər üç vərəsənin payı nəzərə alınmaqla, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 pul vəsaitinə olan məcburi vərəsəlik payı 1/12 (¼ : 3) təşkil edir.

41. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiası bu hissədə vəsiyyətnamə üzrə vərəsə və mirasda məcburi payları olan digər vərəsələrin hüquqları nəzərə alınmaqla qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58 ünvanında yerləşən ** nömrəli mənzilin satışından əldə edilmiş 117.000 manat və ünvan 6 ünvanında yerləşən ** nömrəli mənzilin satışından əldə edilmiş 100.000 manat, cəmi 217.000 manatın 1/12 hissəsi, yəni 18.083 manat məbləğində pul cavabdeh cavabdeh2 alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

42. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 213, 225.1, 225.6, 337.1, 337.5, 1133, 1134.2, 1151, 1166, 1167, 1168, 1179, 1180, 1193, 1195, 1196, 1225, 1230, 1274, 1291-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 32.1, 32.2, 33.1, 33.3, 33.4, 36.1, 36.3, 36.8, 37.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 107, 115.0.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun Qərarlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

43. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı iddia tələbinin təmin olunmaması və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiasının təmin edilmiş hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səlahəddin Quliyevin vəfatı zamanı mübahisəli əmlaklar onun və ya keçmiş arvadı cavabdeh2 mülkiyyətinə daxil olmamışdır. Vərəsələrin payları yalnız mərhumun ölüm zamanı mövcud olan əmlak hüquqları və vəzifələrinə, ümumi mülkiyyətdən ona çatan paya, əmlakın bölünməsi mümkün olmadıqda isə dəyərinə uyğun müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi isə subyektiv hüquqları olmayan iddiaçı və üçüncü şəxslərin hüquqlarını qanun və vəsiyyətnaməyə əsaslanaraq təmin etmişdir. Vəsiyyətnamə ##.##.2020-ci il tarixdə verlib, həmin dövrdə mərhum və cavabdeh2 arasında rəsmi nikah davam edirdi və birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı mübahisə mövcud deyildi. Nikah ##.##.2021-ci il tarixdə pozulmuş, mübahisəli əmlaklar üzrə yekun məhkəmə aktı ##.##.2021-ci il tarixdə qəbul edilmişdir. Səlahəddin Quliyev sağlığında bu qətnaməyə əsasən apellyasiya şikayəti verməmiş və əmlak üzrə çıxarışlar almışdır. Həmin qətnamədən də məlum olmuşdur ki, mərhum Səlahəddin Quliyevin hazırkı mübahisəli əmlaklar üzrə iddiası təmin edilməmişdir. Vəsiyyətnamədə əmlakların tərkibi aydın göstərilməmiş, sadəcə “harada yerləşməsindən asılı olmayaraq daşınar və daşınmaz əmlaklarım” ifadəsindən istifadə edilmişdir. Məhkəmənin alqı-satqı müqavilələrini etibarsız sayması düzgün olmamışdır, çünki həmin müqavilələr mərhum sağ olarkən bağlanmış, əmlaklar cavabdeh2 xüsusi mülkiyyətinə daxil olmuş və hər hansı məhkəmə mübahisəsi mövcud olmamışdır. Bundan əlavə, mübahisəli mənzillərin real mülkiyyətçiləri işə cəlb edilməmişdir.

45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər - M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.Imanov) cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

46. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı İddiaçı Səlahəddin Quliyevin vəsiyyətnamə üzrə vərəsəsi olaraq məhkəməyə müraciət etmək hüququna malikdir. Vəsiyyətnamədəki imza və mətnin mərhum və notarius tərəfindən icra olunduğu ekspert rəyi ilə təsdiqlənmiş, etibarsız sayılmasına əsas yoxdur.

47. Mübahisəli mənzillər birgə nikah dövründə cavabdeh cavabdeh2 adına alqı-satqı müqaviləsi ilə əldə edilmiş, lakin Səlahəddin Quliyevin razılığı olmadan digər şəxslərə satılması qanunsuz olmuşdur. MM-in 225.6-cı maddəsinə əsasən, birgə mülkiyyətçinin iştirakı və razılığı təmin edilməyən müqavilələr etibarsızdır. Bu səbəbdən rayon məhkəməsi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı nəticəyə düzgün gəlmişdir.

