Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-707/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Qonşuluq hüququ ilə bağlı mübahisə, səs-küyün yaratdığı narahatlıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəc i hakim), Əliyev Zaur Əli og lu və Babayev Zəki Baba og lundan ibarət tərkibdə, Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 qarşı “avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və cavabdehlərin vəsaitləri hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı Iddiaçı Şəmkir şəhəri, İ.Məmmədova küçəsində yerləşən ** saylı fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır.
2. Cavabdehlər qonşuluqda yerləşən torpaq sahələrinin mülkiyyətçiləridir. ünvan 4 ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi cavabdeh2, ünvan 3 ünvanında yerləşən, 0.05 ha torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tam mülkiyyətindədir.
3. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mülkiyyətində olan torpaq sahəsində avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən tikili inşa edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
4. Cavabdeh cavabdeh2 məxsus torpaq sahəsində avtoyuma məntəqəsində avtoyuma məntəqəsi, çay evi kimi fəaliyyət göstərən tikililər inşa edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
5. Tərəflər arasında mübahisə cavabdehlərə məxsus avtoyuma məntəqələrinin fəaliyyəti ilə bağlı yaranan səs-küyün iddiaçını və ailə üzvlərini narahat etməsi ilə bağlı yaranmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Bələdiyyəsinin mülkiyyətində olan və əhalinin ümumi istifadəsinə verilmiş, Şəmkir şəhəri İ.Məmmədov küçəsində, ona məxsus olan ** saylı fərdi yaşayış evinin yaxınlığında cavabdehlər tərəfindən özbaşına inşa etdirməklə əsassız və qanunsuz fəaliyyət göstərən avtoyuma məntəqəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Şəmkir Bələdiyyəsinə məxsus və ümumi istifadədə olan ərazidə, Şəmkir şəhəri İ.Məmmədov küçəsində onun ** saylı fərdi yaşayış evinin yaxınlığında özbaşına inşa etdirdikləri avtoyuma məntəqəsində qanunsuz fəaliyyət göstərərək səs-küy yaratmaqla onu və ailə üzvlərini narahat edirlər. O, cavabdehlərə dəfələrlə xəbərdarlıq edərək həmin obyektin fəaliyyətinin dayandırılması və sökülməsi ilə narahatlığın aradan qaldırılmasını tələb etsə də, nəticə olmamışdır. Iddiaçı həmçinin məsələ ilə bağlı Şəmkir Rayon Icra Hakimiyyəti və Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin ona mübahisənin məhkəmə qaydasında həll edilməsi tövsiyə olunmuşdur. Buna əsasən iddiaçı cavabdehlər tərəfindən qanunsuz inşa edildiyini bildirdiyi avtoyuma məntəqəsinin onların vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Iddiaçı yaşadığı fərdi yaşayış evinin yaxınlığında, cavabdeh cavabdeh2 mülkiyyətində olan ünvan 2 nömrəli ünvanda yerləşən həyətyanı torpaq sahəsində olan tikililərdən qeyri-yaşayış sahəsi kimi (“Çay evi, Çimərlik və avtoyuma məntəqəsi kimi) istifadə edilməsinin qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həvayət Məhəmmədi).
9. Iş materiallarında olan ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Şəmkir şəhəri, İ.Məmmədov küçəsində yerləşən cavabdeh cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus avtomobil yuma məntəqələrinə aid təyinatı üzrə heç bir hüquqmüəyyənedici sənəd yoxdur.
10. Iş materiallarında olan # #### 2024-cü il tarixli *-**-**/*-**/**** saylı Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, cavabdeh2 tərəfindən avtomobil yuma məntəqələri inşa edilərək qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 0.92 m (3.7mx0.25) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus avtomobil yuma məntəqələri inşa edilərkən qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 0.85m (3.4mx0.25) nəzərdə tutulmalıdır. Tədqiq olunan ünvanda cavabdeh cavabdeh2 tərəfindən inşa olunmuş qeyriyaşayış sahəsi (avtomobil yuma məntəqəsi) iddiaçının yaşayış evinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qonşu tikiliyə bitişik inşa olunduğunu nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3 bəndinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan şəhərsalma və tikinti normalarına əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir.
11. ##.##.2024-cü il tarixli ** nömrəli Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məktubuna əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus avtoyuma məntəqəsi həyətyanı sahədə yerləşir, aidiyyəti icazələr mövcuddur, çirkab suları həyətdəki çalaya axıdılır və sanitariya qaydalarına uyğun hesab edilir. cavabdeh2 məxsus avtoyuma məntəqəsi isə yaşayış evinə bitişik yerləşir, fəaliyyət zamanı səs-küy və vibrasiya yaranır, çirkab suları küçə arxına və oradan suvarma kanalına axıdılır. Həmin obyekt üçün icazə sənədləri təqdim edilməmişdir və sanitariya-gigiyena qaydalarının pozulması müəyyən edilmişdir.
12. Məhkəmə yerli baxışı zamanı müəyyən etmişdir ki, iddiaçı Iddiaçı yaşadığı evə bitişik torpaq sahəsi cavabdeh cavabdeh2 məxsusdur. Həmin sahədə “Çimərlik” adlı çay evi kimi istifadə edilən tikili və onun arxa hissəsində iddiaçıya yaxın ərazidə ödənişli xidmət göstərilən hovuz yerləşir. Eyni ərazidə çay evinə bitişik avtoyuma məntəqəsi də fəaliyyət göstərir. Digər cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus torpaq sahəsi iddiaçının evinin qarşı tərəfində yerləşir və hasara alınmışdır. Baxış zamanı həmin sahədə avtoyuma məntəqəsi fəaliyyət göstərsə də, çirkab sularının küçəyə axıdılmadığı və avtomobillərin yerləşməsi üçün geniş sahənin olduğu müəyyən edilmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyinin əsaslandırarkən qeyd etmişdir ki, # #### 2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyinə görə cavabdeh2 tərəfindən inşa edilən çay evi və avtoyuma məntəqəsi inşa edilərkən qeyri-yaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər ara məsafəsi 0.92 m (3.7mx0.25) nəzərdə tutulmalı olduğu halda, cavabdeh cavabdeh2 tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi (avtomobil yuma məntəqəsi) iddiaçının yaşayış evinə bitişik inşa edilməklə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü bəndinin tələbləri pozulmuşdur. Cavabdeh həmçinin evə bitişik çay evi, hovuz və avtoyuma məntəqəsi tikərək onlardan istifadə edir ki, bu da iddiaçının yaşayış şəraitini dözülməz hala salmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, hüquq pozuntusu tikilinin özündən deyil, onun “çay evi”, çimərlik və avtoyuma məntəqəsi kimi qeyri-yaşayış sahəsi kimi istifadəsindən irəli gəlir. Bu səbəbdən iddiaçı qonşuluq hüquqlarına əsasən həmin tikilidən qeyri-yaşayış məqsədilə istifadəni qadağan etdirmək hüququna malikdir. Əgər cavabdeh bu fəaliyyətləri dayandırarsa, iddiaçının hüquqları pozulmaz və tikilinin sökülməsinə ehtiyac qalmaz. Bu səbəbdən də cavabdeh cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşən tikililərdən “çay evi, çimərlik” və avtoyuma məntəqəsi kimi, yəni qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi qadağan edilməlidir.
15. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi cavabdeh cavabdeh1 münasibətdə əsassızdır. Iş materialları onun avtoyuma məntəqəsindən istifadənin iddiaçının qonşuluq hüquqlarını pozduğunu və yaşayışını dözülməz hala saldığını təsdiq etmir.
16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.4, 152.5, 157.4, 170.2, 172.2, 172.2, 180.4, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.2, 69.4, 69.5, 69.2-1, 69.5.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Iddiaçı Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin cavabdeh cavabdeh1 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın cavabdeh1 münasibətdə təmin edilərək, cavabdeh cavabdeh1 tərəfindən ona məxsus tikilidən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli ekspert rəyi tikililərin tikinti normalarına zidd, ara məsafəsi saxlanılmadan inşa edildiyini, həmçinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəmkir Ərazi Idarəsinin mütəxəssis rəyi ilə müvafiq hüquqmüəyyənedici sənədlərin olmadığını təsdiq edir. Bundan əlavə, cavabdeh1 həyat yoldaşına məxsus torpaq sahəsindəki tikilidən faktiki olaraq avtoyuma kimi istifadə etdiyi göstərilir. Iddiaçı hesab edir ki, eyni şəraitdə digər cavabdehin fəaliyyəti hüquq pozuntusu sayıldığı halda, cavabdeh1 münasibətdə bunun müəyyən edilməməsi əsassızdır. Məhkəmənin avtoyumanın hasarlanması və texniki şərtlərə uyğunluğunu əsas gətirməsi səs-küy və narahatlıq faktını aradan qaldırmır. Bu səbəbdən iddiaçı məhkəmə qərarının cavabdeh1 aid hissədə ləğv edilərək iddianın təmin olunmasını tələb edir.
19. Apellyasiya şikayətini cavabdeh cavabdeh2 onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi onun mülkiyyətindədir və həmin sahədə qanuni əsaslarla qeyri-yaşayış tikilisi (çay evi, hovuz və avtoyuma məntəqəsi) inşa etmişdir. Tikinti əvvəlcədən layihə üzrə razılaşdırılmışdır. O qeyd etmişdir ki, avtoyuma məntəqəsi iddiaçının evindən 8.20 m məsafədə yerləşir və narahatlıq yaratmır. Aradakı tikili çay evidir və səs-küyə səbəb olmur. Həmçinin sonradan əlavə ara məsafəsi də təmin edilməklə hörgü inşa edilmişdir. Cavabdeh hesab edir ki, məhkəmənin tikilidən qeyri-yaşayış məqsədilə istifadənin iddiaçının hüquqlarını pozması barədə nəticəsi kifayət qədər sübutlarla təsdiqlənmir. Səs-küy və narahatlıqla bağlı müvafiq ekspert rəyi yoxdur. Bu səbəbdən o, iddianın ona aid hissədə təmin edilməsini əsassız saymışdır və iddiaçının qərəzli şəkildə müraciət etdiyini bildirmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakimlər - Mustafayev Mustafa (sədrlik edən və məruzəçi), Qəhramanov Əkrəm və Muradov Rəhmandan ibarət tərkibdə) iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin qismən, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. QYF/D-*** saylı texniki rəyə əsasən, Şəmkir şəhəri, Israfil Məmmədov küçəsində yerləşən qeyri-yaşayış obyektində memarlıq-planlaşdırma baxımından hər hansı uyğunsuzluq aşkar edilməmişdir.
22. Apellyasiya instansiyasında işə baxılarkən “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nin ##.##.2025-ci il tarixli rəyinə əsasən, iddiaçının evində ölçmə aparılan zaman yalnız cavabdeh2 məxsus avtoyuma məntəqəsi fəaliyyət göstərmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 avtoyuması isə işləməmişdir. Səs-küyün mənbəyi avadanlıqlar (tozsoran və təzyiqli yuma aparatı) olmuşdur. Ölçmələrə görə səs-küy səviyyəsi 41–47 dBA arasında dəyişmiş və bəzi hallarda normadan (40 dBA) artıq olmuşdur. Bu halda səs-küyün azaldılması üçün texniki tədbirlər (izolyasiya və aşağı səsli avadanlıq) tövsiyə edilmişdir. Eyni zamanda, atmosfer havasına təsirin yoxlanılmasının həmin mərkəzin səlahiyyətinə aid edilmədiyi qeyd olunmuşdur.
23. ## ######## 2025-ci il tarixli, *-**-**/*-****/**** saylı məktubda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qeyd edilmişdir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə aparılan yazışmalarda qeyd edilmişdir ki, avtoyuma məntəqəsi ilə yaşayış evi arasında məsafə 8.20 metrdir və bu, ГОСТ 33062-2014 standartına əsasən tələb olunan 50 metrlik sanitar mühafizə zonasına uyğun deyil. Məktubda həmçinin göstərilmişdir ki, obyekt açıq sahədə yerləşdiyindən laborator ölçmələrin aparılması məqsədəuyğun hesab edilmir və bu sahədə dövlət nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
24. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** saylı məktubuna əsasən, şikayət üzrə aparılmış monitorinqlər zamanı avtoyuma məntəqəsində səsküy və atmosfer havasında zərərli qazların miqdarı ölçülmüş və bütün göstəricilərin yol verilən norma daxilində olduğu müəyyən edilmişdir. Səs-küy səviyyəsi şikayətçinin evinin qarşısında 57,5 dBA, avtoyuma məntəqəsində isə 57,6 dBA təşkil etmiş (norma 60 dBA), qaz göstəriciləri isə normadan artıq olmamışdır. Eyni zamanda, istifadə edilən yuyucu vasitələrin insan sağlamlığı üçün zərərli olmadığı qeyd edilmişdir. Bununla belə, səsin daha da azaldılması məqsədilə avtoyuma məntəqəsində şəffaf polietilen pərdələrin quraşdırılması tövsiyə olunmuş və bu tövsiyəyə əməl edilmişdir.
25. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq Idarəsinin ##.##.2025-ci il tarixli aktına əsasən, ünvan 1 ünvanında aparılan monitorinq zamanı avtoyuma məntəqəsinin iddiaçının evindən 10–11 metr məsafədə yerləşdiyi və 2 boksdan ibarət olduğu müəyyən edilmişdir. Ölçmələrə görə, avtoyuma fəaliyyəti zamanı səs-küy səviyyəsi şikayətçinin evi qarşısında 57,5 dBA, məntəqə qarşısında isə 57,6 dBA olmuş (norma 60 dBA), bu göstəricilər yol verilən hədd daxilində qiymətləndirilmişdir. Atmosfer havasında aparılan ölçmələr nəticəsində də zərərli qazların (NO , CO, H S, CH və s.) normadan artıq olmadığı müəyyən edilmişdir. Aktda həmçinin qeyd olunmuşdur ki, yuyucu maddələrin istifadə edilməsi ətraf mühitə zərərli təsir göstərmir və nəticələr Azərbaycan Respublikası Prezidentinin ##.##.2008ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq qiymətləndirilmişdir.
26. Kollegiya qeyd etmişdir ki, bəzi rəylərdə səs-küyün yol verilən səviyyəsi 60 dBA, Səhiyyə Nazirliyinin ## #### 2025-ci il tarixli məktubunda isə 40 dBA göstərilmişdir. Lakin müvafiq fərmana əsasən bu sahədə dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirdiyindən və onun mütəxəssislərinin rəylərində 60 dBA norması göstərildiyindən, həmin rəylər daha mötəbər hesab olunur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin # #### 2008-ci il tarixli *** nömrəli Fərmanının Cədvəl-1 “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” cədvəlinin 13 bəndinə əsasən “Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər” də ətraf mühitə yayılan səs-küyün yol verilən maksimal səviyyəsi gündüz 70 dBA, gecə 60 dBA müəyyən olunmuşdur.
27. Məhkəmə kollegiyası mütəxəssis rəylərinə əsasən belə qənaətə gəlir ki, cavabdehlərin fəaliyyəti nəticəsində səs-küy və atmosfer havasına təsir yol verilən normanı aşmır. Buna görə də həmin təsirlər iddiaçının hüquqlarını pozmur və iddiaçı qonşuluq təsirlərinə dözmək vəzifəsi daşıyır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən tikililərin qanunsuzluğu və şəhərsalma normalarına əməl edilməməsi dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materialları və yerli baxış zamanı cavabdehə məxsus çay evinin iddiaçının evi ilə qonşuluqda inşa edildiyi, eyni zamanda iddiaçının öz tikilisinin də torpaq sərhədində və müvafiq normalara tam riayət olunmadan inşa olunduğu müəyyən edilmişdir. Cavabdehlərə məxsus tikililər isə öz torpaq sahələrində yerləşir. Baxmayaraq ki, cavabdehə məxsus çay evinin tikintisi zamanı bəzi şəhərsalma normalarına əməl edilmədiyi müəyyən olunur, tərəflərin uzun müddət qonşuluqda yaşamaları və həmin dövrdə qarşılıqlı etiraz bildirməmələri nəzərə alınaraq bu hal razılıq kimi qiymətləndirilir. Cavabdeh 2016-cı ildən sahibkar kimi fəaliyyət göstərdiyindən və tikili uzun müddətdir istifadə olunduğundan, iddiaçının sonradan söküntü tələbi irəli sürməsi ağlabatan hesab edilmir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 560-cı maddəsinə əsaslanaraq belə nəticəyə gəlir ki, hüquqlar vicdanlı həyata keçirilməli, hüquqdan sui-istifadəyə yol verilməməlidir. Tərəflərin əvvəlki davranışları və sonradan dəyişən münasibətlər nəzərə alınaraq iddia tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilmiş və bu hissədə əsassız olduğundan təmin edilməmişdir.
29. Məhkəmə kollegiyası cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, avtoyuma məntəqəsinin iddiaçının evindən 8,20 m məsafədə yerləşməsi, arada çay evinin mövcudluğu və həmin obyektlərin səs-küy yaratmaması barədə dəlillər iş materialları ilə təsdiqlənir. Müəyyən edildiyi kimi, cavabdehə məxsus obyektlərdən yayılan səsküy və atmosferə təsir yol verilən norma daxilindədir və iddiaçının hüquqlarını pozmur. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır və təmin edilməlidir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.4, 170.1, 170.2, 171.1- 171.3, 560.1, 560.2, 560.3.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
31. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək şikayətin təmin olunması, Gəncə Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 19-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.2 və 171.1-ci maddələri, “Şəhərsalma əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddələrinin pozuntusuna istinad edilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia qonşuluq münasibətlərinə əsaslanır və Mülki Məcəllənin 171.1-ci maddəsinə uyğun olaraq qonşu təsirinə dözmək vəzifəsi nəzərdə tutulur. Bu normaya görə müdafiə üsulu kimi təsirin qadağan edilməsi mümkündür və iddia tələbi də bu çərçivədə qiymətləndirilməlidir. Buna görə cavabdeh cavabdeh2 məxsus torpaq sahəsində yerləşən tikililərdən çay evi, çimərlik və avtoyuma məntəqəsi kimi qeyri-yaşayış məqsədli istifadə qadağan edilməlidir. Eyni zamanda, iş materiallarındakı mütəxəssis rəyinə əsasən Şəmkir şəhəri İ.Məmmədov küçəsində yerləşən cavabdehlərə məxsus avtoyuma məntəqələrinin təyinatı üzrə istifadəsini təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcud deyil. Iş materiallarında olan # #### 2024-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus avtomobil yuma məntəqələri inşa edilərkən torpaq sahələrinin sərhədlərinə qədər tələb olunan ara məsafəsi gözlənilməmişdir (müvafiq olaraq 0.92 m və 0.85 m). Tədqiq olunan ünvanda cavabdeh cavabdeh2 tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi (avtomobil yuma məntəqəsi) iddiaçının yaşayış evinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qonşu tikiliyə bitişik inşa olunduğunu nəzərə alaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.3-cü maddəsinin tələblərinə uyğun olaraq ara məsafəsi saxlanılmadan tikildiyi müəyyən edilmişdir. Həm mütəxəssis, həm də ekspert rəylərinə əsasən müəyyən edilir ki, cavabdehə məxsus avtomobil yuma məntəqəsi yaşayış evinə 8.20 m məsafədə yerləşir və sanitar mühafizə zonası (50 m) gözlənilməmişdir. Rəylərdə həmçinin tikilinin şəhərsalma və sanitar normalara uyğun olmadığı, açıq sahədə yerləşdiyi və laborator müayinələrin aparılmasının mümkün olmadığı qeyd olunur. Nəticə etibarilə, cavabdeh tərəfindən torpaq sahəsində qanunsuz şəkildə inşa edilmiş və qeyri-yaşayış məqsədi ilə istifadə olunan obyektlər iddiaçının sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququna təsir göstərir. Bu isə qanunsuz istifadə etməklə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnu pozmuşdur. Müvafiq araşdırma aparılmadan və yetərli əsaslandırma olmadan apellyasiya instansiyası məhkəməsi iddiaçının fərdi yaşayış evi ilə cavabdehə məxsus tikililər arasında ara məsafəsinin gözlənilib-gözlənilməməsini, torpaq sahəsinin naturada müəyyən edilməsini və tikililərin şəhərsalma və tikinti normalarına uyğunluğunu tam araşdırmadan, faktların dəqiq müəyyən olunmasına əsaslanmadan qətnamə qəbul etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlmə motivləri və rəhbər tutduğu hüquq normaları aydın şəkildə göstərilməlidir.
33. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən dəlillərə düzgün hüquqi qiymət verməmiş, mübahisənin mahiyyətini Mülki Məcəllənin 170-ci maddəsi və qonşuluq münasibətləri çərçivəsində tam araşdırmamışdır. Belə ki, mülkiyyət hüququ tanınsa da, bu hüquq digər şəxslərin hüquqlarını pozmamalı, xüsusilə qonşulara hədsiz təsir yaratmamalıdır. Qonşu torpaq sahələrinin mülkiyyətçiləri qarşılıqlı hörmət göstərməli, mülkiyyətdən istifadə zamanı hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Həmin normalara uyğun olaraq, qanunsuz tikililərin sökülməsi, istifadənin məhdudlaşdırılması və hüququn müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ mövcuddur. Lakin apellyasiya məhkəməsi bu hüquqi normaları və təqdim edilən dəlilləri tam və obyektiv şəkildə araşdırmadan qərar qəbul etmişdir.
34. Kassasiya şikayətində prosessual hüquq pozuntusu kimi MPM-in 14 və 387-ci maddələrinə istinad edilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxan məhkəmə kimi sübutların düzgün qiymətləndirilməsi, qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmənin qətnaməsi yalnız o halda əsaslı hesab edilə bilər ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və prosessual normalara riayət olunmaqla, iş üzrə əhəmiyyətli halların hərtərəfli və tam araşdırılmasına əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə araşdıraraq qiymətləndirməlidir. Lakin apellyasiya məhkəməsi iddianı rədd edərkən istinad etdiyi digər hal üzrə mütəxəssis rəylərinin hazırkı mübahisənin hüquqi həlli üçün hansı səbəbdən və nə dərəcədə əhəmiyyət kəsb etdiyini əsaslandırmamışdır. Qeyd olunanlara əsasən, cavabdeh2 məxsus çay evi və avtomobil yuma məntəqələri inşa edilərkən qeyriyaşayış sahəsinin istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər nəzərdə tutulmalı olan ara məsafəsi (0,92 m – 3,7 m × 0,25) gözlənilməmişdir. Belə ki, cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi (avtomobil yuma məntəqəsi) iddiaçının yaşayış evinə bitişik şəkildə tikilmiş, bununla da tikinti şəhərsalma və tikinti norma və qaydalarına uyğun aparılmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının yaşayış evinə bitişik şəkildə “çay evi”, hovuz (çimərlik) və avtomobil yuma məntəqəsi inşa edilərək həmin obyektlərdən hazırda istifadə olunmaqdadır. Nəticə etibarilə, cavabdehin bu hərəkətləri iddiaçının yaşayış şəraitini əhəmiyyətli dərəcədə pisləşdirmiş və yaşayışını dözülməz vəziyyətə gətirmişdir. Hesab etmişdir ki, qeyd olunan hallar qanunvericiliyin tələblərinin pozulması olmaqla ədalətsiz vəziyyət yaratmışdır. Iddia edilən qeyri-yaşayış sahəsinə münasibətdə mübahisə həmin tikilinin mövcudluğu ilə deyil, onun “çay evi”, “çimərlik” və avtomobil yuma məntəqəsi kimi qeyri-yaşayış sahəsi məqsədləri üçün istifadə olunması ilə bağlıdır. Yəni, iddiaçının hüquqlarının pozulması tikilinin özü ilə deyil, həmin tikilidən həyata keçirilən fəaliyyətlə bağlıdır. Bu baxımdan iddiaçı qonşuluq hüququndan irəli gələrək cavabdehə həmin sahədən qeyri-yaşayış məqsədləri üçün istifadəni qadağan etmək hüququna malikdir. Belə ki, əgər cavabdeh qeyd olunan tikilidən “çay evi”, “çimərlik” və avtomobil yuma məntəqəsi kimi istifadə etməzsə, həmin tikili iddiaçının hüquqlarını pozmayacaq və nəticə etibarilə tikilinin sökülməsi zərurəti də aradan qalxmış olacaqdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
37. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
39. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
40. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
41. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
42. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
43. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
47. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
48. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasındakı mübahisə iddiaçının yaşadığı evin yaxınlığında cavabdehlər tərəfindən inşa edilmiş tikililərin avtoyuma məntəqəsi kimi fəaliyyət göstərmələri nəticəsində yaranan səs-küyün verdiyi narahatlıqla bağlıdır.
49. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil.
50. MM-nin 180.4-cü maddəsinə əsasən maraqlı şəxsin iddiası əsasında özbaşına tikilinin sökülməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir -Tikilinin tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində inşa edilməsi; - Icazə alınmaqla inşa edilməli olan tikilinin icazə alınmadan inşa edilməsi; - Şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi; -Tikilinin mövcudluğunun iddiaçının hüququnu pozması və ya maraqlarına zidd olması.
51. Qeyd edilən normanın dispozisiya şərtlərinə əsasən iddianın əsaslı hesab edilməsi üçün cavabdehlərə məxsus avtoyuma məntəqələrinin fəaliyyəti nəticəsində yaranan səs-küyün yol verilən normadan əhəmiyyətli dərəcədə artıq olduğu təsdiq edilməli idi.
52. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəylərinə əsasən müəyyən etmişdir ki, cavabdehlərin fəaliyyəti nəticəsində yaranan səs-küy və atmosfer havasına təsir yol verilən normanı aşmır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin təsirlər iddiaçının hüquqlarını pozmur və iddiaçı qonşuluq təsirlərinə dözmək vəzifəsi daşıyır.
53. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, işin faktiki hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillər kassasiya baxışının predmeti ola bilməz.
54. Işə baxılması və sübutların qiymətləndirilməsi zamanı kassasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara yol verildiyi müəyyən edilməmişdir.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.