Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-68/2026 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlətin Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasdan məcburi paydan imtinanın etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi və çıxarışın ləğv edilməsi, etibarsız hesab edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlətin Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mirasdan məcburi paydan imtinanın etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi və çıxarışın ləğv edilməsi, etibarsız hesab edilməsi və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1250/2025 nömrəli, 2025-ci il 7 oktyabr tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X27 13 fevral 2007-ci ildə vəfat etmişdir.
2. X16 harada yerləşməsindən və n ədən ibarət olmasında asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən evini qızı Cavabdeh2 vəsiyyət etmişdir.
3. RİHB-nın Xaçmaz şəhər İƏV-də nümayəndəsinin 17 avqust 2010-cu il tarixli, 133 nömrəli arayışına əsasən X1 13 fevral 2007-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: İddiaçı1, X4, İddiaçı4, X6, İddiaçı2 və Cavabdeh2.
4. Cavabdeh2 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ4035 reyestr nömrəli ərizədən müəyyən edilir ki, Cavabdeh2 anası X7 miras qalmış əmlaka (ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və ev) qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. İddiaçı1 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ-4051 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı1 anası X8 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
5. X6 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ-4049 reyestr nömrəli ərizədən müəyyən edilir ki, X6 anası X8 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
6. İddiaçı3 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ4050 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı3 anası X8 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
7. İddiaçı2 oğlu tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ-4053 reyestr nömrəli əri zədən müəyyən edilir ki, İddiaçı2 oğlu anası X8 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.
8. İddiaçı4 tərəfindən Xaçmaz Notariat kontoruna verdiyi 10 mart 2019-cu il tarixli, 8İ4518 reyestr nömrəli ərizədən müəyyən edilir ki, İddiaçı4 anası X8 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. 9. 10 mart 2019-cu il tarixli, reyestrdə 7E-2286 nömrə ilə qeyd edilmiş etibarnamənin surətindən müəyyən edilir ki, Xaçmaz rayon 1 saylı notariat ofisində rəsmiləşdirilməklə Cavabdeh2 bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, o cümlədən bütün Banklar və onların filiallarında, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyinin bütün ərazi idarələrində, notariat ofislərində,notariat arxivində, ƏMDK-si yanında DƏDRX-nin ərazi idarələrində, DSMF-da, Asan Xidmət Mərkəzlərində, Azərbaycan Respublikası ərazisində yerləşən bütün Universitetlərdə,Təhsil müəssisələrində, Mənzil İstismar Sahəsində, Qeydiyyat, Nikah, Arxiv İdarələrində, VVAQ şöbələrində, Dövlət Miqrasiya Xidmətində, DSMF, ƏSMM, bütün Sığorta Şirkətlərində onu təmsil etməyi, sənədləri rəsmiləşdirməyi, zəruri sənədləri imza etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank əməliyyatları aparmağı, poçt, telegraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, sənədləşdirmə işlərini aparmağı, zəruri arayış və sənədləri toplamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan ona çatası sənədləri, arayışları, çıxarışları almağı, dövlət rüsumlarını ödəməyi, sənədləri imza etməyi, sənədləri təqdim etməyi və almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, nümayəndəsi olmağı İddiaçı1 100 il müddətinə etibar etmişdir. 10. 30 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0346 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 60.30 kv.m. olan fərdi yaşayış evinin tam hissədə hüquqi sahibi X11r.
11. Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X8 vəsiyyət üzrə vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X12 verilmiş **********40- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 hə torpaq torpaq sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019cu il tarixdə X12 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv.m. olan fərdi yaşayış evindən ibarətdir.
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06 sentyabr 2024-cü il tarixli, 3-21- 334/29646/2024 saylı məktubunun surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Xaçmaz rayon Notaria t Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə əsasında Cavabdeh2 adına vərəsəlik olunmuş, sonuncunun adına 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların adından ünvan 4 ünvanlanmış mirasdan məcburi paydan imtina barədə xx.xx.2019-cu il tarixli ərizələrin etibarsız hesab olunması, Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, **** ****** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və mərhum anaları X5 miras qalmış ünvan 1 ünvanında yerləşən 60.30 kv.m. fərdi yaşayış evi və onun yerləşdiyi 0.0346 ha torpaq sahəsindən iddiaçılara düşən məcburi payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mərhum anaları X16 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Analarının ölümündən sonra ünvan 2 ünvanda yerləşən şəxsi yaşayış evi miras əmlak olaraq, onlaravərəsələrə qalmışdır. Qeyd olunan şəxsi yaşayış evində vərəsələrdən o, İddiaçı1 və onun ailə üzvləri daimi yaşayış qeydiyyatında olsalar da, bu ev bütün vərəsələrin ümumi istifadəsində olmaqla, istənilən vaxt ata-ana yurdu kimi bütün vərəsələr evə maneəs iz gəlib-getmiş və bu ev hamının birgə istifadəsində olmuşdur. Analarının vəfatından sonra sözügedən yaşayış evinin vərəsəlik qaydasında sənədləşdirilməsi bir müddət qalmış, lakin bütün vərəsələr arasında belə bir ilkin razılaşma olmuşdur ki, analarından miras qalmış ev, hazırda Rusiya Federasiyasında yaşayan kiçik qardaşları İddiaçı2 oğlunun adına sənədləşdirilsin. Analarının vəfatından xeyli müddət keçdikdən sonra evin vərəsəlik qaydasında sənədləşdirilməsi məsələsi gündəmə gələrkən, kiçik bacıları Cavabdeh2 onlara bildirmişdir ki, ev mərhum anaları X16 tərəfindən ona 2001-ci ildə notarial qaydada vəsiyyət edilmişdir. Analarının belə bir vəsiyyət etməsindən yalnız bundan sonra xəbərləri olmuş və buna da analarının sağlığındakı iradəsi kimi hörmətlə yanaşmışlar. Bundan sonra kiçik bacılar ı Cavabdeh2 onlara bildirmişdir ki, Bakıda özünə ev almaq istəyir və əgər bu işdə ona maddi köməklik göstərsələr, özünə aid vəsiyyətnamə ilə ona keçən hissədən qardaşı İddiaçı2 xeyrinə imtina edər və hamının razılığı əsasında evi kiçik qardaşı Eldarın adına sənədləşdirər. Onlar, ona inanaraq, bu təkliflə razılaşmış və həmin vaxt maddi imkanları olmadığından böyük bacıları İddiaçı3 iş yoldaşı X10 adına 20.000 ABŞ dollarında borc alaraq, həmin vəsaiti özünə ev almaq məqsədilə Cavabdeh2 vermişlər. Qeyd olunanları İrina Qapolnovanın özü və bu razılaşmanın şahidləri olan X20, X21 və X13 adlı şəxslər də təsdiq edə bilərlər. Bu razılaşmadan bir müddət sonra onlar evin vərəsəlik qaydasında sənədləşdirilməsinə başlamışlar. Lakin fikirləşmişlər ki, madam ki, evin yarısı artıq vəsiyyət əsasında kiçik bacıları Cavabdeh2 məxsusdur, onda həmin evdən onlara çatası məcburi paydan Nazilənin xeyrinə imtina edərək, əvvəlcə evi onun adına mülkiyyət hüququ ilə qeydə aldırsınlar, sonra isə həmin evi Nazilənin adından kiçik qardaşları Eldara bağışlama müqaviləsi əsasında versinlər. Bundan sonra aralarındakı razılaşmaya görə bütün vərəsəlik işinin aparılması, çıxarışların alınması və razılaşmadan irəli gələn bütün əqdlərin bağlanmasına dair Cavabdeh2 tərəfindən böyük qardaşları İddiaçı1 adına xx.xx.2019-cu il tarixli, 100 illik müddətə olan baş etibarnamə verilmişdir. Göstərilən etibarnamə əsasında o, İddiaçı1, bacısı Nazilənin adından nəzərdə tutulan vərəsəlik işini aparmış, mərhum anasının və Nazilənin adına çıxarışların alınması ilə bağlı bütün hərəkətləri yerinə yetirmiş və tələb olunan rüsum və digər xərclərini ödəmişdir. Nəhayət 2019-cu ilin noyabr ayında o, X17 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı alaraq özündə saxlamışdır. Bundan sonra evi kiçik qardaşı İddiaçı2 oğlu adına sənədləşdirilməsi məsələsi ortaya çıxarkən bəlli olmuşdur ki, qardaşı Rzayev X15 Federasiyası vətəndaşı olduğundan mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə onun adına qeydə alınması mümkün deyil. Bundan sonra onlar öz aralarında belə bir fikirə gəlmişlər ki, kiçik qardaşları Eldar Rusiya Federasiyası vətəndaşından ç ıxaraq, Azərbaycana qayıtdıqdan və Respublika vətəndaşı əldə etdikdən sonra, həmin evi bağışlama müqaviləsi əsasında Eldarın adına keçirsinlər. Həmin vaxtdan hal-hazıra kimi də aralarındakı razılaşmaya uyğun olaraq, yaşayış evi formal olaraq, mülkiyyət hüququ ilə kiçik bacıları Cavabdeh2 adında qalmışdır. Lakin bu yaxınlarda, təqribən 1 ay bundan öncə onlara bəlli olmuşdur ki, bacıları Cavabdeh2 əslində onları aldatmış, analarından miras qalan fərdi yaşayış evini ona olan inamlarından sui-istifadə edərək ələ keçirtmişdir. Belə ki, o, onlardan xəbərsiz İddiaçı1 və digər ailə üzvlərinin qeydiyyatdan çıxarılmasına dair əvvəlcə polis şöbəsinə, daha sonra isə dediyinə görə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, eləcə də həyətdə yerləşən onlara məxsus avtomaşın və əşyaları evdən və həyətd ən çıxarmışdır. Yalnız bundan sonra onlara məlum olmuşdur ki, Cavabdeh2 aralarında olan razılaşmanı pozaraq, onları aldatmışdır. Göründüyü kimi Cavabdeh2 yaxın qohumluq münasibətlərindən və ona olan inamlarından sui-istifadə edərək, analarından miras qalmış evdə olan, məcburi paylarından onun xeyrinə imtina olunmasına nail olmuş və adına vəsiyyət üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə alaraq, bu şəhadətnamə əsasında mübahisəli evə dair adına mülkiyyət hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır.
15. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsı z sayılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydin ləğv edilməsi, mərhum X3 miras qalmış ünvan 5 ünvanında yerləşən 60.30 kv.m. fərdi yaşayış evi və onun yerləşdiyi 0.0346 ha torpaq sahəsindən iddiaçılara düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə qarşı etiraz ərizəsi verərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edirlər ki, anaları öləndən sonra bütün vərəsələr razılığa gəlmişlər ki, evi kiçik qardaşları İddiaçı2 adına keçirsinlər. Lakin sonra isə qeyd edirlər ki, uzun müddətdən sonra evi sənədləşdirmək üçün h ərəkətə keçmək istədikdə Cavabdeh2 vəsiyyətnaməni üzə çıxartdı. Bu iki ifadə arasındakı ziddiyyəti var. Əgər bütün vərəsələr evi Eldarın adına keçirmək barədə razı idilərsə niyə Cavabdeh2 vəsiyyətnamə barədə o zaman məlumat vermirdi? Əgər Cavabdeh2 onlardan hər hansı bir məlumatı gizlədirdisə evi qardaşı İddiaçı2 adına keçirmək istədikləri halda niyə Cavabdeh2 inanıb Notariat ofisində sözügedən ərizələri təsdiq edirdilər? Bütün bu ziddiyyətlər onu göstərir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. İddia ərizəsi hazırlanarkən düşünülmüş və uydurulmuş ifadələrdən istifadə edilib. Bundan başqa iddia ərizəsində qeyd edirlər ki, “Bacıları Solmazın iş yoldaşı X19 adına 20.000 ABŞ dollarında borc alaraq, həmin vəsaiti özünə ev almaq məqsədilə Cavabdeh2 veriblər. ” İddiaçıların bu ifadələri də həqiqəti əks etdirməyən ifadədir, iddiaçılar özləri bildirirlər ki, onlar həmin dövrdə çox mehriban bacı-qardaş olublar. Cavabdeh2 iddiaçılardan 20000 ABŞ dolları pul almışdırsa niyə özünə ev almayıb. Bundan başqa iddia ərizəsində qeyd edirlər ki, hamısı evə gedib-gəlmişlər. Bəs niyə notariat ofisində verdikləri ərizədə hər bir iddiaçı qeyd edir ki, analarından qalan miras əmlakı nə faktiki qəbul etmişlər, nə də notariat orqanına müraciət etməklə qəbul etmişlər. İddiaçı tərəfin təqdim etdiyi Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da qeyd edilmişdir ki, X8 ölümündən sonra evi və təsərrüfatı qızı Cavabdeh2 idarə edir. Həmin arayışın verilməsindən isə bütün iddiaçıların xəbəri olmuşdur. İddia ərizəsində iddiaçılar özləri qeyd edirlər ki, Cavabdeh2 Adilə etibarnamə vermişdir ki, notariat işinin aparılmasında Nazilə xanımın adından iştirak etsin. Bu ifadədən göründüyü kimi deməli bütün iddiaçılar notariat ofisində sərbəst şəkildə ərizə verməklə miras əmlakı faktiki olaraq qəbul etmədiklərini qeyd etməklə yanaşı icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan xəbərləri olmuşdur. Cavabdeh2 Xaçmaz rayonunda yaşayan qardaşı İddiaçı1 verdiyi etibarnamənin məqsədi isə Cavabdeh2 Bakı şəhərində yaşadığı üçün sənədləşmə işlərinin daha çevik həyata keçirilməsi olmuşdur. İddiaçılar qeyd edirlər ki, son günlərdə xəbərləri oldu ki, Cavabdeh2 onları aldadıb. Əgər iddiaçılar ilə cavabdeh arasında iddia ərizəsində qeyd edilən formada bir razılaşma var idisə və etibarnamə həqiqətən iddia ərizəsində qeyd ed ilən məqsəd üçün verilmişdirsə niyə həmin etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv edilən zamandan bu günədək iddiaçılar cavabdehə hər hansı bir etiraz bildirməmiş və yaxud məhkəməyə müraciət etməmişlər. Lakin etibarnamə ləğv edilən zaman notarius tərəfindən və cavabdeh tərəfindən zənglə İddiaçı1 bu barədə məlumat verilmişdir. Ümumiyyətlə Azərbaycan Respublikasının notariat ofislərində formalaşmış təcrübəyə və qanunvericiliyin tələbinə əsasən etibarnamə ləğv edilən zaman etibarnamə verilmiş şəxsə mütləq məlumat verilir ki, artıq həmin etibarnamədən istifadə etməklə hər hansı hərəkət etməsin. Bu tələbə sözügedən etibarnamə ləğv edilən zaman da riayət edilmişdir. Notarial qaydada təsdiq edilmiş ərizələrində mərhum X25 Rzayevadan başqa digər birinci dərəcə vərəsələri analarından miras qalmış əmlakı faktiki və notariat ofisinə müraciət etməklə qəbul etmədiklərini qeyd edirlər. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da qeyd edilir ki, ev Nazilə Rzyeva tərəfindən idarə olunur. Tərəflərin mərhum anaları Dürrət Rzayeva rəhmətə gedən zaman (2007-ci il) və vərəsəlik haqqında şəhadətnamə verilən zaman (2019-cu il) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1246cı maddəsi və 1273-1-ci maddələri qüvvədə olmuşdur. Vərəsənin susması adlanan MM-in 1273-1 -ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi Mülki Məcəllənin müva fiq maddələrinə əsasən hər hansı vərəsə miras əmlakı qəbul etmədikdə pay əmlakı qəbul etmiş vərəsələrə keçir. İddiaçıların özləri tərəfindən tərtib edilmiş notariat qaydasında təsdiq edilmiş ərizələrdən görünür ki, iddiaçıları özləri etiraf edirlər ki, analarından qalmış əmlakı nə faktiki və də formal olaraq qəbul etməmişdirlər. Bu hallar onu göstərir ki, nümayəndəsi olduğu cavabdehin adına verilmiş vərəsəlik haqqında şəhadətnamə qanuni əsaslarla verilmişdir və onun ləğv edilməsi və yaxud etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəməyə və yaxud iddiaçı tərəfə sual yarana bilər ki, axı artıq Mülki Məcəllənin 1246-cı maddəsi və 1273-1-ci maddəsi qüvvədə deyil. Bununla bağlı qeyd etmək istəyir ki, həmin qanun normaları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 dekab r 2023-cü il tarixli qərarı əsasında ləğv edilmişdir. Həmin qərarda isə qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməs inədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi həmin normaların ləğv edilməsinin nəticələri 26 dekabr 2023-cü il tarixədən yaranmış vərəsəlik münasibətlərinə və həmin tarixədək məhkəmələrin icraatında olan işlərə şamil edilə bilər. Lakin hazırda baxılan iş üzrə vərəsəlik münasibəti 26 dekabr 2023-cü il tarixdən əvvəl yaranmışdır və mübahisə isə 26 dekabr 2023-cü il tarixdə məhkəmənin icraatında olmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırki mübahisəyə vərəsəlik münasibətləri yaranan vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı və 1273-1-ci maddələri tətbiq edilməlidir. Digər məsələ ondan ibarətdir ki, iş materiallarında olan iddiaçılar tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdə qeyd edilmişdir ki, miras əmlakdan imtina ed irlər. Ərizənin məzmununda həmin cümlədən əvvəl qeyd edirlər ki, miras əmlakı qəbul etməmişlər. Düzdür bu hal iddiaçılar artıq miras əmlakı faktiki qəbul etmədiklərinə görə miras əmlakdan imtina etmək barədə iradə ifadəsini etibarsız edir. Bundan başqa isə imtina barədə ərizə Mülki Məcəllənin 1256- cı maddəsinə əsasən miras açıldığı andan 3 ay ərzində verilə bilər. Qeyd edilən ərizələrin məcburi paydan imtina hissəsində etibarsız hesab edilsə belə, əlavə olaraq Mülki Məcəllənin 1268-ci maddəsində qeyd edilmişdir ki, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıl a bilər. Hesab edir ki, işin həqiqi faktiki halının əksini düşünərək iddia ərizəsində qeyd edilənləri qəbul etsə belə həmin maddə qeyd edilən müddət iddiaçılar tərəfindən ötürülmüşdür. Göründüyü kimi həm müddət həmin miras əmlakın qəbul edilməsi ilə bağlı mübahisə həm də miras əmlakdan imtina ilə bağlı mübahisə üzrə iddiaya müddət müəyyən edir. İddiaçılar isə həm məcburi payı qəbul etdiklərini iddia etməklə mirasın qəbul edilməsini mübahisələndirirlər, həm də məcburi paydan imtina hissəsini mübahisələndirirlər. Tərəflər doğma bacı-qardaşdırlar. Valideynlər tərəfindən cavabdehdən başqa digər bacı qardaşa ev alınmış və kifayət qədər maddi dəstək göstərilmişdir. Cavabdehə isə anası tərəfindən sözügedən ev miras qalmışdır. İddiaçı2 mülkiyyətində Cavabdeh2 ilə paylı mülkiyyət olmaqla Rusiya Fed erasiyasında da kotec vardır. Cavabdeh2 iddiaçıların və ailə üzvlərinin çoxsaylı problemlərinin həlli ilə məşğul olmasına baxmayaraq son vaxtlar təzyiqlərə məruz qalmışdır. Belə ki, cavabdehin bildirməsinə görə İddiaçı2 (Həqiqət bacısı ilə) Rusiyadan erməni əsilli şəxslər vasitəsilə öz bacısı Cavabdeh2 zəng etdirərək hədə qorxu gəlmiş, Cavabdeh2 əlindən bütün əmlaklarını bu yolla çıxarmaq istəmişdir. Cavabdeh2 iş yerinə sonuncunu gözdən salmaq məqsədi daşıyan müraciətlər etmişdir. Digər iddiaçılar tərəfindən də müxtəlif təzyiqlərə məruz qalmış bu cür hərəkətlər Cavabdeh2 ləyaqətli bir insan, bir bacı, bir azərbaycanlı xanım kimi dərindən sarsıtmış, mənəvi əzablar çəkməsinə gətirib çıxarmışdır.
17. Xaçmaz Rayon Məhkəməsinin (hakim Nərmin Abiyeva)xx.xx.2025-ci il tarixli, 2(067)817/2025 sa ylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeydin (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməsi, İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3, İddiaçı4 və X2 anaları X5 miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X12 verilmiş **********40-10301 reyestr nömrəli, **** ****** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X12 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv.m. olan fərdi yaşayış evinə münasibətdə 1/12 hissəsinə məcburi paylarının müəyyən edilməsi, X8 vəsiyyət üzrə vərəsəsi olan Cavabdeh2 anasından miras qalan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X12 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq torpaq sahəsinə və ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X12 verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv/m olan fərdi yaşayış evinə münasibətdə 7/12 hissəsinə payının müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 vəsiyyət edən X8 birinci növbəli vərəsələri olduğundan vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Belə olan halda iddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 tələbi üzrə vərəsəlik hüquqları bərpa olunmalıdır.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İ ddiaçı2 oğlu, İddiaçı3 və İddiaçı4 10 mart 2019-cu il tarixdə Xaçmaz Notariat kontoruna ərizə yazaraq 13 fevral 2007-ci il tarixdə vəfat etmiş anaları X5 qalan mirasdan imtina etsələr də, məhkəmə həmin ərizənin miras açıldığı gündən 3 ay müddət ərzində yazılmadığına görə hüquqi əhəmiyyətinin olmadığı qənaətinə gəlmişdir.
20. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar anaları X5 miras qalan qızıl-zinət əşyalarına anaları vəfat etdiyi gündən hal-hazıra kimi sahiblik edirlər. Bundan əlavə İddiaçı1 anasından miras qalmış evin anasının vəfatından sonra kommunal xərclərini ödəmiş və bununla bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Həmçinin hazırkı iş üzrə dindirilmiş şahid ifadələrindən müəyyən edilmişdir ki, anasının vəfatından sonra həmin evdə İddiaçı2 yaşamışdır. Buradan belə nəticəyə gəlinir k i, vərəsələr mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqlarından, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, onlar, mirası tamamilə qəbul etmiş sayılırlar.
21. Məhkəmə bildirmişdir ki, tərəflərin izahatlarından və iş materiallarına əlavə edilmiş 10 mart 2019-cu il tarixli etibarnamədən müəyyən etmək olur ki, Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir.
22. Məhkəmə Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilmiş işin halları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı3 və İddiaçı4 anaları X5 miras qalmış əmlakı faktiki qəbul etdikləri, habelə onlar (iddiaçılar) və hazırkı işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs, birinci dərəcəli vərəsə X9 vəsiyyət edən X8 birinci növbəli vərəsələri olduğundan vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları olduğu müəyyən edildiyindən vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməli və Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2019-cu il tarixli, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş şəhadətnamə ləğv edilməlidir.
23. Məhkəmə iddianın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ca vabdeh2 adına aparılmış qeydin ləğv edilməsi tələbi ilə bağlı onu qeyd etmişdir ki, Cavabdeh2 10 mart 2019-cu il tarixdə anası X5 qalan mirası qəbul etmiş və 21 oktyabr 2019-cu il tarixdə öz adına Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra həmin şəhadətnamə əsasında adına 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06 snetyabr 2024-cü il tarixli, 3-21-3-34/29646/2024 saylı məktubu). Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq Cavabdeh2 adına verilmiş 21 oktyabr 2019-cu il tarixli, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu isə o deməkdir ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənəd (21 oktyabr 2019-cu il tarixli, Xaçmaz rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş, reyestrdə 2V-1421 nömrə ilə qeyd edilmiş Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) məhkəmə qaydasında mübahisələndirilmiş və sonuncunun ləğv olunması qənaətinə gəlinmişdir. Belə olan halda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına aparılmış qeyd (Cavabdeh2 adına verilmiş 04 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməlidir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146,1151.1, 1151.2, 1159.1,1159.1.1, 1193, 1195, 1243.1, 1243.2, 1243.3, 1246,1256-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına, Notariat haqqında Azərbaycan Respublikasının Qanunu 59,60-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh2 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd edir ki, “məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar anaları X5 miras qalan qızılzinət əşyalarına anaları vəfat etdiyi gündən hal-hazıra kimi sahiblik edirlər.” O, Cavabdeh2 vəkili olaraq bütün məhkəmə iclaslarında iştirak etmiş, lakin məhkəmə iclasında elə bir halın müəyyən edilməsinin şahidi olmamışdır. Anadan qalan qızıl-ziynət əşyaları ilə təkcə İddiaçı3 fikir bildirmişdir. O isə bildirmişdir ki, anadan qalan qızıl-zinət əşyaları qardaşı İddiaçı2 verilmişdir. Məhkəməyə təqdim edilmiş qızıl-zinət əşyaları isə məhkəmə tərəfindən tədqiq edilməmiş, həqiqətən anadan qalmış qızıl-zinət əşyaları olması araşdırılmamışdır. Nədənsə məhkəmə iddiaçıların dedidiyi hər sözə şübhəsiz inanmışdır. İddiaçıların sözlərini qanunun tələbindən belə üstün tutmuşdur. Qeyd edilən hal məhkəmənin qətnaməsinin qanunsuz və ədalətsiz olduğunu sübut edən digər bir haldır. Bundan başqa məhkəmə qətnamədə qeyd edir ki, “İddiaçı1 anasından miras qalmış evin anasının vəfatından sonra komunal xərclərini ödəmiş və bununla bağlı qəbzləri məhkəməyə təqdim etmişdir.” Məhkəmə həmin qəbzlərin hansı tarixləri əhatə etməsinə əhəmiyyət verməmişdir. İddiaçılar qeyd edirlər ki, İddiaçı2 həmin evdə yaşamışdır. Evdə əgər həqiqətən İddiaçı2 yaşayırdısa, niyə kommunal xərcləri İddiaçı1 ödəyi rdi? Məhkəmə araşdırması zamanı tam müəyyən edilmişdir ki, İddiaçı1 özünün ailəsi ilə birlikdə yaşadığı başqa bir mənzili vardır və həmin evdə yaşayır. Tərəflərin anaları Dürrət Rzayeva rəhmətə gedən də İddiaçı1 evində rəhmətə getmiş və yas mərasimləri də həmin evdə verilmişdir. Əgər iddiaçılar həqiqətən qeyd edilən evi də miras kimi qəbul etsəydilər, elə analarının yas mərasimlərini həmin evdə verərdilər. İddiaçı2 ümumiyyətlə anasının evində yaşamadığı halda və məhkəmə iclasında həmin evdə yaşamağa başlaması ilə bağlı müxtəlif illər bildirməsinə baxmayaraq məhkəmə yenə də iddiaçıların qeyd etdiyi yanlış ifadələri yoxlamadan digər sübutlarla işin faktiki halları ilə uzlaşdırmadan nəzərə almış, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş dir ki, anası rəhmətə gedən zaman İddiaçı2 yas mərasimlərində iştirak etməmiş, ümumiyyətlə uzun müddət Azərbaycan Respublikasına gəlməmişdir. Bu hallar məhkəmə iclaslarında müəyyən edildiyi halda məhkəmə bu cür həqiqi hallara toxunmaqdan çəkinir, iddianın təmin edilməsini qanuniləşdirən lakin həqiqəti əks etdirməyən ifadələri qeyd edir. Etibarnamənin tək məqsədi təmsilçilikdir. Lakin məhkəmə qətnamədə qeyd edir ki, “Cavabdeh2 qardaşı İddiaçı1 100 illik etibarnamə verməklə öz iradə ifadəsini bildirmiş hesab edilir”.. Cavabdeh2 iradə ifadəsini müqavilə şəklində ifadə etməsinə mane olan hal nə idiki etibarnamə verirdi? Məhkəmə qətnaməsində etibarnamə ilə Cavabdeh2 nə ilə bağlı iradə ifadəsini bildirmək istəməsini də qeyd etməmişdir. Axı etibarnamənin tək məqsədi təmsilçilikdir. Etibarnaməyə m əhkəmə tərəfindən başqa don geyindirməsi hansı məqsəd daşıyır məlum deyil. Məhkəmə nədənsə bu halların heç birini araşdırmaq zərurəti hiss etməmişdir. Cavabdeh2 qeyd edilən etibarnaməni bütün əmlakları ilə bağlı vermişdir, təkcə hazırda mübahisəli olan evlə bağlı verməmişdir. Məhkəmə iclasında izahatında bunun səbəbini də Cavabdeh2 Bakı şəhərində yaşaması, qardaşı İddiaçı1 isə Xaçmazda yaşaması və sənədləşmə işlərinin daha çevik və operativ həll edilməsi, Cavabdeh2 aid olan zəruri sənədlərin daha çevik, özünün iştirakı olmadan əldə edilməsinin təmin edilməsi məqsədi daşıdığını qeyd etmişlər. Etibarnaməyə onun mahiyyətini açıqlayan qanun normasına tamamilə zidd qiymət verən məhkəmə qeyd edilən halların araşdırılmasını zəruri hesab etməmişdir. Etibarnamə isə Cavabdeh2 tərəfindən 2021-ci il t arixdən ləğv edilmiş və həmin tarixdən də İddiaçı1a məlumat verilmişdir. Bu hallar məhkəmə tərəfindən araşdırılmamış, qeyd edilən hüquq norması düzgün tətbiq edilməmiş və nəticədə ədalətsiz, qanunsuz, vətəndaşın ədalət mühakiməsinə, dövlətə, qanuna olan inamını sarsıdan qətnamə qəbul edilmişdir. Cavabdeh2 mübahisəli fərdi yaşayış evini anasından miras qalmış əmlak kimi qəbul etmişdir. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə olan Xaçmaz RİHB Xaçmaz Şəhər İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2019-cu il tarixli arayışından görünür ki, Dürrət Rzayevanın ölümündən sonra evi və təsərrüfatı qızı Cavabdeh2 idarə etmişdir. Yenə də iddiaçıların özləri tərəfindən təqdim edilmiş 10 mart 2019-cu il tarixli notarial təsdiq edilmiş ərizələrin surətlərindən görün ür ki, hər bir iddiaçı və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qeyd edirlər ki, anaları X8 13 fevral 2007-ci il tarixdə vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Bu qədər açıq aşkar sübutlar mübahisəli fərdi yaşayış evinin Cavabdeh2 tərəfindən faktiki qəbul edildiyini və əmlakın onun adına rəsmiləşdirilməsinin tam qanuni həyata keçirilməsini təsdiq edir. Hər hansı faktın həqiqətən baş verməsini təsdiq edən ən ciddi sübut qeyd edilən faktı edən şəxsin bu faktı təsdiq etməsi ola bilər. Digər sübutlar nə qədər mötəbə r olsa da, şəxsin faktı etməsini qəbul etməsi qədər mötəbər olmayacaqdır. Lakin məhkəmə tərəfindən qeyd edilən qanun norması da düzgün tətbiq edilməməklə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəməyə təqdim etdiyi etiraz ərizəsində də qeyd edilən maddəyə əsaslanaraq əsaslandırılmış fikirlər ifadə edərək iddianın rədd edilməsini xahiş etsələr də nəticəsi olmamışdır. İddiaçılar istər Cavabdeh2 miras əmlakı qəbul etməməsi ilə bağlı mübahisələrinə münasibətdə, istərsə də özlərinin miras əmlakdan imtinanın etibarsız hesab edilməsi ilə bağlı mübahi sələrinə münasibətdə qeyd edilən norma tətbiq edilməklə iddia rədd edilməli idi. Məhkəmə araşdırması zamanı iddiaçıların qeyd edilən hüquq normasında nəzərdə tutulmuş müddəti ötürməsi müəyyən edilmişdir. Məhkəmə ümumiyyətlə qətnamədə cavabdeh tərəf olaraq göstərdiyi bu dəlilə qiymət vermək zərurəti hiss etməmişdir. Bununla da təkrarən qanunsuzluğa yol verərək ədalətsiz qətnamə qəbul etmişdir.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər –Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) 2(105)-1250/2025 nömrəli 2025-ci il 7 oktyabr tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçılar, vərəsələrin öz aralarında cavabdeh vərəsəyə 20.000 ABŞ dolları pul verməsi müqabilində onun vəsiyyət üzrə almalı olduğu paydan imtina etməsi ilə mirası əmlakın tam olaraq digər vərəsə İddiaçı2 oğlunun adına sənədləşdirilməsinə, həmin məbləğin cavabdehə verilməsinə, lakin İddiaçı2 oğlunun Rusiya Federasiyası vətəndaşı olması səbəbindən miras qalmış əmlakın onun mülkiyyətinə verilməsinin mümkün olmaması, buna görə də gələcəkdə cavabdeh tərəfindən miras qalmış əmlakın İddiaçı2 oğluna bağışlanması şərti ilə əmlakın cavabdehin adına rəsmiləşməsinə dair razılaşmanın olduğunu iddia etmişlər ki, iddiaçıların qeyd edilən əsasları mirasın qəbul edilməsi barəsində şəhadətnamənin l əğvinə dair mübahisə açmağa əsas verməmişdir. Belə ki, qeyd edilən əsaslar mirasın qəbulu ilə əlaqədar əmlakın iddiaçının mülkiyyətinə keçməsinin və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qanunsuz olmasını istisna etməklə, tərəflər arasında yeni hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış etmişdir. Buna müvafiq olaraq isə iddiaçılardan İddiaçı2 oğlu cavabdehin yeni hüquq münasibətində miras qalmış əmlakı mülkiyyətinə keçirdikdən sonra gələcəkdə (hazırkı halda vərəsənin Azərbaycan Respublikasının vətəndaşı olmasından sonra), könüllü şəkildə əmlakı ona bağışlayacağına dair öhdəlik götürdüyünü iddia etdiyi halda Mülki Məcəllənin 390.3-cü maddəsinin tələbinə müvafiq olaraq, həmin razılaşmanı etibarsız hesab etdiyi halda isə etibarsızlığın nəticələrinə dair iddia qaldırm aqda haqlı hesab oluna bilərdi. Buna görə də iddiaçıların qeyd etdiyi halların, yəni müəyyən pul müqabilində cavabdehin gələcəkdə miras qalmış əmlakı digər vərəsəyə bağışlamasına dair öhdəlik götürüb-götürməsinin hazırkı icraat çərçivəsində sübut edilibedilməməsinə məhkəmə kollegiyası tərəfindən hüquqi qiymət verilməmişdir.
29. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların özlərinin etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən edilir ki, vərəsələrin hamısı 21 oktyabr 2019-cu il tarixdə miras qalmış əmlaka dair yalnız cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olmaqla, miras qalmış əmlak üzərində tam olaraq onun payının müəyyən olmasından məlumatlı olmuşlar. İddiaçılar mirasın cavabdeh tərəfindən vərəsəlik hüquq münasibətlərini tənzimləyən norma ların pozulması ilə qəbul edilməsini (mirası faktiki qəbul etdikləri halda mirasdan imtina etmələri, mirasdan imtinanın qanunla müəyyən edilmiş müddətdə edilməməsi və s.) qanunsuz olmasını iddia etdikləri halda isə qanunla müəyyən edilmiş müddətdə cavabdehin mirası qəbul etməsini mübahisələndirməli idilər. Hərçənd ki, apellyasiya şikayətinə qarşı yazılı etirazda iddiaçılar cavabdeh tərəfindən vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaların pozulması ilə qəbul edilməsini iddia etməklə, birinci instansiya məhkəməsi məhz qeyd edilən əsaslara görə iddianı təmin etmişdir. Yuxarıda istinad olunan Mülki Məcəllənin 1272-ci maddəsinin tələbinə əsasən isə mirasın qəbul edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddia çılar cavabdehin mirası qəbul etməsi ilə bağlı miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almasından beş il əvvəldən xəbərdar olsalar da qanunla müəyyən edilmiş müddət ərzində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmiş, yəni mirasın qəbuluna dair mübahisə açmamışlar. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi barəsində mübahisə açıla bilməsinə dair qanunla müəyyən edilmiş 2 aylıq kəsici müddəti də ötürmüşlər. Halbuki, miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi cavabdehə məhz onların razılıqları və mirası əmlakı qəbul etməmələrini bəyan etmələri əsasında verilmişdir. Birinci instansiya məhkəməsi isə mübahisənin qeyd olunan hallarını nəzərə almaqla, o cümlədən qeyd edilən əsaslar üzrə isə mübahisəyə Mülk i Məcəllənin 1272-ci maddəsinin tələbini tətbiq edib iddianı rədd etməli olduğu halda, iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya) 390.3, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1, 1159.1.1, 1193, 1243.1, 1243.2, 1272-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-817/2025 saylı qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə aşağıdakılara əsasən səhvdir. Belə ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, miras qoyan X5 miras qalmış əmlaklar, yəni miras kütləsi - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 60.30 m2 olan fərdi yaşayış evindən ibarətdir. X8 6 vərəsəsi olmuşdur: İddiaçı1, X4, İddiaçı4, X6, İddiaçı2 və Cavabdeh2. X1 20 noyabr 2001-ci il tarixdə vəsiyyətnamə tərtib edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən evini qızı, Cavabdeh2 vəsiyyət etmiş, miras qoyanın vəfatından sonra 10 mart 2019-cu il tarixdə cavabdeh ona 100 illik etibarnamə vermiş, daha sonra onu ləğv etmişdir. 21 oktyabr 2019-cu il tarixdə vəsiyyət üzrə şəhadətnamə tərtib olunaraq, xx.xx.2007-ci il tarixdə vəfat et miş X8 vəsiyyət üzrə vərəsəsi Cavabdeh2 miras əmlakdan DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X1na verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət
2. Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1159.1,1159.1.1, reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0346 ha torpaq sahəsi və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30 may 2019-cu il tarixdə X12 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.30 kv.m. olan fərdi yaşayış evinə 1/1 hissədə pay almışdır. Bundan sonra cavabdehə həmin şəhadətnamə əsasında yuxarıda qeyd edilən əmlaka dair 04 noyabr 2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Kassator və dig ər iddiaçılar miras qoyan X8 birinci növbəli vərəsələri olduğundan, cavabdehin adına verilmiş vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. İddiaçılar 10 mart 2019-cu il tarixdə Xaçmaz Notariat Kontoruna ərizə yazaraq xx.xx.2007-ci il tarixdə vəfat etmiş anaları X5 qalan mirasdan imtina etsə də məhkəmə düzgün olaraq həmin ərizələrin miras açıldığı gündən 3 ay müddət ərzində yazılmadığına görə hüquqi əhəmiyyətinin olmadığının qənaətinə gəlmişdir. İddiaçı anasından miras qalmış evin onun vəfatından sonra kommunal xərclərini ödəyərək qəbzləri Xaçmaz Rayon Məhkəməsinə təqdim etmişdir. İş materialında olan şahid ifadələrindən müəyyən edilmişdir ki, anasının vəfatından sonra həmin evdə İddiaçı2 yaşamışdır. Buradan belə nəticəyə gəlinir ki, vərəsələr mirasın bir hiss əsinə sahiblik etməyə faktik başladıqlarından, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, onlar, mirası tamamilə qəbul etmiş sayılırlar.
33. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair Ali Məhkəmənin № 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadındakı tövsiyələrə əməl edilməmiş, cavabdehin iddiaçıları aldadaraq onu xeyrinə paydan imtina etmələri faktına qiymət verə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1159.1,1159.1.1, 1193, 1195, 1243.1, 1243.2, 1243.3-cü maddələrinin tələbləri pozulmuş, iş materialında olan şahid ifadələrinə, ca vabdehin adına verdiyi etibarnaməni sübut kimi qiymətləndirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya)
35. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyy ətnamə tamamilə və ya qismən etibarsız sayılır.
38. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
39. Maddə 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
40. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
41. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
42. Maddə 1159.1.1. Birinc i növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
43. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
44. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
45. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
46. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qə bulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərind ən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılardan yalnız biri mübahisələndirilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin aktı məhz həmin iddiaçının dəlilləri əsasında yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vac ib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
60. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillər iddia tələbində olan dəlillərlə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir.
61. M əhkəmə tərkibi apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, iddiaçılar ərizələri mirasın qəbulundan imtina ilə deyil, ümumiyyətlə mirası qəbul etməmədiklərinin bəyan edilməsi ilə bağlı olmuşdur. Belə olan halda apelyasiya məhkənməsi haqlı olaraq ərizəzləzr mirasdan imtina kimi qəbul etməmiş və həmin əsaslı əsaslandırmanı məqbul hesab etməmişdir.
62. Digər tərəfdən məhkəmə tərkibi Mülki Məcəllənin 1272-ci maddəsinə istinad edərək qeyd edir ki, mirasın qəbul edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafi q əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçılar cavabdehin mirası qəbul etməsi ilə bağlı miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almasından beş il əvvəldən xəbərdar olsalar da qanunla müəyyən edilmiş müddət ərzində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmiş, yəni mirasın qəbuluna dair mübahisə açmamışlar. Belə olan halda iddiaçılar mirasın qəbul edilməsi barəsində mübahisə açıla bilməsinə dair qanunla müəyyən edilmiş 2 aylıq kəsici müddəti də ötürmüşlər.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiy a şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1250/2025 nömrəli, 2025-ci il 7 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra