Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-671/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh7, cavabdeh5, Cavabdeh6 na, cavabdeh2, cavabdeh1, cavabdeh3 və cavabdeh4 (Binəqədi qəsəbə bələdiyyəsi və Biləcəri bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb edilməklə) qarşı “özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qanunsuz tikilinin sökülməsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh6, cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, **** saylı qərarı ilə Bakı şəhər X16 Icraiyyə Komitəsinin Bakı şəhər Binəqədi rayon Icra Hakimiyyəti memarının “Binəqədineft” Neft və Qazçıxarma Idarəsinin razılığına əsasən Bakı şəhər sakini iddiaçı2 Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə satılması qərara alınmışdır.
2. ## ####### 2004-cü il tarixli qəbzdən görünür ki, iddiaçı2 tərəfindən Biləcəri Bələdiyyəsinin hesabına 2400000 köhnə Azərbaycan manatı ödənilmişdir.
3. Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, **** saylı qərarı ilə Bakı şəhər X16 Icraiyyə Komitəsinin Bakı şəhər Binəqədi rayon Icra Hakimiyyəti memarının “Binəqədineft” Neft və Qazçıxarma Idarəsinin razılığına əsasən Bakı şəhər sakini iddiaçı1 Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə satılması qərara alınmışdır.
4. ## ####### 2004-cü il tarixli qəbzdən görünür ki, iddiaçı1 tərəfindən Biləcəri Bələdiyyəsinin hesabına 2400000 köhnə Azərbaycan manatı pul ödənilmişdir .
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ## ###### 2021-ci il tarixli məktubunda göstərilir: Binəqədi rayon Biləcəri bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, **** nömrəli qərarı əsasında etibarnamə üzrə nümayəndəsi olduğunuz vətəndaş iddiaçı1 alqı-satqı yolu ilə əldə etdiyi 600,0 kv.m torpaq sahəsinin Binəqədi rayon Biləcəri bələdiyyəsinin hüdudları daxilində olub-olmaması barədə ## ###### 2021-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, elektron kadastr məlumat bazasında aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sxemə əsasən sözügedən 600,0 kv.m torpaq sahəsinin Binəqədi rayon Biləcəri bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur.
6. X29 ## #### 2021-ci il tarixli məktubunda göstərilir: Biləcəri qəsəbə Bələdiyyəsi tərəfindən iddiaçı2 ## ###### 2014-cü il tarixli, №**** saylı qərarla fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi, iddiaçı1 isə ## ###### 2004-cü il tarixli, №**** saylı qərarla yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahələri digər şəxslər tərəfindən zəbt edilmiş və X29 qərarları həmin şəxslər tərəfindən təqdim edilmişdir. Məlumat verərək bildiririk ki, ## ###### 2005-ci il tarixli, ***/* saylı qərarla Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən cavabdeh7 fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin həmin sənədlərin eskiz-sxemi X29 arxivində aşkarlanmamışdır. Digər torpaq sahələri ilə bağlı bildiririk ki, X17 ## ####### 2004-cü il tarixli, №*** saylı və X12 isə ## ####### 2004-cü il tarixli, №*** saylı qərarla hər birinə Biləcəri qəsəbə Bələdiyyəsindən 600 kv.m torpaq sahəsi ayrılmışdır, buna baxmayaraq həmin torpaq sahələrini zəbt edən sakinlər Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən ## ###### 2003-cü il tarixli, ****/* saylı sərəncamı əsas kimi təqdim etmişlər. Məlumat verərək bildiririk ki, X4 adına X25 təqdim olunmuş sərəncama əsasən 1200 kv.m sahəsi ayrılmamışdır və həmin sərəncam X29 arxivində aşkarlanmamışdır. Diqqətinizə çatdırırıq ki, yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı olduğunuz mübahisəli sahəsi məhkəmə predmeti olduğundan Sizə aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunur.
7. Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ***/* saylı qərarı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində X29 istifadəsində olan 1200 kv.m torpaq sahəsinin fərdi yaşayış tikintisi üçün vətəndaş cavabdeh7 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.
8. ## ###### 2005-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən cavabdeh7 Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində X29 istifadəsində olan 1200 kv.m torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində cavabdeh7 tərəfindən Binəqədi rayonu Binəqədi Bankının BSB* saylı hesabına 41600000 manat haqq ödənilmişdir.
9. cavabdeh7 və X1 arasında bağlanan ## #### 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi ## ###### 2005-ci il tarixli, ***/* saylı qərarına əsasən satıcı cavabdeh7 ayrılmış Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evini inşa etmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsindən 800 kv.m torpaq sahəsinə və üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 72000 manata X1 barədə gələcəkdə alqısatqı müqaviləsi bağlanmasına dair razılığa gəlirlər. Müqavilənin 3-cü bəndinə əsasən X2 torpaq sahəsini gələcəkdə 72000 manata almağı öhdəsinə götürür. X2 satış məbləğinin 70000 manatını notariusun depozit hesabı vasitəsilə satıcıya ödədi. Qalan 2000 manatı isə 7 gün müddətində satıcıya ödəməyi öhdəsinə götürür.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 iddiaçı1 və iddiaçı2 ## ###### 2004-cü il tarixdə **** saylı və **** nömrəli qərarlar əsasında alqı-satqı yolu ilə satılmış torpaq sahəsindən cavabdeh cavabdeh7 və qeyriləri tərəfindən hər hansı tikinti işlərinin aparılması qadağan edilmişdir.
11. Binəqədi rayon Icra şöbəsinin icra məmuru X3 Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X5, iş üzrə tələbkarlar iddiaçı1 və iddiaçı2 etibarnamə üzrə nümayəndəsi X15 iştirakı ilə tərtib edilmiş ## #### 2021-ci il tarixli akta əsasən Binəqədi Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli icra vərəqəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 iddiaçı1 və iddiaçı2 ## ###### 2004-cü il tarixdə 1031 və **** nömrəli qərarları əsasında alqı-satqı yolu ilə satılmış torpaq sahəsindən cavabdeh cavabdeh7 və qeyriləri tərəfindən hər hansı tikinti işlərinin aparılmasının qadağan edilməsini və qərardadın dərhal icra edilməsini nəzərə alaraq, göstərilən ünvana baxış keçirilən zaman müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində bir hissə boş olmaqla, digər hissəsində təmirsiz iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi qeyri şəxslər tərəfindən tikilmişdir. Həmin şəxslər mübahisə predmeti olan torpaq sahəsini Elnur adlı şəxsdən aldıqlarını bildirdilər. Bununla bağlı iş üzrə cavabdeh cavabdeh7 istifadəsində olan 050-211-60-46 mobil nömrəsi ilə əlaqə saxlanılaraq, icra sənədində göstərilən tələblər nəzərinə çatdırılaraq, bu barədə xəbərdarlıq ona və qeyri şəxslərə elan edildi.
12. Bakı Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadı ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh X25 (üçüncü şəxslər X13 və qeyriləri) qarşı “qərarın etibarsız hesab edilməsi” və iddiaçı X13 cavabdeh X26 (üçüncü şəxslər iddiaçı2 və qeyriləri) qarşı “qərarların etibarsız hesab edilməsi” tələblərinə dair iddiaları mümkün sayılmamışdır.
13. Həmin qərardadla müəyyən edilmişdir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 etibarsızlığı tələb etdikləri X29 ## ###### 2005-ci il tarixli ***/* saylı qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, yəni məhz Binəqədi qəsəbə ərazisində 1200 kv.m torpaq sahəsi cavabdeh7 ayrılmışdır. ... Iddiaçıların yuxarıda adıçəkilən ## ###### 2005-ci il tarixli qərarın etibarsız hesab edilməsi iddiasının qaldırılmasına münasibətdə hər hansı hüquqi marağı mövcud deyildir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçılar bələdiyyə qərarları əsasında onlara ayrılmış, istifadələrində olmuş torpaq sahələrinin hazırda faktiki istifadələrinə maneə olması əsası ilə adıçəkilən bələdiyyə qərarının etibarsız hesab edilməsinə nail olmağa çalışır. Bu zaman isə iddiaçılar nəzərə almamışdır ki, bələdiyyə qərarları əsasında onlara ayrılmış torpaq sahələrindən sahibliyə, istifadəyə maneə olan halın aradan qaldırılmasına yönəlmiş hüquqi müdafiəyə yönəlmiş iddia o zaman mümkün hesab edilə bilər ki, digər şəxsin və ya şəxslərin faktiki istifadə etdiyi torpaq sahəsinə dair də hər hansı hüquqmüəyyənedici sənədi mövcud olmuş olsun. Başqa sözlə iddiaçılar bələdiyyə qərarları əsasında onlara ayrılmış torpaq sahələrindən istifadə etməsinə maneəyə səbəb olan digər bələdiyyə orqanının qərarını o zaman etibarsızlığını tələb edə bilər ki, ümumiyyətlə sonuncu qərarın məhz həmin torpaq sahəsinə aid olduğu müəyyən edilmiş olsun. Hazırkı iş üzrə isə işin faktiki halları ilə müəyyən edilir ki, naturada göstərilən torpaq sahəsi iddiaçılar iddiaçı2 və iddiaçı1 bələdiyyə qərarları əsasında ayrılmış və bələdiyyə orqanı və yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş plan-sxemləri tərtib edilmiş torpaq sahələri olsa da, həmin torpaq sahələrinin cavabdeh7 torpaq ayrılması barədə X29 qərarına hər hansı aidiyyəti olmamışdır. Belə ki, etibarsızlığı tələb edilən qərar əsasında Biləcəri yox, Binəqədi qəsəbəsi hüdudlarında torpaq sahəsi ayrılmışdır. Mübahisəli torpaq sahəsi isə Biləcəri ərazisində yerləşməklə, Binəqədi qəsəbəsinə aidiyyəti olmayan ərazidir. Bundan əlavə, cavabdeh7 torpaq sahəsinin ayrılmasına dair qərarı qəbul edən bələdiyyə orqanı məhkəməyə ünvanlanmış məktublarında bildirmişdir ki, ünvan 1əsmiləşdirilsə də qərarın təsdiqi olaraq vətəndaş cavabdeh7 bağlamalı olduğu alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, büdcəyə köçürməli olduğu vəsaiti köçürməmişdir ki, bu səbəbdən ayrılmış torpaq sahəsinin koordinatlarının eskiz-cizgisi cavabdeh7 təqdim edilməmişdir. Bələdiyyənin ***/* saylı ## ###### 2005-ci il tarixli sərəncamı başa çatdırılmadan yarımçıq saxlanılmışdır. Təqdim edilən maliyyə qəbzi, ümumiyyətlə başqa bir torpaq sahəsinin ayrılması ilə əlaqədar olmuşdur. Bələdiyyə ödənişləri həmin şəxs tərəfindən ödənilməmiş, buna dair qeydiyyatda belə şəxs olmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, etibarsızlığı tələb edilən qərar, Biləcəri yox, Binəqədi qəsəbəsində torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur ki, həmin torpaq ayırmanın iddiaçılara ayrılmış torpaq sahələrinə hər hansı aidiyyəti mövcud deyildir. Ümumiyyətlə, bələdiyyə orqanın məhkəməyə ünvanlanmış məktublarından da aydın olur ki, Binəqədi qəsəbəsində ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair qərar qəbul edilsə də, maliyyə vəsaiti ödənilmədiyindən, alqı-satqı müqaviləsi bağlanılmamış, naturada torpaq sahəsinin təqdim edilməsi həyata keçirilməmişdir. Göründüyü kimi iddiaçılar onlara ayrılmış torpaq sahələrinə aid olmayan, Binəqədi qəsəbəsində ayrılması belə tam başa çatdırılmamış torpaq sahəsinə dair torpaq ayırma barədə qərarın etibarsızlığını tələb edir ki, həmin qərarın etibarsızlığına münasibətdə inzibati icraat çərçivəsində müdafiəyə ehtiyacı olan hər hansı hüquqi marağı yoxdur.
14. Iddiaçı cavabdeh7 cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı iddiaçı1 və iddiaçı2 torpaq sahəsinin ayrılmasına dair Biləcəri bələdiyyəsinin ## ###### 2004-cü il tarixli **** saylı və **** saylı Qərarlarının etibarsız hesab edilməsinə münasibətdə iddianın mümkünsüz sayılması barədə gəlinən nəticə ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, cavabdeh7 ayrılması nəzərdə tutulan torpaq sahəsi Biləcəri ərazisində yox, Binəqədi qəsəbəsində olmuş, lakin ümumiyyətlə torpaq sahəsi naturada ayrılmamış, alqı-satqı müqaviləsi bağlanılmamış, maliyyə ödənişi ödənilməmişdir. cavabdeh7 tərəfindən maliyyə ödənişi və plan-sxem təqdim edilmişdir ki, torpaq ayırmanı həyata keçirən bələdiyyə orqanının mövqeyi də nəzərə alınmaqla, həmin sənədlərin mötəbərliyindən söhbət gedə bilməz. Belə ki, bələdiyyə orqanı qeyd edir ki, təqdim edilən maliyyə qəbzi başqa torpaq sahəsi ilə bağlıdır, ödəniş olmadığından plan-sxem təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh7 ayrılması nəzərdə tutulan torpaq sahəsi Binəqədi qəsəbəsində yerləşir ki, həmin torpaq sahəsinə dair plan-sxem torpaq ayırmanı həyata keçirməsi göstərilən bələdiyyə orqanı tərəfindən yuxarıda göstərilən səbəbdən tərtib edilmədiyindən yerləşdiyi yerin müəyyən edilməsi mümkün olmamışdır. Ümumiyyətlə, torpaq ayırma barədə göstərilən sənədlər mötəbər hesab edilsəydi belə, Binəqədi qəsəbəsində ayrılan torpaq sahəsinin sənədi ilə Biləcəri bələdiyyəsi hüdudlarında olan Binəqədi qəsəbəsi hüdudlarında hər hansı torpaq sahəsinin ayrılmasına dair subyektiv hüququn mövcudluğu istisna edilir. Bu zaman, iddiaçı məhz Binəqədi qəsəbəsi hüdudlarında hər hansı torpaq sahəsinin ayrılmasına dair mübahisə açmaq hüququna malik ola bilər ki, hər bir halda adıçəkilən qərar və digər sənədlərə istinadla Biləcəri ərazisində olan mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mübahisələndirilməsinə münasibətdə subyekt mövcudluğundan söhbət gedə bilməz. Bu səbəbdəndir ki, X29 Binəqədi qəsəbəsində torpaq ayrılması barədə qərara istinad edilməklə, həmin ərazi ilə əlaqəsi olmayan Biləcəri Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin etibarsızlığına nail olmaq üçün verilmiş iddianın mümkünlüyü subyektiv hüququn mövcud olmaması baxımından istisna edilir.
15. Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə iddiaçı “xxxx” Şirkətinin cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 qarşı (üçüncü şəxs iddiaçı2) “qərarın etibarsızlığının tanınması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.
16. “xxxx” MMC tərəfindən verilən ## ####### 2024-cü il tarixli rəyinə əsasən həmin MMC-nin qiymətləndiriciləri Binəqədi rayonu Biləcəri bələdiyyəsi ərazisində iddiaçı2 və iddiaçı1 məxsus torpaq sahəsində aparılmış tikinti quraşdırma işlərinin hesablanmasını həyata keçirmişdir. Hesablama ## ####### 2024-cü il tarixində, qiymətləndirmə obyektində aparılmış baxış və mülkiyyətçilərin verdiyi məlumatlar əsasında aparılmışdır. Malmaterialların qiymətləri uyğun ərazinin tikinti materialları, məmulat və konstruksiyalarının topdan satış müəssisələrinin, Internet və dövrü mətbuatın məlumatlarına əsasən hesablanmışdır. Tikinti xidmətləri qiymətləri həmən regionda tikinti xidmətləri bazarındakı qiymətlərə nəzərən aparılmışdır. Görülmüş işlərin qiymətləndirmə tarixinə mal-materialların və işçiliyin bazar qiymətləri ilə dəyəri nəzərə alınmaqla dəyəri 11175,36 təşkil edir.
17. X7, X8 və X9 iştirakı ilə tərtib edilən ## ##### 2025-ci il tarixli akta əsasən cavabdeh6 2020-ci ildən onlarla qonşuluqda yerləşən torpaq sahəsində iki mərtəbəli ev inşa edib və öz ailəsi ilə həmin evdə yaşayır.
18. cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən fərdi yaşayış evinə ## ###### 2023-cü il tarixində Zenner G2.5T mexanika, *********** saylı qaz sayğacı quraşdırılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
19. Iddiaçılar iddiaçı1 və iddiaçı2 iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin iddiaçılar iddiaçı2 iddiaçı1 ## ###### 2004-cü il tarixdə 1031 və **** nömrəli qərarlar əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə satılmış torpaq sahəsindən cavabdehlər cavabdeh7, Cavabdeh6 nun, cavabdeh5, cavabdeh6, cavabdeh1, cavabdeh3 Məhəmməd oğlunun, cavabdeh4 Məhəmməd oğlunun, onların ailə üzvlərinin, qohumlarının, eləcə də, digər şəxslərin torpaq sahəsindən çıxarılmaları, özbaşına tikilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması və hər cür maneənin aradan qaldırılması, maddi ziyana görə 11175,36 manat, mənəvi ziyana görə 15000 manat məbləğində pulun, əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçılara Biləcəri Bələdiyyəsinin qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün hər birinə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələri cavabdehlər tərəfindən zəbt edilmişdir. Iddiaçılar torpaqların zəbt edilməsi üçün cavabdehlərin istifadə etdikləri Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən cavabdeh7 adına verilmiş ## ###### 2005-ci il tarixli, ***/* saylı qərarın etibarsız hesab edilməsini Bakı Inzibati Məhkəməsindən xahiş etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Biləcəri Bələdiyyəsi ərazisində Biləcəri, DSK yolu, 10-cu döngə, 3-cü küçədə olan iddiaçılara Biləcəri Bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsi X29 ## ###### 2005-ci il tarixli, ***/* saylı qərarı əsasında cavabdeh7 tərəfindən öz şərikləri olan Azərbaycan Respublikası Prezidentin Təhlükəsizlik Xidmətinin (XDMX) sabiq əməkdaşı cavabdeh3 və onun qardaşı sabiq polis əməkdaşı cavabdeh4 ilə birlikdə zəbt edilmiş və 0,04 ha (4 sot) torpaq sahəsini qonşu Cümşüd Bayramova satmış, 0,08 ha (8 sot) torpaq sahəsini isə X1. Ilkin alqı-satqı müqavilələri notariat qaydasında bağlanmışdır. Sonradan, X1 vəfat etmiş, onun atası Cavabdeh6 hüquqi varis kimi tanınmışdır. Eləcə də, Cümşüd Bayramov 2022-ci ildə vəfat etmiş, hüquqi varis onun oğlu cavabdeh1 tanınmışdır. Yəni, marağı olan cavabdehlər 3-cü şəxs kimi prosesə cəlb edilmiş, məhkəmə prosesindən xəbərdar olmuşlar. Iddiaçılar öz torpaq sahələrinə gedərkən onlara qarşı torpağı zəbt edən şəxslər cavabdeh5, cavabdeh6, Cavabdeh6 , Bayramov Cümşüd, cavabdeh1, cavabdeh3, cavabdeh4 və digər şəxslər tərəfindən hücum edilmiş və hədə-qorxu gəlinmiş, faktiki olaraq həyatları ilə təhdid edilmiş və torpağa daxil olmalarına maneçilik törədilmişdir. Bundan başqa, iddiaçılar tərəfindən fərdi yaşayış evi tikmək üçün hər bir torpaq sahəsinə 5000 ədəd keyfiyyətli mişar daşı tökülmüşdür. Bu daşlar cavabdehlər Cavabdeh6 , cavabdeh5, cavabdeh6 tərəfindən talanmış və özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin tikintisində istifadə edilmişdir. Bu fakt əvvəlki məhkəmə iclasında araşdırma zamanı cavabdeh5 tərəfindən təsdiq edilmiş, eləcə də tərəflərindən məhkəməyə təqdim edilmiş foto şəkillər, Biləcəri Bələdiyyəsinin hakim sorğusuna cavab məktubu ilə (peyk çəkilişləri zamanı torpaq sahələrində mişar daşlarının olması) öz təsdiqini tapmışdır. Bu fakt Bakı Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadı ilə müəyyən olunmuşdur. Həmçinin, Bakı Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadında göstərilmişdir ki, “cavabdeh7 ayrılması nəzərdə tutulan torpaq sahəsi Biləcəri ərazisində yox, Binəqədi qəsəbəsində olmuş, lakin ümumiyyətlə torpaq sahəsi naturada ayrılmamış, alqısatqı müqaviləsi bağlanılmamış, maliyyə ödənişi ödənilməmişdir. cavabdeh7 tərəfindən maliyyə ödənişi və plan-sxem təqdim edilmişdir ki, torpaq ayırmanı həyata keçirən bələdiyyə orqanının mövqeyi də nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin sənədlərin mötəbərliyindən söhbət gedə bilməz. Belə ki, bələdiyyə orqanı qeyd edir ki, təqdim edilən maliyyə qəbzi başqa torpaq sahəsi ilə bağlıdır, ödəniş olmadığından plan-sxem təqdim edilməmişdir”. Bundan əlavə, iddiaçılar tərəfindən torpaq sahələrində çəkdiyi xərclər (tikinti materialları, daş, sement, qum, çəpərlənmə, usta və s) mütəxəssis tərəfindən araşdırılmış və hesablanmışdır. “xxxx” MMC-nin ## ####### 2024-cu il tarixli mütəxəssis rəyi və smeta hesabatı mülki işə əlavə edilmişdir. Rəyə və smeta hesabatına əsasən xərcin 11175,36 manat təşkil etməsi müəyyən olunmuşdur. Uzun müddət hədə qorxuya məruz qalmış, zorla mülkiyyətindən mərhum edilmiş, torpaq sahələrinin hər cür istifadəsinə qadağan qoyulması iddiaçıların mənəvi, psixoloji iztirablar çəkməsinə səbəb olmuşdur. Hesab edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçılara 15000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bundan başqa, iddiaçılar öz həyətyanı sahəsindən istifadə etməklə, ən azından torpağı zəbt edən cavabdehlər Cümşüd Bayramov və cavabdeh1 kimi sadəcə göyərti əkib sataraq və ya ev təsərrüfatı ilə məşğul olmaqla, yəni qaz, ördək, toyuq-cücə saxlamaqla gəlir əldə edə bilərdilər. Cavabdehlər cavabdeh2 və cavabdeh1 nümayəndəsi, vəkil vəkil1 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, torpaq sahəsi ilə bağlı mübahisələr həll edilərkən, torpaq sahələrinin hüquqi rejiminin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Bakı Inzibati Məhkəməsində məhkəmə icraatı zamanı keçirilmiş tikintiekspertizasının ## ###### 2022-ci il tarixli rəyinə əsasən mübahisə predmeti texniki 21. barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ## ####### 2004-cü il tarixli 1031 və **** nömrəli qərarları ilə iddiaçı2 və iddiaçı1 ayrılmış torpaq sahəsinin ölçüləri qərarlarda qeyd edilmiş, lakin sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. Rəyə əsasən naturada göstərilən ərazinin Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşərək dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft şirkətinin neft qaz əməliyyatlarının aparılması üçün ayrılmış “Kontrakt sahəsi”nin daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ## #### 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Rəydən və məktubdan göründüyü kimi qeyd edilən ərazi dövlət mülkiyyətindədir və neft qaz əməliyyatlarının aparılması üçün ayrılmışdır. Iddiaçıların bununla bağlı tələb irəli sürmələri üçün subyektiv hüquqları mövcud deyil. Bundan başqa, iddiaçılar onlara ayrılmış torpaq sahəsinin yerləşdiyi yeri dəqiq müəyyən etməlidirlər. Hazırkı vəziyyətdə isə bunu təsdiq edən heç bir sübut mövcud deyil. Iddiaçılar tərəfindən iş materiallarına əlavə edilmiş işdə maraqlı tərəf olan Bakı şəhəri Biləcəri bələdiyyəsinin ## ###### 2024-cü il və ## #### 2024-cü il tarixli məktubları iş üzrə sübut hesab edilə bilməz və onlardan sübut kimi istifadə edilməsi qanunaziddir.
22. Birinci instansiya məhkəməsi tərəfindən ## ##### 2025-ci il tarixdə keçirilmiş yerli müayinə ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi 12 sotun içərisində yerləşir. Həmin torpaq sahəsinin 4 sotu hasara alınmış vəziyyətdə cavabdeh cavabdeh1 istifadəsindədir. Cavabdeh cavabdeh1 öz istifadəsində olan torpaq sahəsində heç bir tikinti işi aparmamışdır. Lakin, digər 8 sotun 2 sotunda cavabdeh cavabdeh5 atası tərəfindən 2 mərtəbəli fərdi yaşayış evi tikilmiş və həmin fərdi yaşayış evində cavabdeh cavabdeh5 qardaşı cavabdeh6 yaşayır. Həmçinin, fərdi yaşayış evinin sağ hissəsində 1 mərtəbəli yardımçı tikili tikilmişdir. Mübahisəli torpaq sahəsinin sağ tərəfdən sərhədində yerləşən torpaq sahəsi də cavabdeh5 və onun ailəsinə məxsusdur, həmin torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi vardır və cavabdeh5 həmin evdə yaşadığını bildirir. Həmin torpaq sahələrinin arasında hasar yoxdur.
23. Yerində müayinə zamanı iddiaçıların nümayəndəsi, vəkil vəkil3 suallara cavab olaraq bildirmişdir ki, Təranə Mehdiyeva iddiaçılara məxsus torpaq sahəsinin arxa tərəfində yerləşən küçədə yaşayır və çıxarış almışdır. cavabdeh7 12 sot torpaq sahəsindən 4 sotunu Cümşüd Bayramova satmışdır. Həmin şəxs torpaq sahəsində heç bir tikinti işi aparmamış, yalnız hasar çəkmişdir. Cümşüd Bayramov sonradan rəhmətə getmiş və oğlu cavabdeh1 vərəsəsidir. Digər 8 sotu isə cavabdeh5 almışdır. Həmin şəxs torpaq sahəsinin 2 sotunda 2 mərtəbəli fərdi yaşayış evi tikmiş, digər tərəfində isə 1 mərtəbəli fərdi yaşayış evi tikmişdir.
24. Yerində müayinə zamanı cavabdeh cavabdeh5 bildirmişdir ki, mübahisəli torpaq sahəsini cavabdeh7 ilkin alqı-satqı müqaviləsinə əsasən almışdır. Onun torpağa dair bələdiyyə qərarı, çertyoju və digər sənədləri vardır. Özü mübahisəli torpaq sahəsində tikilmiş 1 mərtəbəli fərdi yaşayış evində, qardaşı Sadiq isə 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. X19 tərəfindən verilmişdir.
25. Yerində müayinə zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Biləcəri bələdiyyəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, mübahisəli torpaq sahəsi Biləcəri Bələdiyyəsinin inzibati ərazisində yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Icra hakimiyyəti tərəfindən, yəni o vaxt ki, Torpaq Islahatı Komissiyasının sədri tərəfindən yerlər müəyyənləşdirilmiş və ərazilərin çertyoju çəkilmişdir. Bununla da Biləcəri Bələdiyyəsinin ərazisi müəyyənləşdirilmişdir.
26. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim İ.Əliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh7, cavabdeh2, cavabdeh5, cavabdeh6 və cavabdeh1 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli 1031 və **** nömrəli qərarları əsasında iddiaçılar iddiaçı2 və iddiaçı1 ayrılmış torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və köməkçi tikilinin cavabdeh6 hesabına sökülərək ərazidən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
27. Birinci instansiya məhkəməsinin qənaətinə görə mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmaması, Bələdiyyəyə ayrılmış torpaq sahələrinin hüdudlarına dair məlumatın, həmçinin buna dair ayrıc aktının olmaması və nəticə etibarı ilə Bələdiyyələrin ayırdığı torpaq sahəsinə dair iddiaçıların subyektiv hüququnun olmaması barədə cavabdeh tərəfin etirazının dəlilləri əsassızdır. Belə ki, Bələdiyyə qərarları əsasında ayrılmış torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı minlərlə fakt vardır. Üstəlik hazırkı icraat zamanı analoji Bələdiyyə qərarı əsasında qonşuluqda yaşayan vətəndaşın daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydə alınması ilə bağlı sənədlər tədqiq edilmişdir. Hansı ki, həmin vətəndaşa torpaq sahəsi ayrılması barədə oxşar qərar iddiaçılarla bağlı qərardan 1 ay sonra verilmişdir.
28. Məhkəmə hesab etmişdir ki, inzibati akta etimad prinsipi baxımından Bələdiyyələrin ayırdığı torpaq sahəsinə dair sahibliyin müdafiəsi ilə bağlı iddiaçıların subyektiv hüququ mövcuddur.
29. Cavabdehlərin sahibliyinin qanunsuzluğu ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, birincisi onların istinad etdiyi Bələdiyyə qərarının Biləcəri qəsəbəsi ərazisi hüdudlarında yerləşən torpaq sahəsinə aidiyyəti ilə bağlı hər hansı sübutları yoxdur.
30. Belə ki, cavabdehlər həqiqiliyi şübhə doğuran (arxiv sənədlərində aşkar edilməmişdir) eskiz layihəsinə istinad edərək, Binəqədi qəsəbəsi ərazisi hüdudlarında ayrılmış torpaq sahəsinin məhz naturada Biləcəri qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsi ilə üstə-üstə düşdüyünü iddia edirlər. Halbuki Arxivdən sorğulanmış məlumatlardan qərara hər hansı sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Əksinə iddiaçıların torpaq sahəsinə dair plan-cizgiləri isə arxiv məlumatlarında mövcuddur və həmin plan-sxem Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur.
31. Ikincisi, torpağa faktiki sahiblik edən cavabdehlərin özləri məhz mübahisəli torpaq sahəsinin sərhəd qonşularıdır və onlar həmin torpaq sahəsinin Biləcəri qəsəbəsi ərazisi hüdudlarında yerləşdiyini bilirdilər, üstəlik onlara torpaq sahələri də məhz Biləcəri Bələdiyyəsi tərəfindən ayrılmışdır.
32. Üçüncüsü, cavabdehlər torpaq sahəsinə dair mübahisə olduğunu bilə-bilə vicdanlılıq göstərməyərək qanunsuz sahibliyi davam etdirmiş və torpaq sahəsində tikinti işləri aparmış, məhkəmənin təminat tədbirinə baxmayaraq, təmir işlərini tamamlamışlar. Halbuki, məhkəmə iclaslarında cavabdeh cavabdeh5 iddiaçıların nümayəndəsi və vəkilinin, onun atası, cavabdeh7 və hətta mərhum C.Bayramovla torpaq sahəsinin mübahisəli vəziyyəti barədə danışıqlara cəhd etdiyini, cavabdeh7 ona özünə arxayın bir şəkildə məhkəmədə uduzsa torpağın pulunu qaytaracağını dediyini bildirmişdir. Bununla belə, cavabdehlər mübahisəli məsələnin həllini gözləmədən, izahatlarına görə 2024-cü ilin iyun ayına kimi hissəhissə evin təmirini davam etdirmişlər.
33. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdehlər cavabdeh7, cavabdeh5, cavabdeh6, cavabdeh2, cavabdeh1 torpaq sahəsindən istifadə və sahibliyinin həyata keçirməsi ilə bağlı iddiaçılara törətdikləri maneə və torpaq sahəsindən istifadələri qanunsuzdur, bu səbəbdən də həmin şəxslər mübahisəli torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsində yerləşən fərdi yaşayış evi və yardımçı tikili cavabdeh cavabdeh6 hesabına sökülməklə ərazidən çıxarılmalıdır.
34. Digər cavabdehlərə münasibətdə və qeyri-müəyyən şəxslər dairəsinə (ailə üzvləri, qohumları, eləcə də digər şəxslər) yönəlmiş, eyni zamanda mücərrəd tələbləri (hər cür maneənin aradan qaldırılması) məhkəmə əsassız hesab etmişdir.
35. Belə ki, cavabdeh3 və cavabdeh4 torpaq sahəsinə aidiyyəti, törətdikləri maneə, torpaq sahəsində hər hansı fəaliyyəti tədqiq edilmiş sübutlarla müəyyən edilmir. Həmçinin qeyri-müəyyən şəxslər dairəsinə yönəlmiş tələbin də prosessual əsası yoxdur.
36. Məhkəmə eyni zamanda vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbləri də əsassız hesab etmişdir.
37. Iddiaçıların nümayəndəsi “xxxx” MMC tərəfindən verilən ## ####### 2024-cü il tarixli ekspert rəyinə istinad etməklə hasarın tikinti-quraşdırma işləri üçün 11175,36 manat vəsait xərcləndiyini iddia edir. Əvvəla, məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qəbul etməmiş və hesab etmişdir ki, 2004-cü ildə töküldüyü iddia edilən daşlara dair, görülən təmir işlərinə dair hər hansı sübut olmadan mütəxəssisin rəy tərtib etməsi əsassız olmuşdur. Bundan əlavə, əgər həqiqətən də hasarın tikintisi üçün torpaq sahəsində daş var idisə belə, onsuzda hazırda hasar mövcuddur və nəticədə faydalan şəxs iddiaçılardır.
38. Iddiaçılar ona mənəvi zərər vurulmasını cavabdehin qeyri-hüquqi hərəkətləri ilə əsaslandırsa da, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini təsdiq edən sübutları təqdim edə bilmir.
39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 164.1, 164.2, 165.1, 165.2, 166.3-cü maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 216-220, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
40. Cavabdehlər cavabdeh1, cavabdeh2 Islam oğlu və cavabdeh6 ayrı-ayılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Imanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və F.Talışınski) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
42. Apellyasiya kollegiyası cavabdehlərin torpaq sahəsinin dövlət mülkiyyətində olması dəlilinə münasibətdə qeyd etmişdir ki, torpaq sahəsinin dövlət mülkiyyətində olması sahibliyinin müdafiəsini həyata keçirməyə mane deyildir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Bundan əlavə, daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
43. Kollegiya xüsusi olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə iddiaçı iddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə (üçüncü şəxs: Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddianın təmin edilməsi, Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli **** nömrəli Qərarı əsasında ayrılmış Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə iddiaçı iddiaçı2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı tərəflər arasında mübahisənin mövcudluğunu göstərməklə yanaşı, Bakı Inzibati Məhkəməsi tərəfindən iddianın təmin edilməsi iddiaçıların subyektiv hüququnun mövcudluğuna dəlalət edir. O da nəzərə alınmışdır ki, hazırkı icraat zamanı analoji Bələdiyyə qərarı əsasında qonşuluqda yaşayan vətəndaşın daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydə alınması ilə bağlı sənədlər tədqiq edilmişdir. Hansı ki, həmin vətəndaşa torpaq sahəsi ayrılması barədə oxşar qərar iddiaçılarla bağlı qərardan 1 ay sonra verilmişdir.
44. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinə münasibətdə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmaması, Bələdiyyəyə ayrılmış torpaq sahələrinin hüdudlarına dair məlumatın, həmçinin buna dair ayrıc aktının olmaması və nəticə etibarı ilə Bələdiyyələrin ayırdığı torpaq sahəsinə dair iddiaçıların subyektiv hüququnun olmaması barədə cavabdehlərin şikayəti əsassızdır. Belə ki, onların istinad etdiyi Bələdiyyə qərarının Biləcəri qəsəbəsi ərazisi hüdudlarında yerləşən torpaq sahəsinə aidiyyəti ilə bağlı hər hansı sübutları yoxdur. Cavabdehlər həqiqiliyi şübhə doğuran (arxiv sənədlərində aşkar edilməmişdir) eskiz layihəsinə istinad edərək, Binəqədi qəsəbəsi ərazisi hüdudlarında ayrılmış torpaq sahəsinin məhz naturada Biləcəri qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsi ilə üstə-üstə düşdüyünü iddia edirlər. Halbuki, Arxivdən sorğulanmış məlumatlardan qərara hər hansı sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Əksinə iddiaçıların torpaq sahəsinə dair plan-cizgiləri isə arxiv məlumatlarında mövcuddur və həmin plan-sxem Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. Həmçinin, torpağa faktiki sahiblik edən cavabdehlərin özləri məhz mübahisəli torpaq sahəsinin sərhəd qonşularıdır və onlar həmin torpaq sahəsinin Biləcəri qəsəbəsi ərazisi hüdudlarında yerləşdiyini bilirdilər, üstəlik onlara torpaq sahələri də məhz Biləcəri Bələdiyyəsi tərəfindən ayrılmışdır. Cavabdehlər torpaq sahəsinə dair mübahisə olduğunu bilə-bilə vicdanlılıq göstərməyərək qanunsuz sahibliyi davam etdirmiş və torpaq sahəsində tikinti işləri aparmış, məhkəmənin təminat tədbirinə baxmayaraq, təmir işlərini tamamlamışlar. Halbuki, məhkəmə iclaslarında cavabdeh cavabdeh5 iddiaçıların nümayəndəsi və vəkilinin, onun atası, cavabdeh7 və hətta mərhum C.Bayramovla torpaq sahəsinin mübahisəli vəziyyəti barədə danışıqlara cəhd etdiyini, cavabdeh7 ona özünə arxayın bir şəkildə məhkəmədə uduzsa torpağın pulunu qaytaracağını dediyini bildirmişdir. Bununla belə, cavabdehlər mübahisəli məsələnin həllini gözləmədən, izahatlarına görə 2024-cü ilin iyun ayına kimi hissə-hissə evin təmirini davam etdirmişlər.
45. Apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehlər cavabdeh6, cavabdeh2, cavabdeh1 torpaq sahəsindən istifadə və sahibliyinin həyata keçirməsi ilə bağlı iddiaçılara törətdikləri maneə və torpaq sahəsindən istifadələri qanunsuzdur.
46. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 164.1, 164.2, 165.1, 165.2, 166.3, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 384.0.1, 385.2ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
47. Cavabdeh cavabdeh6 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçılar iddiaçı1 və iddiaçı2 iddia tələbinin “cavabdehlər cavabdeh7, Cavabdeh6 nun, cavabdeh5, cavabdeh6 və cavabdeh1 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli 1031 və **** nömrəli qərarları əsasında iddiaçılar iddiaçı2 və iddiaçı1 ayrılmış torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və köməkçi tikilinin cavabdeh cavabdeh6 hesabına sökülərək ərazidən çıxarılması” hissələrdə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 139-1.1, 152.1, 178.1-ci, Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68, 109-cu, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2-ci maddələrin tələbləri pozulmuşdur.
49. Belə ki, işə baxan apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisədə birinci vəzifəsi iddiaçıların istinad etdikləri Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli 1031 və **** saylı qərarlarının etibarlılıq şərtinin yoxlaması idi. Məhkəmə bir tərəfdən iddiaçıların mübahisələndirdikləri torpaq sahələrinin Dövlət mülkiyyətində olmasını qəbul etmiş, bu faktın mübahisə doğurmadığını qeyd etmiş, amma digər tərəfdən Mülki Məcəllənin 7-ci fəslində nəzərdə tutulmuş sahiblik hüququ ilə bağlı maddi hüquq normalarını mübahisəyə tətbiq edərək, iddiaçıların həmin torpaq sahəsinin sahibi kimi qiymətləndirməyə çalışmışdır. Digər tərəfdən, məhkəmə Mülki Məcəllənin 166.3-cü maddəsinə istinad etməklə hüquqi yanlışlığa yol vermişdir. Həmin maddənin məzmununda anlaşılır ki, torpaq sahəsinə sahiblik hüququnun olduğu iddia qaldıran şəxsin hüquqları o halda qəbul edilə bilər ki, həmin sahiblik qanuni olsun, yəni reyestrdə qeydə alınsın. Apellyasiya instansiyası məhkəməsi iddiaçılara Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli 1031 və **** saylı qərarları ilə ayrılmış torpaq sahəsinə dair sahiblik hüquqlarının mövcudluğunu mülki iş materiallarında olan birtərəfli sübutlara, yəni qərarı qəbul etmiş, Biləcəri Bələdiyyəsinin verdiyi sübutlara (məktublara) istinad etməklə qətnamədə əsaslandırmağa cəhd etmişdir. Belə ki, məhkəmə, qətnaməsində sözügedən Bələdiyyə qərarlarının qanunla müəyyən olunmuş qaydada Milli Arxiv Idarəsinə təhvil verildiyini göstərmiş; ayrılan torpaq sahələrinin mövqeyini elə həmin bələdiyyə tərəfindən verilmiş situasiya planında göstərildiyini qeyd etmiş; ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən 0,04 ha torpaq sahəsinin digər şəxs – X10 xüsusi mülkiyyətində olduğuna və bu sahənin də Biləcəri Bələdiyyəsi tərəfindən sonuncu şəxsə (T.Mehdiyevaya) ayrıldığına istinad etmişdir. Cavabdehlər də mübahisəli torpaq sahəsini X29 ## ###### 2005-ci il tarixli ***/* saylı qərarı ilə ayrılmış cavabdeh7 ## #### 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən əldə etmişlər. Qeyd edilən qərar da, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur, bu barədə məlumat Filial tərəfindən iki dəfə məhkəməyə təqdim olunmuşdur. Lakin, apellyasiya məhkəməsi bələdiyyə qərarının arxivdə mövcudluğu faktını yalnız iddiaçılara münasibətdə qeyd etmiş və sübut kimi yalnız o hissədə qəbul etmişdir. Digər tərəfdən, torpaq sahəsinin yerləşmə planı-cizgisi cavabdehlərin əldə etdikləri, cavabdeh7 0,12 ha torpaq sahəsi ayrılması barədə X29 ## ###### 2005-ci il tarixli ***/* saylı qərarı əlavə edilmişdir. Iddiaçılara ayrılmış torpaq sahəsinə dair verilmiş sxem, həmin ərazinin bələdiyyəyə məxsus olması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə tərəfindən ayrılması demək deyildir və bu barədə verilmiş sənəd də heç bir halda sübut kimi qəbul edilə bilməz. Iddiaçılara ayrılmış torpaq sahəsinin qonşuluğunda 0,04 ha torpaq sahəsinin X10 xüsusi mülkiyyətində olması və bu ərazinin də Biləcəri Bələdiyyəsi tərəfindən ayrılması barədə qətnamədə göstərilənlə bağlı kassasiya şikayətində bildirilmişdir ki, IN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri p.h.ş. * saylı Bakı Ərazi Idarəsinin ## ######## 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, təqdim edilən kadastr məlumatlarına əsasən mübahisəli sahənin qonşuluğunda və yaxın ətrafında qeydiyyata alınmış torpaq sahəsi aşkar edilməmişdir. Qeyd edilən sübut iş materiallarında mövcud olsa da, məhkəmə bu hala hər hansı münasibət bildirməmiş, digər şəxs Təranə Mehdiyevaya çıxarışla məxsus olan torpaq sahəsinin yerləşmə yeri-ərazisi barədə reyestr orqanına hər hansı sorğu göndərməmişdir. Bundan başqa, məhkəməyə təqdim edilən “Azəriqaz” IB və “xxxx” ASC tərəfindən təqdim edilən abonentin saldolarından müəyyən edilmişdir ki, mübahisələndirilən ərazidə cavabdehlərdən cavabdeh6 2020-ci ildən etibarən müvafiq sayğaclar quraşdırılmış, həmin ərazidə inşa etdiyi fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamış, təbii qazdan və elektrik enerjisindən istifadə etmişdir. Həmçinin, qonşuların aktı ilə müəyyən edilmişdir ki, cavabdeh cavabdeh6 2020-ci ildən həmin ünvanda inşa etdiyi evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdeh cavabdeh6 mübahisəli ərazidə 2020-ci ildə fərdi yaşayış evini tikmiş, həmin torpaq sahəsinə faktiki sahiblik və istifadə etmişdir.
50. Həmçinin, cavabdeh cavabdeh1 və Cavabdeh6 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
51. Məzmunları eyni olan həmin kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 164.1,164.2, 165.1, 165.2ci, Torpaq Məcəlləsinin 23,29-cu, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 81,77, 88, 217.1, 217.3-cü maddələrin tələbləri pozulmuşdur.