48. Etibarsız əqd üzrə tərəflər normal olaraq əldə etdiklərini qaytarmalıdır, lakin mənzillər artıq üçüncü şəxslərin mülkiyyətində olduğundan restitusiyanın tətbiqi mümkün deyildir. Bu, etibarsızlıqla bağlı tələb irəli sürməyə mane olmur və iddiaçı qanuni hüquqlarını qorumaq məqsədilə satışdan əldə olunan vəsaitin payını tələb edə bilər.

49. Vəsiyyətnamə üzrə iddiaçı İddiaçı Səlahəddin Quliyevin yeganə vərəsəsi olsa da, mərhumun üç övladı məcburi paya malikdir. Birgə nikah dövründə əldə edilmiş mənzillərin hər biri 1/2 hissə Səlahəddin Quliyevə, 1/2 hissə cavabdeh2 məxsus olub. Mirasın bölüşdürülməsi nəticəsində Səlahəddin Quliyevin 1/2 hissəsindən uşaqların məcburi payı çıxıldıqdan sonra qalan 1/4 hissə İddiaçı veriləcəkdir. Mənzillərin satışından əldə edilmiş vəsait orta bazar qiymətindən artıq olduğundan, pul vəsaitinin bölgüsü ədalətli və məqsədəuyğundur.

50. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-nin 213.1, 213.2, 213.3, 213.5, 225.1, 225.6, 337.1, 337.5, 1133, 1134.2, 1151, 1166, 1167, 1168, 1179, 1180, 1193, 1195, 1196, 1225, 1230, 1274, 1291-ci, AM-in 31, 32, 33, 36-cı, MPM-in 119.1, 385.2, 384-cü maddələrinə, Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

51. Cavabdeh cavabdeh2 (vəkil vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

52. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı və üçüncü şəxslərin subyektiv hüquqlarının olmasını onların qanun və vəsiyyətnamə üzrə vərəsə olmaları və vəsiyyətnamədəki imza və soyadın mərhum tərəfindən icra edilməsi ilə əlaqələndirməklə əsaslandırmışdır. Lakin məhkəmə ümumi mülkiyyət və payların müəyyən edilməsi ilə bağlı normativ tələbləri və əvvəllər qəbul edilmiş yekun məhkəmə qətnaməsini nəzərə almamış, nəticədə subyektiv hüququ olmayan iddiaçıların tələblərini təmin etmişdir.

53. Həmçinin mübahisəli mənzillərin real mülkiyyətçiləri işə cəlb edilməmiş, prosessual tələblər pozulmuşdur. Bundan əlavə, əvvəllər qəbul edilmiş Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli yekun qətnaməsi əsas götürülməmişdir. Iddia tələbləri mübahisəli əmlakların bazar qiyməti əsasında vərəsələrə çatacaq payın pul formasında ödənilməsi ilə bağlı olsa da, məhkəmə bunu nəzərə almamış, əmlakların satış qiymətini əsas götürərək qərar çıxarmışdır. Bununla da tərəflərin maraqları qanunsuz təmin olunmuş və prosessual normalar pozulmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Iddiaçı İddiaçı vəkili-nümayəndəsi vəkil1 kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, şikayətdə göstərilən dəlillər sübutlarla təsdiqlənməmişdir. Cavabdehin göstərdiyi hallar apellyasiya məhkəməsi tərəfindən tam və obyektiv araşdırılmış, düzgün hüquqi qiymət verilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

55. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

56. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

57. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

59. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

60. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

61. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

62. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

63. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

64. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

65. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

66. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

67. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar.

68. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

69. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

70. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

71. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

72. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

73. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

74. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

75. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

76. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

77. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

81. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

85. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

86. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

87. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya baxışının hədləri

88. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

89. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

90. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual və maddi hüququ normalarının tətbiqində səhvə yol verilmişdir.

91. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçı və üçüncü şəxslərin əvvəllər qəbul edilmiş yekun məhkəmə qətnaməsi baxımından subyektiv hüququ araşdırılmamışdır. Eyni məzmunda dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdü, lakin apellyasiya instansiyası məhkəməsi bu dəlilin üzərindən araşdırma aparmamış, birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq qeyd etmişdir ki, “Səlahəddin Quliyev ilə cavabdeh2 nikahı pozulduqdan sonra Səlahəddin Quliyev həmin mənzillərə pay hüququnun tanınması tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, sübutlar təqdim etmədiyinə görə, onun tələbi rədd edilmiş, lakin sübutlar əldə etdikdə yenidən məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Səlahəddin Quliyev həmin qətnamənin çıxarıldığı tarixdən 9 ay sonra ölmüş, bununla da, belə demək mümkünsə, onun həmin sübutları əldə etməyə və yenidən məhkəməyə müraciət etməyə niyyəti olmuşsa da belə, imkanı olmamışdır”.

92. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

93. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

95. Baxılan iş üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddia tələblərini mərhum Səlahəddin Quliyevin vərəsələri kimi irəli sürdüyünə görə, onların subyektiv hüququ da vərəsəlik qaydasında keçən hüquqlar baxımından təhlil edilməlidir.

96. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü anadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin məcmusu daxildir.

97. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 58, mənzil 14 ünvanında yerləşən yaşayış sahəsinin satılması barədə 2022-ci il ## #### tarixli və ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin satılması barədə 2022-ci il ## #### tarixli müqavilənin etibarsız sayılması tələbini, habelə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 öz tələbini onunla əsaslandırıb ki, bu əmlaklar miras qoyan X14 Quliyevanın birgə nikah müddətində əldə edilmişdir və birgə əmlak hesab edilir. Lakin cavabdeh2 həmin mənzilləri Səlahəddin Quliyevin razılığı olmadan satmışdır.

98. Məlumdur ki, Səlahəddin Quliyevin həmin mənzillərdə pay hüququ mövcud olubsa, bu hüquq mirasın tərkibinə daxil olur. Buna görə də sual yaranır ki: Səlahəddin Quliyevin ölüm anında həmin mənzillərə münasibətdə hüququ mövcud idimi?

99. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi Səlahəddin Quliyev sağlığında cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların ½ hissəsinə mülkiyyət hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsində, cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş digər əmlaklarla yanaşı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ** saylı evin ** nömrəli mənzilin və Bakı şəhəri, Ş.Mirzəyev küçəsində yerləşən ** saylı evin ** nömrəli mənzilin də birgə nikah müddətində əldə edilmiş əmlak kimi tanınmasını və ½ hissəsinə onun mülkiyyət hüququnun tanınaraq payının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə Səlahəddin Quliyevin qeyd olunan iki mənzildən payın tanınması tələbi rədd edilmişdir. Məhkəmə bu hissədə iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, Səlahəddin Quliyev həmin əmlakların birgə nikah dövründə əldə edilməsi, habelə həmin əmlakların ilkin iddia üzrə cavabdeh cavabdeh2 mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.

100. Göründüyü kimi Səlahəddin Quliyevin mübahisə predmeti olan iki mənzilin birgə nikah müddətində əldə edilmiş əmlak kimi pay hüququnun müəyyən edilməsi barədə iddia təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir.

101. Növbəti təhlil ondan ibarətdir ki, Nəsimi Rayon Məhkəməsinin 2021-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra X10 rayonu, Qara Qarayev prospektində yerləşən ** saylı evin ** saylı mənzilin və Bakı şəhəri, Ş.Mirzəyev küçəsində yerləşən ** saylı evin ** saylı mənzilin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınaraq payının müəyyən edilməsi barədə məhkəmədə təkrar iddia qaldırmaq hüququna malik olubmu?

102. Bu məsələ ilkin olaraq MPM-in 233.3-cü maddəsinin müddəaları işığında təhlil olunmalıdır. Həmin normaya əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

103. Göründüyü kimi qətnamə qanuni qüvvəyə mindikdən sonra eyni mübahisə yenidən qaldırıla bilməz, məhkəmə tərəfindən müəyyən edilmiş faktlar yenidən mübahisələndirilə bilməz, müəyyən edilmiş hüquq münasibətləri də yenidən mübahisə oluna bilməz. Bu, qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

104. MPM-in təsbit etdiyi bu qayda hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Bu prinsipə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi təmin edilməlidir və məhkəmə tərəfindən həll edilmiş mübahisə qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla yenidən araşdırılmamalıdır. Bu prinsip hüquq münasibətlərinin sabitliyinə və məhkəmə qərarlarına inamın qorunmasına xidmət edir.

105. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan mənzillərlə bağlı sonradan sübutların əldə edilməsi də yeni iddia hüququ yaratmır.

106. Çünki MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

107. Buna görə də, əgər Səlahəddin Quliyev sonradan (qətnamə qanuni qüvvəyə minənə qədər) həmin mənzillərə dair sənədləri əldə etmiş olsaydı, MPM-in 372-ci maddəsi baxımından normal prosessual yol - apellyasiya şikayəti vermək və yeni sübutun birinci instansiyaya təqdim edilməməsinin üzürlü səbəblərini göstərməkdən ibarət idi. Bu institutun mahiyyəti ondan ibarətdir ki, birinci instansiyada sübut edilməmiş tələb sonradan yeni iddia ilə deyil, həmin iş üzrə apellyasiya baxışı çərçivəsində həll edilə bilər.

