Məhkəmə qərarları › İş №2(1-8)-697/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-697/2026

19.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-697/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül və Şəfiyev İspəndiyar Əsəd oğlundan tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Reyestr Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışdan görünür ki, X1 mülkiyyətində Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yerləşən 0,0915 ha yaşayış məntəqələrinin torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi mövcuddur.

2. Reyestr Xidməti tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yerləşən 0,0915 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 2 otaqlı, ayaqyolu, hamam təsərüfat binası, talvar, hovuz və hasardar ibarət ev vardır.

3. Doğum haqqında şəhadətnamədən görünür ki, X1 İddiaçı anasıdır.

4. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1918-ci il təvəllüdlü X1 ailə tərkibi haqqında arayışdan görünürdü ki, oğlu X3 (vəfat edib), oğlu X2 (vəfat edib) və oğlu İddiaçıdur. Ağdaş şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ## #### 2023cü 5.il tarixli arayışdan görünür ki, X1 vəfat etdiyi günədək Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yaşamışdır. Ağdaş şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ## #### 2023cü 6.il tarixli arayışdan görünür ki, X2 mərhum X1 ilə birlikdə Ağdaş şəhəri, 20 Yanvar küçəsi ** saylı evdə yaşamışlar.

7. Ağdaş rayon Notariat ofisinin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı mirasın qəbulu faktının təsdiq edilməsi, mirasın bölüşdürülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ tövsiyyə edilmişdir.

8. X1 mülkiyyətində Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yerləşən 0,0915 ha yaşayış məntəqələrinin torpaq sahəsi vardır. 1918-ci il təvəllüdlü X1 ailə tərkibi oğlu X3 (vəfat edib), oğlu X2 (vəfat edib), oğlu İddiaçıdur.

9. X1 vəfat etdiyi günədək Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yaşamışdır, eyni zamanda onunla oğlu X2, həmçinin Elman Həmidovun oğlu, Cavabdeh həmin evdə birgə yaşamışlar.

10. ## ###### 1990-cı il tarixdə X1 tərəfindən öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi 43-saylı evi nəvəsi Cavabdeh vəsiyyət etmişdir. X1 isə ## ###### 1996cı il tarixdə ürək qan damar çatışmamazlığından ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı Nürət oğlu (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonracavabdeh) qarşı “vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payn müəyyən edilməsi, payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı ev X1 olmuş, İddiaçı həmin evdə doğulmuş və yaşamışdır. Nümayəndə 1972-ci ildə İddiaçı ilə ailə qurduqdan sonra həmin evə gəlin köçmüş, həmin ünvanda uşaqları dünyaya gəlmiş və ailəsi ilə birlikdə göstərilən evdə yaşamışlar. Həyətdə bitişik iki ev olmuş, iddiaçının evi və cavabdehin evi ayrı olmuşdur. İddiaçıların uşaqları böyüdükdən sonra göstərilən həyətdəki ev darısqal olduğundan başqa evə köçmüşlər. Dam örtüyü bir olsa da, X1 şəxsən evi iki hissəyə ayırmış, giriş-çıxışı ayırmaqla, evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X2 arasında hərəsinə bir otaqlı olmaqla aralarında bölmüşdür. İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamış, sonradan uşaqlarının böyüməsi və evin darısqallığı ilə əlaqədar başqa ünvana köçmüşlər. Lakin cavabdehə də məlum olmuşdur ki, mütəmadi olaraq onlar həmin ünvandakı evlərinə gedib-gəlmişlər. Cavabdeh özü də həmişə mübahisəli ünvandakı ikinci evin iddiaçılara məxsus olduğunu, nə vaxt gəlsələr evlərinin onlara (iddiaçı və ailəsinə) məxsus olduğunu bildirmişdir. Buna görə də yaxın zamanlara qədər iddiaçı etibar edərək torpağa dair vərəsəlik hüquqlarının təmin edilməsi üçün müraciət etməmişdir. Həmçinin, torpağa dair mərhumun adına tərəflərindən sənədləşdirmə aparılmadığından arxayın olmuşdur ki, cavabdehlə aralarında hər hansı mübahisə ola bilməz. Lakin son vaxtlarda cavabdehin iki ev arasındakı divardan qapı açaraq evləri birləşdirdiyini və iddiaçının evindən də istifadə etməyə başladığını görüb, cavabdehin əsl niyyətini anlamışdır. Buna görə də iddiaçı 2024-cü ildə (nümayəndəsi vasitəsilə) ##.##.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X1 vərəsəsi kimi Ağdaş rayon Notariat ofisinə ərizə ilə müraciət edərək, Xanım Həmidovadan miras qalmış Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı sənəd təqdim etmələri mümkün olmamışdır. Mərhumun adına həmin sənədin alınması üçün cavabdeh tərəfindən maneələr yaradıldığından, bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Ağdaş Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti isə verilməmişdir. Bundan sonra iddiaçı, Reyestr Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək mərhum Xanım Həmidovanın adına Ağdaş şəhəri, 20 yanvar küçəsi, ** saylı evə tam xüsusi mülkiyyət hüququnu təsdiq edən ##.##.2024-cü il tarixli arayışı əldə edə bilmişdir. Müvafiq arayışı aldıqdan sonra iddiaçı vərəsəliklə bağlı Ağdaş rayon Notariat ofisinə müraciət etmiş, lakin cavabdeh notariusda vərəsəliklə bağlı sənədləşmənin aparılmasına mane olduğundan, notariat ofisindən müvafiq tələblə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, mübahisəli evdə iddiaçının ailəsi ilə birlikdə ayrıca evi olmuş, evin qarşısında həyət-torpaq sahəsi olmuş, həmin evdən yaşamaq üçün başqa ünvana köçsələr də, mütəmadi mübahisəli həyətdəki evlərinə gedib-gəlmişlər. Cavadeh də həmişə iddiaçının həmin evdən imtina etmədiyini bilmişdir. Vərəsəlikdən imtina ilə bağlı iddiaçı tərəfindən heç bir orqana müraciət olunmamışdır. İddiaçının cavadehlə evləri eyni həyətdə olsa da, bir-birindən təcrid olunmuş şəkildə idi, həmin evlərin və torpaq sahəsinin naturada ayrılması çox asan şəkildə mümkündür. Cavabdehin ailə üzvləri də həmişə “nə vaxt gəlsəniz eviniz yerindədir, sizindir” demişlər. Son vaxtlara qədər iddiaçı qohumluq münasibətlərinə etimad göstərərək hər hansı sənədləşdirmə aparmaq barədə düşünməmişdir. Lakin sonradan hazırki cavabdeh narazılıqlar bildirməyə başladıqda iddiaçı müvafiq hüquqlarının rəsmiləşdirilməsi qərarına gəlmişdir. İddiaçı hesab edir ki, anasının miras əmlakını faktiki olaraq qəbul etdiyindən, miras əmlakdan imtina etmədiyindən həmin əmlaka dair vərəsəlik hüququ vardır və bu hüququ cavabdeh tərəfindən törədilən müxtəlif maneələr - qanunsuz hərəkətlər nəticəsində pozulur. Həmçinin, iddiaçı hesab edir ki, miras qoyan Xanım Həmidovanın cavabdehin adına qoyduğu vəsiyyətnamə etibarsızdır. Belə ki, nə vəsiyyətnamə verilərkən, nə də mirasın açıldığı vaxt miras əmlak mərhumun mülkiyyətində olmamışdır. Qanunun tələbinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Həmçinin, vəsiyyətnamə mərhuma imzalatdırılarkən o artıq ağır vəziyyətdə idi, özünü və əməlini dərk etmək qabiliyyəti yox idi. Bu həm də onda özünü göstərir ki, vəsiyyətnamədə nə yazıldığını bilmədən, oxumadan, eşitmədən, ona tərs formada verilmiş şəkildə gözüyumulu imzalamışdır. (vəsiyyətnamədə imza tərsinədir) İddiaçı hesab edirik ki, ədalət mühakiməsini həyata keçirən və iddiaçının yeganə son inanc yeri olan məhkəmə işə ədalətli baxıb, iddiaçının cavabdehlər tərəfindən pozulan hüquqlarını bərpa edəcək, onun doğma anasından qalmış miras əmlaka dair pozulmuş hüquqlarını bərpa edəcək. Bütün qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, hazırki iddia tam əsaslıdır. Odur ki, iddiaçının vərəsəlik hüquqları bərpa edilərək, anasından miras qalmış əmlakdakı payını qəbul etməsinə dair fakt təsdiq edilməli, əmlaka dair vərəsəlik hüquqları və payı müəyyən edilməli, payı naturada ayrılmalıdır. Qeyd olunanları rəhbər tutaraq məhkəmədən, iddiaçı İddiaçı ##.##.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış Ağdaş şəhəri, 20 yanvar küçəsi, ** saylı evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X1 adından cavabdehin adına verilmiş ##.##.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının miras əmlaka birinci növbəli vərəsə kimi ikidə bir hissədə payının müəyyən edilməsi və həmin payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ##.##.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış Ağdaş şəhəri, 20 yanvar küçəsi, ** saylı evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X1 adından cavabdehın adına verilmiş ##.##.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçının miras əmlaka birinci növbəli vərəsə kimi ½ hissədə payının müəyyən edilməsi və həmin payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, mərhum nənəsi Xanım Həmidova 1996-cı ildə ölmüş və ölməmişdən əvvəl mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona bağışlamışdır. Həmin evdə 46 ildir ki, yaşayır. İddiaçının iddiası əsassızdır. İddiaçının nümayəndəsi Nümayəndə sadəcə ona qarşı “vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşamadığı və ona heç bir halda aidiyyəti olmadığı mülkiyyət üzərində əsassız pay sahibi olmaq və əsassız varlanmaq istəyir ki, bu da qanuna ziddir. Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evi nənəm, yəni mərhum X1 məxsus olmaqla yanaşı ölümündən əvvəl rəsmi olaraq mənə miras buraxmışdır. Belə olan halda iddiaçı mənə qarşı vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payının müəyyən edilməsi, payının naturada ayrılması barədə tələbi tam əsassızdır.

14. Ağdaş Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim A.Mürsəlova) iddiaçının cavabdehə qarşı “vərəsəlik hüququnun müdafiəsi, mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması, vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, miras qoyan şəxs X1 ## ###### 1996-cı ildə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan AR Mülki Məcəlləsinin (## ######## 2000-ci il tarixədək qüvvədə olan) müddəaları əsasında həll olunmalıdır.

16. Məhkəmə iddia tələbinin mirası qəbul edilməsi faktının təsdiq edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda hüquq münasibətləri (vərəsəlik) miras qoyan X1 ## ###### 1996-cı ildə ölməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da cavabdeh faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir.

17. Eyni zamanda ## ###### 1990-cı il tarixdə verilmiş vəsiyyətnaməyə əsasən X1 öldüyü günə ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi ** saylı evi nəvəsi Cavabdeh vəsiyyət etmişdir. Miras qoyan öldükdən sonra həmin vaxt başqa heç kəs nə faktiki, hə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişlər.

18. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi, payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir.

19. Bundan başqa, iddiaçı məhkəmə iclasında və iddia ərizəsində miras əmlakda özünün məcburi payı olduğunu göstərsə də AR Mülki Məcəlləsinin (## ######## 2000-ci il tarixədək qüvvədə olan) redaksiyasında miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Miras açılarkən iddiaçıya münasibətdə yuxarıda qeyd olunan halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

20. Birinci instansiya məhkəməsi bundan başqa iddia tələbinin vəssiyyətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X1 ## ###### 1990-cı il tarixli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X1 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da qeyd olunan vəsiyyətnamə bağlanarkən # ######## 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır.

21. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmiş və həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır.

22. Məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, vəsiyyətnamə qanuni şəkildə bağlanmış, etibarsız hesab olunması üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz.

23. Birinci instansiya məhkəməsi vəsiyyətnamədə Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-saylı evin Cavabdeh vəsiyyət edilməsinə münasibətdə qeyd etmişdir ki, daşınmaz əmlak torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

24. Məhkəmə gəldiyi nəticəni ##.##.2000-ci ilədək qüvvədə olan AR Mülki Məcəlləsinin 39, 43, 44, 527, 537, 538, 545, 548, 552-ci, habelə MPM-nin 14.2, 77.1, 88 və 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-obyektiv, əsassız və ədalətsiz hesab edir. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi, mərhum X1 məxsus fərdi yaşayış evinin dam örtüyü bir olsa da, o, sağlığında şəxsən özü evi iki hissəyə ayırmış, giriş-çıxışı müəyyən edərək ayırmaqla evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X2 arasında hərəsinə bir otaqlı olmaqla aralarında bölmüşdür. O, ailəsi ilə birlikdə həmin evdə yaşamış, sonradan uşaqlarının böyüməsi və evin darısqallığı ilə əlaqədar başqa ünvana köçmüşlər. Mərhum anasının ölümündən sonra son zamanlara qədər mütəmadi olaraq həmin evə gəlib-getmiş, ondan istifadə etmişlər. Bununla da miras qalmış əmlakın bir hissəsini faktiki olaraq qəbul etməyi şəksiz nümayiş etdirmişdir. Son zamanlar cavabdeh və ailə üzvləri həmin evə gəlib-getməyinə, bir neçə gün orada qalmağına maneçilik törətdiklərinə görə, vərəsəlik işinin açılması və payının müəyyən olunması ilə əlaqədar Ağdaş rayon Notariat ofisinə müraciət edən zaman, iddiaçıya məlum olmuşdur ki, mərhum anasının sağlığında, yəni 1990-cı ildə özünə məxsus olub, sözügedən ünvanda özünə məxsus bütün əmlakını hazırki iş üzrə cavabdeh olan nəvəsinə vəsiyyət etmişdir. Halbuki, həmin ildə anası ağır xəstəlik keçirirdi. Onun huşu demək olar ki, tamamilə itmişdir. Özünü idarə etmək, danışmaq və hərəkət etmək qabiliyyəti yox idi. Həmin vəziyyətdə onun necə vəsiyyətnamə qoyması böyük şübhələr doğurur. Ona görə də məhkəmə iclasında bütün bunları müəyyən etmək üçün kollegial ekspertizanın təyin edilməsini şifahi qaydada məhkəmədən xahiş etsə də, işə baxan məhkəmə həmin ekspertizanı təyin etməmişdir. Həmin ekspertiza təyin olunardısa, anasının vəsiyyətnamə yazıldığı vaxt özünü dərk və idarə edə bilməməsi, kollegial ekspertizanın qərarı ilə tam sübut olunardı. Lakin işə baxan məhkəmə işə baxarkən iddiaçıya münasibətdə birtəfli mövqedə olaraq əsassız və ən əsası ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa, iddia tələbində iddiaçı tərəf miras əmlakında payların müəyyən edilməsi hissəsinə dair də iddianı bu hissədə təmin etməməklə yalnış qənaətə gəlmişdir. Belə ki, əgər vəsiyyətnamənin mövcudluğunu əsas göstərməklə iddiaçı tərəfindən miras əmlakın bir hissəsini qəbul etməsini əsassız hesab edirdisə, nə üçün vəsiyyətnamə üzrə iddiaçının yaranmış məcburi payını müəyyən etmirdi. Məhkəmə, iddia tələbinin bu hissəsini ## ######## 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin müvafiq maddələrinə istinad edərək rədd etməklə iddiaçını faktiki olaraq məcburi paydan məhrum etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Qərar qəbul edildiyi gün qüvvəyə minmişdir. Lakin bütün bunlara baxmayaraq, işə baxan məhkəmə tərəfindən işə baxılarkən yuxarıda qeyd edilən işin faktiki hallarını nəzərə alınmamış, həmin hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddia tələbi əsaslı olmasına baxmayaraq, iddia ərizəsini rədd etməklə qanun üzrə birinci növbə vərəsə kimi onun qanunla qorunan vərəsəlik hüquqlarını və aşağıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər T.Musayev sədrlik edən, məruzəçi, Ə.Məcidov və E.İsayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsaslar olmamışdır.

29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X1 mülkiyyətində Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yerləşən 0,0915 ha yaşayış məntəqəsinin torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi vardır. ## ###### 1990-cı il tarixdə X1 öldüyü günədək ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, ** saylı evi nəvəsi Cavabdeh vəsiyyət etmişdir. X1 vəfat etdiyi günədək Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yaşamışdır, eyni zamanda onunla birlikdə mirası qoyanın oğlu X2, həmçinin Elman Həmidovun oğlu, iş üzrə cavabdeh Cavabdeh yaşamışlar. X1 ## ###### 1996-cı il tarixdə ürək qan damar çatışmamazlığından ölmüşdür. İddiaçı Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı almışdır. Hazırda iddiaçı vəsiyyətnamə tərtib olunarkən anasının ağır xəstəlik keçirməsini, onun huşunun tamamilə itməsini, özünü idarə edə bilməməsini, danışa və hərəkət edə bilməməsini əsas gətirərək ##.##.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış Ağdaş şəhəri, 20 yanvar küçəsi, ** saylı evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X1 adından cavabdehin adına verilmiş ##.##.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaka birinci növbəli vərəsə kimi ½ hissədə payının müəyyən edilməsi və həmin payın naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmamışdır.

31. İşdən müəyyən olunmuşdur ki, iddiaçı bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir. Miras qoyan X1 ## ###### 1996-cı il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də baxılan iddia tələbi üzrə mübahisəli hüquq münasibətinə ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyada AR Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhum X1 məxsus fərdi yaşayış evinin dam örtüyü bir olsa da, o sağlığında şəxsən özü evi iki hissəyə ayırıb giriş-çıxışı müəyyən edərək ayırmaqla evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X2 arasında hərəsinə 1 otaqlı olmaqla aralarında bölməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsinin araşdırması, həm də məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçı tərəfindən qeyd olunan xüsusatla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

33. Belə ki, işdə olan Reyestr Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışda qeyd edilmişdi ki, X1 mülkiyyətində Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yerləşən 0,0915 ha yaşayış məntəqəsinin torpaq sahəsi vardır və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi mövcuddur.

34. Reyestr Xidməti tərəfindən verilmiş Texniki pasportdan görünür ki, Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yerləşən 0,0915 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 2 otaqlı, ayaqyolu, hamam təsərüfat binası, talvar, hovuz və hasardan ibarət ev vardır.

35. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdi ki, miras əmlak tam olaraq X1 adına qeydə alınmış və iş materiallarında olan sənədlərdə X1 ona məxsus fərdi yaşayış evindən vərəsələrin hər birinin payını müəyyən etməsi görünmür. Əksinə, ## ###### 1990-cı il tarixli vəsiyyətnamədən görünür ki, X1 öldüyü günədək məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, **- saylı evi nəvəsi Cavabdeh vəsiyyət etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin anasının ağır xəstəlik keçirməsi, vəsiyyətnamə verilərkən huşunu tamamilə itirməsi, özünü idarə, danışa və hərəkət edə bilməməsi, həmin vəziyyətdə onun necə vəsiyyətnamə qoyması böyük şübhələr doğurmasına dair dəlillərinə münasibətdə qeyd etmişdi ki, X1 tərəfindən vəsiyyətnamə ## ###### 1990-cı il tarixdə verilmişdi və sonuncu təxminən altı il sonra vəfat etmişdir. Vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən, vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X1 ## ###### 1990-cı il tarixli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X1 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir.

37. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdi ki, iddiaçının dəlil kimi istinad etdiyi “xxxx” publik hüquqi şəxsin arayışından görünür ki, mərhum anası 1993-cü il tarixdən ölən günədək ağır xəstəliklərdən əziyyət çəkmiş, vəsiyyətnamə isə həmin vaxtdan üç il əvvəl tərtib olunmuşdur.

38. Belə olan halda, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmiş və həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır.

39. Məhkəmə kollegiyası qeyd etmişdi ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu AR MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verməməsi, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmaqla iddiaçının həm maddi, həm də prosessual hüquqlarının pozulmasına dair dəlillərini əsassız hesab edərək qeyd etmişdi ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və prosessual normaların tələblərini nəzərə almışdır.

41. Məhkəmə kollegiyası qeyd etmişdi ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş və sübutları AR MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin (## ######## 1964-cü ildə qəbul edilmiş) 527, 528, 532, 537, 538, 545, 548, 552, 563-cü, habelə MPM-nin 9.1, 9.3,14.2, 77.1, 88, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin müvafiq göstərişlərlə yenidən tam, hərtərəfli və obyektiv araşdırılması və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və yaxud iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edirdi. Açıqaşkardır ki, İddiaçı vərəsəlik və mülkiyyət hüquqlarının müdafiəsinə təminat verilməmiş və onun işinə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən qərəzli yanaşılmışdır. Belə ki, ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qətnaməsi çıxarmamış, birinci instansiya məhkəməsi tərəfindən pozulmuş maddi hüquq normaları apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanaraq, iddiaçının Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi qanunsuz olaraq təmin edilməmişdir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin başladığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mülki Məcəllənin 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Qeyd olunur ki, iddiaçının anası X1 ## ###### 1996-cı il tarixdə vəfat etmişdir. Ağdaş şəhəri, 20 Yanvar küçəsi ** saylı evi mərhum X1 texniki sənədlər əsasında məxsus olmuşdur. Belə ki, həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair mərhum X1 adına ## #### 1962-ci il və 1987-ci il tarixlərdə Texniki pasportlar işlənilmişdir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin evin və torpaq sahəsinin onun mülkiyyətində olmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan 1987-ci ildə verilmiş Texniki pasportdan görünür ki, Ağdaş şəhəri M.Qorki küçəsi ** saylı ev X1 məxsus olmuşdur. Cavabdeh tərəfindən həmin evin və torpaq sahəsinin onun mülkiyyətində olmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin mərhum nənəsi Xanım Həmidovanın ölməmişdən əvvəl mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evini vəsiyyətnamə əsasında ona bağışlaması, iddiaçının orada yaşamaması, ona heç bir halda aidiyyətinin olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Ağdaş rayon VVAQ Bürosu tərəfindən ## ####### 1962-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının anası X1r. Göründüyü kimi, ##.##.1990-cı ildə X1 adından heç bir mülkiyyət sənədi mövcud olmayan fərdi yaşayış evi barəsində vəsiyyətnamə tərtib edilmiş və saxta bir imza ilə imzalanmışdır. Bundan başqa, məhkəmələr vəsiyyətnamədə Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-saylı evin Cavabdeh vəsiyyət edilməsinə münasibətdə qeyd edir ki, daşınmaz əmlak torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla bağlı bildirilir ki, Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, 43-də yerləşən fərdi yaşayış evi və torpaq sahəsi vahid əmlak kimi 2024-cü ildə məhz iddiaçı tərəfindən qeydə aldırılmışdır. 2024-cü ilədək isə yalnız 2 ədəd ayrı-ayrılıqda tərtib edilmiş texniki sənədlər mövcud olmuşdur. Belə olduğu təqdirdə iddiaçının ən pis halda Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yerləşən 0,0915 ha torpaq sahəsi üzərində payı müəyyən edilməlidir. Çünki ## ###### 1990-cı il tarixdə verilmiş vəsiyyətnamə həmin torpaq sahəsi ilə bağlı heç bir qeyd aparılmamış və yalnız evin vəsiyyət edildiyi göstərilmişdir.

Kassasiya şikayətinə dair etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

46. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

47. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

48. Maddə 29. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (## ######## 1964-cü ildə qəbul edilmişdir)

49. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

50. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

51. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

52. Maddə 537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.

53. Maddə 538. Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın)üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır.

54. Maddə 545. Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir.

55. Maddə 548. Vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

56. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

57. Maddə 563. Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

66. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

67. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

68. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

69. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

70. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mərhum X1 mülkiyyətində Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı ünvanda yerləşən 0,0915 ha torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi vardır. ## ###### 1990-cı il tarixdə X1 öldüyü günədək ona məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, ** saylı evi nəvəsi Cavabdeh vəsiyyət etmişdir. X1 vəfat etdiyi günədək Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yaşamışdır, eyni zamanda həmin evdə onunla birlikdə mirası qoyanın oğlu X2, həmçinin sonuncunun oğlu, iş üzrə cavabdeh yaşamışlar. X1 ## ###### 1996-cı il tarixdə ürək qan damar çatışmamazlığından ölmüşdür. İddiaçı Ağdaş rayon Notariat ofisinə müraciət edərək ona vəsiyyətnamə üzrə mirasın tam payına şəhadətnamə verilməsini xahiş etsə də, rədd cavabı almışdır.

71. Hazırda iddiaçı, vəsiyyətnamə tərtib olunarkən anasının ağır xəstəlik keçirməsini, onun huşunun tamamilə itməsini, özünü idarə edə bilməməsini, danışa və hərəkət edə bilməməsini əsas gətirərək ##.##.1996-cı il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış Ağdaş şəhəri, 20 yanvar küçəsi, ** saylı evə dair mirası qəbul etməsi faktının təsdiq edilməsi, həmin miras əmlaka dair mərhum X1 adından cavabdehin adına verilmiş ##.##.1990-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaka birinci növbəli vərəsə kimi ½ hissədə payının müəyyən edilməsi və həmin payın naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

72. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir. Miras qoyan X1 ## ###### 1996-cı il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də hazırkı iddia tələbi üzrə mübahisəli hüquq münasibətinə ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyada AR Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır.

73. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin mərhum X1 məxsus fərdi yaşayış evinin dam örtüyü bir olsa da, o sağlığında şəxsən özü evi iki hissəyə ayırıb giriş-çıxışı müəyyən edərək ayırmaqla evi iki oğlunun, yəni iddiaçının və cavabdehin atası X2 arasında hərəsinə 1 otaqlı olmaqla, aralarında bölməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsinin araşdırması, həm də məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçı tərəfindən qeyd olunan xüsusatla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

74. Belə ki, işdə olan Reyestr Xidmətinin ** saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışda müəyyən edilmişdir ki, X1 mülkiyyətində Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ** saylı evdə yerləşən 0,0915 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi mövcuddur.

75. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, miras əmlak tam olaraq X1 adına qeydə alınmış və iş materiallarında olan sənədlərdə onun sağlığında ona məxsus fərdi yaşayış evindən vərəsələrin hər birinin payını müəyyən etməsi görünmür. Əksinə, ## ###### 1990-cı il tarixli vəsiyyətnamədən görünür ki, X1 öldüyü günədək özünə məxsus olan Ağdaş şəhəri, İ.Qorki (keçmiş) küçəsi, **- saylı evi nəvəsi- cavabdehə vəsiyyət etmişdir.

76. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin anasının ağır xəstəlik keçirməsi, vəsiyyətnamə verilərkən huşunu tamamilə itirməsi, özünü idarə, danışa və hərəkət edə bilməməsi, həmin vəziyyətdə onun necə vəsiyyətnamə qoyması böyük şübhələr doğurmasına dair dəlillərinə münasibətdə qeyd etmişdi ki, X1 tərəfindən vəsiyyətnamə ## ###### 1990-cı il tarixdə qoyulmuş və sonuncu təxminən altı il sonra vəfat etmişdir. Vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən, vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqlənmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanuna uyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X1 ## ###### 1990-cı il tarixli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanuna uyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X1 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir.

77. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdi ki, iddiaçının dəlil kimi istinad etdiyi “xxxx” publik hüquqi şəxsin arayışından görünür ki, mərhum anası 1993-cü il tarixdən ölən günədək ağır xəstəliklərdən əziyyət çəkmiş, vəsiyyətnamə isə həmin vaxtdan üç il əvvəl tərtib olunmuşdur. Belə olan halda, iddiaçı tərəfindən vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmiş və həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır.

78. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mirası qəbul edilməsi faktının təsdiq edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda hüquq münasibətləri (vərəsəlik) miras qoyan X1 ## ###### 1996-cı ildə ölməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da cavabdeh faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Miras qoyan öldükdən sonra həmin vaxt başqa heç kəs nə faktiki, hə də notariat orqanına müraciət etməklə vərəsəliyi qəbul etməmişlər. Qeyd olunanlara əsasən iddiaçının cavabdehə qarşı mirasın qəbulu faktının təsdiq edilməsi, miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi və payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir.

79. Bundan başqa, iddiaçı iddia ərizəsində miras əmlakda məcburi payının olduğunu göstərsə də mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mülki Məcəllənin 538-ci maddəsinin mənasına görə miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar.

80. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilinə münasibətdə qeyd etmişdir ki, miras açılarkən iddiaçıya münasibətdə yuxarıda qeyd olunan halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

81. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar