Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-722/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Ərizəçi xxx doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi, sübut etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi xxxnın “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsində dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən ərizəçi Ərizəçi xxxnın kassasiya şikayətinə ## ##### 2026-cı il tarxidə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Bakı şəhər Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsinə əsasən ## ######## 1988-ci il tarixdə anadan olmuş X7 ölmüş elan edilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən ## ###### 2025-ci il tarixdə təqdim edilmiş yazılı məlumatda ərizəçinin X7 doğumu haqqında hər hansı məlumatın əks olunmaması göstərilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Ərizəçi xxx (bundan sonra “ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək övladı – X7 ##.##.1988-ci il tarixdə Şuşa şəhərində anadan olmasına dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin ##.##.1988-ci il təvəllüdlü qızı ##.##.1992-ci il Xocalı sakinləri kimi faciə qurbanı olmuşdur. Ərizəçi Xocalıdan sağ qalan digər sakinlər kimi ailəsin məxsus sənədləri çıxara bilməmişdir. Arxivdə də heç bir sənəd qalmamışdır. Qızının doğum haqqında şəhadətnaməsini nə arxivdən, nə də Xocalı rayon Icra Hakimiyyətindən əldə edə bilməmişdir.
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 bildirmişdir ki, ərizəçi 1988-ci ildə ailəsi ilə birlikdə kəndə gəlmişlər. Ərizəçi gələndə bir oğlu və bir qızı var idi. Qızın neçə yaşı olduğunu dəqiq bilmirdi.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, ərizəçi 1988-ci ildən ailəsi ilə birlikdə onlarla qonşu olmuşdur. Ərizəçinin əri Xocalıda kəndin müdafiəsində könüllü olaraq iştirak etmiş, sonradan isə ondan xəbərləri olmamışdır. ##.##.1992-ci il tarixdə ərizəçinin ailəsi ilə birlikdə yaşadığı ev erməni qoşunları tərəfindən vurulmuşdu. Ərizəçi 1988-ci ilin may-iyun aylarında onların kəndinə gələndə onun bir oğlu, bir qızı var idi.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək X7 ##.##.1988-ci il tarixdə Şuşa şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi; doğum haqqında şəhadətnamədə X7 atasının X8, anasının Ərizəçi xxx qeyd edilməsi qət edilmişdir. (hakim Pərviz Zamanlı)
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, ərizəçi MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
9. Birinci instansiya məhkəməsi üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, ərizəçinin qızının ##.##.1988-ci il tarixdə Şuşa şəhərində doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 46.1, 46.3-cü, Mülki Prosessual Məcəllənin 307.1, 307.2.3, 308-ci maddələri və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli * nömrəli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv olunması və ərizənin rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə ərizədə şəxsin müəyyən vaxtda, müəyyən yerdə anadan olmasını əsaslı edən hallar (sübutlar) göstərilməmişdir. Nəzərə alınsa ki, məhkəmə qətnamədə sübut qismində ancaq şahid ifadələrinə əsaslanır, heç bir şahid öz izahatında F.Kupriyevanın 1988-ci il ## ######## tarixində Şuşa şəhərində anadan olması barədə məlumat verməmişdir. Hazırda ərizəçi əri R.Kupriyevə və qızı F.Kupriyevaya görə də şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün təyin edilməsi üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi, sözügedən qətnamə Mərkəzi Filialın maraqlarına toxunur. Qanunvericilik isə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də yekun məhkəmə qərarını mübahisələndirmək hüququnu tanımışdır. Iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, ərizəçi hazırkı iş üzrə qızının ##.##.1988-ci il tarixdə Şuşa şəhərində anadan olduğunu iddia edir. Lakin, Xətai Rayon Məhkəməsinin icraatında olmuş *-****/**** nömrəli iş üzrə verdiyi izahatlarda ərizəçi 1989-cu il tarixdə Fərqanə şəhərindən ancaq oğlu Səidlə qaçdığını və Şuşa şəhərində məskunlaşdığını qeyd etmiş və qızı barədə məlumat verməmişdir. Xətai Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli iş üzrə isə ərizəçi 1989-cu il tarixində əri və oğlu ilə Xocalıya gəldiklərini və sonra qızının Azərbaycanda anadan olduğunu bildirmişdir. Xətai Rayon Məhkəməsinin icraatında olmuş e-*(***)-****/**** nömrəli iş üzrə ərizəsində isə ərizəçi qızının 1988-ci il tarixdə doğulduğunu, lakin oğlu və əri R.Kupriyevlə birlikdə 1989-cu il tarixdə Xocalı şəhərinə gəldiyini qeyd etmişdir. Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)- ****/**** nömrəli işdə isə ərizəçi verdiyi izahatlarda qızı Fatimə Kupriyevanın 1985-ci il tarixdə doğulduğunu bildirmişdir. Sözügedən iş üzrə verilən şahid izahatlarında uyğunsuzluq və ziddiyyətlər mövcuddur. Bu isə, iş üzrə qəbul edilmiş yekun qətnamənin əsaslılığını birbaşa şübhə altına alır. Belə ki, hazırkı iş üzrə X6 izahatında ərizəçinin 1988-ci il tarixdə kəndə gəldiklərini və gələrkən bir qızı və bir oğlu olduğunu qeyd etmişdir. Lakin, ərizəçi digər işlər üzrə verdiyi izahatlarda 1989-cu il tarixdə Fərqanə hadisələri zamana Azərbaycana köçdüyünü bildirmişdir. X5 izahatında1988-ci il tarixdən ərizəçi ilə qonşu olduqlarını qeyd etmişdir. Həmçinin, şahid bildirmişdir ki, ərizəçi 1988ci ilin may-iyun aylarında onların kəndinə gələndə onun bir oğlu və bir qızı vardı. Baxmayaraq ki, sözügedən məhkəmə qətnaməsinə əsasən F.Kupriyevanın 1988-ci ilin sentyabr ayında Şuşa şəhərində doğum faktı təsdiq edilmişdir, amma şahid 1988-ci ilin may və iyun aylarında F.Kupriyevanın artıq anadan olduğunu qeyd etmişdir. Şahid M.Mehrəliyev *(***)-****/**** nömrəli iş üzrə verdiyi izahatda iddiaçını 1992-ci ildən tanıdığını bildirmişdir. O, digər işlər üzrə verdiyi izahatlarda isə ərizəçini 1989-cu ildə gələn mesxeti türklərindən olduğunu qeyd etmişdir. Nəzərə alınsa ki, hazırda mübahisələndirilən qətnamə sübut qismində ancaq şahid ifadələrinə əsaslanır, şahidlərin izahatı arasındaki ziddiyyətlərə hakim tərəfindən qiymət verilməmişdir. Üstəlik, qətnamə ilə F.Kupriyevanın 1988-ci ilin ## ######## tarixində Şuşa şəhərində doğum faktı təsdiq edilsə belə, anadan olma tarixi və yeri barədə şahid izahatlarında məlumat verilməmiş, əlavə sübut təqdim olunmamışdır. Ərizəçinin sadalanan işlər üzrə qeyrimüəyyən izahatlar verməsi, sözügedən qətnamə üzrə şahid ifadəsində ziddiyyətlərin olması, məhkəmə tərəfindən lazımi dövlət orqanlarına sorğu verilməməsi ərizəçinin övladının ##.##.1988-ci il tarixdə anadan olması faktı ilə bağlı əsaslı şübhələr yaradır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qəbulu üçün əsas olan halların aydınlaşdırılmaması və sübutlarla öz təsdiqini tapmaması maddi və prosessual hüquq normalarına zidd olan qətnamənin qəbulu ilə nəticələnmişdir. Həmçinin, ərizəçinin şəhid ailələrinə verilən güzəşt və imtiyazlardan xəbərdar olduğu halda, 30 ildən çox vaxt keçdikdən sonra niyə indi məhkəməyə müraciət etməsi halı belə sual yaradır. Çünki, ərizəçi oğluna görə şəhid ailəsi üzvü kimi təqaüd alırdı və o, ona veriləcək güzəştlərdən artıq xəbərdar idi. Bu 30 il müddət ərzində ərizəçinin hansı səbəbə məhkəməyə müraciətinin olmaması yaranmış şübhələri daha da gücləndirir. Məhkəmə bu halları araşdırmadan, yanlış olaraq ərizənin təmin ediləcəyi qənaətinə gəlmişdir. Həmçinin, birinci instansiya məhkəməsi çəkişmə prosesinin tərəflərin bərabərliyinə əsaslanan prinsipinə zidd olaraq, maraqlarına toxunduğu halda Mərkəzi Filialı məhkəmə icraatına cəlb etməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, əizəsi rədd edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Nigar Nəbizadə)
14. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şəxs qismində dindirilmiş X1 və X2 ifadələrində ərizəçinin qızı Fatimə Kupriyevanın 1988-ci il ## ######## tarixində Şuşa şəhərində anadan olması, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən bu barədə müvafiq qeydiyyatın aparılması faktı ilə bağlı hər hansı konkret məlumat verməmişlər.
16. X5 isə izahatında 1988-ci il tarixdən Ərizəçi ilə qonşu olduqlarını qeyd etmiş, həmçinin bildirmişdir ki, ərizəçi 1988-ci ilin may-iyun aylarında onların kəndinə gəldikdə onun artıq bir oğlu və bir qızı olmuşdur. X6 izahatında 1988-ci il tarixdə kəndə gəldiklərini və həmin vaxt ərizəçinin bir qızı və bir oğlunun olduğunu qeyd etmişdir.
17. Iş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin *-****/**** nömrəli iş üzrə verdiyi izahatlarda ərizəçi 1989-cu il tarixində yalnız oğlu Səidlə Fərqanə şəhərindən qaçdığını və Şuşa şəhərində məskunlaşdığını qeyd etsə də, qızı barədə hər hansı məlumat verməmişdir.
18. Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə isə ərizəçi 1989-cu il tarixində əri və oğlu ilə Xocalıya gəldiklərini, sonradan isə qızının Azərbaycan Respublikasının ərazisində anadan olduğunu bildirmişdir.
19. Xətai Rayon Məhkəməsinin icraatında olmuş e-*(***)-****/**** nömrəli iş üzrə ərizəçi verdiyi ərizədə qızı Fatimə Kupriyevanın 1988-ci il tarixdə doğulduğunu, lakin oğlu və əri Roman Kupriyev ilə birlikdə 1989-cu il tarixdə Xocalı şəhərinə gəldiyini qeyd etmişdir.
20. Xətai Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** nömrəli iş üzrə isə ərizəçi verdiyi izahatlarda qızı Fatimə Kupriyevanın 1985-ci il tarixdə doğulduğunu bildirmişdir.
21. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi sübutlara hər hansı formada hüquqi qiymət vermədən, yəni X7 ##.##.1988-ci il tarixdə Şuşa şəhərində doğumunun qeyd edilməsi faktının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizəçinin tələblərini müəyyən edən faktlar və hallarla əlaqədar olan sübutların olub-olmamasını, bu faktın təqdim edilmiş sübutlarla təsdiq edilib-edilməməsini xüsusi olaraq araşdırmadan hüquqi əhəmiyyəti olan faktın varlığı barədə nəticəyə gəlmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə sübutları sadalamaqla kifayətlənmiş, bu sübutların, o cümlədən şahid ifadələrinin məzmununu təhlil etməmiş, onlar arasında qarşılıqlı əlaqəni araşdırmamış, ərizəçinin istinad etdiyi sübutlara prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə hüquqi qiymət vermədən ərizənin əsaslı olması nəticəsinə gəlmişdir. Halbuki məhkəmə ərizənin təmin olunub-olunmaması məsələsini həll edərkən ərizəçinin tələblərini təsdiqləyən yazılı və maddi sübutlara, xüsusilə də şahid ifadələrinə müvafiq hüquqi qiymət verməlidir.
23. Halbuki iş materiallarına əsasən, ərizəçi, X7 ##.##.1988-ci il tarixdə Şuşa şəhərində doğumunun qeyd edilməsi faktının mövcudluğunu təsdiq edən, tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan mötəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim edə bilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 217.2, 218.3, 305.1.1, 307.2.3, 308, 311-ci maddələri və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli * saylı Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
25. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ərizənin təmin edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan şahid ifadələri, Xocalı rayon Icra Hakimiyyətinin məktubu və digər rəsmi sənədlər doğum faktının mövcudluğunu təsdiq etsə də, məhkəmə bu sübutlara lazımi hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək əsassız qətnamə qəbul etmişdir. Belə ki, MPM-nin 77-ci, 88 və 218.1-ci maddələrinin tələblərinə baxmayaraq, məhkəmə sübutları qeyri-obyektiv və birtərəfli qiymətləndirmiş, bu isə düzgün olmayan hüquqi nəticəyə gətirib çıxarmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı etiraz vermişdir. Etirazda göstərilib ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də şikayət təmin edilməməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3 Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli * saylı Qərarı: Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
32. Ərizə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədədir.
33. Işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə ərizəçi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyib.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
35. Belə ki, iş materiallarından görünür ki, ərizəçi ərizəsində göstərdiyi hüquqi əhəmiyyətli faktın əsası kimi istinad etdiyi halları təsdiq edə bilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı faktı təsdiq edən sübutlar, mötəbər, ziddiyyətsiz və əsaslı şübhələrdən kənar olmaqla yanaşı, sübut edilən faktın varlığı barədə etibarlı nəticəyə gəlməyə əsas verməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə də məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
37. “Mahmudov Rusiyaya qarşı” ## #### 2007-ci il tarixli qərarında X4 Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
38. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında da X4 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyyən etmişdir.
39. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, ərizədə göstərilən hüquqi əhəmiyyətli faktın sübuta yetirilməsi ərizəçinin üzərinə düşdüyü və buna baxmayaraq, ərizəçi onları sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək ərizəni təmin etməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin işdəki sübutları qiymətləndirməsi MPM-in 88ci maddəsinin tələbləri baxımından düzgün olmuşdur. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
42. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi xxxnın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.