108. Eyni məntiqi nəticə MPM-də təsbit edilmiş yeni açılmış hallar üzrə icraat institutunun müddəalarından da irəli gəlir. MPM-in 432.2.1-ci maddəsi baxımından məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə, əvvəlki qətnamənin ləğvi üçün xüsusi prosedur nəzərdə tutulur.

109. Bu prosessual institutların mövcudluğu da MPM-in hüquqi müəyyənlik prinsiplərinə xidmət edir, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi təmin edilir.

110. Qanuni qüvvəyə minmiş qətnamədən sonra eyni hüquqi vəziyyətə aid yeni sübutların əldə edilməsi ayrıca yeni iddia qaldırılması üçün əsas yaratmır. Belə sübutlar yalnız MPM-də nəzərdə tutulmuş prosessual mexanizmlər - apellyasiya icraatı çərçivəsində MPM-in 372-ci maddəsinin tələblərinə uyğun olaraq və ya qanunda nəzərdə tutulmuş yenidən baxma institutları vasitəsilə qiymətləndirilə bilər.

111. Bu baxımdan Səlahəddin Quliyev sağ qalmış olsaydı belə, mübahisəli iki mənzilin birgə nikah müddətində əldə edilmiş əmlak hesab edilməklə pay hüququnun müəyyən edilməsi barədə yeni iddia verə bilməz, əvvəlki qətnaməni nəzərə almadan həmin mənzillərin birgə əmlak olduğunu yenidən mübahisələndirə bilməzdi.

112. Həmçinin məlumdur ki, MM-in 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

113. Ümumi prinsipə görə heç kəs malik olduğundan artıq hüququ başqasına ötürə bilməz. Müvafiq olaraq vərəsə miras qoyanın malik olmadığı və ya həyata keçirə bilmədiyi hüquqlardan daha geniş həcmdə hüquq əldə etmir.

114. Qanuni qüvvəyə minmiş 2021-ci il ## ###### tarixli qətnamədən sonra Səlahəddin Quliyevin həmin mənzillərə münasibətdə eyni hüquqi əsasa söykənən ayrıca yeni iddia qaldırmaq hüququ mövcud olmamışdır. O, yalnız prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin qətnamənin yuxarı instansiya məhkəməsində yoxlanılmasına və ya qanunda nəzərdə tutulmuş digər yenidən baxma prosedurlarına müraciət edə bilərdi. Buna görə də Səlahəddin Quliyevin ölümündən sonra onun vərəsələri də miras qoyanın malik olmadığı daha geniş hüquqi imkan - hazırkı iddia tələbini irəli sürmək imkanını əldə etməyib, başqa sözlə mübahisəli mənzillərin birdə əmlak kimi qiymətləndirilib mirasa daxil edilməsini tələb etməyə subyektiv hüququ olmayıb.

115. Birinci instansiya məhkəməsinin Səlahəddin Quliyevin sonradan əlavə sübutlar əldə etmək imkanının olmasına və ölümünün buna mane olmasına dair mülahizələri də hüquqi əhəmiyyət daşımır. Çünki həlledici məsələ əlavə sübutların mövcudluğu deyil, həmin sübutların hansı prosessual qaydada təqdim edilə bilməsidir. Qanun belə sübutların yeni iddia çərçivəsində deyil, yalnız müvafiq prosessual yenidən baxma mexanizmləri çərçivəsində qiymətləndirilməsinə yol verir.

116. Lakin apellyasiya instansiyası məhkəməsi Nəsimi Rayon Məhkəməsinin 2021-ci il ## ###### tarixli qətnaməsi ilə qanuni qüvvəyə minmiş qətnamə ilə artıq qiymətləndirilmiş hüquqi məsələyə yenidən qiymət vermişdir. Halbuki həmin qətnamə ləğv edilməmiş, dəyişdirilməmiş və qanunla müəyyən edilmiş qaydada yenidən baxılmamışdır. Bu isə hüquqi müəyyənlik prinsipinə, məhkəmə qərarlarının sabitliyinə və mülki prosessual qanunvericiliyin məqsədlərinə uyğun deyildir.

117. MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

118. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

119. MPM-in 386, 418.1 və 418.2-ci maddələrinin tələblərinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

120. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

121. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi tam ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehlər İddiaçı, cavabdeh2, cavabdeh3 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Iddia ərizələrinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar