Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-700/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Iddiaçı ilə cavabdeh qardaşdırlar. X5 ## #### 2013-cü ildə, anaları X2 ## #### 2018-ci ildə vəfat etmişlər;
3. Gəncə şəhər Icra Hakimiyyəti başçısının ## ##### 1992-ci il tarixli **** nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş N.H.Nağıyevin adına olan “Dəmiryolaltı” küçəsi kv.B-VI sahə 15”A” №-li ünvanda yerləşən mülkdə sahəsi lit. “A”-da 23,8 kv.m, 23,8 kv.m yaşayış otaqları, 56,6 kv.m xidmət otaq və 400 kv.m torpaq sahəsinin qanuniləşdirilməsi və həmin tikililərin vətəndaşın mlükiyyətinə verilməsi, 47,6 kv.m yaşayış sahəsindən, 56,6 kv.m qeyri-yaşayış sahəsindən və 400 kv.metr torpaq sahəsindən ibarət olan “Dəmiryolaltı” ərazisi kv.B-VI sahə 15”A” ünvanında yerləşən mülkə dair qəbul edilmiş sərəncama əsasən vətəndaşın yeni hüquqverici sənədlərlə təmin edilməsi və artıq qalan 59,0 kv.m torpaq sahəsi yerli torpaq fonduna verilməsi Gəncə zona texniki inventarlaşdırılma bürosuna tapşırılmışdır;
4. Gəncə şəhəri * saylı notariat ofisinin notariusu tərəfindən xxxx publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinə ünvanlanmış ## ### 2024-cü il tarixli *** nömrəli məktubdan görünür ki, Daşkəsən rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ##.##.2013-cü ildə vəfat etmiş X3ndan miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi, Dəmiryolaltı ərazisi ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün Gəncə şəhəri * saylı notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən İddiaçı, mərhum X7 birinci növbədə vərəsəsidir. Lakin İddiaçı, həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, İddiaçı, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X7 adına Gəncə şəhəri Kəpəz rayonu Natavan qəsəbəsi, Dəmiryolaltı ərazisi ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun arxivdə olan sənədlərinin surətlərinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış verilməsinə müvafiq göstəriş verməsini xahiş edilmişdir;
5. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinin daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə ## #### 2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli bildirişin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə ## ### 2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəyə “xxxx” publik hüquqi şəxsin * saylı Gəncə Idarəsində baxılmışdır. Aparılan araşdırma zamanı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı, həmçinin əmlak üzərində mübahisə olduğu müəyyən edilmişdir;
6. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ## #### 2024-cü il tarixli **** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.”. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən "Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla " da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə “əsasən "Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, mirasın qəbul müddətini keçirilmişdir. Həmçinin İddiaçı ##.##.2013-cü il tarixdə vəfat etmiş atası- X7 qalmış miras əmlaklara, vərəsələr arasında mübahisə olmasına baxmayaraq, vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən: “Miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisəyə məhkəmə baxır. Odur ki, məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı məhkəməyə müraciət edərək, miras mülk olan ünvan 1 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılması xahiş etmişdir.
8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X3nun adına ünvan 1 ünvanında miras əmlak olan yaşayış evi vardır. X3 ## #### 2013-cü ildə, anası X2 isə 2018-ci ildə vəfat etmişdir. O, qanun üzrə vərəsə kimi atasının mülkündən ona düşən payı almaq istəyir. O, vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmişdir. Bu məsələ ilə əlaqədar * saylı Gəncə Ərazi Idarəsinə mülkdə ölçü işləri aparılması barədə arayış verilməsi xahiş edilmişdir. Lakin, o, böyük əminliklə öncədən bilmişdir ki, cavabdeh Cavabdeh Daşınmaz Əmlakın əməkdaşlarına evdə ölçü işləri aparmalarına imkan verməyəcəkdir. Bu vəziyyəti öncədən həmin əməkdaşlara bildirmişdir. Onlar isə əraziyə getməmişlər. Evə dair məhrum atasının adına sənəd yoxdur. Miras əmlak atasının adına sənədləşdikdən sonra vərəsələr arasında bölgü aparıla bilər. Cavabdeh daim mübahisəli evdə yaşamışdır. Hazırda da qeyd edilən evdə yaşamaqda davam edir. Evdə bir qədər artırmalar da etmişdir. Torpaq sahəsinə dair 1992-ci ildə sərəncam verilsə də, həmin ev özəlləşdirilməmişdir. Evin Texniki pasportu olsa da, Daşınmaz Əmlakın Dövlət Reyestrində arxiv sənədlərində qeydə alınmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Daşkəsən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Kənan Vəliyev).
10. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələbi mülkiyyətçi və ya mülkiyyətçi olmasa da, əmlaka sahiblik edən şəxs qismində irəli sürmək səlahiyyətinə malik deyildir.
11. Belə ki, iddiaçının əsas məqsədi müvafiq arayışın əldə edilməsindən ibarətdir və iddiaçı hesab edir ki, cavabdeh onun üçün əhəmiyyətli ola biləcək arayışın verilməsinə mane olmuşdur.
12. Bununla bağlı qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması daşınmaz əmlak üzərində hüquqları qeydə alan orqanın fəaliyyətinə aid məsələdir. Həmçinin cavabdeh buna mane olduğu halda, bu hərəkətlər birbaşa iddiaçıya qarşı deyil, müvafiq idarənin əməkdaşlarının iş fəaliyyətinə qarşı yönəlmiş olur. Bunun iddiaçının mənafe və maraqlarına dolayısı ilə toxunması məsələsinə gəldikdə isə, məhkəmə onu qeyd edir ki, maneə real olmalıdır, güman və ehtimal olunacağı halda hüquqlara toxunulma baş vermir.
13. Iddiaçının mənafe və maraqlarının qanundan irəli gələn olub olmaması məsələsinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, iddia tələbinin məzmunundan belə görünür ki, cavabdeh iddiaçı üçün əhəmiyyətli ola biləcək arayışın verilməsinə mane olmuşdur. Bu mane olmanı iddiaçı öz mənafe və maraqlarına toxunulmuş hesab edə bilər. Lakin, toxunulan mənafe və maraqların qanundan irəli gələn olub-olmaması üçün iddiaçının həmin arayışın verilməsini tələb etməkdə haqlı olması, həmçinin bu arayışın verilməsindən imtinanın səbəblərinin qanuni və əsaslı olması kimi məsələlərə aydınlıq gətirilməsi tələb olunur ki, bunlar inzibati orqanla vətəndaş arasında münasibətlərdən irəli gələn olmaqla inzibati mübahisənin predmetini təşkil edir. Ilk növbədə subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır, bundan sonra hüququn pozulub pozulmaması ilə bağlı məsələlər həmin norma əsasında yoxlanılmalıdılr. Yaranmayan və mövcud olmayan hüququn pozulması halının baş verməsi qeyri-mümkündür.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4, 157.8, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 78.1, 88-ci maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, miras mülkdə ölçü işləri aparılmasa mülkə dair çıxarış ala bilmir. Miras mülkdə qardaşı yaşayır. Mərhum atasından qalmış miras əmlakdan pay almaq onun da hüququdur. Ona görə də miras əmlakda ölçü işləri aparıb, sonra isə həmin mülkə dair çıxarış alınmalıdır.
17. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, mərhum X3nun adına ünvan 1 ünvanında miras əmlak yaşayış evi vardır. Həmin evdə o ailəsi ilə birlikdə yaşayır. X4 ## #### 2013-cü ildə, anası Səkinə Nağıyeva isə 2018-ci ildə vəfat etmişlər. Iddaçı orada yaşamır. Ölçü işləri aparmasına razı deyil. Ona gərə də, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmişdir. (hakimlər: Fikrət Mehtiyev-sədrlik edən və məruzəçi, Mustafa Mustafayev və Rəhman Muradov).
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətində göstərilənlər əsaslıdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün deyil, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.
20. Belə ki, iddiaçı İddiaçı mərhum mirasqoyan X7 vərəsəsidir. Digər vərəsə cavabdeh Cavabdeh isə həmin miras əmlakda yaşamaqla, iddiaçının vərəsə kimi mirası qəbul etməsinə, ölçü işlərinin aparılmasına maneə yaradır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının vərəsəlik hüquqları pozulur.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin mərhum X3nun adına ünvan 1 ünvanında miras əmlak olan yaşayış evi vardır. X1 ## #### 2013-cü ildə, ana X2 isə 2018-ci ildə vəfat etmişdir. Iddiaçı qanun üzrə vərəsə kimi atasının miras qalan mülkündən ona düşən payını almaq istəyir. Iddiaçı vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmiş, ona * saylı Gəncə Ərazi Idarəsinə mülkdə ölçü işləri aparılması barədə arayış verilməsi tələb edilmişdir. Cavabdeh Cavabdeh Daşınmaz Əmlakın əməkdaşlarına evdə ölçü işləri aparmalarına razı deyil. Cavabdeh mübahisəli evdə yaşayır. Torpaq sahəsinə dair 1992-ci ildə sərəncam verilsə də, evin Texniki pasportu olsa da evin mülkiyyət sənədləri yoxdur. Miras ev Daşınmaz Əmlakın Dövlət Reyestrində arxiv sənədlərində qeydə alınmamışdır. Iddiaçı miras əmlakdan vərəsəliklə əlaqədar pay almaq istəyir. Məhkəmə Kollegiyasının iclasında da cavabdeh iddia ərizəsinin təmin edilməsinə razı olmamışdır. Göründüyü kimi, iddiaçının mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılmasına zərurət vardır. 22.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya məhkəməsi həmin qanun normalarının şərtlərini nəzərə almamış və cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən isə düzgün maddi hüquq normalarına istinad edilməməsi isə qətnamənin ləğv edilməsi üçün birbaşa əsasdır.
25. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçı İddiaçı ümumiyyətlə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçı mərhum atasının ölümündən 12 il sonra notariat kontoruna müraciət etmiş, həmin vaxt notariat kontoru vərəsə olaraq cavabdehin hüquqlarını nəzərə almamış, birbaşa xxxx publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinə iddiaçı İddiaçı birinci növbə vərəsə kimi təqdim etmişdir. Halbuki iddiaçı İddiaçı miras əmlakı ümumiyyətlə qəbul etməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi onun hüquqlarını pozaraq mübahisə predmeti olan evin cavabdeh tərəfindən inşa edilməsini və əvvəldən orada yaşamasını nəzərə almamışdır. Iddiaçının isə həmin evə heç bir aidiyyəti olmamışdır.
27. Iddiaçı İddiaçı notariat kontoruna müraciət edərkən notariat kontoru vərəsə olaraq onu da dəvət etməli olduğu halda bunu etməmişdir. Bunlara baxmayaraq notariat kontoru birtərəfli olaraq iddiaçının vasitəsi ilə ölçmə işlərinin aparılması barədə məktub vermiş, işə baxmış apellyasiya instansiyası məhkəməsi də işə cavabdehin iştirakı olmadan birtərəfli qaydada baxaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
28. Cavabdeh kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı hazırkı iş üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bu hal artıq iki məhkəmə akı ilə, yəni Daşkəsən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 2(030) ***/**** saylı qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026–cı il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı valideynlərindən miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası Daşkəsən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026–cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
34. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (hazırkı iş üzrə mirasın açıldığı vaxt qüvvədə olan redaksiya).
35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Baxılan işdə iddiaçı özünün vərəsəlik hüququna istinad edərək ünvan 1 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılmasını cavabdehdən tələb etmişdir.
44. Cavabdeh isə iddiaçının mirası qəbul etmədiyi üçün hazırkı tələbi irəli sürməyə hüququnun olmadığını bildirərək iddiaya etiraz etmişdir.
45. Apellyasiya məhkəməsi tələbi təmin edərkən iddiaçının vərəsəlik hüququ olduğuna və bu hüququ həyata keçirməsinə törədilən əngəllərin əsassızlığına istinadən qətnamədə qeyd etmişdir ki, “iddiaçı İddiaçı mərhum mirasqoyan X7 vərəsəsidir. Digər vərəsə cavabdeh Cavabdeh isə həmin miras əmlakda yaşamaqla, iddiaçının vərəsə kimi mirası qəbul etməsinə, ölçü işlərinin aparılmasına maneə yaradır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının vərəsəlik hüquqları pozulur. Iddiaçı qanun üzrə vərəsə kimi atasının miras qalan mülkündən ona düşən payını almaq istəyir. ...Cavabdeh Cavabdeh Daşınmaz Əmlakın əməkdaşlarına evdə ölçü işləri aparmalarına razı deyil. ...iddiaçının mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılmasına zərurət vardır”. Hazırkı işdə mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının mirasa daxil olduğu bildirilən əmlaka münasibətdə vərəsəlikdən irəli gələn subyektiv hüquqa malik olubolmadığı
46. müəyyən edilməlidir.
47. Belə ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
49. Baxılan işdə apellyasiya məhkəməsi tələbi təmin edərkən iddiaçının vərəsəlikdən irəli gələn subyektiv hüququna əsaslansa da, cavabdeh kassasiya şikayətinə əlavəsində göstərmişdir ki, iddiaçının hazırkı iş üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki iddiaçı İddiaçı ona və qeyrilərinə qarşı valideynlərindən miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası Daşkəsən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə rədd edilmiş və bu məhkəmə aktı Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
50. İddiaçı iddiaçı olduğu *(***)-****/**** saylı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməndə göstərilir ki, “Miras qoyan X7 ## #### 2013-cü il tarixdə və X2 ## #### 2018-ci ildə vəfatından sonra iddiaçının Daşkəsən rayonu ünvan 2ndə yerləşən miras qalmış torpaq sahələrindən ibarət əmlakı qanunla müəyyən edilmiş qaydada notariat kontoruna ərizə verməklə qəbul etməsi, nə də faktiki olaraq qəbul etməsi təsdiqini tapmamışdır”.
51. Belə olan halda, hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmış məhkəmə aktı sayıla bilməz.
52. Odur ki, hazırkı işin düzgün həlli üçün Gəncə Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin qanuni qüvvəsini alıb-almadığı yoxlanılmaqla orada müəyyən olunmuş halların hazırkı işə təsiri müzakirə edilməli, iddiaçının valideynlərindən miras qalmış əmlaka vərəsəlik hüququna söykənən hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasına yekun hüquqi qiymət verilməlidir.
53. Bu məqsədlə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.