Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-865/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin *6 aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı doğum faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ## #### *96*-ci ildə Qazax rayonu Yenikənd kəndində doğulmağı faktının müəyyən edilməsi, ata kimi *933-cü ildə anadan olmuş X3, ana kimi *928-ci ildə anadan olmuş X* qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin **.09.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ərizə təmin edilərək, doğumun qeydə alınması faktının müəyyən edilməsi, hazırkı məhkəmə qətnaməsinin ərizəçi ## #### *96*-ci il təvəllüdlü Ərizəçi ata qrafasında - milliyyəti azərbaycanlı olan *933-cü ildə anadan olmuş X3, ana qrafasında - milliyyəti azərbaycanlı olan *928-ci ildə anadan olmuş X* qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olması qət edilmişdir. Ərizəçi məhkəmə qətnaməsində buraxılmış texniki səhvin aradan qaldırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və Ağstafa Rayon Məhkəməsinin **.09.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsində düzəliş edilərək qətnamədə buraxılmış texniki səhvin aradan qaldırılması barədə qərardad qəbul edərək, qətnamənin mətnində onun doğum tarixinin səhv göstərildiyini bildirərək, ##.##.*96*-ci il tarixinin düzgün olan ##.##.*96*-ci il tarixi ilə əvəz edilməsini barədə düzəliş qərardadı qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin *6 aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin **.09.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsində buraxılmış texniki səhvin aradan qaldırılması barədə ərizəçi Ərizəçi oğlunun ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəçi oğlu şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən səhv nəticəsində mövcud məhkəmə qətnaməsi faktiki olaraq icra oluna bilmir və dövlət qeydiyyatı orqanları tərəfindən qəbul edilmir. Bu hal onun hüquqlarımın həyata keçirilməsinə ciddi maneələr yaradır. Onun doğum tarixinin ##.##.*96*-ci il olması məhkəməyə təqdim etdiyi foto şəkillər və digər sənədlərlə təsdiq olunur. Birinci istansiya məhkəməsi hesab etmişdir ki, Ağstafa rayon məhkəməsinin** sentyabr 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsində yanlışlığa yol verilməmişdir və bu əsasla da ərizəm təmin edilməmişdir. Lakin qərardadla ərizənin rədd edilməsi əsassızdır və onun konstition hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, məhkəməyə təqdim etdiyi foto şəkillər və digər subutlar onun doğum tarixinin ##.##.*96*-ci il deyil, əslində ##.##.*96*-ci il tarixi olduğunu göstərir. Ağstafa Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 228.2ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. Işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Hazırkı işin hallarından da aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində hər hansı texniki yanlışlığa yol verilməmişdir. Belə ki, qətnamənin nəticə hissəsi qətnamənin əsaslandırma hissəsində məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Ərizəçinin tələbi onun ## #### *96*-ci ildə Qazax rayonu Yenikənd kəndində doğulmağı faktının müəyyən edilməsi, ata kimi *933-cü ildə anadan olmuş X3, ana kimi *928-ci ildə anadan olmuş X* qeyd edilməsi olmuşdur ki, Ağstafa Rayon Məhkəməsinin **.09.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi də həmin tələbə uyğun iddia tələbi həcmində qəbul edilmişdir. Bundan başqa ərizəçinin mülki prosessual qanunvericiliyə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və predmetini dəyişmək, iddia tələbinin həcmini artırmqa və ya azaltmaq hüququ olmuşdur. Lakin, ərizəçi həmin hüququndan da istifadə etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız olması qənaətinə gəlir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.* və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Ağstafa Rayon Məhkəməsinin *6 aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin *6 aprel 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-865/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-865/2026
29.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver