Məhkəmə qərarları › İş №2(3-7)-750/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-750/2026

24.08.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-750/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi Abduləli qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: şəxsin doğumunun qeydə alınması faktının müəyyən edilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ərizəçi Ərizəçi Abduləli qızının iştirakı ilə, Ərizəçi Ərizəçi Abduləli qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi Abduləli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## ######## 2025-ci il tarixli arayışdan görünür ki, ## ###### 1984-cü ildə anadan olmuş X10 ata qrafasında X16, ana qrafasında isə X1 qeyd olunmuşdur. X17 ata adı Maraqlı şəxs ## ###### 2025-ci il tarixli rəyi əsasında “Abdulla”dan “Abduləli”yə düzəliş edilmişdir.

2. ## ######## 2025-ci il tarixli arayışdan görünür ki, X16 ilə X1 nikahları Maraqlı şəxs ##.##.1981-ci il tarixdə 571 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Nadirova soyadı verilmişdir.

3. Maraqlı şəxs tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş arayışın surətindən görünür ki, ## ####### 1951-ci ildə anadan olmuş X16 ata qrafasında X18, ana qrafasında X19 qeyd olunmuşdur.

4. Maraqlı şəxs tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş arayışın surətindən görünür ki, X32 ## ###### 1977-ci ildə ölmüşdür.

5. Maraqlı şəxs tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş arayışın surətindən görünür ki, X19 ## #### 1995-ci ildə ölmüşdür.

6. Maraqlı şəxs tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş arayışın surətindən görünür ki, X34 ## ##### 2000-ci ildə ölmüşdür.

7. Maraqlı şəxs tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli notariat qaydada təsdiq olunmuş arayışın surətindən görünür ki, X18 ilə X19 nikahları Maraqlı şəxs ## ###### 1951-ci il tarixdə 49 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir.

8. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Gəncə şəhəri üzrə 1914-cü ilə dair doğum aktlarının qeydiyyat kitablarında X18 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır.

9. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikası X8 filialının məktubundan görünür ki, X8 filialında mühafizə olunan Gəncə Şəhər Nikah Evi arxiv fondunun 1936-1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri və Stalin Rayon Vətəndaşlıq X43 Şöbəsi arxiv fondunun 1940-1948-ci illər üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X32nun doğum qeydi aşkar olunmamışdır.

10. Gəncə Şəhər Məhkəməsinin 25 noyabr 225-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin surətindən görünür ki, X11 1905-ci ildə Kirovabad şəhərində doğumunun qeydə alınması, doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X5, ana qrafasında ana adının X2 qeydə alınması və X11 ##.##.1944-cü ildə Moldava Respublikası Benderskiy rayonunda ölməsi faktı müəyyən edilməsi qət edilmişdir.

11. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinin ## #### 2026-cı il tarixli, *-**-*/*- ****/**** nömrəli məktubdan görünür ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikasının dövlət arxivinə yalnız 1948-ci ilə qədər təhvil verilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı ərazi idarəsi tərəfindən verilmiş ## ######## 2013cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ələkbər Seyfi küçəsi, * saylı evin 1938-ci ildə aparılmış inventarlaşdırma zamanı X11 mülkiyyətində olduğu göstərilmişdir. Mülkün hüquqverici və torpaq ayırma sənədləri yoxdur.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. Ərizəçi Ərizəçi Abduləli qızı ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X6nun atası X18 anası X2, atası X5 olmaqla ## ###### 1914-cü ildə Kirovabad şəhərində (hazırkı Gəncə şəhəri) doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, ## ###### 1984-cü ildə anadan olmuşdur. X6, anası X1 olmuşdur. X13 atası X18, anası X19 olmaqla ## ####### 1951-ci ildə anadan olmuş, ## ##### 2000-ci ildə vəfat etmişdir. X9 ## ###### 1977-ci ildə vəfat etmişdir. Onun rəsmi nikahda olduğu arvadı X19 ## #### 1995-ci ildə vəfat etmişdir. Yaşadığı və qeydiyyatda durduğu Gəncə şəhəri, Nizami rayonu, Ələkbər Seyfi küçəsi, * saylı ev atasının əmisi, yəni, X18 qardaşı X11 mülkiyyətində olmuşdur. Fərrux Hacıyev ailə həyatı qurmamış, 1944-cü ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. Bahadur Hacıyevin doğum haqqında şəhadətnaməsi itdiyi üçün hazırda o, həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bahadur Hacıyevin anası X2, atası X5 olmaqla ## ###### 1914-cü ildə Kirovabad şəhərində anadan olmuş, ## ###### 1977-ci ildə vəfat etmişdir. X14 doğum haqqında şəhadətnaməsi itmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə sorğular ünvanlamış, cavab verilmişdir ki, X18 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Bu əsaslarla, o hüquqlarından istifadə edə bilmir. Qeyd edilməlidir ki, Bahadur Hacıyevin doğumunun qeydiyyatının aparılması onunla təsdiq olunur ki, əvvəla onun ölüm haqqında şəhadətnaməsi qeydiyyat şöbəsində qeydə alınmışdır. Bundan başqa, X7 Zeynalova ilə ## ###### 1951-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Qeyd etmişdir ki, onun soyadı ## ### 2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməsi ilə əlaqədar “Hacıyev” soyadından “Hemayatxah” soyadına dəyişdirilmişdir.

15. Birinci instansiya məhkəməsində icraat zamanı ərizəçi Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ata adı dəyişdirildiyi üçün onun ata adının "Abduləli” kimi oxunmasını xahiş etmişdir.

16. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) ərizəçi Ərizəçi Abduləli qızının “şəxsin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsi əsassız olduğundan təmin edilməməsi və iş üzrə məhkəmə xərcləri ərizəçi Ərizəçi Abduləli qızına aid edilməsi qət edilmişdir.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 216-220, 305.1.1, 307.2.3, 308, 311, 357, 360-cı maddələrinə isitnad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

18. Ərizəçi Ərizəçi Abduləli qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, nəzərə alınmalıdır ki, söhbət 1914-cü ildə baş vermiş hüquqi faktdan gedir. Həmin dövrdə yaşamış şəxslərin bu gün həyatd olması obyektiv olaraq mümkün deyil. Aradan keçən uzun zaman intervalı nəzərə alınmaqla, birbaşa müşahidə edən şəxslərin hazırda mövcud olmaması həyatın adi gedişindən irəli gələn obyektiv haldır. Bu səbəbdən hazırkı iş üzrə dindirilən şahidlərin bildirdiklərinin başqa şəxslərdən eşitməsini sübut kimi qəbul edilməməsi qanuna uyğun deyildir. Birbaşa müşahidəyə əsaslanan şahid ifadələrinin təqdim edilməsi faktiki olaraq qeyri-mümkündür və sübutetmə yükünün bu formada tələb edilməsi işin xüsusiyyətlərinə uyğun gəlmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

21. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi Abduləli qızı ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, X18 onun babasıdır və o 1914-cü anadan olmuş, 1951-ci ildə ailə qurmuş, 1977-ci ildə isə vəfat etmişdir. Vəfatı ilə bağlı şəhadətnamə olsada, doğum faktı ilə bağlı sənəd yoxdur. Doğum fatknın təsdiqi miraz mülklə bağlıdır. Belə ki, miras mülk əslində babasının qardaşı Fərrux Hacıyevin olub. Fərrux isə müharibədə ölüb. Hazırda həmin mülkdə anası və həyatı yoldaşı ilə birlikdə yaşdığına görə fərdi yaşayış evini adına rəsmiləşdirmək istəyir. Torpaq sahəsinin dövlət tərəfindən Hacıyev Fərruxa verilməsi ilə bağlı rəsmi sənəddə var. Ərizəçi Abduləli qızı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

28. Maddə 306.1 məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

29. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

30. Maddə 307.2.3 məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

31. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə baxır.

32. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

33. Maddə 310.1 ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

34. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, ərizəçi Ərizəçi Abduləli qızı yaşadığı və qeydiyyatda durduğu Gəncə şəhəri, Nizami rayonu, Ələkbər Seyfi küçəsi, * saylı fərdi yaşayış evinin atasının əmisi, yəni, X18 qardaşı X11 mülkiyyətində olmasını, Fərrux Hacıyevin subay olduğunu və 1944-cü ildə Böyük Vətən müharibəsində həlak olmasını, X20 doğum haqqında şəhadətnaməsi itdiyi üçün hazırda həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməməsini əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə ərizəni təmin etməmişdir.

41. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir və apellyasiya şikayətinin dəilləri qətnamənin ləğvi üçün əsas deyil.

42. Belə ki, mülki prosessual qanunvericiliyin mənasına görə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında o faktlar müəyyən edilə bilər ki, belə faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

43. Eləcədə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

44. Hazırkı halda da müəyyən olunması tələb edilən fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Yəni bu fakt təsdiq olunduğu halda, ərizəçinin Gəncə şəhəri, Nizami rayonu, Ələkbər Seyfi küçəsi, * saylı fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə alması mümkün olacaqdır. Bu cür hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi mümkünlüyü MPM-nin 307.2.3-cü maddəsində nəzərdə tutulmuşdur. Belə ki, MPM-nin həmin maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir.

45. Ərizəçi qeyd olunan faktın təsdiqi barədə məhkəməyə müraciət etsədə, lakin iş materialları ilə ərizəçi tərəfindən müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən, sübutlar yetərincə məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi ərizəni təmin etməmişdir və bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyasıda bununla razılaşır.

46. Belə ki, doğumun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlar və hallarla əlaqədar olan yazılı sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların mövcud olmaması halında, ifadə verən şahidlərin ərizəçi ilə eyni ərazidə birgə yaşamaları, məhkəmədənkənar qaydada bərpa olunması mümkün olmayan qeydlərin əvvəllər mövcud olması barədə məlumat verə bilmə imkanlarına xüsusi diqqət yetirilməlidir.

47. Baxılan işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahid qismində dindirilmiş X3, X15 və X4 ifadələrində ərizəçinin X9nun ## ###### 1914-cü ildə Kirovabad şəhərində (hazırkı Gəncə şəhəri) doğulması faktı ilə bağlı hər hansı konkret məlumat verməmişlər.

48. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Ərizəçi Ərizəçi Abduləli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar