Məhkəmə qərarları › İş №2(1-8)-710/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-710/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-710/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2, cavabdeh6 və cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrinə düzəliş edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X rayon Aqrar Islahat Komissiyasının 1998-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə X rayonu X kəndində yerləşən 2,52 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi cavabdeh3, cavabdeh5 və cavabdeh2 ayrılmışdır;

3. X rayon, X kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh4, cavabdeh3, cavabdeh5 və cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir;

4. cavabdeh3 ## ### 2010-cu il tarixli iltizamla X rayonu X kəndində yerləşən 2,53 ha torpaq sahəsini 120000 manata İddiaçı satdığını, gələcəkdə həmin torpaqla bağlı heç bir iddiasının olmayacağını, iddiası olacağı halda, aldığı pulun 2 qatını qaytaracağını göstərmişdir;

5. cavabdeh4, cavabdeh3, cavabdeh5 və X1 rayonu X kəndində yerləşən 2.5199 ha torpaq sahəsini ##.##.2024 il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə cavabdeh6 satmışlar;

6. cavabdeh6 da qeyd edilən torpaq sahəsini ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə cavabdeh1 satmışdır;

7. X rayonu, X kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh1 mülkiyyətindədir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərlə digər cavabdeh cavabdeh6 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində aparılmış qeydin, qeyd əsasında cavabdeh6 adına verilmiş çıxarışın, X2 ilə qızı cavabdeh1 arasında ##.##.2024cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2010-cu ildə cavabdeh3 ailəsinin mülkiyyətində olan 2.52 ha. torpaq sahəsini 120.000 manata almışdır. Həmin vaxt cavabdeh3 ərinin Rusiya Federasiyasında olmasını bildirərək torpaq sahəsinin notarial qaydada alqı-satqı etməsinin mümkün olmamasını bildirmişdir. Ancaq torpaq sahəsinə dair dövlət aktının əslini ona verərək ərinin Rusiya Federasiyasından qayıtdığı zamanda sözügedən torpaq sahəsini alqı-satqı edəcəyinə vəd vermişdir. Əks halda ondan aldığı 120.000 manat pulun iki qatı məbləğində qaytaracağına dair iltizamda qeyd etmişdir. Cavabdehlərdən aldığı torpaq sahəsi 13 ildir iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinin vergiləri onun tərəfindən ödənilmişdir, torpaq sahəsində bağ salmış, bir hissəsində taxıl əkmiş, torpaq sahəsinin münbitliyinin yaxşılaşdırılması işləri aparmışdır. cavabdeh3 həyat yoldaşı cavabdeh4 Rusiya Federasiyasından qayıtmış, cavabdeh3 isə Rusiya Federasiyasındadır. cavabdeh4 iddiaçıya iltizam əsasında satdıqları torpaq sahəsini arvadının verdiyi etibarnamə əsasında ## ###### 2024-cü il tarixdə cavabdeh6 notarial qaydada alqı-satqı etmişdir. Cavabdeh ondan 120.000 manat pul almasına baxmayaraq üzərinə götürdüyü öhdəliyi icra etməmiş, əksinə onun istifadəsinə verdiyi torpaq sahəsini üçüncü şəxslə alqı-satqı etmişdir. 10.Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdeh6 ona qarşı ədavət aparmış, bir çox yerlərə şikayətlər etmişdir. Cavabdehlərin torpaq sahəsini cavabdeh6 mülkiyyətinə keçirməsi və sonuncunun öz qızı ilə alqı-satqı etməsi formal olmuşdur. Bu hərəkətləri etməyində məqsəd ona qarşı ziyan vurmaqdır. 11.Cavabdehlər iddiaya etirazla müraciət edərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2010-cu ildə 120000 manata ən azı 20 ha torpaq almaq olardı. Cavabdehlər iddiaçıdan 2,52 ha torpağa görə 120000 manat almış olsa idilər, iddiaçı da, cavadehlər də alqı-satqı müqaviləsini bağlamaqda maraqlı olardılar. Torpağı iddiaçının icarəsinə veriblər, keçən 14 il ərzində iddiaçı hər il 5000 manat, bu günə kimi 67500 manat gəlir götürüb. Torpağı satmaq fikirləri olsa idi, bunu notariat kontorunda rəsmiləşdirərdilər. 12.Məhkəmə baxışında cavabdeh cavabdeh4 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsini heç kimə satmamış və heç kimdən pul almamışdır. Iltizam verilən vaxt Rusiyada işləyirdi. Azərbaycana qayıtdıqdan sonra iddiaçının təsərrüfatında mühafizəçi işləmişdir. Torpaq sahəsini cavabdeh6 satmışdır. cavabdeh6 həmin torpaq sahəsinin əvəzində ona avtomobil vermişdir. 13.Məhkəmə baxışında cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsinin alqı-satqısından məlumatı olmamışdır. Belə ki, anası torpaq sahəsini iddiaçıya satmış, torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. Torpaq sahəsini geri qaytarmaq məqsədi ilə cavabdeh6la mübahisəli torpaq sahəsinə dair alqı-satqı etmişlər. Lakin cavabdeh6 ona heç nə ödəməmiş, məhkəmə mübahisəsi bitdikdən sonra ona ya torpaq sahəsi və ya onun əvəzini verəcəyini söz vermişdir 14.Məhkəmə baxışında cavabdeh cavabdeh6 iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh4 torpaq sahəsinin iddiaçıdan alınıb ona verilməsində kömək istəmişdir. cavabdeh4 kömək məqsədi ilə torpaq sahəsini alqısaqtı müqaviləsi bağlayaraq öz mülkiyyətinə keçirtmişdir. Iddiaçı cavabdeh4 pulunu verəndən sonra torpağı iddiaçıya verə bilər. Əks halda hazırki məhkəmə mübahisələri bitdikdən sonra torpaq sahəsinin əvəzini cavabdeh4 və ailə üzvlərinə ödəyəcək, ya da torpaq sahəsini özlərinə geri qaytaracaq. Hazırda torpaq sahəsini 24000 manata qızı Xəyə satmışdır. 15.X Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh4 cavabdeh3 Şirali qızı, cavabdeh5 və cavabdeh2 ilə cavabdeh cavabdeh6 arasında bağlanmış # ###### 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında cavabdeh6 adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə cavabdeh1 arasında ##.##.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair cavabdeh1 qzının adına verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim: H.Məhəmmədi) 16.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X rayonu X kəndində yerləşən 2.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə JN422 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında cavabdeh4, cavabdeh3, cavabdeh5 və cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair cavabdeh4, cavabdeh3, cavabdeh5 və cavabdeh2 adına ************ nömrəli, ##.##.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. cavabdeh4, cavabdeh3, cavabdeh5 və X1 ************ nömrəli, ##.##.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyətlərində olan X rayonu X kəndində yerləşən 2.5199 ha torpaq sahəsini AN-İ ******* saylı, ##.##.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında cavabdeh6 satmışlar. Həmin torpaq sahəsi ************ nömrəli, ##.##.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında cavabdeh6 tam mülkiyyətinə verilmişdir. Daha sonra cavabdeh6 mülkiyyəttində olan 2.5199 ha torpaq sahəsini ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh1 satmış və torpaq sahəsi ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarış əsasında cavabdeh1 mülkiyyətinə verilmişdir. Həmçinin, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5 və cavabdeh2 ümumi birgə mülkiyyətində olmuş X rayonu X kəndində yerləşən 2.5199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ## ### 2010-cu il tarixdə cavabdeh3 tərəfindən 120000 manata iddiaçıya oğluna satılmış və torpaq sahəsi 2010-cu il tarixdən hazırki vaxta kimi mübahisəsiz olaraq iddiaçının istifadəsində olmaqla onun tərəfindən torpaq sahəsində bağ salınmış və əkin işləri aparılmışdır. 17.Birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına əsasən göstərmişdir ki, iddiaçının cavabdehlərə qarşı 2.5199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ##.##.2010-cu il tarixdən torpaq sahəsinin mülkiyyətçilərindən olan cavabdeh3 tərəfindən ona satıldıqdan sonra hazırki vaxta kimi tam olaraq mübahisəsiz istifadəsində olduğundan onun mübahisəli torpaq sahəsinin sahibi kimi müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Belə olan halda isə, yoxlanılmalı olan ikinci məsələ, cavabdehlərin etirazı nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması məsələsidir. 18.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən, ## ###### 2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması məsələsi işin müəyyən edilmiş faktiki halları və təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. 19.Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 20.Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlaka dair ## ###### 2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin cavabdeh6 ilə cavabdehlər arasında bağlanmasına baxmayaraq, nə cavabdehlər əmlakı Ş. Hüseynovun mülkiyyətinə (sahiblik və istifadəsinə) verməmiş, nə də cavabdeh6 alqı-satqı müqaviləsi üzrə cavabdehlərə hər hansı məbləğdə pul ödəməmişdir. Belə ki, cavabdehlər hər biri izahatında alqı-satqı müqaviləsində nəzərdə tutulmuş pulun onlara verilmədiyini, cavabdeh6 onların torpağını İddiaçı sahiblik və istifadəsindən geri almaq məqsədilə alqı-satqı müqaviləsi bağladığını qeyd etmişdir. 21.Göründüyü kimi ##.##.2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi ona uyğun heç bir hüquqi nəticə, yəni tərəflər özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan, sırf başqalarını aldatmaq məqsədilə bağlamışlar. Mülki Məcəllənin 567-ci maddəsinin tələbləri baxımından cavabdeh6 alıcı hesab etmək mümkün deyildir. 22.Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarında qeyd edilir ki, “Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada-əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər olaraq qruplaşdırılmışdır. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.” 23.Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdehlər arasında olan mübahisəli torpaq sahəsinin satılmasına dair iltizamla bağlı diqqətə çatdırmışdır ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. 24.Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. 25.Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlərin iddiaçı ilə eyni kənddə yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, iddiaçı tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, torpaqdan istifadə etməsi, orada müxtəlif növ ağaclar əkməsi, illərdir həmin torpaqda məhsul becərməsi qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, Mülki Məcəllənin 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir 26.Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 27.Birinci instansiya məhkəməsi bildirmişdir ki, işin müəyyən edilən mübahisəsiz hallarına görə X rayonu X kəndi ərazisində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2010-cu ildən iddiaçının faktiki istifadəsindədir. Iddiaçı həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və daim istifadəsində olmaqla illik əkinlər əkmiş, hazırda torpaq sahəsi onun istifadəsindədir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə iddiaçının istifadəsindədir. 28.Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ## #### 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitami) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin "razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur" müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. 29.Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına əsasən göstərmişdir ki, cavabdehlərin ümumi birgə mülkiyyətində olan X rayonu, X kəndində yerləşən 2.5199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh3 tərəfindən ##.##.2010-cu il tarixdə iddiaçıya satılsa da, torpaq sahəsinin digər mülkiyyətçilərinin həmin alqı-satqıdan məlumatlı olmaları, ötən illər ərzində alqı-satqı ilə bağlı hər hansı etiraz bildirməmələri, torpaq sahəsinin 2010-cu ildən iddiaçının sahibliyinə keçməsi və hazırkı vaxta kimi maneəsiz istifadəsində olması sonuncunun mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malik olmasına dəlalət edir. Göründüyü kimi, iddiaçının bu sahibliyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən olan cavabdeh3 ilə torpaq sahəsinin alqısatqısına da müqavilə və ondan sonrakı uzun illər ərzində hazırkı iş üzrə cavabdehlərin davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan qanunvericilik normalarına əsaslanır. 30.Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişir ki, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5 və cavabdeh2 ilə cavabdeh6 arasında torpaq sahəsini alqısatqısına görə ## ###### 2024-cü il tarixdə bağlanmış, AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin həqiqi iradə ifadələrini əks etdirmədiyindən mübahisəli torpaq sahəsinin alqı–satqı müqaviləsi kimi qiymətləndirilə bilməz və həmin müqavilə bağlandığı andan etibarsızdır. 31.Birinci instansiya məhkəməsi iddianın mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında cavabdeh6 adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 32.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair cavabdeh6 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsinə dair cavabdeh6 adına Dövlət Reyesterində aparılmış qeyd və qeyd əsasında cavabdeh6 adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. 33.Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli torpaq sahəsinə dair cavabdeh6 ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. 34.Bundan başqa Mülki Məcəllənin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlakın alqısatqısı müqaviləsinin cavabdeh6 ilə onun qızı cavabdeh1 arasında bağlanmasına baxmayaraq həmin əmlak nə cavabdeh6 istifadəsində və sahibliyində olmamış, nə də cavabdeh6 əmlakı cavabdeh1 mülkiyyətinə (sahiblik və istifadəsinə) verməmişdir. Eyni zamanda cavabdeh1 cavabdeh6 qızı olması onun mübahisəli torpaq sahəsinin atasının sahiblik və istifadəsində olmamasını və Ş. Hüseynovun həmin mübahisəli torpaq sahəsini mülkiyyət əldə etmək məqsədilə alqı-satqı bağlamamasını bilməməsi istisna edilir. Mülki Məcəllənin 567-ci maddəsinin tələbləri baxımından nə cavabdeh6 satıcı, nə də cavabdeh1 alıcı hesab etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Buna görə də ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi də uydurma əqd olduğundan bağlandığı andan etibarsızdır. 35.Birinci instansiya məhkəməsi həmçinin nəzərə almışdır ki, cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair cavabdeh6 ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsindən törəndiyindən, qeyd olunan alqısatqı müqaviləsi də etibarsız hesab edildiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsinə dair cavabdeh1 adına verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarış da ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli torpaq sahəsinə dair alqısatqı36.müqaviləsinin bağlanması vəzifəsinin məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlər - cavabdeh4, cavabdeh3 Şirali qızı, cavabdeh5 və cavabdeh2 həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, faktiki olaraq tərəflər arasında alqısatqı münasibətləri yaranmış olduğundan həmin hissədə iddia təmin edilməməlidir. 37.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 324.1- 324.4, 340.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

38. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh3 notarial qaydada ondan 120.000 manat alaraq özü və ailəsinə məxsus 2.50 ha torpaq sahəsini satmasına vəd versə də, sonradan onunla notarial alqı-satqı müqaviləsi bağlamadan üçüncü şəxslə alqı-satqı etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Cavabdeh cavabdeh3 ilə olan münasibətlər, yəni onun satılacaq torpaq sahəsinə görə 120.000 manat pulun verilməsi, cavabdeh3 əri, cavabdeh cavabdeh4 Rusiya Federasiyasından qayıdandan sonra notarialalqı satqı edilməsinin planlaşdırılması da müqavilənin hazırlanması prosesi kimi dəyərləndirilməlidir. Tərəflər arasında öhdəlik müqaviləsi olmasa da, cavabdeh cavabdeh3 notarial qaydada təsdiqlənmiş qəbzlə özünə və ailəsinə məxsus 2,50 ha. torpaq sahəsini ona satması barədə verdiyi qəbz faktiki olaraq “öhdəlik müqaviləsi” kimi qiymətləndirilməlidir.

40. Cavabdeh cavabdeh6 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh3 beh olaraq pul verməsinə dair qəbzində qeyd olunan “cavabdeh özünə məxsus 2,51 ha torpaq sahəsini guya iddiaçıya satmaq məqsədilə 120000 manat (əslində 6000 manat) pulu almışdır” sözlərini daşınmaz əmlak olan mübahisəli torpaq sahəsinin cavabdehlərdən alqı-satqı müqaviləsi əsasında satın alması kimi qiymətləndirməyə çalışmışdır. Ümumi paylı mülkiyyətdə olan mübahisəli 2,51 ha torpaq səhəsinin mülki qanunvericiliyin tələblərinə tam əməl edilməklə, yəni torpaq sahibləri ilə onun arasında notarial qaydada imzaların təsdiq edildiyi alqı-satqı müqaviləsi əsasında iş üzrə cavabdeh olan cavabdeh6, onun da vicdanlı alıcı olan cavabdeh1 satmağına dair müqavilələri isə mahiyyət etibarı ilə formal xarakterli əqdlər statusunda olması kimi qiymətləndirməklə etibarsız hesab etmişdir. Reallıqda isə iddiaçının cavabdeh cavabdeh3 ailəsinə məxsus 2,51 ha torpaq sahəsini gələcəkdə notarial qaydada təsdiq olunacaq müqavilə əsasında satın alacağını vəd etməklə verdiyi iltizama görə ilkin beh olaraq 12000, əslində isə 6000 manat pulun verilməsininə dair iltizamı isə məhkəmə, təkcə cavabdeh3 deyil, digər cavabdehlərə də məxsus olan 2,51 ha torpaq sahəsinin iddiaçı tərəfindən tamamilə satın alınması kimi qiymətləndirməyə çalışmışdır.

42. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir

43. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti cavabdeh cavabdeh6 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

44. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti də cavabdeh cavabdeh6 apellyasiya şikayətinin dəlilləri ilə eyni eyni məzmunda əsaslandırılmışdır.

46. Apellyasiya baxışında cavabdeh cavabdeh6 bildirmişdir ki, cavabdeh4 ona arvadı cavabdeh3 torpağı iddiaçıya 6000 manata satmasını, 12000 manata imza etməsini demiş, buna görə torpağın alınıb ona verilməsində köməklik etməsini xahiş etmişdir. Bu səbədən ilkin olaraq 5000 manat pulu alqı-satqı müqaviləsi bağlanarkən, 18000 manat dəyərində pomidor istilikxanasını və özünə məxsus “Mersedes” avtomobilini verməklə Arzumanla alqısatqı barədə razılaşıblar. Bu barədə torpaq mülkiyytəçiləri müqavilə bağlayıb, sonra isə həmin torpaq sahəsini qızı Xəyə satmışdır. Torpağın real qiyməti 25000 manatdır.

47. Apellyasiya baxışında cavabdeh cavabdeh4 göstərmişdir ki, arvadı Xaitrə Əsədovanın torpağı iddiaçıya satmasından xəbəri olmayıb. Torpağı iddiaçıdan almaqda köməklik etməyi cavabdeh cavabdeh6 xahiş etmiş və bu məqsədlə sonuncu ilə müqavilə bağlamışdır. Lakin bununla bağlı pul, minik avtomobili, torpaq sahəsi və üzərində istilikxana verilməmişdir.

48. Apellyasiya baxışında cavabdeh cavabdeh2 bildirmişdir ki, onun 20 yaşı olanda anası torpaq sahəsini iddiaçıya satıb, hazırda da torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsini geri qaytarmaq üçün cavabdeh6la alqı-satqı ediblər. Lakin cavabdeh6 onlara heç nə ödəməmiş, məhkəmə mübahisəsi bitdikdən sonra ona torpaq sahəsi və ya onun əvəzini verəcəyinə söz vermişdir. Atasını əqli qüsuru var, nə etdiyini bilmir. Torpaq sahənin iddiaçıda qalmasını istəyir.

49. Apellyasiya baxışında cavabdeh cavabdeh5 bildirmişdir ki, anası torpaq sahəsini 12000 manata iddiaçıya satıb, hazırda torpaq sahəsi iddiaçını istifadəsindədir, həmin torpaq sahəsinin iddiaçıda qalmasına etiraz etmir.

50. Cavabdeh apelyasiya instansiyası məhkəməsinə teleqram vuraraq apelyasiya şikayətindən imtina etdiyini bildirmişdir.

51. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qərardadı ilə cavabdeh cavabdeh4 X Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilmiş və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir.

52. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər cavabdeh6 və cavabdeh1 apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin, cavabdehlər cavabdeh4, cavabdeh3 Şirali qızı, cavabdeh5 və cavabdeh2 ilə cavabdeh cavabdeh6 arasında bağlanmış # ###### 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında cavabdeh6 adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə cavabdeh1 arasında ##.##.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair cavabdeh1 qzının adına verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissələrdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər:L.Süleymanov - məruzəçi və sədrlik edən,G.Cavadova, Ş.Rzaquliyev).

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən mübahisə olunan torpaq sahəsinin alğı-satqısı barədə tərəflər arasında yazılı formada hər hansı bir əqd bağlanılmamış və notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda, iddiaçının əsaslandığı dəlil və sübutlar iddianın təmin edilməsinə əsas vermir.

54. Apellyasiya instansiyası məhkəməsi ##.##.2010-cu il tarixli iltizamla bağlı qeyd etmişdir ki, həmin aktda cavabdeh3 X rayon X kəndində yerləşən 2,53 ha torpaq sahəsini iddiaçıya satdığı əks olunmuşdur. Halbuki, ************ nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, X rayon, X kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh4, cavabdeh3, cavabdeh5 və cavabdeh2 ümumi birgə mülkiyyətinə olmuşdur və həmin mülkiyyətçilər aktın tərtibi zamanı iştirak etməmişlər. Digər tərəfdən, mülkiyyətçilərin payları müəyyən olunmadığından ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin özünə aid hissəsinin cavabdeh3 tərəfindən iddiaçıya satılması da mümkünsüzdür.

55. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ##.##.2005-ci il tarixdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişiliklər edilərkən, həmin Məcəllənin 335-ci maddəsi Məcəllənin mətnindən çıxarılmış və həmin dəyişiklik nəticəsində ##.##.2005-ci il tarixdən sonra yaranmış münasibətlərlə bağlı məhkəmə tərəfindən alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi mümkün deyildir. Buna görə də birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

56. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilmiş mübahisəli torpaq sahəsi ilə bağlı bağlanılmış alqı-satqı müqavilərinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi hissəsi ilə bağlı isə diqqətə çatdırmışdır ki, iddiaçı tələbini cavabdeh3 tərəfindən verilməsi güman olunan ##.##.2010-cu il tarixli iltizamına istinad edərək irəli sürmüşdür. Halbuki həmin iltizam torpaq sahəsi üzərində hər hansı bir hüququn yaranması üçün heç bir hüquqi nəticə doğurmur. Buna görə də, iddiaçının digər şəxslər arasında torpaq sahəsinə dair bağlanılmış alqı-satqı müqavilərinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur ki, bu hal da iddianın rədd edilməsinə hüquqi əsas yaradır.

57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 146.1, 152.1, 213.1, 222.2, 334.1, 334.2, 389.2, və 394, 567-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

58. Iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərar qəbul edilməsini xahiş etmişdir.

59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında faktiki münasibət ondan ibarətdir ki, 2010-cu ildən cavabdeh3 və onun ailə üzvlər olan digər payçılar real vəziyyətlə barışmış, iddia qaldırılanadək ötən 14 il müddətində paylı mülkiyyətçiləri olduqları torpaq sahəsinin iddiaçının sahibliyində və istifadəsində olması ilə barışmış, bu haqda susmuşlar. Bu da ona dəlalət edir ki, cavabdeh3 ailə üzvləri pay torpaqlarının satılması ilə razılaşmışlar. Hər bir halda alqı-satqı müqaviləsinin tərəflərinin iradə ifadəsi ortadadır, torpaq sahəsinin geri qaytarılması haqda uzun müddət, yəni 14 il tərəflər susmuşdur. Cavabdeh cavabdeh3 notarial qaydada iddiaçıdan 2010-cu ildə 120.000 manat alaraq özü və ailəsinə məxsus 2.50 ha torpaq sahəsini iddiaçıya satması, bundan sonra həmin torpaq sahəsini iddiaçının istifadəsinə və sahibliyinə verməsi, sonradan iddiaçı İddiaçılə notarial alqı-satqı müqaviləsi bağlamadan üçüncü şəxslə alqı-satqı etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Ancaq məhkəmə kollegiyası qətnamədə cavabdeh cavabdeh3 120.000 manat pulun alınması müqabilində ailəsinə məxsus 2.52 ha. torpaq sahəsini iddiaçının sahibliyi və istifadəsinə verilməsinə, 14 il ərzində həmin torpaq sahəsilə bağlı heç bir mübahisənin olmaması və s. faktiki hallara hüquqi münasibət bildirməmiş, Mülki Məcəllənin 335.1, 385.1, 386.1-ci maddələri düzgün tətbiq etməmişdir.

60. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər:A.Abbasov-məruzəçi,Ə.Nurməmmədov, R.Həsənov).

61. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh cavabdeh6 cavabdeh4 torpaq sahəsinin iddiaçıdan alınıb ona verilməsində kömək istədiyini, bu məqsədlə torpaq sahəsini alqı-satqı müqaviləsi bağlayaraq öz mülkiyyətinə keçirtməsini, iddiaçı İddiaçı cavabdeh4 pulunu verəndən sonra torpağı iddiaçıya verə biləcəyini, əks halda hazırki məhkəmə mübahisələri bitdikdən sonra torpaq sahəsinin əvəzini cavabdeh4 və ailə üzvlərinə ödəyəcəyəni, ya da torpaq sahəsini özlərinə geri qaytaracağınını bildirmişdir. Apellyasiya baxışında isə cavabdeh cavabdeh6 fərqli mövqe nümayiş etdirərək, ilkin olaraq 5000 manat pulu alqı-satqı müqaviləsi bağlanarkən, sonradan isə 18000 manat dəyərində pomidor istilikxanasını və özünə məxsus “Mersedes” avtomobilini verməklə Arzumanla alqı-satqı barədə razılaşdığını göstərmişdir. Həmçinin, apellyasiya baxışında cavabdeh cavabdeh4 torpağı iddiaçıdan almaqda köməklik etməyi cavabdeh cavabdeh6 xahiş etməsini və bu məqsədlə sonuncu ilə müqavilə bağlamasını, lakin bunun müqabilində cavabdeh6 ona pul, minik avtomobili, torpaq sahəsi və üzərində istilikxana vermədiyini göstərmişdir. Eyni zamanda cavabdehlər cavabdeh2 və cavabdeh5 da apellyasiya baxışında anası tərəfindən torpaq sahəsinin iddiaçıya satılması, hazırda da torpaq sahəsinin iddiaçının istifadəsində olmasını, cavabdeh6 onlara heç nə ödəmədiklərini, torpaq sahəsinin iddiaçıda qalmasına etiraz etmədiklərini göstərmişlər.

62. Işin apellyasiya baxışında olduğu zaman cavabdeh cavabdeh4 apellyasiya instansiyası məhkəməsinə teleqram ünvanlayaraq, iddiaçı ilə olan bütün mübahisələrin səbəbkarı və alqı-satqı müqavilələrinin bağlanmasının təşkilatçısının cavabdeh6 olmasını göstərən məzmunda məlumat vermişdir. Belə olan halda torpaq sahəsi iki dəfə alqı-satqı predmeti olub, mülkiyyətçiləri dəyişsə də, torpaq hələ də iddiaçının faktiki sahiblik və istifadəsindədir. Alqı-satqı müqaviləsinin tərəfləri olan şəxslər həmin müqaviləni bağlamaqda torpaq sahəsini iddiaçıdan geri almaq məqsədi güddüyünü bildirmişlər. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin yalnız Mülki Məcəllənin 335-ci maddəsinə istinadən iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə düzgün olmamış, apellyasiya instansiyası məhkəməsi işin hallarını, iddiaçının dəlillərini, cavabdehlərin etirazlarında göstərdikləri dəlilləri müqayisəli şəkildə təhlil edib onlara, eləcə də iddiaçının subyektiv hüququna aid məsələyə Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbləri baxımından qiymət verməmişdir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

63. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdlərə yuxarıda göstərilən şərtlər daxilində qiymət verməmiş, Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozitiv şərtlərinin hazırkı işdə mövcud olub-olmamasına münasibət bildirmədən iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Halbuki qeyd edilən müqavilələr üzrə iddiaçının subyektiv hüququ işin halları baxımından həm də Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozitiv şərtləri daxilində yoxlanmaqla qiymətləndirilməli idi.

d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

64. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh5, cavabdeh2, cavabdeh6 və cavabdeh1 qarşı ## ###### 2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh6 adına verilmiş ##.##.2024- cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair cavabdeh1 qzının adına verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, iddiaçı ilə həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakimlər: F.Mehtiyev – sədrlik edən və məruzəçi, M.Mustafayev, R.Muradov).

65. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı cavabdeh cavabdeh3 ##.##.2010-cu il tarixdə X rayonunun X kəndində yaşayan cavabdeh3 ailəsinin mülkiyyətində olan 2.52 ha. torpaq sahəsini 120.000 manata almışdır. Həmin vaxt cavabdeh3 ərinin Rusiya Federasiyasında olmasını əsas gətirərək torpaq sahəsinə dair JN- 422 seriyalı, KOD nömrəsi 50407038 olan Dövlət aktının əslini ona verərək ərinin Rusiya Federasiyasından qayıtdığı zamanda sözügedən torpaq sahəsini alqı-satqı edəcəyinə söz vermişdir. Əks halda ondan aldığı 120.000 manat pulun iki qatı məbləğində ona pul ödəyəcəyinə dair iltizamda qeyd etmişdir. Işdə olan sənədlərdən və tərəflərin izahatları ilə müəyyən olunur ki, torpaq sahəsi iddiaçının istifadəsindədir. Cavabdeh cavabdeh3 həyat yoldaşı cavabdeh4 Rusiya Federasiyasından Xə qayıtmış, cavabdeh3 isə Rusiya Federasiyasında qalmışdır. cavabdeh3 torpaq sahəsini alqı-satqı etmək üçün Rusiya Federasiyasından etibarnamə göndərmiş və əri cavabdeh4 ## ###### 2024-cü il tarixdə üçüncü şəxs cavabdeh6 ona iltizam əsasında satdıqları torpaq sahəsini notarial qaydada Gəncə regional * saylı Asan Xidmət Mərkəzində alqı-satqı etmişdir. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər cavabdeh4, cavabdeh3 Şirali qızı, cavabdeh5 və cavabdeh2 ilə cavabdeh cavabdeh6 arasında bağlanmış ## ###### 2024-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında cavabdeh6 adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, cavabdeh6 ilə qızı cavabdeh1 arasında ##.##.2024-cü ildə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair cavabdeh1 adına verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlər - cavabdeh4, cavabdeh3 Şirali qızı, cavabdeh5 və cavabdeh2 həvalə edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

66. Müəyyən edilmişdir ki, cavabdeh cavabdeh6 cavabdeh4 torpaq sahəsinin iddiaçıdan alınıb ona verilməsində kömək istədiyini, bu məqsədlə torpaq sahəsini alqı-satqı müqaviləsi bağlayaraq öz mülkiyyətinə keçirtməsini, iddiaçı İddiaçı cavabdeh4 pulunu verəndən sonra torpağı iddiaçıya verə biləcəyini, əks halda hazırkI məhkəmə mübahisələri bitdikdən sonra torpaq sahəsinin əvəzini cavabdeh4 və ailə üzvlərinə ödəyəcəyəni, ya da torpaq sahəsini özlərinə geri qaytaracağını bildirsə də, apellyasiya baxışında cavabdeh cavabdeh6 fərqli izahat verərək, ilkin olaraq 5000 manat pulu alqı-satqı müqaviləsi bağlanarkən, sonradan isə 18000 manat dəyərində pomidor istilikxanasını və özünə məxsus “Mersedes” avtomobilini verməklə Arzumanla alqı-satqı barədə razılaşdığını göstərmişdir. Cavabdeh cavabdeh4 torpağı iddiaçıdan almaqda köməklik etməyi cavabdeh cavabdeh6 xahiş etməsini və bu məqsədlə sonuncu ilə müqavilə bağlamasını, lakin bunun müqabilində cavabdeh6 ona pul, minik avtomobili, torpaq sahəsi və üzərində istilikxana vermədiyini göstərmişdir. Eyni zamanda cavabdehlər cavabdeh2 və cavabdeh3 da apellyasiya baxışında sonuncu tərəfindən torpaq sahəsinin iddiaçıya satılması, hazırda da torpaq sahəsinin iddiaçının istifadəsində olmasını, cavabdeh6 onlara və cavabdeh4 heç nə yəni pul, minik avtomobili, torpaq sahəsi və üzərində istilikxana vermədiyini göstərmişlər. Işin apellyasiya baxışında dindirilən cavabdehlər qeyd olunanları izahatında təsdiq etmişlər.

67. Baxılan işdən görünür ki, torpaq sahəsi iki dəfə alqı-satqı predmeti olub, mülkiyyətçiləri dəyişsə də, torpaq hələ də iddiaçının faktiki sahiblik və istifadəsindədir. Alqısatqı müqaviləsinin tərəfləri olan cavabdehlər həmin müqaviləni bağlamaqda torpaq sahəsini iddiaçıdan almaq istəmişlər. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir.

68. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu əsas prinsipi nəzərə almamış, iddiaçının tələbə malik olmaq hüququnu ilkin qaydada araşdırmadan, maddi hüquq normalarının tətbiqi ilə işə mahiyyəti üzrə baxmış və nəticə etibarilə subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş iddianı qismən təmin etmişdir. Bu isə prosessual baxımdan ciddi pozuntu olmaqla, həm məhkəmə araşdırmasının hüdudlarına, həm də ədalətli məhkəmə araşdırması prinsipinə ziddir.

69. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının sözügedən iddia tələbində tərəf statusu olmaması sübuta yetirildiyindən, onun cavabdehlərdən əqdin etibarsızlığını və s. tələb etmək hüququ mövcud deyildir. Belə olan halda isə, subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilmiş iddia, mülki prosessual qanunvericiliyin mahiyyətinə və prinsiplərinə zidd olaraq irəli sürüldüyündən təmin edilə bilməz. Birinci instansiya məhkəməsi isə bu əsasları düzgün tətbiq etməmiş, iddiaçının tələb hüququna malik olub-olmamasını araşdırmadan və işə aidiyyəti olmayan şəxsin təqdim etdiyi faktlara əsaslanaraq qətnamə çıxarmışdır. Nəticə etibarilə, çıxarılan qətnamə düzgün olmayan və əsaslandırılmamış hesab edilməlidir.

70. Mülki hüquq sistemində iddia hüququ yalnız tələb irəli sürmək hüququ olan – yəni subyektiv hüquqa malik şəxslər tərəfindən həyata keçirilə bilər. Subyektiv hüquq dedikdə, şəxsə aid olan və qanunla qorunan, icrası üçün hüquqi müdafiə tələb etməyə əsas verən konkret hüquqi maraq başa düşülür. Hazırkı işdə iddiaçı İddiaçı tərəfindən cavabdehlər cavabdeh4, cavabdeh3 Şirali qızı, cavabdeh5 və cavabdeh2 ilə cavabdeh cavabdeh6 arasında bağlanmış ## ###### 2024-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında cavabdeh6 adına verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, X2 ilə (qızı) cavabdeh1 arasında ##.##.2024cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair cavabdeh1 adına verilmiş ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlər - cavabdeh4, cavabdeh3 Şirali qızı, cavabdeh5 və cavabdeh2 həvalə edilməsi haqda qətnamə çıxarılması barədə iddia olmuşdur. Lakin, məhkəmə araşdırması zamanı əldə edilmiş ifadələr və təqdim olunmuş sənədlər əsasında aydın olmuşdur ki, iddiaçının sözügedən mülki hüquq münasibətində birbaşa iştirak etmədiyini, yəni iddia üzrə tərəf statusuna malik olmadığını, nəticə etibarilə isə iddia irəli sürmək hüququnun (subyektiv hüququnun) mövcud olmadığını göstərir. Yuxarıda Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, mülki mübahisəyə baxılarkən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin bu mübahisə üzrə subyektiv hüququnun olubolmamasını müəyyən etməlidir. Əgər iddia subyektiv hüquqa malik olmayan şəxs tərəfindən irəli sürülürsə, belə iddia baxılmamış saxlanılmalı və ya məhkəmə baxışında iddia rədd edilməlidir. Beləliklə, baxılan iş üzrə işin halları araşdırıldıqda isə müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdehlərə qarşı əqdin etbarsızlığına və s. dair iddia qaldırmağa subyektiv hüququ yoxdur.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

71. Iddiaçı (vəkil: vəkil2 ) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

72. Şikayətin ilk dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi 14 il ərzində cavabdehlərin paylı mülkiyyətlərində olan torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsinə susqunluq nümayiş etdirilməsi halına Mülki Məcəllənin 222-ci maddəsinə uyğun düzgün hüquqi qiymət verməmişdir.

73. Digər dəlilə görə, iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdıran məhkəmə tərkibi, mübahisənin doğru həlli üçün Mülki Məcəllənin 335.1-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir.

74. Şikayətdə o da qeyd olunmuşdur ki, cavabdeh cavabdeh3 notarial qaydada iddiaçıdan 2010-cu ildə 120.000 manat alaraq özü və ailəsinə məxsus 2.50 ha torpaq sahəsini iddiaçıya satması, bundan sonra həmin torpaq sahəsini iddiaçının istifadəsnə və sahibliyinə verməsi, sonradan iddiaçı İddiaçılə notarial alqı-satqımüqaviləsi bağlamadan üçüncü şəxslə alqı-satqı etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Cavabdeh cavabdeh3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıdan 120.000 manat pulun alınması müqabilində ailəsinə məxsus 2.52 ha. torpaq sahəsini iddiaçının mübahisəli torpaq sahəsini iddiaçıya satmış, əldə etdiyi pulun müqabilində övladlarına toy etmiş, yeni ev tikdirmiş və başqa şəxslərə olan borclarını ödəmişdir. Əri cavabdeh4 həmin vaxt Rusiya Federasiyasında olduğundan alqı-satqımüqaviləsini notarial qaydadarəsmiləşdirə bilməmişdir. Ancaq məhkəmə kollegiyası qeyd edilənlərə əsassız varlanma xüsusatı üzərindən hüquqi qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

75. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

76. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

77. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

78. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

79. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

80. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

81. Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir

82. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

83. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

84. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

86. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

87. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

88. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

89. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

90. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

92. Məhkəmə tərkibi əvvəlcə kassasiya şikayətinin Mülki Məcəllənin 222-ci maddəsinin tətbiqi ilə bağlı dəlili üzrə bildirir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi və dövlət reyestrindəki qeydə düzəliş edilməsi ilə bağlı Mülki Məcəllənin 139.1, 141, 178.1, 144.1, 394-cü maddələri nəzərdən keçirilməli və aşağıdakı şərtlər üzrə yoxlama aparılmalıdır: 1) iddiaçının həqiqi hüquqi vəziyyətə görə mülkiyyət hüququnun olması (əşyaya dair ləğv edilmiş reyestr qeydinin mövcudluğu, vərəsəlik hüququnun olması və digər); 2) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mövcudluğu; 3) üçüncü şəxslə bağlanmış etibarlı dövriyyə əqdinin mövcudluğu; 4) əşyanı üçüncü şəxsə özgəninkiləşdirənin adına reyestr qeydinin əsaslı olub-olmadığı; 5) qeyd əsassız olduqda, əldə edən üçüncü şəxsin vicdanlı olub-olmadığı.

93. Nəzərə alınmalıdır ki, birinci şərt iddiaçının bu tələb üzrə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən edir. Həmin şərtin ödənilməməsi digər şərtlərin yoxlanılmasına keçilmədən iddianın rədd edilməsi üçün əsasdır.

94. Baxılan işdə iddiaçı mübahisənin obyekti olan torpaq sahəsinə dair cavabdehlərin bağladıqları müqavilə və reyestr qeydini mübahisələndirsə də, apelyasiya məhkəməsi tərəfindən iddiaçının nə vaxtsa həmin torpaq üzərində hansısa əsasla olması mülkiyyət hüququ əldə etməsi (ləğv edilmiş reyestr qeydinin mövcudluğu və digər) müəyyən edilməmişdir.

95. Belə olan halda iddiaçının iddiasında göstərdiyi tələbləri irəli sürmək üçün subyektiv hüququnun olmaması və iddianın təmin edilməməsi barədə apelyasiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur.

96. Kassasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 335.1-ci maddəsi 2005-ci ildən sonrakı hüquq münasibətlərinə tətbiq edilmir. Etibarsız əqd üzrə icra edilmiş pul vəsaitinin əsassız varlanmış şəxsdən geri tələb edilməsi imkanı isə mülki qanunvericilikdə nəzərdə tutulmuşdur.

97. Yekunda Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

98. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

99. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

100. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

101. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar