Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-675/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Həsən qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: əqdin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Həsən qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. cavabdeh1 MMC Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m olan mənzilə dair cavabdeh2 ilə #.##.2003-cü il tarixli, *** nömrəli müqavilə bağlamışdır.
2. Həmin mənzilə dair cavabdeh1 MMC ilə İddiaçı ilə #.##.2004-cü il tarixli, *** nömrəli müqavilə bağlanmışdır; 4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.#.2021-cü il tarixli, e- 2(001)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzilin iddiaçı cavabdeh2 təhvil verilməsi vəzifəsinin cavabdeh cavabdeh1 MMC-yə həvalə edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.#.2021-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.#.2021-ci il tarixli, 2(001)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.#.2022-ci il tarixli, */N****/**** saylı qərardadı ilə ərizəçi İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** saylı iş üzrə ##.#.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadla İddiaçı izah olunmuşdur ki, qanunsuz hesab etdiyi cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış müqaviləni mübahisələndirə bilər.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.#.2022-ci il tarixli, 2(001)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu, 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə İddiaçı istifadə və sahiblik hüquqlarının tanınaraq həmin mənzilin cavabdeh1 MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, 2(103)- ***/**** nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.#.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.#.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.#.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, 2(001)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh2 X20 və cavabdeh1 MMC-yə qarşı iddiası təmin edilmiş, cavabdeh1 MMC-nin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilin X20 dair ##.#.2003-cü il tarixli ** saylı müqavilənin lazımi qaydada bağlanmadığından, mənzilin əvəzi ödənilmədiyindən xitam olunduğu nəzərə alınmaqla ##.#.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin cavabdeh2 sahiblik və istifadəsinə qaytarılması, onun mənzilə olan mülkiyyət hüquqlarının həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmiş, cavabdeh1 MMC-nin cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının #.#.2019-cu il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən, X20 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh2 X20 və cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin sahiblik və istifadəyə qaytarılması və s.” tələblərinə dair iddiası rədd edilmiş, cavabdeh1 MMC-nin cavabdeh2 qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış #.##.2003-cü il tarixli müqavilənin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə münasibətdə etibarsız hesab edilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının #.#.2019-cu il tarixli qətnaməsi qismən dəyişdirilmiş, cavabdeh1 MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq cavabdeh2 ödənilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq, cavabdeh cavabdeh2 cavabdeh1 MMC ilə bağladığı #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Iddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, #.##.2003-cü il tarixli müqavilə etibarsız müqavilə olmuşdur. Müqavilədə əks olunan imza cavabdeh cavabdeh2 məxsus deyil. Belə ki, Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışı “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağının qərarını və həmin qərarı imzalamış mülkiyyətçilərin imzalarını təqdim edərək bildirilmişdir ki, cavabdeh2 Atatürk prospekti, ev C, 3078A, mənzil ** nömrəli mənzili olduğu göstərilmişdir. Həmin sənədlərdən görünmüşdür ki, cavabdeh2 imza qrafasında olan imzası ilə # ###### 2003-cü il tarixli, *** saylı müqavilədə olan imzası bir-birinə uyğun gəlməmiş, tamamilə fərqli, bir-birilərinə zidd olmuşdur. Həmin imza cavabdeh2 məxsus olmamışdır. Buna görə də həmin müqavilə etibarsız müqavilə olmuşdur. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A4 korpusu 11-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzili *(***)-***/**** saylı iş nömrəli işi üzrə məhkəmə proseslərinin birində cavabdeh2 qardaşına sual ünvanlanmışdır ki, binanın tikintisi ilə əlaqədar mülkiyyətçilər tərəfindən bina təhvil verilmədiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə şikayət edilmişdir. Lakin həmin şikayətçilər və mülkiyyətçilər arasında onların adları olmamışdır. Bu suala cavab olaraq bildirmişdir ki, 15 ildir ki, Azərbaycan Respublikasında yaşamırlar. Ona görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində iş başlayan zaman burada olmamışlar. Həmin mənzilə qapının kim tərəfindən qoyulması mübahisəsi zamanı cavabdehin qardaşı bildirmişdir ki, qapını 2015-ci ildə onlar qoymuşdur. Yəni 2015-ci ildə Azərbaycan Respublikasında olduqlarını bildirmişlər. Əgər bunlar 2015-ci ildə Azərbaycan Respublikasında olmuşlarsa, 15 ildir olmamışlarsa, onların ölkəni tərk etməsi 2000-ci ilə təsadüf etmişdir. Bu da deməkdir ki, 2003-cü ildə bağlanmış müqavilə formal müqavilə olmuşdur. Tərəf ölkədə olmaya-olmaya necə müqavilə bağlaya bilərdi. Bu müqavilə bağlandığı gündən etibarsız olmuşdur. Belə ki, bu müqavilə cavabdeh2 qardaşı ilə cavabdeh1 MMC rəhbərliyi arasında olan ət satışı arasında yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilə olmuşdur. Həmçinin həmin şəxs məhkəmə tərəfindən mənzilə baxış keçirilərkən mənzilə qapını 2015-ci ildə qoyduqlarını bildirmişdir. 2015-ci ildə mənzilə qapını qoydurduqlarını bildirdikləri halda 15 il ölkədə olmaması 2000-ci ilə təsadüf etmişdir. Müqavilə isə 2003-cü il tarixdə bağlanmışdır. Buradan da görünmüşdür ki, müqavilə cavabdeh cavabdeh2 tərəfindən bağlanmamışdır. Belə ki, ya müqavilə sonrakı tarixdə bağlanmış, ya da ki müqavilə ümumiyyətlə cavabdeh2 tərəfindən imzalanmamışdır. Eyni zamanda, təqdim edilən mövcud sənədlərdə cavabdeh2 imzaları bir-birinə bənzəməmişdir. Göründüyü kimi #.##.2003-cü il tarixli *** saylı müqavilə imzalanan vaxt maraqlı şəxs cavabdeh2 Azərbaycan Respublikasında olmamışdır. cavabdeh2 2000-2015-ci il tarixlərində Azərbaycan Respublikasında olmadığı halda müqavilə cavabdeh2 tərəfindən imzalana bilməzdi.
13. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil2 iddia ərizəsinə etiraz edərək, iddiaçının cavabdehlər arasında bağlanmış müqaviləni mübahisələndirmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.#.2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh cavabdeh2 ilə cavabdeh cavabdeh1 MMC arasında ##.##.2003-cü il tarixli *** nömrəli müqavilə bağlandığı tarixdə cavabdeh cavabdeh2 ölkə hüdudlarından kənarda olduğundan müqavilədəki imzanın cavabdeh cavabdeh2 tərəfindən icra edilməsi mümkün deyildi, habelə mübahisəli müqavilə cavabdeh cavabdeh1 MMC-nin möhürü ilə rəsmiləşdirilməmiş, bundan başqa hazırkı müqavilə yalan əqddir, cavabdehlər arasında olan “ət satışı” ilə əlaqədar borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmışdır. Həmin müqavilənin etibarsız müqavilə olmasını göstərən digər hal isə cinayət işi materiallarında olan ##.##.2014-cü il tarixli Aktda cavabdehə məxsus müqavilənin aşkar edilməməsidir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının dəlillərinə görə, mübahisəli müqavilə bağlanarkən cavabdeh cavabdeh2 ölkə hüdudları xaricində olmuş, bu səbəbdən də həmin müqavilə 2003-cü il tarixində imzalana bilməzdi. Lakin işin faktiki halı ilə iddia tələbinin bu dəlili öz təsdiqi tapmamışdır.
17. Birinci instansiya məhkəməsi həmçinin də iddiaçının mübahisəli mənzilin cavabdeh cavabdeh2 adına özgəninkiləşdirilməsinin formal, yalnız görünüş üçün olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehlər arasında ət satışı ilə bağlı münasibətlərin olmasını iddia edir, həmin halla bağlı sübut qismində Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın ##.##.2019-cu il tarixli qərarına istinad etmişdir. Həmin qərardan görünür ki, cavabdeh1 MMC onunla cavabdeh2 arasında bağlanmış ##.##.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil əslində cavabdeh2 satılmamışdır, sonuncu bunun üçün hər hansı ödəniş etməmişdir, həmin müqavilə sadəcə olaraq “X1”na verəcəyi ətin təminatı olaraq bağlanılmışdır, yəni həmin müqavilə digər əqdi pərdələmək məqsədilə bağlanılmışdır. Apellyasiya məhkəməsi həmin dəlillərə münasibətdə hesab etmişdir ki, cavabdeh2 cavabdeh1 MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMCyə ödədiyi barədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.
18. Birinci instansiya məhkəməsi bildirmişdir ki, qeyd olunan məhkəmə qərarı hazırkı mülki mübahisə ilə bağlı preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən isə cavabdeh cəmiyyət “X1”na verəcəyi ətin təminatı kimi məhz həmin işdəki mübahisəli mənzili nəzərdə tutmuş, eyni zamanda göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ilə cavabdehlər arasında işgüzar fəaliyyətlə bağlı iddia dəlili öz təsdiqini tapmamışdır.
19. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, mübahisələndirilən müqavilə cavabdehlərin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə belə olan halda qeyd etmişdir ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında iddiaçı İddiaçı daha əvvəl bağlanmış və mənzil ilkin olaraq cavabdeh cavabdeh2 sahibliyinə verilmişdir. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir. Bununla belə iddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış müqavilənin tarixinin müqavilədə qeyd olunduğu vaxta aid olmadığına dair dəlilləri təsdiqini tapmamışdır.
20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin cavabdeh cavabdeh2 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Nə qədər ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və dövlətin adından çıxarılmış həmin qətnamə icra olunmalıdır, ona görə məhkəmənin mübahisəyə bu kontekstdən qiymət verməsindən başqa digər seçimi mövcud deyil.
21. Birinci instansiya məhkəməsi bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.#.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən göründüyü kimi, cavabdeh cəmiyyətin şikayətinin dəlilləri “MMC-nin ona hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı, mənzilin hazırda boş olubolmadığını aydınlaşdırmadığı” olmuşdur. Göründüyü kimi, cavabdeh mübahisəli əqdin bağlanmasında öz iradə ifadəsinin olduğunu dərk etmiş, belə iradə ifadəsi, yəni müqavilədə cəmiyyətə məxsus möhürün olmadığını mübahisələndirməmiş, nəticə etibarilə məhkəmə çəkişmələrinin mövcudluğu kontekstində demək mümkündür ki, cavabdeh cəmiyyət #.##.2003cü il tarixli müqaviləni bəyənmiş, həmin müqaviləyə dair qeyd olunan pretenziyası olmamışdır.
22. Məhkəmə hesab etmişdir ki, hazırda iddia tələbinin bu dəlili ilə razılaşmaq olmaz, digər tərəfdən isə iddiaçının həmin müqavilədəki imzanı, eləcə də möhürü mübahisələndirməyə subyektiv hüququ olmamışdır.
23. Məhkəmə qeyd olunanlarla yanaşı əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh cavabdeh2 ilə cavabdeh cəmiyyət arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Göründüyü kimi, məhkəmələr tərəfindən cavabdeh cavabdeh2 mübahisəli mənzilə istifadə və sahiblik hüquqları tanınmışdır.
24. Məhkəmə belə olan halda hesab etmişdir ki, cavabdehlər arasındakı öhdəlik münasibətlərinin mövcudluğu iddiaçının şəxsin hüquq və mənafelərinə toxuna bilməz, həmin müqavilənin mövcudluğu məhz müqavilə tərəfləri üçün öhdəliklər yaratmışdır.
25. Birinci instansiya məhkəməsi bu baxımdan bildirmişdir ki, iddiaçı cavabdehlər arasında bağlanmış #.##.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, yaşayış binalarında mənzillərin tikilib verilməsi və onun verilməsi şərtləri, həmin müqavilə münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini müəyyən etmişdir.
26. Məhkəmə bu baxımdan qeyd etmişdir ki, mülki qanunvericilik fərdi müəyyən əşyanın başqasının mülkiyyətinə verilməsi barədə iki müqavilə olduğu halda məhz bu əsasla onlardan birinin etibarsız olduğu barədə xüsusi qayda müəyyən etməmişdir. Əksinə bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırmışdır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq yaranmışdır.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 157.2, 158.4, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331, 334.1, 334.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 357, 452.1-ci maddələrinə, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.#.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun #.##.2020-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının #.#.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.#.2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair ##.#.2022-ci il qərarına, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının № **/**** qərardadının 20ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh1 MMC vətəndaşlardan alğısatqı yolu ilə vəsaitlər almağına, müvafiq banklardan kreditlər götürməyinə baxmayaraq mübahisəli binanın inşasını tamamlamadığı üçün vətəndaşların şikayətləri üzrə cinayət işi başlatmış və cinayət işi üzrə istintaq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istintaq orqanları tərəfindən audit təşkil edilmişdir. Audit zamanı cavabdeh1 MMC tərəfindən həmin MTK-dan mənzil alan şəxslərlə bağlanılmış müqavilə və maliyyə arayışları istintaq orqanlarına təqdim edilmişdir. Həmin audit rəyindən aydın olur ki, sözügedən mənzil, ##.##.2004-cü il tarixli, *** nömrəli müqavilə ilə iddiaçıya satılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində olan iş materiallarında ümumiyyətlə cavabdeh2 adı keçmımişdir. cavabdeh2 ilə cavabdeh cavabdeh1 MMC arasında #.##.2003-cü il tarixli *** nömrəli müqavilənin cavabdeh cavabdeh2 tərəfindən imzalanması tam şübhəlidir. Belə ki, alğı-satqı müqaviləsində əks olunan imza ilə binanın mülkiyyətçilərinin təsis etdikləri MMMC-nin təsis edilməsi üçün mülkiyyətçilərin imzaları sırasında cavabdeh2 atdığı imza bir-birindən tamamilə fərqlənmişdir (Ədliyyə Nazirliyi Qeyrikommersiya qurumlarının dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilmişdir). Cavabdehin nümayəndəsi etiraf etmişdir ki, MMMC-yə aid sənədlərdəki imza Ə.Müşkinaza məxsus olmamışdır. Həmin imzanı onun qardaşı atmışdır. cavabdeh2 vəkili və nümayəndəsi də müqavilədəki imza ilə etibarnamədəki imzaların fərqli olduğunu bildiyi üçün məhkəməyə etibarnamənin elektron formada olan versiyasını təqdim etmişdir. Göründüyü kimi cavabdehin müqavilədə olan imzası ilə həmin çıxarışda olan imzaların tamamilə fərqli olması, həmçinin müqavilədə olan imza ilə cavabdeh Əhmədi Müşkinaz Məhəmməd qızının şəxsiyyət vəsiqəsində olan imzalar arasında da fərqlilik müqavilədəki imzanın cavabdeh Ə.Müşkinaza aid olmasını şübhə altında qoymuşdur. Lakin nədənsə məhkəmə bunu görməzdən gəlmişdir. Hesab edir ki, cavabdeh2 ilə cavabdeh1 MMC arasında #.##.2003-cü il tarixli *** nömrəli müqavilə 2003-cü il tarixdə deyil, daha sonralar başqa bir əqdi pərdələmək üçün bağlanmışdır ki, həmin müqavilə Ə.Müşkinaz tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır. Tərəfindən xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir. Məhkəmə imzanın Ə.Müşkinaza aid olub-olmadığını yoxlamadan, müqavilənin MMC tərəfindən təsdiq edilmədiyini bildiyi halda hesab edir ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında iddiaçı İddiaçı daha əvvəl bağlanmış və mənzil ilkin olaraq cavabdeh cavabdeh2 sahibliyinə verilmişdir. Lakin məhkəmə cavabdeh cavabdeh1 MMC barəsində bu qanunsuz fəaliyyətlərinə görə cinayət işi açılmasını nəzərə almamışdır. Həmin müqavilədə Ə.Müşkinazın imzası şübhəli olmaqla yanaşı, cavabdeh1 MMC tərəfindən imzalanan imza da digər bu tipli müqavilələrdəki imzalardan fərqlənməklə yanaşı müqavilə cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilməmişdir. Ona görə ki, müqavilə 2003-cü ildə deyil, daha sonralar Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində cinayət işi başlayandan, möhür istintaq tərəfindən götürüldükdən sonra imzalanmışdır. Möhürü istintaqdan götürə bilmədikləri üçün müqavilə möhürlənə bilməmişdir. Halbuki, iddiaçı İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanılmış müqavilədə MMC-nin möhürü var. Eyni zamanda, məhkəməyə cavabdeh1 MMC ilə digər vətəndaşlar arasında bağlanılmış bir neçə müqavilə təqdim etmiş və həmin müqavilələrdə də MMC-nin möhürü olsa da, nədənsə cavabdeh2 ilə cavabdeh1 MMC arasında bağlanılmış müqavilədə MMC-nin möhürü olmamışdır. Göründüyü kimi, cavabdehlər arasında olan bu müqavilə Mülki Məcəllənin müqavilə üçün nəzərdə tutulmuş formasına uyğun tərtib olunmamışdır. Ümumiyyətlə MMC ilə Ə.Müşkinaz arasındakı məhkəmə aktından da göründüyü kimi tərəfin nümayəndəsi sadəcə “MMC-nin ona hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı, mənzilin hazırda boş olub-olmadığını aydınlaşdırmadığı”nı deməklə kifayətlənmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında müqavilə formal olaraq bağlanmışdır. Iddiaçı və cavabdeh arasında müqavilə olduğu üçün iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh isə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh cavabdeh2 məhkəmədə onu təmsil etməklə bağlı verdiyi etibarnamənin müddəti #.#.2023-cü il tarixində bitsə də, cavabdehin vəkili son iki məhkəmə iclasında (##.#.2023 və ##.#.2023-cü il tarixli iclaslar) iştirak etmiş və həmçinin cavabdehin adından çıxış etmişdir. Halbuki, verilən etibarnamənin müddəti bitdiyi üçün səlahiyyətli nümayəndə olaraq vəkil tərəfin adından çıxış edə bilməz. Məhkəmə isə buna diqqət yetirməmiş və cavabdeh cavabdeh2 vəkilindən yeni etibarnamə təqdim edilməsini istəməmişdir. Mübahisəli mənzilin cavabdeh cavabdeh2 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olsa da, bu qətnamənin hazırkı işlə əlaqəsi olmamışdır. Belə ki, həmin iş üzr iddia tələbi “mənzilin təhvil verilməsi” olsa da, hazırkı iş üzrə isə iddia predmeti “müqavilənin etibarsızlığı” olmuşdur. Yəni ki, əvvəlki məhkəmə işində hazırkı tələbə heç bir münasibət bildirilməmişdir. Hazırkı iş üzrə iddianın predmeti əvvəlki məhkəmə işlərində məhkəmə tərəfindən müəyyən edilməmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli mülki iş üzrə # ##### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli - sədrlik edən və məruzəçi, A.Ə.Isgəndərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən əldə edilmiş məlumatlara əsasən cavabdeh2 qeyd olunan müqavilə imzalanarkən ölkədə olmuşdur. Bundan əlavə, iddiaçı özü apellyasiya şikayətində göstərmişdir ki, cavabdehin nümayəndəsinin etirafına əsasən MMMC-yə aid sənədlərdəki imza Ə.Müşkinaza məxsus olmamış, həmin imzanı onun qardaşı atmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər arasında imzalanmış #.##.2003- cü il tarixli *** saylı müqavilədə əks olunan imzanın cavabdeh cavabdeh2 məxsus olub-olmaması müqavilənin digər tərəfi – cavabdeh cavabdeh1 MMC tərəfindən heç zaman mübahisələndirilməmişdir.
32. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilənin cavabdeh2 qardaşı ilə cavabdeh1 MMC rəhbərliyi arasında olan ət satışından yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilə olması da iş materialları ilə öz təsdiqini tapmamışdır.
33. Belə ki, işdə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış #.##.2003-cü il tarixli müqavilənin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə münasibətdə etibarsız hesab edilsə də, cavabdeh1 MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq cavabdeh2 ödənilməsi qərara alınmışdır. Belə ki, cavabdeh2 cavabdeh1 MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMC-yə ödədiyi barədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlər arasında bağlanmış müqavilənin cavabdeh cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericilikdə müqavilənin hüquqi şəxs tərəfindən mütləq qaydada möhürlə təsdiq edilməsinə dair imperativ tələblər yoxdur. Cavabdeh cavabdeh1 MMC tərəfindən də ona məxsus möhürün müqavilədə olmaması əsası ilə müqavilənin etibarsızlığı iddia edilməmişdir.
35. Bundan başqa, Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.
36. Cavabdehlər arasında bağlanmış #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin 6.3cü bəndində qeyd edilmişdir ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir. Eyni məzmunlu bənd iddiaçı ilə cavabdeh cavabdeh1 MMC arasında bağlanmış #.##.2004-cü il tarixli, *** nömrəli müqavilədə də əks olunmuşdur.
37. Göründüyü kimi, müqavilənin möhürlə təsdiqlənməsinə dair tələblər və bu tələblərə riayət edilməməsinin nəticələri müqavilədə öz əksini tapmamışdır.
38. Həmçinin qeyd edilmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilədə MMC-nin möhürü olmasa da, həmin müqavilə üzrə MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzində möhür əks olunmuşdur. Iddiaçı tərəfindən təqdim edilmiş ona aid kassa mədaxil orderi də eyni formada tərtib edilmiş və MMC-nin möhürü ilə təsdiq edilmişdir.
39. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən verilmiş #.##.2023-cü il tarixli məktuba əsasən, İddiaçı ilə cavabdeh1 MMC arasında bağlanmış #.##.2004-cü il tarixli *** nömrəli müqavilə əsasında MMC-nin inşa etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078A, bina A 4, 11-ci mərtəbə, 3 otaqdan ibarət 138.97 kv.metr olan mənzilin qanunsuz olaraq təkrarən cavabdeh2 satılması ilə bağlı müraciəti ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Həmin cinayət işi üzrə istintaq davam etdirilir.
40. Göründüyü kimi, hazırda mübahisəli mənzilə dair cavabdehlər arasında müqavilənin bağlanmasında hər hansı cinayət əməlinə yol verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmamışdır.
41. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.#.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən, məhkəmə kollegiyası tərəfindən ##.#.2023-cü il tarixdə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş, mənzilin qapısını cavabdeh2 qardaşı açmış, mənzilin açarının onlarda olduğunu bildirmişdir. Yerli baxış zamanı məlum olmuşdur ki, mənzildə təmir işləri yekunlaşmamış, üçüncü şəxs tərəfindən plastik qapılar qoyulmuşdur.
42. cavabdeh2 çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmış “xxxx” MMMC-nin iştirakçısı olması, 2019-cu ildə “xxxx” ASC tərəfindən mübahisəli mənzilə dair onun adına abunə kodunun verilməsi də ona dəlalət edir ki, cavabdeh2 mənzilə sahiblənmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi belə olan halda mülki qanunvericiliyin müddəalarına əsaslanaraq birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşmışdır ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında iddiaçıdan daha əvvəl bağlanmış və mənzil ilkin olaraq cavabdeh cavabdeh2 sahibliyinə verilmişdir. Bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.
44. Məhkəmə kollegiyası cavabdehin vəkilinin son iki iclasda etibarnamənin müddəti qurtarmasına baxmayaraq nümayəndə qismində çıxış etməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
46. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 331.2, 337.1, 340.1, 340.2, 390.1, 452.1, 452.2, 752.1, 752.2-ci, “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun #.#.2015-ci il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 217.3, 384.0.1, 385.2, 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
47. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər Zaur Əliyev - sədrlik edən və məruzəçi, Zəki Babayev və Əhməd Əhmədov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
49. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Baxılan işdə mübahisə predmeti Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m., yaşayış sahəsi 78,32 kv.m. olan mənzilə dair cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış #.##.2003-cü il tarixli, *** nömrəli müqavilədir.
50. Iddiaçı həmin mənzillə bağlı müqavilənin #.##.2004-cü il tarixdə onunla bağlandığını bildirərək, cavabdeh2 adına rəsmiləşdirilmiş #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin arxa tarixə saxtalaşdırıldığını iddia edir.
51. Cavabdehlər isə iddiaya etiraz edərək mübahisə predmeti olan müqavilənin qanunvericiliyə uyğun şəkildə bağlandığını bildirirlər.
52. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini yuxarıda göstərilən qaydada əsaslandırmış, həm də onu qeyd etmişdir ki, “... mübahisəli mənzilin cavabdeh cavabdeh2 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. ...iddiaçı cavabdeh cavabdeh2 ilə cavabdeh cəmiyyət arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir”.
53. Iddiaçının apelyasiya şikayətini rədd edən apelyasiya kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd etmişdir ki, “mülki qanunvericilikdə müqavilənin hüquqi şəxs tərəfindən mütləq qaydada möhürlə təsdiq edilməsinə dair imperativ tələblər yoxdur. Cavabdeh cavabdeh1 MMC tərəfindən də ona məxsus möhürün müqavilədə olmaması əsası ilə müqavilənin etibarsızlığı iddia edilməmişdir”.
54. Iddiaçının kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi subyektiv hüququn olmadığını əsas götürərək qətnamə qəbul etmiş, apellyasiya məhkəməsi isə apellyasiya şikayətinin bu əsasına münasibət bildirməmişdir.
55. Birinci instansiya məhkəməsinin iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun yoxluğu barədə mövqeyi ona əsaslanmışdır ki, iddiaçı, cavabdehlər arasında bağlanmış müqavilənin tərəfi olmamışdır. Məhkəmə həm də onu vurğulamışdır ki, mübahisəli mənzilin cavabdeh cavabdeh2 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur.
56. Işdən göründüyü kimi, İddiaçı mübahisəli mənzilə münasibətdə müqavilənin cavabdeh cəmiyyət tərəfindən əslində #.##.2004-cü il tarixdə onunla bağlandığını, cavabdeh2 adına olan #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin əvvəlki tarixə saxtalaşdırıldığını bildirir. Belə olan halda, tərəfi olmasa belə, iddiaçının mənafeyinə toxunduğunu bildirdiyi #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin etibarsızlığının təsbit edilməsi haqqında iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasına apelyasiya məhkəməsi tərəfindən münasibət bildirilməsi iş üçün əhəmiyyətli olmuşdur.
57. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.#.2022-ci il tarixli, */N****/**** saylı qərardadı ilə ərizəçi İddiaçı izah olunmuşdur ki, qanunsuz hesab etdiyi cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış müqaviləni mübahisələndirə bilər.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda vurğulanmışdır ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər.
59. Belə olan halda, iddiaçının qeyd edilən dəlilinə əsaslandırılmış şəkildə qiymət verilməməsi prosessual hüquq normalarına uyğun olmamışdır.
60. Iddiaçının əsas dəlillərindən biri də ondan ibarət olmuşdur ki, “mübahisə olunan müqavilə cavabdeh2 tərəfindən imzalanmamışdır, bu xüsusatın ekspertiza ilə yoxlanılmasına dair onun vəsatəti təmin edilməmişdir. Bundan əlavə, həmin müqavilədə cavabdeh1 MMC-nin adından qoyulan imza da bu tipli müqavilələrdəki imzalardan fərqlənmiş, habelə müqavilə cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilməmişdir. Ona görə ki, müqavilə 2003-cü ildə deyil, sonralar Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində cinayət işi başlandıqdan, möhür istintaq tərəfindən götürüldükdən sonra imzalanmışdır. Möhürü istintaqdan götürə bilmədikləri üçün müqavilə möhürlənə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh1 MMC-nin üçüncü şəxslərə zərər vuraraq cavabdeh2 ilə bağlanan müqavilənin tərəfi kimi onu bəyənməsi hüquqi əsas yarada bilməzdi”.
61. Göründüyü kimi, mübahisə olunan müqavilənin iddiaçı ilə əqd bağlandıqdan sonra arxa tarixə saxtalaşdırılmasına dair bildirilənlər uydurma əqd bağlanılması və ya digər formada etibarsız əqdin rəsmiləşdirilməsi barədə iddiadır.
62. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə dəlillərlə etibarsızlığı mübahisə olunan əqdin tərəflərinin onu imzalaması və ya bəyənməsi faktları bu xarakterli iddianın rədd edilməsi üçün yetərli deyil. Belə ki, əvvəla, mənzilin üçüncü bir şəxsə verilməməsində maraqlı olan tikinti şirkətinin başqa bir şəxsin adına sonradan müqavilə tərtibləməsi imkanı istisna olunmur. Bu səbəbdən arxa tarixə tərtib olunduğu iddia edilən həmin əqdi tərəflərinin imzalaması və bəyənməsi özüözlüyündə
63. həmin əqdin etibarlı sayılmasına və iddianın rədd edilməsinə əsas vermir. Odur ki, mübahisə halında əsaslı şübhələrin olduğu imza(lar)ın həqiqiliyinin yoxlanılması üçün müvafiq ekspertizanın keçirilməsi və ixtisaslı şəxslərin rəyinin alınması müzakirə edilə bilər. Tərəfin bu barədə vəsatəti təmin edilmədikdə isə səbəbləri qanunvericiliyə uyğun qaydada əsaslandırılmalıdır.
64. Bundan başqa, hazırkı işin halları baxımından mübahisə olunan müqavilədə möhürün olmaması ilə bağlı dəlil, təkcə əqdin müvafiq formada tərtiblənməməsi baxımından deyil, iddiaçının verdiyi məlumatlar diqqətə alındıqda həm də sənədin arxa tarixə tərtiblənməsi iddiasının yoxlanılması baxımından vacib idi. Bu halın işdəki məlumatlarla və sübutlarla müqayisəli şəkildə qiymətləndirilməsi, habelə iddiaçının irəli sürdüyü digər dəlillərin (o cümlədən, cavabdeh2 ilə bağlanmış *** nömrəli müqavilənin əslində 11-ci mərtəbədə deyil, 15-ci mərtəbədəki mənzilə aid olması, sonuncu mənzilin əldə edilməsi mümkün olmadıqdan (2019-cu ildən) sonra *** nömrəli müqavilənin 11-ci mərtəbədəki mənzilə dəyişdirilməsi, cavabdeh2 tərəfindən digər iki mənzillə birlikdə *** saylı mənzil üçün iddianın 2018-ci ildə hansı səbəbdən qaldırılmaması, bu barədə tələbin 2021-ci ildə irəli sürülməsi və s.) və istinad etdiyi sübutların çəkişmə prinsipinə uyğun olaraq məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılması, onlara əsaslandırılmış şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
65. Buna baxmayaraq yuxarıda qeyd edilən hallar apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış, həmin xüsusatlar üzrə zəruri olan araşdırmalar aparılmamış və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən dəlillərə lazımi qiymət verilməmiş, nəticə etibarilə qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun qaydada əsaslandırmamışdır.
66. Iddiaçı onu da bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin e-**(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə mübahisələndirilən mənzilin üzərinə həbs qoyulmasına, hazırda mübahisə davam etməsinə baxmayaraq cavabdeh1 MMC-nin yeni rəhbərliyinin verdiyi yeni sənədlərlə cavabdeh2 qeyd edilən mənzili dövlət reyestrində qeydiyyata aldırmış, çıxarış almış və üçüncü şəxsə satmışdır. Bu məlumat təsdiq edildiyi halda mənzilin hazırkı mülkiyyətçisinin işdə iştiraka cəlb edilməsi üçün əsasların olub-olmaması da müzakirə edilməklə müvafiq qərar qəbul edilməlidir.
67. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
68. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
69. Təkrar apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən elektron kabinet vəasitəsi ilə apellyasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
70. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinə iki aspektdən münasibət bildirmək istəyir. Birincisi, ümumilikdə iddia tələbinə münasibətdə ehtiva olunur, ikincisi, onun mənzilə dair vicdanlı alıcı olaraq hüquqlarını qorunması ilə bağlıdır. Ümimilikdə iddia tələbinə münasibətdə qeyd etməlidir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdə iddianın təmin edilməsi və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş, iddiaçı buna dair təsdiqedici sübutlar təqdim etməmişdir. Müqavilə lazımi qaydada imzalanmış, tərəflərin iradə ifadəsini əks etdirir, müqaviləyə uyğun olaraq mənzil alıcıya təhvil verilmişdir. MMC tərəfindən müqavilə hər hansı formada mübahisələndirilmir. Müqavilənin qanuniliyi onun lazımi qaydada tərtib edilməsində, imzalanmasında, möhürlənməsində ifadə olunur ki, bütün bu tələblər ödənilir. Bu baxımdan müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, onun etibarsız sayılmasına dair tələb də təmin oluna bilməz. Bu mülkiyyətçinin hüquqlarının əsassız pozulmasına gətirib çıxarar. Bundan başqa, sonrakı tarixə hansısa şəxsin adına müqavilə imzalanması ondan əvvəlki tarixə imzalanmış müqavilənin qanuniliyini şübhə alıtna almamalıdır. Ikincisi, o, müqavilənin obyektini təşkil edən mənzilin mülkiyyətçisidir və həmin mənzilə dair hüquqları qorunmalıdır. Başqa cür yanaşma qanunvericiliyin tələblərinə zidd olardı. Bu baxımdan hesab edir ki, mənzilin alınmasına dair proses (işin faktiki halları) məhkəmənin diqqətinə çatdırılmalıdır: Mənzilin alınmasına dair proses aşağıdakı formada baş vermişdir Yaşadığı mənzilin sahəsi ailə tərkibinə (ailə üzvlərinin sayına) uyğun olmadığından, yeni və böyük ölçüdə mənzil almaq qərarına gəldi. Tələb olunan ölçüdə mənzili almaq üçün vəsaiti çatmırdı, ona görə də mənzilin dəyərinin müəyyən hissəsini ödəməklə ipoteka yolu ilə ədə etməli idi. Yaşadığı mənzili 140.000 manata satdı və həmin puldan 120.000 manat ipoteka üçün ayıraraq 4 otaqlı mənzil axtarmağa başladı. Fəxri adlı makler və digərləri ona Yasamal rayonda bir neçə mənzil göstərdilər. Ərazi və qiymət uyğun olmadığı üçün imtina etdi. Daha sonra Fəxri dedi ki, Atatürk prospektində mənzil var ona baxaq. ## ###### 2023-cü il tarixində hazırkı mübahisəli mənzil barədə ona məlumat göndərildi. ## ###### 2023-cü il tarixində saat 19:00 radələrində makler Fəxri və ev satanın qohumu olduğunu bildirən Nihat adlı şəxs mənzilə yerində baxış keçirmişlər. Bu baxış prosesi zamanı video çəkiliş aparılmışdır; çəkilişdə Fəxri və Nihat aydın şəkildə görünür (video əlavə olunur). Mənzillə bağlı Nihata suallar verdi, o, mənzil barəsində heç bir girov, qeydiyyat və ya hüquqi problemin olmadığını bildirdi. Bundan sonra çıxarış istədi və həmin gün saat 22:14- də makler Fəxri tərəfindən ona təqdim olundu. # ###### 2023-cü il tarixində mənzilə aid çıxarış sənədini ABB bankının Elmlər filialına təqdim etdi. Bankın əməkdaşı Ümud adlı şəxs ona bildirildi ki, mənzil prosedur üzrə yoxlanılacaq və uyğun olduğu halda ipoteka üçün müraciətə davam etdiriləcək. Mənzilin hüquqi cəhətdən problemsiz olduğu barədə banka rəy təqdim olundu və alqı-satqı müqaviləsi üçün sənədlərin hazırlanması mərhələsi başlandı. Bu əsasla mənzilin mülkiyyətçisinin qardaşı, eyni zamanda mülkiyyətçi etibarnamə əsasında təmsil edən Əlikram adlı şəxsə Nihat adlı qohumunun iştirakı ilə Badamdar qəsəbəsinin girişindəki Notariat ofisində 1000 manat beh verdi. ## ###### 2023-ci ildə Əlikram (satıcı Müşginazın etibarnamə ilə səlahiyyətli qardaşı), makler Fəxri və o, * saylı ASAN Xidmət mərkəzinə gələrək Forma №* və Forma №* arayışlarını əldə etdilər. Bu sənədlərdə mənzil üzərində heç bir məhdudiyyətin, girovun, qeydiyyatın və ya mübahisənin olmadığı göstərilmişdi. Bu sənədlər ABB-yə təqdim edildi və ## ###### 2023-cü il tarixi alqı-satqı üçün təyin olundu. 