52. Belə ki, hazırkı işin mübahisəsiz halı odur ki, torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu hal qətnamədə qeyd edilsə də, torpaq sahəsinin qanuni sahib və istifadəçisi (saziş əsasında SOCAR və “Binəqədi Oil” şirkətləri) ilə bağlı heç nə göstərməmişdir. Məhkəmə hazırkı icraat zamanı analoji bələdiyyə qərarı əsasında qonşuluqda yaşayan vətəndaşın daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydə alınması ilə bağlı sənədlərin tədqiq edilməsini əsas gətirmiş, lakin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı ərazi Idarəsinin təqdim edilən kadastr məlumatlarına əsasən sahənin qonşuluğunda və yaxın ətrafında qeydə alınmış torpaq sahəsinin aşkar edilməməsi ilə bağlı ## ###### 2024-cü il tarixli məktubuna əhəmiyyət verməmişdir. Bundan başqa, həmin vətəndaşın çıxarışı necə əldə etməsi və torpaq sahəsinin harada yerləşməsi qeyrimüəyyəndir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ## ######## 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Bakı Inzibati Məhkəməsində məhkəmə icraatı zamanı keçirilmiş tikinti-texniki ekspertizasının ## ###### 2022-ci il tarixli rəyinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ## ####### 2004-cü il tarixli 1031 və **** nömrəli qərarları ilə iddiaçı2 və iddiaçı1 ayrılmış torpaq sahəsinin ölçüləri qərarlarda qeyd edilmiş, lakin sahələr koordinatlarla ayrılmadığı üçün yerləşməsini təyin etmək mümkün olmamışdır. Rəyə əsasən naturada göstərilən ərazinin Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsinin inzibati ərazisində yerləşərək dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft şirkətinin neft qaz əməliyyatlarının aparılması üçün ayrılmış “Kontrakt sahəsi”nin daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ## #### 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Rəydən və məktubdan göründüyü kimi qeyd edilən ərazi dövlət mülkiyyətindədir və neft qaz əməliyyatlarının aparılması üçün ayrılmışdır. Iddiaçıların bu iddia tələbini irəli sürmələri üçün subyektiv hüquqları mövcud deyil. Bələdiyyə qərarının verildiyi vaxtdan hüquqi qüvvəsi olmamış, hüquqmüəyyənedici sənəd olmamışdır. Iddiaçılara verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin, iş materiallarında bu cür sənəd yoxdur. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə sədrin deyil, bələdiyyənin səsvermə ilə iclasda qəbul etdiyi qərarının (iclas protokolu), habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir. Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Mərkəzinin ## ##### 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cu il tarixli **** saylı və ## ###### 2004-cü il tarixli **** nömrəli qərarlar Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. Məktuba əsasən müəyyən edilir ki, bələdiyyə qərarlarının qəbul edilməsi üçün bələdiyyə iclasları keçirilməsini təsdiq edən protokollar mövcud deyil və qeyd edilən sənədlər müvafiq qaydada Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Ədliyyə Nazirliyi) göndərilməmişdir. Məhkəmə iddiaçıların bələdiyyə qərarına hüquqi və qanuni əsaslar olmadan üstünlük tanıyaraq, qətnamədə qeyd etmişdir ki, cavabdehlərin bələdiyyə qərarının Biləcəri qəsəbəsi ərazisi hüdudlarında yerləşən torpaq sahəsinə aidiyyəti ilə bağlı hər hansı sübutları yoxdur, onlar həqiqiliyi şübhə doğuran (arxiv sənədlərində aşkar edilməmiş) eskiz layihəsinə istinad edilir, arxivdən sorğulanmış məlumatlardan qərara hər hansı sənəd əlavə edilmədiyi müəyyən edilir, əksinə iddiaçıların torpaq sahəsinə dair plan-cizgiləri isə arxiv məlumatlarında mövcuddur və həmin plan-sxem Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. Torpağın və inşa edilmiş yaşayış evinin faktiki sahibi cavabdeh6dir, onun isə ətrafda bundan başqa torpağı və evi mövcud deyil. Keçirilən məhkəmə iclasları zamanı cavabdehlər torpaq sahəsinin Biləcəri bələdiyyəsi hüdudlarında yerləşməsi ilə bağlı heç bir fikir bildirmədikləri halda, qətnamədə nə üçün belə fikir formalaşdırıldığı, bundan başqa hakim tərəfindən hansı sübutlara əsasən cavabdehlərə torpaq sahələrinin də məhz Biləcəri Bələdiyyəsi tərəfindən ayrılması qənaətinə gəlinməsi aydın deyil. Iddiaçılar tərəfindən iş materiallarına əlavə edilmiş işdə maraqlı tərəf olan Bakı şəhəri Biləcəri bələdiyyəsinin ## ###### 2024-cü il və # #### 2024-cü il tarixli məktubları iş üzrə sübut hesab edilə bilməz və onlardan sübut kimi istifadə edilməsi qanunaziddir. Bundan başqa, iş materiallarına tam şəkildə istinad edilməməsi, eyni dövlət orqanına, eyni məsələ ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğulara alınmış bir neçə cavablardan yalnız uyğun olanının seçilərək qərardadda əks etdirilməsi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş mərkəzinə verilmiş 3 sorğudan birinin seçilməsi) məhkəmə qərarının obyektivlik və qərəzsizlik baxımından əsaslı olmasını şübhə altına alır.
53. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
54. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
55. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
57. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin hazırkı kassasiya şikayətlərinin dəlillərinə oxşar apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürmüş və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir (bax bənd 42- 46). Məhkəmə
61. kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
62. Kassasiya şikayətlərinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, kassatorlar mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, iddiaçıların həmin torpağa münasibətdə subyektiv hüquqlarının olmamasını göstərsələr də, özlərinin də bu sahələrə hər hansı hüquqlarının olmasını sübut edə bilməmişlər.
63. Əksinə, qanuni qüvvəyə minmiş inzibati məhkəmənin qərarı ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli qərarları iddiaçılara ayrılmış mübahisəli torpaq sahəsi həmin bələdiyyənin hüdudları daxilində olduğu halda, cavabdeh7 torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsi tərəfindən qəbul edilmişdir.
64. Həmçinin, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehlər torpaq sahəsinə dair mübahisə olduğunu bilərək, həmin sahəyə qanunsuz sahibliyi davam etdirmiş, məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadına zidd torpaq sahəsində tikinti və təmir işləri aparmışdır. Bununla da, onlar hüquq və vəzifələrini vicdanla həyata keçirməli olmasına dair mülki qanunvericilikdən irəli gələn vəzifələrini pozmuşlar.
65. Işin həqiqi hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ######## 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehlər cavabdeh6, cavabdeh2 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.