07 avustda qiymətləndirmə şirkəti evin bazar dəyərini 186000 manat, likvid dəyərini 167400 manat, 1 kv.m. üçün yuvarlaq 1389,10 manat müəyyən etdi. Mənzilin müqavilə üzrə alış qiyməti 191.000 manat, bir kvadrat metr üçün 1426 manat təşkil etdi. ## ###### 2023-cü il tarixində ** saylı notariat ofisində dövlət reyestr sistemindən əldə olunmuş arayışda mənzil üzərində heç bir məhdudiyyət və yüklülük olmadığı müəyyən edildi. Alqı-satqı prosesi ABB bankının nümayəndəsinin, nümayəndə Əlikramın və onun tanışlarının, eləcə də makler Fəxrinin iştirakı ilə həyata keçirilmişdir. Tərəfindən ABB Banka 79.400 manat ödənildi. Ipoteka Fondu ona 111.600 manat pul ayırdı və toplam 191.000 manat satıcıya ödənildi. Onda qalan məbləği mənzilin təmirinə ayırdı. ## ######## 2023-cü ildə dizaynerlə görüşmək məqsədilə mənzilə getdi və həyətə daxil olarkən Ismayıl adlı fəhlə ilə söhbət zamanı, Müşviq adlı komendant yaxınlaşdı və soruşdu ki, orada "xeyirdirmi?". O, ev aldığını bildirdi və mənzilin nömrəsini dedikdə o, əsəblə dedi: “Sən məhkəmədə olan evi almısan, gözlə, ayın 23-də aləm qarışacaq, burda hamı töküləcək.” Bu reaksiyası və 23 sentyabr tarixini dəqiq şəkildə bilməsi onda şübhə yaratdı. Ona bildirdi ki, dövlət ipoteka xətti ilə, qanuni sənədlərlə ev almış və narahat deyil, lakin o daha da aqresivləşdi və "baxarsan" deyə təhdidvari cavab verdi. Bu hadisədən dərhal sonra Əlikramla əlaqə saxladı və Müşviqin bu davranışının səbəbini soruşdu. Əlikram bildirdi ki, guya satılan evdən Müşviqə 500 AZN “şirinlik” verməli idi, lakin vermədiyi üçün o, aqressiv davranır. Hətta ona tövsiyə etdi ki, çıxarışı alana qədər binaya getməsin (Müşfiq iddiaçı tərəfindən şahid qismində təqdim edilmişdir). ## ######## 2023-cü ildə mənzilin təmirinə başlamaq üçün binanın sədri Elman Abbasova yaxınlaşdı. Bu zaman Müşviq otağa daxil oldu və dedi: “Bu (onu (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) göstərərək) bizdən soruşmadan ev alıb, çünki 500 manat şirinlik verməmək üçün belə edib.” Ona dedi ki, dövlət ipotekası ilə ev almış və belə qeyri-qanuni ödənişlər etməli deyil. Müşviq ona mənzilin 3 il əvvəlki kommunal borcunu da ödəməli olduğunu bildirdi. O, etiraz etdikdə, “Əvvəl mənə müraciət etsəydin, sənə məlumat verərdim, indi gecdi, ödəməlisən” dedi. ## ######## 2023-cü ildə çıxarış sənədi ilə bağlı imtina mesajı aldı. ** saylı notariat kontoruna yollandı. Əməkdaş Əzizə xanım sənədlərə yenidən baxdı və heç bir çatışmazlıq olmadığını dedi. O, ASAN xidmətə müraciət etməyi tövsiyə etdi. Dərhal Yasamal rayonunda yerləşən * saylı ASAN Xidmət mərkəzinə yollandı. Əmlak Məsələləri Dövlət Xidməti üzrə nümayəndə bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı ilə həmin mənzil üzərinə ##.##.2023-cü il tarixdə məhdudiyyət qoyulub. Bu xəbəri dərhal Əlikrama çatdırdı. X14 parkı yaxınlığındakı çay evində baş tutdu. Əlikram izah etdi ki, guya 23 sentyabr tarixində Nərimanov Rayon Məhkəməsini udublar, Ali Məhkəmədə də qalib gəliblər, yalnız “ayrı predmetlə bağlı” yeni şikayət verilib və bu “boş şeydir, narahat olma” dedi. Bu cavab onu qane etmədi və aralarında mübahisə yarandı. Ona bildirdi ki, əgər bu problemi əvvəldən desəydilər, o, evi almazdı, çünki yeganə evini satıb, üç uşaqla kirayədə yaşayır. Dostları Zamir və Samir də bu görüşdə iştirak edirdilər və onlar da Əlikrama eyni etirazları bildirdilər. Sonrakı məhkəmə iclaslarında satıcı Müşginaz xanım özü iştirak etmiş, o, (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) isə onunla danışaraq sual verdi ki, niyə bu problemi alqı-satqıdan əvvəl bildirmədilər. O isə cavab verdi ki, "düz etməyiblər, o, Əlikrama demişdi ki, qarşı tərəfə bu barədə məlumat verilsin." O, qanuni əsaslarla evi aldığından və ona mənzillə bağlı yekun nəticənin müsbət olacağına dair verilən vədləri nəzərə alaraq təmirə başladı, təmir etdirdikdən sonra ailəsi ilə birlikdə mənzilə köçdü və hazırda orada yaşayır. Mənzilə dair komunal xərcləri ödəyir, eyni zamanda ipoteka öhdəliyini də vaxtı-vaxıntda icra edir. Beləliklə, mənzili vasitəçinin köməyi ilə tapmış, mənzili baxış keçirib bəyəndikdən sonra satıcının qohumu vasitəsilə təkrar baxış keçirmiş, çıxarışı əldə edib banka təqdim etmiş, mənzillə bağlı hüquqi qiymətləndirmə aparılmış və hər hansı hüquqi problem olmadığı bildirilmişdir. Əldə olunmuş Forma 1 və Forma 2 arayışları ilə mənzilə dair məhdudiyyət və digər yüklülüklər aşkar edilməmişdir, müqavilə notariat qaydasında bağlanmış və mənzil Bankın xeyrinə yüklü edilmişdiir. Mənzilə dair alqı-satqı müqaviləsi ## ###### 2025-ci il tarixdə bağlanmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli MXMT qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuş, inzibati orqan tərəfindən ##.##.2023-cü il tarixdə qərar icra edilərək mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilmişdir, bu səbəblə də o, çıxarış əldə edə bilməmişdir. Yekun olaraq o, çıxarış əsasında mənzili əldə etmiş, mənzilin mübahisəli olmasına dair heç bir fakt aşkar etməmiş və yaxud bu barədə ona bildirilməmişdir. Bu baxımdan mənzilə dair vicdanlı alıcı hesab olunmalıdır.
71. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, həmin ərazidə yerləşən 3 otaqlı başqa bir mənzil üç yüz otuz doqquz min manatla satışa çıxarılıb. Amma şəxs yüz doxsan min manata mənzili alıb. Evin mübahisəli olduğunu bilərək, həmin mənzili alıb. Komendant da bildirir ki, evin mübahisəli olduğunu bildirib. Həmçinin üçüncü şəxs də yeganə yaşayış yerinin həmin mənzil olduğunu bildirsə də, reyestr xidmətindən daxil olmuş sorğuya cavab məktubundan müəyyən edilir ki, yeganə yaşayış yeri deyil, Qusar rayonu, Q.Əliyev küçəsi, ** saylı fərdi yaşayış evi də mövcuddur. Qarşı tərəf ziddiyyətli fikirlər irəli sürür, başqa əlavəsi yoxdur.
72. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil4 Ağasəf oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, hesab edir ki, qiymətin heç bir əhəmiyyəti yoxdur. Qiymət tərəfin vicdanlı alıcı kimi həmin mənzili əldə etməsində rol oynamır. Sərbəst bazar qiymətidir, evin yerləşməsinə, təmirinə, şəraitinə görə qiymətlər dəyişə bilər. Ona görə də iddiaçının bu arqumentini qəbul etmirlər. Ikincisi çıxarış var, yüklülük olmayıb və evin mübahisəli olmasını çıxarışı əldə edəndə bilib. Ümumilikdə isə iddianın təmin edilməməsi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini əsaslı hesab edir.
73. Məhkəmə kollegiyasının iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
74. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
75. ##.##.2025-ci il tarixli məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 vəkilinin izahatına əlavəsi olmadığını bildirərək ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, mənzili 2002-2003-cü illərdə almışdır. 3 mənzil almışdır. Heç birini əldə edə bilmədi. Binanın maketini qoymuşdular, gördü və seçdi. Maketdə bina 12 mərtəbəli idi. Binanın dam örtüyünün olması yadında deyil. Binanın ofisdə maketini görmüşdü. Binaya çox getmişdir, tikinti gedirdi. Son dəfə 1 il əvvəl binaya getmişdir. Mənzilə baxmamışdır. Anar adlı şəxslə müqavilə bağladı. Abdulla müəllimin ofisində bağladılar. O, sənədləri imzaladı. Ona da verdilər, özlərinə də saxladılar. Möhür var idi. Anarı MMC-nin müdiri kimi təqdim etdilər. Ofis Keşlədə yerləşirdi. 30 ildir ki, burada yaşamır. Binada maket 12 mərtəbəli olub, sonra dedilər ki, əlavə tikiləcək.
76. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X2 izahatında qeyd etdi ki, üçüncü şəxslə müqavilə bağlamışlar. Çıxarışa istinadən bank və üçüncü şəxs arasında ipoteka müqaviləsi imzalanıb. Cavabdehin mənzil tələbinə dair işi olmuşdur. Müvafiq məhkəmələrdə baxılmışdır. Müqavilənin etibarsızlığına dair etiraz olmamışdır. Iddiaçının dəlillərindən biri cavabdehin ölkədə olmaması, imzanın onun olmamasıdır. Müqavilə bağlanan zaman bəyənilmə anı vacibdir. Bəyənilmə müqavilə bağlananda mövcud idi. MMC digər işlərdə fərqli mövqe göstərib. Hökm qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş hökm proses iştirakçıları tərəfindən mübahisələndirilə bilməz. Hökmlə müəyyən olunmamış halı iddiaçı təqdim etmişdir. Iddiaçının zərərçəkmiş şəxs olması, cavabdehin zərərçəkmiş şəxs kimi tanınmaması cavabdehin cinayət işi ilə heç bir əlaqəsinin olmaması kimi başa düşülə bilməz. Cavabdeh ölkədə olmayıb, onun zərərçəkmiş şəxs kimi tanınmaması başa düşüləndir.
77. Məhkəmə kollegiyasının iclasında şahid X8 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2001-2007-ci ilə qədər MMC-nin direktoru olmuşdur. Alğı-satqı məsələləri ilə Məmmədov Anar məşğul olub. Tikinti işini o (İ.Əhmədov) etdirirdi. Jurnallar tərtib edilirdi. Müqavilələr ona da göstərilirdi, imzalanıb və möhürlənirdi. 2007-ci ildə işdən çıxdı. Direktor vəzifəsini Anara təhvil verdi. 2012-2013-cü illərdə araşdırma getdi. Elşən adlı müstəntiq onu (İ.Əhmədovu) Baş Idarəyə dəvət etdi, ondan imza nümunələri götürdülər. Abdullanın məhkəmə işində iştirak etdi. Həmin zaman hakim dedi ki, onun dövründə qanunsuzluq olmayıb. 2007-ci ilə qədər müqavilələri imzalamışdır. Tərəfləri xatırlamır, 20 ildən çox keçib. 2004-2005-ci illərdə 6 mərtəbəli binalar tikilmişdir. Möhürsüz müqavilə olmayıb. Müqavilə imzalanan kimi möhürlənirdi. Möhür onda olub. Jurnal Anarda olurdu. Qeydiyyat orada aparılırdı. Razılaşma olandan sonra o (İ.Əhmədov) da baxırdı, möhürü vururdu. Müstəntiq onu 2012-2013-cü illərdə çağırıb. Qanunsuzluq olsa yenidən çağırılardı. Heç kimə etibarnamə verməmişdir.
78. Məhkəmə kollegiyasının iclasında şahid X4 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, üçüncü şəxs 2011-ci ildən onun yaxın dostudur. Makler vasitəsi ilə evi aldı. 2023-cü ilin sentyabr ayında onunla görüşləri var idi, görüşəndə gördü ki, çox pis vəziyyətdə idi. Bildirdi ki, çıxarış verilməyib, evdə problem var. Gərgin vəziyyətdə idi. Dedi ki, ona deyiblər ki, evin başqa sahibi çıxıb. Əlikram müəllim də gəldi, mövzudan xəbər aldılar. O dedi ki, çıxarış var, işi udmuşdur, narahat olmayın. Ümidlər verdi ki, məsələni həll edəcək. Evin təmiri bir müddət sonra başlandı. Təxminən yay ayları idi. Üçüncü şəxs ev axtarırdı, evi alanda bildi 2023-cü ildə ev alınıb, yay ayı idi. Həmin zaman Əlikram müəllimlə bir yerdə idilər.
79. Məhkəmə kollegiyasının iclasında mübahisəli evin üçüncü şəxs tərəfindən alınmasında vasitəçilik edən, X6 ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elşən alıcı olub. Mənzillərə baxdılar. Sonuncuya baxdılar, o da bəyəndi. Təxminən 2-3 il olar. Evin çıxarışı var idi. Saytda elanlar verirdi. Bina.az saytından məlumat toplayırlar. Şəxsi işlədiyi yer yoxdur. Yasamal ərazisində evlərlə alıcı üçün maraqlanırdı, fərdi işləyir, ödənişi alıcıdan almışdır. Əvvəl şirkətdə işləyirdi, evi o (şahid) təklif etdi. Bina.az saytından götürmüşdü. Mülkiyyətçi ilə əlaqə saxladı, başqa makler və gənc şəxs gəlmişdi. Evi göstərdi. Evin sahibi qadın idi. Etibarnamə qardaşına vermişdi. Satışda da iştirak etmişdir.
80. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə izahatında və ona verilən suallara cavab olaraq bildirmişdir ki, bütün işlər ondan əvvəl olub. MMC-də 2022-ci ildən direktor vəzifəsində çalışır. Olanlardan məlumatı yoxdur. Bütün bunlar 2013-2014-cü illərdə baş verib. Binanın ilk sakinlərindən biri o özü olmuşdur. Iddiaçının nümayəndəsini tanıyır. Cavabdeh Müşkünaz xanım binaya gəlib gedib. Iddiaçının nümayəndəsi məhkəmə zamanı tanımışam. Müşkünaz xanımın Baş Idarəyə şikayəti olub. Nəticəsini bilmir. O, sədr olanda məhkəmə davam edirdi. 2013-cü ildən Müşkünaz xanım qətnamələr təqdim edirdi. 2 mənzil barədə məhkəmə olmuşdu, orada Müşkünaz xanımın xeyrinə olmamışdır. Amma hazırkı mənzillə bağlı qərar təqdim edib. Məhkəmənin qərarı ilə Müşkünaz xanıma mənzil təhvil verilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 sonradan görmüşdür, tanıyır. Ona mübahisə barədə deməmişdir, çünki soruşmamışdır. *** saylı müqavilənin saxtalaşdırmasında iştirak etməmişdir. Cinayət işində iştirak etmişdir. Audit siyahısında aldığı ev siyahıda var idi. Müşkünaz xanım zərərçəkmiş şəxs kimi tanınması barədə qərardad olmayıb, iddiaçının olub. Ona təhvil-təslim verilməyib. Orada sakin olmuşdur. O özü də zərərçəkmiş şəxs olmuşdur. 2022-ci ildə binaya çıxarış almaq üçün, direktor təyin edildi. Sənədləri sakinlərdən tapmışdır. Təhvil-təslim olmamışdır.
81. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova - sədrlik edən və məruzəçi, T.N.Mahmudova və L.R.Əliyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 327 (üç yüz iyirmi yeddi) manatın iddiaçı İddiaçı alınaraq, Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ** saylı hesaba keçirilməsi qət edilmişdir.
82. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işin faktiki halları baxımından iddiaçı İddiaçı mübahisəli mənzilə münasibətdə müqavilənin cavabdeh cəmiyyət tərəfindən əslində #.##.2004-cü il tarixdə onunla bağlandığını, cavabdeh2 adına olan #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin əvvəlki tarixə saxtalaşdırıldığını bildirir. Belə olan halda, tərəfi olmasa belə, iddiaçının mənafeyinə toxunduğunu bildirdiyi #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin etibarsızlığının təsbit edilməsi haqqında iddia qaldırmağa subyektiv hüququ vardır.
83. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.#.2022-ci il tarixli, */N****/**** saylı qərardadı ilə ərizəçi İddiaçı izah olunmuşdur ki, qanunsuz hesab etdiyi cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış müqaviləni mübahisələndirə bilər.
84. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının hazrkı tələb üzrə subyektiv hüquqa malik olmaması barədə gəldiyi qənaət qanuni və əsaslı olmamışdır. Buna görə də qətnamə ləğv edilərək işdə olan sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməlidir.
85. Hazırkı iş üzrə iddiaçının əsas dəlillərindən biri olan #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin cavabdeh cavabdeh2 tərəfindən imzalanmaması barədə dəlilin yoxlanılması üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi əldə edilmişdir.
86. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-*/**** nömrəli ekspert rəyinə əsasən: 1. Ekspertizaya təqdim edilmiş *-*(***)-****/**** saylı inzibati işin 6-cı vərəqində ## ###### 2003-cü il tarixli *** saylı müqavilənin (möhürsüz) kserosurətində “Alıcı” qrafasında əks olunmuş imzadan, *(***)-****/**** saylı mülki işin 297-ci vərəqində ## ###### 2003-cü il tarixli *** saylı müqavilənin (möhürsüz) kserosurətində “Alıcı” qrafasında əks olunmuş imza - cavabdeh2 tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş *-*(***)-****/**** saylı inzibati işin 6-cı vərəqində ## ###### 2003-cü il tarixli *** saylı müqavilənin (möhürsüz) kserosurətində “Icraçı” qrafasında əks olunmuş imzadan, *(***)- ****/**** saylı mülki işin 297-ci vərəqində ## ###### 2003-cü il tarixli *** saylı müqavilənin (möhürsüz) kserosurətində “Icraçı” qrafasında əks olunmuş imzanın – X8 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
87. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
88. Göründüyü kimi iddiaçı mübahisələndirilən müqavilənin imzalandığı dövrdə cavabdehin ölkədə olmadığını bildirərək müqavilədəki imzanın cavabdeh2 aid olmadığını iddia etsə də, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən əldə edilmiş məlumatlara əsasən X23 ## ###### 2003-cü il tarixli *** saylı müqavilə imzalanarkən ölkədə olması, həmçinin ekspert rəyinə əsasən müqavilədəki imzanın X23 tərəfindən icra edilməsi öz təsdiqini tapmışdır.
89. O cümlədən qeyd edilməlidir ki, # ###### 2003-cü il tarixli *** saylı müqavilə üzrə kassa mədaxil orderinin qəbzi rəhbər, baş mühasib və kassir tərəfindən imzalanaraq möhürlənmişdir (İ cild, i.v.58).
90. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinə əsasən *** saylı möhürlü və möhürsüz müqavilələrdə imzaların təsvirlərində montaj əlamətlərini müəyyən etmək mümkün olmadı. Müqavilələrin reproqrafik surətləri öz aralarında eynilik təşkil etmirlər. Möhürlü müqavilənin üzərində 2.1 bəndində ki, “14” rəqəminin altında əlavə cizgilər var, lakin müqavilə reproqrafik surət olduğu üçün ilkin məzmunu müəyyən etmək mümkün olmadı.
91. Göründüyü kimi, iş materiallarında olan möhürlü müqavilənin sürətində 2.1 bəndində ki, “14” rəqəminin altında əlavə cizgilər vardır. Kollegiya qeyd etmişdir ki, həmin müqavilə iş materiallarında mövcud olan surətdir. Həmin müqavilənin ilkin surəti (*(***)-****/**** saylı mülki iş materiallarında olmuşdur (i.v.297). Iş materialları ilə tərəflərin, onların nümayəndə və vəkillərinin tanış olmaq imkanları olmuşdur. Həmin müqavilədə rəqəmdə cizgilərin kim tərəfindən, hansı məqsədlə edilməsini müəyyən etmək mümkün deyil.
92. Kassasiya instansiya məhkəməsi qərarında o cümlədən qeyd etmişdir ki, hazırkı işin halları baxımından mübahisə olunan müqavilədə möhürün olmaması ilə bağlı dəlil, təkcə əqdin müvafiq formada tərtiblənməməsi baxımından deyil, iddiaçının verdiyi məlumatlar diqqətə alındıqda həm də sənədin arxa tarixə tərtiblənməsi iddiasının yoxlanılması baxımından vacib idi. Bu halın işdəki məlumatlarla və sübutlarla müqayisəli şəkildə qiymətləndirilməsi, habelə iddiaçının irəli sürdüyü digər dəlillərin (o cümlədən, cavabdeh2 ilə bağlanmış *** nömrəli müqavilənin əslində 11-ci mərtəbədə deyil, 15-ci mərtəbədəki mənzilə aid olması, sonuncu mənzilin əldə edilməsi mümkün olmadıqdan (2019-cu ildən) sonra *** nömrəli müqavilənin 11-ci mərtəbədəki mənzilə dəyişdirilməsi, cavabdeh2 tərəfindən digər iki mənzillə birlikdə *** saylı mənzil üçün iddianın 2018-ci ildə hansı səbəbdən qaldırılmaması, bu barədə tələbin 2021-ci ildə irəli sürülməsi və s.) və istinad etdiyi sübutların çəkişmə prinsipinə uyğun olaraq məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılması, onlara əsaslandırılmış şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
93. Qeyd olunduğu kimi cavabdeh2 ilə cavabdeh1 MMC arasında 3 mənzilə dair müqavilə bağlanmışdır.
94. “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzillə bağlı müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, 2(001)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh2 X20 və cavabdeh1 MMCyə qarşı iddiası təmin edilmiş, cavabdeh1 MMCnin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilin X20 dair ##.#.2003-cü il tarixli ** saylı müqavilənin lazımi qaydada bağlanmadığından, mənzilin əvəzi ödənilmədiyindən xitam olunduğu nəzərə alınmaqla ##.#.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin cavabdeh2 sahiblik və istifadəsinə qaytarılması, onun mənzilə olan mülkiyyət hüquqlarının həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmiş, cavabdeh1 MMC-nin cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.
95. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının #.#.2019-cu il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən, X20 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh2 X20 və cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin sahiblik və istifadəyə qaytarılması və s.” tələblərinə dair iddiası rədd edilmiş, cavabdeh1 MMC-nin cavabdeh2 qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, cavabdeh1 MMC ilə cavabdeh2 arasında bağlanmış #.##.2003-cü il tarixli müqavilənin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə münasibətdə etibarsız hesab edilməsi qət edilmişdir.
96. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının #.#.2019-cu il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, məhz həmin iş üzrə xxxx MMC qeyd etmişdir ki, “iddiaçıya mənzil satılmayıb, sadəcə olaraq X1 verəcəyi ətin təminatı olaraq qeyd edilən mənzil kağız üzərində heç bir pul vəsaiti alınmadan cavabdeh2 satılıb. Iddiaçı ilə MMC arasında bağlanmış ##.##.2003-cü il tarixli *** saylı müqavilə başqa əqdi pərdələmək məqsədilə bağlanıb” (II cild, i.v.106). 104. Göründüyü kimi xxxx MMC ##.##.2003-cü il tarixli *** saylı müqavilə üzrə bu hala istinad etmişdir.
97. Lakin bu dəlil məhkəmə tərəfindən əsassız hesab edilərək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının #.#.2019-cu il tarixli qətnaməsi qismən dəyişdirilmiş, cavabdeh1 MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq cavabdeh2 ödənilməsi qərara alınmış və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (II cild, i.v.118).
98. Digər, A-5 korpusu, 11-ci mərtəbə, ** saylı 3 otaqdan ibarət mənzillə bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)****/**** saylı qətnaməsi ləğv edilmiş, ilkin iddia təmin edilərək cavabdeh2 ilə xxxx MMC arasında bağlanmış ##.##.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh xxxx MMC-nin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr., 3078 A məhəlləsi ünvanda yerləşən yaşayış evinin A-5 korpusu, 11-ci mərtəbə, ** saylı 3 otaqdan ibarət sahəsi 138.97 k.v.m olan mənzilindən istifadə edilməsi zamanı iddiaçı X9 cavabdeh cavabdeh2 tərəfindən yaradılan manenin aradan qaldırılması qət edilmişdir (III cild, i.v.44).
99. Kollegiya hesab etmişdir ki, hazırda mübahisə predmeti olan mənzillə bağlı cavabdeh2 tələbinə hansı səbəbdən digər iki mənzillə bağlı məhkəmələrin icraatında olan işlərlə eyni vaxtda baxılmamasına dair iddiaçının dəlili əsassızdır. Çünki, digər iki mənzillə bağlı mülki işlər üzrə həmin mənzillərlə bağlı X20 və X9 ilə də bağlanmış müqavilələrin olması səbəbindən tərəflər arasında mübahisə yaranmış və cavabdeh2 Qələmdar Abbasova qarşı, habelə X27 Əhmədliyə qarşı tələbi olduğundan qeyd edilən mənzillərlə bağlı məhkəmə çəkişmələri olmuşdur.
100. Bundan əlavə, iddiaçı X9 cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Binəqədi rayon məhkəməsinin *(***)****/**** saylı mülki işin materiallarına nəzər saldıqda müəyyən olunur ki, hətta ## ###### 2018-ci il tarixli məhkəmə iclasında xxxx MMC-nin nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, cavabdeh2 ilə üç müqavilə mövcuddur (*(***)-****/**** saylı mülki iş, i.v.304).
101. Göründüyü kimi iddiaçının “cavabdeh cavabdeh2 iki mülki iş üzrə uduzması səbəbindən xxxx MMC ilə bağlanmış *** saylı müqavilənin ortaya çıxması; cavabdeh2 ilə bağlanmış *** nömrəli müqavilənin əslində 11-ci mərtəbədə deyil, 15-ci mərtəbədəki mənzilə aid olması, mənzilin əldə edilməsi mümkün olmadıqdan (2019-cu ildən) sonra *** nömrəli müqavilənin 11-ci mərtəbədəki mənzilə dəyişdirilməsi” barədə dəlilləri əsassızdır.
102. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan mənzillə bağlı cavabdeh2 xxxx MMC-yə qarşı mənzilin təhvill verilməsini tələb etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-cü il tarixli, e-2(001)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzilin iddiaçı cavabdeh2 təhvil verilməsi vəzifəsinin cavabdeh cavabdeh1 MMC-yə həvalə edilməsi qət edilmişdir.
103. Daha sonra mübahisə predmeti olan mənzil cavabdeh2 təhvil verilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, məhkəmə kollegiyası tərəfindən ##.##.2023- cü il tarixdə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş, mənzilin qapısını cavabdeh2 qardaşı açmış, mənzilin açarının onlarda olduğunu bildirmişdir. Yerli baxış zamanı məlum olmuşdur ki, mənzildə təmir işləri yekunlaşmamış, üçüncü şəxs tərəfindən plastik qapılar qoyulmuşdur.
104. Cavabdeh cavabdeh2 çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmış “xxxx” MMMC-nin iştirakçısı olması, 2019-cu ildə “xxxx” ASC tərəfindən mübahisəli mənzilə dair onun adına abunə kodunun verilməsi də ona dəlalət edir ki, cavabdeh2 mənzilə sahiblənmişdir.
105. Göründüyü kimi mübahisə predmeti olan mənzilə dair ilkin olaraq cavabdeh2 ilə müqavilə bağlanmış və mənzil cavabdeh2 təhvil verilmişdir. Bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.
106. O cümlədən müəyyən olunur ki, cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, ev-, korpus A4 ünvanında yerləşən ** saylı mənzilə hüquqlarını ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeyd aldırmışdır.
107. Iş materiallarına əlavə edilmiş satıcı-cavabdeh2, ipoteka saxlayan-“xxxxı” ASC və alıcı (ipoteka qoyan)-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış № ****IK-YAS/202* saylı, ##.##.2023-cü il tarixli Alqı-satqı və Ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, ev-, korpus A4 ünvanında yerləşən ** saylı mənzil ipoteka ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmışdır.
108. Binəqədi 21 Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş ##.##.2024- cü il tarixli arayışda qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, ev-, korpus A4 ünvanında yerləşən ** saylı mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 istifadəsindədir.
109. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
110. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 331.2, 337.1, 337.3, 337.4, 340.1, 340.2, 452.1, 452.2, 752.1, 752.2-ci, Azərbaycan Respublikasının MPM-in 77.1, 88, 119.1, 124.2, 217.1, 217.3, 384.0.2, 385.1.1 və 385.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
111. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
112. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 182.1, 337.1, 337.2, 390-ci, MPM-in 9.3, 76.1, 77.1, 87, 89.3, 97.1, 102.1, 104.3, 217.1, 217.4 və 218.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin e-**(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə mübahisələndirilən mənzilin üzərinə həbs qoyulmasına, hal-hazırda mübahisə davam etməsinə baxmayaraq cavabdeh1 MMC-nin yeni rəhbərliyinin verdiyi yeni sənədlərlə cavabdeh qeyd edilən mənzili Dövlət Reyestrina aldıraraq 3-cü şəxsə satmışdır. * saylı Bakı Ərazi Idarəsinin sorğuya cavabından aydın olmuşdur ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı icra edilərək cavabdeh2 adına elektron çıxarış hazırlanmışdır. Lakin çıxarış cavabdehə verilməmişdir. * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubu əlavə edilir. Sual olunur ki, cavabdehə çıxarış təqdim edilmədiyi halda o mənzili necə özgəninkiləşdirmişdir??? 19. Sözügedən mübahisəli mənzili məhkəmə prosesi getdiyi dövrdə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmışdır. Hazırkı işdə iş üzrə üçüncü şəxs qismində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hesab edir ki, o hazırkı iş üzrə vicdanlı əldə edən kimi çıxış etmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, üçüncü şəxsin məhkəmədə özünü müdafiə zamanı verdiyi ifadədə qeyd etmişdir ki, o, ## ###### 2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağladıqdan sonra çıxarışın alınması üçün Asan xidmətə getdiyində mənzilin üzərində həbs olmasını bilmiş və dərhal cavabdehin qardaşı Əlikrama zəng vurmuşdur. Görüşdə o bilmişdir ki, bu mənzil mübahisəlidir. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, ## ######## 2023-cü ildə dizaynerlə görüşmək məqsədilə mənzilə getmiş və həyətə daxil olarkən Ismayıl adlı fəhlə ilə söhbət zamanı, Müşviq adlı komendant yaxınlaşdı və soruşdu ki, orada "xeyirdirmi?". O, ev aldığını bildirdi və mənzilin nömrəsini dedikdə o, əsəblə dedi: “Sən məhkəmədə olan evi almısan, gözlə, ayın 23-də aləm qarışacaq, burda hamı töküləcək.” Məhkəmənin diqqətinə çatdırırıq ki, mən vəkil olaraq ## ###### 2025-ci il tarixində komendat Müşfiq Nəcəfova zəng edərək Əhmədov IslahQaraca oğlundan sonrakı direktoru haradan tapa biləcəyimi soruşduqda o, mənə “xəbərin var ki, sizin mənzili Əlikram satıb” deyəndən sonrakı gün MTT ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik (sübut əlavə edilir). Üçüncü şəxs məhkəmə iclas zalında komendatla yalnız mənzil təmir ediləndə qarşılaşdığını bildirmişdir. Işdə şahid qismində iştirak edən komendant Müşfiq Nəcəfov mənzilin iddiaçıya məxsus olduğunu, üçüncü şəxsi mənzilin mübahisəli olması barədə məlumatlandırdığını bildirmişdir. Alğı-satqı 25 avqust, komendantın mənə bildirməsi 27 avqust, MTT-nin verilməsi 28 avqust tarixində olmuşdur. Necə ola bilər ki, alıcı komendantı təmir zamanı görsün? Görünür üçüncü şəxsin yalan məlumat verməsi özünü müdafiədir. Məhkəmə Kollegiyasının xüsusilə diqqətinə çatdırmaq istəyirik ki, Ali Məhkəmənin qərarında verilmiş tövsiyələrdən biri mənzilin üçüncü şəxslərə satıldığı təqdirdə həmin şəxsin də məhkəmə prosesinə cəlb edilməsi olmuşdur. Təsadüfə baxın ki, iş Ali Məhkəmədən BakıApellyasiya Məhkəməsinə qaytarıldıqdan sonra təşkil edilmiş ilk iclasda üçüncü şəxs və vəkili məhkəmə prosesinə üçüncü şəxs qismində qoşulmaq üçün hazır vəziyyətdə gözləyirdilər. Sual olunur, əgər üçüncü şəxs vicdanlı alıcı idisə, nə üçün vicdanlı alıcı qismində məhkəmə iclasına qoşulmaq üçün ## ###### 2023-cü ildən (və ya üçüncü şəxsin bu barədə məlumatı olmasından sonra) ## ###### 2025-ci ilə qədər gözləmişdir???? Belə ki, “alğı-satqı və ipoteka” müqaviləsi ## ###### 2023-cü il tarixdə bağlanılmış, tərəfimizdən təqdim edilmiş “müqavilənin etibarsızlığı” tələbinə dair iddia isə ##.##.2023-cü il tarixindən Nərimanov rayon Məhkəməsinin icraatında olmuşdur. Birinci instansiya məhkəməsində proses isə ##.##.2023-cü ildə yekunlaşmış, tərəfimizdən isə iş üzrə çıxan qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin özünü vicdanlı alıcı kimi təqdim edən üçüncü şəxs nədənsə məhkəmə prosesindən məlumatlı olduğu vaxtdan bu vaxta qədər heç bir prosessual hərəkətlər (apellyasiya məhkəməsində gedən birinci icraatda prosesə qoşulmamış, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin ləğvi barədə məhkəməyə müraciət etməmiş və.) etməmişdir. Iş Ali Məhkəmədən yeni apellyasiya baxışına göndəriləndən sonra keçirilən ilk iclas zamanı üçüncü şəxs kimi işə qoşulmaq üçün hazır vəziyyətdə gözləyirdilər. Bütün bu qeyd edilənlər bir daha sübut edir ki, üçüncü şəxs gedən məhkəmə proseslərindən və aldığı mənzilin mübahisəli olduğundan məlumatlı olmuşdur. O, bununla cavabdehlərə köməklik də göstərmişdir. Belə ki, görünür cavabdeh X23(və ya onun adından bütün prosesləri həyata keçirən qardaşı) tərəfimizdən məhkəmədə mübahisələndirilmiş iddia üzrə daha məhkəmələrdə “gəzməmək üçün” və İddiaçı haqlı olduğunu bildiyi üçün mənzildən canını qurtarmaq istəmiş və bu zaman isə ortaya vicdanlı alıcı kimi üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 çıxarmışlar. Bununla da, onlar hazırki məhkəmə prosesindən canlarını qurtaracaqlarını və iddiaçının artıq bir 10 ildə “vicdanlı” üçüncü şəxs ilə məhkəmələrdə süründürməçiliyə və hüquqlarının tapdalanmasına məruz qalacağını düşünmüşlər. 20. Həmçinin üçüncü şəxs tərəfindən məhkəməyə gətirilmiş X6 evlərin alğı-satqısı ilə (makler) məşğul olduğunu, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mənzil almaq istəyən zaman tanıdığını bildirmiş. Lakin məhkəmə iclasında tərəfimizdən və məhkəmə tərəfindən verilmiş suallara cavab verə bilməmiş, o, harada fəaliyyət göstərməsi, mənzil barədə haradan məlumat əldə etməsi, kiminlə görüşməsi, alğı-satqı prosesinin tam olaraq necə həyata keçirilməsi barədə məlumat verə bilməmişdir. Üçüncü şəxs bu mənzilin mübahisəli olduğunu bildiyi halda mənzili əldə etdiyindən yalançı şahidlər tapmağa çalışmaqdadır. Şahidin dindirildiyi prosesə baxıldıqda hər şey aydın olacaqdır. Məhkəmə tərkibi belə təcüblənmişdir. O, cümlədən sədrlik edən. 21. Bundan başqa mənzil dəyərindən 2 dəfə ucuz, 191000 manata satılması da üçüncü şəxsin mübahisəli mənzili əldə etdiyini göstərməkdədir. Həmin ərazidə mənzillərin 1 kv.m 2500 manatdan yuxarıdır. Bununla bağlı tərəfimizdən məhkəməyə müxtəlif ev elanları saytında olan həmin ərazidə olan 3 otaqlı mənzillərin qiymətləri ilə bağlı sübutlar təqdim edilmişdir. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırırıq ki, üçüncü şəxs etirazda mənzilin alınması prosesini izah edən zaman mənzilə baxış keçiriləndə video çəkiliş də aparıldığını qeyd etmiş və video çəkilişin etiraza əlavə edildiyini qeyd etsə də, sözügedən video çəkiliş nə üçüncü şəxs, nə də ki məhkəmə tərəfindən izlənilmək üçün bizə təqdim edilməmişdir. Ümumiyyətlə, məhkəmə tərəfindən buna şərait yaradılmamışdır. Digər tərəfdən üçüncü şəxs məhkəmə iclaslarında yeganə yaşayış yerinin həmin mənzil olduğunu bildirsə də, tərəfimizdən verilmiş sorğuya təqdim edilmiş cavab məktubundan müəyyən edilmişdir ki, hazırkı mübahisəli mənzil üçüncü şəxsin yeganə yaşayış yeri deyil, üçüncü şəxsin həmçinin Qusar rayonu, Q.Əliyev küçəsi, ** saylı fərdi yaşayış evi də mövcuddur. ##.##.2025-ci il tarixli məktub əlavə edilir.
113. Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməlidir. Belə ki: 1. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi iş materiallarında Ali Məhkəməsinin ##.#.2022-ci il tarixli, */N****/**** saylı qərardadı ola-ola iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd etmişlər. Ali Məhkəmənin 2(102)- ****/**** saylı, ##.##.2024-cü il tarixli, qərarından sonra məcbur qalıb subyektiv hüququ qəbul etmişdir. 2. Iddiaçı cavabdeh1 MMC ilə bağladığı ##.##.2004-cü il tarixli, *** nömrəli müqavilənin əslini məhkəməyə təqdim edir. Lakin cavabdeh #.##.2003-cü il tarixli, *** nömrəli müqavilənin əslini məhkəməyə təqdim edə bilmir. Tələb edildikdə isə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı işdə məhkəmə materiallarında olduğunu bildirir. Tələbimiz üzrə həmin iş materialları məhkəməyə gətizdirildikdə məlum olur ki, bu iş materiallarında da müqavilənin əsli deyil surətidir. Lakin apellyasiya məhkəməsi cavabdehin məhkəmənin yanıltmasına münasibət bildirməmişdir. 3. Iddiaçının oğlu (nümayəndəsi) məhkəmə zalında müqavilə bağlanmasını belə təsvir edir: cavabdeh1 MMC-ilə müqavilə bağlanmış, müqavilə qeydiyyat kitabında qeydiyyata alınmış və alıcı olaraq anası İddiaçı qeydiyyat kitabında imza etmişdir. Lakin cavabdeh1 MMCnin indiki rəhbərliyi cavabdehlə əlbir olduğundan qeydiyyat kitabını məhkəməyə təqdim etməkdən yayınır. Cavabdeh məhkəmə prosesində verilən suallara cavabda alğı-satqı müqaviləsini gah “keşlə bazarında”, gah “gənclikdə”, gah da cəmiyyətin AMAY-dakı ofisində Anar adlı şəxslə bağladığını bildirir. 4. “Binəqədi rayon məhkəməsinin *(***)****/**** saylı mülki işdə cavabdeh2 aid *** nömrəli müqavilədən aydın olur ki, mənzil11-ci mərtəbədə deyil, 15-ci mərtəbədə yerləşir. Ekspertiza isə həmin rəqəmi 14-cü mərtəbə hesab etmişdir. Ekspertiza bu faktı təsdiq etsə də Məhkəmə bu fakta münasibət bildirmək istəməmişdir. 5. Apellyasiya məhkəməsi cavabdehə aid 2 kserokopiyadan ibarət müqavilələrdən hansını sübut kimi qəbul etməsi qətnamədən aydın olmur. . Cavabdehin məhkəməyə təqdim etdiyi kserokopiyadan ibarət, xxxx MMC-nin möhürü olmayan müqavilənimi, yoxsa iddiaçının Binəqədi rayon məhkəməsinin *(***)****/**** saylı mülki işindən əldə edərək məhkəməyə təqdim etdiyi və üzərində düzəliş edilmiş müqavilənimi sübut kimi qəbul edib? Məlum deyil. 6. Iddiaçı ilə bağlanmış müqavilə hər iki tərəfdən imzalanmış və cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi kserosurət müqavilə isə cavabdeh1 MMC-nin möhürü ilə təsdiqi edilməmişdir. Halbuki, cavabdeh 3 müqaviləni eyni vaxtda imzaladığını bildirmişdir. Bildiririk ki, cavabdeh2 cavabdeh1 MMC ilə 1 gündə 3 müqavilə 147, 148, *** saylı müqavilələr bağlamışdır. 147 və *** saylı müqavilələr cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmiş, *** saylı müqavilə möhürlə təsdiq edilməmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi isə professional hüquqşünas olduğundan “nə olsun birinin möhürlənməsi unudulmuşdur” deməklə işin həqiqətlərini ört-bastır etməyə çalışmışdır. Lakin o, unutmuşdur ki, Binəqədi rayon məhkəməsinin *(***)****/**** saylı mülki işdə olan üzərində düzəliş edilərək 15 rəqəmini 11 edilən müqavilədə (ekspert 14 hesab edir) möhür mövcuddur. Apellyasiya məhkəməsi bu fakta münasibət bildirməyərək faktın üzərindən sakitcə keçməyi məqsədəmüvafiq hesab etmişdir. 7. Bundan başqa Məhkəmə qətnaməsinin 96-cı bəndində “O cümlədən qeyd edilməlidir ki, # ###### 2003-cü il tarixli *** saylı müqavilə üzrə kassa mədaxil orderinin qəbzi rəhbər, baş mühasib və kassir tərəfindən imzalanaraq möhürlənmişdir” kimi qeyd etməsi, lakin həmin qəbzin də əslini görmədən məhkəmənin kserokopiya sənədlərə mötəbər sübut statusu verməyə çalışdığını göstərməkdədir. Müqavilənin qanuniliyi onun lazımi qaydada tərtib edilməsində, imzalanmasında, möhürlənməsindən ifadə olunur. Bütün bu tələblər İddiaçı ilə bağlanılmış müqavilədə öz əksini tapsa da, cavabdeh2 müqaviləsində öz əksini tapmamışdır. 8 . Həmin vaxt cavabdeh1 MMC-nin direktoru olan X8 şahid qismində məhkəmədə ifadə verərək cavabdeh2 ilə müqavilə bağlamadığını, onu tanımadığını, müqavilədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Ekspertiza rəyi ilə imzanın direktora məxsus olmadığı öz təsdiqini tapmışdır. 9. Bundan başqa cavabdeh1 MMC-nin rəhbərləri barəsində kreditləri vaxtında qaytarmadığına və vətəndaşlardan vəsaitlər almalarına baxmayaraq binanı tamamlamamalarına görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində cinayət işi açılmış və istintaq orqanı tərəfindən audit keçirilməsi təşkil edilmişdir. Auditor cavabdeh1 MMC-nin müqavilələri imzalayan direktorunun iştirakı ilə MMC tərəfindən satılan mənzillərin və alıcıların siyahısını tərtib etmiş və ##.##.2014-cü il tarixli audit aktına daxil etmişdir. Audit aktında mübahisələndirilən mənzilin sahibi kimi İddiaçı qeyd edilmişdir. Aktda cavabdeh2 barəsində hər hansı bir məlumat olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən sübuta (ibtidai istintaq zamanı tərtib edilmiş Akta) heç bir hüquqi qiymət verməmişdir. 10. Cinayət işi üzrə BakıAğır Cinayətlər Məhkəməsinin *(***)-***/** saylı, ##.##.2015-ci il tarixli hökmündə zərərçəkmişlərin adları qeyd edilmişdir. Hökmdə adı keçən zərərçəkmişlərin hər biri öz mənzilinin mülkiyyətçisidir. O, cümlədədn MMC-nin hazırkı direktoru. Yalnız İddiaçı öz mənzilinə sahiblik edə bilmir. Qeyd: cinayət işi bina təhvil verilmədiyinə görə zərərçəkmişlərdən əlavə vəsaitlər tələb edildiyinə və kreditlərin ödənilməməsinə görə başlanılmışdır. Cinayət işində ikili satış olmamışdır. Lakin apellyasiya instansiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə əks olunmuş faktlara da hüquqi qiymət verməmişdir. 11 . Halbuki, cavabdeh2 ilə digər alıcı Leyla Həmidova arasında A-5 korpusu, 11-ci mərtəbədə yerləşdiyi 3 otaqlı 138,97 kv.m olan mənzilə dair məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- *****/**** saylı qətnaməsində bu fakta münasibət bildirilərək qeyd edilmişdir ki, “həmin cinayət işinin cavabdeh2 ilə heç bir bağlılığı yoxdur. Lakin məhkəmə kollegiyası bu qənaətdə deyildir. Belə ki, həqiqətən mübahisəli mənzilin cavabdeh2 məxsus olması və onun tərəfindən dəyərinin ödənilərək alınması təsdiq olunduğu halında onun cinayət işi ilə məlumatlı olmaması az inandırıcı hesab edilir. Məhkəmə iclasında verilmiş nümayəndənin izahatının həqiqi hesab edildiyi təqdirdə isə aydın olur ki, o hər bir vaxt mənzilə nəzarət etmişdir. O həqiqətən mənzilə nəzarəti daimi olaraq həyata keçirmişsə, dəyərini ödəmişsə, mənzil ona təhvil verilmişsə, zərərçəkmiş şəxs kimi tanınaraq hüquqlarının müdafiəsini həmin icraat daxilində də tələb etməsi zəruri olmuşdur. Çünki həmin cinayət işi satılmış mənzillərin dəyərinin bir hissəsinin mənimsənilməsi və sair faktlarla bağlı olmuşdur. X16 fərqli olaraq Əhmədli Müşkünaz bu hərəkətləri yerinə yetirməmişdir” (səh.14). Həmin qətnamədə cavabdeh1 MMC-nin nümayəndəsi MMC-nin mənzillərlə bağlı siyahısında cavabdeh2 adının qeyd edilmədiyini bildirmişdir (Səh 7). 12. Hesab edirik ki, *** saylı müqavilənin əsli mövcuddur. Həmin müqavilədə ekspertin qeyd etdiyi kimi 14-cü mərtəbə yazıldığıdan müqavilənin əslini ortaya çıxara bilmirlər. Saxta müqavilə isə istintaq dövründə tərtib edildiyindən və həmin vaxt möhür istintaq orqanında olduğundan möhür vurdura bilməmişdirlər.
13. Necə ola bilər ki, möhürlü və möhürsüz 2 müqavilə olsun? Möhürlü müqavilədə “AZE P 2002782” yazılan cümlənin alt yazısında pasport sözünün “p” hərfi ikinci 0 ədədinin altına, möhürsüz müqavildə isə pasport sözünün “p” hərfi 2 ədədinin altına düşməsi bənzətmənin süni olduğunu göstərməkdədir. ## ### 2025-ci il tarixli ekspert rəyindən də məlum olur ki, müqavilələrin reproqrafik surətləri öz aralarında eynilik təşkil etmirlər. Deməli müqavilələr eyni vaxtda print edilibsə, fərq ola bilməzdi. Lakin möhürsüz müqavilə istintaq prosesində əldə edildiyindən, yəni 11 il sonra əldə edildiyindən tam bənzədə bilməmişlər. 14. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, hər iki müqavilənin "Icraçı” qrafasında əks olunmuş imzaların – X8 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə mübahisəsi gedən dövrdə mənzil təmirsiz olmuşdur. Belə ki, Iddiaçı 2017ci ildə114. komendant Müşfiq Nəcəfovdan seyf qapı alaraq, həmin binada fəhlə işləyən Ruhid Şahverdiyev vasitəsilə 11-ci mərtəbəyə qaldırılmış (lift işləmədiyindən Ruhid başqa bir fəhlə ilə pilləkənlərlə qaldırmışdı) və quraşdırmışlar. Pandemiyadan sonra mənzilini təmir etdirmək istəyən İddiaçı qapının dəyişildiyini görmüşdür. Qapını quraşdıran Ruhid qeyd edilənləri şahid qismində məhkəmədə səsləndirmişdir. Hörmətli Kollegiya, qeyd edilən tarixədək mənzil qapısız olmuşdur. cavabdehin ifadələri qeyd edilən faktla ziddiyyət təşkil edir.
115. Cavabdeh 3 mənzil aldığını bildirir. Lakin 2 mənzilin təhvil verilməsi barədə MMC-yə qarşı iddia qaldırır 3-cü müqavilə üzrə qaldırmır. Tez-tez məhkəmədə yaranmış sistuasiyaya uyğun fikirlərini dəyişən cavabdeh 3-cü müqavilədə mübahisə olmadığını bildirir. Mənzil İddiaçı olduğu halda, qapı bağlı olduğu halda, necə ola bilərdi ki, cavabdeh həmin mənzilə daxil olsun. Nə üçün digər məhkəmə aktlarında qeydlər olmamışdır?
116. Ali Məhkəmənin 2(102)- ****/**** saylı, ## ###### 2019-cu il tarixli qərarı ilə cavabdeh2 müqaviləsi etibarsız hesab edilməklə ona kompensasiya tələb etmək hüququ tanınmışdır. Maraqlısı odur ki, cavabdeh2 147 və *** saylı müqavilələrlə əldə etdiyi mənzilləri itirdiyinə görə cavabdeh1 MMC-yə qarşı kompensasiya tələbi ilə hər hansı bir iddia qaldırmamışdır. ???? Səbəb MMC-nin yeni rəhbəri (audit aktındakı siyahıda adı olan və evini rahatlıqla əldə edən) təbiətcə sakit, gec-gec evinə baxmağa gələn, davakar olmayan “qurbanı”n evini cavabdehə vermişdir. Mənfəəti nə olmuşdur?
117. Ali Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə müqavilənin əslini tələb etmişdir. Cavabdehin nümayəndəsi müqavilənin əslinin Bakı Inzibati Məhkəmədəki iş də olduğunu bildirmişdir. Məhkəmə həmin işi tələb etmiş və baxış keçirmişdir. Lakin həmin işdə də müqavilənin əsli və ya təsdiq edilmiş surəti olmamışdır. Eyni zamanda, həmin işdə cavabdehin müqavilənin əslinin geri qaytarılması barədə cavabdehin müraciəti olmamış və belə bir geri qaytarmanı təsdiq edən hər hansı bir sübut olmamışdır. Tələbimiz üzrə sədrlik edən müqavilənin əslini tələb etmiş, lakin cavabdeh verə bilməmişdir. Sədrlik edən müqavilənin əslinin yenidən tələb edilməməsi üçün iclasda iddiaçının nümayəndəsinə “əsli yoxdur da” “verə bilmir, neyləyək” deməklə bu məsələyə münasibət bildirmişdir. Lakin qətnamədə tam tərsinə mövqe nümayiş etdirmişdir. Anlaşılan deyil.
118. Məhkəmə cavabdehin bir-birindən fərqli 2 kserokopiya müqavilələri hansı əsasla sübut kimi qəbul etdiyi qətnamədə əsaslandırılmamışdır. Məhkəmənin qətnamədə cavabdehə aid müqavilələrə “kserokopiya”, “kserosurət” “surət” ifadəsini yazmaması və yalnız ekspert rəyinə istinad edərkən ekspertin rəyini qeyd etdiyi hissədə məcbur qalıb qeyd etməsi ciddi narahatedici haldır. Korrupsiyaya qarşı Mübarizə Idarəsi tərəfindən keçirilən audit rəyində və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- ***/** saylı, ##.##.2015-ci il tarixli hökmündə əks olunmuş faktlara hüquqi qiymət vermədiyindən qətnaməni yalnış əsaslandırmışdır. Məhkəmə şahidlərin dindirilməsi barədə 3 vəsatətlərini təmin edib şahidləri dindirmişdir. Lakin məhkəmə qətnaməsində yalnız 1 şahidin ifadəsi yer almışdır. Nə üçün məhkəmə digər 2 şahidin ifadələrini qətnaməyə əlavə etməmiş və hüquqi qiymət verməmişdir? Nə üçün məhkəmə iddiaçının xeyrinə olan sübutları məhkəmə qətnaməsinə əlavə etməkdən çəkinmişdir??? Üçüncü şəxs tərəfindən cəlb edilən, şəxsiyyət vəsiqəsi olmamasına baxmayaraq Rusiya vətəndaşı X6 alğı-satqısı ilə (makler) məşğul olduğunu, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mənzil almaq istəyən zaman tanıdığını bildirsə də fəaliyyət göstərdiyi ofisinin olmadığını, evdən fəaliyyət göstərdiyini, vöeni olmadığını, mübahisəli mənzili “bina.az” saytından tapdığını bildirmişdir. Şahidin verilən suallarla cavabları arasında əhəmiyyətli dərəcədə ziddiyyət olduğu halda qətnamədə fərqli qeyd edilmişdir. Həmin iclasın audio-videosuna baxılmasını xahiş edirik. Cavabdeh tərəfindən dəvət edilən şahid cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində özünün ilkin alıcılardan olduğunu, mənzilinin audit siyahısında olduğunu, iddiaçı kimi zərərçəkmişlərin siyahısında olduğunu bildirmişdir. Cavabdehin şahidinin ifadəsi cavabdehin əleyhinə olduğundan həmin ifadəyə də hüquqi qiymət verilməmişdir.
119. Apellyasiya instansiyası məhkəməsində ilkin olaraq kollegiya tərkibi aşağıdakı hakimlərdən ibarət idi sədrlik edən Günay Axundova hakimlər: Fərrux Qasımov, Xəyal Sarıyev. Daha sonra sədrlik edən Günay Axundova hakimlər: X11 Musayeva. Daha sonra sədrlik edən Günay Axundova hakimlər: Vahid Sadıqov, Cəmilə Musayeva. Son 2 iclasda isə sədrlik edən Günay Axundova, hakimlər: Leyla Əliyeva, Təranə Mahmudovadan ibarət tərkibdə baxılmışdır ki, sonuncu tərkibin uzun müddət davam edən işlə tanış olması sual doğurur (Bax audio-video).
120. Məhkəmə qətnamənin 94-cü bəndində qeyd edir ki, “iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir”. Məhkəmə Ekspertizası Mərkəzi kserokopiyaya rəy verməsi qanunvericiliyin tələblərinə zidd olsa da Ekspert hesab edir ki, cavabdehin *** nömrəli müqaviləsindəki müqavilənin (möhürsüz) kserosurətində “Icraçı” qrafasında əks olunmuş imzanın – X8 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmadı(Əhmədov Islah cavabdehi tanımadığını, imzanın ona məxsus olmadığını bildirmişdir). Eyni zamanda Ekspert hər iki ksreosurət müqavilələrdə, möhürlü və möhürsüz müqavilələrdə olan imzalarda və müqavilələrdə fərqliliklər olduğunu qeyd edilmiş, reproqrafik surətləri öz aralarında eynilik təşkil etmədiyini bildirmişdir. Bundan başqa ekspert təhqiqatının nəticə hissəsində (3-cü bənd) qeyd edir ki, tədqiq edilmiş ## ###### 2003cü il tarixli *** nömrəli möhürlü müqavilənin üzərində “14” rəqəminin altında əlavə cizgilər var. Lakin müqavilə reproqrafik surət olduğu üçün həmin rəqəmin yerləşdiyi hissədə əlavə cizginin məzmununu müəyyən etmək mümkün olmamışdır (Diqqət: ekspert möhürlü müqavilədə mübahisəli mənzilin mərtəbəsini 14 göstərmişdir). Lakin məhkəmə ekspertizanın yuxarıda qeyd edilənləri qətnamədə əks etdirsə də tamamilə fərqli nəticə çıxarmışdır. Məhkəmə iddiaçının xeyrinə olan bu sübutları cavabdehin xeyrinə olan sübut kimi göstərməyə çalıması anlaşılan deyil. Göründüyü kimi məhkəmə ekspert rəylərində olan ziddiyyətləri aydınlaşdırmamış, sadəcə kserosurət müqavilədə alıcı qrafasında olan imzanın cavabdeh2 çıxmasını əsas götürərək diqqəti sadəcə həmin hissəyə yönəltmişdir. cavabdeh2 izahatında Anar adlı şəxslə müqavilə bağladığını və müqaviləni Abdulla müəllimin ofisində bağladığını, müqavilədə möhürün olduğunu və Anarı MMC-nin müdiri kimi təqdim etdiklərini bildirmişdir”. Cavabdeh cavabdeh2 məhkəmə iclasında açıq-aşkar etiraf etsə də məhkəmə bu faktı da nəzərə almamışdır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin işi hərtərəfli araşdırmaq barədə verdiyi göstərişlərə tam əməl etməmiş, işi və təqdim edilmiş sübutları tam və hərtərəfli araşdırmamış, məhkəmə qətnaməsini tərtib edən zaman isə yalnız cavabdeh cavabdeh2 tərəfindən çıxış edərək tərəfimizdən təqdim edilmiş sübutlara münasibət bildirməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
121. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
122. Cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi vəkil2 da kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
123. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
124. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
125. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
126. Maddə 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.
127. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
128. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
129. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
130. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
131. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
132. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
133. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
134. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
135. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
136. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
137. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
138. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
139. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
140. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
141. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
142. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
143. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
144. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
145. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
146. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
147. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
148. Məhkəmə kollegiyası kassasiya şikayətinin üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2la cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vicdanlı olmaması barədə dəlilləri ilə əlaqədar bildirir ki, həmin məsələlər hazırkı iş üzrə iddianın araşdırma predmetinə daxil deyil.
149. Məhkəmə kollegiyası kassasiya şikayətinin vəsatətləri üzrə dindirilən 2 şahidin ifadələrini qətnaməyə əlavə etmədiyi və hüquqi qiymət vermədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin 06 fevral 2025-ci il tarixli məhkəmə iclasının protokolu (IV cild, iş v. 73-78) ilə təsdiq edilir ki, iddiaçının nümayəndəsinin vəsatəti əsasında X24 və X3 şahid qismində dindirilmişlər və verdikləri ifadələr də protokolda əks etdirilmişdir. Kassasiya kollegiyası tərəfindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılarkən belə qənaətə gəlinmişdir ki, məhkəmə həmin ifadələri iddianın əsaslı olub-olmaması baxımından əhəmiyyətli olmamasına görə öz qətnaməsində əks etdirməmişdir.
150. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxan son məhkəmə tərkibinin işlə tanış olmasının sual doğurduğu barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil formal mülahizə kimi qiymətləndirir. Belə ki, məhkəmə tərkibinin işlə tanış olmadığını təsdiq edən sübutlar mövcud deyil.
151. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etmiş, işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
152. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
153. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
154. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir